Ailə əxlaqı ❦ @exlaq_channel Channel on Telegram

Ailə əxlaqı ❦

@exlaq_channel


🌷 Evlilərə və subaylara məsləhətlər,
🌷 Hamilə xanımlara tövsiyyələr,
🌷 Kişi-qadın münasibətləri,
🌷 Uşaq tərbiyəsi,
🌷 Ata-anaya itaət,
🌷 Dahilərdən kəlamlar,
🌷 Ayə, hədis, şəri hökm,
🌷 Qısaca ailə haqqında hər şey.

15-11-2016

Ailə əxlaqı ❦ (Azerbaijani)

🌷 "Ailə əxlaqı ❦" Telegram kanalı, evlilərə və subaylara məsləhətlər, hamilə xanımlara tövsiyyələr, kişi-qadın münasibətləri, uşaq tərbiyəsi, ata-anaya itaət, dəhilərdən kəlamlar, ayə, hədis, şəri hökm, qısaca ailə haqqında hər şeyi mövzularında məlumatlar paylaşan bir platformdur. Kanal 15.11.2016 tarixində yaradılmışdır. Kanalın adı olan "Ailə əxlaqı" ifadəsi, ailenin önemini vurgulamakta ve aile içi ilişkilerin önemine dikkat çekmektedir. Kanal, aile hayatı, evlilik, çocuk yetiştirme gibi konularda bilgi sahibi olmak isteyen herkes için faydalı içerikler sunmaktadır. Siz de bu kanala abone olarak, aile ilişkileriyle ilgili önemli ipuçları ve öneriler alabilirsiniz.

Ailə əxlaqı ❦

17 Sep, 09:13


Hər başlanğıc, uyğunlaşma dövrü tələb edir.


Məktəbə yeni başlayan və uzun tətildən sonra dərsə (məktəbə) davam edən şagirdlərin adaptasiya prosesi haqqında..


Məktəblərin açılması ilə yeni bir nizama keçirik. Yuxu saatlarımız, yemə nizamımız və məsuliyyətlərimiz dəyişir.

Həyatımızı yenidən fərqli bir ritmə uyğunlaşdırmağa çalışdığımız zaman, əlbəttə çətinlik çəkdiyimiz anlar olacaqdır.

Yorulacağıq, əsəbləşəcəyik, həyəcanlanacağıq, bə'zən yetişə bilməyəcəyik, bə'zən həvəslə gözəl işlər görəcəyik.

Bütün bunlar olarkən biz zaman-zaman dayanıb, bu emosiyalar və uyğunlaşma prosesinin olduqca təbii olduğunu özümüzə və yaxınlarımıza xatırlatmalıyıq. Bu yolla daha hamar keçidlər edə bilərik.


▁▁▁

Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


#Fobiya #Məktəb #Uyğunlaşma

╭━━➤  https://t.me/exlaq_channel
╰━━━━━━━━━━━━━━━━━━━━━━

Ailə əxlaqı ❦

17 Sep, 00:49


Məktəb dövrü və uyğunlaşma problemləri.


Uşaqlar niyə uyğunlaşma problemləri yaşayır?

Ayrılıq narahatlığı;
Sərhədsizlik;
Həmyaşıd zorakılığı;
Sosial fobiya;
Məktəb fobiyası;
Diqqət və fokuslanma problemləri.


NƏLƏR EDİLƏ BİLƏR?


📍 İki həftə içində məktəbə adaptasiya ola bilməyən uşaqların valideynləri, ilk həftə sinifdə, ikinci həftə koridorda, məktəbin həyətində gözləyə bilər. Daha sonrakı günlərdə isə valideynlər uşaqlarını məktəbdə buraxıb geri qayıtmalıdırlar.

📍 Məktəbdən əvvəl səhər ya da axşam ağlamalarına görə uşaqları məktəbə göndərməmək prosesi çətinləşdirir. Ata-analar, uşaqlarının məktəbə alışmaları üçün qərarlı olmalıdır.

📍 Uşaqların emosiyalarının fərqinə varmaq və sağlam bir şəkildə idarə etmək çox əhəmiyyətlidir. Bir ayın axırında məktəbi rəddetmə davam edirsə, bir mütəxəssis köməyinə müraciət etmək lazımdır.


▁▁▁

Hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


#Fobiya #Məktəb #Uyğunlaşma

╭━━➤  https://t.me/exlaq_channel
╰━━━━━━━━━━━━━━━━━━━━━━

Ailə əxlaqı ❦

16 Sep, 16:02


Şəhvətin yerini şəfqət alarsa, cinsəllik bitər.


Cütlüklərin bir-birinə valideynlik etməsi, qadınlıq və kişilik enerjisinin arxa planda qalıb dostluğun/yoldaşlığın ya da valideynliyin çox daha ön planda olması şəhvətin azalmasına səbəb ola bilər. Bu tərz münasibətlərdə şəhvətin yerini şəfqət almışdır. Aralarında güclü bir bağ vardır, amma şəhvət yoxdur.


▁▁▁

Tərcümə etdi:
      Elvin Mürtəza Nurşəhri.


#Şəhvət #Şəfqət #Cinsəllik #Cütlük #Qadınlıq #Kişilik #Valideynlik

╭──➤  https://t.me/exlaq_channel
╰──────────────────────

Ailə əxlaqı ❦

16 Sep, 09:02


Xoşbəxt cütlüklərin mübahisə edərkən tətbiq etdiyi 7 metod.


Mübahisə əsnasında həyat yoldaşlarının sözlərini kəsmədən diqqətli şəkildə dinləyərlər.

Mübahisə edərkən nə olursa olsun, bir-birilərinə aşağılayıcı, təhqir edici və ya təcavüzkar ifadələr istifadə etməzlər, hörmətlərini qoruyarlar.

Mübahisə əsnasında mövzunu dağıtmadan problemi həll etməyə fokuslanarlar.

Mübahisə əsnasında açıq fikirlidirlər. Bir-birilərinə qarşı tolerant davranırlar.

Mübahisə vaxtı, mübahisənin təzyiqini endirmək (alovunu söndürmək) üçün uyğun bir şəkildə mizahdan (zarafatdan) istifadə edərlər.

Həyat yoldaşını günahlandırmaq yerinə emosiyalarını mən diliylə ifadə edərlər. (Məs: məndə də günah var və ya günah məndədir.)

Mübahisə sonlandığı zaman mövzunu bağlayar və bir-birilərini qucaqlayarlar.


▁▁▁

Tərcümə etdi:
      Elvin Mürtəza Nurşəhri.


#Mübahisə

╭──➤  https://t.me/exlaq_channel
╰──────────────────────

Ailə əxlaqı ❦

16 Sep, 01:05


Uzun müddətli münasibətlərin 8 sirri.


Birlikdə kifayət qədər zaman keçirin, nə çox az, nə hədsiz çox..

Həllə fokuslanaraq müzakirə edin, sadəcə haqlı çıxmaq üçün deyil.

Bir-birinizi dəyişdirməyə çalışmayın.

Bir-birinizə açıq olun və çox səmimi yaxınlaşın.

Keçmişi hər dəqiqə qurdalamayın.

Münasibətinizə qətiyyən 3 şəxsləri daxil etməyin. (ailə, dostlar, və s.)

Birlikdə əylənməyi, həzz dolu vaxt keçirməyi öyrənin.

Münasibətinizi qətiyyən başqa münasibətlərlə müqayisə etməyin.


▁▁▁

Tərcümə etdi:
      Elvin Mürtəza Nurşəhri.


#Münasibət

╭──➤  https://t.me/exlaq_channel
╰──────────────────────

Ailə əxlaqı ❦

15 Sep, 21:01


Təəssüflə bildirməliyik ki, Azərbaycanda, cinsiyyəti sırf qız olduğu üçün çox körpələr ana bətnində abort etdirilir.

Ailə əxlaqı ❦

15 Sep, 10:51


Həzrət Xədicə (s.ə) Həzrət Məhəmmədin (salləllahu əleyhi və alih) tərifində söylədiyi şer:

فَلَو أَنّني أمسَيتُ فِي كلِّ نِعمَة
وَ دامَت لِي الدُّنيا وَ مُلك الأكاسِرة
فَما سَوِيَت عِندي جَناح بَعُوضَة
إذا لَم يَكن عَيني لِعَينك ناظِرة.

“Dünyanın bütün nemətləri mənim olarsa;
Bütün padşahların səltənəti mənim olarsa;
Mənə bunlar milçək qanadları qədər dəyərli olmaz,
Əgər gözlərim Sənin gözlərini görə bilməzsə!”


📚 “Biharul-ənvar” cild 16, səh. 52.


Bu gün 😍 Hz. Məhəmməd (s) və ümmətin anası Xanım Xədicə (ə)-ın izdivac günüdür.♥️

Allah-Təala Ümmətin bütün ailələrinə, ailə qurmağa hazırlaşanlara Hz. Məhəmməd (s) və Xanım Xədicənin (ə) ailə səadətini, birliyini nəsib etsin!


▁▁▁


╭──➤  https://t.me/exlaq_channel
╰──────────────────────

Ailə əxlaqı ❦

14 Sep, 01:05


Nə etsə? Hamilə qalsa!


Deyək ki, bir qadın ərindən hamilə qalır, o qadının savabı oruc tutan, gecə namaz qılan və Allaha ibadət edənin savabına bərabərdir. Nə etsə? Hamilə qalsa! Dünyaya gətirməsi savabdır, süd verməsi savabdır. Qadın körpəsini əmzirməyə başladığı andan etibarən hər bir əmzirməsinə qarşılıq bir kölə azad etməsi savabı verilər. Uşağı süddən kəsdiyi zaman göy üzündən ona belə səslənilər: “Ey qadın, işinə başla, keçmişini unut. Çünki keçmiş keçmişdə qaldı.” Nə deməkdir bu? Yəni “bu əməlinlə (qul haqqından başqa) kiçik günahların silindi” deməkdir.


▁▁▁

Tərcümə etdi və hazırladı:
      Elvin Mürtəza Nurşəhri.


#Hamiləlik #Hamilə_qadın #Hamilə

╭──➤  https://t.me/exlaq_channel
╰──────────────────────

Ailə əxlaqı ❦

13 Sep, 21:24


Gecəniz xeyirli və nurlu olsun!

Ailə əxlaqı ❦

13 Sep, 10:30


Həm dost, həm də sevgili olmalısınız..


Evinizdən qabaq ailənizi təmir etməlisiniz, sizə ustadan çox ustad lazımdır. Evsiz də ailə olmaq olar, lakin ailəsiz ev olmaq mümkün deyil. ©


“Ər və arvad olmaq hələ azdır; bundan başqa həm dost, həm də sevgili olmalısınız ki, sonra bunları kənarda axtarmayasınız..”

🇯🇵 “Yapon məsəli”


▁▁▁


╭──➤  https://t.me/exlaq_channel
╰─────────────────────

Ailə əxlaqı ❦

13 Sep, 06:16


Ailə əxlaqı ❦ pinned «Həyat yoldaşını qucaqlamaqdan vaz keçərsən, nə olar? Peyğəmbərimiz (s) buyurur ki; “Allah bir evin bərəkətini, ruzisini ər-arvad arasındakı məhəbbətin arasına gizləmişdir.” 👉 Toxunma aclığı yaşayar, toxunma aclığı insanların toxunma və ya fiziki təmas həsrətini…»

Ailə əxlaqı ❦

13 Sep, 01:15


Cütlük arasında münasibətləri bitirən səbəblərdən biri “əfsanə gözləntisi sindromu”.


“Harvard alimlərinin araşdırmalarına görə cütlüklər arasında münasibətləri bitirən səbəblərdən biri də “əfsanə gözləntisi sindromu”dur. Tərəflər bir-birilərinə xəyallarında canlandırdığı əfsanəvi prototiplər kimi baxır və yanlış olaraq da sevgililik və nişanlılıq dövrlərində buna uyğun yaşamağa çalışırlar. Lakin insan bir ömür qeyri-təbii halda yaşaya bilməz. Hər bir insanın özünə görə darıxdırıcı, bezdirici tərəfləri var. Halbuki, tərəflər müəyyən bir müddət ərzində bunu bir-birilərindən gizlədirlər. Yəni münasibətlərin “reklam dövrü” adlandırdığımız həmin zamanda hər şey ideal və xəyallarda olduğu kimi cərəyan edir. Lakin iş ciddiyə doğru getdikcə hər kəs öz əhvalına qayıtmağa başlayır, əfsanə və xəyali prototiplər havaya uçur. Heç bir tərəf digərinə etiraf etməsə də hər biri vəziyyətin getdikcə dəyişməsinə görə xəyal qırıqlığına düşür. Xəyal yuxusu real oyanışla əvəz olunur.

Ona görə də elə ilk münasibətlərdən tərəflər bir-birilərinə yalnız müsbətləri deyil, mənfiləri də göstərməli və özlərini tam şəkildə təqdim etməlidirlər. Bir insanın ətir qoxusu ilə yanaşı tər və tualet qoxusunun da olduğunu unutmaq olmaz. Hər kəs elə ilk andan bunu zehnində canlı tutsa yaranan münasibətlər daha dərin və davamlı olacaq.”


(Harvard universitetinin Dr. Emi Qaddinin “Psixi Rahatlıq” əsərindən/aksiom)


▁▁▁


 Elvin Mürtəza Nurşəhri.


#Əfsanə_gözləntisi_sindromu
#Reklam_dövrü #Sindrom
#Psixi_rahatlıq #Münasibət


╭──➤  https://t.me/exlaq_channel
╰──────────────────────