🌱İslamda Uşaq Tərbiyəsi🌱 @islamdaterbiye Channel on Telegram

🌱İslamda Uşaq Tərbiyəsi🌱

@islamdaterbiye


✍️ Mədinə İslam universitetinin məzunu Vüqar Qurbanov Paylaşılan materialların və məqalələrin səhihliyinə nəzarət edir.

🌱Öldükdən sonra əməl dəftərimizi açıq saxlayacaq salih övladlar yetişdirmək niyyəti ilə...

Instagram.com/islamda_terbiye

🌱 İslamda Uşaq Tərbiyəsi (Azerbaijani)

🌱 İslamda Uşaq Tərbiyəsi kanalı, mədəniyyətimizdə önəmli bir yer tutan uşaq tərbiyəsi ilə bağlı dini məlumatları paylaşan bir platformdur. Kanalın yaradıcısı, Mədinə İslam universitetinin məzunu Vüqar Qurbanov, özçəkdiyimiz dini məzmunları səhihliyə və doğruluğa nəzarət etməklə məşğuldir. Kanalda, uşaqların dini ibadətlər, adətlər və özünəməxsus tərbiyəsi ilə bağlı məlumatlar təqdim edilməkdədir. Uşaq tərbiyəsi, onların sağlam, dini bir mədəniyyətə sahib olmalarına yardımçı olur. Vüqar Qurbanov, kanal aracılığı ilə öldükdən sonra əməl dəftərini açıq saxlamaq niyyəti ilə salih övladlar yetişdirməyə çalışır. İslamda Uşaq Tərbiyəsi kanalını takip edərək, uşaqlarınızın dini tərbiyələri ilə daha da yaxından tanış ola bilərsiniz. Əgər siz də uşaqlarınızı dini baxımdan doğru nəticələndirmək istəyirsinizsə, bu kanal sizin üçün ideal bir mənbə olacaq. Ətraflı məlumat üçün Instagram.com/islamda_terbiye səhifəsini də ziyarət edə bilərsiniz.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

27 Jan, 12:15


Faydalı Quran kanalı:

WhatsApp-da Yunus Ali | "Quranın Elmi İşığında" kanalını izləyin:
https://whatsapp.com/channel/0029Var9yIcGJP8HH8catT0M

🌱İslamda Uşaq Tərbiyəsi🌱

27 Jan, 11:34


📜Abdurrahman balamızın qiraəti 🩵
Uca Allah ona və bütün Quran tələbələrinə bərəkət versin

https://youtu.be/c27PonQbEY4?si=U2B5HRZ5mvlPYxPV

🌱İslamda Uşaq Tərbiyəsi🌱

26 Jan, 10:24


📚 Yeni kitab elanı 📚

Möhtərəm müsəlmanlar! Sizlərə "Yaşlı kimsənin İslamdakı haqları" kitabının tərcüməsini təqdim edirik.

📝 Müəllif: şeyx Abdur-Razzaq ibn Abdul-Muhsin əl-Bədr.
📝 Tərcüməçi: Sahib Əsədov.

https://sunna.az/content?cid=2215

📌 Paylaşın və xeyrin yayılmasına səbəb olun!

🌱İslamda Uşaq Tərbiyəsi🌱

25 Jan, 07:28


👆🏻 1 nəfərlik yer qaldı.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

24 Jan, 17:14


📣📣📣🇸🇦 Ərəb dili.(Quran deyil)

Birinci gün gənc qız tələbələrlə Mədinə 2 kitabına başlayırıq. Dərslər həftədə 3 gün (1,3,5) axşam saat 9-un yarısında başlayır. Aylıq ödəniş 50 AZN təşkil edir. Cəmi iki yer var. Hər dərs yeni dərsə paralel olaraq 1-ci kitabı da təkrar edəcəyik inşəAllah.

Müəllimə: Təhminə Umm Muhəmməd
@kerime571

🌱İslamda Uşaq Tərbiyəsi🌱

24 Jan, 17:08


A1 (başlanğıc) səviyyə Ərəb dili dərsləri!

🎨 Rəngarəng dərs materialları və şəkillərlə öyrənmə
🗣 Danışıq, dinləmə, anlama bacarıqlarının inkişafı
📆🎁 Hər ay sonu imtahan keçirilir və yaxşı nəticə göstərən uşaqlar mükafatlandırılır.
🌸 Dərslər qrup şəklindədir.
Həftənin 2 və 4-cü günləri saat 12.00-13.00
• Müəllimə: Nazan Bayramova
💰 Aylıq ödəniş sadəcə 30 AZN
Əlaqə üçün: @B_Nazan (yalnız bacılar)

🌱İslamda Uşaq Tərbiyəsi🌱

24 Jan, 08:55


اِذَا اَحَبَّ اللهُ عَبْدًا نَادَى جِبْرِيلَ قَدْ اَحْبَبْتُ فُلَانًا فَاَحِبُّوهُ فَيُنَادِى جِبْرِيلُ عَلَيْهِ السَّلَامُ بِذٰلِكَ فِى السَّمَاءِ وَ الْاَرْضِ وَ اِذَا اَبْغَضَ عَبْدًا فَمِثْلُ ذٰلِكَ

"Allah bir qulu sevdiyində, Cəbrailə: 'Mən filan şəxsi sevdim, siz də onu sevin' deyə nida edər. Bunun üzərinə Cəbrail də bunu göylərə və yerə bildirər. Allah bir qula buğz etdiyində də bunun eynisi olar." ¹

Bu rəvayətə əsaslanaraq sağlam düşüncəyə və əqidəyə sahib alimlər belə deyir:

"Allahın səni sevib-sevmədiyini bilmək istəyirsənsə, bax gör səni nə ilə məşğul edir."

¹-Buxari, ədəb, 41; Müslim, birr, 157.

Əziz valideynlər! Quran əzbərləməkdə olan övladlarınızı dünyəvi elmlərdə uğur qazananlarla müqayisə etməyin. Onları sanki boş və mənasız işlərlə məşğul olurlar kimi dəyərləndirməkdən çəkinin. Allahın sevdiyi bu əməlin qədrini bilin və onları bu yoldan uzaqlaşdıracaq fikirlər söyləməyin. Əksinə, övladlarınıza dəstək olun və bunun vacibliyini yalnız sözlərinizlə deyil, əməllərinizlə də göstərin.

Dünyəvi savad əlbəttə ki, önəmlidir və bunu mən də tələbələrimə tövsiyə edirəm: həm dünyəvi, həm də üxrəvi elmlərə yiyələnin.

Lakin əsas məqsəd Allaha yaxınlaşmaq və Onun razılığını qazandıran əməllərə yönəlməkdir.

Unutmayın ki, Quran əhli Allahın əhlidir və bu, ən böyük şərəfdir. Sizin dəstəyiniz onların bu yolda daha da irəliləməsinə səbəb olacaq.

"Bəlkə sənin də övladın haqqında Uca Allah Cəbrailə səslənəcək..."

Yunus Ali.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

06 Jan, 09:53


Deyirlər ki, uşaq tərbiyəsi əldə quş tutmağa bənzəyir. Çox sıxsan zərər verərsən, açıb-buraxsan uçar gedər. Ona görə də hər bir işdə orta yolu gözləmək lazımdır. Nə ifrat, nə təfrit.

@islamdaterbiye

🌱İslamda Uşaq Tərbiyəsi🌱

02 Jan, 09:55


🌿Allaha ibadət edən, əməlisaleh bir nəsil üçün Qurandan müstəcəb bir dua:

"Ey Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et! Ey Rəbbimiz, duamı qəbul et!
Ey Rəbbimiz, haqq-hesab günü məni, ata-anamı və möminləri bağışla!”

{İbrahim surəsi, 40-41}
@islamdaterbiye
#GazaGenocide453day

🌱İslamda Uşaq Tərbiyəsi🌱

31 Dec, 11:47


Christmas, Halloween, birthday party ve s...

🌱İslamda Uşaq Tərbiyəsi🌱

30 Dec, 12:50


👆🏼ardıcıl oxuyun son iki paylaşımı.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

30 Dec, 12:49


🌾SubhanAllah belə övladlar yetişdirə bilərikmi? Qəlbi Allah kəlamının əzəmətinə tab gətirmədi...

Namazda ikən dünyasını dəyişən - Əli ibni Fudeyl İbn İyəd!

O böyük alim Fudeyl ibn İyədin (rahiməhullah) oğlu idi.

Muhəmməd ibn Nəcə (rahiməhullah) buyurur:

"Bir dəfə Fudeyl ibni İyəd bizə sübh namazını qıldırırdı. Mənim yanımda isə onun oğlu Əli ibni Fudeyl dayanmışdır. Fudeyl ibn İyəd,
“Mələklərə deyiləcək: "Onu yaxalayıb zəncirləyin! Sonra da Cəhənnəmə atın!” (Həqqa surəsi, 30-31) ayələrini oxuduqda ağlamağa başladı, onun oğlu Əli də ağladı və huşunu itirərək yerə yıxıldı."

Sələflərimizdən, böyük muhəddislərindən sayılan Muhəmməd ibnul Bəşşər (rahiməhullah) buyurur:

"Əli ibni Fudeylin ölümünə bu ayə səbəb olmuşdur. Uca Allah buyurur:

"Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi (dünyaya) qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq” – dediklərini görəydin!" (Ənam surəsi, 27)

Əli ibni Fudeyl bu ayəni oxuyub hönkürtü ilə ağlamağa başlayır, huşunu itirir və bir daha özünə gəlmir. Həmin gün onun cənazəsində mən də iştirak etdim."

[ ‘əs-Siyər’ kitabı ]
______________

Telegram.me/islamdaterbiye
Insta.com/islamda_terbiye

@tovbezamani kanalına istinadən

🌱İslamda Uşaq Tərbiyəsi🌱

30 Dec, 12:49


🌾Fudeyl inb İyad övlad tərbiyəsində aciz qalıbsa, bizim halımız daha acınacaqlıdır...

🎯Lakin duanın gücü möhtəşəmdir. Çünki hər şeyə Qadir Olandan ,hər şeyi İdarə Edəndən istəyirsən...

✍🏼 @islamdaterbiye

🌱İslamda Uşaq Tərbiyəsi🌱

19 Dec, 11:14


Allah düşmən övladlardan qorusun.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

12 Dec, 12:10


Övladlarınızı kitaba alışdırın.
Bir məlumat almaq istədiklərində, yaxud maraqlandıqları sual olduqda onlara "get internetdə araşdır" deyil falan kitabdan axtar deyin.Təbii ki, bu məqsədlə evdə kitabxananız olsun.Qoy uşaqlar kitabların mənbə olduğunu bilsin.
Bundan əldə edəcəyiniz faydalar:
Uşaqlarda diqqət əksikliyinin ən gözəl müalicəsi
Yaddaş pozğunluğunun ən gözəl müalicəsi
Gərəkən sulın cavabını kitabdan axtararkən yanaşı toksik informasiyalarla qarşılaşma riskinin "0" % olması
Ən əsası oxuma vərdişinin kitabla daha çox əldə edinməsi.
Unutmayın! Kitabı "Oxu" kəliməsi ilə başlayan ümmətik biz...

Dr.Günel

🌱İslamda Uşaq Tərbiyəsi🌱

07 Dec, 11:15


Baxın əsl müsəlman valideyninin verdiyi tərbiyə bu olmalıdır. Öz haqqından öncə Allahın qulları üzərində ən böyük haqqını övladına çatdırır. O da - TÖVHİDDİR. Allaha heç bir şeyi şərik qoşmamaq. Övladlarımızı bunun üzərində tərbiyə etməliyik. Aşkarda da gizlində də Allahdan qorxmağı, Onu hər şeydən üstün tutmağı övladlarımıza öyrətməliyik.

Allahın haqqından sonra gələn haqq isə valideynin haqqıdır. Bu da qulun üzərində insanlardan ən çox onun valideynlərinin haqqının olmasını bizlərə göstərir. Allaha qarşı asiliklər etmək istisna olmaqla, qul dünyavi məsələlərdə valideynləri ilə gözəl şəkildə davranmalıdır. Xüsusən də anası ilə. Hətta baxışlarına belə diqqət etməli, sərt baxışlarla onlara baxıb qəlblərinə kədərin daxil olmasına səbəb olmamalıdır.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

30 Nov, 18:08


Arxivdən )

Xatırladığımız qədər getdiyimiz yerlərdəki elə bir su hövzəsi, ya da palçıq yığını olmayıb ki, orda Muhəmmədin "ayaq izi" olmasın. Ona görə hələ də ehtiyat paltarlar və ayaqqabı götürməyə çalışırıq.

https://youtu.be/e2TImMN2x8k?si=vDcX6AmxzOfRogcJ

🌱İslamda Uşaq Tərbiyəsi🌱

28 Nov, 14:56


Canli yayına Günel Hacızadənin instaqram hesabından səhifəsindən:

https://www.instagram.com/inteqrativ_fitoterapiya?igsh=MWh3a2k2MWpxdXd0Yw==

Yaxud Jessamin fitoklub səhifəsindən inşaAllah qoşula bilərsiniz

https://www.instagram.com/jessamin.fitoclub?igsh=bnFjZGVyOGR0Ynh2

🌱İslamda Uşaq Tərbiyəsi🌱

28 Nov, 14:55


InshaAllah instagram üzərindən canlıda bu mövzuda məlumatlar verib suallarınızı cavablandıracam.
Tarix-29.11.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

25 Nov, 13:31


Qışa hazır deyillər... Allahım bu uşaqların qəlblərini rəhmətinlə isit. Onların bədənlərinin titrəməsi ruhlarımızı üşüdür sanki. Ey Rəbbimiz rəhm elə, yardımını göndər, düşmənləri darmadağın et ya Qahhar...

#dua_ən_güclü_silahdır
#duaları_çoxaldın

🌱İslamda Uşaq Tərbiyəsi🌱

22 Nov, 07:56


👆🏼Müəllimə: Aynur bacıdır. Ahlul-Quranın müəllimələrindəndir.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

22 Nov, 07:55


Mədinə 1-2 kitablarının tədrisi

Dərslər ödənişlidir:

Qrup halında:30 azn (cəmi 5 tələbə)

Fərdi:50 azn

▪️Dərslər  həftədə 2 dəfə
saatını müzakirə edərik

▪️Dərs üçün istifadə olunacağı proqram  teleqram

▪️Yaş həddi : 14+

▪️Şərtlər :Ciddiyyət, məsuliyyət və davamiyyət.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

21 Nov, 16:38


👆🏼müəllimə: Nazan Bayramova

🌱İslamda Uşaq Tərbiyəsi🌱

21 Nov, 16:37


UŞAQLAR ÜÇÜN BAŞLANĞIC SƏVİYYƏ ƏRƏB DİLİ DƏRSLƏRİ

• Dərslər barədə qısa məlumat: Dərslərimizdə uşaqların ərəb dilini anlama və danışma bacarıqları inkişaf etdiriləcək. Uşaqlar maraqlı metodlarla ərəb dilindəki təməl bilikləri öyrənəcəklər. Həmçinin, hər ay sonu imtahanlar keçirilərək, uşaqların dərsi necə mənimsədiklərinə diqqət yetirəcəyik.
• Dərsin vaxtı: Həftədə 2 gün, 1-1,5 saat
• Yaş qrupu: 7-15 yaş arası (10 yaşdan yuxarı oğlan uşaqları qəbul edilmir)
• Qrupda 7-8 nəfər tələbə olması nəzərdə tutulur.
• Dərslərin ödənişi: 30 AZN (aylıq)
• Dərslər whatsapp və zoom proqramları üzərindən keçiləcək.

Əlaqə üçün (yalnız bacılar): @B_Nazan

🌱İslamda Uşaq Tərbiyəsi🌱

21 Nov, 08:58


🎯 Dünyaya görə yazığınız gəlməsin.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

20 Nov, 10:07


🚿 Uşaqlara əzbərlətdirin. Ayaqyoluna girərkən edilən dua

[بِسْمِ اللهِ] اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ

[Bismilləh]. Allahummə inni əuzu bikə minəl-xubsi vəl-xabəis.

(Allahın adı ilə!) Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram! [1]

[1] əl-Buxari, 1/45; Muslim, 1/283. Əvvəldəki "Bismilləh!" Səid ibn Mənsurun əlavəsidir. Bax: «Fəthul-Bari», 1/244.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

12 Nov, 09:50


🎯 Özünüz öyrədin.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

08 Nov, 09:05


🔪 Qatil yetişdirən valideynlər və cəmiyyət...
@islamdaterbiye

https://youtu.be/HpFGdoCYnIw?feature=shared

🌿Bu dərsi paylaşın ki, insanlar bu mövzudakı xətalarını görə bilsin.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

31 Oct, 12:37


Bəqara və Ali-İmran surələrinin təkrarı qrupu:

• Dərsin vaxtı: Həftənin üç günü (4,5, şənbə günləri) saat 18.00
• Qrupun şərtləri: Məsuliyyət və dərslərdə davamlı iştirak etmək. Təkrar miqdarı tələbənin öz seçiminə bağlıdır. Lakin, azı 2 səhifə təkrar götürülməsi nəzərə alınmalıdır.
• Dərs üçün lazım olacaq proqramlar: whatsapp və Zoom
• Tələbə sayı: 5
Əlaqə üçün (yalnız bacılar): @B_Nazan

🌱İslamda Uşaq Tərbiyəsi🌱

24 Oct, 11:16


👆🏼⚠️ 860 azn çatmır.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

19 Oct, 08:57


📌 ELAN YENİLƏNDİ - 17.10.2024

⚠️ Lazım olan məbləğin tamamlanması üçün 2700 azn çatmır.

👉 Daha ətraflı: http://azeriumma.com/?p=1215

© AZERIUMMA.COM
© https://t.me/azeriumma

🌱İslamda Uşaq Tərbiyəsi🌱

18 Oct, 13:08


🤲🏻 Allahım, Səndən bu mübarək günün son saatında bütün islam ümməti üçün əmin-amanlıq diləyirik. Dünyanın hər yerində olan bütün zəif müsəlmanlara yardım et, onlara sabitlik ver, onlara rəhm et və onları sorğu-sualsız cənnət nemətlərinə qovuşdur.

@RADsuresi28

🌱İslamda Uşaq Tərbiyəsi🌱

16 Oct, 11:16


⚠️ Bu əzəmətli fürsəti özündən başqasına vermə.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

11 Oct, 18:08


⭐️Quran öyrənilməsində valideynin rolu.

https://youtu.be/ZPrR_zVh2HQ?si=OoXUzJVrzfKPefBK

🌱İslamda Uşaq Tərbiyəsi🌱

11 Oct, 16:51


Ahlul-Quran:
📌 Oğlan uşaqları üçün  əlifba qrupuna tələbə qəbulu:

▪️Vaxt:1,2,3,4,5-cü günləri saat 6-da
▪️Müəllim: Fəridə
▪️Dərs üçün istifadə olunacaq proqramlar:   WhatsApp
▪️Tələbə sayı: 15
▪️Yaş həddi: 12-yə kimi
▪️Şərtlər: Məsuliyyət və davamiyyət

https://chat.whatsapp.com/LTidUCDjo9x7j5828zgTsJ

🌱İslamda Uşaq Tərbiyəsi🌱

10 Oct, 14:28


🥟 🍲 Dərslərin çoxluğu içində hazır yeməklər vaxt qazanmaq baxımından "əlimizdən tutur". Soyuq havalarda ətli xəmir xörəkləri daha münasib olur. Çox münasib qiymətə və halal ətlərdən dondurulmuş düşbərə(1kq 15 azn), gürzə, gürcü xəngəli və s. əldə etmək istəyirsinizsə Suğra xanıma müraciət edə bilərsiniz. Sifarişlə hər cür şirniyyat da hazırlayır. Özümüz də onun əl dadına güvənərək hazırladığı təamlardan ürəklə istifadə edirik.

Əlaqə nömrəsi:
0552460484

🌱İslamda Uşaq Tərbiyəsi🌱

07 Oct, 14:14


📣 ⚠️ 📚 Bakı Ekspo Mərkəzində beynəlxalq kitab sərgisinin sabah (8.10.2024) son günüdür. Qatar əmirliyinin stendində ərəb dilində olan kitabları sabah pulsuz paylayacaqlarını dedilər. Bizə də ərəb dilində uşaqlar üçün iki kitab hədiyyə etdilər. Bütün nəşriyyatlarda yaxşı endirimlər var. Kolumbiya stendində əsl dadlı Kolumbiya kofesini pulsuz verdilər içdik ☕️ )) Uşaqlar üçün maraqlı, faydalı və əyləncəli gün oldu.

Sərgidə bütün beynəlxalq dillərdə kitablar var.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

03 Oct, 07:25


Quran ayələrinin dinləyib öyrənilməsi üçün çox faydalı.

🔷 Yasser al Dossari

🔷 Saad Al Ghamidi

🔷 Okasha Kameny

🔷 Ali Abdur-Rahman al-Huthaify

🔷 Naser al-Qatame

🔷 Mahir Al-Muayqali

🔷 Sheikh Bander Bin Abdul Aziz Baleelah

🔷 Muhammad Ayyub

🔷 Qurani-Kərim Azəri-Ərəb

🔷 Qurani Kərim Azərbaycan dilində.

🔷 Полное Толкование Священного Корана . Абдурахман ас-Саади

🔷 Ясир ад-Дусари: чтение Корана с переводом на русский язык

🔷 Мединский курс

🔷 Quran Arabic English

🔷 Abdul Rahman Al Sudais

🔷 Raad Al Kurdi

🌱İslamda Uşaq Tərbiyəsi🌱

30 Sep, 15:06


Hafizlər üçün

🌱İslamda Uşaq Tərbiyəsi🌱

29 Sep, 07:20


📣Bir gün sonra dərslərimiz başlayır inşəAllah. Bu qiymətə belə bir imkanı əldən verməyin.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

27 Sep, 18:46


Ərəb dili Mədinə 1 kursu

3 aylıq
Həftədə 2 dərs, oflayn

Qadınlar üçün

Şərt - Fəal olmaq, tapşırıqları vaxtında yerinə yetirmək.

Başqa qruplara qoşulan da bu kursa qatıla bilər. Təkrar/hazırlıq olar sizin üçün.

Müəllimə: Nigar Bəkirova

https://t.me/+xZrOvcnoCsNiYjZi

🌱İslamda Uşaq Tərbiyəsi🌱

24 Sep, 12:29


⚠️ Çox təəssüf hormonlu meyvələrin uşaqlara zərərlərindən biri də budur

🎯 Uca Allah buyurur:

{ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡ وَٱشۡكُرُواْ لِلَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ }

Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin! Əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!

{Bəqərə surəsi,172}
@islamdaterbiye

🌱İslamda Uşaq Tərbiyəsi🌱

20 Sep, 09:57


🥀 *Biz qayəmizi unutduq...*

🍁Övladlarımız tez böyüsün, o olsun, bu olsun deyirik. Gecə gündüz çalışırıq, əziyyət çəkirik övladlarımızın qarnı tox olsun deyirik. Lakin ruhlarını ac buraxmaq bizi elə də maraqlandırmır.

Üstü başı təmiz olsun, birdən çirkli görsələr "anası hara baxır" deyərlər. Lakin günahların qəlbə saldığı ləkələri onsuz da görən yoxdur deyə elə də önəmsəmirik. Hansı ki, insanların zahirinə yox, qəlblərinə baxan Allahı layiqincə Uca tutmuruq...

🎓 Məktəbi yaxşı oxusun, yaxşı yerlərdə oxusun, yaxşı işi olsun, yaxşı dünyası olsun istəyirik. Lakin buna görə göstərdiyimiz hərisliyi onların axirəti üçün göstərmirik.

📚Müəllimlər tuturuq, pullar tökürük dünya elmin öyrənsin.  Lakin islamı öyrənməsi üçün müəllim tutmuruq, hətta Allah üçün pulsuz öyrədilən online tədris mərkəzlərinə də maraq göstərilmir ki, Allahın elmin öyrənilsin. 

⌛️Saatlarla məktəb dərslərilə məşğul oluruq, lakin yarım saat Quran dərsi yaxud hədis dərsi ilə məşğul etmirik.

💵 Pul töküb ingilis, rus və s. əcnəbi dilləri öyrədirik, lakin dinimizin, Quranın dili olan ərəb dilini öyrənmələrinə maraq göstərmirik.

🕯 *Biz qayəmizi unutduq...*
Biz Allahın əmanət verdiyi övladlarımızın əslində əsl sahibi olmadığımızı, onları əsl Sahibinə, Allaha qul yetişdirməli olduğumuzu unutduq...

Onların dünyasına Allah Kəfil olduğu halda özümüzü onların dünya qurucusu hesab etdik. Hansı ki, əsas onların axirətini düşünməli idik. Hər ikisini heç olmasa eyni dərəcədə öyrətməli idik, eyni dərəcədə verməli idik...

💡Lakin hələ də yaşayırıqsa deməli gec deyil. Ziyanın yarısından qayıtmaq da XEYİRDİR.

✍🏼T.Ummu Muhəmməd

https://telegram.me/islamdaterbiye

🌱İslamda Uşaq Tərbiyəsi🌱

20 Sep, 06:28


📚📙📘📗Kitab oxuyanda uşaqların gözü qarşısında oxumağa çalışın. Uşaqlar sizdə gördüklərini təqlid etməyə meyilli olurlar. Telefon, tablet, kompüter kimi cihazları onların gözü önündə çox istifadə etməyin. Sonra balaca təqlidçiləriniz "gördüyünü götürəndə" üzüləcəksiniz.

✍🏼 @islamdaterbiye

🌱İslamda Uşaq Tərbiyəsi🌱

18 Sep, 05:39


⚠️ Səndən övladın barədə soruşulacaq!
@islamdaterbiye

🌱İslamda Uşaq Tərbiyəsi🌱

15 Sep, 05:48


🎓 Magistr Təhsilim: Xarici dil və ədəbiyyatı tədrisi metodikası.

İş Təcrübəm: Ailə qurana qədər dövlət məktəblərində ingilis dili müəllimi işləmişəm. Tələbəlik zamanı amerikalı müəllimlərlə yay məktəbi dərslərində də iştirak edib sertifikatlar əldə etmişəm.

✍🏼 Bunları ona görə yazdım ki, bəziləri üstümüzü unlu görüb bizi dəyirmançı zənn etməsinlər. Mənə pul, sizə də dərs lazımdırsa buyurub ürəklə iştirak edə bilərsiniz ))

🌱İslamda Uşaq Tərbiyəsi🌱

15 Sep, 05:39


🎓 Bakalavr təhsilim: Xarici dil və ədəbiyyati.
🖋 İxtisasım: İngilis dili və ədəbiyyatı müəllimi.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

15 Sep, 05:31


1⃣ Oktyabrdan dərslər intensiv olaraq baslayacaq inşəAllah. Təxminən 2 aya yaxın davam edə bilər.
🚺 Bu təlimə həm uşaqlar, həm də istənilən yaşda qadınlar da qoşula bilər.
🧠 Dil öyrənmək beynin qocalmasını ləngidir və hafizəni gücləndirir.
0⃣ Dərslər tamamilə sıfırdan olacaq yəni ingilis dilini bilməyənlər ya da çox az bilənlər üçün nəzərdə tutulub.
💳 Ödəniş aylıq deyil. Bir dəfə olur və 500 söz öyrənilib bitənə kimi əlavə ödəniş olmur.
💰 Qiymətin aşağı olması dərslərin keyfiyyətinə tərs mütənasibdir. Sadəcə hamı üçün əlçatan olsun deyə belədir. Növbəti dəfə bu qiymətə olmayacaq.
📊 hər 100 sözdən sonra onlayn formada imtahan olacaq. Bütün imtahanlardan uğurla keçən tələbə növbəti təlimə 30% endirim qazanacaq inşəAllah.
🎓 Təhsilim və təcrübəm barədə də məlumat verəcəm inşəAllah.
@islamdaterbiye

🌱İslamda Uşaq Tərbiyəsi🌱

14 Sep, 06:25


📣📣📣 İngilis dilində 500 söz.

İngilis dilində A1 səviyyəsinə aid ən çox işlənən 500 sözün offline öyrədilməsi təliminə başlayırıq . Tamamilə sıfırdan olan bu təlimdə hər gün yeni sözlər, onların tələffüzü, tərcüməsi, cümlədə işlənməsi və bəsit qrammatik qaydalar kanala göndəriləcək. Təlim özü sərbəst çalışmağı bacaran, məsuliyyətli tələbələr üçündür.

Ödəniş birdəfəlik 15 AZN təşkil edir. 7 yaşdan yuxarı hər kəs qoşula bilər. Oğlan uşaqları isə 13 yaşa qədər olar.

Müəllimə: ADU məzunu, filoloq, metodist Təhminə Kərimova.

💳 4098 5844 6263 9129
Leobank 01/27

Ödəniş etdikdən sonra telegramda @kerime571 kontaktı ilə əlaqə saxlayın.

🌱İslamda Uşaq Tərbiyəsi🌱

06 Sep, 11:18


🎯 Müstəcəb dualar.
Paylaşaraq xeyrlərə nail olun.

@RADsuresi28