Khazar Information @khazarinformation Channel on Telegram

Khazar Information

@khazarinformation


Xəzər Universiteti/Khazar University

Hər gün, hər saat mükəmməlliyə doğru! /Always leading the way!

Khazar Information (Azerbaijani)

Khazar Information - Ən son məlumatlar, maraqlı faktlar və peşəkar məqalələr bu Telegram kanalında! Hər gün, hər saat mükəmməlliyə doğru. "Khazar Information" kanalı, Azərbaycan və dünya ərazisində baş verən ən aktual hadisələri sizə çatdırmaq məqsədi ilə yaradılmışdır. Bu kanalda mədəniyyət, siyasət, elmi məqalələr və daha bir çox mövzuda informasiya əldə edəcəksiniz. Əgər siz də son məlumatlardan xəbərdar olmaq və mükəmməlliyə doğru addım atmaq istəyirsinizsə, @khazarinformation kanalına qoşulun. Burada yeni biliklər öyrənəcək və dünyanın dəyişən dinamikasını izləyə biləcəksiniz. Ən son günləri, dünya siyasətində baş verən inkişafları və daha bir çoxunu bu kanalda tapa bilərsiniz. Hər bir məqalə, hər bir fakt sizi düşündürəcək və məlumatlandıracaq. İndi qoşulun və mükəmməl məlumatlarla dolu olun!

Khazar Information

11 Jan, 12:51


‼️DİQQƏT‼️

57, 58 və 59 balla kəsilən bakalavr tələbələri tamamlama imtahanı verə bilərlər.

—Tamamlama imtahanı təkrar final imtahanı verməkdir və bu imtahana 57-59 bal ilə kəsilən tələbələr buraxılırlar.

—İmtahana SIMS üzərindən müraciət edilir.

—İmtahan ödənişlidir və 1 kreditin ödənişi edilir (illik 4000 AZN olduqda 125 AZN, illik 5000 AZN olduqda 150 AZN ödəniş edilir)
.

Khazar Information

10 Jan, 15:09


Şəhidin xanımı məzun oldu

Şəhid Ataməli Musaoğlunun xanımı Firuzə Ziyad qızı Musaoğlu həyat yoldaşının yolunu davam etdirərək bu il Xəzər Universitəsinin Klinik Psixologiya ixtisası üzrə Magistr pilləsini tam müvəffəqiyyətlə başa vuraraq Fərqlənmə Diplomuna layiq görülmüşdür.

Vətən müharibəsi başlayanda Ataməli Musaoğlu Xəzər Universitetinin ikinci kurs magistr tələbəsi idi. O, dərhal könüllü olaraq cəbhəyə getmiş və şəhid olmuşdu.

2025-ci il yanvarın 8-də Xəzər Universitəsinin təsisçisi, Direktorlar Və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının tapşırığı ilə Fərqlənmə diplomu gül dəstəsi birlikdə Şəhidin evində ailəsinə şəxsən təqdim edildi.

Şəhid Ataməli Musaoğlunun anası Leyla Musayeva Hamlet İsaxanlıya, Xəzər Universitəsinin rəhbərliyinə və universitənin bütün kollektivinə dərin təşəkkürünü bildirdi.

Khazar Information

08 Jan, 09:42


‼️DİQQƏT‼️

SIMS-də anonim sorğu anketi aktivləşib.

Hər bir tələbə anketi doldurmalıdır. Əks halda SİMS-ə giriş edə bilməyəcək.

Anket semestr ərzində dərs demiş müəllimlərin qiymətləndirilməsindən ibarətdir.

Khazar Information

05 Jan, 13:10


Tələbələrə və akademik heyətə uğurlar arzulayırıq.

Khazar Information

31 Dec, 18:18


📢Bu semestr "Best teacher" dediyiniz müəllim(lər) kim(lər) oldu?

Khazar Information

30 Dec, 17:58


Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!

Khazar Information

29 Dec, 13:19


Sabahdan etibarən 1 həftəlik bayram tətili başlayır. Yaxşıca dincəlin.

Çünki...

6 yanvar final imtahanları başlayacaq.

Khazar Information

28 Dec, 06:12


Əziz tələbələr, dekabr ayı üzrə təqaüdlər ödənildi.

Xeyirli olsun!

Khazar Information

28 Dec, 03:34


‼️DİQQƏT‼️

Nizami küçəsi (Tarqovı) ərazisində Arzu Xəlilovaya məxsus çanta tapılıb.

Sahibi qeyd olunan səhifəyə yazaraq əldə edə bilər:

https://www.instagram.com/sanankhalilov_?igsh=MWEwNDNiZGQzMDBsMA==

Khazar Information

26 Dec, 13:30


Təbiət Elmləri və Mühəndislik fakültəsi

Tələbələrin nəzərinə!

İmtahan cədvəlinin son versiyasını nəzərinizə çatdırıram. Heç kim bu mailə reply all etməsin. Kimin sualı varsa mənə ünvanlayın.

İngilis dili imtahanları Bakıxanov filialında keçiriləcək. 1-2 Coğrafiya fənni Nərimanov filialında, digər imtahanlar isə Neftçilər filialında keçiriləcək.

Khazar Information

26 Dec, 10:55


Təbiət Elmləri və Mühəndislik fakültəsi

Tələbələrin nəzərinə!

Qayıb limitini keçən tələbələrin siyahısını nəzərinizə çatdırıram. Kimin ərizəsi varsa, sabah dekanlığa bildirsin.

Khazar Information

25 Dec, 14:59


Tələbələrin klinik təcrübəsi

Xəzər Universitetinin Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan V kurs tələbələri 2024-cü ilin oktyabr-noyabr aylarında Bakı Şəhər Zooloji Parkında kliniki təcrübə keçmişlər. Təcrübənin əsas məqsədi zooloji parkda saxlanılan ayrı-ayrı heyvan növlərinin saxlanma və bəslənmə qaydalarının, heyvanlarda klinik müayinə prosesinin, müalicə protokollarının, vəhşi və dekorativ heyvanlara yanaşma qaydalarının tələbələrə öyrədilməsi olmuşdur.

https://www.instagram.com/p/DDMwvl2txi6/?igsh=MTVpeG1xcXpubXM4Mw

https://www.instagram.com/p/DB0mePrORQC/?igsh=czhlNnNuZnRic3hu

Khazar Information

25 Dec, 13:38


Channel photo updated

Khazar Information

25 Dec, 09:08


Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirik.

Khazar Information

25 Dec, 05:54


Dövlət Proqramı çərçivəsində Bristol Universitetində təhsil alan doktorantın seminarı keçiriləcək

Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsi və Təhsil departamentinin təşkilatçılığı ilə “Sinif idarəçiliyinin təkmilləşdirilməsi: Müsbət və effektiv tədris mühiti üçün strategiyalar” mövzusunda seminar keçiriləcək.

Doktorant Aynur Məmmədova-Dadaşova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında İngiltərənin Bristol Universitetində “Təhsilin idarəedilməsi” ixtisası üzrə doktorantura təhsili alır.

Seminar 27 dekabr 2024-cü il tarixində, saat 14:00-də Zoom platforması üzərindən onlayn şəkildə təşkil olunacaqdır. İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə seminara qoşula bilərlər:

Join Zoom Meeting

https://us06web.zoom.us/j/81265415087?pwd=IlY6xDzqiRUyrQ1fGLtOQGa8isEM5J.1

Meeting ID: 812 6541 5087

Passcode: 193032

Khazar Information

23 Dec, 07:08


Elm və Təhsil Nazirliyi: Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq

Dekabrın 20-də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.


Yeni dəyişikliyə əsasən, mövcud qanunvericilikdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sırasından olan şəxslərin əhatə dairəsi genişləndirilib.


Belə ki, hər iki valideyni vəfat edən və ya bir valideyni vəfat etmiş, digər valideyni isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, bir valideyni vəfat etmiş və digər valideyni aşağıda sadalanan bəndlərdən hər hansı birinə aid olan şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab ediləcəklər:

—cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
—məlum olmayan;
—xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
—valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
—uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
—uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər.

Bildiririk ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar (övladlığa götürüldükdə belə) təhsil aldıqları müddətdə tam dövlət təminatına götürülürlər. Belə ki, dövlət və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsilalma formasında və 23 yaşınadək ödənişli əsaslarla təhsil aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.


Əlavə olaraq, ödənişli və ya dövlət sifarişi ilə (ödənişsiz) təhsil almasından asılı olmayaraq onlara imtahan sessiyalarındakı orta bal göstəriciləri (ÜOMG) nəzərə alınmaqla müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda hər ay əlavə təqaüdlər verilir, təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müavinət ödənilir. Eyni zamanda təhsil müəssisələrini bitirdikləri zaman mövsümi paltar, ayaqqabı və birdəfəlik pul vəsaiti ilə təmin edilirlər. O cümlədən ilk dəfə işə düzələn zaman onlara birdəfəlik müavinət ödənilir.

Khazar Information

21 Dec, 12:07


#Xatırlatma

29 dekabr 2024 Payız semestrinin son dərs günüdür.

Khazar Information

21 Dec, 11:18


XƏZƏR UNİVERSİTETİNƏ TƏŞƏKKÜR MƏKTUBU

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlıya


Hörmətli Dr. İsaxanlı,

Ümid edirəm ki, işləriniz qaydasındadır. Fulbrayt təqaüdümün birinci hissəsinin sonuna yaxınlaşdıqca, keçirdiyim bu inanılmaz səyahəti düşünür və sizin gözəl qonaqpərvərliyinizə və ən əsası, bu yüksək səviyyəli universitetdə işləmək imkanı verdiyinizə görə sizə səmimi-qəlbdən təşəkkür etmək istəyirəm.

Tədris karyeram ərzində dünyanın müxtəlif təhsil müəssisələrində çalışmışam, lakin Xəzər Universitetinin mənim üçün xüsusi yeri var. Tələbə və müəllim heyətinin keyfiyyəti və rəhbərliyin mütərəqqi yanaşması sayəsində Xəzər Universiteti qarşılaşdığım ən uğurlu ali təhsil müəssisələrindən biridir.

Uzaqgörən rəhbərliyinizə və tələbələrinizin peşəkar inkişafına, kiçik də olsa, töhfə verməyimə imkan yaratdığınıza görə təşəkkür edirəm. Xəzər Universitetinin təmsil etdiyi dəyərlər məni həqiqətən heyrətləndirir və 2025-ci ilin payızında geri dönməyi səbrsizliklə gözləyirəm.

Bütün kömək və dəstəyinizə görə təşəkkür edirəm.



Hörmətlə,
Natalia Rekhter

Dos.Dr., Governor Dövlət Universitetində (ABŞ) Sağlamlıq İdarəetməsi bakalavr proqramının direktoru

20.12.2024

Khazar Information

21 Dec, 05:09


🔵 Əziz tələbələr və Psixologiya klubunun izləyiciləri

Sizləri 24 Dekabr tarixində Xəzər Universiteti Psixologiya departamenti və Psixologiya klubunun birgə əməkdaşlığı ilə təşkil edilən, günümüzün aktual mövzularından biri olan "Erkən nikahın psixoloji və fizioloji fəsadları" adlı seminarımıza dəvət edirik. Seminarda universitetin bütün tələbə və müəllim heyyəti iştirak edə bilər.

Seminar Xəzər Universiteti Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mirsadiq Muxtarov tərəfindən keçiriləcək.
Hər birinizi gözləyirik!


📎 Qeydiyyat formu:
https://docs.google.com/forms/d/1aoiIEs69m3Q5mQgb64L4tli9UXBEnN0EHMHgOveRu-A/viewform


🗓️Tarix: 24.12.2024
🕞Saat: 13:40

🔹️Qeyd: Seminarda universitetin bütün tələbə və müəllim heyyəti iştirak edə bilər.

📍Xəzər Universiteti Məhsəti Gəncəvi 41.
https://maps.app.goo.gl/eKjYGekRuXRWVd3v9

Otaq : 307 New

Khazar Information

05 Dec, 03:34


Əcnəbi tələbələr ağacəkmə aksiyasında

2024-cü il noyabrın 30-da COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Abşeron yarımadasında keçirilən növbəti ağacəkmə aksiyasına Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) də qoşulub. EATDA-nın dəvəti ilə ağacəkmə aksiyasına Xəzər Universitetində təhsil alan əcnəbi tələbələr də qatılıblar.

Xəzər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyevanın rəhbərliyi ilə universitetin bir qrup nümayəndəsi – Natia Popkhadze (Gürcüstan), Chainreshram Praburam və Rubasini Praburam (Malayziya), Emmanuella Esinam (Qana), Apisada Laowattanabhongse (Tailand), Azada Hakimi (Əfqanıstan), Medina Nuralina (Qazaxıstan) iştirak ediblər.

Khazar Information

03 Dec, 16:34


Xəzər Universitetində geniş müşavirə: “Biz necə bir universitet istəyirik?!”

2024-cü il dekabrın 2-də Xəzər Universitetində “Biz necə bir universitet istəyirik?!” mövzusunda geniş müşavirə keçirildi. Mərmər salonda keçən müşavirədə universitetin rəhbərliyi, fakültə dekanları, departament müdirləri, elmi-tədqiqat mərkəzləri və institutlarının direktorları, professor-müəllim heyəti iştirak edirdilər.

Müşavirədə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı geniş məruzə ilə çıxış etdi. Məruzəsinin giriş hissəsində dünya universitetlərinin məkan və zaman etibarilə təşəkkülünə ətraflı nəzər salan natiq Avropada, ABŞ-da və Asiyada, xüsusilə Çində müəyyən ali təhsil təsisatlarının güclü universitet statusu qazanmasına məhz səviyyəli təhsillə yanaşı, ciddi elmi-tədqiqat işləri aparılmasının səbəb olduğunu vurğuladı. Qeyd etdi ki, müasir dövrdə bu istiqamət daha da intensivləşərək, universitet-sənaye alyansının bərqərar olmasını mümkün etmişdir.

Xəzər Universiteti qurulduğundan etibarən bu istiqamətin nəzərdə tutulduğunu diqqətə çatdıran H. İsaxanlı sonradan bu işin tədricən praktik müstəviyə keçməsini, son dövrlərdə isə geniş vüsət aldığını söylədi. Universitet nəzdində geniş sahələrdə və xeyli sayda elmi-tədqiqat mərkəzləri və institutlarının yaradıldığı və bu işin davam etdirildiyini söyləyən natiq onu da vurğuladı ki, bu işə xeyli xarici ölkə mütəxəssisləri də çəlb olunmuşdur ki, bu da Xəzər Universitetinin daim yürütdüyü beynəlmiləlləşmə  kursuna müvafiqdir.

Məruzəsinin son hissəsində universitetdəki elmi-tədqiqat mərkəzləri və institutların işi üzərində ciddi dayanan H. İsaxanlı onların fəaliyyətinin daha yüksək səviyyədə nizamlanması üçün təşkilati tədbirlərin də daim həyata keçirildiyini və son günlərdə yaradılmış xüsusi komissiyanı misal göstərdi. Qeyd etdi ki, komissiyaya elmi tədqiqat mərkəzləri və institutlarının uğurlarını, perspektivlərini və çatışmazlıqlarını əhatə edən hesabat hazırlamaq həvalə olunmuşdur.

Prof.Akad. Hamlet İsaxanlı universitetdəki bu mühüm fəaliyyətin daha səmərəli olacağına əminliyini bildirdi və sonda sualları cavablandırdı.

Khazar Information

21 Nov, 14:25


Davamiyyət və dərsdən yayınma

Tələbələr bütün dərslərdə iştirak etməlidirlər və yalnız üzrlü səbəb olduqda (xəstəlik, dekanın yazılı icazəsi və s.) dərsdən qala bilərlər.

Hər hansı bir fənn üzrə dərslərin 25% və 25%-dən çoxunda iştirak etməyən tələ­bə həmin fənn üzrə im­ta­ha­na buraxılmır. Yəni qayıb limitinə düşmüş tələbə final imtahanına buraxılmır.

İcazəsiz dər­sə gəlməmək dərslərdən kənar edil­­məyə gətirib çıxara bi­lər.

Tələbənin hərəkətləri dərs pro­­sesinə mane olursa tə­ləbə dərsdən kənar edilə bilər.

Aka­de­mik nəticələri yük­sək olan və hər hansı bir yerdə işləyən tə­ləbə (əgər iş qrafiki dərsə davamiyyətə mane olursa) sər­bəst da­va­miy­yət almaq üçün dekanlığın razılığı ilə rektorluğa mü­­raciət edə bilər.

Tələbəyə sərbəst davamiyyət ve­ril­di­yi halda dekanlıq tərəfindən həmin tələbəyə fərdi cəd­vəl tutu­lur.

Khazar Information

21 Nov, 11:40


"ESL/EFL tələbələri üçün daha yaxşı yazı bacarığı naminə tənqidi oxu strategiyaları" mövzusunda seminar

Xəzər universitetinin İngilis dili və ədəbiyyatı departamenti "ESL/EFL tələbələri üçün daha yaxşı yazı bacarığı naminə tənqidi oxu strategiyaları" mövzusunda seminar keçirəcək. Seminar EFL və ESL mütəxəssisi, FDI və beynəlxalq biznes məsləhətçisi Dr. Vahid Əsgəri tərəfindən həyata keçiriləcək. Tədbir 2024-cü il noyabrın 22-sində, saat 11:00-da Google Meet vasitəsilə keçiriləcək.

Maraqlanan bütün şəxslər seminarda iştirak etməyə dəvət olunur!

Khazar Information

21 Nov, 11:38


"İkinci dilin mənimsənilməsi üzrə tədqiqat və ideal dil istifadəçisi modelinin çətinliyi" mövzusunda vebinar keçiriləcək

İngilis dili və ədəbiyyatı departamenti 2024-cü il noyabrın 23-də, saat 10:00-da Microsoft Teams vasitəsilə "İkinci dilin mənimsənilməsi üzrə tədqiqat və ideal dil istifadəçisi modelinin çətinliyi" mövzusunda tədqiqat vebinarının keçiriləcəyini məmnuniyyətlə elan edir. Vebinar Xəzər universitetinin qonaq professoru və İslam Azad Universitetinin (İran) müəllimi Dr. Davud Kuhi tərəfindən həyata keçiriləcək. Dr. Kuhi ideal dil istifadəsi modelinin formalaşması ilə bağlı mürəkkəbliklərə diqqət yetirərək, ikinci dilin mənimsənilməsi sahəsindəki əsas çətinlikləri və anlayışları müzakirə edəcək. Bu tədbir doktorantura və magistratura tələbələri, tədqiqatçılar və tədqiqatla maraqlanan hər kəs üçün nəzərdə tutulub.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

Email:
[email protected]

Telefon: +994(12)421 10 93 (daxili 230)

İştirak etmək istəyən hər kəs dəvətlidir.

Khazar Information

21 Nov, 11:36


Dördüncü "Poetic Voices" şeir qiraəti müsabiqəsi keçiriləcək

İngilis dili və ədəbiyyatı departamenti 2024-cü il dekabrın 24-də, saat 12:00-da Neftçilər kampusunun Mərmər zalında keçiriləcək 4-cü "Poetic Voices" Şeir Qiraəti müsabiqəsini elan etməkdən məmnunluq duyur.

Müsabiqə münsiflər heyəti və tamaşaçılar qarşısında bədii və dil bacarıqlarını nümayiş etdirmək istəyən bütün yaradıcı təfəkkürlü Xəzər tələbələri üçün açıqdır.

Tələbələr müəllifin nəşr olunmuş ingilis dilində bir şeirini seçəcəklər. Maraqlanan tələbələr ətraflı məlumat və qeydiyyat üçün ingilis dili müəllimləri ilə əlaqə saxlaya və ya aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilər:

Email:
[email protected]

Telefon: +994(12)421 10 93 (230)

Khazar Information

21 Nov, 09:13


“Xəzər”in departament müdiri Sumqayıt Dövlət Universitetində keçirilən “İqlimin idarəolunması məktəbi”ndə

2024-cü il noyabrın 15-də Həyat elmləri departamentinin müdiri Dr. Cəmalə Eldarova Sumqayıt Dövlət Universitetinin və Oksford Universitetinin (Saïd Business School) təşkilatçılığı ilə keçirilən “İqlimin idarəolunması məktəbi”ndə iştirak etmişdir. Tədbirdə Xəzər Universiteti ilə yanaşı, digər ali təhsil müəssisələrinin, həmçinin sənaye sektorunun və dövlət qurumlarının rəhbər nümayəndələri də iştirak etmişdir.

Məktəbin təşkil olunmasında məqsəd ekoloji problemlərin həlli üçün yeni yanaşmaların irəli sürülməsi, iqlim idarəçiliyində effektiv strategiyaların hazırlanmasının təşviqi və müzakirəsi olmuşdur.

Khazar Information

19 Nov, 15:46


Xəzər Universiteti “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025” reytiqində yer alıb

Noyabrın 18-də Bakıda keçirilən COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”- in nəticələri açıqlanıb.

Tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “QS Quacquarelli Symonds” təşkilatının birgə təşkilatçılığı və rəhbərliyinin iştirakı ilə keçirilib. Tədbirdə ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilova iştirak ediblər.

Reytinqdə Azərbaycandan 7 ali təhsil müəssisəsi təmsil olunmuşdur. Azərbaycanın özəl ali təhsil müəssisələrindən cədvəldə yalnız Xəzər Universiteti yer almış və həmin reytinqdə 1500+ yerdə qərarlaşmışdır.

107 ölkədən 1751 universitetin iştirak etdiyi reytinqdə Xəzər Universiteti elmi tədqiqata, sosial layihələrə və dayanıqlı inkişaf məqsədlərinə verdiyi töhfəyə görə yüksək nəticələr əldə etmişdir. Bununla yanaşı, beynəlxalq əməkdaşlıq, professor-müəllim və tələbə mübadilə proqramlarında iştirakı üzrə üstünlüyü ilə fərqlənmişdir.
Tədbirdə reytinqə daxil olan ali təhsil müəssisələri QS rəhbərliyi tərəfindən sertifikatla təltif olunub.

Tədbir haqqında xəbər ölkə mediası tərəfindən geniş yayımlanıb.

https://azertag.az/xeber/cop29_cherchivesinde_dunyanin_en_yaxsi_universitetlerinin_reytinq_siyahisi_dayaniqliliq_2025in_neticeleri_elan_edilib-3289628 və s.

Khazar Information

13 Nov, 15:29


‼️DİQQƏT‼️

Sabahdan etibarən 24 noyabra kimi dərslər onlayn şəkildə tədris olunacaq. Hər bir tələbə "Teams" qruplarını yoxlasın və bütün qruplara əlavə edildiyindən əmin olsun.

Khazar Information

12 Nov, 13:35


Açıq Giriş və Elm Diplomatiyası

2024-cü ilin 04 Dekabr tarixində Xəzər Universitetində milli səviyyədə təşkil olunmuş DIRNA layihəsinin Avropalı tərəfdaşı olan, qardaş Türkiyədən İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran "Açıq Giriş və Elm Diplomatiyası" və kitabxana rəhbəri Gültekin Gürdal “Araşdırmanızın Sərhədlərini Aşın: Açıq Giriş ilə Fərq yaradın” mövzularında məruzələri ilə çıxış edəcəklər.

Məruzələrdə əsəsən araşdırma, texnopark, xüsusi ilə Açıq Giriş və açıq elm mövzuları yer alacaq, bu sahədə təcrübələr paylaşılacaq, suallar ətrafında müzakirələr aparılaraq, tövsiyələr veriləcək.

Khazar Information

10 Nov, 08:42


Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru Aqşin Əliyev Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının üzvü seçilib

2024-cü il noyabrın 8-də Pekində Çin mütəfəkkiri Konfutsinin anadan olmasının 2575 illiyinə həsr olunmuş beynəlxalq konfrans və Beynəlxalq Konfutsiçilik Assosiasiyasının (BKA) 7-ci qurultayı keçirilib.

Konfransda 110 ölkədən 800-ə yaxın sinoloq-alim iştirak edib. Konfransın açılış mərasimində çıxış edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasinin sədri Vanq Huninq Konfutsinin humanist ideologiyasının müasir dövrdə aktuallığını qeyd edib, hazırda mədəniyyətlərarası mübadilənin dünyada sülhün bərqərar olunmasındakı rolunu xüsusi olaraq vurğulayıb.

Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının ilk azərbaycanlı üzvü seçilib.

Qeyd edək ki, 1994-cü ildə yaradılan BKA özündə dünyanın 80 ölkəsindən filosofları, dilçiləri, tərcüməçiləri, ədəbiyyatşünasları birləşdirən nəhəng beynəlxalq elmi təşkilatdır.

AZƏRTAC bu barədə xəbər yayımlayıb:

https://azertag.az/xeber/azerbaycanli_alim_beynelxalq_konfutsichilik_assosiasiyasinin_7_ci_surasinin_uzvu_sechilib-3268424
 

Khazar Information

09 Nov, 07:09


9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bir kərə yüksələn bayraq, bir daha enməz!

Khazar Information

07 Nov, 19:52


Zəfər Günün mübarək, Azərbaycan!

Khazar Information

07 Nov, 18:24


‼️DİQQƏT‼️

Sabahdan etibarən 6 günlük tətil bağlayır (8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri).

14 noyabrdan etibarən isə onlayn dərslərə start veriləcək.

Khazar Information

06 Nov, 14:43


‼️DİQQƏT‼️

Çanta tapılıb. İçində tələbə bileti, şəxsiyyət vəsiqəsi və digər əşyalar var (Nuray Abdullazadə. Kimya mühəndisliyi, təbiət elmləri və mühəndislik fakültəsi)

Əşyaların sahibi aşağıdakı şəxslə əlaqə saxlayaraq əşyalarını əldə edə bilər:

@Cavidsuleymanovs

https://www.instagram.com/theslymnv?igsh=MXZlamQxaDBmczJnaQ==

Khazar Information

06 Nov, 05:07


Xəzər Universitetinin müəlliminə fəlsəfə doktoru diplomu təqdim edilib

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 oktyabr 2024-cü il tarixli qərarı ilə Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Yeqzar Cəfərliyə filologiya elm sahəsi üzrə 5718.01 – Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir

Fəlsəfə doktoru diplomu Y.Cəfərliyə noyabrın 1-də təqdim edilmişdir.

Khazar Information

05 Nov, 12:37


Təbiət Elmləri və Mühəndislik fakültəsi

Tələbələrin nəzərinə!
 
Hər hansı bir səbəbdən imtahanda iştirak etməyən tələbə cərimə imtahanında iştirak etmək istəyirsə həmin fənnin cavabı çıxandan 5 gün ərzində SİMS-də cərimə imtahanına müraciət etməlidir. Üzrlü səbəbdən iştirak etməyən tələbələr SİMS-də müraciətdən əlavə dekanlığa yaxınlaşıb ərizə də yazmalıdırlar.
 
Noyabr ayının 14-dən 24-nə kimi dərslər Microsoft Teams üzərindən onlayn təşkil olunacaq. Kim xəzər emailinin parolunu itiribsə Noyabrın 8-nə kimi IT şöbəsinə (316-cı otaq- Neftçilər kampusu) müraciət etsin. Qrup yoldaşlarınıza bildirin.

Khazar Information

04 Nov, 15:20


“Xəzər”in məzunları

"Dünyanı Dəyişən Qadınlar Mükafatları" qlobal proqramında üç medal qazanan Xəzər Universiteti məzunu

2024-cü il oktyabrın 8-də Nyu-Yorkda 2024-cü il üçün "Dünyanı Dəyişən Qadınlar - Amerika" proqramının mükafatlandırma mərasimi keçirilib. Mərasimdə ABŞ-ın Virciniya ştatındakı Bricvota Kollecinin əməkdaşı, Xəzər Universitetinin məzunu Dr. Sevinc İsgəndərova üç mükafatla – “Təhsildə qadınlar”, “Yüksələn qadın ulduz” kateqoriyalarında qızıl, “İlin yüksələn lideri” kateqoriyasında bürünc medalla təltif olunub.

Qeyd edək ki,“Dünyanı Dəyişən Qadınlar Mükafatları” dünyada müsbət dəyişikliklər edən qadınların biznes, liderlik, səhiyyə, təhsil, innovasiya və texnologiya da daxil olmaqla müxtəlif sahələrdəki nailiyyətlərini mükafatlandıran qlobal proqramdır və öz cəmiyyətlərinə əhəmiyyətli töhfə verən qadınların artan sayını diqqət mərkəzinə gətirmək və başqalarını müsbət dəyişikliklərə doğru addım atmağa ruhlandırmaq məqsədi daşıyır.

Dr. İsgəndərovanın ali təhsil sahəsində geniş təcrübəsi və mühüm nailiyyətləri var. O, düşündürücü məsləhətlərini də paylaşır: "Bu yol çətin ola bilər, ancaq hər kiçik addım əhəmiyyətlidir. Qətiyyətli olun və təsir gücünüzə inanın."

Dr. İsgəndərovanın ekspertlər tərəfindən rəy almış bir neçə məqaləsi nüfuzlu jurnallarda dərc olunmuş, Dünya Bankının Ali Təhsil Mükafatını qazanmış və tədqiqatları milli və beynəlxalq konfranslarda təqdim edilmişdir.

Qaliblərin tam siyahısına:
https://wcwawards.com/winners-americas

"Dünyanı Dəyişən Qadınlar Mükafatları” haqqında:
https://wcwawards.com/

Khazar Information

04 Nov, 15:14


Dillər və ədəbiyyatlar departamentinin müəllimi Sumqayıt Dövlət Universitetində

2024-cü il oktyabrın  28-də Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr. Sevinc Qəmbərova Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin təşkil etdiyi “Müştərək dərs” layihəsində iştirak etmək üçün dəvət olunmuşdur. Dərs “Azərbaycan dilinin tarixi morfologiyası” fənnindən “Azərbaycan dilinin tarixi morfologiyasında zərf” mövzusunda keçirilmişdir.

Dil və ədəbiyyat kafedrasının baş müəllimi Elnarə Əhmədova dərsi açıq elan etmiş, tələbələrə zərflər və məna növləri, quruluşu, dilçilik ədəbiyyatında zərflərə yanaşmalar, klassiklərin dilində işlədilən zərflər və s. barədə əhatəli məlumat vermişdir. Dr. Sevinc Qəmbərova qədim və müasir türk dillərində zərf, Azərbaycan dili şivələrində zərf və s. barədə danışmış və tələbələrin suallarını cavablandırmışdır. Dərsdə Filologiya fakültəsinin dekanı Dos. Günel Paşayeva,  Dil və ədəbiyyat kafedrasının müdiri Dos. Böyükxanım Eminli, Xarici dillər kafedrasının müdiri Prof. Nigar İsgəndərova və başqaları iştirak etmişlər. Dərs müsbət qarşılanaraq, yüksək qiymətləndirilmişdir.

Khazar Information

26 Oct, 06:40


Birinci kurslar üçün məlumat

Hər üç imtahana SIMS üzərindən müraciət edilir (cərimə və tamamlama imtahanına imtahan cavabları elan edildiyi gündən etibarən 5 gün ərzində müraciət edilməlidir).

Üzrlü səbəbdən imtahanda iştirak etmədikdə və bunu təsdiqləyən sənəd olduqda cərimə imtahanı ödənişsiz ola bilir, əks halda ödənişli olur (1 kreditin ödənişi edilir).

Khazar Information

26 Oct, 02:18


Yenilənmiş aralıq imtahanı cədvəli

Khazar Information

25 Oct, 16:47


I kurs tələbələri üçün məlumat

Hər bir fənn 100 bal ilə qiymətləndirilir. Bal bölgüsü aşağıdakı kimi olur:

1. Aralıq (Midterm) imtahanı: əksərən 30 bal olaraq təşkil olunur. Aralıq imtahanı payız semestrində noyabr ayına, yaz semestrində isə aprel ayına təsadüf edir;

2. Semestrdaxili fəaliyyət: əsasən 30 bal olur. Buraya aktivlik balı, davamiyyət balı, təqdimat balı, quiz balları və s. daxildir;

3. Final imtahanı: əksərən 40 bal olaraq təşkil olunur. Final imtahanı payız semestrində yanvar ayına, yaz semestrində isə iyun ayına təsadüf edir.

Xəzər Universitetində keçid balı bakalavr səviyyəsi üzrə 60 olaraq müəyyən edilmişdir (magistratura səviyyəsi üzrə 65 bal). Yəni hər bir bakalavr tələbəsi yazıldığı fənni müvəffəqiyyətlə (kəsrsiz) bitirmək üçün mümkün 100 baldan minimum 60 bal toplamalıdır (magistr tələbəsi isə 65 bal).

Khazar Information

25 Oct, 13:15


Khazar University offers Student Mobility Exchange Program with Powiślański University

Eligibility: 

Bachelor, Master or PhD students of Khazar University

Requirements:



Enrolled in a Khazar University undergraduate or graduate degree program at the time of application; 
GPA (85+)
Have completed 1 year for (Bachelor) or completed at least 1 academic semester at the home university for (Master);
Citizen of the Azerbaijani Republic or an International Student enrolled in a full-degree program at Khazar University; 
Enrolled in a Khazar University degree program at the time of application; 
Have NO disciplinary sanctions within the past 6 months; 
English Proficiency Document (TOEFL, IELTS, Khazar University English exam, YDS, YOKDIL or exams which are accepted by OSYM) or document issued by the
Home University that can be taken from students’ departments

How to apply? 

Required documents: 

Europass CV
Copy of National Identity Card
Transcript
Photo (3×4) and a copy of student ID card 
English Proficiency Document (TOEFL, IELTS, Khazar University English exam, YDS, YOKDIL or exams which are accepted by OSYM) or document issued by the Home University that can be taken from students’ departments
Application Form
Passport

These are the courses that you can have a look at to see the eligibility of your major -
https://powislanska.edu.pl/umiedzynarodowienie/course-catalog/


Applications should be submitted personally through the International Affairs Office – room 512. 

The amount of the quota: 1

Tuition Fee and Cost of Living (with scholarship):

Deadline: 31 October 2024

Khazar Information

25 Oct, 13:13


28.10.2024 tarixindən etibarən "Payız 2024" semestri üzrə aralıq (midterm) imtahanlarına start veriləcək. Bəzi imtahan qaydalarını xatırlatma olaraq nəzərinizə çatdırırıq. Nəzərə alın ki, qaydaların pozulması imtahan işinin ləğv olunması ilə nəticələnə bilər.

Khazar Information

24 Oct, 18:03


Xəzər Universitetində COP29 öncəsi konfrans

Böyük Britaniyanən Azərbaycandakı səfirliyinin dəstəyi və Redinq (Reading) Universitetinin tərəfdaşlığı ilə 2024-cü il oktyabrın 22-də Mərmər zalda "Neftlə vidalaşırıq? COP29 öncəsi dialoq və perspektivlər" mövzusunda konfrans keçirildi.

Konfransda giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, Böyük Britaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri  Ferqus Auld (Fergus Auld) və Redinq Universitetinin professoru Yelena Kalyuznova (Yelena Kalyuzhnova) çıxış etdilər.

Konfransda, həmçinin, iqlim dəyişikliyi və enerji keçidi sahəsində tanınmış beynəlxalq və yerli ekspertlərin məruzələri dinlənildi, müzakirələr oldu.  Günün ikinci hissəsində Böyük Britaniyanın Redinq şəhərində fəaliyyət göstərən iqlim dəyişikliyi üzrə gənclər şurasının azərbaycanlı həmkarları ilə onlayn müzakirəsi baş tutdu və birgə şəbəkə təşkili qərarlaşdırıldı. Gənclər şəbəkəsi adından COP29 Sədrliyinə gənclərin iqlim dəyişikliyindən gözləntiləri və verə biləcəyi töhfə haqqında məktub ünvanlandı.