MediaEkspert.az

@ruporxeber


https://www.tiktok.com/@mediaekspert.az?_t=8ctH

https://instagram.com/mediaekspert.az?igshid=MzRlODBiNWFlZA==

MediaEkspert.az

25 Jun, 16:28


Ayselin cəmi 14 yaşı var. Bu xəstəliyin pəncəsindən qurtulmaq üçün ona köməklik əlinizi uzatmayı unutmayın.🙏🏻

MediaEkspert.az

22 Jun, 07:01


Tacikistanda hicab taxmaq tamamilə qadağan edilib.

Ölkə parlamentihicab taxmağı qadağan edən qaydanı təsdiqləyib.

Qaydaya görə tacik xanımlar hicab əvəzinə üzü örtmədən yaylıq taxa bilərlər.

MediaEkspert.az

18 Jun, 15:57


Fransa Ermənistanı müharibəyə sürükləyir - növbəti fakt

Fransa Ermənistana “Caesar” özüyeriyən artilleriya qurğuları satacaq. İki ölkə arasında müqavilə  imzalanıb.

Azərbaycan Müdafiə Nazirliyi hadisəyə sərt mübasibət bildirərək bəyan edib ki, rəsmi Bakının xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.

MediaEkspert.az

14 Jun, 10:30


Əsgər qətlə yetirilibmiş

İyunun 9-da itkin düşüb, iki gün sonra Şərur rayonunun Günnüt kəndi ərazisində meyiti tapılan əsgər Hüseynov Ceyhun Tofiq oğlunun qətlə yeyirildiyi məlum olub.

Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Ceyhun Hüseynov  2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olub. Yaponiyada mübadilə proqramı çərçivəsində təhsilini yüksək göstərici ilə bitirib. Magistr dərəcəsini Təl-Əvivdə alıb.

MediaEkspert.az

14 Jun, 10:17


Keçmiş başçının cəzası azaldıldı

İmişlinin məhkum sabiq icra başçısı Vilyam Hacıyevin kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.

MediaEkspert.az

14 Jun, 10:10


Türkiyə-Azərbaycan Universitetinin rektoru azərbaycanlı olacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisəsinin tədris binası şəhərin mərkəzindəki binalardan biri olacaq.

MediaEkspert.az

13 Jun, 16:24


Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün müxtəlif vaxtlarda istifadə etdiyi imzalar yayılıb.

MediaEkspert.az

13 Jun, 16:24


👍Xoş xəbər:

Bəzi qohum nikahlar qadağan olunur.

Üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən norma ləğv edilir.

16 yaşına çatmayanlarla nişanlananlar, onları evləndirənlər, yenitetmələrə kəbin kəsənlər, bu kimi toyların təşkilatçıları cəzalandırılacaqlar.

MediaEkspert.az

11 Jun, 08:32


Ərdoğandan ilk

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel arasında görüş keçiriləcək.

Bakı vaxtı ilə 17:00-da CHP-nin Baş Qərargahında baş tutacaq. 

Bu, Ərdoğanın CHP-nin Baş Qərargahına son 18 ildə edəcəyi ilk belə səfər olacaq. 

MediaEkspert.az

11 Jun, 08:25


‼️İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

MediaEkspert.az

10 Jun, 17:34


Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan iyulda Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.

MediaEkspert.az

10 Jun, 15:27


Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri iyunun 10-da başa çatıb.

MediaEkspert.az

10 Jun, 14:48


Qadın sərnişinin yanında əxıaqsız hərəkətlər etdiyi üçün saxlanılan taksi sürücüsü haqqında həbs qərarı verilib.

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

1993-cü il təvəllüdlü Kənan Rüstəmov məhkəmənin qərarı ilə 20 sutka inzibati qaydada həbs edilib.