SətiraltıTV @satiralti Channel on Telegram

SətiraltıTV

@satiralti


https://t.me/satiralti teleqram kanalı, Azərbaycan cəmiyyətində aktual olan sosial, siyasi və mədəni mövzuların müzakirə edildiyi və bu mövzularda müxtəlif analitik materialların təqdim edildiyi bir platformadır. Kanala abunə olun 🇦🇿@satiralti

SətiraltıTV (Azerbaijani)

SətiraltıTV Telegram kanalı, Azərbaycan cəmiyyətində aktual olan sosial, siyasi və mədəni mövzuların müzakirə edildiyi və bu mövzularda müxtəlif analitik materialların təqdim edildiyi bir platformadır. Kanal, mədəniyyət, siyasət, ictimaiyyət və digər bir çox mövzular barədə aydınlatıcı və fikirverici içeriklərə ev sahibliyi edir. Əgər siz də Azərbaycanın ən aktual mövzuları barədə məlumat alaraq fikir sahibi olmaq istəyirsinizsə, SətiraltıTV kanalına abunə olaraq bu fırsatdan istifadə edə bilərsiniz. Sosial mediada baş verən hadisələri təqdim edən, mədəni mövzulara dair analitik materiallar paylaşan və oxucularına ən son yenilikləri yüksək keyfiyyətli şəkildə sunan bu kanal, sizin də baxışınızı dəyişdirəcək. Sosial, siyasi və mədəni məsələlərə marağı olan hər bir şəxs üçün əlverişli olan SətiraltıTV kanalına qoşulun və yeniliklərdən daim xəbərdar olun. Kanala abunə olmaq üçün isə 🇦🇿 @satiralti.

SətiraltıTV

07 Jan, 11:29


🇺🇿🇷🇺 Özbəkistanın Qanot Sharq aviaşirkəti yanvarın 20-dən martın 6-dək Moskva və Sankt-Peterburqa uçuşların sayını azaldacağını açıqlayıb.

Daşkənd, Səmərqənd, Buxara, Namanqan və Fərqanədən Moskvaya (Domodedovo Hava Limanı), Səmərqənd və Namanqandan isə Sankt-Peterburqa (Pulkovo) bəzi reyslər dayandırılacaq.

SətiraltıTV

07 Jan, 11:28


⚠️Bakının mərkəzi prospektlərindən birində piyadaların hərəkətinin asanlaşdırılması üçün piyada zolağı çəkilib

SətiraltıTV

07 Jan, 10:29


🔔Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edir.

SətiraltıTV

07 Jan, 10:14


🇬🇪📣 Gürcüstanın baş naziri Makrona Gürcüstan və Rusiya haqqında yalan danışmamağı, Ukraynaya nəzər salmağı tövsiyə edib.

Kobaxidze Makronun Rusiya Federasiyasının guya Gürcüstanda seçki prosesini pozmağa cəhd etməsi ilə bağlı sözlərini şərh edərkən deyib: “Qoy Fransa prezidenti məhv edilmək üçün qurban verilmiş Ukraynaya nəzarət etsin... Mən yalanları şərh edə bilmərəm”.

SətiraltıTV

07 Jan, 09:59


⚠️🚇 Bakı metrosunda gediş haqqının 55 qəpik olacağına dair məlumatlar yayılıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a açıqlamasında məlumatı təkzib və ya təsdiq etməyib.

O, yaxın zamanda məsələ ilə bağlı rəsmi açıqlama veriləciyini bildirib.

SətiraltıTV

07 Jan, 09:57


🇩🇪🚨 Almaniyanın Rimbax şəhərində silahlı şəxs banka girərək insanları girov götürüb.

Polis hadisə yerindədir.

SətiraltıTV

07 Jan, 09:51


🇰🇿🚨📣 Qazaxıstan Nəqliyyat Nazirliyi:

Mütəxəssislər AZAL-ın təyyarə qəzası ilə bağlı oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gələcək.

SətiraltıTV

07 Jan, 09:38


🚨⚡️ TƏBİB: "Yoluxucu xəstəliklər şöbəsində yetərli çarpayı sayı mövcuddur".

SətiraltıTV

07 Jan, 09:36


🇰🇷✈️⚡️Cənubi Koreyanın nəqliyyat naziri təyyarə qəzasına görə istefa verəcək.

SətiraltıTV

07 Jan, 09:25


🇱🇾 Tripoli və Misurata da daxil olmaqla Liviyanın ən böyük şəhərlərini etirazlar bürüyüb.

Etirazların hədəfi baş nazir Əbdülhəmid Dbeybahdır.

SətiraltıTV

07 Jan, 09:10


🇸🇦🌧️ Suyun altında qalan Məkkə və Mədinədən yeni görüntülər.

SətiraltıTV

07 Jan, 09:03


🇮🇷 İran XİN Zəngəzur açıqlamasını təkzib etdi - Nə baş verir?

SətiraltıTV

06 Jan, 09:51


‼️📣 Səhiyyə Nazirliyi:

Metapnevmovirus (hPMV) mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir.

Metapnevmovirusa daha çox kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur.

Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır.

SətiraltıTV

06 Jan, 09:41


🇦🇿📣⚡️ Prezident İlham Əliyev:

"Rusiyanın dövlət qurumlarının bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq cəhdi bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur".

SətiraltıTV

06 Jan, 09:38


🇦🇿📣 Prezident İlham Əliyev:

"Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik".

SətiraltıTV

06 Jan, 09:37


🇦🇿📣⚡️ Prezident İlham Əliyev:

“Qara qutu”ların açılması prosesi başlanmışdır. Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi".

SətiraltıTV

06 Jan, 09:35


🇦🇿📣Prezident İlham Əliyev:

"AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirib, zədələnib və demək olar ki, idarəolunmaz vəziyyətə salınıb. Məhz pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib. Əgər pilotlar peşəkarlıq, qəhrəmanlıq göstərməsəydilər, bu qəzada sağ qalan olmazdı. Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir".

SətiraltıTV

06 Jan, 09:33


🇦🇿📣⚡️ Prezident İlham Əliyev:

"Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna “Kovyor əməliyyatı” deyirlər.

Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi.

Qroznı şəhərində hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var".

SətiraltıTV

06 Jan, 09:31


🇦🇿📣Prezident İlham Əliyev:

"Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir".

SətiraltıTV

06 Jan, 09:12


🇮🇷🇮🇱 İsrailin Baş Qərargah rəisi Herzi Halevi hərbçilərə İranın qarşıdakı günlərdə mümkün ekstremal hərəkətlərinə qarşı yüksək hazırlıq vəziyyətində olmağı əmr edib. - "Walla"

SətiraltıTV

06 Jan, 09:06


SON DƏQİQƏ

🇮🇷🇹🇷 İran XİN: Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq üçün İran nümayəndə heyəti tezliklə Türkiyəyə səfər edəcək.

SətiraltıTV

06 Jan, 08:31


⚡️⚡️Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bildiririk ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.

MƏLUMAT YENİLƏNİR...

SətiraltıTV

06 Jan, 08:25


🇮🇳🇨🇳🦠 Hindistan rəsmiləri bildiriblər ki, Səhiyyə Nazirliyi virusun Çinlə əlaqəli olub-olmadığını təsdiqləmək üçün çalışır.

Virus daşıyan xəstələrin heç vaxt xaricə səyahət etmədikləri iki uşaq olduğu məlum olub.

SətiraltıTV

06 Jan, 08:23


⚠️🚨⚡️"Baku Bus"ın sürücüsü ilə sərnişin arasında mübahisənin görüntüləri.

SətiraltıTV

06 Jan, 08:21


🇮🇱🚨⚡️Samariyada silahlı hücum nəticəsində yaranan 6 İsrail vətəndaşından 3-ü həlak olub.

Fotoda avtomatla avtobusa atəş açan silahlının görüntüsüdür. Onu axtarmaq üçün havaya helikopterlər qaldırılıb və yaxınlıqdakı hərbi tabor cəlb edilib.

SətiraltıTV

06 Jan, 08:15


🇬🇪🇪🇺 Qərbin Gürcüstanla bağlı ikili standartları.

Parlament üzvü Eka Sepaşvili Avropada Almaniyadakı etirazların zorakılıq adlandırıldığı halda, Gürcüstanda zorakı etirazların dinc adlandırılaraq təşviq edildiyinə diqqət çəkib.

“Gürcüstanda etirazçıların polisə fişəng, molotov kokteyli və daş atması və parlament binasına basqın etməsini necə kimsə “dinc nümayiş” adlandıra bilər? – deyə o, yazıb və hər iki ölkədən etirazların videolarını əlavə edib.

Sputnik Gürcüstan

SətiraltıTV

06 Jan, 08:09


⚡️Politico-nun 2025-ci il üçün "Qara Leylək" ssenariləri

Politico müəlliflərinin fikrincə, aşağı ehtimallı olsa da, hər biri qlobal siyasi və iqtisadi mənzərəni ciddi şəkildə dəyişə biləcək hadisələrin siyahısını təqdim edib:

🔻 İranın nüvə silahı və Tehran-Təl-Əviv münaqişəsinin qarşısını almaq üçün Rusiya, ABŞ, İran və İsrail arasında gizli razılaşmalar;
🔻 Tarixin ən böyük kiber hücumu;
🔻 Donald Tramp, Si Cinpin və Putinin Ukrayna üzrə razılaşmaya nail olmaq üçün alyansı;
🔻 ABŞ-da geniş miqyaslı epidemiya;
🔻 Bazarların çökməsi və qlobal panika;
🔻 Texnologiya sahəsini dəyişdirəcək kvant hesablama sahəsində inqilabi irəliləyiş;
🔻 Belarusda Lukaşenkonun devrilməsi;
🔻 ABŞ-da ştatların sərhədlərinin dəyişdirilməsi ilə bağlı qarşıdurmalar.

🇦🇿@satiralti

SətiraltıTV

06 Jan, 08:06


🇩🇪🇸🇾 Almaniya suriyalı qaçqınları ölkəni tərk etməyə məcbur etmək üçün onların müdafiə statusunu ləğv edəcək.

SətiraltıTV

06 Jan, 08:00


🇮🇳🦠 Hindistanda iki nəfərdə HPMV virusuna yoluxma faktı qeydə alınıb.

SətiraltıTV

29 Oct, 21:25


🇺🇦🇷🇺💥 Ukrayna ordusu Kurska PUA-larla hücum edib.

SətiraltıTV

29 Oct, 21:21


🇮🇷🇮🇱 İran İsrailə üçüncü raket hücumunu elan etdi - "Əsl vəd 3".

SətiraltıTV

29 Oct, 19:29


🇱🇧🇮🇱💥 Livandan atılan raket İsrailin Dan qəsəbəsində birbaşa avtomobilə düşüb.

SətiraltıTV

29 Oct, 19:24


🇺🇦⚖️🤔 Ukrayna məhkəməsi Zelenskini prezident seçkilərinin təyin edilməsi ilə bağlı məhkəməyə cəlb etmək qərarına gəlib.

Ona mübahisənin mahiyyəti ilə bağlı izahat vermək üçün 10 gün vaxt verilib. Bu barədə müvafiq tələblə məhkəməyə müraciət edən Ali Radanın deputatı Aleksandr Dubinski bildirib.

SətiraltıTV

29 Oct, 19:22


🇮🇱🇱🇧💥 İsrail aviasiyası Livanın Sidon şəhərinə zərbələr endirib.

SətiraltıTV

29 Oct, 19:17


🇦🇿💪🥇 Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə finalda fransalı rəqibinə qalib gələrək dünya çempionatının qızıl medalını qazanıb.

SətiraltıTV

29 Oct, 18:32


🇦🇿💪🥇Güləşçimiz Nihat Məmmədli (63 kq-a qədər) finalda qazaxıstanlıya qalib gələrək ilk dəfə dünya çempionu olub.

SətiraltıTV

29 Oct, 17:53


🇦🇿💪🥇Eldəniz Əzizli finalda iranlı rəqibini məğlub edərək 4-cü dəfə dünya çempionu oldu!

O, güləş tariximizdə 4 qat dünya çempionu olan ilk idmançı oldu.

SətiraltıTV

29 Oct, 17:50


🇬🇪 Gürcüstan parlamenti qarşısında keçirilən mitinqdə müxalifətçilər iştirakçılara polisə qarşı qalxan düzəltməyi öyrədiblər, @SputnikGeorgia xəbər verir.

SətiraltıTV

29 Oct, 17:47


🇮🇷📱 X Platforması Xamneinin səhifəsinin Azərbaycan versiyasının abunəçilərini sıfırlayıb.

Şənbə günü axşam X Platforması İran liderinin minlərlə izləyicisi olan azərbaycandilli rəsmi hesabını bloklayıb. Bloklama naməlum səbəblərdən baş verib və hesab bərpa edildikdən sonra abunəçilərin sayının sıfıra endiyi məlum olub.

SətiraltıTV

29 Oct, 16:53


🇬🇪 Gürcüstan parlamentinə son seçkilərin nəticələrindən narazı qalan qərbyönlü müxalifətin yenidən Tbilisi küçələrində yürüşü başlayıb.

SətiraltıTV

29 Oct, 16:50


🇦🇿🇬🇧 Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyanın yüksək vəzifəli şəxsləri ilə görüşüb.

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan sülh gündəliyi və COP29 müzakirə olunub.

SətiraltıTV

29 Oct, 16:39


⚠️🛣️ COP29 monitorinq tədbirləri ilə bağlı noyabrın 3-də saat 11:00-dan 14:00-dək bu yollar bağlanacaq.

Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosseləri.

Sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.

SətiraltıTV

29 Oct, 16:35


🇷🇺 Xabarovskda uşaqlar çuçxe ideyalarını öyrənəcəklər.

Belə ideyaların öyrənilməsi üzrə gənclər cəmiyyəti artıq bir məktəbdə ilk tədbirlərini keçirib. Şagirdlər “Çuçxe ideologiyası,” “Marşal Kim Çen In dövründə KXDR-in iqtisadi inkişafı” və “Tedjon əməliyyatında amerikalı təcavüzkarların məğlub edilməsi” mövzularında tədqiqatlar hazırlayırlar.

🇦🇿 @satiralti

SətiraltıTV

29 Oct, 16:34


🇺🇸🇮🇷🇮🇱 ABŞ İsrailin İrana hücumunda iştirak edib və buna görə məsuliyyət daşıyacaq, - respublikanın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Amerikanı hədələyib.

SətiraltıTV

28 Oct, 21:48


🏆 Və budur... "Qızıl top" mükafatını Rodri qazandı!

🇦🇿 @satiralti

SətiraltıTV

28 Oct, 18:49


🇬🇪🇷🇺 Rusiya Gürcüstan hakimiyyəti ilə təmaslardan çəkinməyəcək, - Lavrov bildirib.

“Gürcüstanlı qonşularımızdan təmaslarla bağlı hər hansı əlavə təklif olarsa, əlbəttə ki, biz onları nəzərdən keçirəcəyik”. - deyə Lavrov bildirib.

SətiraltıTV

28 Oct, 18:46


🇺🇸🇬🇪 Birləşmiş Ştatlar Gürcüstanı respublika hökumətinin kursunu dəyişmədiyi təqdirdə “daha böyük nəticələrlə” hədələyib.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

SətiraltıTV

28 Oct, 18:07


🇷🇺🇦🇿 Putinin COP29 üçün Bakıya gəlişi hələ də sual altındadır.

Rusiya prezidenti Vladimir Putinin Bakıda keçiriləcək iqlim konfransında iştirak edib-etməyəcəyi bəlli deyil, - prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Xeyr, aydın deyil" - deyə Peskov müvafiq suala cavab verib.

SətiraltıTV

28 Oct, 17:59


🇷🇺🇰🇵 "Bloomberg": Qərb Şimali Koreyanın Ukrayna müharibəsinə qoşulması halında cavab tədbiri kimi aşağıdakı variantları nəzərdən keçirir:

💢 Ukrayna hava məkanını NATO-nun qoruması;

💢 Ukraynaya qərb ordularını yeritmək;

💢 Rusiya dərinliklərinə qərb silahları ilə zərbə endirməyə icazə vermək;

SətiraltıTV

28 Oct, 17:50


🇷🇺📣 Medvedev bildirib ki, Gürcüstanın “kukla prezidenti” seçkiləri tanımaqdan imtina edib və konstitusiyaya zidd gedib.

"Adətən bundan sonra prezident hakimiyyətdən kənarlaşdırılır və həbs edilir." - deyə Medvedev bildirib

SətiraltıTV

28 Oct, 17:40


🇺🇲📣 "Şimali Koreya müharibəyə daxil olarsa, Ukraynanın ABŞ silahları ilə Rusiya ərazisinə zərbə endirmək qadağası aradan qaldırılacaq". - Pentaqon

SətiraltıTV

28 Oct, 17:28


🇬🇪 Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyası başa çatıb.

Mitinqin sonunda müxalifət tərəfdarları Avropa İttifaqının və Gürcüstanın himnlərini oxuyaraq dağılışmağa başlayıblar.

Müxalifət liderləri gələcək planları barədə daha sonra məlumat verəcəklərini bildiriblər.

🇦🇿 @satiralti

SətiraltıTV

28 Oct, 17:10


🇬🇪📣🤔 Gürcüstan mediası bildirir ki, Qərb Gürcüstanda vəziyyəti sarsıtmağa çalışır. Etiraz aksiyalarında təxribat törətmək üçün Ukraynada təlim keçmiş xüsusi snayperlərin Tbilisiyə gətirildiyi bildirilir.

SətiraltıTV

28 Oct, 16:59


🇭🇺🇬🇪📣 "Gürcüstan mühafizəkar, xristian və avropapərəst dövlətdir. Onların faydasız mühazirələr əvəzinə Avropa yolunda bizim dəstəyimizə ehtiyacı var", - Macarıstanın baş naziri Viktor Orban Tiflisdə fitə basılmamışdan əvvəl X-də yazıb.

SətiraltıTV

28 Oct, 16:44


🇬🇪 Tbilisidə müxalifətin mitinqi güclənir.

Etirazçılar avtomobil yoluna çıxaraq parlament binası qarşısında nəqliyyatın hərəkətini iflic ediblər.

Gürcüstan müxalifəti təkrar parlament seçkiləri keçirilməsini tələb edir.

"Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri Georgi Vaşadze bildirib ki, yeni seçkilər beynəlxalq administrasiya tərəfindən təşkil olunmalıdır.

“Hökumətlə aparacağımız yeganə danışıqlar, seçkilərin beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilməsi barədə olacaq,” — deyə o vurğulayıb.

🇦🇿 @satiralti

SətiraltıTV

28 Oct, 16:33


⚠️ Lökbatan yoluna qaya parçaları uçub: Uzun tıxac yaranıb

📍 Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsini bağlayıb. Hadisə nəticəsində yolda böyük tıxac yaranıb. Aidiyyəti qurumlar ərazidə təmizləmə işlərinə başlayıb.

🇦🇿 @satiralti

SətiraltıTV

28 Oct, 16:32


🇺🇸 Co Bayden ABŞ prezident seçkilərində vaxtından əvvəl səs verib.

🇦🇿 @satiralti

SətiraltıTV

26 Oct, 09:53


🇮🇱🇮🇷💥 İsrail ordusunun gecə hücumu nəticəsində həlak olan ikinci İran zabiti Məhəmməd Məhədi Şahruki Par.

SətiraltıTV

26 Oct, 09:49


⚠️ “Xəzər Lənkəran” və “Sumqayıt”ın sabiq baş məşqçisi Elbrus Məmmədov vəfat edib.

O, ötən gecə dünyasını dəyişib. 52 yaşlı məşqçinin ölüm səbəbi bəlli deyil.

Allah rəhmət eləsin🥀

SətiraltıTV

26 Oct, 09:38


🇬🇪 Bağdatidəki seçki məntəqələrinin birində təxribatçılar Gürcüstan parlamentinə seçkilər üçün qutuları sındırıblar, @SputnikGeorgia xəbər verir.

SətiraltıTV

26 Oct, 09:36


🇺🇦 Xarkov sakinləri şikayət edirlər ki, hərbi komissarlıq əməkdaşları şəhərdə ukraynalıların səfərbərliyi çərçivəsində “əsl hərbi əməliyyat” həyata keçirib – hərbi komissarlar demək olar ki,hər bir neçə metrdən insanları məcburi avtomobillərə mindirərək aparırlar.

SətiraltıTV

26 Oct, 09:33


🇬🇪 Gürcüstanda keçirilən parlament seçkilərində Tbilisidəki seçki məntəqələrindən birində yeni qarşıdurma baş verib.

SətiraltıTV

26 Oct, 09:32


⚠️Bakıda "Azərişıq" ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.

Hadisə Sabunçu rayonu, S.Qocayev küçəsində baş verib.

Sabunçu rayon İşıq İdarəsinin elektriki 47 yaşlı Emin Mirzə oğlu Hüseynovu işıq dirəyində iş görən zaman cərəyan vurub.

Hadisə nəticəsində o, yerindəcə keçinib.

SətiraltıTV

26 Oct, 09:30


🇬🇪 Gürcüstanda bülletenlərin saxtalaşdırılması anı kameraya düşüb.

Gürcüstan Daxili İşlər Nazirliyi seçki məntəqələrindən birində bülletenlərin saxtalaşdırılması ilə bağlı cinayət işi açıb, – Mərkəzi Seçki Komissiyasının rəhbəri bildirib.

🇦🇿 @satiralti

SətiraltıTV

26 Oct, 09:30


🇮🇷🇺🇳 İran BMT Nizamnaməsinə əsaslanaraq özünü İsrailin İran ərazisinə endirdiyi zərbəyə cavab verməyə borclu hesab edir. Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

SətiraltıTV

26 Oct, 09:25


⚠️Gürcüstan Daxili İşlər Nazirliyi seçki məntəqəsində saxtalaşdırma ilə bağlı cinayət işi açıb

Bu barədə Mərkəzi Seçki Komissiyasının rəhbəri məlumat verib. Hadisə bülletenlərin saxtalaşdırılması iddiası ilə əlaqədardır və araşdırma aparılır.

🇦🇿 @satiralti

SətiraltıTV

26 Oct, 09:18


🇬🇪 Gürcüstanda müxalifət seçkidən sonra mitinq keçirməyə cəhd edəcək

Gürcüstanın Baş naziri Kobaxidze bildirib ki, müxalifət seçki məntəqələri bağlandıqdan sonra, saat 19:00-da (Moskva vaxtı ilə) mitinqlər keçirməyə çalışacaq.

Kobaxidze qeyd edib ki, seçici fəallığının yüksək olması səbəbindən iqtidar partiyası "Gürcü Arzusu – Demokratik Gürcüstan" parlamentdə konstitusion çoxluq əldə edə bilər.

🇦🇿 @satiralti

SətiraltıTV

26 Oct, 09:15


☀️💥 Günəşdə yüksək səviyyəli partlayış baş verib

Hazırda X sinifinə aid güclü partlayış davam edir və aktivlik artır. 26 oktyabrda günorta saatlarında maqnit qasırğalarının maksimum səviyyəyə çatacağı gözlənilir.

🇦🇿 @satiralti

SətiraltıTV

26 Oct, 09:12


🚩

🇦🇿@satiralti –Bu barədə fikirləriniz maraqlıdır, hörmətli izləyicilər.

SətiraltıTV

26 Oct, 09:07


⚡️ Sky News Arabia: İran, üçüncü ölkə vasitəsilə İsrailə bildirib ki, onun hücumlarına cavab verməyəcək.

İsrailin hücumu nəticəsində iki İran hərbçisinin həlak olduğu qeyd olunub. Bu barədə İran Silahlı Qüvvələrinin bəyanatında məlumat verilib.

🇦🇿 @satiralti

SətiraltıTV

26 Oct, 08:35


🇧🇾🗳️ Belarusun Mərkəzi Seçki Komissiyasına 2025-ci il prezident seçkilərində Aleksandr Lukaşenkonun namizədliyinin irəli sürülməsi üçün təşəbbüs qrupunun qeydiyyatı sənədləri təqdim edilib.

SətiraltıTV

26 Oct, 08:31


XƏBƏRDARLIQ

⚠️🛣️ Bu gecə saat 02:30-dan 05:30-a kimi Bakı hava limanına gedən mərkəzi yol bağlanacaq.

Oraya 8 Noyabr prospekti və Zığ şossesi, həmçinin Novxanı, Zaqulba və Mərdəkandan keçən yollarla getmək olar.

SətiraltıTV

26 Oct, 08:29


🇮🇱🇮🇷 İsrail hücumu nəticəsində ölənlərdən birinin İran ordusunun zabiti mayor Həmzə Cahandide olduğu bildirilir.

SətiraltıTV

26 Oct, 08:27


🇮🇱🇮🇷 İran ordusunun məlumatına görə, İsrailin hava hücumları nəticəsində iki hərbiçi həlak olub.

SətiraltıTV

26 Oct, 08:26


🇮🇱🇱🇧💥 İsrail aviasiyası Livanın Tir şəhərinə zərbəlr endirir.