Trend İnformasiya Agentliyi @trendnewsagency_az Channel on Telegram

Trend İnformasiya Agentliyi

@trendnewsagency_az


Trend - Azərbaycan xəbərləri, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran, Türkiyə xəbərləri.
Trend BİA - Qafqaz, Xəzər, Mərkəzi Asiya xəbərlərinin aparıcı tədarükçüsü.
https://az.trend.az/

Trend İnformasiya Agentliyi Promotion (Azerbaijani)

Əgər Azərbaycan və regionlarda baş verən ən son xəbərləri və informasiyaları öyrənmək istəyirsinizsə, o zaman "Trend İnformasiya Agentliyi" Telegram kanalına qoşulun! Bu kanal, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran, Türkiyə kimi ölkələrdə baş verən hadisələr haqqında ən son xəbərləri sizinlə paylaşır. Əgər Qafqaz, Xəzər, Mərkəzi Asiya bölgələrində baş verən mühüm hadisələr və informasiyalar sizi maraqlandırırsa, Trend BİA adlı tədarükçü proqramımız sizin üçün ən yaxşı seçimdir. Siz də bizim kanalımıza qoşularaq ən son və ən maraqlı xəbərləri əldə etməyə başlayın! Daha çox məlumat üçün https://az.trend.az/ saytımızı ziyarət edin.

Trend İnformasiya Agentliyi

18 Sep, 13:02


❗️Əziz İzləyicilər! “Telegram” kanalımız dəyişdi! Bizi yeni kanalda izləmək üçün keçid edə bilərsiniz.

👉
https://t.me/Trendinformasiya

Trend İnformasiya Agentliyi

18 Sep, 11:40


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib

Trend İnformasiya Agentliyi

18 Sep, 11:34


⚠️19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində yol bağlanacaq

Trend İnformasiya Agentliyi

18 Sep, 11:09


🇦🇿 Azərbaycan COP29-a rəhbərlik edir: "Üçlüyün” iqlim dəyişikliklərinə qarşı mübarizənin təşviqindəki rolu

Ətraflı: Trend.az

Trend İnformasiya Agentliyi

18 Sep, 10:40


🚖 Azərbaycanda taksidən istifadə edənlərin sayı artıb

Sərnişinlərin 95,2 faizi avtobus, 4,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 10,2 faiz artıb.

Trend İnformasiya Agentliyi

18 Sep, 10:37


📃Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

Trend İnformasiya Agentliyi

18 Sep, 09:47


🔈 Bakıda 12-ci beynəlxalq Xəzər Enerji Forumu (Caspian Energy Forum) keçirilib.

Trend İnformasiya Agentliyi

18 Sep, 09:34


❗️Nikol Paşinyan:

"Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, Azərbaycandan qaz tədarük edə bilərik".

Trend İnformasiya Agentliyi

18 Sep, 09:11


🔴 İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyən edilib.

Ətraflı: Trend.az

Trend İnformasiya Agentliyi

18 Sep, 08:36


⚠️ "BakuBus" 120 E nömrəli avtobusu istifadəyə verib.

Avtobuslar "28 May" metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında hərəkət edəcək. Gedişhaqqı 80 qəpikdir.

Trend İnformasiya Agentliyi

18 Sep, 08:32


❗️1-ci sinifə və məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.

Trend İnformasiya Agentliyi

18 Sep, 08:07


❗️ İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar noyabrda 6 gün ardıcıl - 8, 9, 10, 11, 12, 13 qeyri-iş günləri olacaq.

Trend İnformasiya Agentliyi

18 Sep, 07:57


⚡️ Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.

Trend İnformasiya Agentliyi

18 Sep, 07:30


⚡️🇦🇿 Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olundu

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Trend İnformasiya Agentliyi

18 Sep, 07:22


⚡️Şagirdləri təhsildən yayındıran müəllimin işinə xitam verildi

İmişlidə şagirdləri giriş qapısının qarşısında yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verildi

Ətraflı: Trend.az

Trend İnformasiya Agentliyi

18 Sep, 07:16


⚠️ Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində hazırda avtomobil sıxlığı müşahidə edilir

Trend İnformasiya Agentliyi

18 Sep, 07:05


❗️Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.