Hicabim-Mənim Tacım 👑 @hicabim Channel on Telegram

Hicabim-Mənim Tacım 👑

@hicabim


Hicabim-Mənim Tacım 👑 (Azerbaijani)

Hicabim-Mənim Tacım 👑 Telegram kanalı, hər yaşlı və cinsdən insanın marağına səslənən bir platformadır. Hicab və dini məsələlər ətrafında dövr edən bu kanal, gözəl düşüncələr və məzmunlar təqdim edir. Kanalın məqsədi, hicablı geyimlərin və mədəniyetin gücünü vurğulamaq və insanların bu sahədə daha vacib məlumatlar əldə etməsinə kömək etməkdir. Hicab tərəfdaşları və maraqlılar üçün ideal bir əlaqə köçürən bu kanal, müxtəlif mövzularda fikirləri bölüşmək, suallara cavab tapmaq və mədəniyyət barədə öyrənmək imkanı yaradır. Hicabim-Mənim Tacım 👑 kanalına qoşulun və dini məsələlər barədə daha çox bilgi əldə edin!

Hicabim-Mənim Tacım 👑

21 Nov, 09:55


*Qiymətdə endirim...*
*Xatırladaq ki, Ziyarətdən gələn gəlir ehtiyaclı ailələrə xərclənir! Həyyə əla xayril əməl!*🌹

Hicabim-Mənim Tacım 👑

20 Nov, 18:59


➪ Bütün qruplar üzrə keçid ballarının statistikası. Yeni tədris ilinə ödənişsiz şəkildə hazirlaşmaq, Universetlər haqqında məlumat. Ən son Təhsil xəbərləri bizim kanallarda ⬇️

Hicabim-Mənim Tacım 👑

20 Nov, 04:18


📚 Ya Zəhra, nəzərini ayırma bizdən!

📌 PAKLIQ VƏ ÜLVİLİK MÜCƏSSƏMƏSİ

“Həzrəti-Fatimədə (s.ə) olan bu kamal və fəzilətlər hardan başlayır?” sualını verənlərə cavabımız budur: “Fatimə (s.a) nəsihət və moizələri çox dinləmiş, atası Rəsuli-Əkrəmdən (s) həyat dərsi almış, Qurani-Kərimin ayələrini yaxşı dərk eləmiş və bu səmavi kitabdakı misilsiz fəzilətləri, sonsuz əxlaqi-mənəvi dəyərləri incəliklərinə qədər anlamışdı. Onu da qeyd etmək lazımdır ki, Fatimənin (s.ə) atasına olan münasibəti adi bir qızın atasına bəslədiyi hisslərdən qat-qat güclü və alovlu idi. O, atasını dərin bir məhəbbətlə sevirdi. Atası Peyğəmbər (s) qürbətdə və tənha olarkən onun təsəlli bəxş edəni, qəmli, kədərli anlarında qəm çəkəni, Şibi-Əbu Talibdə mühasirədə olarkən daima yanında olan bu əzəmətli Xanımı, Peyğəmbər (s) haqlı olaraq “Ümmi-Əbiha” – “Atasının anası” adlandırır.
Həzrəti Fatimə (s.ə) möhtərəm atasının ən ali əxlaq və davranış qaydalarını, ən yüksək tərbiyə və ilahi həyat qanunlarını öyrənsə də, yenə elm və bilik qazanmağa, müxtəlif məlumatlarla bilik dairəsini genişləndirməyə səy göstərirdi. Əxlaq və tərbiyədə çatdığı ən yüksək mərhələ ilə əsla kifayətlənmir və Allaha daha yaxın olmaq, bəndəlik qaydalarını daha yaxşı və mükəmməl surətdə yerinə yetirmək üçün həmişə oxumağa, biliyini artırmağa çalışırdı. Həzrəti Zəhra (s.ə) möminlər ağası Əlinin (ə) evinə köçəndən ev işləri ilə əlaqədar vaxtının azlığına baxmayaraq, İslama dair bilik qazanmaqdan, məlumatlarını artırmaqdan qalmırdı.
Həzrəti-Fatimə (s.ə) öz övladlarının tərbiyəsinə böyük məsuliyyətlə yanaşırdı. Çünki, onun övladları İslam dünyasının rəhbərliyini öz öhdəsinə götürməli idi. Ona görə də elə uşaqlıq çağlarında onlarda təqva və pəhrizkarlıq hissi tərbiyə edir, onlara əzəmət, qəhrəmanlıq və fədakarlıq dərsi verirdi.... ardı var

https://t.me/hicabim

🕊 Hər şey zühur üçün! 🕊

Hicabim-Mənim Tacım 👑

20 Nov, 04:07


Haqq nazilər, üzülməz!
Əhli sünnə aliminin etirafı - əhli beytə nə zülmlər olduğunu biz də bilirik....

Hicabim-Mənim Tacım 👑

19 Nov, 18:59


➪ Bütün qruplar üzrə keçid ballarının statistikası. Yeni tədris ilinə ödənişsiz şəkildə hazirlaşmaq, Universetlər haqqında məlumat. Ən son Təhsil xəbərləri bizim kanallarda ⬇️

Hicabim-Mənim Tacım 👑

18 Nov, 11:28


*Tədris edən İlahiyyatçı Nəzakət Seyidova*

📌📌📌📌📌📌
*ƏQAİD DƏRSİ*
*Həftənin 1️⃣-ci günü*
*Saat 2️⃣1️⃣-0️⃣0️⃣*

*ƏXLAQ DƏRSİ*
*Həftənin 2️⃣-ci günü*
*Saat 2️⃣1️⃣:0️⃣0️⃣*

‼️ *DƏRSLƏR TELEQRAM VASİTƏSİLƏ KEÇİRİLİR* ‼️

📌 *Xanımlar, göy Linkin ⬇️ https://t.me/+dudz5Aors-g1ZmJi üzərinə toxunaraq teleqramdakı dərslərə qoşula bilərsiniz.*

*Adminlərlə əlaqə:*
*051 577 45 56 Durdanə xanım*
*051 531 45 26 Nabat xanım*

Hicabim-Mənim Tacım 👑

18 Nov, 06:06


Salam olsun sənə, ey Peyğəmbərin qəlbi, ya Fatimə!
Həzrət peyğəmbər buyurdu: Fatimənin razılığı mənim razılığım, mənim razılığım Allahın razılığıdır. Fatimənin qəzəbi mənim qəzəbim, mənim qəzəbim isə Allahın qəzəbidir.

Hicabim-Mənim Tacım 👑

17 Nov, 15:40


Xatırladaq ki, Ziyarətdən gələn gəlir ehtiyaclı ailələrə xərclənir. Həyyə əla xayril əməl!🌹

Hicabim-Mənim Tacım 👑

17 Nov, 12:02


Bu acizliyimizə görə bizi bağışla, ya Rəbbim!🤲

Hicabim-Mənim Tacım 👑

17 Nov, 10:02


Allah xanım Zəhranın (s.ə) qatillərinə lənət etsin!

Hicabim-Mənim Tacım 👑

16 Nov, 21:57


Salam olsun sənə, ey Mədinənin Qəribi,
Nə qədrin bilindi, nə qəbrin!😢

Hicabim-Mənim Tacım 👑

16 Nov, 21:55


Salam olsun sənə, ey Peyğəmbərin (s.a.a) gözünün Nuru, Ya Zəhra!🕊️

Hicabim-Mənim Tacım 👑

16 Nov, 10:30


🤫 Sükut – Qızıldır

1. Kimsə sizə söhbəti bitirməyə imkan verməyəndə, sadəcə sükut edin.

2. Hər kəs eyni anda danışanda – sükut edin.

3. Kimsə öz hisslərini ifadə etmək istəyirsə, sadəcə sükut edin.

4. Özünüzdə cavab axtararkən, sükut edin.

5. Möhtəşəm bir anı yaşayırsınızsa, sadəcə sükut edin.

Hicabim-Mənim Tacım 👑

15 Nov, 19:39


Aç gözünü Fatimə! 😢

Hicabim-Mənim Tacım 👑

15 Nov, 13:18


Həzrət Əli (ə.s) buyurdu: Dünyanın bir tərəfində bir müsəlmana zülm olunsa, bu dərddən dünyanın o biri tərəfində bir kişinin ürəyi partlasa, haqqdır...
İlahi, bu acizliyimizə görə bizi bağışla bizə qəzəb etmə!😢

Hicabim-Mənim Tacım 👑

12 Nov, 03:22


Cavanlarımızı evimizin içində belə poza bilirlər. Cibimizdən verib aldığımız televizorlarla...

Hicabim-Mənim Tacım 👑

11 Nov, 02:12


Hicab bizə Həzrəti Zəhranın (s.ə) əmanətidir. Bəs bu cür geyim kimdən qalıb? Allah xatirinə əziz hicablı bacılarım, diqqətli olun. Bu cür hicab məlun düşmənin fitnəsidir. 😔

Hicabim-Mənim Tacım 👑

10 Nov, 08:00


3 Möhtəşəm mövlud ərəfəsində