Papirus @p_apirus Channel on Telegram

Papirus

@p_apirus


Maraqlı informasiyalar, siyasət, mədəniyyət, ədəbiyyat, idman, Breaking'lər... Bir sözlə qısa məzmunlu və operativ xəbərlərin ünvanı

Kanal yaranıb: 15.04.2019

Papirus (Azerbaijani)

Papirus Telegram kanalı, maraqlı informasiyalar, siyasət, mədəniyyət, ədəbiyyat, idman, Breaking'lər və daha bir çox mövzular haqqında ən son xəbərləri sizə ulaşdırır. Kanal 15 aprel 2019 tarixində yaradılmışdır və bir çox istifadəçiyə mükəmməl xidmət göstərməkdə davam edir. Əgər siz də son dəqiqə xəbərlərə çox vaxt itirmədən çatmaq istəyirsinizsə və müxtəlif mövzulara maraq duyursunuzsa, Papirus kanalı sizin üçün mükəmməl bir seçimdir. Adminlə əlaqə saxlamaq üçün @fuad_sherifov adresinə yazın və bu ən son xəbərləri ən tez bir şəkildə əldə edin. Papirus sizin üçün ən yeni və ən maraqlı xəbərləri bir araya gətirir, təciliyyətlə yayımlayır və sizə çatdırmaq üçün çalışır. Kanala qoşulun və informasiya fırtınasına səfər edin!

Papirus

03 Jan, 04:41


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti,  dağlarda isə gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Papirus

03 Jan, 04:40


❗️🇺🇦 Ukraynada müharibə 1045. GÜN... Döyüşlər davam edir.

❗️🇷🇺 Rusiya ərazisində, Kurskda əməliyyatların başlamasının 150. GÜNÜ... Döyüşlər davam edir

Papirus

02 Jan, 18:23


❗️🇺🇦 Ukrayna parlamentinin spikeri Stefançuk bildirib ki, çərşənbə günü Kiyevdə baş verən partlayışlardan sonra Ukrayna Ali Radasının inzibati binasına ziyan dəyib.

Papirus

02 Jan, 17:41


❗️Milli qəhrəman Polad Həşimovun anası Təyyarə qəzasında həlak olan Milli qəhrəmanların məzarını ziyarət edib

Papirus

02 Jan, 16:55


❗️🇺🇦 Ukraynaya ballistik raket hücumu təhlükəsi var. Həyacan siqnalları işə düşüb.

Papirus

02 Jan, 16:54


🇺🇸❗️ ABŞ Kapitoli Polisi Kapitoli ərazilərində "şübhəli avtomobil" aşkarlandığını elan edib.

Papirus

02 Jan, 16:45


❗️💸 Avro və Britaniya funtu ABŞ dollarına nisbətdə ucuzlaşır, çünki bazarlar Trampın qayıdışına hazırlaşır - CNBC

Papirus

02 Jan, 16:44


🇵🇱🇺🇦⚡️Varşava və Kiyev Polşa ərazisində birgə silah zavodları yaradıblar, lakin onlar haqqında məlumat açıqlanmır.

Papirus

02 Jan, 16:42


🇺🇸⚡️Nyu Orleanda terror aktını törədən şəxs tək hərəkət edib - FTB

Papirus

02 Jan, 16:42


🇺🇸❗️ABŞ prezidenti Co Bayden kritik vəziyyət mərkəzində təcili iclas keçirəcək

Papirus

02 Jan, 16:41


🇺🇸❗️FTB rəsmiləri Nyu Orlean və Las Veqas hücumları arasında heç bir əlaqənin olmadığını açıqladı.

Papirus

02 Jan, 16:22


🇸🇾🇮🇱❗️Yeni Suriya Keçid Hökumətinin xarici işlər naziri deyir ki, İsrailin varlığı təkcə Suriya üçün deyil, bütün region ölkələri üçün “sübut edilmiş reallıqdır”, o əlavə edib ki, İsrail Suriyanın suverenliyinə hörmət edərsə, gələcəkdə İsraillə danışıqlara hazırdırlar.

Papirus

02 Jan, 16:20


🇮🇷❗️İranın raket sistemləri Xəzər dənizindəki Ənzəli limanına hərəkət edərkən görüntülənib.

Papirus

02 Jan, 16:17


❗️🇮🇷 İranın Kirman şəhərində gənclər Qasim Süleymaninin şəkillərini yandırıblar

Papirus

02 Jan, 14:50


❗️🇷🇺 Kursk vilayətində Rusiyanın 810-cu briqadasının qərargahı vurulub. Hücum zamanı şəxsi heyətin mükafatlandırılması mərasimi keçirilirmiş.

Papirus

02 Jan, 11:21


🇬🇧❗️The Sun: Suriyalı tiran Bəşər Əsədə qarşı sui-qəsd cəhdi olub.

▪️Bəşər Əsədə sui-qəsd edildiyi iddia edilir.

▪️Keçmiş yüksək rütbəli Rusiya kəşfiyyatçısının idarə etdiyi iddia edilən General SVR Telegram kanalı Suriyanın keçmiş prezidentinin bazar günü xəstələndiyini iddia edir. Məlumata görə, 59 yaşlı Əsəd həkimə müraciət edib və demək olar ki, dərhal “şiddətli öskürməyə və boğulmağa” başlayıb.

▪️Mənbə deyir ki: “Onun həyatına qəsd edildiyini söyləmək üçün bütün əsaslar var”.

▪️Əsəd öz mənzilində tibbi yardım alıb və onun vəziyyətinin bazar ertəsi stabilləşdiyi iddia edilir. Testlər onun bədənində zəhər olduğunu göstərib.

Papirus

02 Jan, 08:51


❗️💡 Bahalaşan işıq qiymətlərinin əvvəlki və bahalaşdıqdan sonrakı qiymətləri

Papirus

02 Jan, 08:49


❗️🛢 Bahalaşan qaz qiymətlərinin əvvəlki və bahalaşdıqdan sonrakı qiymətləri

Papirus

02 Jan, 08:48


❗️🚰 Su təchizatı şəbəkəsinə qoşulma bahalaşdı:

Məişət abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan, Abşeron rayonu üzrə su təchizatına qoşulma 200 manat, tullantı su şəbəkəsinə qoşulma 345 manat, digər ərazilərdə müvafiq olaraq 170 manat və 290 manatdır.

Papirus

28 Dec, 05:23


⚡️Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 30-dan yanvarın 3-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Yanvarın 4-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Papirus

28 Dec, 05:22


🇦🇿🇷🇺 Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfirliyinə gedib, başsağlığı verib

Papirus

28 Dec, 05:14


🇦🇿💸 Rəsmi valyuta məzənnəsi:

1 USD - 1.7000
1 EUR - 1.7724
100 RUB - 1.6318
1 TRY - 0.0485

Papirus

28 Dec, 04:10


❗️✴️ Bitcoin < 95 000$

Papirus

28 Dec, 04:08


🇦🇿🏦 Mərkəzi Bank 2025-ci ildə 8 tarixdə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq:

22 yanvar
12 mart 
23 aprel
11 iyun 
23 iyul 
10 sentyabr 
22 oktyabr
10 dekabr  

Papirus

28 Dec, 04:04


Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2°şaxtadan 3°-dək isti olacaq.

Papirus

28 Dec, 04:04


❗️🇺🇦 Ukraynada müharibə 1039. GÜN... Döyüşlər davam edir.

❗️🇷🇺 Rusiya ərazisində, Kurskda əməliyyatların başlamasının 144. GÜNÜ... Döyüşlər davam edir

Papirus

27 Dec, 20:46


❗️🇾🇪 Səna, Yəmən

Papirus

27 Dec, 20:45


🇰🇷⚡️Cənubi Koreya Parlamenti prezident səlahiyyətlərini icra edən Han Duk Suya impiçment elan edib.

Papirus

27 Dec, 20:43


🇺🇦🇺🇸🛢Ukrayna Yunanıstan vasitəsilə ABŞ-dan maye qazın ilk partiyasını alıb.

Tədarük Rusiya boru kəməri qazının Ukrayna ərazisindən tranzitinə icazə verən beş illik müqavilənin bitməsinə bir neçə gün qalmış həyata keçirilib.

Financial Times

Papirus

27 Dec, 20:42


🇺🇸❗️NBC News telekanalı iki yüksək rütbəli hərbi məmura istinadən xəbər yayıb:

"ABŞ-da Rusiyanın Azərbaycan təyyarəsini Ukraynaya məxsus pilotsuz uçan aparat zənn edərək onu hava hücumundan müdafiə sistemləri ilə vurduğunu təsdiq edən kəşfiyyat məlumatları var".

Papirus

27 Dec, 20:08


🇮🇷❗️İran sabah bütün ölkə ərazisində hərbi təlimlərə başlayır.

Papirus

27 Dec, 19:53


🇹🇷🇦🇿❗️Hakan Fidan Ceyhun Bayramovla danışıb

Papirus

27 Dec, 19:52


❗️🇷🇺 Rusiya neft emalı zavodlarında hasilat Ukraynanın pilotsuz təyyarələrinin zərbələri nəticəsində son 12 ilin minimum səviyyəsinə – 266,9 milyon tona düşüb.

Papirus

27 Dec, 19:51


🇺🇦❗️Zelenski Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən bir neçə Şimali Koreya əsgərinin olduğunu açıqlayıb. Lakin onların hamısı ağır yaralanıb və nəticədə həlak olublar.

Papirus

27 Dec, 19:42


🇹🇷🇦🇿❗️Türkiyə qəzanın araşdırılması üçün 8 nəfərlik istintaq komissiyası yaradıb, Bakıya gəlir.

Papirus

27 Dec, 19:20


🇬🇪⚡️Tbilisidə etirazların 30-cu günü Gürcüstan və Aİ-nın himnlərindən sonra ABŞ himni səsləndirilib

Papirus

27 Dec, 19:18


🟥 Maraqlı fakt!

🟥 Sovet İttifaqı 1983-cü ildə vurduğu Koreya təyyarəsinə görə 7 il sonra, 1990-cı ildə üzr istəmişdi.

Papirus

27 Dec, 19:07


🇬🇪⚡️Mixail Saakaşvilinin paylaşımı:

"Allah Amerikanı qorusun."

Papirus

27 Dec, 19:04


🇺🇸🇬🇪⚡️Salome Zurabişvili, Gürcüstanın yeganə qanuni prezidenti kimi Donald Trampın andiçmə mərasiminə dəvət edildi.

* Gürcüstanın hakim partiyası iddia edir ki, Salomenin səlahiyyətləri dekabrın 29 başa çatır.

Papirus

22 Nov, 19:23


🇹🇷❗️Noyabrın 25 NATO baş katibi Rutte Türkiyəyə səfər edəcək.

Papirus

22 Nov, 18:53


🇹🇷 “Seçilmiş bələdiyyə sədrlərinə qarşı bütün hücumlara qarşı etdiyimiz kimi, bu qanunsuzluğa da müqavimət göstərəcəyik”.

🔴”Bu milləti öz maraqlarını Türkiyənin mənafeyindən üstün tutanlara təslim etməyəcəyik”.

- CHP sədri Özgür Özel | @CaucasianLive

Papirus

22 Nov, 18:52


🇹🇷 Tuncelidə polis və etirazçılar arasında toqquşmalar yaşanır.

🔴DEM partiyası üzvləri qəyyumun təyin edilməsi səbəbilə küçələrə axın edirlər.

@CaucasianLive

Papirus

22 Nov, 16:29


🇮🇳🇷🇺⚡️Hindistanın müdafiə naziri dekabrın əvvəli Rusiyaya gələcək

Papirus

22 Nov, 16:26


❗️🇷🇺 Hazırda Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində təxminən 800 km² əraziyə nəzarət edir. Onların tutduğu maksimum ərazi 1300 km² idi - Ukrayna KİV-i Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbəyə istinadən

Mənbənin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın cənubundan bölmələri köçürməli olduğundan, Kursk əməliyyatı Rusiyanın Zaporojyeni işğal etmək üçün həyata keçirdiyi strateji əməliyyatı dayandırdı.

Papirus

22 Nov, 16:24


❗️🇷🇺 Rubl dəyər itirməyə davam edir.

Həftə sonları üçün məzənnələr

Papirus

22 Nov, 14:09


⚡️Qubanın Qəçrəş kənd tam orta məktəbində uzun illər Kimya fənnindən dərs deyən Əlfəddin müəllimi 18 il sonra öz şagirdi cərrahi əməliyyat edib.

Əslən Qəçrəşdən olan, neyrocərrahiyyə sahəsində Türkiyədə təhsil aldıqdan sonra Azərbaycana qayıdan Dr. Pərvin Mirzəliyev uğurlu əməliyyat keçirib.

📹 Shimal/news

Papirus

22 Nov, 14:07


🇭🇺🇮🇱❗️Macarıstan baş naziri Orban Netanyahunun həbs olunmasına verilən orderi səhv qərar adlandırıb.

Papirus

22 Nov, 13:58


Günəşin 74 milyon kilometr məsafədən çəkilmiş şəkili

📸🇪🇺 Solar Orbiter

#natgeo

Papirus

22 Nov, 13:44


❗️🇰🇵 Kursk vilayətində öldürülən Şimali Koreya hərbçisi

Papirus

22 Nov, 13:26


🇦🇿🇺🇳⚡️COP29 Sədrliyi danışıqlarda son vəziyyətlə bağlı bəyanat yayıb

“COP29 sədrliyi il ərzində tərəflərin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, ədalətli və iddialı yeni iqlim maliyyəsi məqsədi irəli sürüb. Biz səhərin erkən saatlarına qədər geniş məsləhətləşmə apardıq. Biz hər kəsə, bütün qruplara dünən yaydığımız mətn paketi ilə bağlı münasibət bildirmək imkanı tanıdıq və konstruktiv iştiraklarına görə onlara təşəkkür edirik. Məsləhətləşmələr zamanı səslənən fikirləri nəzərə alaraq, yeni mətni dərc etmişik.

Tərəfləri 2035-ci ilə qədər bütün ictimai və özəl mənbələrdə ən azı 1,3 trilyon ABŞ dollarına hədəfinə çatdırmaq üçün birgə işləməyə dəvət edirik.

Yeni sənəd layihəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim fəaliyyəti üçün 100 milyard ABŞ dolları məbləğində vəsaitin 250 milyard ABŞ dollarına çatdırılması hədəf göstərilir. Tərəflərlə razılaşdırıla bilinməyən vacib məsələlərə yekun düzəlişlər üçün onlarla daha sıx işləyəcəyik. Biz daha çox şəffaf və inklüziv çalışacağıq ki, daha yüksək ambisiyalı mümkün nəticəni əldə edək

Papirus

22 Nov, 13:20


🇷🇺❗️Rusiya Amerika və Britaniyanın raketlərindən Kursk və Bryansk vilayətlərinə hücumlara daha güclü cavab verəcək, - Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Papirus

22 Nov, 13:19


🇾🇪❗️🇮🇱 Yəmən husiləri beşinci nəsil F-35I Adir qırıcılarının yerləşdiyi İsrailin Nevatim aviabazasına hipersəs raketi atdıqlarını elan ediblər.

Papirus

22 Nov, 13:17


🇺🇸🇺🇦⚡️Ukrayna Amerika Birləşmiş Ştatlarla qitələrarası raketləri vura bilən silahların verilməsini müzakirə edir.

Bu, Patriotları təkmilləşdirmək və ya Aegis almaq haqqında ola bilər

Aegis Combat System, Lockheed Martin tərəfindən ABŞ Hərbi Dəniz Qüvvələri və müttəfiqləri üçün hazırlanmış təkmil hava və raketdən müdafiə sistemidir. Hərbi gəmilərdə müxtəlif hava və raket təhdidlərini, o cümlədən ballistik raketləri aşkar etmək, izləmək və məhv etmək üçün istifadə olunur.

Papirus

22 Nov, 13:16


🇦🇿🇩🇪⚡️Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalenna Barbok ilə görüşüb.

Tərəflər ikitərəfli və çoxtərəfli gündəliyi, həmçinin COP29 çərçivəsində davam edən danışıqları müzakirə ediblər. Nazirlər həmçinin regionda münaqişədən sonrakı vəziyyəti, Azərbaycan-Ermənistan normallaşmasının hazırkı vəziyyətini, sülh prosesində mövcud problemləri müzakirə ediblər.

Ceyhun Bayramov bir daha Azərbaycana qarşı koordinasiya olunmuş qərəzli və əsassız böhtan kampaniyasından narahatlığını bildirib, Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

Papirus

22 Nov, 11:58


❗️🇱🇧 İsrail Beyrutda yaşayış massivini vurub

Papirus

30 Oct, 04:16


🇶🇦🇺🇦🇷🇺❗️Ukrayna və Rusiya Qətərin vasitəçiliyi ilə enerji infrastrukturu obyektlərinə qarşılıqlı hücumlara son qoymaq üçün ilkin danışıqlar aparır, - Financial Times

Papirus

30 Oct, 04:16


🧠 Neyron şəbəkələri tipik fırıldaqçıların necə göründüyünü göstərib - New York Post

Portretləri yaratmaq üçün alimlər 2 minə yaxın insandan müsahibə götürüblər. Onlardan onlara xəyanət edənlərin xarici görünüşünü təsvir etmələri istənilib. Daha sonra süni intellekt bu datalar əsasında fırıldaqçıların foto robotlarını hazırlayıb.

Kişi fırıldaqçıların xarici görünüş xüsusiyyətləri: mavi-boz gözlər, keçəl və ya demək olar ki, tam keçəl baş və qırışıq alın-qaş xətləri

Tipik qadın fırıldaqçı: tünd saçlı, kiçik burunlu və orta dodaqlı

Papirus

30 Oct, 04:11


🇺🇸🗳 ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərində artıq 50 milyondan çox amerikalı erkən səs verib, - Axios portalı Florida Universitetinin erkən səsvermə sisteminin məlumatlarına istinadən xəbər verir.

Açıqlanan məlumatlara görə, bu seçicilərin təxminən 39%-i qeydiyyatdan keçmiş Demokratlar, təxminən 36%-i isə qeydiyyatdan keçmiş respublikaçılardır. Üstəlik, bütün seçicilərin 41 faizi 65 yaşdan yuxarıdır.

Papirus

30 Oct, 04:10


🇺🇸🗳 ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından dövlət başçılığına namizəd Kamala Harris bildirib ki, seçkidə qalib gələrsə, onun prezidentliyi Co Baydenin prezidentliyindən fərqli olacaq.

Harris Vaşinqtonda çıxışı zamanı deyib: "Co Baydenin vitse-prezidenti vəzifəsində işləmək şərəfdir. Amma mən öz təcrübəmi və fikirlərimi Oval Ofisə gətirəcəyəm".

"Mənim prezidentliyim fərqli olacaq, çünki qarşılaşdığımız problemlər fərqlidir", - deyib.

Onun sözlərinə görə, dörd il əvvəl mövcud administrasiyanın əsas prioriteti “pandemiyaya son qoymaq və iqtisadiyyatı xilas etmək” idi.

"İndiki ən vacib vəzifəmiz pandemiyadan əvvəl də artan və hələ də çox yüksək olan xərcləri azaltmaqdır", - Harris deyib.

Papirus

30 Oct, 03:07


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında qısamüddətli çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.

Papirus

30 Oct, 03:06


❗️🇺🇦 Ukraynada müharibə 980. GÜN... Döyüşlər davam edir.

❗️🇷🇺 Rusiya ərazisində, Kurskda əməliyyatların başlamasının 85. GÜNÜ... Döyüşlər davam edir

Papirus

29 Oct, 19:11


✴️❗️Bitcoin > 73 000$

Papirus

29 Oct, 19:10


🇬🇪❗️Bu gün Gürcüstanda tələbələr seçki nəticələrinə etiraz edib

Papirus

29 Oct, 18:35


Rəqəmsallaşma: Estoniya modeli

Estoniyanın rəqəmsal idarəetmədə ən çox inkişaf etmiş ölkələrdən biri olmasının səbəbi nədir? “Maestro School” proqramlaşdırma məktəbinin təsisçisi Mədinə Paşayeva izah edir.

Tam video burada.

@akinchiproject

Papirus

29 Oct, 16:00


🇮🇷❗️İran prezidenti Məsud Pezeşkianın administrasiyası ölkənin müdafiə xərclərini 3 dəfə artırmaq niyyətindədir, dövlət başçısı aparatının sözçüsü Fatemeh Mohacerani bildirib.

"Kabinet növbəti maliyyə ili üçün müdafiə büdcəsini demək olar ki, 200% artırmağı gözləyir".

Papirus

29 Oct, 15:57


🇱🇧❗️Hizbullah, Xiamın cənubundakı İsrail Merkava tankını idarə olunan tank əleyhinə raketlə hədəfə aldıqlarını və bunun məhv edilməsinə, içərisində olanların hamısının öldürülməsinə və yaralanmasına səbəb olduğunu açıqlayıb.

Papirus

29 Oct, 15:56


💡❗️Bu gecə Bakının Yasamal rayonunun və Sumqayıt şəhərinin bir sıra yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Aşağıda qeyd olunan ərazilərdə 10/35/6 kV-luq 135 saylı yarımstansiyada həyata keçirilən profilaktik təmir işləri ilə əlaqədar oktyabrın 30-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq, saat 00:00-dan saat 03:00-dək Sumqayıtın 3, 7-8-12, 10, 15, 16, 21, 22, 29, 36, 39, 41a, 41, 42, 76-cı məhəllələr, 1, 2, 3, 4, 8-ci mikrorayonlar, İnşaatçılar, Katec qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Papirus

29 Oct, 13:19


🔵 Bakıda #COP29-a paralel olaraq 15-ci Dünya İqlim Sammiti keçiriləcək

Bakıda noyabrın 17-də COP konfranslarına paralel olaraq biznes və dövlət sektoru üçün ən böyük tədbir olan 15-ci Dünya İqlim Sammiti keçiriləcək.

Sammitin əsas mövzusu Paris Sazişinin məqsədlərinə nail olmaq və iqlim dəyişikliyinin fəlakətli nəticələrinin qarşısını almaq üçün fəaliyyətlərin sürətləndirilməsi olacaq.

Papirus

29 Oct, 13:17


♻️🌳 Payız əkin mövsümünün ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

Noyabrın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” marketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

20 Yanvar m/s yaxınlığındakı Bravo hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

📍 Bravo hipermarket - Tbilisi prospekti, “20 Yanvar” m/s yaxınlığı

🕚 Saat: 11:00
🗓️ 1 noyabr

Papirus

29 Oct, 12:28


🇬🇪📸 Tbilisi dünən

Papirus

29 Oct, 12:26


🇺🇦❗️🇷🇺 Ukrayna PUA-ları ilk dəfə Çeçenistan ərazisini vurub.

PUA Qudermes şəhərində Putinin adını daşıyan xüsusi təyinatləların akademiyasını vurub. Bu təxminin Ukrayna sərhədlərindən 1000 km aralıda yerləşir.

Papirus

29 Oct, 10:29


Noyabrın 1-dən şagirdlərin elektron yerdəyişməsinə start verilir.

01 noyabr 2024-cü il saat 11:00-da 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

t.me/isayevios

Papirus

26 Oct, 18:48


🇬🇪⚡️Hazırda nəticələr:

■ Gürcü Arzusu (İvanaşvili) - 53,028%

■ Dəyişiklik üçün Koalisiya (Nika Meliya və Nika Gvaramia) - 11,185%

■ Vahid Milli Hərəkat (Mixail Saakaşvili) - 9,852%

■ Güclü Gürcüstan (Mamuko Xazaredze) - 9,011%

■ Gürcüstan üçün (Qaxariya) - 8,224%

Papirus

26 Oct, 18:43


🇬🇪❗️Sayılan səs sayı: 71.97%

Lider: Gürcü arzusu - 53.03%

Papirus

26 Oct, 18:27


🇬🇪❗️"Gürcü arzusu" partiyası seçkilərdə qalib gəldiyini elan etdi

Papirus

26 Oct, 17:42


🇬🇪❗️Sayılan səs sayı: 70.91%

Lider: Gürcü arzusu - 52.99%

Papirus

26 Oct, 17:32


🇬🇪❗️Gürcüstan Mərkəzi Seçki Komissiyası: Gürcüstanda seçkilər sakit və təhlükəsiz keçdi.

Papirus

26 Oct, 17:29


🇬🇪❗️İlk nəticələr

Gürcü arzusu - 52.94%
Müxalifət - 47.06

Sayılan səslər: 68.69%

Papirus

26 Oct, 17:26


🇬🇪⚡️Seçkilərdə fəallıq 58.94% olub

Papirus

26 Oct, 17:10


🇬🇪⚡️Saat 22.00 qaldı nəticələr...

Papirus

26 Oct, 16:39


🇬🇪⚡️Gürcüstan MSK ilk nəticələri saat 21.00-da elan edəcək

Papirus

26 Oct, 16:37


🇬🇪❗️Müxalif koalisiya exit-poll nəticələrindən sonra sevinir və qələbə qazandıqlarını düşünür

Papirus

26 Oct, 16:31


🇬🇪⚡️ Hakim "Gürcü Arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvili də qələbəni elan edib - lakin "Gürcü Arzusu"nun.

Papirus

26 Oct, 16:31


🇬🇪⚡️Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, onun məlumatlarına görə, Avropayönlü müxalifət 52% səslə seçkilərdə qalib gəlir - bu rəqəm bir sıra ölkələrdə hələ də səsvermədə davam edən diasporun səslərini nəzərə almır.

Papirus

26 Oct, 16:30


❗️Musavat lideri Arif Hacılı

Papirus

26 Oct, 16:28


🇭🇺❗️Macarıstanın baş naziri Viktor Orban: “Mən baş nazir İrakli Kobaxidzeni və “Gürcü arzusu” partiyasını parlament seçkilərində qazandıqları inamlı qələbə münasibətilə təbrik edirəm.

Papirus

26 Oct, 16:27


🇬🇪⚡️Hakim "Gürcü arzusu" partiyası qələbə qazandıqlarını və onu Tbilisidə qeyd etməyə başlayıb

Papirus

26 Oct, 16:26


🇬🇪❗️"Edison Research" təşkilatının keçirdiyi exit-poll:

"Gürcü Arzusu" - 40,9%

Müxalifət - 51,9%.

Papirus

26 Oct, 16:25


🇬🇪🗣️ "Avropalı Gürcüstan 52% səslə qalib gəlir. Gürcüstan demokratiya, avropalıq və yetkinlik nümayiş etdirdi. Mən fəxr edirəm və Avropa gələcəyimizə əminəm".

- Prezident Zurabaşvili | @CaucasianLive:

Papirus

26 Oct, 16:11


🇬🇪Edison Research-dən exit poll:

■ “Gürcü arzusu”: 40,9%,
■ “Birlik - milli hərəkat”: 16,7%
■ Dəyişiklik üçün Koalisiya: 16,7%
■ "LELO" / "Xalq üçün": 10,3%
■ “Gürcüstan üçün – Giorgi Qaxaria: 8,2%

Papirus

26 Oct, 16:08


🇬🇪⚡️Müxalif “Mtavari” kanalının exit-poll nəticələri:

▪️"Gürcü arzusu" - 42%
▪️"Dəyişiklik Koalisiyası" – 18%
▪️"Birlik - milli hərəkat" - 13%
▪️"Güclü Gürcüstan" – 9%
▪️"Qaxariya - Gürcüstan üçün" - 8%

Papirus

26 Oct, 16:06


🇬🇪Hakimiyyətə yaxın İmedi telekanalının exit-poll nəticələri:

“Gürcü arzusu” - 56,1%
“Dəyişiklik Koalisiyası” – 12,6%
“Birlik – milli hərəkat” – 11,6%
“Güclü Gürcüstan” –7%

Papirus

25 Oct, 10:12


❗️🇹🇷 TUSAŞ terroruna görə məsuliyyəti PKK üzərinə götürüb.

Terror təşkilatından verilən açıqlamada: “Uzun müddət əvvəl planlaşdırılan və uğurla həyata keçirilən bu hücumun son bir ayda Türkiyədə müzakirə olunan siyasi gündəmlə heç bir əlaqəsi yoxdur” , - deyə bildirilib.

Papirus

25 Oct, 09:41


🇺🇦❗️Oktyabrın 27-28-də Rusiya ilk Şimali Koreya ordusunu döyüş bölgələrində istifadə edəcək, - Zelenski

Papirus

25 Oct, 09:27


🇬🇪❗️Sabah Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi bu gün sükut günüdür.

Papirus

25 Oct, 09:23


🇷🇺❗️🇬🇪 Araşdırmaçı jurnalist Xristo Qrozev hesab edir ki, Kreml Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə etməyə hazırlaşır.

O qeyd edir ki, Rusiya ona loyal bir rejimin yaradılmasına təsir etmək niyyətindədir.

Papirus

25 Oct, 09:22


🇷🇺❗️Varşava Polşa vətəndaşlarının müdafiə üçün Rusiya konsulluqlarına müraciət edəcəyindən qorxur, - Zaxarova

Papirus

25 Oct, 09:21


🇷🇺❗️🇵🇱 Rusiya Polşadakı Rusiya Baş Konsulluğunun bağlanmasına cavab işləyib hazırlayacaq, o, qısa müddətdə hazır olacaq, - Mariya Zaxarova

Papirus

25 Oct, 09:20


🇷🇺❗️Putin:

Ukraynadakı münaqişənin istənilən nəticəsi Rusiyanın xeyrinə olmalı və döyüş meydanındakı reallıqlara əsaslanmalıdır;

Rusiya Ukraynada nizamlanma məsələsində ağlabatan kompromislərə hazırdır;

Rusiya Federasiyası və Ukraynanın nə barədə razılığa gələ biləcəyini söyləmək hələ tezdir;

Rusiya xüsusi əməliyyat keçirməkdə sakitləşməməli və düşmənin yorğunluğu ilə bağlı müzakirələrə diqqət yetirməlidir;

Qərb Ukrayna ətrafında vəziyyəti real qiymətləndirməyə və tərifə layiq olan Rusiyaya qarşı ritorikasını dəyişməyə başlayır;

Rusiya ilə Qərb arasında qarşıdurma dərəcəsi hələ də azalmayıb;

Rusiya Federasiyası bütün döyüş təmas xətti boyunca hücum əməliyyatları aparır;

Rusiya ordusunun uğurlarında “xalq müdafiə sənayesi”nin nümayəndələri – lazımi texnikanı birbaşa döyüş meydanında yığan ustalar böyük rol oynayırlar;

Xüsusi əməliyyat zamanı Rusiya ordusunun uğur faktorlarından biri onun bütün hissələrinin sinxronlaşdırılmasıdır.

Papirus

25 Oct, 09:17


🇷🇺🇰🇵❗️Hərbi yardımın göstərilməsi ilə bağlı Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi maddəsinin tətbiq edilib-edilməməsinə və necə dəqiq tətbiq ediləcəyinə Moskva və Pxenyan özləri qərar verəcəklər, - Putin

Papirus

25 Oct, 09:15


🇷🇺❗️Ukrayna artıq Türkiyə vasitəsilə Rusiya Federasiyasına iki dəfə təkliflər verib və dərhal sonra da rədd edib, Putin Olqa Skabeyevaya müsahibəsində deyib.

Rusiya prezidenti deyib ki, Ərdoğan BRİKS-də keçirdiyi görüşdə yenidən Ukrayna ilə təmas təkliflərini ona çatdırıb.

“Rusiya heç vaxt Ukrayna ilə razılaşmalardan imtina etməyib, lakin onun maraqlarına ziyan vurmadan”, - Putin vurğulayıb.

Papirus

25 Oct, 09:13


🇹🇷❗️ Ərdoğan:

📌 TUSAŞ terrorunu Suriyadan sızma hərəkatı olaraq inkişaf etdiyini öyrəndik.

“Terroru mənbəyində qurudacağıq”

📌 Terrorun mənbəyində tamamilə aradan qaldırılması üçün işlərimizi davam etdiririk. Bunun mənbəyi Suriyadandırsa, o halda Suriya... mənbə nə olursa olsun, dünən gecə etdiyimiz kimi orada nə lazımdırsa edəcəyik.

Papirus

25 Oct, 09:11


🇹🇷❗️ Ərdoğan:

📌 Biz qaniçən qatillərə qarşı mübarizə aparacaq və ölkəmizi firavan gələcəyə aparmaq əzmimizdən ötrü yolumuza davam edəcəyik.

📌 Terrorçular marionetdir. Məqsədimiz terrorsuz Türkiyədir.

📌 Biz BMT çətiri altında İsrailə qarşı hərtərəfli embarqo tətbiq etmək təşəbbüsünə başladıq. Ümid edirik ki, “İnanlıq Alyansı” olaraq biz bu təşəbbüsdə uğur qazanacağıq və davamlı sülhə qapı açacağıq.

📌 Biz Suriyanın Türkiyə ilə səmimi və real normallaşmanın onlara verəcəyi faydaları anlamasını və buna uyğun addımlar atmasını gözləyirik.

📌 BRICS üzvlərindən Fələstinin haqlı davasına və İsrailin hədəfi olan Livana dəstək vermələrini gözləyirik.

📌 Müdafiə sənayesində gəldiyimiz nöqtəyə gəldiyimiz kimi, addım-addım gələcək hədəflərimizə doğru möhkəm addımlarla irəliləməyə davam edəcəyik.

Papirus

25 Oct, 09:09


🇹🇷❗️TUSAŞ terroruna görə MİT 120 PKK hədəfini məhv edib

Papirus

25 Oct, 09:08


🇹🇷🇷🇺🇺🇦❗️Ankara prosesə zərər verməmək üçün Ukrayna ilə bağlı Moskvaya təqdim etdiyi təkliflərin təfərrüatlarını açıqlamır - diplomatik mənbə RİA Novosti'yə

Papirus

25 Oct, 09:07


🇩🇪🇺🇦⚡️Almaniyanın Rheinmetall konserni Ukraynaya daha 20 Marder piyada döyüş maşını verib.

Döyüş maşınlarının ümumi sayı təxminən 200 ədədə çatır, onların yarısından çoxu hədəfləri daha effektiv vurmağa imkan verən əlavə lazer məsafəölçənləri ilə təchiz edilmiş Marder 1A3-dür.

Papirus

25 Oct, 09:05


Oktyabrın 27-dən İçərişəhərə avtomobillərin girişi qadağan edilir.

Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur.

Papirus

25 Oct, 06:28


🇪🇺❗️Aİ rəsmiləri Trampın ABŞ-da hakimiyyətə gələcəyi təqdirdə Rusiyaya qarşı mövcud sanksiyaların sərtləşdirilməsi imkanını müzakirə edirlər, Reuters

Papirus

25 Oct, 05:55


⚽️ Uefa Avropa və Konfrans liqalarında son turnir cədvəlləri

Papirus

25 Oct, 05:52


🇨🇳❗️ Çində Şimali Koreya qoşunlarının Rusiyada olması barədə məlumat yoxdur - Çin Xarici İşlər Nazirliyi

Sözçü Lin Jian bildirib ki, Çin “Ukrayna böhranı” ilə bağlı əvvəlki mövqeyində qalır, bütün tərəfləri gərginliyin azaldılmasını təşviq etməyə və münaqişənin həlli üçün siyasi yollar axtarmağa çağırır.