HayClub @clubhay Channel on Telegram

HayClub

@clubhay


Ermənistan və ermənilərlə əlaqəsi olan istənilən məlumat bizim üçün maraqlıdır. Mövzu sizə də maraqlıdırsa, "HayClub" kanalını izləyin.

👉 YouTube kanalı: bit.ly/rossovusal
👉 Əlaqə üçün: @hayclub_bot

HayClub (Azerbaijani)

HayClub kanalı Ermənistan və ermənilərlə əlaqəsi olan istənilən məlumatı paylaşan bir platformadır. Eğer siz də bu mövzuya maraqlanırsınızsa, HayClub kanalını izləyə bilərsiniz. Kanalda Ermənistan və ermənilərlə bağlı son məlumatlara, analizlərə və digər məqalələrə rast gələ bilərsiniz. Ayrıca kanalda paylaşılan məzmunlar vasitəsi ilə daha çox şəraitdə fikirlərinizi genişləndirə bilərsiniz. HayClub kanalında daha çox məlumat əldə etmək üçün YouTube kanalına da baxa bilərsiniz: bit.ly/rossovusal. Əgər müraciət etmək və ya daha çox məlumat almaq istəyirsinizsə, @hayclub_bot ilə əlaqə saxlaya bilərsiniz.

HayClub

16 Jan, 14:57


🔥 Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər aparılması barədə razılığa gəliblər.

HayClub

16 Jan, 14:57


🇦🇿Azərbaycan XİN:

“Bu gün Azərbaycan-Ermənistam şərti sərhədində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.”

🌐@hashplusmedia

HayClub

15 Jan, 18:07


♦️The Wall Street Journal:

“Trampın Ermənistanla Azərbaycan arasında sülhün bərqərar etməsi üçün “qızıl fürsət” var.”

🌐@hashplusmedia

HayClub

15 Jan, 04:44


🇺🇸🇦🇲 Trampın prezidentliyə başlamağına bir neçə gün qalmış ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması maraqlı hadisədir. Trampın regiona münasibəti bəllidir və Bayden hökumətinin bu addımı onun maraqları ilə üst-üstə düşmür. ABŞ-nin Cənubi Qafqazda "strateji tərəfdaş" rolunda görünməsi vəziyyəti gərginləşdirə bilər. Lakin, burada Trampın məsələ münasibəti həlledici olacaq.

▶️ @clubhay

HayClub

15 Jan, 04:17


🇺🇸🇦🇲❗️Biz daha da güclü tərəfdaşlara çevrilirik, - Blinken Ermənistanla strateji tərəfdaşlıq sazişinin imzalanması zamanı bildirib:

⚡️Son bir neçə il ərzində biz iqtisadi əlaqələr və əməkdaşlıq sahəsində də daxil olmaqla, əhəmiyyətli dərəcədə birgə iş qura bilmişik. Biz iqtisadiyyatlarımız arasında, xüsusilə enerji sektorunda əməkdaşlığı genişləndirmişik və indi yeni əməkdaşlığa başlamağa hazırıq. Düşünürəm ki, bu, həqiqətən vacib bir mərhələdir.

⚡️ Qeyd edim ki, Ermənistan hökuməti daha da ədalətli cəmiyyət yaratmaq üçün real öhdəliyi açıq şəkildə nümayiş etdirən islahatlar həyata keçirib.

⚡️ Biz daha da güclü tərəfdaşlara çevrilirik. Əminəm ki, bu, həm iki ölkəmizə, həm də bütün regiona və ondan kənara fayda verəcəkdir. İnanıram ki, imzaladığımız bu Strateji Tərəfdaşlıq xartiyası daha davamlı, dinc, təhlükəsiz və müstəqil cəmiyyətin yaradılmasına töhfə verəcək.

HayClub

12 Jan, 17:04


🔥 Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi niyə imzalanmır və müqavilə nə vaxt imzalana bilər? Yeni videoda iki vacib sualı cavablandırmağa çalışmışıq. Videonu izləmək üçün linkə daxil ola bilərsiniz.

HayClub

10 Jan, 10:18


⚡️ Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistandakı müşahidəsi missiyasının qalma müddətinin daha iki il uzadılmasını təklif edib.

▶️ @clubhay

HayClub

02 Jan, 17:14


⚡️ Bu məlumat mənim üçün gözlənilməz oldu. Azərbaycan Cənubi Qafqazda ABŞ səfirliyindən ən az (faizlə) viza rədd cavabı alan ölkədir.

▶️ @clubhay

HayClub

22 Dec, 17:02


🔴 "Ermənistanda Azərbaycan irsi" layihəsi çərçivəsində növbəti həmsöhbətimiz 1948-ci ildə İrəvanda doğulan 1981-ci ildə doğma yurdu ilə vidalaşan Xalq artisti Mübariz Tağıyevdir.

👆 Videonu izləmək üçün klikləyin 👆

HayClub

16 Dec, 08:31


♦️Erməni terror təşkilatı Nubar Ozanyan Suriyanın Ayn əl-Ərəb bölgəsindəki tunellərdən yayımladığı video ilə terror təşkilatı PKK/YPG-yə dəstək verdiyini açıqlayıb.

Terror təşkilatı Suriyanın şimalında erməni maraqlarını müdafiə etmək üçün yaradılıb və Qarabağdakı müharibələrdə də iştirak edib.

🌐@hashplusmedia

HayClub

15 Dec, 15:30


⚡️ Ermənistan müdafiə naziri Suren Papikyan bu gün Fransaya yola düşüb. Son günlər Ermənistan-Fransa əlaqələrində canlanma müşahidə olunur. Yaxın Şərqdə cərəyan edən siyasi proseslər fonunda Ermənistan Fransanın dəstəyi ilə ordusunu modernləşdirməyi hədəfləyir. Bu videoda hərbi sahədə Ermənistan-Fransa əlaqələrinin bütün əsas məqamlarına toxunmağa çalışmışıq.

HayClub

12 Dec, 10:25


⚡️ Ermənistan müxalifət media kanalları iddia edirlər ki, Azərbaycan tərəfinin sülh müqaviləsi üçün Ermənistandan 9 tələbi var:

1. "Zəngəzur dəhlizi" Azərbaycanın nəzarəti altında fəaliyyət göstərir, lakin infrastrukturu Ermənistan tərəfi təmin edir;

2. Ermənistandan köçürülən azərbaycanlıların qaytarılmasının təmin olunması;

3. Konstitusiya dəyişikliyi;

4. Rusiya qoşunlarının Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən, həmçinin 102 hərbi bazanın çıxarılması;

5. Ermənistan ordusunun demilitarizasiyası;

6. Aİ müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədindən çıxarılması;

7. Roma Əsasnaməsinin ratifikasiyası haqqında qərarın ləğvi;

8. ATƏT-in Minsk Qrupunun buraxılması;

9. Ermənistanın Azərbaycana qarşı iddialarının geri götürülməsi.

▶️ @clubhay

HayClub

12 Dec, 09:22


🇦🇿Hikmət Hacıyev:

▪️”Ermənistanın təqdim etdiyi mina xəritəsinin dəqiqliyi çox deyil

▪️Fransa Ermənistanın silahlandırılmasının arxasında duran əsas qüvvələrdəndir

▪️Ermənistan ərazisində hər hansı üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktordur.

▪️Delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac yoxdur.

▪️Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının missiyasının fəaliyyəti artıq başa çatmalıdır.

▪️Biz Avropa İttifaqının missiyasının regionda sülhün möhkəmləndirilməsinə xidmət edən faktor olduğunu hesab etmirik.”

🌐@hashplusmedia

HayClub

12 Dec, 09:22


🇦🇿Xarici işlər naziri Ceyhun Bayramov:

“Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı öz ərazisində işləri sürətlə davam etdirir.

Zəngəzur dəhlizinin açılması razılaşmanın Ermənistan tərəfindən tam yerinə yetirilməsindən asılıdır.”

🌐@hashplusmedia

HayClub

12 Dec, 09:18


⚡️ "Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var. Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar bizim Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər isə bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı bu işi daha da mürəkkəbləşdirib. Digər sözlə, qərarda Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu, xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması qeyd edilib. Bu, məsələni daha da mürəkkəbləşdirir. Çünki preambulada Ermənistan Müstəqillik Aktına istinad var və o sənəd də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur. Bu qərar vəziyyəti daha da mürəkkəbləşdirir”.

📍 Ceyhun Bayramov | Azərbaycan xarici işlər naziri

▶️ @clubhay

HayClub

03 Dec, 15:04


⚡️ Hələbdə silahlıların nəzarətində olan ərazilərdə 10 minə yaxın erməni qalıb.

Bunu Ermənistanın diaspora ilə iş üzrə komissarı Zare Sinanyan deyib.

Hökumət rəsmisi bildirib ki, o, soydaşları ilə hər vasitə ilə əlaqə saxlayır və köməklik göstərmək üçün yollar axtarır. “Hələbdəki ermənilər hazırda şəhəri tərk edə bilmirlər”, - deyə Sinanyan əlavə edib.

▶️ @clubhay

HayClub

03 Dec, 14:54


♦️BMT rəsmisi Ermənistandan bütün azərbaycanlıların qovulduğunu bildirib.

🌐@hashplusmedia

HayClub

26 Nov, 15:56


⚡️ “Pinaka” ilə bağlı videomuzu izləyin 👇

HayClub

26 Nov, 15:52


⚡️ Yeri gəlmişkən, Hindistan “Pinaka”ları Ermənistana göndərməyə başlayıb.

▶️ @clubhay

HayClub

26 Nov, 15:51


🔴Yunanıstan Ermənistana Rusiya istehsalı olan “S-300” zenit-raket kompleksləri, habelə quru qoşunları üçün nəzərdə tutulan “TOR-M1” və “OSA” zenit kompleksləri göndərəcək.

🌐@hashplusmedia

HayClub

22 Nov, 20:20


⚡️ Fevral ayında bu məsələ ilə bağlı videomuz olmuşdu. Bu yaxınlarda Patreonda da paylaşdığımız yazıda isə Ukrayna müharibəsindən sonra Rusiyadan Ermənistana qiymətli daş və metal daxil olmalarının artdığını bildirmişdik. Bu qiymətli daş və metal Ermənistanda emal prosesi keçdikdən sonra isə, əsasən Birləşmiş Ərəb Əmirliklərinə satılır.

🔗 Patreondakı yazını oxumaq üçün klikləyin: Ermənistanda ixracın həcmi: BƏƏ Rusiyanı qabaqlayıb

HayClub

22 Nov, 20:13


♦️The İnsider:

Rusiya sanksiyalardan yan keçərək Ermənistan üzərindən milyardlarla dollarlıq qızıl ixrac edir.

Erməni şirkətləri Rusiyaya Qərbin qızıl ticarəti embarqosundan yan keçməyə kömək edir.”

🌐@hashplusmedia

HayClub

22 Nov, 20:13


♦️Nikol Paşinyan:

“Sülh sazişi imzalandıqda İrəvan qarşılıqlı formada beynəlxalq məhkəmə iddialarından vaz keçməyə hazırdır.

İlin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hər şeyi edəcəyəm

Bəziləri hardasa “Qərbi Azərbaycan” ifadəsini işlədəndə əsəbləşirik, biz çox çətinlik çəkirik, elə deyilmi? Biz “Qərbi Ermənistan” deyəndə bunun kimisə qıcıqlandırdığını düşünmürükmü?

Bunu ona görə demirəm... İndi deməyə başlayacaqlar ki, bu, növbəti xəyanətdir, alçaqlıqdır...

İndi mənim elə bir statusum, elə bir məsuliyyətim var ki, xalqa söz deməyə, səbəb-nəticə əlaqəsini göstərməyə borcluyam. Əgər bunu etməsəm, bu, ölkəmizi qəsdən dövlətçiliyin itirilməsinə aparmışam deməkdir. Buna icazə verə bilmərəm!”

🌐@hashplusmedia

HayClub

19 Nov, 16:24


🔥 Söz verdiyim kimi, yeni videonu yayımlayırıq

Ermənistanın 6 yüksək səviyyəli məmuru Paşinyanın göstərişi ilə istefa verib:

Vahe Qazaryan - Daxili işlər naziri
Qnel Sanosyan - Ərazi idarəetmə və infrastruktur naziri
Sasun Xaçatryan - Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri
Argişti Karamyan - Dövlət İstintaq Komitəsinin rəhbəri
Rüstəm Badasyan - Dövlət Gəlirlər Komitəsinin rəhbəri
Karen Andreasyan - Ali Məhkəmə Şurasının rəhbəri

👉 Niyə? Yeni videoda səbəbləri müəyyənləşdirməyə çalışmışıq.

HayClub

19 Nov, 08:19


🔥 Ermənistanda istefa dalğası davam edir. Paşinyanın son hökumət iclasındakı sərt çıxışından sonra yüksək vəzifəli məmurlar istefa verir. Bu axşam paylaşacağımız videoda istefalar və onların səbəblərindən danışacağıq.

HayClub

17 Nov, 17:06


⚡️ Aşıq Ələsgərin nəticəsi Mətləb dayı illər sonra doğma evlərinin video və fotolarına baxır. Mətləb dayı ilə söhbətimizi "YouTube"da izləyə bilərsiniz.

👉 Video linki: https://youtu.be/LBA-7V4AofM?si=Ypd8J_SR625P7IME

HayClub

16 Nov, 17:17


⚡️ Növbəti müsahibimiz Aşıq Ələsgərin nəticəsi Mətləb dayıdır. Mətləb dayı ilə Aşıq Ələsgər ənənələrindən, Ağkilsə kəndindən danışdıq, ona illər sonra doğma evinin foto və videolarını göstərdik. Özlərinin və qohumlarının evlərini görən kimi tanıdı...

🔥 Videonu Patreon platformasında yayımlamışıq. Aşağıdakı linkə daxil olmaqla Patreon səhifəmizdə qeydiyyatdan keçib videonu izləyə bilərsiniz. Patreon səhifəmizə qoşulub layihəmizə dəstək olmaq istəmirsinizsə, sabahı gözləyin. 😊 Sabah saat 21:00-da video YouTube kanalımızda açıq yayımda olacaq.

🔗 Videonu izləmək üçün daxil olun: https://www.patreon.com/c/rossovusal

HayClub

15 Nov, 16:42


🔥 Göyçə mahalının Ağkilsə kəndində çəkilən foto və videoları ilk dəfə təqdim edirəm. Aşıq Ələsgərin qəbrini də görəcəksiniz. Görüntülər eksklüzivdir. Bizi izləməyə davam edin. Yaxın gələcəkdə başqa eksklüziv görüntülərimiz də olacaq ))

HayClub

09 Nov, 17:57


150 000 dəfə təşəkkür 🥳

HayClub

07 Nov, 04:51


⚡️ Qərblə Şərqin toqquşmasının da, tədricən sona yaxınlaşdığının şahidiyik. Bu mənada, Gürcüstanda yaşanan son hadisələr olduqca maraqlıdır. Son parlament seçkisini Rusiya və Qərbin Cənubi Qafqaz uğrunda mübarizəsinin növbəti seriyası hesab etmək olardı. Hakim “Gürcü arzusu” partiyasının qələbəsini isə, həm də Rusiyanın qələbəsi saymaq olar.

Cənubi Qafqaza ciddi təsir edən hadisələrdən biri də Amerika Birləşmiş Ştatlarında yaşandı. Növbəti prezident seçkisində Donald Tramp qələbə qazandı və bununla geosiyasi vəziyyətin ciddi şəkildə dəyişəcəyi gözlənilir. Bəs, proseslər Ermənistana necə təsir edəcək? Cənubi Qafqazdakı gedişat Qərb üçün nələr vəd edir?

HayClub

03 Nov, 16:00


💥 Uzun fasilədən sonra yeni videoda görüşürük. Bu dəfə gündəmdə olan məsələlərə toxunmuşuq:

👉 Paşinyan COP29-da iştirak edəcəkmi?
👉 İsrail nə istəyir və quru sərhədlərinin bağlı olması Yaxın Şərqdəki vəziyyətlə necə bağlıdır?
👉 Ukrayna müharibəsi və Avropa İttifaqının üzləşdiyi çətinliklər və digər məsələlər.

HayClub

31 Oct, 15:43


⚡️ “Qərb Avrasiyanın müxtəlif yerlərində dağıdıcı fəaliyyətini dayandırmır”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Qərb Cənubi Qafqazda israrla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında iştiraka cəhdlər edir.

İyirmi illik işğaldan sonra Əfqanıstanı tərk edən ABŞ və müttəfiqləri bu gün regionda kövrək sabitləşmə prosesinə “müdaxilə etmək” istəyir və Mərkəzi Asiya ölkələrində hərbi mövcudluğunu bərpa etmək üçün bəhanələr uydururlar.

Avrasiyadakı mübahisəli məsələlərin həlli üçün Cənubi Qafqaz üzrə “3+3” platforması, Əfqanıstan üzrə Moskva formatı, Suriya üzrə Astana formatı kimi strukturlar mövcuddur.

Hesab edirəm ki, bütün bu formatlarda əldə edilmiş təcrübədən Avrasiya təhlükəsizlik arxitekturasının formalaşdırılması da daxil olmaqla, mövcud təşəbbüslərin uyğunlaşdırılması üçün fəal istifadə edilməlidir”, - Lavrov bildirib.

▶️ @clubhay

HayClub

24 Oct, 15:34


🇷🇺 “BRICS qapalı format deyil, onun dəyərlərini paylaşan hər kəsə açıqdır”.

📍 Vladimir Putin | Rusiya prezidenti

▶️ @clubhay

HayClub

24 Oct, 15:31


🇷🇺❗️Putin deyib ki, BRİKS heç kimə, o cümlədən SWIFT-ə alternativ yaratmır.

BRİKS ölkələri banklararası kommunikasiyanı inkişaf etdirəcək və hesablaşmaların milli valyutalarda aparılmasına şərait yaradacaq.

Rusiya Federasiyası üçün hesablaşma problemi qalır, lakin milli valyutalardan istifadə etməklə həll olunur.

Putin bildirib ki, BRİKS hələ də ayrıca ümumi ödəniş sistemi yaratmayıb.

HayClub

24 Oct, 15:27


⚡️ 13 ölkəyə BRICS tərəfdaşı statusu verilib:

🇧🇾 Belarus
🇰🇿 Qazaxıstan
🇺🇿 Özbəkistan
🇨🇺 Kuba
🇧🇴 Boliviya
🇳🇬 Nigeriya
🇺🇬 Uqanda
🇮🇩 İndoneziya
🇩🇿 Əlcəzair
🇳🇪 Niger
🇹🇼 Tailand
🇹🇷 Türkiyə
🇻🇳 Vyetnam

▶️ @clubhay

HayClub

24 Oct, 15:23


🏗️ Ermənistanda 2024-cü ilin yanvar-avqust aylarında tikinti işlərinin həcmi 6,6 % artıb. Bu, Avrasiya İqtisadi İttifaqında 4-cü göstəricidir.

Lider 38 % ilə Qırğızıstandır.

▶️ @clubhay

HayClub

24 Oct, 15:21


🇦🇲🇮🇷 BRICS çərçivəsində Paşinyan İran prezidenti Məsud Pezeşkianla da görüşüb.

▶️ @clubhay

HayClub

24 Oct, 15:18


🇦🇿🇦🇲 Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşdə müzakirə edilən məsələlər:

▪️ikitərəfli sülh gündəliyinin irəli aparılmasını,

▪️sülh sazişini,

▪️sərhədlərin delimitasiyası və demarkasiyasını,

▪️qarşılıqlı maraq doğuran digər məsələləri.

HayClub

22 Oct, 07:13


⚡️ "Şərəfim var" və "Hayastan" fraksiyalarından olan deputatlar Ermənistan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə komissiyaların reqlamentinin müzakirəsində iştirak etməyəcəklər.

"Hayastan" fraksiyasının deputatı Armen Rustamyan deyib ki, 21 oktyabr tarixində keçirilən Xarici Əlaqələr Komitəsinin iclasında müxalifət deputatları suallarına cavab tapa bilməyiblər.

▶️ @clubhay

HayClub

21 Oct, 17:44


🇦🇲🇨🇿 Çexiya Müdafiə Nazirliyinin dəvəti ilə Ermənistan Müdafiə Nazirliyinin heyəti Praqada keçirilən “Gələcək Qüvvələr Forumu 2024” beynəlxalq sərgisində iştirak edib. Heyətə Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan başçılıq edib.

Tədbir çərçivəsində Çexiya Müdafiə Nazirliyinin Sənaye Əməkdaşlığı Agentliyinin baş direktoru Radka Konderlova və Çexiyanın hərbi sənaye şirkətlərinin nümayəndələri ilə rəsmi görüşlər keçirilib. Ermənistan və Çexiya arasında hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bir sıra razılaşmalar əldə olunub.

@clubhay

HayClub

20 Oct, 15:58


🇦🇲🇦🇪 Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ermənistanın ixrac strukturunda lider ölkəyə çevrilib. BƏƏ-nin Ermənistan ixracatında payı 50 %-ə yaxınlaşır. Uzun illərdir siyahıya liderlik edən Rusiyanın payı isə azalır.

Patreon səhifəmizdə paylaşdığımız yeni yazıda səbəbləri müəyyənləşdirməyə çalışmışıq.

🔗 Yazını oxumaq üçün klikləyin

📍 1$ ödəməklə Patreon səhifəmizə qoşulun, bu və digər eksklüziv materiallara çıxış əldə edin.

HayClub

13 Oct, 12:34


⚡️ Son bir ayda başımız bəzi məsələrə qarışmışdı, işlərimizi yekunlaşdırdıq və qaldığımız yerdən davam edirik :)

"Patreon"da isə bir ay ərzində hansı işlərlə məşğul olmuşuq, bu haqda danışmışıq. Həvəsiniz varsa, linkə klikləyib oxuyun :)

🔗 1 ayın qeydi

HayClub

09 Oct, 14:21


ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında (Warsaw Human Dimension Conference) Ermənistandan qovulan azərbaycanlılar və Ermənistanda etnik azlıqlarla bağlı vəziyyət barədə məlumat təqdim etdik.

HayClub

26 Sep, 16:31


⚡️ Ermənistandan qovulan azərbaycanlılarla bağlı növbəti müraciətimiz BMT-nin İnsan Hüquqları Şurasının 57-ci Sessiyasında yayımlanıb.

HayClub

24 Sep, 20:33


⚡️ Ərdoğan Paşinyana müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edib.

▶️ @clubhay

HayClub

24 Sep, 20:27


🇹🇷🇦🇲 Nyu-Yorkdakı “Türkevi”ndə Ərdoğanla Paşinyan görüşüb.

▶️ @clubhay

HayClub

16 Sep, 15:57


⚡️ Ermənistanda çağırışçı əsgər güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib, həyati təhlükəsi yoxdur.

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, hadisə ehtiyatsızlıq səbəbilə yaşanıb.

▶️ @clubhay

HayClub

16 Sep, 15:54


🇦🇿📞🇺🇸 Əliyev və Blinken arasında telefon danışığı olub:

✔️ Əliyev: "Azərbaycanın səyləri nəticəsində bölgədə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb".

✔️ Blinken: "ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək"

▶️ @clubhay

HayClub

15 Sep, 16:27


🔥 “Zəngəzur dəhlizi” mövzusu yenə trenddədir. Yeni videoda hazırkı vəziyyətə ümumi baxmışıq. Lakin, qarşıdakı günlərdə bu mövzuda ciddi yeniliklərin yaşanmasını gözləyirik və böyük ehtimalla, növbəti videolarda konkret məsələlərə toxunacağıq.

HayClub

14 Sep, 16:34


🌐Caliber:

“Ermənistanın Rusiyaya malların təkrar ixracı hesabına sürətlə zənginləşməsi İrəvana imkan verdi ki, xaricdən, o cümlədən Qərbdən silah alışının həcmini xeyli artırsın.

Rusiya-Ermənistan münasibətləri yalnız Rusiya ilə Ermənistanın məsələsidir. Amma bir şərtlə ki, bu, ölkəmizin maraqlarına və təhlükəsizliyinə toxunmasın.

Rusiya və Qərb Ermənistanı silahlandırmaqla, iqtisadi göstəricilərini gücləndirməklə sülh perspektivini ləngidir və regionumuzun təhlükəsizliyinə xələl gətirir.

Artıq Ermənistan hakimiyyəti bir neçə il əvvəlkindən qat-qat “cəsarətli" davranır.

Yavaş-yavaş ermənilər məğlubiyyət şokundan uzaqlaşır və erməni məsələsi üzrə ənənəvi müttəfiqlər yenidən regiondakı geosiyasi layihəsini dəstəkləməkdə birləşirlər.

Rəsmi Bakı buna səssiz qala bilməz və qalmayacaq da.”

🌐@hashplusmedia | Caliber

HayClub

01 Sep, 17:03


💥 "Zoda qayıtmaq, kəndimizi görmək üçün şöhrətimi verməyə hazıram". Bunu ömrünün 7 ilini Zodda yaşayan aktyor Elməddin Cəfərov deyir.

"Ermənistan SSR-dən qovulanlar" layihəsindən növbəti videonu YouTube'da yayımladıq!

HayClub

30 Aug, 16:19


❗️"Ermənistan SSR-dən qovulanlar" layihəsi davam edir! Növbəti qonağımız aktyor Elməddin Cəfərovdur. 1981-ci ildə Zodda doğulan E.Cəfərov 7 yaşında doğma yurdunu tərk edib.

Söhbətimiz maraqlı alınıb. İzləməyi unutmayın.

🔗 Patreon'da 31 avqust 21:00-da
🔗 YouTube'da 01 sentyabr 21:00-da