Bəyyinə

@beyyinetv


Bəyyinə'nin Rəsmi Telegram Kanalı

Digər sosial hesablarımız:

⚡️ youtube.com/@beyyinetv
⚡️ instagram.com/beyyinetv
⚡️ facebook.com/beyyinetv
⚡️ t.me/beyyinetv
⚡️ tiktok.com/@beyyinetv

Email: [email protected]

Bəyyinə

19 Aug, 06:58


Cənnətə girmək üçün bu 5 yolu bilirdinizmi? 🤔

Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı olsun) belə demişdir:

🤲 Allahdan üç dəfə Cənnəti istə:

“Kim üç dəfə Allahdan Cənnəti diləsə, Cənnət: “Allahım, onu Cənanətə daxil et!” deyər, kim də üç dəfə Cəhənnəmdən sığınarsa, Cəhənnəm: “Allahım, onu Cəhənnəmdən qoru!” deyər.

(Sünən ət-Tirmizi 2572)

📖 Hər fərz namazdan sonra Ayətul-Kürsini oxu

“Kim hər bir fərz namazdan dərhal sonra “Ayətul-Kürsi” oxuyarsa, onunla Cənnətə girməsi arasında ölümdən başqa heç nə dayanmaz.”

(Səhih əl-Cami 6464)

🧕🏻🧕🏼 İki qız övladı böyüt

"Kimin üç qızı olsa, onlara qayğı göstərsə, onlara yaxşı baxsa və onlara rəhm etsə, Cənnətə daxil olmaq ona vacib olar". Camaatın ara­sından bir kişi dedi: "Ey Allahın Elçisi! İki qızı olana da?" O dedi: "İki qızı olana da!".

(Müsnəd Əhməd 14247)

9️⃣9️⃣ Allahın 99 ismini əzbərlə

"Allahın doxsan doq­quz – yüzdən bir əskik – adı var. Kim onları sadalasa, Cənnətə daxil olar”.

(Səhih əl-Buxari 2736)

📚 Elm əldə etmək üçün yola çıx

“Kim elm əldə etmək yolunu tutarsa, Allah onun üçün Cənnətə gedən yolu asanlaşdırar.”

(Sünən ət-Tirmizi 2646)

Bəs siz hansılara əməl edirsiniz? Şərhlərə yazın 🙂

Bəyyinə | @beyyinetv
Bizi sosial şəbəkələrdən izləyin

Bəyyinə

28 Jun, 07:24


Maşından asılan mikro Quranlar - Nouman Ali Khan

Bəyyinə

20 Jun, 15:44


Allahım Səndən səlim bir qəlb, doğrunu söyləyən bir dil istəyirəm...

Bəyyinə

17 Jun, 16:29


Yalançıların tövbəsi!

Bəyyinə

06 Jun, 20:17


🌙 CİHAD QƏDƏR FƏZİLƏTLİ MÜBARƏK 10 GÜNLƏR BAŞLADI! FÜRSƏTİ QAÇIRMAYIN!

Dəyərli müsəlmanlar! 7-17 İyun Hicri ay olan Zilhiccə ayının ilk 10 günü olacaqdır. Artıq axşam namazından etibarən Zilhiccə ayı başlamışdır.

Zilhiccənin ilk on gününün fəziləti və bu günlərdə edilən əməllərin insana gətirdiyi savablar barədə Quran və sünnədən bir çox dəlillər vardır. Uca Allah Qurani kərimdə buyurur: «And olsun dan yerinə! And olsun on gecəyə!» (əl-Fəcr 1-2).

İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunduğuna görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Allahu Təalə qatında içərisində edilən saleh əməlin daha sevimli olduğu bu on gündən (Zilhiccə ayının ilk on günündən) başqa bir gün yoxdur.» Səhabə (Allah ondan razı olsun): “Ey Allahın Elçisi! Allah yolunda cihaddamı? deyə soruşdu. Bunun üzərinə Rasulullah (Allahın ona salavat və salamı olsun) buyurdu: «(hətta) Allah yolunda cihad da… Ancaq Allah yolunda (döyüşmək üçün) canı və malıyla çıxan və bu ikisindən heç bir şeylə geri dönməyən (şəhid olan) kimsə bunun xaricindədir» buyurdu. (Əbu Davud, Tirmizi, İbn Macə)

Bu günləri oruc tutmaq, çoxlu zikrlər etmək, nafilə ibadətlər, təhəccüd, Quran oxumaq və digər ibadətlərlə zənginləşdirməyi unutmayın.

Bəyyinə

12 May, 15:04


🇩🇪 Alman qız anasını İslamı qəbul etməsi üçün məscidə gətirdi ☝️🥲

Bəyyinə | linktr.ee/beyyinetv

Bəyyinə

05 May, 16:27


AzTV-dəki verilişdən bildim ki, axirət var.. | Ömər Mənsuroğlunun hidayət hekayəsi | Bəyyinə Podcast #11

Link: https://youtu.be/iK835AE5KSo

Bəyyinə

11 Apr, 16:43


Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. 🍃

Bəyyinə

10 Apr, 18:51


1388-ci ildə tikilmiş Çinin Nanjing şəhərindəki Jinjue məscidində bayram namazı

Bəyyinə

10 Apr, 04:59


Dəyərli müsəlman bacı və qardaşlarımız, Ramazan Bayramınız Mübarək! 🌙

1 ay boyunca bacardığımız qədər istifadə etməyə və Rəbbimizin razı qalacağı şəkildə bu aydan çıxmağa çalışdığımız on bir ayın sultanı Ramazan ayı artıq başa çatdı. Uca Allah bizdən də, sizdən də qəbul etsin. 🤲🎉🎊

#ramazan #bayram #bayramınızmübarək #eidmubarak