Tribunainfo.az

@tiaaz1


📰 Dünyada və ölkədə baş vermiş hadisələr ilk öncə sizin telefonunuza gələcək

🔹Whatsapp: (050) 736 14 49
🔹Mobil: (055) 233 99 54
🔹E-mail: [email protected]

Tribunainfo.az

23 Oct, 14:56


📍Türkiyə DİN: 3 şəhid, 14 yaralı var.

2 terrorçu məhv edilib.

Tribunainfo.az

23 Oct, 14:43


Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aerokosmik Sənayesinin (TUSAŞ) qarşısında atışma davam edir.

Tribunainfo.az

23 Oct, 14:42


Yağışın fəsadları ilə bağlı vəziyyət araşdırılır – Yekun qərar qəbul

Baş nazir Əli Əsədov yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğulayıb, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini bildirib.

Tribunainfo.az xəbər verir ki, o bu barədə yağışın fəasdları barədə keçirilən iclasda bildirib.

İclasda hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırılıb.

Tribunainfo.az

23 Oct, 13:19


Türkiyə DİN hücum nəticəsində şəhid və yaralıların olduğunu açıqlayıb.

Tribunainfo.az

23 Oct, 13:19


⚡️⚡️⚡️Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Ankaradakı baş qərargahı yaxınlığında partlayış baş verib, silah səsləri eşidilir.

Tribunainfo.az

23 Oct, 12:57


Əli Əsədov: Yağışın fəsadları ilə bağlı vəziyyət araşdırılır, yekun qərar qəbul ediləcək

Tribunainfo.az

23 Oct, 11:32


Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər.

Bununla bağlı AFFA Avropa Futbol Qurumuna rəsmi müraciət ünvanlayıb.

UEFA İcraiyyə Komitəsi 2025-ci ilin mayında Çempionlar Liqasının 2027-ci il finalının ev sahibinin adını açıqlayacaq.

Bakı ilə bərabər Madrid şəhəri də (Vanda Metropolitano stadionu) 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etməyə iddialıdır.

Tribunainfo.az

23 Oct, 08:24


🇦🇿Azərbaycan Prezidentinin Kazandakı maşını

Tribunainfo.az

23 Oct, 08:03


Azərbaycan prezidenti İlham Əliyev BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib.

Tribunainfo.az

23 Oct, 07:31


Hikmət Hacıyev:

Neft dövlətini COP29 üçün uyğun olmayan ev sahibi adlandırmaq ikiüzlülərin oyunudur. Azərbaycan BMT-nin iqlim konfransına ev sahibliyi edəcək sayca 28-ci neft və qaz istehsal edən dövlət olacaq

Tribunainfo.az

23 Oct, 06:59


🇦🇿Hərbçimiz qəzada öldü

"Mercedes" markalı avtomobilin qəzaya düşməsi nəticəsində 2002-ci il təvəllüdlü Astara rayon sakini Elnur Cabbarov həyatını itirib.

Qeyd edək ki, E.Cabbarov Azərbaycan Ordusunun zabiti idi.

Mənbə: Unikal

Tribunainfo.az

23 Oct, 06:47


❄️❄️ Kəlbəcərdən möhtəşəm görüntülər

Tribunainfo.az

22 Oct, 21:58


❗️Sabunçuda tuneldə boğularaq ölən 2-ci şəxs Köçəri Abbasov - mərhum ailəli olub, 2 övladı yadigar qalıb

Tribunainfo.az

22 Oct, 17:25


Tuneldə boğulan Elnurun ölümündən dəqiqələr əvvəl çəkilmiş görüntüləri

Tribunainfo.az

22 Oct, 15:49


Çay kimi axan şəhər

Tribunainfo.az

22 Oct, 13:24


Tuneldə boğularaq ölən Elnurun FOTOSU


Xəbər verdiyimiz kimi, Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb.

Tribunainfo.az xəbər verir ki, həyatını itirən şəxslərdən 48 yaşlı Elnur Fazil oğlu Şirinov Kürdəmir şəhər sakini imiş. O, çörəkdaşıyan avtomobil idarə edirmiş və Bakıdan rayona vaxtaşırı olaraq çörək apararaq satırmış.

Qeyd edək ki, Sabunçu tunelində E.Şirinovla yanaşı 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov da boğularaq ölüb.

Tribunainfo.az

22 Oct, 12:20


FHN Mətbuat xidmətinin məlumatı

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tribunainfo.az

22 Oct, 11:20


❗️Çətin vəziyyətdə qalan daha bir sakin belə xilas edilib

Qeyd edək ki, yağışların yağmasından sonra şəhərin əksər tunelləri su ilə dolub, avtomobillərin tunellərdən hərəkəti qeyri-mümkün olub.

Tribunainfo.az

22 Oct, 11:06


İki nəfərin batdığı tunel hələ də suyun altındadır

Tribunainfo.az

22 Oct, 10:54


❗️FHN Mətbuat xidmətinin məlumatı

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.