Noyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov dünyanın ən nüfuzlu reytinq təşkilatlarından olan “Quacquarelli Symonds” (QS) Beynəxalq Reytinq Agentliyinin rəhbər şəxsləri – Baş vitse-prezident Ben Sowter, Regional direktor Sergey Xristolyubov və Analitika və qiymətləndirmə üzrə direktor Leigh Kamolinsla görüşüb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, UFAZ-ın İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibovanın da iştirak etdiyi görüşdə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin, o cümlədən ADNSU-nun QS reytinqindəki uğurunlarından, ADNSU ilə QS arasındakı əmkdaşlıq əlaqələrinin genişlənməsindən bəhs olunub.
Qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq əlaqələrinin müzakirəsi ilə keçən görüşdə yeni hədəflərə və perspektivlərə toxunulub.