Latest Posts from Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA (@smbgovaz) on Telegram

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA Telegram Posts

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı

- https://smb.gov.az
- https://twitter.com/smbgovaz
- https://facebook.com/smb.gov.az
- https://instagram.com/smb.gov.az
- https://linkedin.com/company/kobia
2,939 Subscribers
3,472 Photos
515 Videos
Last Updated 06.03.2025 10:38

The latest content shared by Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA on Telegram

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

06 Mar, 09:00

31

Çay ixracı artıb

Bu ilin yanvar ayı ərzində ölkədən 471,35 min ABŞ dolları dəyərində 51,64 ton çay ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 36,4 faiz və ya 125,8 min dollar, həcmi isə 48 faiz və ya 16,76 ton artıb.

Qeyd edək ki, cari ilin ilk ayında çayın ümumi ixracda xüsusi çəkisi 0,02 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,19 faizə bərabər olub. ("Vergiler.az")
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

06 Mar, 07:57

53

Mart ayında KOBİA-nın təşkilatçılığı ilə keçirilən sahəvi görüşlərdə və ödənişsiz biznes təlimlərdə iştirak edin.

Ətraflı - https://bit.ly/3Nm51Rw
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

05 Mar, 13:52

106

Azərbaycanda ilk dəfə olaraq SPC dekor döşəmələri istehsal ediləcək

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” MMC-nin SPC dekor döşəmələrinin istehsalı müəssisəsinin inşası yekunlaşmaq üzrədir.

Agentlikdən verilən məlumata görə, artıq tikinti işlərinin 80 faizindən artıq hissəsi bitib və görülən işlərə 4 milyon manata yaxın investisiya yatırılıb.

Ümumi investisiya dəyəri 6 milyon manat təşkil edəcək müəssisənin bu il fəaliyyətə başlaması planlaşdırılır. İllik istehsal gücü 1,5 milyon m² olan müəssisədə 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə iş 2 növbəli rejimdə təşkil olunacaq.

SPC döşəmələrinin hazırlanmasında xammal kimi karbonat-kalsium və PVC məhlulunun qarışığından istifadə ediləcək ki, bu da oda, nəmişliyə dözümlüdür və tam gigiyenik məhsuldur.

Hazırda ölkədə sözügedən məhsullara olan tələbat Çin, Rusiya və Hindistandan edilən idxal hesabına ödənilir. Müəssisənin fəaliyyətə başlaması ilə bu məhsula tələbat ödəniləcək.

Qeyd edək ki, “Mister Decor” MMC Ağdam Sənaye Parkında divar kağızlarının istehsalı ilə məşğuldur. ("Vergiler.az")
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

05 Mar, 13:13

94

"KOB bazar" satış yarmarkası fəaliyyətə başladı

Bugündən Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində) “KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarlıq subyektlərinin istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Bu məqsədlə bazarda 50-yə yaxın fermer və istehsalçıya məhsullarını satması üçün şərait yaradılıb.

Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, həmçinin istehlakçıları birbaşa istehsalçılar ilə əlaqələndirəcəkdir. “Gəl, istehsalçıdan al” şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının sərfəli qiymətlə satışı həyata keçirilir.

Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcəkdir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

04 Mar, 11:44

127

Ötən ay 6,8 milyon dollarlıq alma ixrac edilib

Bu ilin yanvar ayı ərzində ölkədən 6,8 milyon ABŞ dolları dəyərində 10,7 min tondan çox alma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 10,8 faiz, həcmi isə 13,5 faiz artıb.

Qeyd edək ki, cari ilin ilk ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,23 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,79 faizə bərabər olub. ("Vergiler.az")
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

04 Mar, 11:42

126

Sahibkarlar üçün B2G formatda görüş təşkil ediləcək

11 mart tarixində Bakı KOB Evində sahibkarlar üçün B2G formatında görüş təşkil ediləcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının məlumatına görə, görüşdə Azərbaycan Metrologiya İnstitutunun mütəxəssisləri tərəfindən metrologiya sahəsində yeniliklər və biznesə təsir edən tənzimləmələr, ölçmə və kalibrləmə xidmətləri, məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması və metroloji tələblər haqqında ətraflı məlumatlar təqdim olunacaq.

Qeyd edək ki, institutun verdiyi kalibrlənmə sertifikatları dünyanın 100-dən çox ölkəsində tanınır. ("Fins.az")
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

04 Mar, 10:55

121

550 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib

2025-ci ildə də mikro və kiçik sahibkarlıq subyektlərinin ölkəmizdə və xaricdə təşkil olunacaq ixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına dəstək davam etdiriləcəkdir.

Sərgi və yarmarkalar barədə sahibkarlar əvvəlcədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytı, sosial media hesabları və KİV vasitəsilə məlumatlandırılacaq. Həmçinin, bu ilin mart ayından başlayaraq Binəqədi rayonunun ərazisində hər həftəsonu “KOB bazar” satış yarmarkası təşkil olunacaqdır.

KOBİA tərəfindən təmin edilən KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2024-cü ildə 550 mikro, kiçik və orta biznes subyekti yararlanıb. Belə ki, 60-a yaxın KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 11 sərgidə (4-ü yerli və 7-si xarici ölkələrdə olmaqla) ödənişsiz olaraq iştirakı təmin edilib.

Ətraflı - https://bit.ly/43nBBvA
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

04 Mar, 08:08

131

"KOB bazar" satış yarmarkası başlayır

Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışına dəstək olmaq, eləcə də istehlakçıları birbaşa kənd təsərrüfatı və qida məhsullarının istehsalçıları ilə əlaqələndirmək məqsədilə martın 5-dən etibarən “KOB bazar” satış yarmarkasına start verilir.

Yarmarka Binəqədi rayonunda Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində yerləşir. Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək. Yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.

Ətraflı - https://bit.ly/4ilO2fK
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

03 Mar, 10:13

150

KOB-ların inkişafına göstərdiyi dəstəyə görə KOBİA mükafatlandırılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların inkişafına verdiyi töhfəyə görə “Azerbaijan Business Award” milli mükafatına layiq görülüb.

Martın 1-də keçirilmiş tədbir çərçivəsində mükafat Agentliyə təqdim edilib.

Qeyd edək ki, “Business Time” jurnalının təsisçisi olduğu mükafat 2010-cu ildən etibarən şirkətlərə və biznesin inkişafına dəstək göstərən dövlət qurumlarına təqdim edilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

03 Mar, 08:43

146

“Bakı KOB evi”ndə yeni xidmət

Martın 3-dən etibarən “Bakı KOB evi”ndə daha bir xidmət fəaliyyətə başlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu artıq “Bakı KOB evi”ndə həyata keçiriləcək. Bu xidmətdən istifadə etmək istəyənlər DDLA-nın “Bakı KOB evi”ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

Müvafiq xidmət, eləcə də KOB evlərində sahibkarlıq subyektlərinə göstərilən digər xidmətlərlə bağlı məlumatı KOBİA-nın www.smb.gov.az saytından və ya 131 Çağrı Mərkəzindən öyrənmək olar.

Qeyd edək ki, KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.