Xeber24_tg @xeber24_tg Channel on Telegram

Xeber24_tg

@xeber24_tg


ℹ️ Ölkədə və qlobalda baş verən ən son rəsmi xəbərləri bizim kanalımızdan izləyin.

Xeber24_tg (Azerbaijani)

Xeber24_tg kanalı, ölkədə və qlobalda baş verən ən son rəsmi xəbərləri təqdim edən bir Telegram kanalıdır. Kanalımızda ən son hadisələrdən, siyasi məsələlərdən, iqtisadi inkişaflardan və daha bir çox mövzulardan danışılır. Sizə dünyadakı ən aktual məlumatlara çatmaq üçün Xeber24_tg kanalını izləyin. Biz sizin üçün ən önəmli məqalələri seçir, sizi hadisələr barədə məlumatlandırır və sizi dünyadakı son yeniliklərdən xəbərdar edirik. Xeber24_tg, mühüm xəbərləri rahatlıqla əldə etmək üçün ən yaxşı yoludur. Kanalımızı izləyin və dünyadakı ən son xəbərləri tam vaxtında öyrənin.

Xeber24_tg

25 Nov, 12:45


Bakıda xanım işçi müdirini pişiyə oxşatdığına görə döyüldü

Bakıda apteklərdən birində xanım işçinin döyülməsini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə orta yaşlı kişinin aptekdə çalışan gənc qızı təpikləyərək döyməsi, başına stul çırpması əks olunub.

Araşdırmalar zamanı məlum olub ki, hadisə bu ilin 8 iyun tarixində Nəsimi rayonu Rəşid Behbudov küçəsində yerləşən aptekdə baş verib. Paytaxtda çoxsaylı aptekləri olan iş adamı Elnur Cabbarov sahibi olduğu aptekə gələrək orada çalışan N.Aşirovaya hücum edib və döyərək xəsarətlər yetirib.

Belə ki, hadisədən 1 gün əvvəl, yəni iyunun 7-də N.Aşirova iş yoldaşı olan həmcinsi ilə yazışarkən müdiri olan E.Cabbarovu pişiyinə bənzədərək, onun “toppuş” olduğunu bildirib.

Digər əməkdaş bu barədə müdirə məlumat verib və N.Aşirovanın telefonunu əlindən alaraq yazışmalarına baxış keçiriblər. Bundan sonra aptekə gələn E.Cabbarov xanım əməkdaşı döyüb. O, daha sonra xanımın üzr videosunu çəkərək votsapdakı qrupa göndərib.

Görüntülər isə apteklər şəbəkəsində çalışan digər xanım əməkdaşın işdən çıxarılmasından sonra ictimailəşib. Bununla bağlı olaraq E.Cabbarov xanım əməkdaşa zəng edərək onu təhqir edib. Qadının əri isə ona zəng edərək görüşə çağırıb və aralarında dava-dalaş olub.

Bu hadisədən sonra E.Cabbarov və işdən çıxardığı qadının əri polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, Elnur Cabbarov və Zamin Quliyevin şikayətləri əsasında Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Araşırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək.

Xeber24_tg

25 Nov, 12:04


BDYPİ: Ötən gün paytaxtın Suraxanı rayonunda və Sumqayıt şəhəri ərazisində yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş yol-nəqliyyat hadisələri nəticəsində 1 nəfər həyatını itirib, ana və onun azyaşlı qızı olmaqla 2 nəfər isə xəsarət alıb.

Xeber24_tg

25 Nov, 10:54


❗️Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Xeber24_tg

25 Nov, 10:08


Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib

Xeber24_tg

25 Nov, 09:44


Aptek müdiri işçisini vəhşicəsinə döydü

Paytaxtda ağılasığmaz insident baş verib.

Bakıdakı apteklərin birində müdir olduğu iddia edilən şəxs işçisini vəhşicəsinə döyüb. Yayımlanan kadrlarda müdirin işçini yumruqlayıb, yerdə sürüdüyü görünür.

Sözügedən videonu təqdim edirik:

Xeber24_tg

25 Nov, 08:14


Hazırda ölkədə fəaliyyət göstərən saytlara, proqramlara, banklara və bir çox sahəyə kiberhücumlar həyata keçirilib. Bu sahələrin işində çətinlik yaranıb.

Xeber24_tg

25 Nov, 07:24


XRİTDX: Dövlət qurumlarına qarşı olan xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb

Xeber24_tg

25 Nov, 06:25


Bakıda küləyin gücü saniyədə 23 metrə çatıb -

Xeber24_tg

25 Nov, 05:50


🔥 Rusiya günə böyük yanğınla başlayıb.

Kaluqa vilayətindəki neftayırma zavoduna PUA hücumu olub. Nəticədə güclü yanğın başlayıb.

📍 Videoda qeyri-etik ifadələr var.

Xeber24_tg

25 Nov, 05:29


‼️Bu gündən COP29 tədbirinin keçirilməsi ilə bağlı hərəkət sxemi dəyişən və fəaliyyəti dayandırılan bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilib

Xeber24_tg

25 Nov, 05:08


🇦🇿Prezident Kəlbəcərin azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Xeber24_tg

24 Nov, 20:02


🇦🇿Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, rayonu erməni işğalçı ordusunun tərk etməsindən 4 il ötür.

Xeber24_tg

24 Nov, 13:37


Taylandda minlərlə meymun üçün bayram süfrələri açılıb

Xeber24_tg

24 Nov, 10:34


☄️Prezident paylaşım etdi: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir. Qısa müddətə baxmayaraq, Azərbaycan COP29-un rahat və səmərəli keçirilməsi üçün bütün lazımi hazırlıqları təmin edib.

Xeber24_tg

24 Nov, 09:46


⚡️ABŞ prezidenti Co Bayden COP29-da əldə olunmuş razılaşmalara görə Azərbaycana təşəkkür edib.

Xeber24_tg

24 Nov, 06:15


COP29 bitdi, Muxtar Babayev hər kəsə təşəkkür etdi.

Xeber24_tg

24 Nov, 05:49


🚨🚨Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb.

Bakının Suraxanı rayonunda ağır yol qəzası zamanı 16 yaşlı yeniyetmə dünyasını dəyişib.

APA xəbər verir ki, hadisə Zığ şossesində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü İsmayılov Vüsal Aydın oğlu yaşadığı Binə qəsəbəsində atasına məxsus avtomobili qaçırıb.

O, idarə etdiyi maşını Zığ şossesində işıq dirəyinə çırpıb.
Qəza nəticəsində 16 yaşlı yeniyetmə dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

Xeber24_tg

23 Nov, 12:09


🇦🇿 Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Vətəndaşlar 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq, həmçinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılacaq.

Xeber24_tg

23 Nov, 11:51


İstanbula qar yağdı

Xeber24_tg

21 Nov, 13:53


‼️ İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Sərəncam imzalayıb.

Xeber24_tg

21 Nov, 07:06


Noyabrın 25-dən hərəkət sxemləri bərpa ediləcək marşrutlar:

1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1

Xeber24_tg

21 Nov, 06:56


‼️İranın Buşəhr əyalətinin Daştestan şəhərinin Bazarjan rayonunda Rixter şkalası üzrə 4,6 maqnitudalı zəlzələ olub.

Xeber24_tg

21 Nov, 05:21


♻️COP29 çərçivəsində fiziki məhdudiyyətli insanların iştirakı ilə əyləncə proqramı təşkil olunub

Xeber24_tg

20 Nov, 16:52


Prezident İlham Əliyev Ağdam Şəhəri Günü münasibətilə paylaşım edib

Xeber24_tg

20 Nov, 13:42


SON DƏQİQƏ Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına təhlükəsizlik risklərinin artması ilə bağlı çağırış edib.

Xeber24_tg

20 Nov, 13:32


"Vətəndaş A" serialına görə İTV-yə xəbərdarlıq edilib

20 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilmişdir. İclas "İTV" kanalında yayımlanan "Vətəndaş A" serialında personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsi ilə bağlı məsələyə həsr olunmuşdur.

Müzakirə zamanı qeyd olunmuşdur ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulmuşdur.

Müzakirələrin nəticəsi olaraq Audiovizual Şura bir daha bu cür halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlıq etmişdir.

Xeber24_tg

20 Nov, 12:48


‼️‼️Acun Ilıcalı barədə araşdırma başladılıb

Türkiyənin tanınmış şoumeni və aparıcısı Acun Ilıcalı barədə araşdırma başladılıb.

Buna səbəb qanunsuz mərc oyunları reklamı və təşviq iddialarıdır.

Həmçinin “TV8” və “Exxen” rəqəmsal platformasının səlahiyyətli şəxsləri haqqında da araşdırmalar başladılıb.

İstintaqın UEFA Millətlər Liqası matçlarında nümayiş etdirilən qanunsuz mərc reklamları ilə bağlı olduğu bildirilir.

Xeber24_tg

20 Nov, 11:06


XİN: COP29 ərəfəsində Fransanın Azərbaycan sədrliyini hədəf alan bəyanatları ilə bağlı qarşı tərəfə etiraz bildirilib.

Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırılıb.

Xeber24_tg

20 Nov, 07:48


Bakıda baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Xeber24_tg

20 Nov, 07:19


🇦🇿Ədliyyə mayoru, Vətən müharibəsi iştirakçısı Cavanşir Nəbiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib.

Xeber24_tg

20 Nov, 05:59


🇦🇿⚖️🇦🇲 Azərbaycan Daimi Arbitraj Məhkəməsinə Ermənistanın enerji resursları ilə bağlı pozuntularını əks etdirən sənəd təqdim edib.

Xeber24_tg

20 Nov, 05:45


🚀 İlon Maskın Starship nəqliyyat sisteminin altıncı sınaq buraxılışı baş tutub.

Xeber24_tg

20 Nov, 05:37


Mahir Emreli İsveçlə görüşdən sonra gözyaşlarını saxlaya bilməyib

Xeber24_tg

20 Nov, 05:04


Məscidin imamına sui-qəsddə təqsirləndirilən şəxs: “Məqsədim zərbəni boğazına vurmaq idi, öldürmək istəyirdim”

“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən və şahidlər ifadə verib.

Xeber24_tg

20 Nov, 05:00


"Barselona"nın rəsmi "Instagram" səhifəsində COP29-la bağlı paylaşım edilib

Xeber24_tg

20 Nov, 04:21


Şamaxı rayonunda zəlzələ qeydə alınıb

Yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,7-ə bərabər olub.

Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.

Xeber24_tg

19 Nov, 20:05


🇦🇿Ağdamın işğaldan azad edilməsindən 4 il ötür

Xeber24_tg

19 Nov, 13:15


❗️COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir

Xeber24_tg

10 Nov, 16:19


⚡️MN: Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.

Xeber24_tg

10 Nov, 13:02


⛈️🌨️ XƏBƏRDARLIQ

Noyabrın 11-i axşamdan 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Xeber24_tg

10 Nov, 09:21


⚡️"X" sosial şəbəkəsində Azərbaycana qarşı daha bir dezinformasiya yayılıb.

İraqda fəaliyyət göstərən "Rudaw" portalı Bakıda küçədən partlayıcı qurğu tapıldığını iddia edib.

Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, məlumat yalandır. Yolun kənarından tapılan bağlama yemək çatdırılması həyata keçirən şirkətlərdən birinə aid olub.

Xeber24_tg

10 Nov, 06:53


🇦🇿🇦🇫“Taliban” nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək

Bu barədə Əfqanıstan XİN-in mətbuat katibi Əbdül Qahar Balxi “Agence France-Presse” (AFP) agentliyinə bildirib.

“Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda olacaq”
– XİN rəsmisi deyib.

© report

Xeber24_tg

10 Nov, 06:46


⚠️Ayxan Hacızadə: Cari ilin sentyabr ayında erməni əsilli İordaniyalı rejissor Sarin Hayrapetyanın çəkdiyi “mənim şirin torpağım” adlı filminin “ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim edilmək üçün seçilməsinə baxmayaraq, filmin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olduğu nəzərə alınaraq, Azərbaycan tərəfinin narahatlığı dərhal İordaniya tərəfinə çatdırılıb.

🍿Erməni tərəfinin iddiasının əksinə, burada hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Məhz İordaniya Kral Film Komissiyasının müstəqil şəkildə qəbul etdiyi qərar nəticəsində film sonda “Oskar” mükafatına təqdim edilməyib və İordaniyada filmin nümayişi dayandırılıb. İordaniya tərəfinin bu qərarını alqışlayırıq.

Xeber24_tg

10 Nov, 06:12


🇦🇿COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsədilə müvəqqəti dəyişikliklər tətbiq edib

Xeber24_tg

09 Nov, 18:10


❗️Planetin ən gözəl qızı o seçildi

💥Noyabrın 9-u Filippində “Miss Earth 2024” müsabiqəsinin finalı baş tutub.


⚡️75 ölkənin nümayəndəsinin iştirak etdiyi yarışda Avstraliyalı model Cessika Leyn qalib olub.

Xeber24_tg

09 Nov, 16:04


❗️ DSX-nin əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Orucov Həbib İlham oğlu odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib ki, hadisə ilə əlaqədar Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Allah hərbçimizə rəhmət eləsin", - deyə F.Əliyev bildirib.

Xeber24_tg

09 Nov, 12:26


COP29 tədbir məkanı Bakı Olimpiya Stadionu COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verilib.

Xeber24_tg

09 Nov, 11:12


Yağıntılı hava şəraiti noyabrın 10-dək fasilələrlə davam edəcək.

Xeber24_tg

09 Nov, 06:57


‼️Bakıda COP29-la əlaqədar 15 marşrutun fəaliyyəti dayandırılır

1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E

Xeber24_tg

08 Nov, 20:01


🇦🇿 Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

🗓 Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Artıq Bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır.

👏🏻 Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi təbrik edirik!

Üçrəngli bayrağımız qalibiyyət simvolumuzdur!

Xeber24_tg

08 Nov, 16:11


🇦🇿 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilir.

Xeber24_tg

08 Nov, 13:25


🇦🇿❗️ İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Xeber24_tg

08 Nov, 12:31


🇦🇿Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib