İbrahim Nebioglu @ibrahim_nebioglu Channel on Telegram

İbrahim Nebioglu

@ibrahim_nebioglu


https://www.facebook.com/ibrahimnebioglu24
https://twitter.com/ibrahimnebioglu
https://www.instagram.com/nebioglu_ibrahim/

İbrahim Nebioglu Telegram Channel (Turkish)

İbrahim Nebioglu Telegram kanalı, ünlü yazar ve düşünür İbrahim Nebioglu'nun takipçileriyle buluştuğu resmi iletişim platformudur. Kanalda Nebioglu'nun son yazıları, düşünceleri, etkinlikleri ve günlük hayata dair ilham verici paylaşımlar yer almaktadır. Ayrıca okuyucularıyla etkileşimde bulunarak soruları yanıtlamak ve fikir alışverişinde bulunmak da kanalın misyonu arasındadır. İbrahim Nebioglu, yıllardır edebiyat dünyasına sunduğu değerli eserlerle tanınan bir isimdir. Kanalı takip ederek onun düşünce dünyasına bir adım daha yaklaşabilir ve onunla doğrudan iletişim kurma şansı yakalayabilirsiniz. Siz de İbrahim Nebioglu'nun dünyasına adım atmak ve onun yazılarından ilham almak istiyorsanız, hemen Telegram kanalına abone olun ve onunla birlikte yolculuğa çıkın. Ayrıca İbrahim Nebioglu'nun diğer sosyal medya hesaplarını da takip ederek onunla her zaman bağlantıda kalabilirsiniz. Unutmayın, güzel düşüncelerle dolu bir dünyaya adım atmak için tek yapmanız gereken İbrahim Nebioglu Telegram kanalına abone olmak!

İbrahim Nebioglu

15 Feb, 17:55


Bu foto 21 yanvar 2010-cu ildə İstanbulda çəkilib.
Məni bir tibbi cihaza bağlayıblar.
Nə üçün bağlayıblar, nədir bu cihaz, tapa bilərsizmi?
Belə büzüşüb oturmağım üzüntüdən və utandığımdandır.
O gün tarixi bir gün idi, həyatımda yeni bir səhifə açılacaqdı...

İbrahim Nebioglu

15 Feb, 14:04


ALMAN-FRANSIZ AVROPASININ SONU

Emmanuel Todd görkəmli fransız tarixçi və antropoloqudur.
O, 1970-lərin ortalarında özünün “La Chute finale” (Son final) ​​adlı essesində demoqrafik və sosial proseslər əsasında SSRİ-nin dağılacağını proqnozlaşdırması ilə məşhurdur “Après l’empire” (İmperatorluqdan sonra) kitabında isə Todd 20 il əvvəl Amerikanın gücünün tarixi tənəzzülünün əlamətlərini aydın şəkildə təsvir edib. 72 yaşlı alim son zamanlar vaxtını Avropa elitalarının davranışlarını təhlil etməyə həsr edib. Onun fikrincə Ukraynadakı münaqişə onların davranışının motivlərini çox aydın şəkildə ortaya çıxarıb. Elita dedikdə Todd Avropa ölkələrinin siyasi elitasını, kapital sahiblərini, aparıcı jurnalistləri, professorları və menecerləri – milli strategiyanı müəyyən edən, iqtisadiyyata, hökumət strukturlarına və ideologiyaya nəzarət edənləri nəzərdə tutur.

Todd “Elucid” televiziya kanalına verdiyi müsahibəsində Avropa elitalarının niyə suverenlikdən əl çəkməsi və hakimiyyətin cilovunu amerikalılara verməsi ilə bağlı mülahizələrini dilə gətirib…


Tanınmış elm adamına görə biz Alman-Fransız Avropasının sonuna şahid oluruq. Avropa İttifaqının iki ən böyük ölkəsi öz suverenliyini itirmək və iqtisadi deqradasiya ilə üzləşmək üzrədirlər. Ukraynada hadisələrin başlanmasından bu yana Avropa qitəsinə liderlik tədricən Polşaya keçir; əvvəllər ağlasığmaz kimi görünən Vaşinqton-London-Varşava-Kiyev oxu formalaşır. Bunun hərbi və maliyyə səbəbləri var. Sovet İttifaqının dağılmasına qədər Qərb blokunun forpostu Almaniya idi. Almaniyasız Soyuq Müharibədən qalib çıxmaq mümkün deyildi. Qarşıdurma bitdikdən sonra NATO blokunun sərhədləri şərqə doğru irəlilədi və Almaniya Amerika strategiyasında müstəsna rol oynamaqdan çıxdı, onun yerini Polşa aldı. Buna görə də Almaniyanın Soyuq Müharibə dövründə əldə etdiyi bütün üstünlüklər ləğv edildi, xüsusilə də Rusiya ilə xüsusi iqtisadi əlaqələr itirildi. Şimal Axınının məhv edilməsi bu prosesi başa çatdırdı və indi Almaniya iqtisadi çətinliklərlə üz-üzədir. Almaniya Rusiyanın enerji resurslarından kəsilib, onun iqtisadi tənəzzülü başlayır, siyasi arenada sa Almaniya gücünü itirir.

Avropa elitasının zəifləməsinin səbəblərindən biri budur. Lakin Emanuel Toddun fikrincə məsələnin başqa bir son dərəcə vacib maliyyə tərəfi də var. İsveçrənin qlobal maliyyə mərkəzi kimi yoxa çıxması, onun bank sirlərinin sirr olmaqdan çıxması, Avropa elitalarının əsrlər boyu saxladıqları pullar və vergidən gizlədilən bütün gəlirləri Anglo-Sakson offşorlarına köçdü. Beləliklə, Avropa elitasının Böyük Britaniya və ABŞ-dan maliyyə asılılığı total xarakter alıb. Əgər onlar itaətsizlik etsələr 2016-cı ilin “Panama qalmaqalı”na bənzər ifşa olunma riski ilə üzləşəcək, bu zaman dünyanın müxtəlif ölkələrindən siyasətçilər, sahibkarlar və ictimai xadimlər arasından gizli hesab sahibləri haqqında məlumatlar mətbuata sızdırılacaq.

Bununla yanaşı, internetin inkişafı kapitalın Avropadan ofşor şirkətlərə transferini xeyli sürətləndirib. Əgər əvvəllər İsveçrəyə pul çamadanlarda daşınırdısa, bu gün bu ofşor əməliyyatı sözün əsl mənasında bircə kliklə həyata keçirilir.

Bundan əlavə, internet Avropa siyasətçilərini birbaşa izləmək imkanı yaradıb. Dinləmə və casusluq texnologiyası uzun bir yol keçib; demək olar ki, hər bir avropalı siyasətçi, jurnalist və ya iş adamı kompromat sübutların müvafiq məlumat bazasına malikdir. Kəşfiyyat orqanları üçün indi media məkanında bir insanın reputasiyasını korlamaq çox asan olub. Todd keçmiş amerikalı kəşfiyyatçı Edvard Snoudenin verdiyi məlumatlara istinad edirək CIA və NSA (National Security Agency – ABŞ Milli Təhlükəsizlik Agentliyi) tərəfindən müşahidələr ilk növbədə Qərb elitasının tanınmış nümayəndələri üzərində aparılır.

Məhz buna görə də Amerikanın müasir dünyada qlobal təsirinin azalmasına baxmayaraq, onun Avropa protektoratı üzərində nəzarəti artır. Avropa elitasının özünü məhv etmək kimi irrasional istəyini və “Böyük Avropa” qurmaqdan imtina etməsini Todd bu səbəblərlə izah edir.
15 fevral 2024
@ibrahim_nebioglu

İbrahim Nebioglu

15 Feb, 10:11


Mən atomdan ibarət bir kainat,
Kainatda bir atomam...
–R.Feynman

Bu gün dahi fizik, Nobel mükafatı laureatı Richard Feynmanın (1918-1988) anım günüdür..
@ibrahim_nebioglu

İbrahim Nebioglu

14 Feb, 17:32


AzTV 69

İbrahim Nebioglu

14 Feb, 16:02


Füzulidən sormuşlar ki, dünyada ən gözəl şey nədir?
"Sevmək" demiş...
"Yaxşı, sonra?" demişlər...
"Sevilmək" demiş...
"Onda niyə sevmək sevilməkdən əvvəl gəlir?" demişlər...
O da demiş ki, insan sevdiyinə sevildiyindən daha çox əmindir...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

14 Feb, 08:11


Zaman gözləyənlərə çox yavaş, qorxu içində olanlara çox sürətli, kədərlilərə çox uzun, sevinənlərə çox qısadır; ancaq sevənlər üçün əbədidir…
–Henri Van Dayk

İbrahim Nebioglu

14 Feb, 05:01


Hər bir materialın zamana qarşı öz müqaviməti var.
Məsələn, kətan çürüyür, kağız saralıb-solur, taxta çatlayır...
Lakin tunc və mərmər bütün yara izlərinə rəğmən həyatda qalır.
Hər yağış damlası, hər külək, hər toxunuş onları bir az daha köhnəldir, əskildir, amma anlatdıqları hekayə hər zaman təzədir.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

14 Feb, 03:02


Richard Feynman 13 yaşından tanıdığı və aşiq olduğu Arlin Grinbaumla 19 yaşında ailə həyatı qurur. Toy ərəfəsində Arlinin tuberkulyoz olduğu və çox az ömrünün qaldığı bilinirdi. Feynmanın ailəsi bu evliliyə qarşı çıxır. Ancaq gələcəyin dahi fiziki, atom bombasının yaradıcılarından biri və gələcəyin Nobel mükafatı laureatı nəyə getdiyini bilə-bilə çocuqluq eşqi ilə izdivac edir. Bəy və gəlinin yaxınlarının iştirak etmədiyi kilsədəki nigah mərasimindən sonra növbə gəlini öpməyə gəlir. Ölümcül xəstə olduğu üçün Richard ismətli arvadını yanağından öpməklə kifayətlənir.

Los Alamosdakı məşhur poliqonda atom bombası üzərində çalışarkən Richard xəstəxanada yatan Arlini ancaq bazar günləri görə bilirdi. Bir müddət sonra Arlin dünyasını dəyişir. Görkəmli alim illər sonra yazacağı kitabında bu sətirlərə yer verir:

"Əgər bir marslı (fərz edək ki, marslı ancaq bədbəxt hadisə nəticəsində ölə bilər) Yerə ensə və özünəməxsus bir irqin məxluqlarını - öləcəklərini bilərək 70-80 il yaşayan insanları müşahidə etsə və həyatın müvəqqəti bir hadisə olduğunu görsə, bunlar ona nəhəng psixoloji problem kimi görünərdi. Biz insanlar bu problemə baxmayaraq necə ediriksə gülür, zarafatlaşır, yaşayırıq. Arlinlə olan hadisədəki yeganə fərq onda idi ki, 50 il yerinə bizə 5 il verilmişdi. Ancaq bu yalnız kəmiyyət fərqi idi, psixoloji problem elə olduğu kimi qalırdı. Bu problem bir halda başqalaşa bilərdi - əgər bizə desəydilər ki, başqalarına yaxşıdır, axı onlar 50 il yaşayacaqlar. Ancaq bu dəlilikdir. Niyə ümidsizliyə qapılıb "Nə üçün bizim bəxtimizə bu yazıldı? Tanrı bizə niyə belə etdi? Günahımız nə idi bizim?" kimi fikirlərə qapılaq ki? Əgər həqiqətləri bilir və ürəyində onu qəbul edirsənsə bütün bu suallar yersiz və cavabsızdırlar. Bu suallar cavabını kimsənin bilmədiyi suallardır. Düşdüyün vəziyyət həyatdakı hadisələrdən ancaq biridir"…

Richard Feynman "Siz təbii ki, zarafat edirsiz, mister Feynman"
@ibrahim_nebioglu

İbrahim Nebioglu

13 Feb, 17:31


EŞQ və SEVGİ

20-ci əsrdəki ən rəngli isimlərdən biri idi. Şair və yazar, diplomat və siyasət adamı, Türkiyənin ilk Mədəniyyət naziri. Aldığı təhsil, Amerikada oxuduğu və çalışdığı universitetlər (Columbia, Princeton və b.), yazdığı 50-dən çox kitab onun nə qədər geniş dünyagörüşünə sahib olduğunu göstərir. Talat Sait Halman (1931-2014) həm də mükəmməl tərcüməçi idi. İngilis dilinə, dilin özəlliklərinə, hətta Şekspirin 16-cı əsr ingiliscəsinə onun qədər hakim olan insan yox deyəcək qədər azdır.

Halman ‘’love’’ kəlməsini Şekspirin bəzi sonetlərində ‘’sevgi’’, bəzilərində isə ‘’eşq’’ olaraq tərcümə edib. O, ‘’sevgi’’ sözü ilə duyğunun sürəkliliyinə vurğu yapır. ‘’Love’’ın dilimizdə iki fərqli qarşılığı olması əslində dilimizin zənginliyidir. ‘’Sevgi’’ni ustalıq, məharət, bacarıq, ‘’eşq’’ sözünü isə həvəs, arzu, istək kimi anlayırıq. Həvəs və arzuda, yəni ‘’eşq’’də sanki bir müvəqqətilik, keçib-gedənlik var. Bir sözlə, eşq həvəsdir, sevgi isə qabiliyyət…

“… Sevgi demem sevgiye
Bir döneklik yaparsa bir değişme görünce,
Başka yola saparsa sevgili saptı diye.
Zamanın soytarısı değildir sevgi asla,
Gülyüzlüler göçse de orağına düşerek
O değişmez kısacık günlerle haftalarla,
Direnir ve katlanır mahşerin ucuna dek.”

Shakespeare 116. Sonet
Çeviri: Talat Sait Halman

"Valentinçilərə" maraqlı olarmı belə şeylər, bilmirəm...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

13 Feb, 05:47


HƏYATIN ÜÇ MƏRHƏLƏSİ

Görkəmli avstriyalı rəssam Gustav Klimt (1862-1918) Romadakı Modern Sənət Qalereyasında sərgilənən bu yağlı boya tablosu haqqında çox yazılar yazılıb. Hər yazıda da müəlliflər bu bənzərsiz əsərə öz interpretasiyalarını veriblər.

Klimtin ən sirli rəsm əsəridir, zənnimcə.
Sevinc və kədəri eyni anda rəsm edib o,
həyat və ölümün vəhdətini göstərə bilib.
Balaca qız uşağının anasının qoynuna sığınmasındakı səadətlə ölümü çağrışdıran yaşlı qadının ziddiyyəti heyrətamizdir…gəncliyin və sağlam ruhun yumşaq mavi rəngləri ilə qocalığın xəstə sarı rəngi və quruyub qaxaca dönmüş bədən…

Kimi də bu tabloda “memento mori” çağrışını görür.
Ancaq nə qədər ölümü unutma deyilsə də Klimpt həyatın ölüm üzərindəki qələbəsinə vurğu yaparaq Yaradılışın nüvəsinə qarşı etiraz etmir – Ölüm varsa həyat da vardır…

Klimt əsərini “Qadının üç yaşı” adlandırıb.
Tabloya “Həyatın üç mərhələsi” adı sanki daha çox yaraşardı.
Uşaqlıq, yetkinlik və qocalıq…uşağın məsumluğunu, ananın şəfqəti və yaşlı qadın həyatın keçici, lakin möhtəşəm gözəlliyi…
Klimt bir dahi idi…

İbrahim Nebioglu

12 Feb, 18:03


İtalyan yazarı Bokkaççionun (Giovanni Boccaccio, 1313-1375) bir hekayəsindən:

Həyatında çox günah işləmiş bir adam ömrünün sonuna doğru kilsəyə gəlib keşişə günahsız yaşadığını söyləyir. Keşiş də inanıb onu müqəddəs elan edir və adamın türbəsi yapılsın deyir. O gündən sonra insanlar şəfa tapmaq üçün o türbəyə getməyə başlayırlar…
@ibrahim_nebioglu

İbrahim Nebioglu

08 Feb, 14:19


@ibrahim_nebioglu

İbrahim Nebioglu

08 Feb, 14:06


AFELİYA

Yaşadığımız sitenin sakinlərinin bir whatsapp qrupu var.
Qonşular arasında faydalı bir ünsiyyət formasıdır.

Bir az əvvəl qonşularımızdan biri “Aman, diqqətli olun, Afeliya Fenomeni başlayıb” yazdı qrupa. Xəbərdə bu sabah səhər saat 06:27-dən başlayaraq Afeliya Fenomeninin (ing. Aphelia Phenomenon) tüğyan edəcəyi yazılır.

“Əldəqayırma bir Hoca” yeni konspiroloji senari uydurub.
Qadıncığaz da paylaşıb ki, qonşuları diqqətli olsunlar.
***
Afeliya nöqtəsi Yer kürəsinin (və ya digər planetlərin) orbitinin Günəş sistemindən ən uzaq olan nöqtəsidir. "Afeliya" sözü də elə yunan dilində "Günəşdən uzaq" deməkdir.

Məsələ planetlərin Yer də daxil orbitlərinin elliptik formada olmasındadır.
Bu da o deməkdir ki, planetlərin Günəşdən məsafəsi daim dəyişir.
Elliptik orbitlər planetlər arasında qravitasiya təsirindən yaranır.
Onlar bir-birini “itələyərək” orbitlərin ideal dairələrdən kənara çıxmasına səbəb olurlar.

Günəş sistemimizdə “ən yekə xuliqan” Yupiterdir.
O, ən böyük və ən ağır olduğu üçün digər planetlərin orbitlərinə böyük təsir göstərir.

Afeliya anında Yer Günəşdən təxminən 152,1 milyon kilometr uzaqdadır.
Müqayisə üçün yanvarın əvvəlində Yer kürəsi Periheliyada (Günəşə ən yaxın nöqtə) olduğu zaman məsafə təxminən 147,1 milyon kilometr təşkil edir. Arada 5 milyon km-lik məsafə var. İlk baxışda böyük görünür, ancaq kosmik miqyasda o qədər əhəmiyyətli deyil.

Yəni Afeliya Fenomenində hava həmişəkindən daha soyuq olacaq, qrip, öskürək, soyuqdəymə, tənəffüs çətinliyi çoxalacaq kimi sözlərə qulaq verməyin. Zatən qış mövsümüdür, respiratör xəstəliklər riskinin artması təbiidir.

Qaldı ki, Afeliya Fenomeni qışda deyil, yayda müşahidə olunur.
Son dəfə bu astronomik hadisə 5 iyul 2024 tarixində baş vermişdi.

Hər söylənənlərə inanmayın, xüsusilə də fəlakət dəllallarına…
@ibrahim_nebioglu

İbrahim Nebioglu

08 Feb, 07:02


“Əksər riyaziyyatçılar bacara bildiklərini isbat edirlər, fon Neyman isə istədiyini”…

Yəhudi əsilli macar-amerikan riyaziyyatçısı, fizik və pedaqoqu Con fon Neymanı (John von Neumann, 1903 – 1957) bu ifadə qədər heç bir söz xarakterizə edə bilməz.

O, müasir kompüterlərin arxitekturası (fon Neyman memarlığı), operator nəzəriyyəsinin kvant mexanikasına tətbiqi (von Neuman cəbri) ilə bağlı olan insan kimi tanınır. Manhetten Layihəsi kimi dünyanın axarına təsir edən layihələrin, konsepsiyaların yaradıcısı kimi adını Elm tarixinə qızıl hərflərlə yazdırmışdır.

Fon Neymanın vəfatının il dönümündə bu sətirləri əsası onun tərəfindən qoyulmuş bir möcüzənin – kompüterdə yazıram…
@ibrahim_nebioglu

İbrahim Nebioglu

08 Feb, 03:00


CEM KARACA

Anası erməni idi, atası isə əslən Azərbaycandan. Siyasi tabularını yıxaraq ‘’Karabağ’’ mahnısı oxudu. Solçu bir sənətçinin pantürkist hayqırışı da dedilər, ‘’Anası erməni olan bir adamın səmimiyyətinə inanmaq olarmı?’’ da. Şöhrətinin zirvəsində idi. Sosialist fikirli bir adam göz görə-görə milliyyətçiyə çevrildi…

AzTV-nin Türkiyə Təmsilçisi olduğum vaxtlardı. Enerji layihələrinin gündəmi ən məşğul edən zamanda Türkiyənin BOTAŞ (Boru Hatları İle Petrol Taşıma) şirkətinin Baş direktoru Hayrettin Uzundan müsahibə götürəcəkdim. 1995-ci ilin sonbaharında çətinliklə yanına düşdüm. Çəkilişə yenicə başlamışdıq ki, katibəsi içəri girib təcili zəng var dedi. Təbəssümlə telefona cavab verib, ‘’Doğrudur, yanımdadırlar’’ dedi.
Hayrettin bəyin köhnə dostu imiş, maşınla BOTAŞ-ın önündən keçərkən məni və operatorumu, kameramızın üzərindəki Azərbaycan bayrağı ilə mikrofondakı ‘’AzTV’’ loqosunu görüb dostuna zəng eləyir ki, məni onlarla görüşdür…
***
Türkiyədə rok musiqisinin qurucusu, məşhur müğənni, kino və teatr aktyoru Cem Karaca 1945-ci ildə İstanbulda sənətçi ailəsində doğulub. Atası tanınmış teatr aktyoru Mehmet Karaca, anası isə məşhur opera və teatr sənətçisi Toto Karaca (əsil adı İrma Fələkyan) idi. Kiçik yaşlarından xalası Roza Fələkyan Cemə piano dərsləri verir. Musiqiyə marağı belə başlayır. İndi proqressiv və alternativ rok, ümumən ‘’protest musiqisi’’ deyəndə ağla ilk gələn Cem Karacanın musiqisi və qurduğu Apaşlar, Kardaşlar, Moğollar kimi rok qruplarıdır.

Cem Karaca siyasi kimliyi ilə də diqqət mərkəzində idi. Sol fikirlərilə gənclərin kumiri olmuşdu. Baxışlarına görə həm dövlət, həm də milliyyətçi cərəyanlar tərəfindən təzyiqlərə məruz qalıb. Xalq ozanı Dadaloğlunun sözlərinə bəstələdiyi ‘’Dadaloğlu’’ mahnısı avtoritar rejimlərə qarşı mübarizənin simvolu olmuşdu. ‘’Fərman padişahın, dağlar bizimdir’’ deyən bu mahnı bir vaxtlar sosialistlərin himninə çevrilmişdi.

Kalktı göç eyledi Avşar illeri 
Ağır ağır giden eller bizimdir. 
Arap atlar yakın eder ırağı 
Yüce dağdan aşan yollar bizimdir. 

Belimizde kılıcımız kirmani 
Taşı deler mızrağımın temreni. 
Hakkımızda devlet etmiş fermanı 
Ferman padişahın, dağlar bizimdir.

Dadaloğlu yarın kavga kurulur 
Öter tüfek davlumbazlar vurulur. 
Nice koçyiğitler yere serilir 
Ölen ölür, kalan sağlar bizimdir.

‘’Moskof’’ paranoyasının artdığı illərdə Cem Karaca Almaniyaya mühacirət etməyə məcbur qaldı. ‘’1 May’’ adlı qramafon valına ‘’Kommunizm təbliğatı’’ damğası vurdular. Xaricdən istintaqa çağırdılar, gəlməyincə də Türkiyə vətəndaşlığından atdılar.
Karaca 1987-yə qədər Almaniyada yaşadı. Turqut Özalın bu ölkəyə səfəri zamanı onunla görüşməyə nail oldu. Özalın köməyilə vətəndaşlığı bərpa olundu. 8 illik mühacirəti zamanı atası vəfat etdi, dəfnində iştirak edəmmədi.

Azərbaycanda Qarabağ hadisələri başladı. Və Türkiyəyə döndükdə ilk çıxartdığı musiqi albomu ‘’Nerede Kalmıştık’’ (1992) oldu. Bu albomun 7-ci mahnısı sözlərini və musiqisini özünün yazdığı ‘’Karabağ’’dır.
***
Müsahibə bitəndən sonra Hayrettin bəy Cem Karacanın mənimlə görüşmək istədiyini dedi. Nömrəmi verib o gözəl insanın yanından çıxdıq (Hayrettin Uzun sonralar BOTAŞ-dan istefa edərək, Ana Vətən partiyasından millətvəkili seçildi. Təəssüf ki, 55 yaşında çox erkən həyatdan getdi. Nur içində yatsın).

O gün gecə gec saatlarda Ankaradakı ev telefonum çaldı. Dəstəyi qaldıranda tütün və içki qarışımı bir səs ‘’İrvam qardaş (kardeş deyil, qardaş –İ.N.), seher kahve içelimmi?’’ dedi salamsız-kəlamsız.

Ankaranın Aşağı Ayrançı səmtindəki sakit bir qəhvəxanada məni gözləyirdi. Qırmızı köynəyi, qara günəş gözlüyü ilə masadakı şlyapasından tanıdım Cem Babanı. Xoş-beşdən sonra ‘’Karabağı dinlədinmi’’ deyə sordu. ‘’Dinləmədim, belə bir mahnı olduğunu ilk dəfə eşidirəm’’ dedim. Cibindən çıxartdığı kaseti qəhvəxananın sınıq-salxaq maqnitofonuna yerləşdirdi. Qulaqlarıma inanmadım, gözlərim doldu. Bu möhtəşəm mahnıdan xəbərsiz olduğuma inana bilmirdim.

İbrahim Nebioglu

08 Feb, 03:00


Bitincə başa sardı. ‘’Demirsən durum gedim/Gözü yolda qalan var’’ deyəndə onun də gözləri doldu. İri gözlüklərini taxıb, uzun-uzun düşündü. Bakını çox görmək istəyir, atalarının torpaqlarını görməyi xəyal edirdi…

Müsahibə vermək gəldi ağlına. Azərbaycan sevgisindən danışacaqdı. ‘’Gerisi kolay’’ dedi, ‘’Məni dəvət edəcəklər, əminəm’’…
Axşam yenə gec saatda zəng elədi. Kefli idi, amma səsində kefdən əlamət yox idi. Kameramızın markasını sordu xırıltılı səsi ilə. Təmirdədir dedim kameramız (Bizim BETECAM-ı Zeynəb Xanlarovaya klip çəkərkən dənizə düşürmüşdülər, tez-tez təmirə gedirdi). Ertəsi gün TRT-nin kafesində görüşmək üçün vədələşdik.

Atatürk bulvarında, Amerika səfirliyinin yanındakı TRT-nin o vaxtkı binasına gəldiyimdə Cem Karaca studiyanı açdırmış, işıq və mikrofonları qurdurmuşdu.

Əvvəl nənəsindən danışdı, ata nənəsindən. Onun danışdığı nağıllardan, oxuduğu ninnilərdən, bişirdiyi ‘’murabbalardan’’, çaldığı xaşıldan bəhs etdi sevgi ilə. Atalarının əslən Azərbaycandan olduğunu dedi qürurla. Sonra ‘’Karabağ’’ mahnısını necə yazmasını nəql elədi, erməni zülmünü lənətlədi. Solçu Karaca bir türk milliyyətçisi kimi Qarabağın işğalını pislədi və o torpaqların ata torpaqları olduğunu dedi. Anasından söz açmadı. Çəkilişdən sonra qolumdan tutub ‘’Anam ermənidir, amma mən türkəm’’ dedi…

Dilə gətirməsə də bəlli ki, Barış Mançoya qibtə edirdi. ‘’Niyə mən də gedə bilməyim’’ deyə içində fırtınalar qopurdu. ‘’İrvam qardaş, məni niyə qoymasınlar öz Vətənimə’’ dedi ayrılanda.

Onu nəinki Azərbaycana dəvət etdilər, heç müsahibəsini dı vermədilər efirə. ‘’Anası ermənidir, başımız ağrıyar’’ dedilər. Bu mənim senzuradan keçməyən ilk və son televiziya materialım idi.

Çəkilişin kaseti isə Bakıda qeybə çəkildi. O müsahibə nə mənim özümün, nə də AzTV-nin arxivinə düşmədən it-bat oldu.
Aradan 2 ay sonra yenə çox gec saatda zəng gəldi Cem Karacadan. ‘’Bakıya gedəndə mənə Azərbaycan rok musiqisi gətirərsənmi?’’ dedi…
8 il sonra İstanbula köçdüm, qısa bir müddət sonra – 2004-ün fevralında Cem Karaca ani bir infarktla 59 yaşında vəfat etdi. Onu atası ilə eyni məzara dəfn etdilər. Bakıda məzuniyyətdə idim. Dəfnində iştirak edə bilmədim…

Cem Karacan ölümündən az əvvəl TRT-dəki bir proqramda ‘’Ayrılıq’’ mahnısını ifa edir. O qədər yanğıyla, ürəkdən və necə dərdli oxuyur ki. Bu məşhur mahnını belə fərqli və belə içdən zənnimcə, kimsə söyləməyib. Dinlədikcə onun Azərbaycan sevgisi çox aydın görünür…

2017-nin 23 avqust günü can dostum Zeki Polatın Marmaris yaxınlığındakı Datça adlı sahil qəsəbəsində qonağı idim. Axşam ‘’Qarabağ’’ klubunun Kopenhagendəki tarixi oyununu birgə seyredəcəkdik. ‘’Periscope’’dan bir kanal seçdim. Zeki Bəyin mükəmməl evsahibliyi və futbol şöləni. Əvvəlcə hər şey yaxşı idi, amma elə ki, bizimkilər qol vurdular zaman durdu sanki – oyun bitmək bilmirdi.

İxtisasca inşaat mühəndisi olan dostum həm də gözəl rəssam və ozandır. Sazını kökləyərək zamanı ətalətdən çıxarmaq üçün Xətaidən ‘’Melüllenme (Hüzünlenme) Deli Gönül’’ü söylədi –

Melüllenme Deli Gönül
Gez Bir Zaman Gör Nic'olur.
İndir Tahtını Yücelerden
Yık Bir Zaman Gör Nic'olur.

İbrahim Nebioglu

08 Feb, 03:00


Oyun bitdi. Sevincimizi tərif etmək indi imkansızdır. O zəfər sərxoşluğunda Zeki Bəy birdən ‘’Sen Karabağ parçasını bilir misin?’’ sordu. ‘’Bilməz olurmuyum’’ deyib, Spotify-dan o parçanı tapdım. ‘’Qarabağ’’ın qələbəsini Cem Karacanın ‘’Karabağ’’ı ilə taclandırdıq.
‘’Bu asla bir Turan değil, muhteşem bir tufandır’’ oxuyurdu Cem Karaca. Onun bənzərsiz səsi Datçanın ən yüksək səmtindəki Yamanevlərdəki balkondan dalğa-dalğa şəhərə və oradan da dənizə doğru yayılırdı. Cem Baba ‘’İki gözüm, bu işin yok sağı solu’’ deyəndə zəfərə necə tamarzı olduğumuzu və alagözlü Qarabağı düşünürdüm. Mənim xəyalımda Qarabağ alagözlüdür.

KARABAĞ
Karabağ’da talan var 
Ak gerdana saldıran var. 
Demirsen durum gedim 
Gözü yolda kalan var. 

Bu asla bir Turan değil, muhteşem bir tufandır 
Kavuşan elalem değil, can ile canandır.
Şimdi türkü söylemenin işte tam zamanıdır 
İki gözüm, bu işin yok sağı solu. 

***
Böyük sənətkarla tanışlığımdan illər keçir. Bu zaman ərzində düşünürəm ki, niyə ‘’Karabağ’’ mahnısı ‘’Dadaloğlu’’ qədər populyar olmadı, hitə çevrilmədi. Güman ki, bunun günahı anasının erməniliyini hər fürsətdə ortaya atanlardadır. Özlərini solçu adlandıran bəzi qruplar Cem Karacanın sonralar sağa – milliyyətçiliyə könül verməsini də qəbul etmək istəmədilər.

Cem Karacaya bizim mədəniyyət xadimlərinin sahib çıxması lazım idi. Erməni təəssübkeşi Sezen Aksu, Yavuz Bingöl, Özcan Deniz kimi müğənnilərin yerinə biz qucağımızı Cem Karacaya açmalıydıq. Çünki, yazdığı o bircə mahnı ilə alagözlü Qarabağ üçün bütün türk musiqiçilərinin toplamından daha çox etmişdi.

Ölen ölür kalan sağlar bizimdir…
31 avqust 2017

İbrahim Nebioglu

07 Feb, 20:02


Kreativlik zirvə yaparsa...
"Time" dərgisinin bugünkü sayısı.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

07 Feb, 19:45


Frankovski də gəlsə belə bir fantastik tablo çıxır ortaya...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

07 Feb, 06:00


Qravitasiyaya görə kosmosda zaman fərqli şəkildə axır

Qravitasiya sahəsi nə qədər güclü olsarsa zaman bir o qədər yavaşlayır.
Bu fenomen Kristofer Nolanın "Interstellar" filmində təsvir edilmişdir.
Qəhrəmanlar Miller planetinə varanda onlar üçün bir saat yeddi Yer ilinə bərabərdi.

Reallıqda da eyni şey baş verir.
Məsələn, astronavtlar üçün vaxt Yerdəki insanlara nisbətən saniyənin bir qədər az daha sürətli keçir.
Qara dəliyin (Black Hole) yaxınlığında isə zaman demək olar ki, tamamilə dayanır...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

07 Feb, 04:00


Gözəllik…

33*33=1089
333*333=110889
3333*3333=11108889
33333*33333=1111088889
333333*333333=111110888889
3333333*3333333=11111108888889
33333333*33333333=1111111088888889
333333333*333333333=111111110888888889
3333333333*3333333333=11111111108888888889
@ibrahim_nebioglu

İbrahim Nebioglu

06 Feb, 04:00


Günəşin Üç Yolu ☀️

Yerdəki müşahidəçi üçün Günəşin hərəkət trayektoriyası il ərzində nəzərəçarpacaq dərəcədə dəyişir.

Şəkildə Günəşin günortadan gün batmasına qədər hərəkətinin üç yolu göstərilir:

yuxarıda – yay gündönümündə,
ortada – gecə-gündüz bərabərliyində,
aşağıda – qış gündönümündədir.

İbrahim Nebioglu

05 Feb, 18:18


415 il əvvəl Qalileo Qaliley teleskopunu ilk dəfə göy cisimlərinə yönəltdi.

İnsan ilk dəfə Ayın relyefini müşahidə etdi, onun kraterləri və dağlarını gördü. Teleskopu Yupiterə yönəldəndə onun yanında dörd “ulduz” gördü. “Qalileonun peykləri” deyə keçdi ağlından.

Onları elə belə də adlandırırdılar.
Qalileonun peykləri – Qanimed, Kallisto, Europa və İo belə kəşf edildilər.

İbrahim Nebioglu

05 Feb, 17:35


"Kredo" adlı bir qəzet "Dil Həsrəti" adlı yazımı səhifəsinə yerləşdirib. Məqalə görkəmli yazıçımız Çingiz Hüseynovun ömrünün son çağındakı Ana dilinə olan həsrətindən və 30 böyük qutuluq arxivini akademik Rafael B. Huseynova vəsiyyət etməsi haqdadır...

"Ayna" nəşrini dayandırandan bəri ilk dəfədir ki, bir kağız qəzetdə yazım çıxır. Rafael müəllim yazdı ki, qəzetin bir nüsxəsini mənim üçün saxlayıb...

İbrahim Nebioglu

05 Feb, 10:47


“Herkese umuttan bahsediyorum, içimde zerre kadar umut kalmamışken…”
Sabahattin Ali
@ibrahim_nebioglu

İbrahim Nebioglu

05 Feb, 04:03


ADAJİO

Elmi rəhbərim akademik Azad Mirzəcanzadə klassik musiqi bilicisi idi, çox sevirdi ciddi musiqini. Ən sevdiyi əsərlərdən biri dahi Qara Qarayevin 3-cü simfoniyası idi.
Azad müəllim Qara Qarayevdən 10 yaş kiçik idi, bir məhlədə böyümüşdülər. Uşaqlıq dostu haqda necə də sitayişlə danışırdı, ondan ancaq "Kara Abulfazoviç" deyə bəhs edərdi...

Fevralın 5-i Azərbaycan musiqi tarixinin ən böyük zirvələrindən biri olan Qara Qarayevin (1918-1982) doğum günüdür. Dahi bəstəkarı həm də Azad müəllimə görə çox sevirəm…

Dissertasiyamın ilkin variantını aparmışdım Azad müəllimgilə. Bacısı ilə yaşayırdı. Heç biri ailə qurmamışdılar. İradə xanım mətbəxdə çay dəmləyir, Azad müəllim kitabların əhatəsində mənim elmi işimi vərəqləyirdi. Köhnə "proiqrıvateli" Qara Qarayevin ölməz Adajiosunu çalırdı...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

04 Feb, 17:32


SÜD YOLU yoxsa SAMANYOLU?

Yer kürəsi Südyolu Qalaktikasının mərkəzindən 25 min işıq ili uzaqdadır.
1 işıq ili 9.5 trilyon km-dir.
25 min x 9.5 trilyon km hasilinin nəyə bərabər olduğunu artıq özünüz hesablayın.
Qalaqtikamızın nə qədər nəhəng olduğunu görəcəksiniz…

Qalaktikamızın adı latın dilindəki Via Lactea (Süd Yolu) sözündən gəlir.

Qədim yunan əfsanəsinə görə Zevs ölümlü bir qadından doğulan oğlu Heraklın ölümsüz olmasına qərar verir. Bunun üçün onu yuxuda ikən arvadı Heranın qoynuna qoyur ki, Herakl onun ilahi südündən içsin. Hera oyandığında başqa çocuğu əmzirdiyini görüb, onu özündən uzaqlaşdırır. Tanrıçanın döşündən sıçrayan süd “Süd Yolu”na çevrilir.

Müxtəlif dillərdə “Süd Yolu”nun adları fərqlidir.
"Yol" sözü adətən dəyişməz qalır, "Süd" isə digər epitetlərlə əvəz olunur.
Məsələn, ərəblər buna "Un yolu" deyirlər – arabadakı kisənin dəliyindən səpələnən undan meydana gəlib.

Türklər də elə ərəblərdən götürüblər yəqin – onlar Süd Yoluna Samanyolu deyirlər.

Məncə, biz də Samanyolu deməliyik, daha gözəl və anlamlı səslənir.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

04 Feb, 16:19


KİŞİ KİMİ QOCALMAQ

“Öləndə də kişi kimi ölmək lazımdır” kimi bir deyim var.
Son günlər sürünə-sürünə ortaya çıxan bəzi nadanların ağızlarına gələn hədyanı yüksək səslə söyləmələrindən sonra bu deyimi belə də ifadə etmək olar:

“Qocalanda da kişi kimi qocalmaq lazımdır”…

Qapı-qapı gəzərək palaz-palaz kitabları üçün astronomik pullar yığan bu bunamış insanın Səməd Vurğuna dil uzatması ölkədə böyük rezonansa səbəb olub. İşlərimin çoxluğu səbəbi ilə özəl bir cavab yazmağı daha irəli tarixə ertələyirəm. Ancaq bu qəbildən insanlara ünvanladığım bir yazını paylaşaraq tərəfimi bəlli edirəm:

Ana Dilimiz namusumuzdur, Səməd Vurğun isə poeziyamızın, söz sənətinin solmayan Günəşidir…


XƏRİFLƏMƏK

Praqanın Qızıl Ordu tərəfindən 1968-ci ildə işğalından sonra “anti-sovetçik” olduğunu söyləyir bir möhtərəm. Ancaq “anti-sovetçik” kimi nə edib, hansı fəaliyyətlərdə bulunub – bu haqda heç nə demir.

Çexoslovakiyaya qoşun yeridilməsini pisləyən məşhurlar – Soljenitsın, Tvardovski, Qaliç, Yevtuşenko, akademik Saxarov kimi yazıçı və alimlər vardı. Amma bu yoldaşın isminə onların arasında rast gəlinmir. Bəlkə o, Larisa Boqoraz və digər 7 dissident kimi Qızıl Meydanda etiraz aksiyasına çıxıb, işğalçı orduya lənət yağdırmışdı? Qəhrəman etirazçılar azadlıqdan məhrum edilib sürgünə göndərilmişdilər. Bu siyahıda da yoxdur onun adı.

Azərbaycanda “anti-sovetçik” deyəndə mənim ağlıma İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalov və onların qurduqları gizli “İldırım” təşkilatı gəlir. Antisovet fəaliyyəti aparan bu təşkilatın üzvləri arasında da yoxdur bu zat-i möhtərəmin ismi.

Bəlkə Əbülfəz Elçibəy və ya digər dissidentlərlə əlaqəsi olub onun?
Yoxsa o da mərhum Elçibəy kimi KQB-nin təqiblərinə məruz qalıb?
“Anti-sovetçik” olub bu təqiblərdən nəsibini almayıbsansa demək ki, səndə başqa “məziyyətlər” var.
O tərəflərdə də onu görən olmayıb.
Olmayıb…və kimsə də buna bir şey demir.

Ancaq birdən ortaya çıxıb təmiz, fərqli yetişmiş istedadlı gənclərin Youtube kanalında onlara nağıl danışmağa başlayanda insan susa bilmir. “Bu gün Sovet imperiyası haqqında fərqli düşünürəm” deyir 87 yaşındakı professor. Yaşına-başına, həyat təcrübəsinə rəğmən ortaya “dişə çəkiləcək” bir fikir qoymur, qoya bilmir. Və qalxıb rus dilinin vacibliyindən danışır.

“Mən bunu hər zaman demişəm” söyləyərək rus dilindən danışır. Bir deyən də yoxdur ki, dəstəklədiyin işğalçının dilidir. Demosfen bəlağəti və Platon ədası ilə xərifliyir. Bəzən filosof, zaman-zaman kulturoloq və kinoşünas kimi təqdim olunsa da bunlara uyğun təhsili də yoxdur, məncə. Mən bilən rus dili və ədəbiyyatı ixtisası ilə bitirib institutu. Yəni rus dilini təbliğ etmək onun ixtisasıdır.

Bir müsahibəsinin kiçik bir parçasını dinləməyə səbrim yetdi. Yadıma Kissencerin xərifləməyi haqda yazdığım bir qeyd düşdü…

"Старческий маразм"… Bu sözün dilimizdəki qarşılığı "bunama"dır, tibbi terminologiyaya "xərifləmək" kimi düşüb. Biz tərəflərdə buna "zayıllamaq" da deyirlər bəzən və məncə, yazacağım misalda ən doğrusu da elə bu sözdür…

Əslində bu sözü Kissincerə deməyə dilim dönmür...
Henri Kissincer (Henry Kissinger, 1923-2023) görkəmli dövlət adamı, amerikalı diplomat, müxtəlif dövrlərdə ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri, ABŞ Dövlət katibi olub, 1973-cü il də Sülh üzrə Nobel Sülh Mükafatına layiq görülüb.

Tanınmış diplomat ən qatı Sovet əleyhdarı kimi tanınır. O, Sovet İttifaqını dağıdanların gizli fikir babalarından biridir. Kissincer ömrünün qürub çağında kapitalist sistemdən məyus olduğunu dilə gətirərək, Amerikanın işlətdiyi ən böyük günahın "Dünyanın ən ədalətli dövlətini – Sovet İttifaqını planlı şəkildə məhv etmək" olduğunu söyləyib.

İbrahim Nebioglu

04 Feb, 16:19


Onu belə düşünməyə nəvələrinin davranışı vadar etdiyini bildirən diplomat belə davam edir: "Müasir insanlar hər şeyə sahibdirlər, ancaq eyni zamanda da heç nələri yoxdur. Bizi heç nə sevindirmir, doğru-düzgün mutlu da olmuruq. Sovet insanı sadə şeylərdən mutlu olur, cins şalvar, tualet kağızı və ya hisə verilmiş kolbasa onu çox xoşbəxt edirdi. Biz o insanı yoldan çıxartdıq, ona bolluq tələsinin gizləndiyi vəhşi kapitalizmin qapılarını açdıq".

Kissincer mutluluğun məişət bolluğunda olmadığını çox illər sonra anladığını söyləyir: "Bizdə ancaq seks vardı, onlarda isə sevgi. Bizdə ancaq pul vardı, onlarda isə ürəkdən təşəkkür. Hər şeydə belə idi. Məni sosializm tərəfdarı adlandırmaq çətindir, qərb düşüncəsinə sahib bir qərbliyəm, ancaq belə hesab edirəm ki, Sovet İttifaqında həqiqətən də homo soveticus adlandırılan insan növü vardı. Bu insan bizdən bir pillə yuxarı idi və çox təəssüf edirəm ki, biz onu məhv etdik. Ehtimal ki, bu bizim ən böyük cinayətimizdir".

"Kissincer zayılladı" cümləsini zorla qururam, dilim dönmür. Amma qatı “anti-sovetçik” olmuş bu qurd diiplomat haqda başqa ifadə tapa bilmirəm…

İbrahim Nebioglu

04 Feb, 02:40


Yapon höküməti yaşlılar sürücülük vəsiqəsindən imtina etsinlər deyə onlara ərzaq yardımı edir.
“Uzunömürlülər ölkəsi” olan Yaponiya 75 yaşdan yuxarı insanlar ucbatından baş verən avtomobil qəzalarının sayını bu şəkildə azaldır…

🖌
Bu xəbərin altına nəsə yazmaq istədim amma...

Bizim coğrafiayada
a) neçə nəfər 75 yaşına qədər yaşayır,
b) o yaşa çatanın avtomobil sürəcək halı qalırmı,
c) o yaşda neçə nəfərin avtomobili var...

@ibrahim_nebioglu

İbrahim Nebioglu

31 Jan, 17:20


“NECƏ DƏ ACIMASIZCA”

28 aprel 1945-ci il, Milan.
İtalyan partizanlar Mussolini və məşuqəsi Klara Petaççini Komo gölü yaxınlığında güllələyirlər. Cəsədləri Milanda bir meydana gətirilir. Yoldan keçənlər meyitləri təpikləyir, üzərinə tüpürürlər. Bir qadın Mussolininin bədəninə 5 dəfə atəş açaraq "Öldürdüyü beş oğlum üçün beş güllə" deyə bağırır...

Cəsədləri yanacaqdoldurma məntəqəsinin tavanından asırlar.
Dostunun necə öldürüldüyünü və ən sonda ayaqlarından asıldığını eşidən Hitler “Necə də acımasızca” deyir…

Faşistlər düşdü yadıma, ona görə yazdım.
Ünvanlıdır…
@ibrahim_nebioglu

İbrahim Nebioglu

31 Jan, 05:37


MARSDA BİR İL YERDƏKİNDƏN İKİ DƏFƏ UZUNDUR

Qırmızı planetdə bir il hardasa 687 gündür. Başqa sözlə, Marsda bir il 1,88 Yer ilidir.

Marsın oxu orbitinin müstəvisinə nisbətən 25,19 dərəcə əyimlidir. Nəticə etibarı ilə Marsda bir neçə fəsli var. Marsın orbital dövrü daha uzun olduğu üçün fəsillər Yerdəkilərdən demək olar ki, iki dəfə uzundur.

Marsın şimal yarımkürəsində bahar təxminən 7 Yer ayı qədər davam edir. Yayın uzunluğu 6, payız 5,3 ay, qış isə 4 aydan bir qədər çox davam edir. Cənub yarımkürəsində fəsillərin uzunluğu çox az fərqlənir.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

31 Jan, 03:40


Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss edirəm!
–Məmməd Əmin Rəsulzadə

Doğum gününüz mübarək olsun, Böyük Türk!
Bu millət Dünya durduqca Sizə minnətdar olacaqdır!

İbrahim Nebioglu

30 Jan, 16:51


“Rast” farsça “düzgün”, “xeyirli” deməkdir. Bu səbəbdəndir ki, bəziləri ilə qarşılaşır, bəzilərinə rastlayırıq…
@ibrahim_nebioglu

İbrahim Nebioglu

30 Jan, 09:36


LESTER KODEKSİ

Leonardo da Vinçinin Lester Kodeksi (Codex Leicester) dünyanın ən bahalı kitabıdır.

1506-1510-cu illərdə Milanda yazılmış kitab Bəşər tarixinin ən böyük alimlərindən birinin bu günə qədər gəlib çatmış yeganə əlyazmasıdır.

Lester Kodeksi dahi alimin ideyalar toplusudur.
72 səhifəlik dəftər fikir və qeydlərini gizli saxlamaq üçün da Vinçinin icad etdiyi unikal “güzgü” şrifti ilə yazılmışdır. Yazıları yalnız güzgüdən istifadə etməklə oxumaq olur.

Böyük Usta bir bölümdə suyun xassələri haqqında, çaylarda və dənizlərdəki burulğanlar, bəndlər və axınlar haqda yazır. Başqa bir bölümdə isə da Vinçi astronomiya və kosmologiyaya yer verir, Ay kraterlərini, planetlərin orbitlərini çəkir və Ayda işıq və kölgənin təbiəti haqqında qeydlər edir.

Əlyazmada geologiya ilə bağlı əvəzsiz məlumatlar, kristalların xüsusiyyətləri və zəlzələlərin təbiəti, işığın əks olunması və sınması prinsipləri də yer alır.

Lester Kodeksində insan anatomiyası mövzusu, insan bədəninin quruluşu və funksiyalarını izah edən eskiz və mətnlər var. Da Vinçi insan skeletinin və əzələlərinin, qan dövranı sisteminin və gözün quruluşunu da incələyib.

Bu qiymətsiz əlyazma parlaq ideyalar xəzinəsi olmaqla bərabər Kainatı bütün mürəkkəbliyi və ecazkarlığı ilə dərk etmək üçün Ustadın doymaq bilməyən maraq və həvəsinin nümunəsidir.

Bu gün əlyazma Microsoft-un həmtəsisçisi, dünyanın ən zəngin adamlarından biri Bill Qeytsə məxsusdur. O, 1994-cü ildə məşhur əlyazmanı o dövr üçün inanılmaz bir məbləğə – 31 milyon dollar ödəyərək alıb.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

29 Jan, 17:09


Biliyin nə qədər çoxdursa "Mən" (Eqo) o qədər azdır. Nə qədər az bilirsənsə Eqo da bir o qədər çoxdur.
–Albert Eynşteyn
@ibrahim_nebioglu

İbrahim Nebioglu

29 Jan, 15:40


Maksvellin kəşfləri təkcə Dünyanı dəyişdirmədi,
onlar yeni Dünyalar açdılar.
19-cu əsrin ən mühüm hadisələrindən biri Ceyms Maksvellin (1831-1879) elektrodinamika qanunlarını kəşf etməsi oldu.

1) ∇ .D = ρ
2) ∇ .B = 0
3) ∇ xE = -∂ B/ ∂ t
4) ∇ xH = J + ∂ D/ ∂ t
@ibrahim_nebioglu

İbrahim Nebioglu

28 Jan, 03:02


* * *
70-ci illərin əvvəlində kiçik dayım Vaqifin toyu üçün Qazağa getmişdik. Babamgilin evinə çatanda baxdıq ki dayım yoxdur – Tiflisə gedib. Toyuna üç gün qalmış məhlədəki tay-tuşları ilə Vaqif Mustafazadənin konserti üçün aradan çıxmışdı. Toy günü dayım dostlarına adaşının Tiflisdə necə “qan eləməyindən” danışırdı. Mən də ağzımı açıb heyranlıqla ona qulaq asırdım. Təsəvvür edə bilirsizmi, Qazax uşaqları caz söhbətləri edirdilər. Qazaxda isə nə caz klubu var idi, nə də caz biliciləri. Amma hər evdə bir VEF-12 tranzistoru var idi ki, bu da dünyaya açılmaq üçün kifayətdi. Bazar günü xaric hər axşam saat 22:00-dan 24:00-a qədər Viillis Konover gəncləri maqnit kimi “Caz Saatı” proqramına çəkirdi.

Bakıda doğulub Bakıda böyüməyimə baxmayaraq mənim Konoverin fanatına çevrilməyim məhz babalarımın doğuldu torpaqlarda başlayıb. O illər bir çoxları kimi Konoverin səsi gələndə mən də dik atılır, qulağımı gümüşü-qara tranzistoruma dayayırdım. Evimizdən adətən sazın tilsimli səsi havalanırdı, gecənin gec saatlarında isə qardaşımla mənim otağımdan caz melodiyaları süzülürdü. Hərdən qonşumuz Marina “Sən cazla saz arasında ilişib qalıbsan” deyərək məni cırnadırdı. Sonralar Azərbaycan televiziyasında Vaqif Səmədoğlunun aparıcısı olduğu caz proqramı yayınlamağa başladı. İmkanların məhdudluğu, video-lentlərin kasad olması və bir çox b. səbəbdən proqramı bəyənmirdim. Vaqif Səmədoğlu qohumuzdu, onu şair kimi çox bəyənirdim, amma aparıcısı olduğu caz verilişlərini heç xoşlamırdım. Tələsik və səliqəsiz hazırlanan verilişlərdə Vaqif Səmədoğlu sevdiyi musiqiçiləri verə bilmirdi – onların lent yazılarını tapmaq qeyri-mümkündü. Tapıb efirə verdikləri isə ya keyfiyyəti itmiş lent yazıları ya da Şərqi Avropa ölkələrinin ortabab caz qrupları idilər. Bu səbəbdən də verlişlər baxımlı alınmırdı.

Sonralar bu fikrimi rəhmətliyin özünə də dedim, o da bığını eşələyib mənimlə razılaşdı. Sonra da dedim ki, dövran dəyişib, artıq istədiyin musiqiçiyə qulaq asa bilərsən, bəs indi hansı cazmeni dizləyirsən? Yastı-yastı “İndi mənimki sazmen Ədalətdi” dedi. Yaşa dolduqca genetik kodlar öz işini görürdü, o, aşıq musiqisinə – köklərinə qayıdırdı...
* * *
Adımı “QolsAmerka”da çəkdilər deyə özümü disident kimi hiss etdim bir ara. Məktəb qızlarının yanında forslanmağa belə başlamışdım. Ancaq atamın zəhmi ilə anamın narahat olacağından qorxub evdə məktəbə çağrıldıqlarını. Məktəb direktoru da çox israr etmədi. Anladım ki, məsələni çox böyütməyiblər. “Sovetin tikişləri” qadın corabı kimi sökülməyə başlamışdı, Moskva da, onun sarsaq təbliğat maşını da təlaş içində idilər. Yalançı şüarlar, boş xəyallar üzərində milyonların qanı hesabına qurulmuş sistemin çökməyinə çox az qalmışdı. Nə qəribədir ki,‘’Bu gün sən caz çalırsan, sabahsa Vətəni satacaqsan” deməklə Kreml ideoloqları müəyyən mənada da haqlı çıxdılar. Çünki Sovetin axırına da elə Konoverlə böyüyən nəsil çıxdı …
* * *
Villis Konoveri ABŞ-da kimsə tanımırdı. Çünki “Amerikanın səsi” ölkə daxilinə yayımlanmırdı. Ancaq bütün dünyada məşhurdu o, “Amerikanın caz elçisi” deyirdilər ona. Çox siqaret çəkirdi, qırtlağında şiş yarandı. 1996-cı ilin bir bahar günü vəfat etdi.

Konoverə incikliyim vardı uşaqlığımdan. Çünki verilişində adımı çəksə də istəyimi yerinə yetirməmiş, Vaqif Mustafazadənin yerinə Telonius Monkdan bir əsər səsləndirmişdi. Ölüm xəbərini Ankarada təsadüfən radiodan eşitdim. İncikliyimi unutdum o andaca. Onu sevən milyonlarla insandan biri idim mən. Villis Konover gəncliyim, xəyallarım və arzularımdı...

Məhz onun formalaşdırdığı caz zövqümə görə uzun illər keçməsinə baxmayaraq hələ də əvvəlki kimi düşünürəm – Caz Vaqifdən və digərlərindən ibarətdir.

30 aprel “Beynəlxalq caz günü” elan edilib. Hər aprelin 30-unda Villis Konover və üç Vaqifi – nəhəng caz Ustası Vaqif Mustafazadə, şair Vaqif Səmədoğlu və mənə cazı sevdirən dayım Vaqif Qocayevi sevgi ilə anıram…
@ibrahim_nebioglu

İbrahim Nebioglu

28 Jan, 03:02


ÜÇ VAQİF və VİLLİS KONOVER

Çoxları kimi mən də cazı ikiyə ayırmışdım – Vaqifə və digərlərinə. 10-cu sinifdə oxuyurdum, bir gün hamı yatandan sonra məktub yazdım. Vaqif Mustafazadənin “Mart” kompozisiyasının efirə verilməsini xahiş etdim. Aylardan da elə mart idi. Zərfin üstünə “Amerikanın səsi, Caz saatı” yazıb göndərdim Vaşinqtona. Və bir aprel axşamı qulaqlarıma inanmadım – verlişin aparıcısı proqramda “İndi isə Bakıdan gənc dinləyicimiz İbrahim üçün” deyərək adımı çəkdi. Bir həftə sonra anamı məktəbə çağırdılar…
* * *
Villis Konover (Willis Conover, 1920-1996) "Amerikanın səsi" radiosunun əfsanəvi "Caz saatı" verilişinin 40 il aparıcısı olub. Bizim yaşıdlar Konoverin yumşaq bariton səsi ilə böyümüş, onun yaydığı "caz virusu"na yoluxmuşdular. Maqnitafon az ailədə vardı, ancaq radiosuz ev yox idi. Xarici radiostansiyalar həm xəbər mənbəyi, həm musiqi dinləyə biləcəyimiz yeganə yerdilər. Axşam düşən kimi mətbəxə keçir, VEF radioqəbuledicimi sağa-sola döndərir, min bir çilə ilə “Amerikanın səsi” və ya “Monte Karlo” kanallarını yaxalamağa çalışırdım. Diktorların qulağa xoş gələn danışıqları insana sirli və qəribə gəlirdilər. Villis Konover və Sofya Tarnovskaya kimi aparıcılar möhtəşəmdilər.

“Voice of America” verilişlərini Sovet İttifaqı ilə onun Şərqi Avropadakı satellitlərinə 1947-ci ildə translyasiyaya başladı. Soyuq Müharibə bu radiostansiya ilə Varşava Paktı ölkələrinin evlərinə girdi. Kölgəsindən də qorxan Moskva yayınları əngəlləmək üçün radiolokasiya stansiyaları qurmağa başladı. Bunlardan biri də evimizin yaxınlığında, Gənclik metrosunun yanındakı ətrafı boz hasara alınmış böyük ərazidə yerləşirdi. Antenlər mənfur ideologiyanın simvolu kimi hələ də ordadırlar. Bakıya hər gələndə pəncərədən o idbar qurğulara baxır və səksənirəm.

Xalq arasında adı “Qolsamerka” kimi tələffüz edilən radionun xəbər buraxılışlarını əngəlləmək və efirə küy verməklə Sovetlər ideoloji cəbhədə qələbə çaldığını düşünürdü. Ancaq Amerika əsas sarsıdıcı zərbəni Sovet insanının qəlbini qazanmaqla – onu sakit və ecazkar musiqi ilə ovsunlayaraq vurdu. 1955-ci ildə Duke Ellingtonun “Take the A Train” kompozisiyasının akkordları ilə başlayan “Caz Saatı” proqramı zamanla əfsanəyə çevrildi. Efirdəki bütün səs-küy, cırıltı və cızırtıya rəğmən Konoverin “This is Willis Conover in Washington, D.C., with the Voice of America Jazz Hour” sözləri Şərqi Berlindən Vladivostoka qədər yayılmağa başladı. Həftənin 6 günü Konover sosialist blokunun ölkələrini “bombalayır”, Ella Fitcerald, Lui Armstronq, Çarli Parker, Con Koltreyn, Billi Holidey, Kaunt Beysi, Telonius Monk, Dizzi Gillespi, Benni Gudmen kimi nəhəng ifaçı və vokalistlərlə dünyadan təcrid olunmuş sovet adamının qulağının “pasını” açırdı.

Kreml və onun təbliğat maşını təhlükəni çox tez anladı. Caz musiqisinin “dağıdıcı” gücü onu təşvişə salmışdı. ‘’Bu gün sən caz çalırsan, sabahsa Vətəni satacaqsan” (Сегодня ты играешь джаз, а завтра — Родину продашь) şüarı belə heç nə edə bilmədi. 1970-lərin sonunda Sovet İttifaqında “Caz Saatı”nı dinləyənlərin sayı gündəlik 100 milyona (!) çatdı. 1980-lərin əvvəllində isə aydın oldu ki, Konover caz proqramı ilə əslində sərhədləri silib. O, “Caz diplomatiyası”nın yaradıcısı oldu, “Caz Azadlığın səsidir” deyərək milyonlarla insanın gözünü açdı, dünyagörüşünü dəyişdi. Zərgər dəqiqliyilə seçdiyi caz kompozisiyaları mədəniyyətləri birləşdirdi, mağmın sovet insanını “qış yuxusu”ndan oyatdı. Caz musiqisini sevən və bilən Vaqif Səmədoğlu da “Caz Saatı”nın tiryəkisi olduğunu, proqramı dinləmədən yatmadığını söyləyirdi.

İbrahim Nebioglu

27 Jan, 13:01


İnsan və zəka haqqında bütün bilinənləri alt-üst edən OpenAI-nin qurucusu və CEO-su Sam Altmanın bu açıqlaması necə bir Dünyaya qədəm basdığını göstərir. 2025-ci il Bəşər övladı üçün bir formasiyadan digərinə keçid dövrü olacaq.

"Təbiətdə yeni bir reallıq kəşf etdik. İntellekt insanlara xas bir şey deyil, əksinə O, istənilən maddədə ortaya çıxacaq bir özəllikdir", – Altman deyir.

İnsanoğlu yaradılışın sirrini çözməyə çox yaxınlaşdı…

İbrahim Nebioglu

27 Jan, 08:25


Mənim yaşıdlarım üçün The Beatles demək uşaqlığımız, məhəlləmiz, babin maqnitafonlarımız və qurduğumuz əlçatmaz xəyallar deməkdir.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

27 Jan, 06:37


Leonardo da Vinçi (1452-1519) Bəşər tarixinin ən universal insanlarındandı.
Rəssamlıq, memarlıq, anatomiya, fiziologiya, mühəndislik kimi 16 fərqli sahədə dərin izlər buraxmış yaradıcı bir şəxsiyyət idi.

Təbiət kimi mükəmməl bir laboratoriyada quşların özəl yeri var.
Dahi Leonardo müşahidə etdiyi quşlar haqqında 1505-ci ildə "Quşların Uçuş Kodeksi"ni yazır.
Bu müşahidələr əsasında da Vinçi paraşütün prototipini hazırlayır.
İlk helikopter də onun əngin və əmsalsız zəkasının məhsuludur.

Da Vinçinin sağlığında nəşr olunmuş əsəri yoxdur.
Onun Luvr muzeyində mühafizə edilən rəsmləri və qeydlərdən ibarət 13 000 səhifəlik “Journal”ı var.
"Quşların Uçuş Kodeksi" bu qiymətsiz nəhəng mirasın kiçik bir hissəsidir.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

27 Jan, 06:04


✈️ 2024-cü ildə dünyanın ən yaxşı 100 hava yolu şirkəti

1. 🇶🇦 Qatar Airways
2. 🇸🇬 Sinqapur Hava Yolları
3. 🇦🇪 BƏƏ
4. 🇯🇵 ANA All Nippon Airways
5. 🇭🇰 Cathay Pacific Airways
6. 🇯🇵 Japan Airlines
7. 🇹🇷 Türk Hava Yolları
8. 🇹🇼 EVA Hava
9. 🇫🇷 Air France
10. 🇨🇭Swiss International Air Lines
11. 🇰🇷 Korean Air
12. 🇨🇳 Hainan Hava Yolları
13. 🇬🇧 British Airways
14. 🇫🇯 Fiji Hava Yolları
15. 🇪🇸 İberiya
@ibrahim_nebioglu

İbrahim Nebioglu

26 Jan, 16:07


Biliyin ən böyük düşməni bisavadlıq deyil, bildiyini zənn etməkdir
-Stephen Hawking
@ibrahim_nebioglu

İbrahim Nebioglu

26 Jan, 07:14


KOLLAGEN

Bu sabah Hollivud aktyorları kimi hiss edirik özümüzü.
Səbəbi də kollagen qəbul etməyə gəlməyimizdir…

Amerikada, xüsusilə də Kaliforniyada, Hollivud ulduzları arasında bir kollagen modası var ki, oradan bütün Dünyaya yayılıb.
Avropa və Amerikanın əczəxanalarında kollagen maye, həb və toz halında satılır.
Kollagen insanın dayaq-hərəkət sisteminin, sümük, qığırdaq və oynaqların yapılmasındakı əsas proteindir.
ABŞ-da qadınlar kişilərdən daha çox kollagen əsaslı yeməklər yeyirlər.
Kollagen cildi elastik və qırışsız edir.

Qərb dünyasının yeni kəşf etdiyi kollageni bizimkilər əsrlərdir təbii yolla qəbul edirlər.
Bizim mətbəxin bir parçası olan xaş və kəllə-paça kollageni ən çox olan yeməklərdir…

Bazar günü erkəndən xaş yeməyə gəlmişik.
Oynaqlarımizi sağlam tutmaq, qığırdağı qorumaq və dərimizi elastik saxlamaq üçün yox.
Məclisimizin nə kollagenlə əlaqəsi var idi, nə də onun faydaları ilə.
Bizimki dostluqları illərə yayılmış əziz insanların həsrətlə qucaqlaşmasıdır.
Rafael müəllimin qulağımda cingildəyən sözləri ilə bitirim bu qeydlərimi:
“Söhbət eləməyə adam qalmayıb”…

İbrahim Nebioglu

25 Jan, 11:00


DİL HƏSRƏTİ

Rusiyadan İsrailə köçənə qədər Moskva yaxınlığında, Peredelkinodakı daçasında – bağ evində yaşayırdı. Burada çox mutlu idi, füsunkar təbiəti, havası, suyu görkəmli yazıcımız Çingiz Hüseynovun ömrünü uzadır, ona hüzurlu bir həyat motivasiyası verirdi. “Yazıçılar Şəhərciyi” adlanan bu əfsanəvi qəsəbədəki evində minlərlə kitabı ilə indi milli sərvətimiz saydığımız arxivinin əhatəsində yaşayırdı.

Peredelkino Moskvadan cəmi 21 km məsafədə yerləşir. Buna baxmayaraq ədəbiyyatımızın Sonuncu Mogikanı çox nadir hallarda – ildə bir-iki dəfə paytaxta gedərdi. 1990-cı illərin əvvəlində o vaxt elmlər namizədi olan Rafael Hüseynov Moskvada doktorluq dissertasiyasını müdafiə edəcəkdi. Ali Attestasiya Komissiyasının üzvü idi Çingiz Hüseynov. Gənc şərqşünas alim ona zəng edir, müdafiə gününün tarixini xatırladır. Peredelkinodan çıxmayan görkəmli yazıçı o gün Moskvaya gəlir, müdafiədə iştirak edir.

Rafael Hüseynovun çıxışından sonra Rusiya şərqşünaslıq məktəbinin tanınmış alimləri bir-bir səhnəyə çıxaraq doktorluq işi haqqında müsbət fikirlər söyləyir, həm doktorluğa namizəd, həm də Azərbaycan şərqşünaslığı haqqında dəyərli sözlər deyirlər. Ən sonda söz alan Çingiz Hüseynov bura Rafaeli müdafiə etməyə, onu dəstəkləməyə gəlmişdim, ancaq burada hər kəs namizəd haqqında, gördüyü elmi işi haqqında elə parlaq fikirlər söylədilər ki, mənim çıxışıma ehtiyac qalmadığını deyir…

Yanvarın əvvəlində bu nəhəng insanın əbədiyyətə köçündən bir il keçdi. Rafael müəllim telefonundan mənə Çingiz Hüseynovla telefon danışığını dinlətdirdi axşam mənə…

Üç-dörd nəfərli Moskba–Qüds–Bakı arasında bir tele-konfrans söhbətidir. Rafaeldən deyir Ustad, onunla qürur duyduğunu dilə gətirir və birdən “Dil həsrətindən” danışır. Doğrusu, əlimdə Rafael müəllimin telefonu ilə bir anlığına donub qaldım. Yadıma Çingiz Hüseynovun nəvəsi (oğlu professor Qasan Quseynovun qızı), əfsanəvi London School of Economics-in professoru Dina Hüseynovanın (1981 d.) atası və babası arasındakı söhbəti xatırladım. O söhbətdə Çingiz müəllim nəvəsinə olduqca səmimi etiraflarda bulunur.

Bir yazımda da Çingiz Hüseynovun dostlardan birinə telefonda "Məndə Vətən həsrəti indi Dil həsrəti ilə əvəz olunub" demişdi. Dünənki səs yazısından məlum oldu ki, görkəmli yazar ömrünün qürub çağında bütün varlığı ilə Ana dilinin həsrətini çəkir, doğma sözləri, ləhcələri, Azərbaycan Türkcəsini eşitmək, duymaq, yaşamaq istəyirmiş. Və o, Dil həsrətini, onun dayanılmaz əksikliyini, acısını Rafael Hüseynovla danışaraq azaldırmış…

Yazdığım vida məqaləmdə Çingiz Hüseynovun arxivinin Almaniyada, Bremen Şərqi Avropa Araşdırmalar Mərkəzində (FSO, Forschungsstelle Osteuropa) saxlanıldığını qeyd etmişdim. Arxivin bu mərkəzə verilməsinə yazıcının oğlu, Bremendə mühacir həyatı yaşayan, tanınmış dilçi alim, professor Həsən Hüseynov (1953 d.) qərar vermişdi.

İbrahim Nebioglu

25 Jan, 11:00


İlk eşitdiyimdə “Nə üçün axı bu arxiv Vətənində deyil, Almaniyada olsun” deyə üsyan edib, Bakıya – görkəmli alim, tarixçi, mətnşünas, Cümhuriyyət tariximizin ən parlaq tədqiqatçılarından biri professor Solmaz xanım Tohidiyə zəng vurmuşdum. Solmaz xanım da xəbəri eşitdəndə üzülmüş, təsəllimiz almanlar tərəfindən arxivin yaxşı qorunacağı olacağıdır demişdi…

Dünən axşam məlum oldu ki, Bremen Şərqi Avropa Araşdırmalar Mərkəzində Çingiz Hüseynovun oğlundakı çox cüzi materialları saxlanılır. Əsas nəhəng arxiv – 30 yeşik Milli Sərvətimiz sayılacaq materiallar isə Rafael Hüseynovdadır. Ən önəmlisi isə artıq arxivin tam təsviri üzrə işin bitmək ərəfəsində olmasıdır. Bir neçə ay sonra min səhifədən çox arxivin tam təsviri kitabı çapdan çıxacaq. Təsəvvür edə bilirsizmi, sadəcə təsviri 1000 səhifədən çoxdur…

“Çingiz Hüseynovdan sonra Ədəbiyyat Səhnəmizin qalın, məxmər pərdəsi artıq enmişdir” yazmışdım vida yazısında. Bəli, pərdə enmiş olsa da o nəhəng miras indi bizim ölkədədir, onu da Rafael Hüseynov və onun milli tələbələri və yetişdirdiyi gənc alimlər yaşadacaq.

Dostlarımdan ayrılanda Rafael müəllimə daha bərk sarılaraq sağollaşdım.
Gecə yarısı taksi ilə evə qayıdarkən uzaqda yaşayan bir dostum zəng elədi.
Səsimi eşidən kimi “Yaman sevincli və nəşəlisən, səbəbi nədir?” deyə soruşdu.
Necə mutlu olduğumu uzaqdan o da anlamışdı…
25 yanvar 2025

İbrahim Nebioglu

25 Jan, 05:04


Özünü tapmış insan başqalarının fikirlərindən asılılığını itirir.
—Albert Eynşteyn
@ibrahim_nebioglu

İbrahim Nebioglu

24 Jan, 17:32


* * *
Adil mənim “Ay Tanrısı Çanye” adlı məqaləmi oxuyub bir axşam yenə yazdı. O, çinlilərin tarixdə ilk dəfə olaraq Ayın Cənub qütbünə (Qaranlıq tərəfinə) “Chang’e 4” zondunu endirmələrini böyük hadisə adlandırıb, məqalədəki bir məqamın gözündən qaçmadığını söylədi. Yazıda Çin mifologiyasında Hou İ adlı bir cəngavərin xalqını quraqlıqdan xilas etdiyi üçün İmperator tərəfindən ölümsüzlük eliksiri ilə mükaftalandırmasındanı yazmışdım. Və Adil baxın mənə nə sual verdi: “Nə üçün Şərq nağıl və əfsanələrində padşahlar zalım və əzazil, Çin və Koreyada isə mərhəmətli, əliaçıq və mistik qüvvəyə malikdirlər?”.

Nə cavab verəcəyimi düşünürdüm ki, macal verməyib davam etdi:

“Bir gün koreyalılarla söhbətdə Kral Seconqun adını çəkdim, mənə irad tutdular ki, o böyük adamdır, onu adı ilə çağırmaq olmaz, ona Seconq Deuanq (Ulu Seconq və ya Böyük Seconq) demək lazımdır. O zaman çox əhəmiyyət vermədim, amma sonra ihər dəfə Koreya və Çin əfsanələri oxuyanda gördüm ki, onlar öz rəhbərləri haqqında əsasən müsbət şeylər yazırlar. Onlar əfsanə və nağıllarda mistik gücə sahib olur, xalqa xidmət edir, yaxşı əməlləri ilə ad çıxarırlar”.

Həqiqətən də bizim nağıl və dastanlarımızda padşahlar zalım, vəzirlər hiyləgərdirlər. Sovetin dağılması ilə ölkənin yarısı bircə andaca “şah”, “xan”, “bəy” və “zadə” oldular. Bunlar o adamlardırlar ki, ağaları, bəyləri qırdılar, “donos” yazıb tutdurdular, axırına çatdılar, sonra gəlib “Ağa”, “Bəy” oldular. Qul qafası və qul təfəkküründən qurtulmadan yerindən duran Bəy oldu. Natamamlıq kompleksi pis şeydi, adamı yoldan çıxarır, məsələn, ana dilindən üz döndərtdirir, Stoqholm sindromuna yoluxdurur və s. Belələri bacarsalar “fəmillərinin” qabağına Qraf, Knyaz da yazdırarlar – “Utanmasan oynamağa nə var ki?”. Bu qədər çox marazm görəndə natamamlıq kompleksinin sanki bizim üçün yaradıldığını düşünür insan istər-istəməz.

Natamamlıq kompleksinin səbəbini bəlkə bizim nağıl və dastanlarda aramaq lazımdır? Dədə Qorqud dastanında zalım padşah, hiyləgər vəzir söhbəti yoxdur sanki. Bəs bu mənfi obrazlar bizim nağıllara necə giriblər, daha doğrusu niyə onlar neqativ personajlara çevriliblər? Yoxsa burdadamı sovetin əli var, yoxsa yenə də hər şey gedib çürük bolşevik ideologiyasına çıxır? Məsələyə sosioloji və ya psixoloji aspektdən baxılmalıdır yəqin. “Ov” və “yev”i atıb, qulağa xoş gələn sonluqlar götürməklə böyür-başımız “yapmacıq əsilzadə və zadəganlarla” doldu. Nağıllarda zalım, əzazil, despot, qansız və cani olan padşahlar, ağalar və bəylər gerçək həyatda iftixar, öyünmə və qürur mənbəyi oldular. Azərbaycan dastan və nağıllarının məşhur tədqiqatçısı, folklorşünas, mərhum Əhliman Axundov həyatda olsaydı ona çox suallar verərdim.

* * *
“Matrix” filmini seyr etmiş insanlara gələcək haqda ürəkaçan şeylər söyləmək çətindir. Süni intellektə sahib robotların dünyanı ələ keçirmələri, insan beyninin kodlaşdırılaraq kompüterlərə yerləşdirilməsi, yaşadığımız dünyanın əslində bir strateji oyunu olması haqda ssenarilər adamları Qaranlıq Gələcək haqda qorxulu perspektivə inandırır. Texnoloji dünyasının zirvədəki üç nəhəng ismi – Mark Zukerberq, Larri Peyc və İlon Mask gələcəklə bağlı fərqli düşüncələrə sahibdirlər. Əgər Zukerberq və Peyc süni intellektin bəşəriyyəti aydın gələcəyə gətirəcəyini deyirlərsə, Mask daha çox qaranlıq ehtimallara inanır.

İbrahim Nebioglu

24 Jan, 17:32


ADİL VƏ ONUN İKİ İNTELLEKTİ

Suvon (Suwon) Cənubi Koreyanın paytaxtı Seuldan 30 km cənubda yerləşir. Bu şəhəri məhşur qılan Samsung şirkətinin Mənzil Qərargahının burada yerləşməsidir. Samsung deyəndə ağla ilk olaraq mobil telefon gəlir. Ancag bu markanın adı ilə onlarla məişət texnikası, telekommunikasiya ciihazları da istehsal olunur. Şirkətin dünyanın 60-a yaxın ölkəsində 120-dən çox ofisi var ki, onlar da buradan idarə olunur. Ancaq bura həm də şirkətin beyni, ideya və innovasiyalar mərkəzidir. Dünyadakı bir çox texnoloji trendləri məhz bu mərkəzdə, burada çalışan gənc super-zəkalar tərəfindən hazırlanır. Bu uşaqlar sayəsində həyatımıza girən texnoloji yeniliklər bizə yaşamağı daha zövqlü və asan hala gətirirlər.

Adil Əliyev mənim gənc dostumdur. Atası və anası kimi o da BDU-nun “Tətbiqi Riyaziyyat”nı bitirib. Üç ildir ki, Samsung Electronics-də Mobil Kommunikasiyalar Bölməsində aparıcı mühəndis (Mobil Communication Business, Senior Engineer) olaraq çalışır. Adilin Bakıdan Cənubi Koreyaya gedib çıxması təsadüfi deyil. Böyük şirkətlərdə İnsan Resursları Departamenti (HR) ən önəmli bölümlərdən biridir. Onların əsas vəzifəsi istedadlı universitet istedadlı tələbələrini tapıb seçmək, şirkətlərinə qazandırmaqdır. İlon Maskın sağ əli, əfsanəvi Dolli Singh olmasaydı SpaceX bu gün tarix yaza bilərdimi? Samsung Electronics-in “Miss Dolli”si də Adili tapıb, onu Bakıdan Suvona dəvət edir. Ancaq iş bununla bitmir, Adili daha sonra 7 ay müxtəlif testlərə tabe tutur, intervyulara salırlar. Ən axırda da hələ bir təcrübə də keçir – İnsanı seçib, önünü açanda, gələcəyə hazirlayanda da belə edərlər, elə deyilmi?

SpaceX, Samsung, Apple, Google kimi dünya devləri işçi axtararkən ən çox A tipli özəllikləri olan mütəxəssis axtarırlar. Mayer Fridman və Rey Rozenman adlı amerikalı kardioloqların təsnifatına görə A tipli insanlar iddialı, yüksək statusa can atan, aktiv, mütəşəkkil, intizamlı, narahat, səbrsiz, həlli çətin məsələlərdən çəkinməyən, dəqiq və başqalarından da dəqiqlik tələb edənlərdir. Adilin hansı tipə aid olduğunu istedadlı mütəxəssislər arayan “insan ovçularına” buraxıram. Və əgər ki, Samsung bir azərbaycanlı gənci seçibsə onun zəkası haqda əlavə söz deməyə ehtiyac yoxdur.

Suvon İstanbuldan 6 saat irəlidədir. Buna baxmayaraq Adillə tez-tez zəngləşir, mesajlaşırıq. Bir müddətdir ki, düşüncələri onu Qərbə çəkir. Adil artıq süni intellektə yönəlmək istəyir, iddialarına şəkil vermək istəyir. Arabir mən də onu uzaqdan həvəsləndirir, dəstəkləyirəm. Müvəffəq olacağına inanıram, ancaq önəmli bir seçim etməlidir: karyerasına harda davam etməlidir, Amerika yoxsa Avropada?

Bu gün süni intellektlə ən çox Almaniya, Fransa və İngiltərədə məşğul olurlar. Güclü beyinlər buradakı elmi mərkəzlərə toplanıblar. Amerika da geri qalmır, orada bazar da böyükdür, elmi yenilikləri tətbiq etmək asandır, istehsalata tətbiq ediləcək ideyalar üçün investisiya tapmaq da problem deyil. Süni intellektin yeni cazibə mərkəzlərindən biri də Kanadadır. “Süni İntellekt Mafiyası” adlandırılan 3 böyük alim - Yoshua Bengio, Yann Le Cun və Geoffrey Hinton Kanadada çalışırlar. Onlar 2015-ci ildə nüfuzlu Nature jurnalında “Deep Learning” adlı məqalə dərc ediblər. Hazırda dünyanın bir çox süni intellekt mərkəzləri bu məqalədəki ideyaların üzərində çalışırlar – sürücüsüz maşınlar, google translate, xərçəngi diaqnostika edən cihazlar, insanın beyindən keçənləri oxuyan aparatlar və s.

Ölkə seçimini doğru etmək lazımdır, buna görə də başı qarışıqdır bir az Adilin…

İbrahim Nebioglu

24 Jan, 17:32


Süni intellektlə bağlı riyaziyyatçılar arasında belə bir zarafat var: “Süni intellekt üzərində çalışanların öz intellektləri nə qədərdir?”. Böyük fiziklərdən birinin sevdiyim kəlamını xatırlayıram: “Övladlarının ağıllı olmasını istəyirsənsə ona nağıl danış. Parlaq zəkalı olması üçünsə onlara daha da çox nağıl danış”. İmkan olsa Adilin anasına sual edəcəm ki, balaca ikən oğluna çoxmu nağıl danışıb. Verdiyi cavabda asılı olmmayaraq bir şeydən tam əminəm – Adil öz intellekti ilə üzərində çalışacağı süni intellektlə böyük işlər görəcək.

Naum Çomski (ing. Naom Chomsky) dünyanın ən çox iqtibas gətirdiyi alimlərdəndir, ona “Linqvistikanın Eynşteyni” deyirlər. 90 yaşındakı alim Massaçuset Texnologiya İnstitutunun (Massachusetts Institute of Technology) professorudur, dərs deyir, kitablar yazır. Onun bu məhşur kəlamını xatırladım:

“Nikbinlik strategiyadır. Əgər siz gələcəyin yaxşı olacağına inanmırsınızsa, gələcəyin yaxşı olması üçün siz heç vaxt addım atmayacaqsınız. Əgər ümidiniz yoxdur deyirsinizsə, onda ümidiniz olmayacaq. Seçim sizindir”.
* * *
Paytaxt Seulun mərkəzində Kral Seconqun möhtəşəm heykəli ucalır. Qonaqlara onun haqqında bir əfsanədən danışırlar. 15-ci əsrdə Kral Seconq alimlərə əlifba yaratmaq haqda tapşırıq verir. İndiki Hanqlı əlifbasının əsası da elə qoyulur. Hanqlı əlifbasındakı hərflərin tələffüz edilərkən insan dilinin ağız boşluğunda hansı formaya düşdüyünə görə dizayn edilidiyini deyirlər. Elə buna görə də koreyalılar Hanqlının dünyanın ən kamil əlifbası olduğunu iddia edirlər.

Mən Hanqlının nə qədər kamil olub-olmaması haqda heç bir fikir yürüdə bilmərəm. Bu haqda suallarımı Naum Çomskiyə (Naom Chomsky) vermək istərdim. Adillə Çomskidən danışacam ilk fürsətdə, çünki “Artificial Intelligence” dünyasına qədəm basacaq riyaziyyatçı dostum mütləq bu nəhəng alimin “saqqalının altından” keçməlidir. Düşündükcə təbəssüm edirəm, deyirəm ki, yüksək intellekt sahibi Adil birdə intellektin sünisi ilə məşğul olacaq.

Yolların açıq olsun, iki intellektli Adil!
24 yanvar 2019
@ibrahim_nebioglu

İbrahim Nebioglu

24 Jan, 05:36


Eynşteyn 1951-ci ildə Kurt Gödel və Julian Şvingerə (Schwinger) ilk “Albert Eynşteyn mükafatını" təqdim edir.
Kurt Gödelin (1906–1978) I və II natamamlıq teoremləri haqqında nəşrləri (1931) və Kantorun (Cantor) sürəklilik (kontinuum) hipotezi çalışmasından (1947) sonra Gödel 1948-ci ildə diqqətini kosmologiyaya yönəltdi. O, Eynşteynin sahə tənlikləri ilə bağlı geniş araşdırmasında məlum olan az sayıdakı dəqiq həllərdən birini, bunun nəticəsində də "Gödel kainatı"nı tapdı.
[foto: IAS Arxivi]
@ibrahim_nebioglu

İbrahim Nebioglu

24 Jan, 05:02


–Məni anlayırsanmı?
–Anlayıram
–Onda mənə də başa sal

@ibrahim_nebioglu

İbrahim Nebioglu

24 Jan, 05:01


Məscid tavanları.
İslamda həndəsənin gözəlliyi...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

22 Jan, 06:01


Lin Yung Cheng -in bədən həndəsəsi
@ibrahim_nebioglu

İbrahim Nebioglu

22 Jan, 04:04


"Kənardan baxan nə deyər" qədər xəyalları məhv edən söz yoxdur..
@ibrahim_nebioglu

İbrahim Nebioglu

21 Jan, 17:30


Müşahidə olunan Kainatın xəritəsi

Çox güman ki, aramızda onun böyüklüyünü dərk edən çox az insan var. Gəlin bu hüdusuzluğu bir az da olsa birlikdə qavramağa çalışaq:

Təsəvvür edək ki, işıq sürəti ilə (saatda 1.079.252.848,8 km) uçan bir təyyarəniz var. Bu təyyarə ilə Aya 1,5 saniyəyə çatarıq, yəni bir göz qırpımında.

Müşahidə olunan Kainatı keçmək üçünsə bizə 93 milyard il lazımdır.

Bax belə…
@ibrahim_nebioglu

İbrahim Nebioglu

21 Jan, 14:02


2075-ci ildə dünyanın ən böyük iqtisadiyyatları:

🇨🇳 Çin: 57 trilyon dollar
🇮🇳 Hindistan: 52,5 trilyon dollar
🇺🇸 ABŞ: 51,5 trilyon dollar
🇮🇩 İndoneziya: 13,7 trilyon dollar
🇳🇬 Nigeriya: 13,1 trilyon dollar
🇵🇰 Pakistan: 12,3 trilyon dollar
🇪🇬 Misir: 10,4 trilyon dollar
🇧🇷 Braziliya: 8,7 trilyon dollar
🇩🇪 Almaniya: 8,1 trilyon dollar
🇲🇽 Meksika: 7,6 trilyon dollar
🇬🇧 Böyük Britaniya: 7,6 trilyon dollar
🇯🇵 Yaponiya: 7,5 trilyon dollar
🇷🇺 Rusiya: 6,9 trilyon dollar
🇵🇭 Filippin: 6,6 trilyon dollar
🇫🇷 Fransa: 6,5 trilyon dollar
🇧🇩 Banqladeş: 6,3 trilyon dollar
🇪🇹 Efiopiya: 6,2 trilyon dollar
🇸🇦 Səudiyyə Ərəbistanı: 6,1 trilyon dollar
🇨🇦 Kanada: 5,2 trilyon dollar
🇹🇷 Türkiyə: 5,2 trilyon dollar
🇦🇺 Avstraliya: 4,3 trilyon dollar
🇮🇹 İtaliya: 3,8 trilyon dollar
🇲🇾 Malayziya: 3,5 trilyon dollar
🇰🇷 Cənubi Koreya: 3,4 trilyon dollar
🇿🇦 Cənubi Afrika: 3,3 trilyon dollar
🇹🇭 Tayland: 2,8 trilyon dollar
🇨🇴 Kolumbiya: 2,6 trilyon dollar
🇵🇱 Polşa: 2,5 trilyon dollar

(Goldman Sachs)
@ibrahim_nebioglu

İbrahim Nebioglu

21 Jan, 10:03


Bakıda bir çayxana, 1910

İbrahim Nebioglu

21 Jan, 04:23


Kosmik səhər yeməyi...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

21 Jan, 03:03


Gözəl bir problem, iddialı bir meydan oxuma...
–Andrew Wiles


*Endryu Uayls amerikalı professor, Prinston universiteti riyaziyyat kafedarsının müdiri.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

20 Jan, 19:05


İnaqurasiyadan yadımda 3 kadr qalacaq:

1. Trampın ilk inaqurasiya ilə müqayisədə "fısı yatmış" görüntüsü;
2. Melaninin şlyapası;
3. Ceff Bezos, Sundar Pichai və İlon Mask.


Bunlar jurnaldır, "kino" hələ qabaqdadır...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

20 Jan, 18:25


Donald Trampın Rusiya ilə Ukrayna arasında 24 saat ərzində “mən hələ prezident olmadan əvvəl” sülhün bərqərar olacağı vədi boş çıxdı...
–The New York Times


🖊
Vəd nömrə 1
Yazın bir tərəfə, vəd etdi, həyata keçmədi...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

20 Jan, 17:49


Yeni prezident Donald Trampı canlı yayından izlədim. İndiyə qədər belə inaqurasiya seyr etməmişdim...vədlər, təhdidlər, təkəbbür, utopik sözlər, altını doldura bilməyəcək iddialar, təhrif edilən tarixi gerçəklər...

Amerika Amerika olalı belə populist prezident görməyib. Bütün bunların günahkarı Klinton, Obama, Buş, Bayden kimi demokratların solçu təfəkkürüdür....İndi "öz cəzandır çək, demokrat!" demək gəldi içimdən...

Nə qədər klişe bir cümlə olsa da "Dağılasan a Dünya" deyəcəm. Çünki nə ABŞ, nə də Dünya belə bir liderə layiq deyildi...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

20 Jan, 16:34


1
Rusiyada rejiminin süqutu SSRİ-nin dağılması kimi kəskin, qəfil və gözlənilməz olacaq…
Frensis Fukuyamaya

2
Əgər ruslar öz imperiyalarını yenidən qurmağa çalışacaq qədər axmaqlıq etsələr, elə münaqişələrlə üzləşəcəklər ki, Çeçenistan və Əfqanıstan onlara piknik yeri kimi görünəcək…
Zbiqnev Bjezinski
@ibrahim_nebioglu

İbrahim Nebioglu

20 Jan, 04:03


GƏNCƏ

Tariximizə ən böyük qəhrəmanlıq dastanı yazdığımız o günü fərqli bir foto ilə anıram. Xronikada əsasən Bakıdakı hadisələrə geniş yer verilir.
Bu isə qədim Gəncədir.
Xalq yalın əllə rus tanklarının önünü kəsir...

35 il keçib millətin tarix yazdığı o gündən.
35 il keçib, ancaq hələ də düşmənimizi tanımırıq.
35 il keçib, hələ də ətrafımız o tankları sürənlərə quyruq bulayanlarla doludur.
35 il keçib, hələ də o mənfur rejim üçün darıxan, ilk fürsətdə onların ağuşuna atılmağa hazır olanlarla eyni havanı tənəffüs edirik.

35 il keçdi, düşüncəmizi 35 addım irəli apara bilmədik...

İbrahim Nebioglu

19 Jan, 18:37


O, geri döndü.
Hər şey hazır, hətta Time dərgisi belə...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

19 Jan, 17:32


Fırtınaya sinə gərən ağacın gövdəsi deyil, köküdür.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

19 Jan, 16:09


Şamana "Həyat nədir?" deyə sormuşlar…
–Həyat bir-biri üçün yaşamaqdır. Bir-biri üçün yaşamaq Təbiətin qanunudur. Çaylar öz suyunu içməz, ağac öz meyvəsini yeməz, Ay özü üçün parlamaz, buludlar yağmurlardan islanmaz, çiçəklər özləri üçün ətir saçmaz..
***
Şamana "Zəhər nədir?" deyə sormuşlar…
–Ehtiyacımızdan çox olanı zəhərdir. Bu güc də ola bilər, təmbəllik də, yemək, eqo, ambisiya, ehtiras, özünü bəyənmişlik, qısqanclıq, qorxu, öfkə, nifrət və hətta xoş niyyət də..
@ibrahim_nebioglu

İbrahim Nebioglu

19 Jan, 14:02


Nikolo Makiavellinin Florensiyadakı (1469-1527) məzarı.

Məzarın alt qismində belə yazılıb:
“Heç bir tərif bu adın böyüklüyünə çata bilməz”...

Siyasi realizm ənənəsindəki bütün “kanonik” yazıçılardan – Fukidid və Hobbsdan tutmuş Morgentau və Mirşaymerə (Mearsheimer) qədər – oxucusunu, xalqı, kütlələri ən çox riqqətə gətirən, heyrətə salan Nikkolo Makiavellidir.

Florensiyadan sürgün edildikdən sonra Makiavelli həyatının əsas əsəri olan "Hökmdar”ı (1513) yazır. Şahzadə"ni yazır. Beş əsr sonra da hökmetmə, hakim olma sənətinə dair bu dərslik əvəzolunmaz bir vəsait olaraq qalır. Makiavellini orijinal edən onun siyasi məsələlərdə ənənəvi əxlaqın vacibliyindən qəti şəkildə imtina etməsidir. Bu, eyni zamanda Makiavelliyə ünvanlanan tənqid oxlarının da səbəblərindən biri idi…

Ona tez-tez abırsız, arsız damğası vurulsa da, Bertrand Rasselin dediyi kimi "qanqster kitabçasının" müəllifi kimi adlandırılsa da Makiavellinin etik mövqeyi əslində daha mürəkkəbdir. Əsas tezisi ondan ibarətdir ki, siyasətin özünəməxsus əxlaqi məntiqi var, bəzən dövləti qorumaq üçün sivil cəmiyyətdə qınaq obyekti kimi görünən hərəkətlər tələb edilir. Başqa sözlə, elə anlar olur ki, etika praqmatik və rasional prinsiplər naminə kənara qoyulmalıdır. Bu, gələcəkdə “dövlət maraqları naminə” adlandırılacaq.

İbrahim Nebioglu

18 Jan, 14:18


https://modern.az/aktual/503396/mixail-taratuta-ve-men/

İbrahim Nebioglu

18 Jan, 08:32


Luma şirkəti 1080 piksellik videoları dəstəkləyən Ray2-ni işıq üzünə çıxartdı..ı.

İbrahim Nebioglu

18 Jan, 05:02


Həyatın formulu.
Ömrünüz uzun olsun!

İbrahim Nebioglu

17 Jan, 14:03


2075-ci il üçün ÜDM proqnozları

1. 🇨🇳 Çin (57 trilyon dollar)
2. 🇮🇳 Hindistan (52,5 trilyon dollar)
3. 🇺🇸 Amerika Birləşmiş Ştatları (51,5 trilyon dollar)
4. 🇮🇩 İndoneziya (13,7 trilyon dollar)
5. 🇳🇬 Nigeriya (13,1 trilyon dollar)
6. 🇵🇰 Pakistan (12,3 trilyon dollar)
7. 🇪🇬 Misir (10,4 trilyon dollar)
8. 🇧🇷 Braziliya (8,7 trilyon dollar)
9. 🇩🇪 Almaniya (8,1 trilyon dollar)
10. 🇲🇽 Meksika (7,6 trilyon dollar)
11. 🇬🇧 Böyük Britaniya (7,6 trilyon dollar)

Goldman Sachs
@ibrahim_nebioglu

İbrahim Nebioglu

17 Jan, 11:34


Yaradan necə yaratmış ağ kəkliyi...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

17 Jan, 08:45


Bizim də orta məktəb üçün riyaziyyat dərsliklərində triqonometrik funksiyaları belə əyani izah edirlərmi?

"Riyaziyyatı sevdirmək" silsiləsindən...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

17 Jan, 06:02


Neptun empirik müşahidələrlə deyil, riyazi modelləşdirmə ilə kəşf edilən ilk planetdir.

1846-cı ildə Urbain Le Verrier Neptunun kosmosdakı yerini hesabladı, İohann Qotfrid Qalle isə bunu təsdiqlədi...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

17 Jan, 03:01


Mükəmməl bir ənənə var Amerikada. Prezidentlik müddəti sona çatan prezident özündən sonra gələn yeni prezidentə bir məktub ünvanlayır. Və o məktubu Ağ evin Oval otağındakı yazı masasının üstünə buraxır. Yeni prezident də iş otağına ilk dəfə girəndə ən birinci işi o məktubu oxumaq olur.

Prezidentlik müddəti sona çatmış Corc Buş yeni seçilmiş prezident Bill Klintona 20 yanvar 1993 tarixli belə bir gözəl məktub yazıb getmişdi:

"Bu qeydi oxuyanda siz bizim prezidentimiz olacaqsınız. Sizə ən xoş arzularımı bildirirəm. Uğurlarınız indi ölkəmizin uğurları olacaq. Mən sizə dərindən sadiqəm"…

@ibrahim_nebioglu

İbrahim Nebioglu

16 Jan, 17:46


MİXAİL TARATUTA və MƏN

1996-cı ilin sonlarına doğru aylıq müəllif proqramı hazırlamaq üçün AzTV rəhbərliyi qarşısında məsələ qaldırdım. Bu, bir təklif idi. Məqsədim Türkiyəni daha yaxından tanıtmaq, “Xəbərlər” proqramının formatı xaricində ən az yarım saatlıq filmlər çəkməkdi.
Televiziyanın o vaxtkı sədri əvvəlcə həftələrlə təklifimə cavab vermədi, daha sonra isə proqramın adı və formatı ilə bağlı mənim irəli sürdüyüm variantları bəyənmədiyini söylədi.
Proqrama “Bilmədiyimiz Türkiyə” kimi bir neçə münasib ad fikirləşmişdim. Heç biri keçmədi, məni Ankaradan çağırtdırıb qəbul otağında saatlarla gözlədəndən sonra çağırdı. Uzatdığı kağızda “Türkiyə İbrahim Nəbioğlu ilə” yazılmışdı.

Kağıza baxıb “Axı bu Mərkəzi Televiziya efirə gedən “Америка с Михаилом Таратутой” verilişinin adına bənzəyir” dedim. “Mən qərarımı vermişəm” söyləyərək otağından çıxdı.

Ovqatım təlx olmuşdu, çünki bu adın onun ağlına gəlmədiyini adım kimi bilirdim. Ətrafındakı quyruq bulayanlardan birinin təklifi idi ehtimal ki. Çünki inanmırdım ki, o, Taratutanın heç olmasa bir proqramını izləsin...

Taratuta 1988-1999-cu illərdə Mərkəzi Televiziyanın ABŞ-dakı xüsusi müxbiri idi.
Paralel olaraq o, 1992-1995-ci illərdə Rusiyanın 1-ci Kanalı üçün “Mixail Taratuta ilə Amerika” adlı orijinal və maarifçi proqram hazırlamağa başladı. Hazırladığı proqramlar o dövrə öz damğasını vurmuşdu. Materiallar nə qədər “ütülənib ələnsə” də sovet insanı ABŞ-ın şəksiz ehtişamı ilə gücünü görür, Sovetin hansı səbəblərdən dağıldığını anlayırdı.

Taratuta xaricdə Sovet televiziyasına 11 il, mən isə AzTV-də 10 il çalışdım.
O, “Mixail Taratuta ilə Amerika” seriyasından 100-ə yaxın veriliş hazırlamışdı.
Mən isə “Türkiyə İbrahim Nəbioğlu ilə” seriyası üçün cəmi 6 film çəkə bildim.

6-cı filmdən sonra AzTV-nin sədri zəng edərək “Bizə belə filmlər maraqlı deyil” dedi.
Verilişi bağladılar. Halbuki bütün ezamiyyət xərcləri, montaj və studiya xidmətləri üçün doğma yeleviziyamlz bircə qəpik də ayırmamışdı. Hər şeyi mənim buradakı dost-tanışlarımın köməyi ilə edirdim. Məsələn, “Türkiyə İbrahim Nəbioğlu ilə, Van” filmini çəkəndə operatorumla günlərlə Vanda çalışan həmyerlimiz, kardioloq, tibb elmləri namizədi Faiq Mustafaoğlunun evində qalmış, onun Valilikdən götürdüyü rəsmi maşınla səyahət etmişdik. Gəncdim, iddialı idim və təəssüf ki, idealistdim, vacib bir iş gördüyümə inanırdım...

O vaxtkı tv rəhbərliyindən biri “Nə var e Vanda? Neynirik biz Vanı?” deyə sual vermişdi mənə.
Ona “Van Urartu dövlətinin paytaxtı olub” deməyə qorxdum. Qorxdum ki, birdən “Urartu nədir?” deyə soruşa...

2025-ci ilin ilk günündən evdəki karton yeşikləri töküb 1992-ci ilin sonundan indiyə qədər yazdığım məqalələri, köşə yazılarını, xəbərləri, senariləri təsnif etməklə məşğulam. Dostlarımın illərdir sürən təkidlərindən sonra deyəsən, “buz tərpənib”, yəqin ki, minlərlə səhifəlik bu arxivdən bir şəkildə nəsə hazırlamalı olacam. Material çoxdur və nəsə gözüm yaman qorxur…

İşim həqiqətən asan deyil, çünki yeşiklərdə çox çeşiddə o qədər material var kı:

–AzTV üçün xəbər mətnləri;
–BBC üçün radio xəbərləri və müsahibələr;
–Zerkalo/Ayna qəzetləri üçün məqalələr;
–Avrasiya qəzetin
ə yazdığım köşə yazılarım;
–Panorama qəzeti üçün köşə yazılarım;
–Müxtəlif saytlar üçün yazdığım xəbər və analitik yazılar;
–Sənədli filmlərimin senariləri;
–Tərcümələrim;
–Türk qəzetlərində çıxan məqalələrim

və s. və s.

Başlamışam və sanki geriyə yol yoxdur…
@ibrahim_nebioglu

İbrahim Nebioglu

16 Jan, 14:02


Dünyanın ən innovativ ölkələri, 2024:

1.🇨🇭 İsveçrə
2.🇸🇪 İsveç
3.🇺🇸 Amerika Birləşmiş Ştatları
4.🇩🇪 Almaniya
5.🇳🇱 Hollandiya
6.🇰🇷 Cənubi Koreya
7.🇸🇬 Sinqapur
8.🇫🇮 Finlandiya
9.🇩🇰 Danimarka
10.🇬🇧 Böyük Britaniya
11.🇨🇳 Çin
12.🇫🇷 Fransa
13.🇮🇱 İsrail
14.🇨🇦 Kanada
15.🇯🇵 Yaponiya

Mənbə: Global Innovation Index 2024
@ibrahim_nebioglu

İbrahim Nebioglu

16 Jan, 04:38


Yaşlılığın tərifi:

- Rahatlığından vaz keçə bilmirsə;
- Yeni şeylər öyrənmir, heyrətlənmir və çox şeyi bildiyini düşünürsə;
- Heç nəyə marağı yoxdursa, yeni şeylər kəşf etmirsə;
- Keçmişdə və xatirələrində yaşayır, sürəkli köhnələri təkrarlayırsa...

o, yaşlıdır.

@ibrahim_nebioglu

İbrahim Nebioglu

15 Jan, 14:48


Dünyanın ən rəqabətcil iqtisadiyyatları, 2024.

1. 🇸🇬 Sinqapur
2. 🇨🇭 İsveçrə
3. 🇩🇰 Danimarka
4. 🇮🇪 İrlandiya
5. 🇭🇰 Honq Konq
6. 🇸🇪 İsveç
7. 🇦🇪 BƏƏ
8. 🇹🇼 Tayvan
9. 🇳🇱 Hollandiya
10. 🇳🇴 Norveç
11. 🇶🇦 Qətər
12. 🇺🇸 ABŞ
13. 🇦🇺 Avstraliya
14. 🇨🇳 Çin
15. 🇫🇮 Finlandiya
16. 🇸🇦 Səudiyyə Ərəbistanı
17. 🇮🇸 İslandiya
18. 🇧🇪 Belçika
19. 🇨🇦 Kanada
20. 🇰🇷 Koreya Rep.
21. 🇧🇭 Bəhreyn
22. 🇮🇱 İsrail
23. 🇱🇺 Lüksemburq
24. 🇩🇪 Almaniya
25. 🇹🇭 Tayland
26. 🇦🇹 Avstriya
27. 🇮🇩 İndoneziya
28. 🇬🇧 Birləşmiş Krallıq
29. 🇨🇿 Çexiya
30. 🇱🇹 Litva
31. 🇫🇷 Fransa
32. 🇳🇿 Yeni Zelandiya
33. 🇪🇪 Estoniya
34. 🇲🇾 Malayziya
35. 🇰🇿 Qazaxıstan
36. 🇵🇹 Portuqaliya
37. 🇰🇼 Küveyt
38. 🇯🇵 Yaponiya
39. 🇮🇳 Hindistan
40. 🇪🇸 İspaniya
41. 🇵🇱 Polşa
42. 🇮🇹 İtaliya
43. 🇨🇾 Kipr
44. 🇨🇱 Çili
45. 🇱🇻 Latviya
46. ​​🇸🇮 Sloveniya
47. 🇬🇷 Yunanıstan
48. 🇯🇴 İordaniya
49. 🇵🇷 Puerto Riko
50. 🇷🇴 Rumıniya

Mənbə: IMD - World Competitiveness Ranking
@ibrahim_nebioglu

İbrahim Nebioglu

15 Jan, 12:31


Qrenlandiya Silahlı Qüvvələri Amerika Ordusuna qarşı hazır vəziyyətə gətirilib...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

15 Jan, 10:04


Karıcığım

Senin kaç yaşında olduğunu
ne düşündüm şimdiye kadar
ne de bundan sonra düşüneceğim.
Ve inanmıyorum bir kış günü dünyaya geldiğine.
Sen mutlaka baharda doğmuş olmalısın,
toprak uyanırken.
Nazım Hikmet bu şeri ikinci həyat yoldaşı Pirayeyə yazıb.
Piraye Altınoğlu (1906 - 1995) şairin ən sevdiyi qadın olub.
Qışda doğulduğu üçün Nazım onun ilin soyuq fəslində dünyaya gəlməsinə inanmır, sən mütləq baharda doğulmuş olmalısan deyir…
Nazım Hikmet də qışda gəlib dünyaya.
Zənnimcə, Nazım Piraye kimi “toprak uyanırken” deyil, elə qışın şaxtasında gəlib dünyaya.
Həyatı həbsxanaların soyuq divarları, “Moskof”ların qürbət sazağında keçmişdi çünki…
Türk ədəbiyyatının “Mavi Gözlü Devi”nin ad günüdür yanvarın 15-i.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

15 Jan, 07:00


Günün videosu:
Tanzaniyanın Hadza qəbiləsi insanlarına dadmaq üçün həyatlarında ilk dəfə Fanta veriblər.

Sivilizasiyanın dadı...

İbrahim Nebioglu

15 Jan, 03:04


Dostlarım, Zəfər və onun tərif edilməsi mümkün olmayan dadı!

İstanbuldakı Yıldız parkında çəkilib bu selfi. Tarixlər 8 noyabr 2020-ni göstərirdi.

"Gözün aydın, Azərbaycan və Türkiyə!" yazmışdım o soyuq noyabr sabahı...

İbrahim Nebioglu

14 Jan, 18:49


-Həyatın ən kiçik şeyləri belə qayğı istər, ona baxılmasını istər; kiçik nizamlamalar, redaktələr, təmiratlar istər.
+Bəs böyük şeyləri?
-Həyatın böyük şeyləri yoxdur ki; həyatın her şeyi kiçikdir, xırdadır, əlavə detaldır, təfərrüatdır...

–Oruç Aruoba
@ibrahim_nebioglu

İbrahim Nebioglu

14 Jan, 18:19


–Gedib kod yazmaq öyrənəcəm
–Riyaziyyatdan zəifsən axı, bu necə olacaq?
–Neynirəm riyaziyyatı, mən kod yazacam deyirəm…


Yəqin siz də ətrafınızda belə dialoqlara şahid olursunuz.
Bilmirəm, necə reaksiya göstərir, nə məsləhət verirsiz…

Əvvəlcə bu suala dəqiq cavab vermək lazımdır: Proqramçıya riyaziyyat lazımdırmı?

Bir çox proqramlaşdırma sahələrinə, xüsusən də Data Science və Machine Learning üçün yaxşı riyaziyyat biliyi vacibdir. İstərdim ki, bu problemlə bağlı hər addımda kod öyrədən kursların sahibləri və menecerləri cavab versinlər. Belə bir diskussiya açmaq, gəncləri doğru yönləndirmək lazımdır. Onsuz da maddi maraq üçün müxtəlif neqativ halların olduğu haqda ciddi narazılıqlar var…

Universitetə girəndə repetitor tut, xarici dil üçün kurslara yazıl, indi də kod yazmaq üçün müəllim yanına get…Bəs onda bu məktəblər nə üçün lazımdır?...

Bilmirəm, illərdir yazıram, amma nə faydası…Onsuz da müvafiq qurumlar yuxarılara palaz-palaz yaxşı hesabatlar yazırlar orta məktəblərimiz haqda…Davam edin, biz ən yaxşısı Sizə mane olmayaq…Necə deyərlər, yorulmayasız…

Yaşasın Repetitorlar…

İbrahim Nebioglu

14 Jan, 17:22


MASKIN BAŞI “SARSAQ” İŞLƏRƏ QARIŞDIĞI BİR VAXTDA

SpaceX təkmilləşdirilmiş Starship raketini işıq üzünə çıxardı.
İlon Maskın başı “sarsaq” işlərə qarışdığı bir vaxtda SpaceX mühəndisləri raketin və onun bəzi sistemlərinin dizaynını təkmilləşdiriblər.

Raketin yeni versiyasında təkmilləşdirilmiş avionika, yeni bort kompüteri, yenilənmiş kommunikasiya sistemi var.
Kosmos tarixinin ən güclü raketi olan Starship-in yeni versiyasında yanacaq çənləri dörddə bir artırılıb, mühərrikin idarəetmə modulu yenilənib, yanacaq təchizatı sistemi təkmilləşdirilib. Raket 1,8 m böyüdü - indi onun yüksəkliyi 123,1 metrdir.

Yeni raketin buraxılışının bu gecə baş tutacağı gözlənilir.
Buraxılış pəncərəsi Bakı saaatı ilə saat 02-də açılacaq.

İbrahim Nebioglu

14 Jan, 05:01


EVLƏRDƏKİ KİTAB SAYI

Evlərdəki kitabların sayı ölkənin təhsil və mədəniyyət səviyyəsi, iqtisadi vəziyyəti və ailələrin oxu mədəniyyətinə verdiyi önəmlə sıx bağlıdır. Evdəki kitabların orta sayı ölkələr arasında çox fərqli ola bilər. Budur bəzi ümumi tendensiyalar:

1. Şimali Avropa ölkələri
• Norveç, İsveç, Finlandiya, Danimarka
• Bu ölkələrdə kitab oxumaq vərdişi kifayət qədər yüksəkdir. Əksər evdə 100-dən çox kitab var. Oxu mədəniyyəti həm uşaqlar, həm də böyüklər üçün təşviq edilir.
• Təhsil səviyyəsi yüksək olduğu üçün uşaqların kitabla böyüməsi prioritetdir.

2. Almaniya və Avstriya
• Almaniya və Avstriya kimi ölkələrdə, xüsusən də intellektual və mədəni dəyərlərin ön planda olduğu ailələrdə 200-dən çox kitaba sahib olmaq adi haldır.
• Kitab şkafları ev bəzəyinin vacib hissəsidir.

3. ABŞ və Kanada
• Kitabların orta sayı 50-100 arasındadır. Lakin təhsil səviyyəsi yüksək olan, kitab oxuma vərdişlərinə mədəni əhəmiyyət verən ailələrdə bu rəqəm artır.
• Uşaq kitabları ümumidir və bir çox evdə müəyyən janrda kitabların böyük kolleksiyası ola bilər.

4. Yaponiya
• Kitab oxuma nisbəti yüksək olsa da, evlərdəki kitabların sayı ümumiyyətlə 30-50 arasında dəyişir. Yaponiyada kiçik yaşayış sahələrinə görə rəqəmsal kitablara üstünlük verilir.

5. Çin
• Müasir evlərdə, xüsusən də böyük şəhərlərdə kitabların sayı ümumiyyətlə məhduddur. Ancaq son illərdə kitab oxuma vərdişini təşviq edən siyasətlərlə evlərdəki kitabların sayı artıb (30-50 kitab).

6. Hindistan
• Təhsil səviyyəsinin və iqtisadi vəziyyətin çox fərqli olduğu Hindistanda evlərdəki kitabların sayı ümumiyyətlə azdır. Kənd yerlərində kitaba çıxış məhduddur, lakin şəhərlərdə vəziyyət daha yaxşıdır (10-20 kitab).

7. Türkiyə
• Türkiyədə evlərdəki kitabların sayı ümumiyyətlə 10-50 arasında dəyişir. Kitab oxuma səviyyəsi aşağı olsa da, son illərdə ailələr uşaqları üçün daha çox kitab almağa başlayıblar.
• Böyük şəhərlərdə ailələrdə kitabların sayı kənd yerlərindən daha çoxdur.

8. Rusiya
• Tarix boyu kitab mədəniyyətinin güclü olduğu Rusiyada xüsusilə yaşlı nəsillərin evlərində yüzlərlə kitab olan kitabxanalar var. Lakin yeni nəsillər arasında bu nisbət azalır (50-100 kitab).

9. Latın Amerikası ölkələri
• Argentina, Çili və Braziliya kimi ölkələrdə kitabların sayı ümumiyyətlə 20-50 arasında dəyişir. Yüksək kitab qiymətləri və iqtisadi çətinliklər bu rəqəmi məhdudlaşdıra bilər.

10. Afrika ölkələri
• Bir çox Afrika ölkələrində evdə kitabların olması adi hal deyil, kitabların sayı təhsil səviyyəsindən və iqtisadi vəziyyətdən asılı olaraq kifayət qədər azdır (0-10 kitab); Şəhərləşmə və iqtisadi inkişafla birlikdə kitab oxuma mədəniyyəti də artır.

Təsir edən amillər
1. Təhsil Səviyyəsi: Təhsil səviyyəsi artdıqca evdəki kitabların sayı ümumiyyətlə artır.
2. İqtisadi Vəziyyət: Kitabların qiyməti və ailənin maddi vəziyyəti kitab sahibi olma nisbətinə təsir edir.
3. Mədəni vərdişlər: Bəzi ölkələrdə oxu mədəniyyəti ənənəvi olaraq güclüdür.
4. Texnologiya: Elektron kitabların çoxalması fiziki kitabların sayını azalda bilər.

Ətraflı statistika üçün ölkələrin ayrı-ayrı mədəniyyət və təhsil hesabatlarına baxmaq faydalı olardı.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

14 Jan, 03:00


Xoşbəxt müəllim Yusifzadənin (1930-2023) doğulduğu gündür 14 yanvar.

2019-cu ilin oktyabrında bu əfsanəvi neftçi, görkəmli geoloqu onun Azneft meydanındakı iş otağında ziyarət etmişdim.

Elmi rəhbərim akademik Azad Mirzəcanzadə ilə əvvəllər möhkəm dost olublar. Amma sonralar aralarında bir az soyuqluq yaranmışdı.

Xoşbəxt müəllim məni görüncə sevindi, "Ömrümün illəri və izləri" adlı kitabını imzaladı və “Azad müəllimin tələbəsinə və Nəbi müəllimin oğluna ən yaxşı hədiyyə kitabdır” dedi…

İbrahim Nebioglu

13 Jan, 19:26


Günəş sisteminin müxtəlif planetlərində fırtınalar
"Fırtına" —> "fortuna", latınca bəxt, qədər, şans, deməkdir.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

13 Jan, 04:03


Ramanujan beynində inteqral açır

İbrahim Nebioglu

12 Jan, 14:23


Bilmirəm demək problem deyil. Buunda utanacaq bir şey yoxdur. Ayıb olan hər şeyi bildiyimizi iddia etməkdir.
–Riçard Feynman
@ibrahim_nebioglu

İbrahim Nebioglu

12 Jan, 11:22


Əziz Rauf Muradov-dan "Borxesvari" bir inci:

Ölmüşdüm…
Bir cüt sarıca yarpaq
Bir cüt quruca yarpaq
Qondu qaraca gözlərimin üstə.
Elə bildim… əllərindi!
Açdım gözlərimi!
Yoox…
Əllərin deyilmiş sənin
O bir cüt sarıca yarpaq,
O bir cüt quruca yarpaq.
Heyf dirilməyimə,
Heyf!...

@ibrahim_nebioglu

İbrahim Nebioglu

12 Jan, 05:00


ABŞ-da ALİ TƏHSİL ALAN TƏLƏBƏLƏR

Birləşmiş Ştatlar dünyanın hər yerindən çoxlu beynəlxalq tələbələrə ev sahibliyi edir. 2022/2023-cü tədris ilində ABŞ-da 210-dan çox ölkədən 1.057.188 xarici tələbə təhsil alıb.

Bu tələbələrin ən çox gəldiyi ölkələr bunlardır:

• Çin: 289,526 tələbə
• Hindistan: 268,923 tələbə
• Cənubi Koreya: 40,755 tələbə
• Səudiyyə Ərəbistanı: 21,933 tələbə
• Kanada: 20,990 tələbə


Türkiyədən ABŞ-da 8657 tələbə təhsil alır və Türkiyə ABŞ-a ən çox tələbə göndərən ölkələr arasında 19-cu yerdədir.

Bu məlumatlar göstərir ki, ABŞ beynəlxalq tələbələr üçün üstünlük verilən təhsil məkanıdır.

(IIE)
@ibrahim_nebioglu

İbrahim Nebioglu

12 Jan, 04:00


Cahan Vətəndən ibarətdir, etiqadımca..
–Yahya Kemal Bayatlı

İbrahim Nebioglu

11 Jan, 12:20


İbrahim Ferrer və Omara Portuondo bu əfsanəvi duetdə ''Bəlkə, güman ki, ola bilər'' oxuyurlar. Və İbrahim bütün erkəklər kimi şikayətçidir, belə deyir:

"Hər səfər soruşunda ki,
Nə vaxt, necə və harda
Sən eyni cavabı verirsən-
Bəlkə, güman ki, ola bilər"...


https://www.youtube.com/watch?v=SEQpp2xvWY0

İbrahim Nebioglu

11 Jan, 04:04


QALUST GÜLBEKYANA "SEVDALANMAQ"

Qalust Sarkis Gülbekyan haqda Jonathan Conlin adlı bir müəllifin "Mister 5 faiz: Dünyanın ən zəngin adamı Qalust Gülbekyan" adlı (Mr Five Per Cent: The many lives of Calouste Gulbenkian, the world’s richest man) kitabı çıxıb. İstanbul doğumlu bu erməni neft milyonerinin kitabını türk dilinə çevirmək üçün bəzi yayın evləri mübarizəyə girişiblər.

Axşama başqa planlarım vardı. Amma bu Qalust Gülbekyan kitabı işlərimi qarışdırdı. Oturub kitabının müəllifi Jonathan Conlinin kim olduğunu araşdırmağa başladım...
Kimdir bu adam?

Jonathan Conlin Nyu Yorkda doğulub, ali təhsilini İngiltərədə alıb. Oxford tarix məzunudur, Cambridge-də magistratura oxuyub. Əsas maraq dairəsi ingilis-fransız münasibətləri olduğundan bir müddət Paris arxivlərində çalışıb. 2006-dan bu günə kimi Southampton universitetində işləyir.
Dərs dediyi və araşdırdığı mövzulara baxın:

- Adam Smitin əxlaq fəlsəfəsi;
- Məzarlıq tarixi;
- Victoria cəmiyyəti.


Jonathan Conlinin kolleksionerlik, muzey tarixi kimi xobbiləri var. BBC ilə sıx əməkdaşlıq edir, bəzi proqramlar üçün analizlər hazırlayır.
Və bu qədər fərqli mövzularda çalışan və maraqlı akademik karyeri olan bir alim qalxır birdən Qalust Gülbekyan haqda kitab yazır.

İndi siz deyin, niyə, nədir bu maraq?...
Yazmağa ehtiyac varmı?...

İbrahim Nebioglu

10 Jan, 17:32


YAŞ, ZAMAN VƏ SÜRƏT

Yaşlandıqca zamanın daha sürətlə axdığını hiss edir insan.
Fiziklər bunun elmi açıqlamasını verməyə nail olublar.

Saatın göstrədiyi zamanla insanın qavradığı zaman bir-birindən fərqlidir. Qavradığımız zamanın axışındakı dəyişmənin səbəbini elm artıq izah edə bilir. European Review jurnalında Duke universitetinden professor Adrian Bejan qavradığımız, hiss etdiyimiz zamanın daha sürətlə axması haqda bir məqalə dərc edib.

Bejana görə zaman beynin qarşılaşdığı və sıraladığı hadisələrə görə qavranılır. İnsanın fiziki xüsusiyyətlərinin dəyişdiyinə görə gördüyümüz və qavradığımız da dəyişir. Ona görə də qavradığımız görüntülərin sayı azalır. Bu azalma da beynimizdə zamanın sürətlə keçdiyi haqda bir hiss yaradır.

"Saccadic Eye Movement" gözün qeyri-ixtiyari olaraq hiss etdiyi, qavradığı hərəkətin adıdır. İnsan gözü saniyədə bir neçə dəfə ətrafındakıları sezib, işlənməsi üçün beynə göndərir. Yaşlanınca bu hərəkət yavaşlayır və beyin də daha az görüntü alır. Yaşlanma ilə göz hərəkətlərinin yavaşlaması və fizyolojiq dəyişikliklər də zaman hissimizə təsir edir. Beynin görüntünü hiss eləmə müddəti artdıqca gördüyümüzü qəbul edib, təsnif etmə müddəti də artır.

Yuxu zamanın sürətinin azaldılmasında önəmli rol oynayır. Odur ki, dərin yuxunun əvəzi yoxdur…
@ibrahim_nebioglu

İbrahim Nebioglu

10 Jan, 15:36


Los Anceles müsibəti Time dərgisinin qapağında

İbrahim Nebioglu

10 Jan, 05:31


Almaniyadakı kitab heykəli ilə Türkiyədəkini qarşılaşdırdım...

1. Berlin, Bebelplatz, Kitap Qülləsi
2. Adana, Seyhan gölü sahili, Kitab Anıtı

İbrahim Nebioglu

10 Jan, 03:01


Mutluluq nədir?

Aristotel: Bilikdir
Epikur: Az ilə kifayətlənməkdir
Nitsşe: İdeal tənbəllikdir
İbn Rüşd: Yolda olmaq
C.Oruell: Azadlıqdır
Markes: Çatışmayan parçanı tapmaq
Farabi: İnanmaqdır
V. Hüqo: Ailədir
J. Barrie: Sevdiyiniz işlə məşğul olmaq


Sizcə mutluluq nədir?
@ibrahim_nebioglu

İbrahim Nebioglu

09 Jan, 19:30


Günəş partlamasının ilk anları fərqli dalğa boylarında... Günəşiniz bol olsun!

İbrahim Nebioglu

09 Jan, 18:21


MORZE ƏLİFBASI

“Tətbiqi riyaziyyat” tələbələri Ali məktəbdən həm də radio-rabitə üzrə “ehtiyatda olan leytenant” rütbəsi ilə məzun olurdu. 3 il boyunca həftədə bir gün hərbi dərsdə Morze Əlifbası, müxtəlif hərbi rabitə texnikası öyrədirdilər bizə. Səhər saat 9:30-dan axşam 18:15-ə qədər qulağımızda “radist nauşniki” ilə “bipbip”lərdən hərf, hərflərdən söz, sözlərdən cümlə qayırırdıq.

Sovetin saysız sarsaqlıqlarından biri idi – Daha çox Algol, Fortran, Basic, Pascal, daha dərin ehtimal nəzəriyyəsi, topologiya, kompleks dəyişənlərin funksiyalar nəzəriyyəsi, Furye sıraları, çoxluqlar nəzəriyyəsi yerinə bibibip-bip-bip-bip, bibibip-bip-bip-bip…

Mayor Viktor Kubits vardı, bizim Morze müəllimimiz idi. Çox sərt biri olsa da bizə yaxşı davranırdı. Bir dəfə ona şəhərdə rastladım. İçkili idi. Bundan cəsarətlənib dedim ki, niyə belə mənasız işlərlə məşğuluq, axı hərbi kafedradakı bütün “radiosvyaz” texnikası çox köhnə-köşküldür. “Sən elə bilirsən Ordunun əlindəki texnika daha yaxşıdır?” deyib sürətlə uzaqlaşdı.

Əfqanıstan müharibəsində kontuziya almış mayor Kubitsin üzündəki o ifadə, verdiyi cavabı heç vaxt unutmadım. Sovet dağılandan sonra o cavabın nə qədər doğru, nə qədər acı həqiqət olduğunu daha yaxşı anladım. “Dünyanın 2-ci Ordusu” deyə yaratdıqları mif də yerlə bir oldu sonralar…

Sonralar Morze Əlifbasının bizə doğru öyrədilmədiyini anladım.
Sanki bizdən Morze yerinə Riman Hipotezi ilə Goldbahın Binar problemini çözməyi istəyirmişlər…

İbrahim Nebioglu

09 Jan, 08:31


İstanbula gəlmək asan,
çıxıb getmək çətin, İbrahim!
Yenə,
Gedəmmədim Konyaya,
Ziyarətə...
Dedim,
Gedim barı Ortaköydə
Konyalı Ahmet ustanın
Ekmeyin yeyim...
Qoymadılar ama.
Barış Manconun "Gülpembe"sin
çalırdılar skripkada !
Bilməzdim Ahmet ustanın
ekmeyinin bu kadar tuzlu olduğunu...
Qarson,
iki tane gülpembe ver
Qoyum kipriklerimin altına...

İstanbul
31/03/2017

Rauf Muradov (Qaraişıq)

İbrahim Nebioglu

09 Jan, 06:35


Qonşularımızın ikisi də bir ağılda, ikisi də bir bezin qırağıdırlar.

İbrahim Nebioglu

09 Jan, 03:34


+ Sənə son dərsim olsun. Günahsız yerə cəza çəkdiyin üçün günah işləmə. Tanrı "İntiqam mənlikdir" deyir.
- Mən Tanrıya inanmıram.
+ Önəmli deyil, o sənə inanır.


Qraf Monte Kristo
@ibrahim_nebioglu

İbrahim Nebioglu

08 Jan, 08:34


"Vəhşi qazlar" park halında...

İbrahim Nebioglu

07 Jan, 07:04


Dünən - Təcrübədir. Öyrən.
Sabah - Təxmindir. Planla.
Bu gün - Fürsətdir. Yaşa.

Müdriklər belə deyirlər…
@ibrahim_nebioglu

İbrahim Nebioglu

07 Jan, 05:47


Suriyalı bir gənc Bəşər Əsədə məxsus yüzlərlə malikanə və saraylardan birində Ali İmran surəsinin 26-cı ayəsini oxuyur…

Ali İmran surəsi, 26-cı ayə:
“De: Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən”.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

06 Jan, 17:33


Almanlar kitaba heykəl ucaldıblar.
Berlindəki bu heykələ baxanda ağlımdan nələr keçdiyini təxmin etdiniz yəqin.
Bizdə vəziyyət acınacaqlı deyilmi?
Babalarımızın, atalarımızın və indi də bizim oxuduğumuz neçə kitab saya bilərik?

Ahmet Hamdi Tanpınar (1901-1962) görkəmli Türk şairi, yazıçısı, ədəbiyyat tarixçisi və siyasətçisidir. Onun söylədiyi dəhşətli bir iddia var:

“Üç nəslin üst-üstə oxuduğu beş kitab yoxdur”.

Tanpınarın söylədiyi fikir əslində sadəcə Türkiyəyə yox, bütün Şərqə aid deyilmi?
Və ya biz belə bir heykəl yapmağa təşəbbüs etsək kimləri seçərik, necə seçərik, incikliklər, darılmalar, umu-küsülər başlamazmı?
Axı Azırbaycanda şair, yazıçı olmaq üçün bəzən gərək şair, yazıçı ailəsində doğulasan, elə deyilmi?

Necə deyərlər, “Şərq incə məsələdir”, çox da sual verməyim ən yaxşısı…

İbrahim Nebioglu

06 Jan, 14:33


Rudolf Nureyev
by Richard Avedon, 1961

İbrahim Nebioglu

06 Jan, 14:33


Çox adamın böyük televizoru olur, qeyri-adi insanın isə böyük kitabxanası...
–Robin Sharma

İbrahim Nebioglu

06 Jan, 14:18


Dostlar, mənim hesabımdan gedən mesajı diqqətə almayın, bu bir spamdır. Sizin profilə heç bir zərəri dətməyəcək. Çox sağ olun!

İbrahim Nebioglu

05 Jan, 14:07


Susmaqla nəsə deməyə çalışan birinin söyləməyə mütləq sözü var.
—Heidegger
[Varlık ve Zaman, s. 439 (§60: 296)]

İbrahim Nebioglu

05 Jan, 09:05


Kilimi sevdiyinə sözü olanlar toxuyar...

İbrahim Nebioglu

05 Jan, 06:04


Xəbərin patronunun kabinetindəyəm. Özü yoxdur, iclas otağlnda səhər toplantısı keçirir. Vatsapıma mesaj gəlir: “Sabah kahven nasıl olsun?”. Gülmə smayliki qoyub “orta” yazıram. Və CNN Türk Haber Koordinatorunun iş otağında qəhvəmi içərək yayına hazırlaşıram. Saat 12:20-də CNN Türkdə prezident Putinin Azərbaycana səfərindən danışacağıq

25 sentyabr 2018

İbrahim Nebioglu

05 Jan, 04:03


"3-ə qədər sayıram" deyib, araya "2 yarım" əlavə edən vicdanlı çocuqlardıq biz. Gör indi nə hala gəlmişik.
–Cahit Zarifoğlu

İbrahim Nebioglu

04 Jan, 18:34


Biz Günəşin Marsda qürubunu görən ilk insanlarıq...

İbrahim Nebioglu

04 Jan, 18:03


İnanmaq düşünməkdən asandır. Ona görə də inanan düşünəndən çoxdur...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

04 Jan, 15:00


Gündüz tərk edilən ölkənin gözəlliyilə aydınlanırdı, gecə isə ora qayıtmağın dəhşətilə. Gündüz ona itirdiyi cənnəti göstərirdi, gecə isə qaçdığı cəhənnəmi...
–Milan Kundera, "Bilmemek"

İbrahim Nebioglu

04 Jan, 09:03


1972-ci il və 50 il sonra..

İbrahim Nebioglu

04 Jan, 06:39


BU GÜN HAMININ DOĞUM GÜNÜDÜR

Nyutona qədər Yerdə və fəzada cisimlərin hərəkətləri izah edilə bilmirdi. Çoxları elə hesab edirdilər ki, insanın taleyi qorxulu ruh və iblislərin fitnələri, hiylələrilə təyin olunur. Cadugərlik, mövhumat, xurafat və ovsunlama Avropanın elmi mərkəzlərində ciddi müzakirə olunurdu. Elm bu günki anlamda mövcud deyildi.

Yunan filosofları və xristian teoloqları cisimlərin istək və emosiyalarla hərəkət etdiyini düşünürdülər. Aristotelin ardıcıllarına görə hərəkətdə olan cisimlər zamanla "yorulur" və sürətlərini azaldırlar. Ciisimlər yerə ona görə düşürlər ki, Yerlə birləşməyi "arzu edirlər" – o vaxtkı alimlər belə izah edirdilər.

Ruhların xaotik dünyasına nizamı gətirəcək adam Albert Eynşteynin tam tərsi idi. Temperamenti və xarakterinə görə ondan xeyli fərqlənirdi. Əgər Eynşteyn ünsiyyəti sevən, insanlarla dialoqu sevən biri idisə, Nyuton özünə qapalılığı və paranoyaya meyilli olması ilə tanınırdı. Şübhəçi idi, hamı ilə münaqişə edir, elmi prioritetinin üstünlüyünü gözə soxurdu. Çox azdanışandı, hətta o qədər ünsiyyətdən qaçırdı ki, Britaniya parlamentinin üzvü olduğu müddətdə iclaslarda cəmi bircə cümlə söyləmişdi: hava cərəyan etdiyi üçün pristavdan pəncərəni bağlamağı xahiş etmişdi.

Nyuton da, Eynşteyn də dahi idilər, onları çox şey birləşdirirdi. Hər ikisi həftələrlə, hətta aylarla evdən çıxmadan çalışa bilir, fiziki olaraq tükənənə qədər yazıb, pozurdular.

Və hər ikisi Kainatın sirlərini açaraq, onları sadə şəkildə təsvir etməyə nail oldular…
4 yanvar bizə Dünyanı sevdirən, onun Nizamına valeh etdirən İsak Nyutonun (1643-1727) doğum günüdür.

Bu tarix Elmə inanan, Elmin yeganə mürşid olduğunu qəbul edən hər kəsin doğum gündür!

İbrahim Nebioglu

04 Jan, 06:02


Kuzguncuk, İstanbul

İbrahim Nebioglu

04 Jan, 04:00


Bu gün Alber Kamyunun (Albert Camus) ölümünün 65-ci ildönümüdür. Avtomobil qəzasında öldüyündə (oxu: öldürüldüyündə) cəmi 47 yaşı vardı.
Fotoda onun cansız bədənini daşıyan ambulans görünür..

Yarım əsrdən çox zaman keçsə də onun ölümü üzərindəki sir pərdəsi hələ qalxmayıb. Hələ də onun Sovet agentləri tərəfindən öldürülməsi haqda iddialar dolaşır...

"Həqiqət işıq kimi kor edər. Yalan isə əksinə, hər şeyi dəyərləndirən gözəl bir alaqaranlıqdır", – "Düşüş" romanında belə yazmışdı Kamyu...

Bu gün görkəmli fransız yazarı və filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Alber Kamyu haqqında yazdığım yazını paylaşmaq istəyirəm...


***

ANASININ DƏFNİNDƏ AĞLAMAYAN ADAM

İbrahim Nebioglu

04 Jan, 04:00


“Yad”ı təkrar oxuyandan sonra Luçino Viskontinin 1967-də çəkdiyi eyniadlı filminə də baxdım yenidən. Jan Lük Qodar klassik əsərlərin ekranlaşdırılmasının doğru olmadığını deyir. O, uğursuz əsərlərdən uğurlu film çəkməyin tərəfdarıdır. Və bütün ömrü boyu da 2-ci dərəcəli kitabları ekranlaşdırdı, həm də çox müvəffəqiyyətlə.
Luçino Viskonti əksini düşünürdü. O bir çox önəmli əsəri elə səviyyədə ekranlaşdırıb ki, kitabınmı, filminmi daha yaxşı olduğunu söyləmək çətindir. Amma bunu “Yad” filmi haqda demək olmaz. Ən yaxşı filmi olmasa da, Kamyunun ən yaxşı ekranlaşdırılmış əsəridir. Marçello Mastroyaninin oynadığı Mersonu Kamyunun özünə bənzətdim – Anasının dəfnində ağlamayan adama. Bir də düşündüm ki, Viskonti Kamyunun kimlər tərəfindən öldürüldüyünü bilsəydi, Moskvaya xidmət edərdimi?.. Və ya Kamyu sağ olsaydı, ən önəmli əsərlərindən birini ruslara quyruq bulayan birinin ekranlaşdırmasına razı olardımı?..
Kamyu ölümünə yaxın belə yazmışdı: “Dünyadan düşmənlərim olduğu üçün deyil, dostlarım olduğuna görə uzaqlaşıram. Mənə zərər verdikləri üçün deyil, mənə olduğumdan daha yüksək qiymət verdikləri üçün. Bu yalana dözə bilməzdim”.
Məncə, dostları Kamyuya doğru qiymət vermişdilər.

İbrahim Nebioglu

04 Jan, 04:00


“Arxamdan gəlmə, birdən yolu göstərə bilmərəm sənə, önümdə yerimə birdən sənə çata bilmərəm. Yanımda yeri və arkadaşım ol”. Alber Kamyunundur bu sözlər. Ədəbiyyat turizmi dünyada getdikcə populyarlaşan trendlərdəndir. Yekta Kopan adlı bir türk yazıçı Parisə səyahət təşkil etdi. Məqsəd Kamyunu yaxından tanımaq, dolaşdığı küçələri, yaşadığı məkanları gəzmək, sevdiyi kafelərdə oturmaq və beləcə onun dünyasına yaxınlaşmaqdır.
Alber Kamyu (1913-1960) Əlcəzairdə doğulub. 27 yaşı olanda Parisə köçür. İlk gündən bu şəhər onun həyatının bir parçası olur. 1960-da avtomobil qəzasında öldüyündə “New-York Times”ın ona həsr etdiyi məqalə “Kamyusuz Paris” adlanırdı. Mən bu tura qatıla bilmədim, amma əvəzində Kamyuya dünya şöhrəti qazandıran “Yad” povestini bir də oxudum...
***
Artur Merso adam öldürür. Məhkəmə ona ölüm cəzası kəsir. İnsan qətlə yetirdiyinə görə yox, daha çox anasının dəfnində ağlamadığı üçün. Artur Merso “Yad”ın qəhrəmanıdır. Ekzistensializmin ədəbi manifesti adlandırırlar povesti. Mütləq azadlığın axtarışı haqda manifest deyənlər də var. Kitabı ilk dəfə oxuduğumda “Bu adam elə bizim dediyimizi deyir ki...” deyə düşünmüşdüm. Zaman-zaman biz də Kamyu kimi “Dünya boş, hər şey mənasız, həyat isə yaşamağa dəyməz” demirikmi? Zatən fəlsəfəsini də ən yaxşı elə öz sözləri izah edir: “Həyat heç bir şey deyil, məna axtarmayın, yaxşı yaşayın”.
Həyatın mənasızlığı və insanın yalnızlığı Kamyunu ən çox düşündürən məsələdir. “Sizif haqda mif” adlı fəlsəfi essesində insan həyatını Sizifin əməyi ilə müqayisə edir. Kamyu Tanrılar tərəfindən cəzalandırılmış Sizifi absurd qəhrəman sayır, onun fasiləsiz əməyini lüzumsuz əmək olaraq görür. Bu faydasız əmək elə müasir həyatın metaforu deyilmi? “Həyatı boyunca gördüyü monoton işin bir absurd olduğunu anlayan insan üçün əsl faciə də elə budur”, – belə deyir Absurdun Nəğməkarı.
Kamyu diktatura, totalitarizm və kommunizmi, xüsusilə də Stalinin sosialist diktaturasını sərt şəkildə tənqid edirdi. 1956-cı ildə Sovetlər Macarıstandakı xalq üsyanını yatırmaq üçün bu ölkəyə qoşun yeridəndə etiraz səsini ilk çıxardan yenə “Qərbin vicdanı” adlandırılan Kamyu idi. Elə 1957-ci ildə Nobel mükafatına da “İnsan vicdanının əhəmiyyətini tərənnüm etdiyinə görə” layiq görüldü. Nobel nitqində Boris Pasternakın namizədliyini irəli sürdü. 1958-ci ildə isə Pasternak Moskvanın bütün maneə, təhdid və hədə-qorxularına rəğmən Nobelə layiq görüldü. “Doktor Jivaqo”nun müəllifinin namizədliyi 1946-dan irəli sürülürdü, ancaq Pasternak Stalinin ölümündən və Kamyunun ciddi dəstəyindən sonra laureat ola bildi. Və Moskva “Ədalətsizliklə ya əməkdaşlıq etməlisən, ya da mübarizə aparmalı” deyən Kamyunu “qara siyahı”ya aldı.
***
“Corriere della Sera” (İtaliya) qəzeti 2011-ci ildə dərc etdiyi bir məqalədə Alber Kamyunun Sovet xüsusi xidmət orqanları tərəfindən öldürüldüyünü iddia etmişdi. Yaxın dostu Mişel Qallimarın idarə etdiyi avtomobil 1960-cı ilin yanvarında buzlu yoldan çıxaraq ağaca çarpılmışdı. Kamyu yerindəcə ölmüş, cibindən Paris qatarına bilet çıxmışdı. Onun son anda fikrini dəyişərək qatarla getməməsi müəmma olaraq qalmaqdadır.
Çexiyalı şair Yan Zabrana “Bütün həyatım” adlı kitabında Kamyunun Moskva tərəfindən öldürüldüyünü yazır. İddiaya görə, Sovet agentləri hərəkət halındakı avtomobilin təkərlərini deşərək sui-qəsdə qəza görüntüsü veriblər. Zabrana əmrin birbaşa SSRİ-nin ovaxtkı xarici işlər naziri D.Şepelev tərəfindən verildiyini deyir.

Kamyunun tərcümeyi-halını yazan Oliver Todd adlı jurnalist Sovet arxivlərini incələdiyini və sui-qəsdlə bağlı heç bir izə rastlamadığını yazır. Toddun sadəlövhlüyünə gülməmək mümkün deyil — rus da elə gözləyirdi ki, Todd gəlsin, o da hər şeyi açıb qoysun onun önünə. Bir də ki, heç Toddun ömrü çatmazdı o arxivlərlə tanış olmağa; hansı birinə baxsın, on minlərlə alim, həkim, mühəndis, yazarı məhv etmədimi o mənfur sistem…
***

İbrahim Nebioglu

03 Jan, 17:00


KÜFELİK OLMAQ

Olan hadisədir.
Dostlarım Mərdəkanda yeyib içirlərmiş.
Bakı bağları, iyul ayı, sərin meh, içkinin üstündən samovar çayı gəlib, söhbət uzandıqca uzanır. Gecənin bir saatında “Ayıq sürücüyə” zəng edib dörd sürücü sifariş vermək istəyirlər.
Gecdir, Mərdəkan da uzaqdır deyə o qədər sürücünü birdən göndərə bilmərik deyirlər – bir saat gözləmək lazımdır. Dostlarımızdan T. ağzına bir qərənfil atıb “Sabah tez qalxmalıyam, bağım də yaxındır, mən özüm yavaş-yavaş sürüb gedəcəm” deyir.
Nə illah edirlər razılaşmır…

Yük vaqonuna oxşayan cipini tək-tənha evinə tərəf sürüb gedir.
Bağına 500 metr qalmış gözünə döndüyüm DYP hər zamankı kimi kolların arxasından çıxıb gecənin qaranlığında maşını saxlayır. Dostumuz heç bir şey olmamış kimi maşını rahatça saxlayır.

Müfəttiş “İçkilisənmi?” deyə sual verir.
O isə “Nə içkisi rəis, mən ayıq sürücüyəm” deyir.


Polis müfəttişi cavabdan şoka düşür, “A kişi, sən ayıq sürücüsənsə, bəs maşının yiyəsi hardadır, səndən başqa maşında heş kim yoxdur axı” deyir…

***
Türkiyə türkcəsində “Küfelik olmak” deyə bir deyim var. Anlamı “Ayaqda dura bilməyəcək qədər sərxoş olmaq”, “özünü idarə edə bilməyən içkili adam” deməkdir. “Küfe” isə söyüd ağacının incə budaqlarından hörülmüş, kürəkdə daşınan böyük səbətdir.

Keçən əsrin ortalarına qədər İstanbulun meyxana, içkili restoran və tavernalarının qarşısında küfeli hamballar dayanır, gecənin gec saatlarında evlərinə gedə bilməyəcək qədər zil-zurna sərxoş müştəriləri səbətə qoyub bellərində evə daşıyırmışlar. Daşınma pulunu da müştəri deyil, meyxananın sahibi ödəyirmiş.

Meskenin neresi senin?
Tam küfelik adamsın.
Umurunda mı kimsenin?
Tam küfelik adamsın…

“Küfelik olmak” deyimini Türkiyəyə yeni gəldiyim illərdə eşitmişdim. O vaxtı küfeli hamballar çoxdan tarix olmuşdular. Eyni illərdə Bakıda indi xeyli yayılmış “Ayıq sürücü” servisi yox idi. Bu yaxında bir türk dostum Bakı təəssüratlarını bölüşərkən bu servisin faydalarından danışıb, İstanbulda “Ayıq sürücü”nün olmamasından gileylənir və burada da bu gəlirli biznes sahəsinin qurulmasını xəyal edirdi.

Dostuma boş yerə həvəslənməməsini dedim, çünki İstanbulda məsafələr o qədər böyükdür ki, biznes rentabelli olmaz. Arxasınca da əlavə etdim ki, əvvəl-axır UBER-in sürücüsüz taksi servisi buraya da gəlib çıxacaq…

Dünən axşam Kireçburnunda sahildə “küfelik adamlar” düşdü yadıma.
Tam da “Evli evine, köylü köyüne” deyib dağılışacaqdıq ki, türk dostlarıma Bakıda baş vermiş o ayıq sürücü hadisəsini danışdım…

İbrahim Nebioglu

03 Jan, 13:39


2025 ideal kvadratdır.
Göstərdiyim örnəklərə bir neçəsini də qardaşım oğlu Nəbi göndərib…
Məsələn, ardıcıl tam rəqəmlərin cəminin kvadratı.

İbrahim Nebioglu

03 Jan, 10:57


CAMİ YOXSA MƏSCİD?

Qarşıma təsadüfən bir mübahisə çıxdı:

“Ana dilimizdə hansı sözdən istifadə etməliyik? Cami bizim sözdür, yoxsa məscid?”…

Məsələ bundadır ki, Cami ilə Məscid fərqli təyinatı olan tikililərdir. Və onların heç biri bizim sözlər deyillər, ikisinin kökü ərəbcədir.

Bu iki termin arasındakı fərqləri izah etməyə çalışacam:

1.CAMİ

• Sözün mənası:
-Cami sözü “toplanma yeri” deməkdir, kökü “cəm”dən gəlir.

• Təyinatı:
-Cami böyük və qələbəlik üçün nəzərdə tutulan ibadət yeridir;
-Cümə namazı kimi kütləvi namazların qılındığı yer kimi tanınır.

• Xüsusiyyətlərı:
-Camaatın birgə dua edə bilməsi üçün caminin sahəsi böyük olur;
-Cümə, bayram və cənazə namazları kimi xüsusi namazlar üçün istifadə edilir;
-Minarə, mehrab və minbəri var.

2.MƏSCİD

• Sözün mənası:
Məscid “səcdə yeri” deməkdir.

• Təyinatı:
Məscid daha kiçik bir ibadət yeridir və yalnız gündəlik namazlar üçün yer istifadə olunur.

• Xüsusiyyətləri:
Cümə namazları üçün istifadə edilmir;
Əsasən kiçik qrupların məhəllələrdə namaz qılmaları üçün nəzərdə tutulub;
Minarəsi və minbəri olmur.

Beləliklə,

Hər Cami Məsciddir, çünki Məscid ümumiyyətlə ibadət yeridir.
Lakin hər Məscid Cami deyil, çünki Məscidin daha geniş istifadə sahəsi və sosial funksiyası var.

@ibrahim_nebioglu

İbrahim Nebioglu

03 Jan, 06:03


— Robotların psixoloji durumu insandan çoxmu fərqlənir?

— Böyük fərq var. — O, təbəssüm etdi, — Hər şeydən əvvəl,
robotlar daha vicdanlı və təmizdirlər...


Ayzek Azimov, "Mən Robotam"
Bu gün görkəmli fantast Ayzek Azimovun (1920-1992) doğum günüdür.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

02 Jan, 17:33


GƏNCƏ KONYAKI

Sovet İmperiyasının son dəmləridir.
Dünya önəmli təlatümlərin astanasındadır.
Türkiyə Xariciyyəsi İrandakı səfirini səlahiyyət müddəti bitmədən geri çağırır.
1988-də yeni bir qərarnamə ilə onu Sovet İttifaqına səfir təyin edirlər.

Tanınmış türk diplomatı Volkan Vural Moskvada 5 il çalışır –
əvvəlcə Türkiyənin SSRİ-dəki, ardınca da Rusiyadakı səfiri olur.
Bir şəhərdə ardıcıl olaraq iki ölkədə səfir olmaq hər diplomata nəsib olmayan həyəcan və aksiyondur…

Türkiyə Xarici işlər nazirliyinin yaşayan üç ən təcrübəli diplomatlarından biridir desəm yanılmaram. Tehran və Moskvadan sonra Baş nazir Tansu Çillərin Baş müşaviri, Türkiyənin Almaniyadakı səfiri, BMT-dəki Daimi nümayəndəsi və nəhayət İspaniyadakı səfiri.
Qibtə ediləcək parlaq bir karyera…

Moskvada, Bakıda və Ankarada bir neçə dəfə Volkan Vuralla söhbət etmə imkanı tapmış, bu əfsanə diplomatla fikir mübadiləsi etmişdim. Həqiqətən də qeyri-adi bir insan idi. 1941-ci il təvəllüdlü səfir çalışma həyatının ən həyəcanlı dövründə – Moskvada səfir ikən Azərbaycan tarixinin dönüm dövrünə şahidlik edir. Türkiyə Azərbaycanda gedən proseslər haqda ətraflı məlumat toplamaq üçün səfiri Bakıya göndərmək istəyir.

Moskva ilk etapda razılıq vermir, professional diplomatın Bakıda müxalifətdəki milliyyətçi qruplarla dialoq qurmasından ehtiyat edir. Türkiyə təkid edincə çarəsiz qalan Rusiya XİN-i Volkan Vuralın Bakıya getməsinə əngəl ola bilmir. İcazə verilir, ancaq Moskva Ayaz Mütəllibova təlimat verir – rəsmi Bakı Türkiyə səfirinin Azərbaycandakı təmaslarını minimuma endirməli, tanınmış ictimai xadimlərlə görüşlərə mane olmalı idi…

Volkan Vural təyyarədən enən kimi onu Bakının ən yaxşı məkanlarından birinə aparırlar. Səfir bunun məsum bir günorta naharı olacağını düşünüb razılıq verir. Ancaq restoranda açılan masanı, soyuq qəlyənaltıları, düzülmüş içkiləri görəndə işim-gücüm var deyə yüngülcə etiraz edir. Yemək-içməyi sevən biri kimi təklifi geri çevirmir.

Xeyli davam edən günorta ziyafəti tam da Moskvanın gözləntilərinə uyğun idi. Axşama doğru restorandan çıxandan sonra Volkan Vurala bir neçə yüngülvari görüş keçirməyə şərait yaradırlar. Səfirə görmək istədiyi önəmli insanların məşğul olduqları söylənilir. Müşaiyət edənlər axşam saatında onu dəmir yolu vağzalına gətirirlər ki, biz ən hörmətli qonağımızı ölkəmizin ikinci şəhərinə –Gəncəyə aparırıq.

Volkan Vural hiddətlənir, səs-küy qaldırır, ancaq ona “Gəncəyə getməsəniz sizi otelə aparacağıq, çünki proqramda başqa heç nə yoxdur” deyirlər. Məcbur qalan səfir “SV” vaqona çıxır və onun üçün hazırlanan axşam masasının arxasına keçərək Azərbaycan mətbəxinin ləziz yeməkləri ilə Gəncəyə doğru yol alır.

Gəncəyə göndərilən təlimat ünvana səfirdən tez çatır.
Mənzil başına çatan kimi qonağı aparırlar səhər yeməyinə. Volkan Vural qatardakı ziyafətdən sonra halının olmadığını deyir. “Məşhur Gəncə qaymağı, təndir çörəyi…dadına baxmasaz inciyərik” deyib çarəsiz səfiri yaxşı bir yerə aparırlar.

Günortadan sonra səfiri şəhər rəhbərinin “hüzuruna” çıxarırlar. Çay süfrəsi, Gəncə paxlavası və…qonağa konyak təklif edilir. Səfir şiddətlə etiraz etsə də şkafın qapısı açılır, rəflərdə növbənöv, müxtəlif adlarda yerli konyak şüşələri var. Ancaq onlardan hansı yaxşıdır, hansını yüksək qonağa hədiyyə vermək olar? Başı çıxan biri kimi işçilərdən birini çağırırlar ki, gəl, seç. Onun isə içəridə xarici qonağın olmasından xəbəri yoxdur.

Başçı soruşur:
“A bala, bu konyakların hansı yaxşıdır?”

Cavab tarixə düşür:
“Yoldaş katib, “putulkaların” fərqli olmasına baxma, hamısı eyni “boşkadan” doldurulub!”…
***
Volkan Vuralın səfərinin Gəncə bölümü nə qədər təbəssüm doğursa da ondakı həqiqət payının çox olduğu söylənilir. Çünki əksi olsaydı bu məzəli əhvalatdan heç kimin xəbəri olmazdı…

İbrahim Nebioglu

02 Jan, 11:43


İspaniya ilə Portuqaliya arasındakı sərhəd körpüsü...

Arxivimdən çıxardım bu fotonu. Sevirəm bu fotoya baxmağı. Bəzən ispanlara həsəd aparıram Portuqaliya kimi qonşusu olduğu üçün, bəzən də əksinə...

"Coğrafiya qədərdir" sözü boş yerə deyilməyib...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

02 Jan, 10:44


20 il əvvəl bu şirkətlər yox idi.
Bunlar olmadan necə yaşamışıq?
İnanmaq çətindir...
@ibrahim_nebioglu

YouTube
Facebook
Instagram
Twitter
TikTok
Gmail
Netflix streaming
WhatsApp
Messenger
Google Maps
iPhone
Android
Bitcoin
iPad
Chrome
Spotify
Zoom
Amazon Prime
Slack
Reddit
Etsy
Snapchat
Pinterest
Airbnb
Uber
Shopify
Kindle
Dropbox
Twitch

İbrahim Nebioglu

02 Jan, 06:04


1 YANVAR

Milyonlarla insanın doğum günü necə 1 yanvar ola bilər?

Türkiyəyə ilk gəldiyim illərdə çox sayda insanın doğum gününün 1 yanvar tarixində olmasına çox təəccüblənmişdim. Kimnən ad gününü sorsam deyirdi – 1 yanvar. Bu nə hesab-kitabdır, axı bunu istəsən də belə edə bilməzsən deyib gülümsəyirdim öz-özümə...

İmkanların, xüsusilə də nəqliyyatın az olduğu ucqar bölgələrdə, əsasən də ölkənin cənub-şərqində uşaq doğulanda onun qeydiyyatı aparılmırdı. Ancaq bir vaxt ayılanda ki, bəs uşağın sənədi, doğum şəhadətnaməsi yoxdur əl-ayağa düşür, təlaşla gəlirlərmiş ilçə (rayon) mərkəzlərinə. Orda isə şəhadətnamə çıxararkən uşağın anasından ay bacı, uşağı nə zaman doğubsan deyə sual edirlərmiş. O da yaşmağın altından yerli şivə ilə belə deyirmiş: "Qurban, ne bileyim, birmidür, ikmidür, üçmidir çocuk, hatırlamiyirəm". Məmur da ata-analar unutmasın deyə başdan gəlmə hamısına "1 ocak", yəni 1 yanvar yazıb, buraxırmış...

Bir Urfalı tanışım vardı, məktəbli ikən siniflərindəki uşaqlardan 15-nin doğum gününün 1 yanvar olduğunu demişdi. Ölkənin qərb bölgələrində isə əhalinin qeydə alınması daha düzgün və daha səliqəli aparılırdı. Ankarada bir Kulinariya mağazasının sahibi deyirdi ki, 365 gündə ən çox doğum günü tortu məhz 1 yanvar günü sifarış edilir.

Bəzi mətbuat orqanlarında zaman-zaman "1 yanvar" hadisəsinin əsasən kürdəsilli ailələrdə yaşandığını desələr də, bu belə deyil. Çünki ucqar, gözdən iraq bölgədə yaşayırsansa kürd, türk, laz fərq eləmir – uşaq doğdunsa doğum tarixi 1 yanvar olurdu.

Təbii ki, 21-ci əsrdə artıq bu hallar qeydə alınmır, zatən ad gününü 1 yanvarda qeyd edənlər də artıq yaşları 35-40-dan yuxarı olanlardır...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

02 Jan, 05:50


2025-ci ilin ilk günündə Rusiya Avropaya gedən mühüm qaz marşrutunu itirdi – beşillik müqavilənin sonunda Ukrayna ərazisindən tranzit dayandı.

Bu, “Qazprom” üçün əhəmiyyətli itkilərə səbəb olacaq – ildə təxminən 5 milyard dollar. Avropa artıq alternativləri tapıb, Qətər və ABŞ-dan LNG, Norveçdən isə qaz alır.

Tranzitin dayandırılması Ukrayna və Rusiya arasında onilliklərdir davam edən enerji müharibəsinə son qoyur. Avropa üçün bu, tədarükün diversifikasiyası, Rusiya üçün isə yeni iqtisadi itkilər və əsas bazarın itirilməsi deməkdir.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

02 Jan, 05:01


2024-cü ildə Rusiya Federasiyası Ukrayna ilə müharibədə 420 min əsgərini itirib, –
ISW (Institute for the Study of War)

İbrahim Nebioglu

01 Jan, 16:05


Заметки московского священника о туалетах, гигиене и общественном пространстве Стамбула в сравнении с его родным городом самого нач. XVIII в.:
«В Цареграде строение все каменное, а крыто черепицою. А улицы и дворы все каменемъ мощены; такъ у них и грясь, и сор отнюдъ не бываеть… А все окны - на море, а чюжихъ оконъ не загоражевают: у нихъ чести на море глядение. В Цареграде зело строение узорочно, улица улицы дивнѣе. А по улицым, по дворам везде растут древа плодовитыя и виноград. Посмотришъ - райское селение! 
По улицам везде по всему граду и у мечетовъ колодези [колодцы] приведены шурупами, и ковши медныя повешѣны, и корыты каменныя коней поить. А инде [некоторые] турки сидят в полатках да в кувшинцах воду наливают [водоносы], а турки, пришед, пьють - они во спасение себѣ вменяют.
Везде у нихъ отходы [туалеты] по улицам и у мечетовъ: испразднивши, да умывъ руки, да и пошол. Зело у нихъ етим хорошо!
У нихъ нет такова обычая, чтоб просто заворотяся к стенѣ да мочится. Зело у нихъ зазорно! У нихъ ета нужа не изоймѣт: где не поворотился - везде отходы. А у нас на Москве, скаредное дело, наищешся, где испразнитца. Да не осуди, пожалуй, и баба при мужиках такъ и прудит. Да где денишся?»
Были времена…
(«Хождение в святую землю московского священника Иоанна Лукьянова (1701-1703)»)
 
#историяНЕучит 
 
Подписывайтесь 
@ar_mukhametov

İbrahim Nebioglu

01 Jan, 09:50


Dostlar, Bakı saatı ilə 14:15-də Vyana Filarmoniyası orkestrinin dirijor Riccardo Muti idarəsində ənənəvi Yeni il konserti olacaq.
TRT2 kanalında saat 13:45-dəki "Konsertə doğru" proqramından sonra bu bənzərsiz musiqi şölənini izləyə bilərsiz.
Johan Straussun 200 illik yubileyi şərəfinə italyan dirijor maraqlı proqram hazırlayıb:

Johann Strauß I.
Freiheits-Marsch, op. 226

Josef Strauß
Dorfschwalben aus Österreich. Walzer, op. 164

Johann Strauß II.
Demolirer-Polka. Polka francaise, op. 269

Johann Strauß II.
Lagunen-Walzer, op. 411

Eduard Strauß
Luftig und duftig. Polka schnell, op. 206

Johann Strauß II.
Ouvertüre zur Operette “Der Zigeunerbaron”

Johann Strauß II.
Accelerationen. Walzer, op. 234

Josef Hellmesberger (Sohn)
Fidele Brüder. Marsch aus der Operette “Das Veilchenmädchen”

Constanze Geiger
Ferdinandus-Walzer, op. 10 [Arr. W. Dörner]

Johann Strauß II.
Entweder – oder! Polka schnell, op. 403

Josef Strauß
Transactionen. Walzer, op. 184

Johann Strauß II.
Annen-Polka, op. 117

Johann Strauß II.
Tritsch-Tratsch. Polka schnell, op. 214

Johann Strauß II.
Wein, Weib und Gesang. Walzer, op. 333

İbrahim Nebioglu

31 Dec, 21:42


Əziz Kəmalə, Yeni ilin ilk ad günü təbrikini sənin üçün yazıram.

Əsalətin, gözəl qəlbin, dostcanlılığın, Vətənsevərliyinlə bir örnəksən, böyük bacın kimi bir Fenomensən.
2025 sənin, gözəl ailənin, Hasanın ili olsun.
Arzularımızı, diləklərimi bilirsən...
Çin olsunlar, gerçək olsunlar...

Xoş gəlibsən bu Dünyaya, Kəmalə!

Göylərin üzü güldümü
Dünyaya gəldiyin zaman?
Azğın sular duruldumu
Dünyaya gəldiyin zaman?

Günəşlər kimi təkiydinmi?
Ay işığından ağıydınmı?
Belə nazlı çiçəkiydinmi
Dünyaya gəldiyin zaman?
...

İbrahim Nebioglu

31 Dec, 13:00


BİR BAYRAM TƏBRİKİ – 2025

Bir məşhur türk mahnısında belə deyir:

Zaman akıp gidiyor, dur demek olmaz
Dur demek olmaz
Sarılıp da geçmişe avunmak olmaz…

Şərq insanı çətinə düşəndə keçmişi ilə öyünər, saysız-hesabsız xatirələrini danışar, təhrif edərək özünü ucaldar; qısacasə keçmişi ilə ovunar.

Yeni ili, yəni təqvimin dəyişməsini uşaq ikən və ya gənclik illərində insan daha çox sevər.
İllər qaçdıqca, zaman ovucumuzdan sürüşüb gedərkən zamanı durdurmaq istər insanoğlu.
Buna nail olmaz.

Bəzən təsəllini zamanın amansız omasında tapmaq istəyənlər də olur.
Kimisi də Eynşteyn yaxud Hokinqdən zaman, zaman-fəza anlayışları ilə zatən qarışıq olan beyinlərimizi daha da çıxmaza soxar.

İstədim fərqli bir təbrik yazım. Amma vaz keçdim. Dedim qoy sadə cümlələrlə ürək sözlərimi deyim…

Dostlar, əzizlərim, yaxınlarım, sağlam olun, Təzə ildə eviniz xeyir xəbərlərə açılsın, “nə edim”, “necə edim” deməyəsiz. Mutlu və bəxtəvər olun!
Neçə belə illərə!
@ibrahim_nebioglu

İbrahim Nebioglu

31 Dec, 06:33


YENİ DÜNYAYA XOŞ GƏLDİNİZ!
(2025-in astanasında 2025 üçün kəhanətdən uzaq reallıq)

İlon Maskın kitabını Ana dilimizə tərcümə edəndə (oktyabr 2017-yanvar 2018) lisenziyasını aldığım nəşrdə Qlobal İnternet Şəbəkəsi haqqında heç nə yox idi. Tərcümə əsnasında ABŞ-da kitabın yeni nəşri çıxdı. Bu nəşrə əvvəlkilərdə olmayan “Son Söz – Mask və Kosmik İnternet” bölümü əlavə olunmuşdu.

“Son Sözü” götürüb bizim nəşrə saldım.
Tərcümə vaxtı həyəcandan əlim-ayağım tətrəyirdi.
Bu çılğın ideyanın Dünyanı hara aparacağını o anda tam təsəvvür edə bilməsəm də Bəşəriyyətin yeni bir Çağın astanasına qədəm qoyduğunu anlamağa başlayırdım.
Dünya Qlobal İnternet Şəbəkəsinə bağlanmağa hazırlaşırdı.
Ancaq bunun üçün kosmosa onlarla, yüzlərlə, hətta minlərlə peyk göndərmək lazım idi.
Qavramaq asan deyildi olacaqları…

2019-2024-cü illərdə Yerətrafı kosmik orbitdə artıq altı min beş yüzə (6500!) yaxın Starlink peyki fəaliyyət göstərir. Nə deməkdir bu, bilirsizmi?
Bu Dünyaya hegemonluq deməkdir, Qlobal Dominantlıq yəni.

Kosmosdakı bu hürküdücü peyk şəbəkəsi ilə bildiyimiz mobil telefonlara ikitərəfli əlaqə artıq peyk terminalları olmadan yaradılacaq. Başqa sözlə bu gün ya da sabah Qlobal Peyk Mobil Rabitəsi reallaşmış olacaq. Ümid edirəm ki, bunun nə demək olduğunu anlayırsız…

Ayrı-ayrı ölkələrdə, xüsusilə də avtoritar rejimlərdə bloklama, digital “qoruma” mənasını itirəcək. Bu, öz xidmətləri, öz analitikası, öz xidmət bazarı və müəyyən mərhələdə öz maliyyə sisteminə (kriptovalyuta) sahib Qlobal Rəqəmsal Ekosistem olacaq.

Bəşər tarixi heç vaxt belə bir hegemonluğa şahid olmamışdır!
Bu, çaxmaq daşı ilə atəş əldə etmək istəyən ibtidai insanın Dünyanı ovucu içinə almış Super Güc qarşısındakı çarəsizliyidir!

“Qərb batdı”, “Avropa çürüdü”, xüsusilə də “ABŞ dağılacaq” deyənlər hələ də səslərini çıxara bilirlərmi? Çıxarsalar da son çırpınışlarıdır, çünki 2025 Elmin, Zəkanın Təntənəsi, tərəqqinin fantastik zirvələrə çıxacağı il olacaq. Amma təəssüf ki, bundan faydalanan ölkə və cəmiyyətlər əl barmaqlarının sayını keçməyəcək.

“Gələcək Çox Tez Gələcək” və “Gələcək Elmlə Gələcək” deyəndə mən bunları deyirdim…
Yeni Dünyaya Xoş Gəldiniz!

31 dekabr 2024

İbrahim Nebioglu

31 Dec, 05:30


Paslanan dünyanın paslı zamanı..

İbrahim Nebioglu

31 Dec, 02:45


Çiçək təqvimində dekabr ayı. Ayın son günü…

İbrahim Nebioglu

30 Dec, 19:15


Dəyişiklik və dəyişikliyə ehtiyac olmayan yerdə ağıl da yoxdur.
Herbert Uells, Zaman Maşını

İbrahim Nebioglu

30 Dec, 17:12


Akademik Rafael Hüseynov 2019-cu ildə mənim bir əvvəlki FB profilimdəki bir postuma aşağıda paylaşdığım şərhi yazmışdı. Onun kimi bir söz ustasından və yaratma şövqü ilə seçilən bir Aydın İnsandan bu xoş sözləri eşitmək mənim üçün çox dəyərlidir. Yazdığı şərhdə Rafael müəllim bu qəbildən olan səxavətli yazıların, nə üçün yazıldığını, eləcə də əsirgənməyən dəstəyin önəmini izah edir. Belə görkəmli alimlərin, söz və qələm xadimlərinin bir zadəgan lütfkarlığı ilə sərgilədikləri bu təşəbbüslər bir çoxları üçün örnək olmalıdır, məncə…
Aradan beş il keçib və indi bu yazıya heç yerdə rastlamaq mümkün deyil. Çünki bədxahlar 20 min izləyicim olan o profilimi şikayət edib qapatdırdılar. Belə yazıların İnternet məkanında “yaşamasını” istədiyim üçün onları zaman-zaman yeni profilimdə paylaşıram…
İ.N., 30 dekabr 2024


***
RAFAEL HÜSEYNİN BİR FB STATUSUMA YAZDIĞI ŞƏRH

Maarifçilik elə bir nəciblikdir ki, içində işıq daşıyan adamlara belə etməyi qıraqdan kiminsə pıçıldamasına ehtiyac qalmır.
Adam bu cür olur və özündən asılı olmayaraq daxili hökmlə belə edir.
İbrahimin çoxdan bəri lazımlı saydıqlarını başqaları ilə paylaşmaq istəyi məhz belə bir mahiyyətin ifadəsidir.
Hamı onun bu qəbil öyrədici və faydalı bölüşümlərini görür, bəyənir və məmnun-məmnun keçib gedir.
Və bu fəaliyyətin, bu əməyin qiymətini vermək heç də həmişə yada düşmür.
Rəhmətlik Xudu Məmmədovsa, mənə bir yazısıyla özü də hiss etmədən bir dəfə nəsihət verib ki, belə hallarda susma və yaxşı iş görən adamdan qiymətini əsirgəmə.
Necə edib bunu?
1987-ci ildə mənim ilk kitabım - "Vaxtdan uca" nəşr olunmuşdu və əl-əl gəzirdi, böyük əks-səda oyatmışdı, müxtəlif tərifedici yazılar çıxırdı, amma qısqanc münasibətlər də vardı.
Və o vaxt Elmlər Akademiyasının "Elm" qəzetində Xudu müəllimin bir yazısı dərc edildi.
Yazırdı: "Bu məqaləni kitab haqqında hansısa xüsusi rəy yaratmaq üçün yazmadım. Sadəcə, mənəvi gerçəkliyimizdə "Vaxtdan uca" kimi bir böyük hadisəni görməmək qəbahətini boynuma götürməmək üçün bu yazını qələmə aldım".
İndi mən də bu bir neçə sətri ona görə yazdım ki, İbrahim belə bilik yüklü, gözaçıcı, düşüncə qidalandıran yazılarına görə çoxlu dostların ona minnətdarlığından agah olsun, bir az da ilhamlansın və "əkinçiliyini" davam etdirsin.
31 avqust 2019

İbrahim Nebioglu

30 Dec, 06:03


Cimmi Karter vəfat etdi.
Mənim nəzərimdə Demokrat partiyasından olsa son illərin ən əfsanəvi ABŞ prezidenti idi.
Amerikanın ən gözəl gülümsəyən prezidentinin bu il 100 yaşı tamam olmuşdu.
3 ay əvvəl yazdığım bəzi qeydlərimi paylaşıram.
Zənnimcə, ona çox minnətdar olmalıyıq – Sovetin bel sütununu ilk qıran bir qəhrəmandır o...

***

CİMMİ KARTER 100 YAŞINDA

1 oktyabr 2024-də Cimmi Karterin 100 yaşı tamam oldu.
Karter tarixdə bu yaşa çatmış ilk Amerika prezidentidir.

O, həm də xəstəxanada doğulmuş ilk ABŞ prezidentidir.
Onun səyləri nəticəsində Misir və İsrail arasında Kemp-Devid Sülh müqaviləsi (1978) imzalandı.

Bu fəaliyyətinə görə Karter Nobel Sülh mükafatına (2002) layiq görüldü.

Sovet Ordusunun Əfqanısatan girməsinə cavab olaraq Karter SSRİ-yə sanksiyalar tətbiq etdi, 1980 Moskva Olimpiadasını boykot etdi.

O dövrün insanları xatırlayacaqlar, Bakı məktəblərinin şagirdlərinə Olimpiadaya yardım üçün butulka gətirilməsini əmr etmişdilər.

Müəllimlər nə qədər təzyiq etsə də bir butulka belə gətirmədim məktəbə…

Məhz Karterin prezidentliyi dövründə Sovet sistemi çat-çat çatlamağa başladı və qısa bir zaman içində də dağılıb getdi.
Tarixçilər Karter və onun Dövlət katibi Zbiqnev Bzejinskinin Soveti yıxan əsas insanlar olaraq görürlər…

Cimmi Karter peşəkar hərbiçidir, elitar Hərbi Dəniz Akademiyası məzunudur.

Doğum günündə də ailəsi Karteri qoca arabasında Plains şəhərindəki evinin həyətinə çıxardılar ki, eks-prezident hərbi təyyarələrin uçuşunu seyr etsin.
Amerikan tarixinin ən yaraşıqlı prezidentlərindən sayılan Karterin əldən-ayaqdan düşmüş acınacaqlı görüntüsü milyonlarla insanın ürəyini sancdı.

100 yaşındakı bir insanın bu görüntüsü ağlıma “Bir insana 100 yaşa demək nə dərəcədə yaxşı diləkdir?” sualını gətirdi.

Mən dostlarıma adətən “Yaxşı və uzun yaşa” arzulayıram.
Zənnimcə, bu daha uyğun diləkdir.

Yaxşı yaşayın, uzun və sağlıqlı yaşayın!

İbrahim Nebioglu

30 Dec, 03:01


Kirdən, pasaqdan təmizlənmiş hər şey gözəldir...
Hər şeyimiz təmiz və arınmış olsun yeni təqvim ilində!

@ibrahim_nebioglu

İbrahim Nebioglu

29 Dec, 20:10


Günəşin ilboyu eyni nöqtədən müşahidə olunan doğuşu...
@ibrahim_nebioglu

İbrahim Nebioglu

29 Dec, 18:30


Düşünmək asan, yapmaq çətindir. Dünyada ən çətin şey düşünüləni yapmaqdır.
Goethe


@ibrahim_nebioglu

İbrahim Nebioglu

29 Dec, 14:00


İnsanları acgöz edən ehtiyac deyil, varlıqdır..
Mişel Monten

@ibrahim_nebioglu

İbrahim Nebioglu

29 Dec, 13:55


Sizdən heç bir muzd, mükafat istəməyən və
özləri də doğru yolda olan
kəslərin ardınca gedin!..
–Quran-i Kərim, 36-21
@ibrahim_nebioglu

İbrahim Nebioglu

29 Dec, 05:10


2100-cü ildə Avropa ölkələrində müsəlman əhali...Bəzi ölkələrdə müsəlmanların faizi Türkiyədən belə çox olacaq...

İbrahim Nebioglu

29 Dec, 05:05


Sovet İttifaqında Yeni il ancaq 1936-cı ildən qeyd olunur. O il ilk dəfə olaraq 1 yanvar qeyri iş günü olaraq elan edildi. O vaxta qədər Yeni ili bayram etmək, “yolka” bəzəmək “burjuyların” köhnə çarlıq adətlərini yaşatmaq kimi qəbul edilirdi..
@ibrahim_nebioglu

İbrahim Nebioglu

29 Dec, 04:22


SpaceX raket buraxılışları üzrə yeni dünya rekordu qırdı - 2024-cü ildə şirkət 2023-cü ildə 98-ə qarşı 134 buraxılış həyata keçirib.

Müqayisə üçün: Çin ildə 65 kosmik raket, Rusiya - 17, Yeni Zelandiya - 13, Yaponiya - 5 raket buraxdı.

İbrahim Nebioglu

29 Dec, 04:01


https://www.youtube.com/watch?v=EyhdEVnG4R0
🔴 Mükəmməl bir şey paylaşıram bazar sabahı üçün.
6 dəqiqədir cəmi.
Doymaq olmur, baxdıqca baxırsan…


Pakistan.
Köhnə lövbər zəncirlərindən yük maşınları üçün yarımoxlar hazırlayırlar. Ağır işdə çalışan işçilər aldıqları qəpik-quruşa rəğmən necə də ahəng və nizam içindədirlər.

İbrahim Nebioglu

28 Dec, 19:30


Hiss edilən hər şeyə cümlə qurmaq olmur...

İbrahim Nebioglu

28 Dec, 16:30


EŞŞƏKLİYİN İSBATI

d/dx[ex+a] =e,

burada
e = eşşək;
a = qızıldan palandır.

Eşşəyə qızıldan palan da vursan eşşək eşşəkdir.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

28 Dec, 16:14


Latin dilindəki 𝑣𝑖̄𝑟𝑢𝑠 sözü "zəhər, fırtıq, yapışqan maye, ifrazat, bəlğəm, pis qoxu, acılıq" deməkdir və adətən iltihablı, zəhərli, iyrənc şeyləri ifadə etmişdir.

🖋 Ünvanlıdır
@ibrahim_nebioglu

İbrahim Nebioglu

28 Dec, 10:02


Albert Eynşteynə “Sən bu əsrin dahisisən” deyirlər.
Eynşteyn etiraz edir: "Bu əsrin dahisi Ziqmund Freyddir. Mən atomla məşğul oldum, onu parçaladım. Freyd isə beyni qarışdırdı; xürafatı, mövhumatı parçalamaq daha çətindir".
@ibrahim_nebioglu

İbrahim Nebioglu

28 Dec, 08:01


Riyaziyyat öyrənmənin 4 mərhələsi

İbrahim Nebioglu

27 Dec, 16:31


27 dekabr 2021 tarixində etmişəm bu paylaşımı...

Zülfüqarın (Rüfətoğlu) nəfis tərcümələrindən.
Kiplinq həyatda olsaydı əziz dostuma qibtə edər, şeirin orjinalının altından da Zülfüqarın adını yazardı bəlkə – o dərəcədə gözəldir tərcümə..


SUAL
Radyard Kiplinq


Məni döyüşdən əvvəl,
Bircə fikirdi, qardaş,
Ən çox qorxuya salan
Ki, döyüş qurtaranda,
Birdən məlum ola ki,
Təkcə mənəm sağ qalan...

Birdən məlum olsa ki,
Bütün dostlarım gedib,
Ölümün qapısına,
Məni satın alıblar,
Qanları bahasına.

Birdən məlum olsa ki,
Göstərib qəhrəmanlıq,
Mənim xilasım üçün
Gözlərini əbədi
Yumub bütün insanlıq.

Hələ mən qılıncımı
Çıxarmamış qınından,
Bütün dostlarım keçib
Mənimçün öz canından...

Vicdan qəbul edərmi,
Tək mənimçün vurğudan
Dayanan könülləri,
Mən necə yaşayaram,
Təmənnasız, tənəsiz
Bağışlanmış illəri?

Birdən məlum olsa ki,
Sağ qalan təkcə mənəm,
Uğrumda bütün aləm,
Gedib əbədiyyətə,
Kim inanar, axı kim,
“Satqın deyiləm” deyə,
Verdiyim şəhadətə.

İbrahim Nebioglu

26 Dec, 19:33


Bu yazını 28 il əvvəl Ankarada yazmışam.
Matəm günün paylaşmaq istədim...


MARŞAL FEVZİ ÇAXMAQ, GENERAL DE QOLL, CÖVHƏR DUDAYEV

Türkiyə paytaxtının ən gözəl səmtlərindən sayılan Tandoğanda iki gözəl və geniş prospekt var. Hər ikisi də 20-ci əsrin iki böyük dövlət adamı və sərkərdəsinin adını daşıyır.

Prospektlərdən biri Türkiyə Cümhuriyyətinin qurulmasında Atatürk və İsmət İnönüdən sonra ən böyük rolu oynamış, Osmanlının 2-ci Qafqaz ordusunun komandanı, əfsanəvi Çanakkale və Sakarya hərəkatlarının qəhrəmanlarından biri, Osmanlı İmperatorluğunun son Hərbiyyə nazirlərindən, Cümhuriyyət dönəmində 21 il Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş Marşal Fevzi Çaxmaq Paşanın (1876-1950) adını daşıyır.

İkincisi isə başqa bir əfsanəvi komandan, 1-ci və 2-ci Dünya müharibələrinin iştirakçısı, Fransa prezidentinin adını daşıyan general de Qoll (1890-1970) prospektidir.

Ankara bələdiyyəsi Marşal Fevzi Çaxmaq Paşa və general de Qoll prospektlərinin kəsişdiyi yerdəki meydana bu yaxında Cövhər Dudayev adını verdi...

Dudayev hələ həyatda ikən Türkiyədə bir əfsanəyə çevrilmişdi. Çeçənlərin azadlıq hərəkatı başlayandan bəri Dudayevin adı türk kütləvi informasiya vasitələrinin gündəliyindən heç düşmədi. Sayca kiçik bir xalqın böyük liderinin qəhrəmanlığı tarixə nə qəhrəmanlıq dastanları yazmış türkləri belə riqqətə gətirirdi.

Və Cövhər Dudayevin ölüm xəbəri Türkiyəni yasa boğdu. Ölkənin bir çox bölgəsində Dudayevə qiyabi cənazə namazları qılındı, dualar oxundu. 3 mindən çox ankaralının Kocattepe camisindəki qıldıqları namazda Necmettin Erbakan, Alparslan Türkeş kimi partiya liderləri də iştirak etdilər.

Mərasimdən sonra bəzi milliyyətçi-mühafizəkar qruplar rus bayrağı yandırıb, Rusiya əleyhinə şüarlar söyləyərək, Parlament binasına qədər hərəkət etdilər. Əllərində çeçen bayrağı olan nümayişçilərin yaxınlıqdakı Rusiya səfirliyinə yürüyüşünün qarşısı yalnız polisin müdaxiləsi nəticəsində alındı.

İstanbuldakı Fatih camisindəki mərasimdən sonra isə iştirakçılar Rusiya Baş Konsulluğuna qədər hərəkət edərək, orada rus bayrağını ayaqlar altına atdılar.

Bu sətirləri yazarkən öz-özümə düşündüm: “Türklərin bu çeçen sevgisinin, çeçenlərə həmrəylik hissinin sirri və qaynağı nədir?”. Əslində bu çətin sualın cavabı olduqca asandır: “Çeçen xalqının yılmaz azadlıq eşqi! Və bu eşqin qəhrəman aşiqi – Cövhər Dudayev!”.

Bu səbədən də İngiltərənin nüfuzlu Sunday Times qəzetində çıxan bir xəbərə türklər qədər inanan və sevinən olmadı. Qəzet, Dudayevin ölmədiyini, onun gizlicə olaraq Türkiyəyə keçdiyini iddia edirdi. İddiaya görə Cövhər Dudayevin ölümü ilə bağlı bir çox müəmmalar hələ də ortadan qalxmayıb və o da Şeyx Şamil kimi bir müddət gizli fəaliyyət göstərməyi qərara alıb. Məlumdur ki, Şamil, 1837-ci ildə öldürüldü deyə şaiyə yayaraq, daha sonra düz 20 il ruslara qarşı savaşmışdı...

Sunday Times xəbəri gerçəkdir ya deyildir, bilmirəm, amma Marşal Fevzi Çaxmaq Paşa və general de Qoll prospektlərinin kəsişdiyi yerdəki meydan artıq Cövhər Dudayev meydanı adlanır.

Azərbaycan prospekti bu meydanın çox yaxınındadır. İki gün əvvəl Azərbaycan prospektindən keçib Dudayev meydanına gələndə durub ayaq saxladım. Sunday Times qəzetinində yazılanların doğru çıxmasını istəyirdim...
Avrasiya qəzeti,
1 iyun 1996

İbrahim Nebioglu

26 Dec, 14:45


Kompüter inanılmaz dərəcədə sürətli, dəqiq və axmaqdır;
insan inanılmaz dərəcədə yavaş, qeyri-dəqiq və ağıllıdır;
bir yerə gəldiklərində ağlasığmaz dərəcədə güclüdürlər…
–Albert Eynşteyn


Süni İntellektin insan intellektini üstələməsi problemi təkcə hesablama gücü və ya dataların emalı ilə bağlı deyil. Söhbət insan idrakı, yaradıcılığı və duyğularının incəliklərindən gedir. İnkişaf edən imkanları ilə Süni İntellekt müəyyən tapşırıqların öhdəsindən gələr, sürət və səmərəlilik baxımından insanlardan üstün ola bilər. Lakin konteksti anlamaq, empatiya qurmaq və yaratmaq qabiliyyəti ilə insan zəkasının mahiyyəti Süni İntellekt üçün mürəkkəb problem yaradır. Elm və texnologiyada yeni sərhədləri kəşf etmək üçün əsl potensial güc hər ikisinin güclü tərəflərindən istifadə edən Süni İntellekt və insan zəkasının sinerjisindədir.
@ibrahim_nebioglu

İbrahim Nebioglu

26 Dec, 05:28


Heç olmasa bu gün Ana dilində danışın!

İbrahim Nebioglu

26 Dec, 05:01


Təbiətin Qara Dəlikləri kainatın ən mükəmməl makroskopik obyektləridir: onların strukturunda yeganə element məkan və zaman anlayışlarımızdır...

–Subramanyam Chandrasekhar (1910 - 1995), "Qara dəliklərin riyazi nəzəriyyəsi"

İbrahim Nebioglu

26 Dec, 04:11


Almaniyanın “Bild” qəzeti yazır ki, “mülki sərnişin təyyarələrinə” atəş açan yalnız bir ölkə ola bilər ki, onun da adı “Putin Russiyasıdır”.

İbrahim Nebioglu

26 Dec, 03:00


Riyazi simvol kimi π-nin ilk qeyd edilmiş istifadəsi Uelsli riyaziyyatçı Uilyam Consun 1706-cı ildə yazdığı “Synopsis Palmariorum Matheseos” adlı əsərində olmuşdur. Cons yunan dilindəki περιφέρεια (periferiya) sözününü qısaldaraq baş hərfini – π-ni götürmüşdür.

O, belə yazmışdı: “3.14159 və s. = π”.

Bununla belə, π-nin yayılması onu 1737-ci ildə mənimsəyən başqa bir riyaziyyatçı Leonhard Eyler tərəfindən populyarlaşdırdıqdan sonra başlamışdır.

Eyler Elm tarixinin ən nüfuzlu və ən məhsuldar riyaziyyatçılarından biri idi və o, π-dən özünün hesab, ədədlər nəzəriyyəsi, həndəsə və fizika sahəsindəki işlərində istifadə edirdi.

Dahi riyaziyyatçı belə yazırdı: “Qoy π simvolu çevrənin uzunluğunun diametrinə nisbəti göstərsin”.

O vaxtdan π universal bir simvol kimi dünyada ən tanınan və ən məşhur riyazi sabitlərdən birinə çevrilib…

İbrahim Nebioglu

25 Dec, 17:01


Təbiət və Təbiət qanunları gecənin qaranlığında gizli idi. Tanrı Nyutona "Ol" dedi. Və hər yer işığa qərq oldu.
–Alexsander Pope


🖋 Milad bayramı Klassik fizika və riyazi analizin yaradıcılarından biri, hərəkət qanunları ilə ümumdünya cazibə qanununun yer aldığı və Elmin axarını dəyişdirən "Natural Fəlsəfənin riyazi prinsipləri" adlı fundamental əsərinin müəllifi olan İsak Nyutonun (Isaac Newton, 1642 — 1727) doğum günüdür...

İbrahim Nebioglu

25 Dec, 09:25


Xəbəri eşidəndən əlim heç nəyə yatmır...
Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.
Başımız sağ olsun!

İbrahim Nebioglu

25 Dec, 05:01


BİR MİLAD YAZIŞMASI

Ukraynalı həkim dostum var.
Olena Viktorivnadır adı.
Ujqorodda yaşayır.
Bu sabah yazdı ki, dünən bayram axşamı üçün sadə bir bayram yeməyi yapdım, yeyə bilmədim, eləcə dadına baxdım, elektirk də yox idi…

Ürəyim sızladı.
Müharibə, itkilər, xarabaya çevrilmiş şəhər və kəndlər – ukraynalıların bu ilki Miladları belədir. Bunları düşünərkən birdən ağlıma gəldi ki, axı dostum Miladı katolik və protestantlar kimi 25 dekabrda deyil, pravoslavlar kimi 7 yanvarda qeyd edirdi hər zaman.
Təəccübləndim.

“Nədir bu dəyişikliyin səbəbi?” deyə yazdım.
“Bilirsənmi, bu il ukraynalıların 60%-i Milad bayramını bütün dünya kimi 25 dekabrda qeyd edir. İnsanlar artıq hər şeyi anlayır. Biz gələcəyimizi hər sahədə fərqli quracağıq”, – cavab verdi…

Dəhşətdir, görün Kreml necə nifrət yaratdı ki, artıq dini bayramlarını belə ayırır Ukrayna. Xalq ən müqəddəs bayramını ruslarla bir gündə – 7 yanvarda qeyd eləmək istəmir. Bir işğal düşünün ki, xalqın beynində, düşüncəsində necə fırtınalar qaldırdı ki, etiqadlarında da təftişə gedir. Dəhşətdir…

“Milad Bayramın mübarək, əziz dost. Sənə və xalqına Qələbə arzulayıram. Həm də çox böyük Qələbə” yazaraq sağollaşdım.

Günorta internetdə qarşıma bir xəbər çıxdı:
“Ukrayna Pravoslav və Ukrayna Yunan Katolik Kilsələri yeni kilsə təqviminə keçmək üçün işçi qrupu yaratmaq haqda qərar qəbul etdilər”…

İdbar quruluş, cəllad rəhbərlər hər şeyi istədikləri kimi dəyişib, sarsaq paranoyalarına uyğunlaşdırıblar. Faşizm üzərində Qələbəni bütün Dünya 8 mayda, sovetlər isə 9 mayda qeyd edirdi, bütün Xristian aləmi Milad Bayramını 25 dekabrda idrak edir, ruslar isə 7 yanvarda. Halbuki Oktyabr çevrilişinə qədər Rusiyada da Milad bayramının 25 dekabrda qeyd olunurmuş. Stalin xalqı dindən soyutmaq məqsədilə 1929-dan etibarən Noeli 7 yanvar tarixinə çəkmişdi…

Ukraynanın Milad Bayramı mübarək olsun!
25 dekabr 2022
@ibrahim_nebioglu

İbrahim Nebioglu

25 Dec, 04:02


Bütün Xristian dostlarımın
Milad Bayramını təbrik edirəm:

Merry Christmas !

İbrahim Nebioglu

24 Dec, 18:45


https://t.me/ibrahim_nebioglu/4825

İbrahim Nebioglu

24 Dec, 17:00


Bizim dövrdəki Çin gəncliyi, yəni maoçu-kommunist qız-oğlanlar balaca boylu, sısqa, üfürsən Mançuriyanın çöllərinə uçacaq “dıqqılı” şeylər idilər. Ancaq 30-40 il keçib və çinlilər Şərqi Asiyanın ən hündürboylu, qamətli olanlarına çevriliblər. Artıq onları heç bir asiyalı ilə qarışdırmaq mümkün deyil.

Bəs dəyişən sadəcə boy-buxunları, səlvi boylarıdırmı?
Bəs Dünyanın ən nüfuzlu universitetlərində təhsil alan, Silikon vadisinin aparıcı şirkətlərində rəhbər vəzifələrdə işləyən, böyük layihələr üzərində çalışan çinli gənclər?

Bu şəkli beş il əvvəl paylaşmışdım, arxivimdən çıxdı bu gün qarşıma.
Və öz-özümə düşündüm…düşündüm ki, bu gün Dünyaya meydan oxuyan yeni nəsil Maonun yetişdirdiyi insanların oğul-uşaqları, nəvə-nəticələridir. Onları bu günə təhsil gətirdi, əmək gətirdi, daha böyük bir ölkə qurmaq, daha milli bir dövlət olma istəyi gətirdi.

Gələcəyin Elmlə Gələcəyini onlar bilirdilər. Ancaq çinlilər gördülər ki, bunu ancaq yeni nəsil insanlar həyata keçirə bilər. Biz isə elə bildik ki, əsas məsələ şux qamət və səlvi boydur…

İbrahim Nebioglu

24 Dec, 15:01


Amerika ərazisindəki Kosmik Mərkəzlər. Bu xəritəyə baxanda Elmə, irfana verilən qiyməti görürük...

İbrahim Nebioglu

24 Dec, 08:01


DÜNYANIN ƏN POPULYAR MƏTBƏXLƏRİ:

1 İtalyan
2 Çin
3 Yapon
4 Tai
5 Fransız
6 İspan
7 Amerikan
8 Meksika
9 Hind
10 Türk
11 Koreya
12 Yunan
13 Vetnam
14 Hong Kong
15 Alman

İbrahim Nebioglu

24 Dec, 05:00


Dünya Azərbaycanlılarının IV Qurultayına dəvət etmişdilər.
Bu fotonu o zaman çəmənin üzərinə yataraq çəkmişdim.
Deyəsən indi çəmənliklər belə deyil.
3 iyun 2016 tarixlidir bu foto.
Çox xoşuma gəlir bu şəkil...

İbrahim Nebioglu

05 Dec, 11:53


Böyük Hüseyn Cavidin anım günündə əziz Ağabeyim, akademik Rafael Hüseynov kultlaşmış “Əbədi Cavid” kitabını imzalayaraq hədiyyə etdi.
“Mən əbədi bir hürriyətin sevdalı bir cilvəsiyəm” deyən dahi Hüseyn Cavidin anım günündə görkəmli alim, şərqşünas, ictimai xadim Rafael Hüseynovun 2007-ci ildə çapdan çıxmış bu önəmli əsəri kitabxanamda ən gözəl yerlərdən birini tutacaq…

İbrahim Nebioglu

05 Dec, 06:01


Gözəllik

123-45-67+89=100
123+4-5+67-89=100
123-4-5-6-7+8-9=100
1+23-4+5+6+78-9=100

İbrahim Nebioglu

05 Dec, 06:00


Bu gün görkəmli ictimai xadim, alim, filosof Heydər Camalın müəmmalı ölümündən 8 il keçir.

Əslən Şuşalı olan Heydər Camal bir çox elmi əsərində, məqalə və çıxışlarında Qarabağ probleminin həllini Azərbaycan xalqının birləşib hərbi yola baş vurmasında görürdü.

Heydər Camal Türk-İslam aləminin şahlanışının Qarabağın azad edilməsi, Şuşanın yağı düşməndən təmizlənməsi ilə başlayacağına inanırdı.

Bu gün arzuları çin olu
b Böyük Mütəfəkkirin. İçimizi sızladan tək şey onun azad olmuş Şuşanı görüb, billur kimi havasını ciyərlərinə çəkə bilməməsidir.
Eyni şeyi Heydər Camalın oğlu, Afrikada qətl edilən tanınmış hərbi jurnalist, mənim də şəxsən tanığıdığım Orxan Camal haqda da söyləmək olar.

@ibrahim_Nebioglu

İbrahim Nebioglu

05 Dec, 05:00


Motsartın ölüm ildönümüdür bu gün.
Öldüyündə 35 yaşındaydı.
Musiqisi ilə ölümsüz...
Onu 40-cı simfoniyasının I hissəsi - Molto allegro ilə anaq.

https://www.youtube.com/watch?v=NxV9VytEm9c

İbrahim Nebioglu

05 Dec, 03:30


İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə oyuncaq
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət


deyən Hüseyn Cavidin anım günüdür bu gün.

Azərbaycan poeziyasının zirvələrindən biri olan Turan sevdalısı Böyük İnsanı sonsuz hörmətlə anıram...

İbrahim Nebioglu

04 Dec, 17:30


RİYAZİYYATÇI yoxsa ŞAİR?

Ömər Xəyyam bizə Səlcuqlu dövrünün məşhur şairi, bir-birindən gözəl rübailər müəllifi kimi öyrədilib. Halbuki Ömər Xəyyam ilk öncə İbn Sina məktəbinin ən böyük alimi və filosofudur. Onun cəbr, həndəsə, astronomiya, fizika, tibb və musiqi haqda əsərləri var.

“Cəbr Risaləsi” adlı əsəri ilə Ömər Xəyyam yaşadığı dövrü çox qabaqlamışdır. Paskal Üçbucağı riyaziyyat tarixinin ən zərif və ən məşhur sxemlərindən biridir. Bu üçbucaq binomial əmsalların üçbucaq şəklində düzülüşüdür. Fransız riyaziyyatçı Blez Paskal bu haqda ətraflı olaraq 1654-cü ildə yazdığı "Arifmetik üçbucaq haqqında traktat" adlı əsərində bəhs etmişdir.

Lakin üçbucağın xüsusiyyətlərini Paskaldan 500 il əvvəl Ömər Xəyyam kəşf etmişdir. O, üçbucağın binomial genişlənmədəki əmsalları ilk tapan alimdir. Başqa sözlə, Paskal üçbucağı əslində Xəyyam üçbucağıdır.

Xəyyam qeyri-Evklid həndəsəsinin əsasını qoyan riyaziyyatçıdır. Ancaq onun riyaziyyata verdiyi ən böyük töhvələrdən biri bu gün bizim “x” (iks) deyə bildiyimiz məchul kəmiyyət anlayışıdır. Ömər Xəyyam məchul rəqəmləri “şey” deyə adlandırmışdı. Tənlikləri həll edərkən rastlaşdığımız naməlum kəmiyyətlər çox-çox sonralar “x” hərfi ilə əvəz edildi.

Ömər Xəyyam təkcə astronomiyaya olan xüsusi marağından rəsədxanaya belə sahib olmağa nail olmuşdu. 1079-cu ildə günümüzdə Celali təqvimi olaraq bilinən Xəyyam təqvimini hazırladı. Diqqət edibsizmi, o dövrün bir çox Şərq alim və filosoflarının, tarixi şəxsiyyətlərin doğulduqları gün, ay bir tərəfə, heç ili belə məlum deyil. Ancaq Xəyyamın astronomiya və təqvilmlərə olan marağındandır ki, doğulduğu və vəfat etdiyi tarix gününə qədər bilinir.

18 may 1048-ci ildə Nişapurda doğulub, 4 dekabr 1131-də vəfat edən Ömər Xəyyam tarixə təkcə əngin elmi fəaliyyəti ilə deyil, misilsiz rübailəri ilə də düşüb. Bir çadırçı ailəsində (Hayyam çadırçı deməkdir) dünyaya gələn Xəyyamı bizə şair kimi tanıdıblar. Nəinki biz, bütün Şərq onu şair kimi tanıyır…

K.S. isimli bir tanışım İstanbulun Kadıköy səmtində “Şərab evi” açmışdı illər əvvəl. Adını “Ömer Hayyam” qoydu. Ali təhsilli mühəndisdir, sordum ki, bəs rəsədxanan olsa adını nə qoyardın. Düşünmədən “Kopernik” dedi. Ağlına "Xəyyam" demək gəlmədi…

Bir Bakı məclisində sağlıq deyən bir qonağımız Xəyyamdan danışırdı. Uşaqlıq dostum A.H. yavaşca qulağıma “Xəyyam da yaman vurançı olub haaa” demişdi. O da Xəyyamı şərabdan, saqidən yazan biri kimi tanıyır…

Münhendə yan masada bir alman pivə içirdi. Arada üzərində “Omar Khayyam” yazılı bir kitaba baxırdı. Xəyyam kimdir sordum, “Großer mathematiker” dedi. O isə Xəyyamı “Böyük riyaziyyatçı” adlandırdı…

1912-ci ildə məşhur Titanik gəmisinin batmasından sonra Ömər Xəyyam Avropa və Amerikada şair kimi tanınmağa başladı. Gəmidə tələf olan sənət əsərləri arasında Xəyyamın Amerikada nəşr olunmuş “Rubayat” (The Rubáiyát of Omar Khayyám, 1911) adlı özəl cildlənmiş kitabı da vardı. "Bu kitab, şübhəsiz ki, tarixdəki ən iddialı kitab cildləmə işidir”,– kitabın cildini hazırlayan şirkətin sahibi demişdi.

20-ci əsrin ən bahalı kitablarından olan “Rubayat”ın cildi üzəri 1050 yaqut, topaz və ametist kimi qiymətli daşla süslənmiş Mərakeş dərisindən hazırlanmışdı. İngiltərədən ABŞ-dakı alıcısına göndərilərkən batmış kitab haqqında o qədər çox danışıldı, o qədər yazıldı və o qədər rəvayət uyduruldu ki, Şərqin böyük riyaziyyatçı və astronomu, filosof və təbibi Avropa ilə Amerikada şair kimi də tanındı.

Ancaq nə olursa olsun Şərqin şair olaraq qəbul etdiyi Ömər Xəyyam Qərbdə riyaziyyatçı kimi tanınır. Bu fərq Qərblə Şərq arasındakı dərin uçurumu anlatmaq üçün kifayət qədər yetərli bir misal deyilmi?

İbrahim Nebioglu

04 Dec, 03:31


Nə bir göz görmüşdür Günəşi
Günəş kimi olmadıqca,
Nə də gözəli görə bilər ruh
gözəl olmadıqca.
Öncə tamamən Tanrı kimi olmalısan
və tamamən gözəl,
görmək istəyirsən şayət
Tanrını və gözəlliyi.

– Plotin

[Enneadalar (Enneades) 1, 6.9: 31-35]

İbrahim Nebioglu

03 Dec, 10:01


Cenevrə gölü, İsveçrə

Albert Gyorgy adlı rəssamın göl kənarında qoyulmuş Melanxoliya (Melancolie) əsəri.


Heykəl yaxınını itirmiş birinin yaşadığı boşluğu göstərir;
Kamyunun deyimi ilə insanı hayqıra bilməyəcək hala gətirən boşluğu…

İbrahim Nebioglu

03 Dec, 05:01


3200 il əvvəl:

“İnsan yox olub gedər.
Bədəni toza qarışar.
Qohumları torpağa dönər.
Fəqət yazı ilə oxucu onu yad edər.
Kitab yaxşı tikilmiş binadan və ya məzar məbədindən daha təsirlidir..."


[Toby Wilkinson: Writings from Ancient Egypt, Penguin: 2016]

İbrahim Nebioglu

03 Dec, 04:00


Tanrı, iradəsini hakim qılmaq üçün yer üzündəki yaxşı insanlardan; pis insanlar isə öz iradələrini hakim qlmaq üçün Tanrıdan istifadə edirlər.
Giordano Bruno

İbrahim Nebioglu

03 Dec, 03:02


Bu yola tək çıxan adam... Adil İsmaylov…

İbrahim Nebioglu

02 Dec, 17:30


LENİN PROSPEKTİ İLƏ PERVOMAYSKİNİN TİNİ

Sənə təcavüz edir, ona aşıq olursan.
Səni döyür, zorakılıq edir, ondan xoşlanırsan.
Evini soyur, yağmalayır, ona bənd olursan.
Səni sürgünlərdə çürüdən diktator ölür, hönkür-hönkür ağlayırsan.
Bu durumda ciddi psixoloji problemin vardır demək ki.
Keçmiş olsun.

Psixoloji travma yaşayan qurbanın ona şiddət, aqressiya, zorakılıq edənə olan sevgi və duyğu bağlılığına Stokholm sindromu deyilir.

Torpaqlarımızı işğal edənləri, maddi-mənəvi soyqırım törədən erməniləri və onları idarə edənləri qoynumuzda bəsləyərək başımızda oturtdub, onların adına küçə, meydan, şəhərlər salan biz azərbaycan türkləri də Stokholm sindromuna düçar olmamışıqmı? Bizi millət kimi tanımayan, vəhşi barbar qəbilələri kimi tanıyanlara, onları maşa kimi istəfadə edənlər olan bu anormal bağlılığımız, sevgimiz, məhəbbətimiz bu sindroma mübtəla olduğumuza dəlalət etmirmi?...

Tələbəlik illərimdə oxuduğum Ali məktəb hər tərəfdən erməni, bolşevik “mühasirəsində” idi. Yaxın ətrafında bir dənə də olsun “milli prospekt və küçə” yox idi. “Köhnə bina” dediyimiz tarixi bina Lenin prospektində, bizim “Tətbiqi riyaziyyat” kafedrasının olduğu “Təzə” bina isə Pervomayskaya küçəsində yerləşirdi. İnstitutun özü də bir bolşevikin adına idi – Məşədi Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft və Kimya institutu…

Tələbəliyimiz Sovetin can verdiyi illərə təsadüf etdi, ölkə süquta doğru gedirdi. Dövrün görkəmli alimləri dərs deyirdilər bizə, oxumaq çətin amma maraqlı idi. “Yeni Dünya”nın ayaq səsləri hələ eşidilmirdi, ancaq az qalmışdı. 5-ci kursa keçəndə diplom müdafiəsindən əvvəl Dövlət imtahanı vermək lazımdı. “Absurdistan” ölkəsinin təhsil sisteminə görə Dövlət imtahanı “Elmi kommunizm” adlı cəfəngiyyatdan idi. Kimsə bu imtahana düz-əməlli hazırlaşmırdı, zatən heç nə də anlamırdıq. Yeganə ümidimiz Dövlət imtahanı komissiyasının sədri Püstəxanım Əzizbəyovaya idi.

Püstəxanım Əzizbəyova (1929-1998) 26 Bakı komissarından biri olan inqilabçı Məşədi Əzizbəyovun nəvəsi idi. Tarix elmləri doktoru, professor P. Əzizbəyova ciddi elmi əsərləri olmasa da Elmlər Akademiyasının həqiqi üzvü, akademik idi. Elmi fəaliyyəti babası haqqında kimsənin üzünü belə açmadığı bir-iki əsərdən ibarətdi.

P. Əzizbəyovaya qədər Azad Mirzəcanzadə, Fərəməz Maqsudov, Aslan Aslanov, Arif Babayev, Eldar Salayev, Rafiq Əliyev kimi nəhəng akademikləri görüb, tanımışdım. Atam onların bir çoxu ilə həm tələbə yoldaşı, həm də həmkardı. Onların bir çoxu tez-tez bizim evimizə gəlir, mən də yan otaqdan o insanların doyumsuz söhbətlərini dinləyirdim. Humanitar təhsil almasam da görkəmli tarixçi-alim, akademik Ziya Bünyadov hamı kimi mənim də kumirimdi. Ziya müəllim haqda müxtəlif qəhrəmanlıq hekayələri eşidir, onunla fəxr edirdik. Elmi rəhbərim Azad Mirzəcanzadənin o görkəmli şəxsiyyət haqda danıdışqları hələ də hafizəmdədir.

Təbii ki, iki tarixçi akademiki – Ziya Bünyadov və Püstəxanım Əzizbəyovanı yanaşı qoymaq olmazdı, buna heç kim təşəbbüs də etmirdi. Lakin o vaxtkı bəzi Bakı ara söhbətlərində Ziya müəllimin Püstəxanımla bağlı müxtəlif anekdotlar danışılırdı. Bunları eşitməyən, bilməyən yox idi o illərdə. Əslində isə Ziya Bünyadovun Püstəxanımla heç bir ədavəti yox idi, sadəcə olaraq onu tarixçi kimi qəbul etmirdi.

İnsan kimi isə Püstəxanım Əzizbəyova çox yaxşı insan idi, onun haqda xoş sözlər eşidirdik. Bu ağsaçlı, qəribə taleli qadını mülayim, həlim və rəhmdil biri kimi qələmə verirdilər. “Elmi kommunizm” nağıllarına inanmayan bizlərə də elə bu lazım idi. Çünki öyrənmişdik ki, o, tələbənin cavablarına deyil, ümumi dünyagörüşünə, nitqinin səlistliyinə qiymət verirdi.

İbrahim Nebioglu

02 Dec, 17:30


“Bakı” və “Baku” qəzetlərinin əfsanəvi Baş redaktoru Nəsir İmanquliyev Azərbaycan Jurnalistlər İttifaqının ötən əsrin 80-ci illərində keçirilən qurultayında məsələ qaldıraraq küçəni “Mətbuat prospekti” adlandırmağı təklif etmişdi. O dövrdə bu təklifi dilə gətirmək asan iş deyildi. Biz də – akademik Azad Mirzəcanzadənin tələbələri və onun yanında çalışanlar kafedrada küçə adlarımızı müzakirə edir, doğma şəhərimizə sahib çıxmaq istəyirdik.

Kaçaznuninin məni satmasını fürsət bilən “sapı özümüzdən olan” simasızlar məni və dostlarımı sıxışdırmağa təşəbbüs belə edə bilmədilər. Çünki çox keçmədən Azərbaycan müstəqilliyini bərpa etdi, Kaçaznuni isə tez-tələsik Moskvaya, oradan da Amerikaya köçdü…

Psixoloqlar Stokholm sindromunun yaratdığı əsas təhlükəni qurbanın keçirtdiyi hislərin onun maraqlarının əksinə olduğunda görürlər. Belə paradoksal duyğusal bağlar adətən fatal nəticə ilə bitir…
@İbrahim_nebioğlu

İbrahim Nebioglu

02 Dec, 17:30


Dövlət imtahanında akademik Əzizbəyova mənim “zaçot” kitabçamı görüb, ağzımı belə açmağa qoymadı, komissiyanın üzvlərinə tərəf dönüb “Bu cavan oğlanı fərqlənmə diplomundan məhrum etmək olmaz” dedi və arxasınca da əlavə etdi – “əla”. Halbuki iki il əvvəl anti-sovet düşüncələrimə və türklərlə yaxınlıq etdiyimə görə o vaxtkı rektor az qalsın məni institutdan xaric edəcəkdi. İllər sonra Nizami k/t-nın qarşısındakı bukinistdən (indi o mağaza təbii ki, artıq yoxdur) “П.А.Азизбекова. Их именами названы улицы города Баку. — Издательство Академии наук Азерб. ССР, 1962. — С. 28. — 378 с.” kitabını almışdım. Bakı küçələri haqda yazmağımın səbəblərindən biri də bəlkə 30 il əvvəl aldığım bu kitabdır. İndi o kitabı əlimə alsam nə hisslər keçirəcəyimi təxmin etmək çətin deyil.

Müstəqiliyin ilk illərində bizim “Alma Mater”in yerləşdiyi ünvanlar dəyişdi. Sonra da Məşədi Əzizbəyovla silahdaşları Şaumyan, Caparidze və Fioletovun heykəllərini ilim-ilim itirdilər. Erməni daşnaklarından sonra Bakı digər bolşevik, menşevik, eser tör-töküntülərindən, ölkəmizi işğal edib, Cumhüriyyətimizi devirən sosialist, şovinist, anarxist və digər təsadüfi isimlərdən, başkəsən və terrorçulardan təmizləndi – Lenin prospekti Azadlıq, Pervomayskaya Dilarə Əliyeva küçəsi oldu.

8-ci Perevalnaya – Stanislavski – Şərq xalqları – Lenin – Azadlıq;
Suraxanskaya – Pervomayskaya – Dilarə Əliyeva;
Vorontsov – Əzizbəyov – İslam Səfərli;
Baryatinskaya – Fioletov – Əbdülkərim Əlizadə;
İskra – 1-ci Paralelnaya – Əli Bəy Hüseynzadə;
Aziatskaya – Montin – akademik Əlövsət Quliyev.

***
Bakıda erməni adları daşıyan küçələrin sayı o qədər çox idi ki, yazdıqca bitmir. Xatırladıqlarımı, araşdırıb bulduqlarımı əlimdən gəldiyincə sizlərlə paylaşıram, ancaq bir neçə gündür dostlar inbox-a xeyli əlavələr göndərirlər. Əsasən şəhərin mərkəzi hissəsindəki erməni adlarını yazdığım üçün kənar məhəllələr, Bakının nisbətən ucqar hissələrindəki onlarla kiçik, gözdən iraq küçə və meydanlar arxa planda qalırlar.

Şəhərimizin küçə və prospektlərinin erməni adlarına baxarkən hirsimdən beynim dumanlanır. Adları verilən ermənilərin içində alim, yazıçı, şair olsaydə dərd yarı olardı, çünki Şaumyan, Spandaryan, Suren Osipyan, Lalayev, Knunyants, Kasparov, Sisiyanski, Kamo, Beqlyarovski, Mirzoyan, Kamo və b. xalqımızı qanını tökmüş, alçaq cəlladlar, qırmızı terrorçulardılar.

Bakını erməni qırğınından xilas edən Nuru Paşanın adını əbədiləşdirməyən bizlər bu mənfur adları daşıyan ünvanlarda necə yaşamışıq? Bu torpaq unutqan insanları, tarixinə, milli kimliyinə xor baxanları necə yaşadıb, anlamıram. Və ya öləndən sonra öz ağuşuna necə alacaq onlar?...

Armyanski – Qorki – Mirzə İbrahimov
Fotoqrafiçeskiy dalanı – Lalayevskiy dalanı – Knunyants – Xurşudbanu Natəvan
Aşağı Priyut – Kamo – Süleyman Rəhimov
Beqlyarovski – Firdovsi
1-ci Dağlıq küçəsi - Mirzoyan – akademik Feyzulla Qasımzadə
Tumanyan – Aşıq Qərib

İbrahim Nebioglu

02 Dec, 17:30


* * *
Sovet işğalından əvvəl "Poroxavaya" küçəsinə sosialist Bakının "şanlı" və "vətənpərvər" rəhbərliyi inqilabçı-bolşevik, ədəbiyyat tənqidçisi olan Tiflis ermənisinin adını verirlər – Suren Spandaryan. Bu gün küçə "Qarabağ" adlanır. Ehtimal edilir ki, "Zavaqzalnıda" – Kirov adına Kurortologiya institutunun olduğu yerdə Oktyabr çevrilişinə qədər barıt anbarları yerləşirmiş, "porox" da ordan gəlir:

Poroxovaya – Spandaryan – Qarabağ

Bu gün xalq şairi Süleyman Rüstəmin adını daşıyan küçə bizim uşaqlığımızda Suren Osipyan adlanırdı. Küçənin orada yerləşən psixiatrik xəstəxana xaricində heç bir özəlliyi yox idi, tipik erməni məhəlləsi idi – kirli və çirkin. Lakin çarlıq dövründə burada çox sayda mağazalar varmış və ticarətin ən gur olduğu səmt imiş. Elə ona görə də küçə "Maqazinnaya" adlanırmış.

Maqazinnaya – Suren Osipyan – Süleyman Rüstəm

Böyük şairimiz Xəlil Rza Ulutürkün Qarabağ müharibəsində şəhid olmuş oğlu, Milli Qəhrəman Təbriz Xəlilbəylinin adı isə uzun illər Sisiyanski adlanan küçəyə verilib. Sovet dövründə isə küçəyə Bolşevik Əli Bayramovun adını daşıyırdı.

Sisiyanski – Əli Bayramov – Təbriz Xəlilbəyli

***
Şəkili bir tələbə yoldaşım vardı, “Fabritsius” adını tələffüz edə bilmədiyi üçün onu “Azİ-nin obşitelinin küçəsi” adlandırırdı. İnstitutun xarici tələbələr üçün yataqxanası Fabritsiusda yerləşirdi. Bakıda bir vaxt ən çox xaricini də məhz o həndəvərdə görmək olurdu.

Küçədən tramvay xətti keçirdi, tələbələr “Azİİ”yə (köhnə adının qısaltması - Azərbaycan İndustriya institutu) tramvayla gedib-gəlirdilər. Neftçi Bakıda Ararata uduzanda Fabritsiusda tramvay vaqonlarının qabağı kəsilir və onları devirirdik gənc ikən. “Ermənikənd” və ətrafda çoxlu erməni yaşadığı üçün bu aksiyalardan sonra bizim dövrün gəncləri intiqamımızı aldıq deyə az da olsa sakitləşirdilər.

Daha əvvəllər isə bu küçə “Tatyana” adlanırmış. Sürətlə sovetləşdirilən və guya beynəlmiləlləşən şəhərin bu küçəsinə bir gün latış “başkəsəni” Yan Fabritsiusun (lat. Janis Fabriciuss, 1877 – 1929) adını verirlər. 2-ci Don atıcı diviziyasının, 17-ci atıcı korpusun komandiri, Qırmızı Bayraqlı Qafqaz Ordusunun komandirinin (oxu: cəlladının) köməkçisi kimi əli on minlərlə insanın qanına bələnmişdi.

Moskvada, Rusiyanın bir neçə şəhərində, Minskdə hələ də adına küçələr var.
Bakıda isə bu küçə indi Ceyhun Bəy Hacıbəylinin adını daşıyır.

* * *
Aspiranturanı bitirib yenicə müdafiə etmişdim. Neft və Kimya institutunun kafedralarından birində iri əndamlı, göstərişli, 30-35 yaşlarında bir qadın çalışırdı. Familiyası Kaçaznuni idi, bəziləri onun yunan, bəziləri isə gürcü olduğunu deyirdilər. Qadın o qədər özündən razı, azərbaycanlılara o qədər yuxarıdan aşağı baxırdı ki, bir gün səbr kasam daşdı. Koridorda onu tək görüb, ayaq saxlatdırdım, Ovannes Kaçaznunini (Daşnak partiyasının liderlərindən biri, 1918-19-cu illərdə Ermənistan Respublikasının Baş naziri) tanıyıb tanımadığını soruşdum. Qıpqırmızı qızardı, əvvəlcə duruxdu, sonra isə tanıdığını və hətta onunla uzaqdan qohum da olduğunu dedi. Qarabağ hadisələrinin təzə başladığı vaxt idi, ondan belə cürət gözləmirdim. Məni təhdid edib, rektora şikayət edəcəyini dedi.

İki gün sonra institutda çalışan F. adlı yekəpərin biri qabağımı kəsdi. Məni kənara çəkib, anti-kommunist təbliğatı aparığımı və buna görə də müvafiq orqanlara bildirəcəyini dedi. Kaçaznuni məni satmışdı. Bütün təbliğatım da ondan ibarət idi ki, kafedrada Bağdasar Avakyana söymüşdüm…

Bakının ən mərkəzi və ən bilinən küçələri Şaumyan, Spandaryan, Suren Osipyan, Armyanski, Lalayev, Knunyants, Kasparov, Sisiyanski, Kamo, Beqlyarovski, Mirzoyan, Tumanyan, Avakyan və b. ermənilərin adlarını daşıyırdı. Bunların içində təbii ki, ən gözəli Xəzərin beş addımlığında, inci kimi Bulvara paralel uzanan Şaumyan küçəsi idi. Ancaq o vaxt bizə ən çox yer edən doğulduğum şəhərin ən önəmli prospektlərindən birinin terrorist Şaumyanın ən yaxın silahdaşı, erməni cəlladı Bağdasar Avakyanın adına olması idi. “Azərbaycan” nəşriyyatı burada yerləşdiyi üçün ölkəmizdə çıxan bütün qəzet və jurnallarında unvanları “Avakyan küçəsi, 529-cu məhəllə” kimi çap olunurdu.

İbrahim Nebioglu

02 Dec, 16:29


1-ci Dünya müharibənin dəhşətləri Qırmızı Xaçın yaranmasına ilham və təkan verdi.
Bir əsr sonra Beynəlxalq Qızıl Aypara Cəmiyyəti Nobel Sülh Mükafatını almağı qəbul etdi.

Bu fotoda 1906-ci ildə Nobel Komitəsi Başqanının göndərdiyi teleqramı görürsüz.
118 il əvvəl göndərilən bu məktubun yazılışına, yazı makinasının yazılış keyfiyyətinə, makinanın səliqəsinə, kağızın kəsiminə bir baxın…

Mən bu teleqrama baxanda Norveçlə başkəsənlərin, cəllad bolşeviklərin səviyyəsini müqayisə edirəm istər-istəməz…

Photo credit: The Norwegian Nobel Institute

İbrahim Nebioglu

02 Dec, 11:29


Tələbə nə qədər az şey bildiyini anlamadan universitetdən məzun olmamalıdır.
–Robert Oppenheimer

İbrahim Nebioglu

02 Dec, 03:38


Eynşteynin ümumi nisbilik nəzəriyyəsi (General theory of relativity, 1915) qravitasiyanın geometrik nəzəriyyəsi və quruluş (yaradılış) mexanizminin izahıdır. Dahi alim bununla qravitasiyanı dörd ölçülü kosmos-zaman sxeminə görə ifadə etmişdir.

Buna görə Kainatdakı bütün obyektlər dinamik olaraq kosmos-zaman sxemilə kütlələrilə mütənasib olaraq bükülmələrə səbəb olur və bu da cazibə qüvvəsi kimi hiss edilir. Dinamik olaraq dedik, çünki cisimlərin hərəkətilə kosmos-zamandakı bu bükülmələr sürəkli bir dəyişimə məruz qalacaq. Videoda bunlar yaxşı görülür. Daha böyük kütlənin səbəb olduğu bükülmə və kiçiklərinin buna cavab olaraq onun təsiri altında qaldıqları cazıbə və izlədikləri elliptik trayektoriyalar sadə bir şəkildə göstərilmişdir.

Məsələn, burada böyük kürəni Günəş, digərlərini planetlər, yaxud da böyük kürəni planet, o biriləri isə onun ayları olaraq düşünə bilərsiniz. Eyni şəkildə Qara Dəliyi də düşünə bilərsiniz. Bu durumda Qara Dəliyin kütləsinin kosmos-zamanda yaradacağı bükülmələr hətta işıq belə bundan qaça bilmir…

İbrahim Nebioglu

01 Dec, 17:01


İSVEÇRƏ, FRANSA VƏ ALMANİYA BLOKNOTUM -3
Pendirlər, banklar və saatlar ölkəsi

Alp dağlarının əsrarəngiz tilsimi ilə baş-başayıq…
İsveçrənin əzəmətli qarlı zirvələr vahimə saçacaq dərəcədə yaxında idilər. Burada təbiətin qüdrəti insan iradəsini açıq-aşkar ram edir. Elə canlı və güclüdür ki, bəndəsini özünə tabe etmək onun üçün heç nədir. Həm də bu gözəllik önündə əriyib, matı-mutu qurumuş mənim kimi birini...

“Paraselsin dünyaya gəldiyi torpaqlardasan”, – arxamdan yoldaşımın səsi gəlir. Mutluluqdan pambıq kimi bəyaz zirvələrə “uçuram”, ancaq ayağımın altındakı Alp düzənlikləri, yaşıl örtüyün xallı qayalıqları arasından boylanan fidanlar məni reallığa qaytarır. 500 il əvvəl onun da tənəffüs etdiyi Alpların soyuq havasını tənəffüs edirəm acgözlüklə…
***
Günü bu gün elm tarixçiləri bu eksentrik adamın şarlatanmı yoxsa dahimi olduğu haqda mübahisə edirlər. Kimi onu əyyaş və qadın düşməni, kimi də səsrsəri və cadugər kimi qələmə verir. Ancaq onun dövrünün ən böyük alimi olmasında hər kəs həmfikirdir. Parasels tarixə bütün dövrlərin ən dahi alimlərindən biri, görkəmli farmakoloq, homeopatiyanın yaradıcısı kimi düşüb yazır.

Həqiqi adı Filip fon Hohenheym (1493-1541) olan bu iddialı gənc təvazödən o qədər uzaq idi ki, özünü eramızdan əvvəl yaşamış böyük təbib və alim Sels Avl Kornelius (lat. Celsus Aulus Cornelius) ilə müqayisə edirdi. “Parasels” adını da bu səbəbdən götürmüşdü. “Para” yunan dilində “bənzər” anlamına gəldiyindən Parasels “Selsə Bənzər” anlamına gəlir.

Selsə “bənzər” gənc həkim 24 yaşında təbabəti öyrənmək üçün dünya səyahətinə çıxır. Avropada getmədiyi ölkə qalmır, müharibələrdə iştirak edir, hərbi cərrah kimi təcrübə qazanır. Bu ölkələrdə qaraçılar, ara həkimləri, cadugər və cəlladlarla görüşür, müxtəlif türkəçarə müalicə üsullarını toplayır. “Qadın xəstəlikləri”, “Böyük Cərrahiiyə” kimi 9 fundamental elmi əsər yazır.

“Hər şey zəhərdir və hər şey də dərmandır” deyən Parasels kimyanı farmokologiyaya ilk gətirən alimdir. Paraselsə qədər dərmanlar ancaq təbii ot və bitkilərdən hazırlanırdı. Kimyanı dərman hazırlamağa tətbiq etməklə isveçrəli alim sadəcə farmakologiyanın deyil, ümumilikdə tibbin axarına yeni yön verdi.

Parasels 1527-ci ildə Bazel universiteti qarşısında Hippokrat, Qalen və İbn Sinanın kitablarını yandıraraq tibbin inkişaf yolunu da dəyişdirdi. O, elmə İntibah dövrünün ən böyük islahatçısı kimi daxil olub, öz fəlsəfə və tibb məktəblərini yaradıb. Bu insan təmənnasız olaraq xəstələrə, şikəstlərə kömək edir, daim xəstəliklərin səbəblərini axtarır və yeni dərmanlar tapmağa çalışır, vəbadan xilas yolları axtarırdı…

Parasels mənim sevdiyim Qaliley, Eyler, Nyuton, Koh, Heyzenberq, Eynşteyn kimi dahilər siyahısındadır. Lakin Paraselsə olan vurğunluğumun bir başqa səbəbi də məftunu olduğum Xorxe Luis Borxesin “Paraselsin qızıl gülü” hekayəsidir. Bu hekayə bir ədəbiyyat meditasiyasıdır, oxumaqdan doya bilmədəyim bir şah əsərdir (Bu haqda “Avstriya gündəliyim”-də ətraflı yazmışam)…
***
Alp dağlarının qənşərində dayanıb Paraselsin doğulduğu torpaqlara heyranlıqla baxmamaq mümkün deyil. Dərin bir kədər verən qibtə, həsəd də var içimdə. “Nə üçün bizim torpaqlardan Paraselslər çıxmayıblar, nə üçün bəşəriyyətin inkişaf yollarına təsir edəcək qədər güçlü mütəfəkkirlər doğulmayıblar bizim ellərdə?”, – sual verirəm yüksək səslə.

“Carpe Diem”, – yol yoldaşım deyir. – “Zamanın, günün dadını çıxart, gəlib Paraselsinin köyünü də gördün. Sualının cavabını isə sənə bir neçə dəfə demişəm”. İndi bu zirvədə onun məsələyə fərqli baxışı haqda düşünmək istəmirəm…

Günortadan keçməyə başlayırdı. Hava qış aylarında tez qaralır buralarda. Əzəmətli qarlı zirvələr vahimə saçırdılar. Alp dağlarının kölgələri aram-aram inzivaya çəkilirdilər, qarın bəyaz rəngi bərraqlağını itirirdi. Birdən döşdəki kölgələr qaranlıq oldular.

Maşına oturduq, kontakt düyməsinə basmadan bu gözəlliyi dostlarımla paylaşım dedim. Bir şəkil seçib FB-a qoydum. Əziz dostum Rahib Azəri anında bir şərh yazdı: “Pendirlər, banklar və saatlar ölkəsinə xoş gəlibsən”…
(davamı var)

İbrahim Nebioglu

01 Dec, 03:01


DECEMBER, ARALIK, DEKABR

Dekabr (lat. December – onuncu) Qriqorian təqviminə görə ilin 12-ci ayıdır, 31 gündür.
Yuliy Sezarın təqvim islahatına qədər il mart ayından başladığı üçün adını “decem”, yəni “on”dan alır.

Cənub Yarımkürəsində yay, Şimalda qış ayıdır.

Pravoslavlar Rusiyada dekabr ayına studen (студень) və ya stujaylo (стужайло) deyirdilər.
Bu sözün kökü “stuja” (стужа) yəni "soyuq" kəlməsindən gəlir.

Çexlər dekabr ayına əvvəllər “qurd ayı” (vlçi mesic) deyirmişlər.
Bu da 12-ci ayın qarını-qışını, soyuğunu ən yaxşı ifadə edən addır, zənnimcə.

Türkiyədə Atatürk islahatına qədər yanvar ayına “Ocak” anlamına gələn “Kânûn” ( كانون") deyilirdi. Ona görə də dekabr ayına “Kânûn-i Evvel”, ya da Kanunuevvel, yəni Kanun ayından əvvəl gələn ay adlandırdılar.
1945-ci ildən isə bu ad dəyişdirilərək “Aralık”, yəni Yeni illə Köhnə ailin aralığındakı aralıq ay oldu.

Türk şairi Sefer Keskin “Aralık” adlı şeirində kəlmələrlə oynayıb “Aralık” yerinə “Ayrılık” istəyir desin. Deməsinə demir, amma hər hər sətrindən ayrılıq və həsrət yağır:

Bugün yine günlerden SALI
Ne SALIna
Nede SALIma geldin...
Tesadüfya aylardan da ARALIK
Bari bu ARALIK
Gelsen bir ARALIK
Çıksan şu ARALIKtan
Görsem bir ARALIK

Tuba Küçük ilin son ayından istədiyi var – Eşq qapısını sona qədər aralayıb:

Gönlümün aşk kapısı gözlerine sonuna kadar aralık.
Ey yâr içimdeki bu hezeyan biter mi dersin bu Aralık?

Gülten Aslanın da dərdi oxşardır:

Bir Aralık Akşamında Tütüyordu
Bacamızdan Sevda Dumanları
Senin Gözlerin Gibiydi...

Özkan Büyükburçoğlu isə bu aydan ümidini kəsib, bədbin və depressivdir “Aralık” şeirində:

İşte bak!, yine geldi aylardan küskün aralık,
Kader aşkta kapıyı bırakmadı aralık,
Aralıktı tanıştık,
Aralıktı ayrıldık,
Senin doğumun aralıktı,
Benim ölümüm aralık.
Yıl biterdi aralıkta,
Sevda biterdi.
Güzel mevsimlere bir basamaktı,
İçinden çıkamadığım aralık.
Vel hasıl sana dünya nisan,
Bana ölüm aralık.

Türk poeziyasının nəhəng ismi Nazım Hikmetin “Günaydın” adlı şeiri ilə İlin son ayı ilə bağlı qeydlərimi bitirib, hamınıza sağlamlıq və bəxtəvərlik arzulayıram.
Gəlin çalışaq ki, 2025-i də yaşayaq. Sonra mən sizə yeni-yeni cızma-qaralar edim, əl-ələ tutuşub baxaq neynirik, necə edirik.

Ümidlərinizə bərk yapışın, xəyallarınız gerçək olsun:

Günaydın

Güneşi çiğnemeden yutan evren.
Sana da günaydın beynimin vızıltısı,
Son sigaramın ateşi, külleri günaydın.
Yeni yıllar Doğum günleri,
Takvimde asılı duran günler,
Aylar, yıllar, zamanlar..
Hayatımızın dönüm noktaları,
Unutmadan unutuldu sanılanlar,
Günaydın..
İz bırakmış unutulmamış tarihler..
Ocak,
Şubat,
Mart,
Mayıs,
Ekim,
Aralık.
Size de günaydın..
@ibrahim_nebioglu

İbrahim Nebioglu

30 Nov, 17:02


İLK VƏ SON UĞURUMUZ

Bakı, 30 noyabr 1966.
O gün soyuq bir Bakı axşamında Neftçi komandası Moskvanın Spartak komandasına 3:0 hesabı ilə qalib gəldi. Bununla da Neftçi SSRİ çempionatının bürünc medalını təmin etdi.

O dövrdə futbol da, onun çempionatı da ruslara görə uyğunlaşdırılmışdı.
Rusiyanın soyuq iqliminə görə Sovet çempionatı Avropadan fərqli olaraq baharda (aprel-may) başlayıb qışda (noyabr-dekabr) bitərdi.
Yayın cırhacırında Bakıda, Tiflisdə, Daşkənddə və digər cənub bölgələrində futbol oynamaq çətin olsa da buna baxan yox idi – yetər ki, rus komandalarına yaxşı olsun.

Hətta komandamızın adını belə bizim manqurtlar onlara xoş olması üçün Neftçi yox, Neftyanik qoymuşdular.
1937-ci ildə qurulmuş komanda 1968-ci ildə adını dəyişdirərək Neftçi oldu.

1966-cı ildə Dinamo Kiyev birinci, SKA (Rostov) ikinci, Neftçi isə üçüncü oldu.
Bu, komandımızın ilk və son medalı oldu…

İbrahim Nebioglu

30 Nov, 09:00


MARSA NEÇƏ GÜNƏ ÇATMAK OLAR 🚀

Mars Günəş sistemində Veneradan sonra Yerə ən yaxın ikinci planetdir.
Qırmızı rəngə çaldığına görə planet Müharibə Tanrısının adını alıb.

Hər 26 ayda bir Mars Yerə yaxınlaşır – o zaman aralarındakı məsafə təxminən 57 milyon km olur (İki planet arasındakı ən böyük məsafə təxminən 401 milyon km-dir).

Bu yaxınlaşmaya Marsın müxalifəti və ya qarşıdurması deyilir.
Bu dövr Qırmızı Planetə uçmaq üçün ən optimal vaxtdır.

Hesablamalara görə, yanacaqdan qənaətlə istifadə etmək şərti ilə Marsa 9 ay (təxminən 270 gün) ərzində çatmaq olar.

Curiosity Rover Marsa 254, Perseverance 204, Mariner 7 isə cəmi 128 günə uçdu.

İbrahim Nebioglu

30 Nov, 05:01


Çiçək Təqvimində noyabr ayı.
Noyabrın son günü.

İbrahim Nebioglu

22 Nov, 16:00


Bir gün ırkının erleri,
Senin uğruna şehit düştüğün topraklarda
Güneşin batmadığı bir imparatorluk kurup,
Adını Turan koyacaklar…

Ad Günün Kutlu Olsun
#EnverPaşa

İbrahim Nebioglu

22 Nov, 06:02


Kara bahtınla bir güneş gibi doğdun,
bir daha batmamak üzere gönlümüze!

#EnverPaşa

İbrahim Nebioglu

22 Nov, 02:22


FUTURE PRESIDENT

Simon Shuster imzalı “Elon Musk necə Kral yaradan oldu” məqalə Time dərgisinin üz qabığına çıxdı.
Bir çoxları üçün bu gözlənilməz olmadı…

Nüfuzlu Time dərgisinin usta qələmlərindən Simon Şuster (Shuster) bu düşündürücü yazısında son prezident seçkilərinə damğasını vuran adamın İlon Mask olduğunu və respublikaçılar Donald Tramp və JD Vensin qələbəsində onun şəksiz rolunu söyləyir.

Şuster kollektiv qədərimizin Mask tərəfindən ələ keçirildiyinə vurğu yaparaq bu eksentrik milyarderi Twitter-i satın alan, kosmik proqramlara yenidən həyat verən və nəhayət siyasətə girən biri kimi dəyərləndirir. Dünyanın ən zəngin adamı atdığı tvitlərlə birjaları yüksəldir və dibə vurur, actronavtlar kosmosa onun raket və kosmik gəmiləri ilə gedib gəlirlər, ordular onun peyklərindən gələn siqnallarla irəliləyir və daha nələr.

Artıq Simon Şuster kimi dünyanın ən güçlü yazarları Mask fenomeninə daha da çox zaman xərcləyəcəklər. Çünki indən belə Dünya ona fərqli bir oerspektivdən baxacq…

Noyabr seçkilərinin ertəsi gün Amerikan siyasətini yaxşı bilən, uzun meddət Nyu Yorkda yaşayan dostum Ali Çinarla post-Bayden dövrünü müzakirə etmişdik. Hər ikimizin gəldiyimiz qənaət Mask “future president” – ABŞ-ın gələcək prezidentliyinə ən real namizəddir.

İbrahim Nebioglu

22 Nov, 01:44


Enver Paşanın doğum gününde Böyük Türk Şairi Ziya Gökalpın Böyük Turan sevdalısına yazdığı şeri paylaşıram sizə:

Enver Paşa

Bir kalpsin ki, tereddütsüz, şüphesiz,
Bir ruhsun ki, iradeli, imanlı
Sem olmasan ihtimal ki şimdi biz,
Kalacaktık Avrupa'da bühtanlı.
Herkes meyûs ilen sendin ümitvâr,
Bu millete, ancak senden ümit var...

Mağlûp idik,sen etmedin tereddüt,
Dedin: Bu il gene galip olacak,
Ordumuzda yaptın anî teceddüt
Dedin: Biziz harbe talip olacak
Siyasette ittifaklar dokudun,
Yedi çara birden meydan okudun...

Biz hepimiz şüpheler içinde,
iken, vardı sende büyük imtinân
Arş'tan sana ya ilahî bir müjde,
verilmişti, yahut kudsî bir ferman.
Biliyordun nedir Hakkın murâdı,
O imânla açtın büyük cihadı...

Tarih diyor: Bütün büyük Fatihler,
Milletleri gibi, Haktan mülhemdir.
Bugün halk da senin gibi mübeşşir,
Yalnız sana vazıh, ona müphemdir:
Selâmlardan gelen gizli Hak sesi,
Türkler artık kurtuluyor müjdesi...

İbrahim Nebioglu

21 Nov, 20:50


Dünya 2025-in astanasında

Nüfuzlu The Economist dərgisinin üzqabığının kəhanətləri yenə də Dünyadə yeni konspiroloji senarilərə rəvac verdi.

Məni ən çox narahat edən Şi Cinping və Putinin yenə də "at belində" olmaları deyil, diqqətimi çəkən "göz", "raket", atom. atom reaktoru, raket və qum saatıdır.

Səbəbini sorsanız cavab verməyəcəm, çünki versəm mən də məcbur qaranlıq senarilər cızmağa məcbur olacağam ki, bu da mənim tərzim deyil...

İbrahim Nebioglu

21 Nov, 17:30


FİLOSOF DOSTUMUN DƏVƏTİ

Bir filosof dostum var. Fəlsəfə məzunu arvadı ilə bərabər Kadıköydə sahaf dükanı (bukinist) işlədir. Bu sabah zəng vurub “Dünya Fəlsəfə Günü”nü təbrik eləmək istədim. Sözümü kəsib, həmişəki kimi deyinməyə başladı, sonra da ağznı büzərək “Fəlsəfə kimsəyə lazım deyil artıq, dövr texnologiyalar dövrüdür” dedi. Susduğumu görüb, “Şaka yaptım” dedi yavaşca, arxasınca da əlavə etdi: “Yazık oldu bu Dünya’ya”…

Günorta könlümü almaq üçün whatsapp-dan belə bir şey göndərdi:

Modern çağımızda hər şeydə “SİZ”sizlik var:

Telefonlar – Kabelsiz
Bişirmək – Atəşsiz
Avtomobil – Açarsız
Yeməklər – Yağsız
Gənclər – İşsiz
Münasibətlər – Anlamsız
Sevgilər – Ürəksiz
Davranışlar – Diqqətsiz
Körpələr – Atasız
Təhsil – Dəyərsiz
Uşaqlar – Ədəbsiz
Kütlələr – Çarəsiz…


Axşam zəng vurdu filosof dostum.
“Gel Leman’a (Kadıköydə kafe) bir-iki kadeh atalım. Ne de olsa felsefe günüdür bugün” dedi. Gecdir deyə bəhanə edib, dəvətini qəbul etmədim.
“Kütlələrin çarəsizliyi” haqda moizə dinləyəcək halım yox idi…
21 noyabr 2019

İbrahim Nebioglu

21 Nov, 16:30


Müdriklərdən birinə “fəlsəfə nədir?” deyə sormuşlar.
“Qarşına iki adam çıxır, biri kirlidir, digəri təmiz. Hansı təmizlənməlidir?”, – müdrik adam sual edir.
Tələbələri “Kirli olan” deyirlər.
Müdrik adam belə davam edir: “Fəlsəfə təmiz olanın niyə kirlənmədiyini düşünür, o, görülənə deyil, görülməsi vacib olana baxır”.

İbrahim Nebioglu

21 Nov, 07:01


Platonun e.ə. 380-ci ildə təsis etdiyi Akademia adlı fəlsəfə məktəbinin üstünə bu sözlər həkk olunub:

Ageometretos medeis eisito,
yəni
Həndəsə bilməyən girə bilməz

İbrahim Nebioglu

21 Nov, 05:30


Dünya Fəlsəfə Günü üçün

Platon (Əflatun), Akademia-da dərs verərkən
[Mozaik, Pompeii, miladdan əvvəl I əsr]

İbrahim Nebioglu

21 Nov, 03:30


21 noyabr - Dünya Fəlsəfə günüdür

Akadem (Akademos və ya Ekademos) qədim yunan qəhrəmanıdır, yarı Tanrı olaraq da bilinir. Akadem Atina yaxınlığında, Eriya qapısının arxasında özünün saldığı zeytun bağında dəfn edilib...

Böyük yunan filosofu Əflatun (Platon, e.ə. 429-347) e.ə. 380-ci ildə dini-fəlsəfi ittifaqını məhz bu zeytunluqda təsis etmiş, yaptırdığı məktəbə də Akademia adı vermişdir.

Platon Akademiasında fəlsəfə, riyaziyyat, astronomiya, təbiətşünaslıq bölmələri açılmış, əsas tədris metodu dialektika (dialoq) idi. Riyzaiyyata verdikləri önəmdəndir ki, Akademianın devizi "Həndəsə bilməyən girə bilməz" [Ageometretos medeis eisito] idi.

Fəlsəfə tarixinin ən önəmli məktəblərindən biridir Platon Akademiası. Platon çoxu dialoqlar şəklində olan əsərlərinin böyük bir bölümünü məhz burada yaratmışdır. Həm yaratdığı məktəb, həm də zəngin irsi ilə davamçısı olduğu müəllimi Sokrata olan mənəvi borcunu artıqlaması ilə ödəmişdir. Platon Akademiası bir tələbənin müəlliminə yaptırdığı ğlümsüz abidə adlandırmaq daha doğru olar, zənnimcə. Platon fəlsəfi əsərləri günümüzə qısa bölümlər və ya iqtibaslar şəklində deyil, tam mətn olaraq gəlib çatmış ilk filosofdur. Sokratın tələbəsi, Aristotelin müəllimi olan Platon və onun məktəbi Bəşəriyyətə misilsiz töhvələr vermişlər...

Bu gün Dünya Fəlsəfə günündə bu kiçik detalları dostlarla paylaşmaq istədim.

Şəkildə: Rafael, Scola di Atene, 1511, 500x770, Vatikan

İbrahim Nebioglu

20 Nov, 07:48


MONA LİZA
(CİOKONDA)

Dahi Leonardo da Vinçinin həmişəcavan “Mona Liza”sından bir fraqmneti paylaşmışdım.
Fraqment Mona Lizanın dodaqlarının təsviri olan bölüm idi.
Yəni məşhur tablosunun milyonlar tərəfindən bilinən sirli təbəssümü.
Dahi Leonardonun 1503-1505-ci illərdə çəkdiyi bu əsər Dünyanın ən tanınan, ən sevilən əsəridir.

Bir izləyicim “Mənə çatmır da bu qadın, nəyi gözəldir e onun” deyə yazmışdı.
Məsələ isə o qadının gözəl olub-olmamasında deyil…
Mona Lizanı cəlb edən nədir?
Və bu tablo nə üçün bu qədər qeyri-adidir?
Anladıqlarım bunlardır:

1. Müəllifi: Leonardonun rəssam, heykəltəraş, memar, anatom, təbiətşünas, ixtiraçı, yazıçı, musiqiçi, İntibah dövrü sənətinin ən parlaq nümayəndələrindən biri olması əsərə başqa bir dəyər və ehtişam qatması;
2. Əsrarəngizliyi: Mona Lizanın təbəssümü ilə pozasındakı fırqlilik, onların müxtəlif sual və müəmmalar doğurması;
3. Emosional dərinliyi: Mona Lizanın siması aydın olmayan duyğuların mürəkkəb qarışığını ifadə edir. Ən çox maraq və heyranlıq yaradan da budur;
4. Rəsm texnikası: Leonardo həcm və dərinlik illüziyası yaradaraq rənglər və tonlar arasında hamar keçidlər yaratmağa imkan verən “sfumato” texnikasından istifadə edib;
5. Tarixi önəmi: əsər İntibah dövründə, incəsənətin və elmin zirvədə olduğu dövrdə yaradılıb. O, Bəşəriyyət tarixinin ən gözəl dövrü ilə onun bütün mədəni irsinin simvoludur.

Bütün bu amillər Mona Lizanı təsviri sənət tarixinin ən unikal və ən cəlbedici əsəri edir.
Mona Liza olmasaydı Dünya çox yetərsiz və əksik qalardı.

İbrahim Nebioglu

20 Nov, 07:35


Qızımın 4 ildir ən sevmədiyi dərs riyaziyyat idi.
Bu il ən sevdiyi dərs oldu.
Səbəb – riyaziyyat müəlliminin onları “quzucuqlarım” deyə çağırmasıdır…
–Ferid adlı bir valideyn, Türkiyə

İbrahim Nebioglu

20 Nov, 06:14


SpaceX şirkəti tarixin ən böyük raketi olan Starship-i altıncı dəfə kosmosa çıxardı. Sınaq uğurla başa çatdı. Lakin 1-ci pillə (booster) üzən platformaya deyil, Meksika körfəzinin soyuq sularına endirildi.

Sınaqlar Starship-i addım-addım planetlərarası uçuşlara yaxınlaşdırır.

İbrahim Nebioglu

20 Nov, 04:02


Möcüzə deyil zaman, müalicə etməz, acını yüngülləşdirməz, unutdurmaz. Zaman sadəcə dumanı dağıdar - yolu görəsən deyə.

İbrahim Nebioglu

19 Nov, 07:30


📌📌📌"RUSİYA ZƏNGƏZURU ERMƏNİLƏŞDİRDİ"

🔴 L'Œuvre qəzeti (Fransa), 14 iyul 1920

Qəzet "Rusiya Zəngəzuru erməniləşdirdi" deyir, Sovet Rusiyasının Ermənistan respublikası ilə Azərbaycanın tatarlar (azərbayanlılar) yaşayan bölgəsinin Ermənistana verilməsi haqqında 1 iyul 1920 tarixində müqavilə imzalandığını yazır...

🖋Paylaşın ki, tigranoidlər də görsünlər. Göstərsinlər görüm Sünik adı hardadır, tarixi "Erməni torpaqları" yalanları ilə bağlı başqa nələr deyəcəklər. Və görüb qorxsunlar, qorxsunlar ki, Zəngəzurun da zamanı gələcək. İtirdiyimiz torpaqları mütləq geri almalıyıq, bunu ideologiyamızın əsas xəttinə çevirməliyik. Gələcək nəsilləri bu düşüncədə böyütməliyik...

Bu postu bu il mayın 16-da FB səhifəmlə Telegram kanalımda paylaşmışdım. Anlamlı bir zamanda yenidən sizinlə bölüşmək istədim...

İbrahim Nebioglu

19 Nov, 05:00


Orxanın doğum günüdür bu gün.
Yaşasaydı 58 yaşı tamam olacaqdı.

30 iyul 2018-də Mərkəzi Afrika Respublikasında Orxan Camal və 2 jurnalist həmkarı aldillə aldadılaraq tələyə düşürülmüş, sonra da güllələmişdilər.

Görkəmli teoloq və filosof, mərhum Heydər Camalın oğlu Orxanı aspirant illərimdə Moskvada tanımaq imkanı olmuş, xeyli söhbətləşmişdim.

Keşkə Orxan uzaq Afrikada öldürülməz, babalarının Vətəni Şuşada şəhid olaydı.
Keşkə…

Orxanı böyük hörmətlə yad edirəm.

İbrahim Nebioglu

19 Nov, 03:00


ÜRƏYİNİN SON DÖYÜNTÜSÜ

Adətən mərhumun “qırxına” böyük məclislər qurulur, ehsan verərək ruhuna dualar oxuyurlar.
Ancaq Aydın Bəyin ömür-gün yoldaşı Nailə xanım Balayeva və ailəsi daha anlamlı və önəmli bir iş gördülər – 40 mərasimi ilə bərabər görkəmli alimin bitirdiyi, ancaq çapa ömrünün vəfa etmədiyi 3 əsərdən birinı nəşr etdirdilər…

İş elə gətirdi ki, Aydın Bəyin xəstəlyinin ilk günündən mənim xəbərim var idi.
Əvvəlcə mən də Nailə xanım və övladları kimi həyəcan və əndişə içində idim. Ancaq gün keçdikcə Ankarada başlayan müalicə müsbət nəticələr verməyə başladı. Hamımız ümidləndik, Nailə xanımda sanki yeni bir güc mənbəyi, yeni stimul yaranmışdı.
Real vəziyyəti bilən az sayıdakı insan kimi mən də çox ümidli idim. Bir tək Aydın Balayevdən başqa. Özünü daha yaxşı hiss edən kimi darıxmağa başladı, “Bakıya getmək istəyirəm” deyirdi durmadan.

Nailə xanım onu anlayırdı, yoldaşının bütün fikri bitirmək üzrə olduğu üç kitabın yanında idi. Türkiyəyə gələndə evdən təlaşla, tez-tələsik çıxdıqlarında materialları yanlarına almamışdılar. “Kompüterini gətizdirək”, – təklif edirlər. Razılaşmır Aydın Bəy: – “Yazı masamı da gətirəcəksiniz?” deyir.

Nailə xanıma “Qalsanız yaxşıdır” dedim. Ancaq ailəsi bundan artıq israr edə bilmədi. İlk kursları uğurla tamamlayıb Bakıya qayıdırlar. “Bakı təyyarəsinə minən kimi kefi daha da açıldı“,– Nailə xanım deyir və əlavə edir: “Evə çatan kimi çalışmağa başladı. Gecə gündüz çalışdı, kitabların üçünü də tamamladı”…

Aydın Balayevin necə bir alim olduğu bu örnəkdə çox açıq görünür. O, sanki ölümünü hiss etmişdi və əsil alim kimi, bir Cumhuriyyət sevdalısı kimi elmi monoqrafiyalarını sona çatdırmaq üçün çırpınırdı. Ürəyinin son döyüntüsünü, son nəfəsini bu 3 dəyərli monoqrafiyanın ərsəyə gəlməsinə sərf etdi…

Bundan sonrasını bilirsiz. Amansız ölüm Azərbaycan Tarix elminin ən nəhəng təmsilçilərindən birini əlimizdən aldı. İtirən sadəcə Azərbaycan Tarix elmi olmadı, Türk Dünyasının Tarixi də itirdi. Və böyük itki sadəcə Tarix elminə deyil, bütövlükdə Azərbaycan elmi üçün yeri hələ uzun illər doldurula bilməyəcək bir itki oldu.

Tək təsəllimiz Aydın Bəyin Azərbaycan türklərinin XIX-XX əsrlərdə formalaşmasının əsas mərhələlərinin öyrənilməsinə həsr etdiyi son kitabının işıq üzü görməsi oldu.

"Azərbaycan türkləri. XIX–XХ əsrlərdə milli formalaşmanın əsas mərhələləri" adlı monoqrafiyası rus dilində nəşr edilib. Yaxında onun ana dilində də çıxmasına da şahid olacağıq. Tarix elmləri doktoru A.Balayev monoqrafiyada xalqımızın formalaşmasında əsas rol oynamış köklü sosial-iqtisadi və mədəni dəyişiklikləri dərk etməyə işıq tutur, Azərbaycan türklərinin milli kimliyinin son iki əsrdə keçdiyi təkamül prosesini araşdırır…
Bir kitabı yazıb bitirdikdən sonra prosesin ən sevimli mərhələsi müəlliflə nəşriyyat arasındakı kontaktlardır – kitab bitib, onun çapa getməsi üçün müxtəlif redaktə işləri qalıb. Kitabı yazan üçün bu sonuncu mərhələ çox əyləncəlidir, hədsiz zövq verir müəllifə. Ancaq bu zövqü Aydın Bəy yaşaya bilmədi.

Və bütün yük ömründə kitab redaktə etməmiş, nəşriyyatın göndərdiyi müxtəlif düzəliş və təklifləri təsnif edən Nailə xanımın üstünə düşdü. Soyuq torpağa yenicə tapşırdığı həyat yoldaşının qeydlərinin, əl-yazmalarının içində necə çalışdı, nələr yaşadı, yəqin təxmin edirsiz.
Aydın Bəyin vəfalı yoldaşına nə qədər təşəkkür etsək azdır. Ona can sağlığı arzu edirəm, hələ qarşıda 2 kitabın nəşri kimi bir çox önəmli işlər var…

Nur içində yat, Əziz Aydın Bəy!
Ruhun Şad Olsun, Böyük Türkçü!

Bu yazını 18 yanvar 2022-də – Aydın Balayevin vəfatının 40-cı gününə yazmışam. Görkəmli tarixçi alimimizin doğum günündə yazımı yenidən paylaşmaq istədim...

İbrahim Nebioglu

09 Nov, 17:01


BİR QİTƏDƏN O BİRİNƏ

Ən böyük arzularımdan biri Asiya qitəsindən Avropa qitəsinə keçmək idi.
Gəmi ilə, avtomobillə deyil, ayaqla, payi-piyada…

Bu arzuma 2018-ci ilin 11 noyabrında çatdım.
Avrasiya marafonunda iştirak etmək üçün müraciət etmişdim.
Dostum Bayram Balla sabahın qaranlığında İstanbulun Asiya yaxasındakı start nöqtəsində yerimizi aldıq.

Ancaq bir iş var idi – Avrasiya marafonunun uzunluğu 42 km-dir.
Onu ilk təcrübəmdə qət edə bilmək asan məsələ deyildi mənə.
Odur ki, Bayrama dedim ki, gəl çalışaq heç olmazsa yarısını – 21 km-ə çalışaq.

Macəranın ən həyəcanlı və adrenalini ən yüksək bölümü I Boğaz (Bosfor) köprüsünün (15 Temmuz Şehitler Köprüsü) üzərindən keçmək oldu.
Körpü ildə sadəcə bir dəfə – Marafon günü piyada keçişinə açıq olur.
Digər vaxt körpüdən ancaq və ancaq avtomobillə keçilir.

İki gün əvvəl 9 noyabr Bayraq günü idi.
Sırt çantama üç rəngli Azərbaycan Bayrağı yerləşdirmişdim.
Körpünün üstündə dayanıb bayrağımızı açdım.

Bayrağı görən kimi marafonçularla körpünü keçən insanlar ətrafımızı sardılar – hamı bayrağımızla fotoqraf çəkdirmək istəyirdi.
Bu, Marafonun ən unudulmaz anları idi.

Körpünü keçib viadukdan Beşiktaşa – Barbaros Paşa bulvarına sapanda ayaqlarım artıq gürz kimi ağırlaşmışdı. Konrad otelinin bərabərində yanımda qaçan Bayrama dedim ki, gəl şəkil şəkdirək. Ancaq bəhanəm idi bu. Taqətdən düşməyə başlamışdım. Bayram “21 km-ə az qalıb, gəl bir dincəlib davam edək” dedi.

Razılaşdım, ancaq Barbarosdan sahilə çatıb sağa – Akatlara tərəf burulanda elə bildim ki, bədənimdə su qalmayıb, ağzım, gözüm qupquru olmuşdu.
19 km 600 metrdə maratondan çəkildik.

O marafonu və mənim üçün bir rekord olan o məsafəni Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə və Bayraq Günümüzə ithaf etdim!
Cumhuriyyətimiz əbədi, Bayrağımız hər daim uca olsun!

İbrahim Nebioglu

09 Nov, 15:00


Qara Dəliklərdə keçmiş silinir və gələcəyin sonsuz variantları yaranır

1965-ci ildə ingilis fiziki və riyaziyyatçısı Rocer Penrouz (Roger Penrose) sübut etdi ki, Qara Dəliklərin mövcudluğu Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsindən doğur. Penrouz daha sonra müəyyən etdi ki, Qara Dəliklərin (Black Hole) içərisində sinqulyarlıq gizlənir - məkan-zamandakı bir nöqtəyə yaxınlaşdıqca fizika qanunları işləmir.

Beş il sonra Penrouz “kosmik senzura” prinsipini formalaşdırdı, determinizmi məkan-zamana tətbiq etdi və bu, alimi inanılmaz bir nəticəyə gətirdi: Qara Dəliklərin içərisində keçmiş məhv olunur, lakin gələcəyin sonsuz variantları formalaşır.

Penrouza görə, Qara Dəliyə düşən insan onun keçmişini siləcək və sonsuz sayda gələcək yarada biləcək sahələrə rast gələ bilər.

Yalnız Penrouz bunun mənasız olduğunu deyir, çünki Qara dəliyin Qravitasiyası insanı elementar hissəciklərə ayıracaq.

Qorxuludurmu? Bəli.
Ancaq əvvəlcə idrak etmək lazımdır.
Və bir də Kainatın ənginliyində gedib Qara Dəliyə qədər çatmaq…

İbrahim Nebioglu

09 Nov, 06:07


"1914-cü ilə qədər Yer kürəsi bütün insanlığa aid idi. Hər kəs istədiyi yerə gedir, istədiyi qədər qala bilirdi. İcazə almaq, qəbul edilməmək kimi məsələlər yox idi. İstəyən istədiyi ölkədə yaşaya bilirdi"..

Görkəmli Avstriya yazıçısı Stefan Svayqın (Zweig) bu sözləri indi öz qınına çəkilmiş ölkələrə baxanda havadan buz kimi asılı qalır..

İbrahim Nebioglu

09 Nov, 05:54


Bayrakları bayrak yapan üstündeki kandır
Toprak eğer uğrunda ölen varsa vatandır...


Mithat Cemal Kuntayın məşhur şeirindəki bu misralar Zəfər gününü Bayrak gününə bağlayır sanki. Və bu sözlər Qarabağ Zəfəri ilə üç rəngli Bayrağımıza daha dərin və anlamlı məna yükləyir.

Üç rəngli bayrağınla məsud yaşa!
Şanlı Bayrağımızın Dünya durduqca dalğalanmasını arzu edirəm!

İbrahim Nebioglu

09 Nov, 05:21


Üçrəngli bayrağımız 106 il əvvəl bu gün Azərbaycan Hökuməti tərəfindən qəbul edilmişdir.

ÜÇRƏNGLİ BAYRAĞINLA MƏSUD YAŞA, AZƏRBAYCAN!

İbrahim Nebioglu

09 Nov, 05:01


"EKSTAZ", EROTİKA VƏ MODERN TEXNOLOGİYALAR

"Ekstaz" adlı bir çex filmi var. 1933-cü ildə çəkilib. Kino tarixinin ilk erotik səhnələri bu əsərdə yer alıb. Film Roma papası tərəfindən yasaqlanmış, bir çox Avropa ölkəsi onu prokatdan qaldırmışdı. Hitler filmi bəyənmiş, ancaq bəzi yerlərini qayçıladıqdan sonra ekranlara çıxmasına icazə vermişdi.

İndiki seyriciyə bu film çox məsumanə və abırlı görünər. Ancaq 90 il əvvəlki puritan avropalı üçün "Ekstaz" biabırçı bir sinema filmi idi, onu indiki anlamda "18+" kateqoriyasına aid edərdilər. O zamankı cəmiyyət erotikaya, açıq-saçıq səhnələrə hələ hazır deyildi. Əslində bu gün gördüklərimizlə müqayisədə filmdə çox da etiraz ediləcək bir şey yoxdur - əsərin qəhrəmanı Eva adlı gənc bir qadın 10 dəqiqə boyunca göldə "lüt-üryan" üzür, vəssalam.

Eva rolunda tanınmış avstriyalı və amerikalı aktrisa Hedi Lamarr (1914-2000) çəkilmişdi. Lamarr 1937-ci ildə özündən yaşca böyük və zəngin ərindən qaçaraq Amerikaya sığınır. Qısa müddət sonra o, Hollivud starına çevrilir, çox sayda məşhur filmdə çəkilir.

Hedi Lamarr sinemadan başqa həm də tanınmış bir ixtiraçı idi. O, 1942-ci ildə torpedo sistemlərini uzaqdan idarəetmə sistemlərini patentləşdirir. Patent bir müddət gözdən iraq qalır. Lamarrın 1953-cü ildə ABŞ vətəndaşlığına keçməsi ilə Pentaqon bu sistemi Dəniz Qüvvələrində tətbiq eləməyə başlayır.

Bu gün evimizdəki TV pultundan tutmuş bütün kabelsiz texnologiyalara qədər hər şeyi (sim kart, wi-fi və başqa həyatımızı zənginləşdirən icadlar) Dünya bu Gözəllər Gözəli qadına borcludur. Kabelsiz texnologiyaların əsası Tesla tərəfindən təklif olunsa da onların ilk praktik həlli və tətbiqini məhz Hedi Lamarr həyata keçirib.

Hedi Lamarr IQ səviyyəsinə görə dövrünün ən ağıllı və zəki qadınlarından biri idi. Şəxsən mən "Erkəklər ağıllı qadınları" sevməzlər" fikri ilə qətiyyən razı deyiləm. Zənnimcə, ancaq ağılsız kişilər ağıllı qadını sevməzlər.

İbrahim Nebioglu

08 Nov, 16:52


Axmaqlıq haqda danışmaq ya da bu mövzudakı söhbətdən faydalanmaq istəyən biri özünün axmaq olmadığını iddia etməlidir. Belə olan halda özünün ağıllı və zəki olduğunu göstərmiş olur ki, bunun özü də onun axmaq olduğuna işarədir.
Robert Musil, “Aptallık Üzerine”

İbrahim Nebioglu

08 Nov, 13:29


Amerikan siyasətinin 2 böyük məğlub qadını

İbrahim Nebioglu

08 Nov, 12:43


Fridrih Merz Xristian Demokrat partiyasının sədri, müxalifət lideri və ehtimal ki, Almaniyanın gələcək kansleridir. Bu gün Zelenski ilə telefonla danışıblar:

Mertz: “Sənə nə lazımdır? Pul yoxsa silah?"
Zelenski: “2026-ya qədər kifayət qədər pulumuz var. Bizə silah lazımdır. Bizə məhdudiyyətsiz uzaqmənzilli silahlar lazımdır”...


Trampın seçilməsi hər şeyi başlanğıc nöqtəyə geri gətirdi. Kimilərinin bəxti gətirdi, əyilmiş belləri dikəldi, manevra üçün yeni sahələr yarandı...Və qazanan yenə qaranlıqlar oldular...

İbrahim Nebioglu

08 Nov, 06:29


UEFA Avropa Liqasında son durum:

3. Galatasaray
18.Beşiktaş
21.Fenerbahçe
29.Qarabağ

İbrahim Nebioglu

08 Nov, 05:25


Konstitusiya Günü, Bayraq Günü, Respublika Günü, Müstəqillik Bayramı…

Bütün bu əlamətdar günlər Zəfər Bayramı olmadan çox əksik və natamam idilər – Qarabağsız nə Konstitusiya, Xankəndində Bayraq dalğalanmırsa nə Bayraq günü, ərazilərimiz tapdaq altındadırsa nə Respublika Günü?...

8 Noyabr ilə onlar tamamlandılar, onların həqiqi anlamı və xalqımıza nələr ifadə etdikləri yenidən, daha gözəl formada təzahür etdilər…

Bayramlarınız Bayram Olsun, əziz və dəyərli dostlar!

İbrahim Nebioglu

08 Nov, 03:00


ADINI TURAN QOYDUM

İbrahim Nebioglu

08 Nov, 03:00


Türkiyə və türklərlə ilk tanışlığım atamın şəxsi kitabxanasındakı türkcə kitablardan başlayıb. 10-11 yaşlarımdan 17 cildlik “Türkiye Ansiklopedisi”ni vərəqlədiyimi xatırlayıram. Yaşım artdıqca bədii ədəbiyyat oxumağa başladım. Və təbii ki, Nazim Hikmətdən başladım. Çünki o zamanlar onun 8 cildlik “Bütün Eserleri” bizdə də vardı. Bu kitablar Bolqarıstanın “Narodna Prosveta” nəşriyyatında çap olunduğu üçün onlar Moskvadakı xüsusi kitab mağazasında satılırdı.
“Türkiye Ansiklopedisi” isə Sofiyada deyil, İstanbulda çap olunmuşdu və atam ensiklopediyanı bir gəmi kapitanından çox böyük pula almışdı. O vaxt bu kitabları almaq da təhlükəli idi, saxlamaq da. Mənfur rejim hələ dağılmamışdı…
* * *
“Narodna Prosveta” (bolq. Xalq Maarifi) 1945-ci ildə Bolqarıstanda yaradılmış dövlət nəşriyyatıdır. Rəsmi Sofiya 1949-cu ildə “Kitab çapı haqda” qanun qəbul edir və bütün poliqrafiya sənayesi dövlətin əlinə keçir. Gizli məqsədlərdən biri  Bolqarıstandakı türklərin nə oxuduqlarını nəzarətə almaq idi. Moskva isə bu kitabları yaymaqla Sovet İttifaqındakı türk milliyyətçiliyinə qarşı türkcə sosialist təmayüllü kitabları təbliğ etdiyinə inanırdı.
Təsadüfi deyil ki, Sovet dövründə satılanlar əsasən sol təmatüllü ədəbiyyat adamlarının –Nazim Hikmət, Aziz Nesin, Sabahattin Ali, Haldun Taner, Orhan Veli və b. kitabları idi. M. Akif Ersoy, Abdülhak Hamit, Yahya Bayatlı, N. Fazıl Kısakürek, Arif Nihat Asya və başqaları isə yasaqlı idilər. Onlardan bəzilərini ilk dəfə əlimə 1981-ci ildə aldım. Özü də Almaniya Demokratik Respublikasında, yəni sosialist Almaniyasının Karl Marks Ştadt şəhərində...
* * *
Sovetin nəyi də olmasa maraqlı, macəra dolu tələbəlik həyatı var idi. 3-cü kursun sonunda insitutumuzdan seçilmiş 25 nəfər tələbə Tələbə İnşaat Dəstəsilə Almaniya Demokratik Respublikasının Karl Marks Ştadt şəhərinə (indiki Kemnits) getdik. Avropanın hər ölkəsindən bir, Sovet İttifaqından isə iki dəstə var idi – biz və Moskva Dövlət Universiteti. 700-ə yaxın tələbə Karl Marks Ştadt universitetinin kampusunda yaşayırdı.
Dəstəmizdə bircə qız var idi – bu gün məşhur televiziya aparıcısı, gözəllər gözəli Nərgiz Cəlilova. Elə dəstəmizə də “Nərgiz” adını vermişdik. 15 gün Saksoniya əyalətində dəmir yolları üçün kabel çəkirdik. Sonrakı 15 gündə də Veymar, Drezden, Buxenvald və Berlini gəzdik.
Səhər 5.30-da yuxudan qalxır, 6.30-dan 15.30-a qədər çalışırdıq. Sonra isə sərbəst idik; diskotekalar, idman yarışları, sinema. Gəldiyimiz günün axşamı tələbə yeməkxanasından çıxarkən qulaqlarıma inanmadım: arxamda TÜRKCƏ (!!!) danışırdılar. Donub qalmışdım, qorxumdan dönüb arxama baxmaq istəmirdim – birdən yanılaram, birdən onlar TÜRK yox başqaları olarlar…
O günə qədər türkcə danışığı ancaq radioda eşitmişdim, canlı Türk isə görməmişdim. Arxamdan gələnlər Federativ Almaniya tələbə dəstəsinin 5 türk üzvü idi. Biri solçu, 4-ü isə milliyyətçilər idilər: Mustafa, Hasan, Süleyman və Ali. Onlarla ilk gecəni yatmamış, səhərə qədər söhbət etmişdik (Solçu olan rus tələbələrə yaxınlıq eləmək istəmişdi, onlar da üz verməmişdilər).
Bu sətirləri yazarkən də hisslərimi boğa bilmirəm, həyatda yaşadığım ən önəmli günlərdən biri idi; Türklərlə danışırdım, sarılaraq, sevinc və göz yaşı ilə...Türk olduğumu anlayırdım, əmin olmuşdum o gecə…
* * *
Kampusda keçirilən futbol turnirində finala Federativ Almaniya komandası ilə moskvalılar çıxdılar. Mustafagil alman komandasının əsas oyunçuları idilər. Mən də onlara dəstək üçün finala baxmağa getdim. Oyuna yarım saat qalmış dedilər ki, hakim gəlməyib. Sağa-sola baxıb finalı mənə həvalə elədilər.
İlk dəfə hakimlik edirdim. Oyun 0-0 hesabı ilə bitirdi ki, almanların son hücumunda Hasanın ayağı cərimə meydanında dolaşdı və tappılti ilə yerə düşdü. Nə bir təmas var idi, nə də qayda pozuntusu. Mən düşünmədən 11 metrəni göstərdim. Üstümə gələn ruslara bir sifət göstərdim ki, geri çəkildilər. Mustafa penaltını qola çevirdi. Maç bitdi, kuboku alman komandası aldı.

İbrahim Nebioglu

08 Nov, 03:00


Ertəsi gün axşam bizimkilər iclas keçirdilər. İçimizdən biri (hamı onun kim olduğunu və hara işlədiyini yaxşı bilirdi) məni satmışdı. Komandirimiz (fəlsəfə kafedrasının dosenti idi) mənə xəbərdarlıq elan etdi və “Boz qurdçularla” dostluq etdiyimə görə Bakıya qayıdan kimi ali məktəbdən qovulacağımı söylədi. İclas Nərgiz Cəlilovanın hıçqıraraq ağlaması ilə bitdi.
Mən nə də olsa institutdan qovulacam deyə açıq-aşkar bütün boş vaxtlarımı axıra qədər türklərlə keçirdim. Hədiyyə etdikləri 3 kitabı –  “Safahat” (M.A. Ersoy), “Kaldırımlar” (N.F. Kısakürek) və A.N. Asyanın şerlərini Polşa-Sovet sərhədində rus sərhədçilərininin diqqətindən yayındırıb evə gətirdim…
Sentyabr ayında məni rektorluğa çağırdılar. Allah akademik Azad Mirzəcanzadəyə rəhmət eləsin, onun sayəsində qovulmaqdan qurtuldum. Rektora, akademik İsmayıl İbrahimova sərt bir şəkildə “O cavan olğan burada qalıb oxuyacaq” demişdi. Onun şəksiz nüfuzu öz rolunu oynadı.
* * *
3 il sonra isə aspiranturaya daxil oldum – Azad müəllim elmi rəhbərim oldu…
Hərdən instituta nümayişkarcasına Mustafanın mənə hədiyyə etdiyi futbolka ilə gedirdim. Futbolkanın üzərində qurd rəsmi, üstündə isə “Turan” yazılmışdı. Yaman forslanırdım o futbolkanı geyəndə.
Bir o maykanı ilk dəfə geyəndə forslanmışdım, bir də oğlum olanda.
9 il sonra oğlum oldu. Adını Turan qoydum…

İbrahim Nebioglu

07 Nov, 17:24


Baxın qarşıma çıxan kitaba –

“Ленин и Октябрьский Переворот…как жил и работал и что писал В. И. Ленин накануне октября и в октябрьские дни” (Lenin və Oktyabr Çevrilişi, oktyabr ərəfəsində və oktyabr günlərində V.İ.Lenin necə yaşayıb, nələr yazıb)…

Facebook-un təzə çıxan zamanlarında 7 noyabra “Oktyabr Çevrilişi” yazmışdım.
Şeşə bığlı, profil şəkli Marks, Engels və Lenin olan bir adam məni təhdid edərək, “Səni sahə məhkəməsinə vermədən güllələyirdim” yazmışdı.

O Qırmızı Terrorçu, Lenin və Trotski tör-töküntüsü indi hardadır bilmirəm, ancaq bu kitabı ona hədiyyə etməyi çox istərdim…

1924-cü ildə Tiflisdə “Зaккнигa” nəşriyyatında çıxmış bu kitab o dövrün hadisələrinə olduğu kimi qiymət verib, doğruları yazıb. Belə ki, 7 noyabr hadisələrindən sonrakı ilk 10 ildə “inqilab” deyə bir sözdən istifadə edilmirdi. Olanlar hakimiyyətin Bolşeviklər tərəfindən qanunsuz olaraq ələ keçirilməsi kimi təsvir edilirdi.

Stalinin iqtidara gəlməsi ilə həm vətəndaş müharibəsini, həm də 7 noyabrı romantikləşdirməyə başladılar, ona allı-pullu əlbisələr geyindirdilər. İfrata vardıqca da Çevriliş öncəsi ilə sonrasını yenidən yazmağa başladılar. Yeni təsnifatda Leninlər, Stalinlər, Trotskilər bütləşdirildilər. Halbuki Nikolayı çevrilişlə devirənlər bizdiyimiz terrorçular idilər…

Məktəbli ikiən Sergey Eyzenşteynin məşhur "Oktyabr" (1927) filmində "İnqilab" zamanı bolşeviklərin Qış Sarayına hücum səhnəsini heyrətlə seyr edərdim. Halbuki inqilab olmadığı kimi “Qış sarayına hücum” deyə bir şey də olmamışdı…

Nəfəsləri belə yalandı onların…

İbrahim Nebioglu

07 Nov, 14:04


QƏNİRƏ PAŞAYEVA ADINA TƏQAÜD

Beyazıtdan Çemberlitaşa çıxarkən sizi İstanbulun bütün dövrlərini əhatə edən bir-birindən gözəl tarixi əsərlər gözləyir. Bir tərəfdə Ayasofya və Sultanahmet camisi, qarşısında isə iki mərtəbəli, ancaq ehtişamlı bir bina. Bura əvvəllər ibtidai məktəb (sıbyan okulu) olub. 1978-ci ildən – tanınmış türk ədəbiyyatçısı və yazarı Ahmet Kabaklı (1924-2001) tərəfindən qurulan Türk Ədəbiyyat Vəqfi burada yerləşir.

Türk Ədəbiyyat Vəqfi yayınladığı kitablar və hazırladığı ədəbiyyat dərgiləri ilə ölkənin mədəniyyət həyatında aktiv rol oynayır. Çox sayıda aydın insanın həftədə bir dəfə – çərşənbə günləri toplandığı “Ədəbiyyat söhbətləri” də bu tarixi binada keçirlir.

6 noyabr 2024 tarixində mən də bir qrup yaxın ətrafımla Türk Ədəbiyyat Vəqfi və onun hörmətli başqanı Serhat Kabaklının qonağı idik. Çərşənbə günü idi, ancaq o günün proqramı ədəbiyyatı aşıb, daha geniş bir Dünyanı – Qənirə Paşayeva Dünyasını qucaqlayacaqdı.

Türk Ədəbiyyatı Vəqfi Qənirə Paşayevanın vəfatının 1-ci ildönümündə onun beş kitabını nəşr edib. Bu əsərlərin müəllif hüquqları və satışından əldə olunan gəlir Türk Dünyasından Türkiyədə ali təhsil alan tələbələrə “Qənirə Paşayeva Bursu (Təqaüdü)” olaraq veriləcək.

Bu səbəblə Vəqfdə keçirilən anma və kitabların təqdimat toplantısında iştirak edən alim və ədəbiyyatçılar, Qənirə xanımla bərabər çalışmış və müştərək layihələr həyata keçirmiş qonaqlar bu bənzərsiz Dava insanı haqda xatirələrini paylaşdılar, onun adını daşıyacaq tələbə təqaüdününün mənəvi tərəfindən bəhs etdilər.

Maltepe universitetinin müəllimi Ramazan Korkmaz Qənirə Paşayevanın ədəbi mirasından, “Türk Edebiyatı” dərgisinin Baş redaktoru, tanınmış yazar İmdat Avşar Qənirə xanımla uzun illərə dayanan dostluqları ilə onun kitablarını çapa hazırlaması ilə bağlı xatirələrini dilə gətirdilər.

Mənim üçün belə mərasimdə çıxış etmək, 25 illik gözəllər gözəli dostum haqda onun əngin fəaliyyəti haqda nəsə demək çox ağır və iztirab verici idi. Xüsusilə də əgər qarşımda, salonun ilk cərgəsində Tehran xanım oturmuşdusa…Qənirə xanımın Türk Dünyası qarşısındakı xidmətlərindən bəhs etməklə kifayətləndim…

Kəmalə Paşayeva da dəyərli bacısının kitablarının satışı ilə ediləcək gəlirdən veriləcək təqaüdü çox anlamlı bulduğunu, Qənirə xanımın ruhunu şad edəcəyini ifadə etdi, kitabın ərsəyə gətirilməsinə dəstək olan dostumuz, iş adamı Mert Sanaça təşəkkürlərini bildirdi.

Serhat Kabaklı Hoca da belə bir təşəbbüsü həyata keçirdiklərindən dolayı məmnuniyyət duyduqlarını bildirdi…70 yaşlı bir münəvvərin qəhərlənməsi bizə itkimizin nə qədər böyük və yerinin doldurulmaz olduğunu hiss etdirdi bir daha…

Kədər və sevincin qəribə bir vəhdəti haqda düşündüm o tarixi binada…

İbrahim Nebioglu

07 Nov, 10:47


Gözümüz aydın olsun!

1991-ci ildən başlayan Ortaq Türk Əlifbası Layihəsi 33 il sonra gerçək oldu.
Bu ilin sentyabr ayında Bakıda keçirilən Ortaq Əlifba Komissiyasının toplantısında Layihə qəbul edilmişdi.

Dünən isə Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Ortaq Türk Əlifbası Türk Dövlətlərinə tövsiyyə edildi.

Prezident R.T. Erdoğan sammitdəki çıxışında belə dedi:

“Ortaq Əlifbamız həm də ortaq taleyimizin, ortaq gələcəyimizin və gələcəyə birlikdə addım atmaq iradəmizin əlamətidir. Bu sahədə səylərimizi artıraraq, inşallah aramızda olan bütün maneələri aradan qaldıracaq və Türk Dünyasının tarixi qucaqlaşmasına imza atacağıq”.

Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası bu məsələdə hazır olduğunu söyləyən Erdoğan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın da yeni əlifbaya keçid təşəbbüsünün məqsədəuyğun olacağını dedi...

Beləliklə, TDT-yə üzv ölkələr 34 hərfdən ibarət Ortaq Türk Əlifbasını əsas alaraq lazımi qərarları verəcəklər.

Başda Türk Akademiaysının prezidenti akademik Şahin Mustafayev olmaqla bu böyük tarixi hadisədə əməyi keçmiş hər kəsi təbrik edirəm. Tarix sizlerin bu fədakarlığını əsla unutmayacaq.

İbrahim Nebioglu

07 Nov, 09:23


Bu gün günlərdən 7 noyabr

Georgiy Savitskiy (1887-1949) sovet rəssamıdır. 1942-ci ildə Stalin mükafatına layiq görülüb. Ancaq rəsm əsərlərinə görə yox, təbliğat xarakterli plakatlara görə.

Bayaq təsadüfən qarşıma onun məşhur, amma zənnimcə, sənət baxımından heç bir dəyəri olmayan "1885-ci il Morozov tətili ərəfəsində fəhlələrin iclası" tablosu çıxdı. Diqqətimi buradakı "əzimli", "ideyalı" proletariatın nümayəndələri deyil, masanın üstündəki 3 litrlik boş samoqon şüşəsi çəkdi.

11 qəhrəmanı var Savitskinin tabloda. Bu hesabla adama 300 qr düşür. 300 qr 70 dərəcəlik "zəqqutun" içəndən sonra bu adamların ortaya qoyacaqları iş nə olacaqdı ki?

Ortaya çıxartdıqları Oktyabr çevrilişi də elə bu "kafa"nın məhsulu deyilmi?..

İbrahim Nebioglu

07 Nov, 05:00


Kainatın təxminən 68%-ni təşkil edən Qaranlıq Enerji (Dark Energy) tam bir sirrdir.
Onun nə olduğunu və necə işlədiyini bilmirik.

Qaranlıq Enerji hipotetik enerji növüdür. Kainatın riyazi modelinə onun müşahidə edilən genişlənməsini izah etmək üçün daxil edilmişdir.

İbrahim Nebioglu

07 Nov, 04:01


Bəzi populyar dərgilərin üz qabığı

İbrahim Nebioglu

06 Nov, 17:01


YENİ MODA

Yeni moda yaranıb Avropada.
Və bu moda sürətlə bütün dünyaya yayılır.
Kofe içməyi tərgitməkdən yazıram.

Necə ki, bir vaxtlar siqaret çəkənlərə 2-ci sinif insan kimi baxırdılar, indi də kofe içənlərə.
Kofein asılılığı xəstəlik kimi tanınır artıq.
“Yoxsa kofeni tərgitmək trendi bundan sonramı yaranıb?” deyə düşündüm.
Bilmirəm, ancaq səhərlər təzə dəmlənmiş qəhvə ritualının pis bir vərdiş olduğuna inananların sayı durmadan artır. Ümumdünya Səhiyyə Təşkilatı kofein asılılığını kliniki xəstəlik kimi tanıyıb. ABŞ Səhiyyə Departamenti 400 millilitrdən çox qəhvə içməməyi tövsiyə edir, günə iki-üç fincan qəhvə limiti qoyub.

Sizin də ətrafınızda “Ayyy, mən səhər tezdən qəhvə içməsəm ayıla bilmirəm” deyən çox insan var, əminəm. Elə əzilə-büzülə deyirlər ki, sanki bütün gecəni daş daşıyıb yorulublar, bunları ayıltsa ancaq qəhvə ayıldacaq…

Əslində kofein bir psixostimulyatordur. Bir fincan qəhvə içdikdən 10-15 dəqiqə sonra insan özünü ayıq hiss edir, yuxusu qaçır, performansı artır. Tədricən kofeinin təsiri keçir, bir neçə saat sonra insan əvvəlki halına dönür. Orqanizm yenidən stimulyator – qəhvə tələb edir. Taqətdən düşmüş, bitmiş və tükənmiş hiss edirsən özü. Və çarəni yenidən bir fincan qəhvədə görürsən. Çünki artıq bağımlısan, asılılıq yaranıb səndə, qəhvə tiryakisi olubsan artıq…

Mən bu kofe tiryakilərini övladlarını rus məktəbinə göndərənlərə bənzədirəm.
Necə ki, onlar özlərini yuxarı təbəqə hiss edirlər, kofe sevdalıları da ona oxşar şeylər hiss edirlər…

Ancaq Dünya dəyişir, əski alışqanlıqlar yeniləri ilə əvəz olunur, gənclərin dəyişən həyat tərzləri kimi. İndi bu dəyişikliklərin içində qəhvə içməyi buraxmaq var. “Cool” görünmək üçün gənc nəsil Avropada kütləvi şəkildə qəhvədən imtina edir. Yeni dalğanı son bir-iki ildə Almaniyada şəxsən müşahidə etdim. Çeşid-çeşid qəhvə satan kafelərdə artıq müxtəlif növ çaylar təklif edilir. Bunun başlıca səbəblərindən biri yeni nəslin sağlam həyat tərzinə meyl etməsidir.

Qəhvə içməyə tövbə edib onu buraxanlar sosial şəbəkələrdə bədənlərində yaranan dəyişikliklərdən yazırlar. Onlar dərilərinin canlanması, kofeinin diş minasına mənfi təsiri, arıqlamaları, yuxu keyfiyyətinin artmaları haqda bol-bol paylaşımlar edirlər. Bu da kofedən imtina etməyi gün keçdikcə daha populyar qılır.

Bu paylaşımlar “kofensiz enerjim olmur” inancının bir mif olduğunu ortaya qoyur. Qəhvə sizi özünə əsir etdiyi üçün getdikcə daha çox içirsiz. Halbuki enerji mənbəyi kimi yüngül səhər idmanı, ya da kontraslı duş insana qəhvədən daha çox enerji verir.

“X jenerasyonu” və ondan sonra gələn nəsillər daha uzun yaşamaq üçün transhumanistlər kimi olmasa belə, ən az onlar qədər sağlamlıq və sağlam həyat tiryakisi olmağı seçirlər.

İbrahim Nebioglu

06 Nov, 10:43


Maurits C. Escher, “Göz”
Əsər bizə insan varlığının sonsuz olmadığını xatırladır.
Kainatın içindəyik, baxışlarımızı yuxarı çevirir, onun xaricinə baxır, ancaq onun xaricinə çıxa bilmirik.
Tablonu ilk dəfə görənlər vahiməyə düşürlər, çünki Ondan O Tərəfə nə var bilmirlər…

* Maurits Cornelis Escher (1898 – 1972), görkəmli Hollandiya rəssamı, qrafika ustası. Sonsuzluq və simmetriya anlayışlarının plastik aspektlərini, üçölçülü obyektlərin psixoloji qavrayışının xüsusiyyətlərini ustalıqla təsvir edən böyük sənətkar.

İbrahim Nebioglu

06 Nov, 09:32


Vox Populi, Vox Dei

Xalqın səsinin Haqqın səsi olması fikrinə (oxu: iddiasına) hər zaman ehtiyatla yanaşmısam. Ələxsus da indi...

İbrahim Nebioglu

06 Nov, 07:33


O

Mənəzərə aydınlaşmağa başlayır.
Və ehtimal ki, çəkilən dumanın arxasından O çıxacaq...

Demokratların – solçuların uğursuz parodiyasının məğlubiyyəti sevindirir məni.
Respublikaçıların iqtidara gəlməsi yaxşı olsa da gərək onların lideri O yox, başqası olaydı...

Şimal qonşumuzdakı həftələrdir sürən səssiz, gərgin "bəkləyiş" onların üzünü güldürəcək şübhəsiz.
Ancaq bu, qonşularımız üçün əsla və əsla bir qurtuluş demək deyil, çünki onlar zatən dönüşü olmayan bir yoldadırlar.

O-ndan başqa heç kimə yaxşı olmayacaq,
Dünya üçün bundan daha pis olmayacaq,
çünki bundan da pis olmağa artıq yeri yoxdur...

İbrahim Nebioglu

06 Nov, 05:30


Meta şirkəti üzərində 10 ildir çalışdığı Orion Artırılmış Reallıq eynəklərini təqdim etdi. Eynəklər eyni vaxtda nitqi müxtəlif dillərə tərcümə edə bilir, baxışlarla idarə olunur və cəmi 100 qram ağırlığındadır. Kitə beyin siqnallarını izləyən neyron qolbaq daxildir.

İbrahim Nebioglu

06 Nov, 03:00


QARABAĞ VƏ TƏBİƏTİN DİLİ

Heç hənanın yeridimi deməyin. Yeridir, həm savaş yaxında Zəfərlə bitəcək, həm də biz bu savaşı yüksək texnoloji müharibəsi olaraq apardıq və bu da qələbəmizdə çox önəmli rol oynadı. Hər şey bitdikdən sonra Qarabağda Böyük Quruculuq işlərinə başlayacağıq.

Artıq bəzi dostlar Qarabağda yaradılacaq muğam məktəbləri, tar və dəf sexləri, keçiriləcək musiqi festivalları kimi planlardan yazırlar. Zənnimcə, bunlar hamısı olacaq, istəməsək də olacaq.

Ancaq gəlin Qarabağda özümüzün Silikon Vadimizi yaradaq, Texno Parklar salaq, burada Süni İntellekt, Robot texnologiyaları, Bio-genetika, Kosmik və sintetik biologiya və s. ilə məşğul olan araşdırma mərkəzləri açaq, yüzlərlə, minlərlə övladımıza kiçik yaşdan kodinq dərsləri verək. Axı əks-təqdirdə Qarabağa gəncləri cəlb edə bilməyəcəyik, axı ora Vətən həsrəti ilə yanan yaşlı insanları göndərməklə Qarabağı gücləndirmək, inkişaf etdirmək mümkün olmayacaq.

Gəlin Qarabağı Azərbaycanın muğam mərkəzi deyil, yeni texnologiyalar paytaxtı yapaq. Bakıda, xaricdə təhsil alsınlar, elmi araşdırmalar üçün Vətənə qayıtsınlar. Qarabağ əhalisinin orta yaş həddini 30-40 arasında tutmaq lazımdır, yoxsa işimiz çətin olacaq.

Futurologiya ilə bağlı bir şey oxuyurdum. Qarabağın, Azərbaycanın sabahını düşündüm. Heç kim inciməsin – musiqi ilə uzağa gedə bilməyəcəyik. Biz Dünyanı riyaziyyatla kəşf etməliyik, Təbiətin dili ilə…
6 noyabr 2020

İbrahim Nebioglu

05 Nov, 17:15


ELMİ NƏŞRLƏRİN SAYINA GÖRƏ ƏN YAXŞI UNİVERSİTETLƏRİN REYTİNQİ

Ən çox elmi nəşri olan Dünyanın 10 universiteti reytinqində Çin ABŞ-ı keçərək liderliyi ələ keçirdi.
Çin ali təhsil sahəsində də artıq ABŞ-la yarışır.
O, bəzi göstəricilərə görə hətta önə çıxır.

Elmi nəşrlərin sayı (2019-2022):

1. 🇨🇳 Zhejiang universiteti (Çin) 37,457
2.
🇺🇸Harvard universiteti (ABŞ) 36,654
3.
🇨🇳 Şanxay Jiao Tonq universiteti (Çin) 35,373
4.
🇨🇳 Sichuan universiteti (Çin) 29,536
5.
🇨🇳 Central South universiteti (Çin) 27,615
6.
🇨🇳 Huazhong Elm və Texnologiya universiteti (Çin) 27,549
7.
🇨🇳 Sun Yat-sen universiteti (Çin) 25,858
8.
🇨🇦Toronto universiteti (Kanada) 25,439
9.
🇨🇳 Jiaotong universiteti (Çin) 24,574
10.
🇨🇳 Tsinghua universiteti (Çin) 24,574

[mənbə: CWTS Leiden Ranking 2024]

Çin nəhəng addımlarla irəliləyir.
İlk 10 univeristetdən səkkizi Çin, biri ABŞ və bir də Kanada universiteti var.
30 il əvvəlki Çinə baxanda ölkənin necə inkişaf etdiyini görəcəyik.

Bəs bizdə vəziyyət necədir?
Ritorik sual olduğu üçün cavab verməyə bilərsiz...

İbrahim Nebioglu

05 Nov, 05:59


Amerika iki səbəbdən güclüdür:

1. Ölkəsindəki Vətən xainlərini bulur və öldürür;
2. Digər ölkələrin Vətən xainlərini bulur və istifadə edir.


–Henry Kissinger

İbrahim Nebioglu

05 Nov, 03:08


Şrödinger boşqabları

Şkafdakı boşqablar qapısı açılana qədər həm qırıq, həm də salamatdırlar.
Şrödinger paradoksu eksperimentin konkret müəyyən edilmiş şərtləri daxilində mövcuddur, onun şərtləri xaricində isə mövcud deyil. Yəni bu, insan idrakının sərhədsiz olmadığını göstərən yalancı paradoksdur.

Fiziklər, bilirsiz ki, çox zarafatcıl və itoynadan olurlar. Onlar “Həll olunmayan problem yoxdur” deyərək çətin paradoksların həllini də tapa bilirlər. Bu parodskun bəzi “həlləri”:

1. Şkafın içinə arxa tərəfdən girib boşqabları çıxarın;
2. Evi su ilə doldurun və sonra heç bir risk olmadan qapını açın.


Ümumiyyətlə, boşqablar qırıq və ya salamat olması fəlsəfi söhbətin mövzusudur, ən yaxşısı evə gedərkən mağazaya girib bir neçə boşqab almaqdır…

İbrahim Nebioglu

04 Nov, 18:42


HƏYATIMIZDAN ATILASI İNSANLAR

-Siz aramasaz, yazmasaz, sizi arayıb axtarmayanlar
-Heç nə öyrənmədikləriniz
-Başqasının sirrini sizə danışan (sizinkini də başqasına danışacaq)
-Dinləməyi bilməyən, öz fikrini yeridən
-"Çox məşğulam" deyib sizə zaman ayırmayanlar
-Çətinə düşəndə "mən beləyəm" deyib vəziyyətdən çıxanlar
-Saatlarla öz problemindən dəm vuran eqoistlər
-Sürəkli ümidsiz olan, üzü heç gülməyənlər
-Sürəkli alıb heç nə verməyənlər
-Acınızı və mutluluğunuzu bölüşməyənlər
-Özü müvəffəq olmayıb sizin uğurunuzu kiçik görənlər
-Sizə sayğı göstərməyənlər
-Sizə yalan söyləyənlər

İbrahim Nebioglu

04 Nov, 17:31


Amerika, 1970-ci illər.
Bir qrup alim – 3 fizik və 3 riyaziyyatçı qatarla elmi konfransa gedirlər.

Qatar tərpənəndə məlum olur ki, fiziklər 3, riyaziyyatçılar isə 1 bilet alıblar.
Fiziklər təəccüblənir, “Niyə 3 nəfərə 1 bilet alıbsız? Yoxlama olsa nə edəcəksiz?”, – soruşurlar.
“Bunun üçün biz bir alqoritm bilirik”, –riyaziyyarçılar özlərindən əmin şəkildə cavab verirlər.

Az sonra koridorun o biri başından nəzarətçi biletləri yoxlamağa başlayır.
Riyaziyyatçıların 3-ü də bir göz qırpımında ayağa qalxır, qaçaraq tualetə girirlər.
Nəzarətçi ümumi vaqondakı hər kəsin biletini görəndən sonra tualeti yoxlamaq üçün qapını döyür.
Qapı azca aralanır, dəlikdən 1 bilet çıxır.
Nəzarətçi bileti komposterlə dəlib aradan geri soxur.

Konfransdan sonra alimlər evlərinə yenə bir qatarda qayıdırlar.
Bu dəfə fiziklər 1 bilet alırlar.
Riyaziyyatçıların isə heç bileti yoxdur.
Fiziklər bu dəfə də təəccüblə riyaziyyatçılara baxanda onlar yenə “Biz bir alqoritm bilirik”deyirlər.

Nəzarətçı vaqonun o başından girəndə fiziklər tez qalxıb tualetə qaçırlar.
Bir qədər sonra tualetin qapısı döyülür.
Fiziklər bileti qapının dəliyindən qırağa uzadırlar.
Riyaziyyatçılar bileti cəld çəkib sonrakı vaqonun tualetinə qaçırlar…

İbrahim Nebioglu

04 Nov, 16:01


Tolstoyevskilərin mədət umduqları yerdə vəziyyət heç də söylədikləri kimi deyil...

ELMLƏR NAMİZƏDİ DƏRƏCƏSİ OLANLARIN FAİZİ:

🇸🇮 Sloveniya: 3,6%
🇨🇭 İsveçrə: 3,0%
🇱🇺 Lüksemburq: 2,0%
🇺🇸 Amerika Birləşmiş Ştatları: 1,8%
🇸🇪 İsveç: 1,6%
🇩🇪 Almaniya: 1,4%
🇬🇧 Böyük Britaniya: 1,3%
🇦🇺 Avstraliya: 1,3%
🇮🇱 İsrail: 1,3%
🇫🇮 Finlandiya: 1,2%
🇮🇸 İslandiya: 1,2%
🇦🇹 Avstriya: 1,1%
🇩🇰 Danimarka: 1,1%
🇳🇴 Norveç: 1,1%
🇮🇪 İrlandiya: 1,0%
🇳🇿 Yeni Zelandiya: 1,0%
🇫🇷 Fransa: 0,9%
🇪🇸 İspaniya: 0,7%
🇧🇪 Belçika: 0,7%
🇨🇿 Çexiya: 0,7%
🇵🇹 Portuqaliya: 0,7%
🇸🇰 Slovakiya: 0,7%
🇳🇱 Hollandiya: 0,6%
🇭🇺 Macarıstan: 0,6%
🇱🇹 Litva: 0,6%
🇪🇪 Estoniya: 0,6%
🇮🇹 İtaliya: 0,5%
🇵🇱 Polşa: 0,5%
🇬🇷 Yunanıstan: 0,5%
🇹🇷 Türkiyə: 0,4%
🇲🇽 Meksika: 0,1%
🇰🇷 Cənubi Koreya: 0,025%
🇨🇦 Kanada: 0,018%
🇯🇵 Yaponiya: 0,013%
🇮🇳 Hindistan: 0,0017%
🇷🇺 Rusiya: 0,0016%

[mənbə: According to World Population Review]

İbrahim Nebioglu

04 Nov, 03:35


Eşq olsun Moldovaya!

İbrahim Nebioglu

04 Nov, 03:01


Güvəndiyin dostun açtığı yaralar düşmənin öpüşündən daha yaxşıdır...
–Əhdi-Ətiq (İncil)

Şəkillər:
1. Giotto, The Arrest of Christ, 1304-6
2. Lodovico Carracci, The Kiss of Judas, 1589-90

İbrahim Nebioglu

03 Nov, 16:30


TRABZON MACƏRAM

Dostlarımla iddiaya girdim bir dəfə.
Dedim Trabzonspor-Qalatasaray maçına Qalatasaray forması ilə girə bilərəm.
Əslən qaradənilzli olan dostlarım əvvəlcə sözümü ciddiyə almadılar. Sonra dedilər ki, elə şir ürəyi yeyibsənsə girərsən, amma stadiondan şil-küt edilmiş halda çıxarsan. “Bəs siz məni qorumazsız ki?”,– sordum onlara. “Yox, o boyda stadion üstümüzə yürüyər, bilsələr ki, dostumuzsan bizi də sənin gününə salarlar” dedilər…

Bir ay sonra oyun vardı.
2018-nin soyuq bir qış günü Trabzona gəldik.
On nəfərdik, içimizdə bir qalatasaraylı vardı, o da məndim.
Hava limanından birbaşa Mustafa Abinin məşhur Kalamış meyhanəsinə gəldik.
Gec saatlara qədər əyləndik.

Ertəsi gün şəhərdə yer-göy klubun rənglərinə – “bordo-maviyə” bürünmüşdü.
Əslən trabzonlu olan dostum Ahmet Terzinin atası Osman bəy günorta bizi ortağı olduğu otelə balıq yeməyə dəvət etdi. Yeməkdən sonra məni kənara çəkib, “Sən bunlarla iddiandan vaz keç, naxoş olaylar çıxar” dedi. Üzərimdə Qalatasaray forması vardı, üstünə qısa gödəkçə geyinmişdim. Bu havada donardım stadionda. Osman bəy mənə qalın kurtka, Ahmet isə Trabzonun avtomobil plakası olan “61” yazılı bir şapka verdib boynuma bordo-mavili atkı - şərf doladı.

Trabzon stadionu kənardan bizim Kristal Hall-a bənzəyir.
Düşündüm ki, uğurlu gələcək bu stadion Qalatasaraya.
Birinci hissənin əvvəlində çıxan dava-dalaşda ara qarışdı nə qarışdı.
Onlardan Olcay, bizdən isə Fequli qırmızı kart yedilər.
Hər iki komanda 10 nəfər qaldı.

49-cu dəqiqədə Ndoye dirəkdən dönən topu qola çevirdi–
Trabzon 1:0 önə keçdi.
20 dəq sonra – 69-cu dəqiqədə Yusuf uzaqdan vurduğu zərbə ilə hesabı 2:0 etdi.
Oyunun bitməsinə hələ vardı, ən pis halda heç-heçə edərik dedim.
86-cı dıqiqədə Rodriges fərqi azaltdı – 2:1.
“Qooool” deyə bağıraraq yerimdən hoppandım.
Yanımdakı dostumuz professor Yavuz Tekelioğlu balaca boyuna rəğmən üstümə atlayıb məni yerimə yatızdırdı. Gözləri dönmüş Trabzon azarkeşlərinə dönərək “Şaka yapıyor, o da bizim gibi Trabzonsporlu” dedi…

2:1 hesabı ilə Qalatasaray məğlub oldu.
Gecə otelin önündə dostlarım məni təklədilər ki, iddianı uduzdun, hesablar səndəndir. “Uduzub eləməmişəm” deyib əynimdəki qalın kurtkanın yaxasını açdım.
Altından Qalatasarayın “sarı-qırmızı” rəngli forması göründü.

Mübahisə düşdü ki, bu cığallıqdır, iddianı uduzubsan, çünki forma altda idi, görünmürdü.
“Bu tərs trabzonluları fikirlərindən daşındırmaq mümkün olmayacaq” deyib, uşaqları “Zorlu” otelinin barına dəvət elədim. Qarsona da dedim ki, nə istəyirlər gətir, bu gün sizin gününüzdür, qalibsiniz…

Gecə hər kəs dağılandan sonra hesabı ödəmək istəyəndə “Nə hesab dedilər, siz bizim şəhərin əziz qonağısız”…

İki ay sonra Qalatasaray 75 xalla 2017/18 sezonunun çempionu oldu.
Başakşehir ikinci, Fenerbahçe üçüncü oldular.
Trabzonspor isə 55 xalla dördüncü yerlə kifayətləndi…

Trabzonu sevirəm, trabzonsporlu dostlarımı da…

İbrahim Nebioglu

02 Nov, 04:00


Rumex crispus...Əvəlik…

İbrahim Nebioglu

01 Nov, 18:01


İkinci Dünya Müharibəsindən qısa müddət sonra...

1945-ci ildə Müttəfiqlər Orduları tərəfindən bombalanmış Drezden şəhərinə bir qrup sənətsevər gəlir. Onların məqsədi “Elbanın Florensiyası” adlanan bu gözəl şəhərdə bombardmandan salamat qalan artefaktları xilas etməkdir. Qrupda Remo Giazotto adlı musiqişünas da var. İtalyan barokko musiqisi üzrə mütəxəssis Giazottonun ilk dayanacağı bəstəkar Tomaso Albinoninin əlyazmalarının yerləşdiyi dövlət kitabxanasıdır.

Təəssüf ki, çox şey yoxa çıxdı. Giazotto xarabalıqlarda 1708-ci il trio sonatasının motivlərini tapmağa müəssər olur. Baslar və altı melodiya ölçüləri...

Musiqişünas bilik və təcrübəsindən istifadə edərək bütün bölməni ortaya çıxarmağa nail olur. Bu, Albinoninin məşhur Adagiousudur.
Müharibənin küllərindən yenidən doğulan “Albinoni Sol Minor Adagio” bu gün Barokko musiqisi tarixində ən mühüm əsərlərdən biridir.

Gəlin bir daha Stjepan Hauzerdən dinləyək..

https://www.youtube.com/watch?v=kn1gcjuhlhg

İbrahim Nebioglu

01 Nov, 17:00


ZAMAN OXU
Zaman oxu zamanın asimmetriyasını və ya zamanın istiqamətli olduğunu təsvir edən bir anlayışdır. Bu, zamanın keçmişdən gələcəyə axdığı və əks istiqamətdə axmadığı anlamına gəlir. Zaman oxundakı hər hansı iki üst-üstə düşməyən nöqtədən biri həmişə digərinə görə gələcəkdədir (qabaqdadır). Konsepsiya təbiətdəki bəzi proseslərin geri dönməzliyini, məsələn, entropiyanın artması, qeyri-sabit hissəciklərin parçalanması və Kainatın genişlənməsini göstərir.

Zaman oxu fizika qanunu deyil, o, böyük sistemlərin ilkin şərtlərinin və statistik davranışının nəticəsidir. Onun mənşəyi Kainatı yaradan hadisə olan Böyük Partlayışla bağlıdır. Bu konsepsiya 1927-ci ildə ingilis astrofiziki Arthur Eddington (1882-1944) tərəfindən işlənib hazırlansa da ümumi fizikada həll olunmamış bir məsələdir…

Standart kosmoloji modelə görə Böyük Partlayış çox yüksək sıxlıq, temperatur və entropiyaya malik bir durum idi. Kainat genişləndikcə və soyuduqca daha nizamlı və quruluşlu oldu; ulduzlar, qalaktikalar, planetlər və Həyat yarandı. Kainatın bəzi bölgələrində entropiyanın belə azalması Kainatın ümumi entropiyasının artması sayəsində mümkün olmuşdur. Zatən termodinamikanın 2-ci qanunu Kainatın ümumi entropiyasının artışını proqnoz edir. Böyük Partlayış həm də keçmişlə gələcək arasındakı fərqi yaratdı, çünki bu, geri gətirilməsi mümkün olmayan və təkrarlana bilməyən tək bir hadisə idi.

Zaman oxunun gələcəyi qeyri-müəyyəndir və onun gələcəyi Kainatın taleyindən asılıdır. Kainat sonsuza qədər genişlənməyə davam edərsə, nəticədə o, maksimum entropiya vəziyyətinə çatacaq. Belə olan halda enerjinin və maddənin formaları bərabər şəkildə paylanmış olacaq və heç bir dəyişiklik baş verə bilməyəcək. Yaranan durum İsti Ölüm Senarisi kimi tanınır, bu isə Zaman oxunun yox olacağı deməkdir, çünki keçmişlə gələcək arasında heç bir fərq qalmayacaq.

Əgər Kainatın genişlənməsi dayanar və büzülməyə (sıxılmağa) başlayarsa Zaman oxu Böyük Çöküş kimi bilinən sinqulyarlığa çevriləcək. Bu senaridə Zaman oxu tərsinə dönəcək, çünki entropiya azalacaq, nizam isə artacaq. Lakin hər iki senari hipotetikdir və bir çox fərziyyə və qeyri-müəyyənliklərdən asılıdır.

Zaman oxu fizikanın ən sehrli və sirli aspektlərindən biridir. O, bizim gündəlik reallıq təcrübəmizə, səbəbiyyət qavrayışımıza və azad iradə anlayışımıza təsir edir.

Zaman oxu həm də zamanın özünün mahiyyəti və mənası ilə bağlı bir çox fəlsəfi suallar doğurur.
Kainatın xaosa meylli olması zamanın bir istiqamətdə axmasının əsas səbəbidir.

İbrahim Nebioglu

01 Nov, 14:48


🛑The Guardian'ın Galatasaray - Tottenham maçı öncesi yazısı.

"Türkiye'nin altın nesli yerel akademilere çok az şey borçlu ancak gelecek hafta Tottenham ile karşılaşacak olan Galatasaray en azından yüksek gelirli tecrübelerden uzaklaşmaya başlıyor...
Gala, mevcut kadrolarında çok sayıda iyi maaşlı tecrübeli oyuncu bulundururken; (Icardi, Michy Batshuayi, Hakim Ziyech, Dries Mertens) kulüpte yeni bir zihniyetin başlangıcı var. Galatasaray'ın gençlik akademisinden oyuncu olarak gelen ve 2002 Dünya Kupası yarı finaline ulaşan Türkiye kadrosunda yer alan Teknik Direktör Okan Buruk, bu değişimin merkezinde yer alıyor ve 2022'de kulübe döndüğünden beri takımını üst üste şampiyonluklara taşıdı.
Pazartesi gecesi Beşiktaş'a karşı 2-1'lik derbi galibiyetinin ardından Galatasaray, Süper Lig'de yine sekiz puan farkla zirvede yer alıyor ve şu ana kadar oynadığı 10 maçta yenilmedi.
Galatasaray'ın bu sezonki tartışmasız en önemli oyuncusu, Ağustos ayında Norwich'ten yaklaşık 20 milyon sterline transfer edilen ve Galatasaray'ın yüksek kazançlı tecrübeli oyunculara olan bağımlılığını azaltmak için yeni bir bilinçli çabanın parçası olan Gabriel Sara oldu.
Championship'te olduğu gibi Sara, şık sol ayağı ve ölümcül duran top paslarıyla takımının baş yaratıcısı oldu ve 25 yaşındaki oyuncu, Beşiktaş'a karşı yaptığı iki gol pasıyla sezon boyunca toplam gol sayısını beşe çıkardı. Bu sezon Süper Lig'de ondan daha fazla gol attıran oyuncu yok. Ayrıca takımda Osimhen gibi bir de dünya yıldızı bulunuyor...
İster yurtdışında parlayan Türk milli oyuncuları, ister Süper Lig'de parlayan beklenmedik yabancı oyuncular olsun, Türk futbolunun sesini bir kez daha duyurmasını görmek büyüleyici!"

İbrahim Nebioglu

01 Nov, 13:06


Kosmik gəmilərin ölçülərinin müqayisəsi

İbrahim Nebioglu

01 Nov, 06:00


Türk Dilinin Ərəb və Farsın əsarətindən qurtulması və Hərf İnqılabının 96 yaşı tamam olur bu gün.

1 noyabr 1928-ci ildə 1353 sayılı "Yeni Türk harflerinin kabul ve tatbiki hakkında Kanun"u qəbul edildi. Bu qanunla yeni Türk əlifbasına keçid prosesi başladı.

Gazi Mustafa Kemal Paşa Atatürk bu prosesə şəxsən rəhbərlik etmiş, yeni əlifbanın təbliğat və tətbiqində bilavasitə iştirak etmiş, orta məktəblərdə açıq dərslərə girmişdir. Ölkənin qərbində yerləşən Tekirdağdakı bir məktəbdə Atatürk gənclərdən birini yazı taxtasının qarşısına çağıraraq, yeni hərflə bir şeylər yazmasını istəyir. Təbaşiri əlinə alan gənc yazı taxtasına bunları yazır:

“Büyük Gazi’ye malik olan Türkler Bahtiyardır”

İbrahim Nebioglu

01 Nov, 05:00


1 noyabrda Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin 100 yaşı tamam olur. Azərbaycan xalqının böyük dostu, görkəmli dövlət xadimini rəhmət və sayğı ilə yad edirəm!...

İbrahim Nebioglu

01 Nov, 03:00


NOVEMBER, KASIM, NOYABR

Noyabr (lat. November - doqquzuncu) – Qriqorian təqvimi ilə on birinci aydır. Sezarın təqvim islahatından əvvəl il mart ayından başladığına görə qədim Romada ilin doqquzuncu ayı idi. Adını latın dilindəki “novem”, yəni “doqquz”dan almışdır.

30 gündən ibarət 4 aydan biridir. Şimal Yarımkürəsində payızın, Cənubda isə baharın son ayıdır.

Pravoslavlar noyabrı “listopad”, yəni “yarpaqdüşən” adlandırırdılar.
Osmanlıda 11-ci aya əvvəllər süryani dilindən götürülmüş “Teşrin-i sani” (Son Teşrin) deyilirdi. Sonra bu aya ərəb mənşəli, ayıran-bölən mənasını verən “kasım” adı verildi. Qədimdə kasım ayından başlayaraq il 180 günlük dövrlərlə Ruz-i Kasım və Ruz-i Hızır olmaqla iki yerə bölünürmüş.

Noyabr ayı 1917-ci ildə Oktyabr inqilabının (oxu: çevrilişinin) baş verdiyi ay olduğu üçün bizim yaşıdlar üçün neqativ, qara, kabus kimi assosiasiyalar yaradır. Gözümüzü açandan Leninin “fert” duruşu, “süngülü adam”, “Smolnının alınması” kimi onlarla qarabasmalar gördüyümüzdən ilin bu payız ayına münasibət də isti deyildi. Halbuki bu ay da ayrılıqların, sevinc və vüslatların ayıdır, nə qədər damardakı qanı sızlatsa da yenə də içində məhəbbət sızıltısı olan ömürdən bir parçadır.

Bu aydakı həsrəti, xatirələri ölməz Nazım Hikmet özünün “5 Kasım 1945” adlı şeirində belə təsvir edir:

Çiçekli badem ağaçlarını unut.
Değmez,
bu bahiste
geri gelmesi mümkün olmayan hatırlanmamalı.
Islak saclarını güneşte kurut:
olgun meyvelerin baygınlığıyla pırıldasın
nemli, ağır kızıltılar…
Sevgilim,
mevsim
sonbahar…


John Clare “November” şeirində çox bədbindir:

Nə qədər sönük və qaranlıqdır noyabr günleri.
Boş duman yüksəlir çıxılmaz akşamdan.
Ve indi, sabah səssizdir, gizlənir duman duman içində.


İskender Türsen də “Yine Aylardan Kasım” şeirində sevgisinə, canına döndərib üzünü:

…Yine aylardan kasım
Sanki sende kaldı bir yarım
Her nefesim her anım
Sanadır canım.
Bir teselli ver
Kırılan gururuma
Bir tebessüm et
Unutursun zamanla
Yine dalmışım aynada
Yüzüm ağlar
Yine dalmışım
Elimde fotoğraflar.


Hasan Hüseyin Korkmazgil “Sonbahar Oluyorum” şeirində çarəsizdir, payızın bütün çabalara rəğmən qışa təslimiyyəti kimi:

Gitme, sonbahar oluyorum, sonrası hiç
Ağaçlar bükmesinler n’olursun boyunlarını
Neden akşam oluyorum tren kalkınca
Kırlangıçlar birdenbire çekip gidince
Mendiller sallanınca neden tıkanıyorum
Öyle çok acımasız ki öyle birdenbire ki
Az önceki çiçekler nasıl da diken diken
Gitme, sonbahar oluyorum, sonrası hiç.

Noyabr böyük Atatürkün Dünyaya gözlərini əbədi yumduğu aydır. Bu səbəbdən də Türkiyə üçün ayrılığın, acı və hüznün ən dərindən yaraladığı bir aydır.

Aşık Veysel “Ağlayalım Atatürk’e” adlı şeirində ağı deyir Mustafa Kemal Paşaya:

Ağlayalım Atatürk’e
Bütün dünya kan ağladı
Süleyman olmuştu mülke
Geldi ecel, can ağladı.
Doğu batı cenup şimal
Aman tanrı bu nasıl hal
Atatürk’e erdi zeval
Memur mebusan ağladı.
Atatürk’ün eserleri
Söyleyecek bundan geri
Bütün dünyanın her yeri
Ah çekti, vatan ağladı.


Noyabr 2020-ci ildə həyatımızda sözlə tərif edilməyəcək bir Tarixi Hadisəyə səhnə oldu, Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı – Şuşa işğaldan azad edildi, Qarabağ savaşında, Vətən müharibəsində Zəfər qazanıldı. Noyabr ayı şəhidlərimizin qanı ilə sulandı, bu səbəbdən də bizim üçün Müqəddəs bir ay oldu.

Noyabr Zəfər ayıdır artıq.

Bir gün biz də ay adlarını milliləşdirsək noyabr ayını “Zəfər” ayı adlandıra bilərik.

İbrahim Nebioglu

31 Oct, 17:41


PROFESSORUN MƏKTUBU

Avqust ayında Sondan Durukanoğlu Feyizlə tanış olmaq üçün Haliçə getmişdim.
Haliç İstanbulda bir dəniz girintisidir.
Tarixi yarımadadakı Haliçə türklər “Altın Boynuz” da deyirlər.
Avropa ədəbiyyatında isə Haliç “Golden Horn” olaraq bilinir.

İstanbula ilk dəfə gələndə ən çox görmək istədiyim yerlərdən biri idi Haliç.
1453-cü ildə Konstantinopolun fəthi zamanı gəmilərin qurudan daşınaraq Haliç sularına endirilməsi Dünya tarixinin axarını dəyişdirən hadisələrdən biridir. Addım-addım gəzmişəm İstanbulun tarix qoxan bu əsrarəngiz səmtini. 1990-ların əvvəllərində Haliçdə gəzərkən dəniz girintisin sahilində yerləşən qədim bir bina gözəlliyi ilə diqqətimi çəkmişdi. O vaxt bura Cibali Tütün Fabriki idi.

1997-ci ildən isə restavrasiya edilmiş bu bina Kadir Has Universitetinin rektorluq binasıdır.
Professor Durukanoğlu Feyiz isə universitetinin rektorudur.
İxtisasca fizik olan Sondan xanım uzun illər Amerikanın Viskonsin və Kanzas universitetlərində, “University of Wisconsin-Madison”, Massaçusets Texnoloji institutunda çalışıb. 2018-ci ildən Kadir Has Universitetinin rektorudur…

Rektor xanımın sadə amma zövqlə döşənmiş Haliç mənzərəli otağında təbii ki, söhbətimizin əsas bölümü müasir tədris və onun problemləri haqqında oldu. Sondan hoca “Yeni Təhsil Modeli” adlandırdıqları təhsil sistemi ilə dünyanın istənilən yerində işləyə biləcək məzunlar yetişdirməyi hədəfləyirlər.

“Bu il çıxacaq Dünya Reytinqində bizim universitet ilk 1000 universitetdən biri olacaq” deyəndə mən Sondan hocaya uğurlar arzulayıb, bu çalışqan təhsil fədaisi ilə vidalaşmışdım.

Üç ay sonra mail adresimə bir elektron məktub gəldi.
Rektor xanımın göndərdiyi bu mail-i paylaşmaq istəyirəm:

“Hörmətli İbrahim Nebioğlu,

Kadir Has Universiteti olaraq son illərdə zəhmətimizin bəhrəsini almağa başladıq: Times Higher Education-ın 2025-ci il Dünya Reytinqində (Top 1000 in the Times Higher Education's 2025 World Rankings) ilk 1000-ə daxil olduq. İlk minliyə Türkiyədən cəmi 12 universitet düşüb və Kadir Has Universiteti ilk girişində bu sıralamaya nail olub. Türkiyənin reytinq cədvəli ilə aşağıda tanış ola bilərsiniz:

1. Sabancı Universiteti
2. Koç Universiteti
3. Orta Doğu Texniki Universiteti
4. İstanbul Texniki Universiteti
5. Boğaziçi Universiteti
6. Bilkənd Universiteti
7. Çankaya Universiteti
8. Kadir Has Universiteti
9. Hacettepe Universiteti
10. Yıldız Texniki Universiteti
11. Bahçeşehir Universiteti
12. Özyeğin Universiteti


Bu uğuru 170 professor-müəllim heyəti və 4500 tələbə ilə əldə etdik. Biz bu kiçik miqyasda həqiqətən böyük uğur əldə etmişik. Buna görə müəllim və tələbələrimə minnətdaram. Qarşıdakı illər nailiyyətlərimizə uğurlar əlavə edəcəyimiz illər olacaq.

Övladlarımızın dünya səviyyəli təhsil ala bilməsi və universitetimizdə yaradılan tədqiqat ekosistemində maraqlı tərəfə çevrilməsi üçün həm təhsildə, həm də tədqiqatda çox çalışmağa davam edəcəyik. Yeganə məqsədimiz bütün məzunlarımızın Kadir Has Universitetində aldıqları təhsillə bütün dünyada axtarılan şəxsiyyətlər olmasını təmin etməkdir.

Hörmətlə,

Prof. Dr. Sondan Durukanoğlu Feyiz,
rektor”

Bu məktubu paylaşmaqla izləyicilərim həm də Türkiyənin ən güçlü təhsil ocaqlarının reytinq və sıralamalarını da incələmiş olacaqlar…

İbrahim Nebioglu

31 Oct, 04:01


Kainatın riyazi formulu deyirlər Puankare teoreminə. 1904-də fransız riyaziyyatçı Anri Puankare tərəfindən ortaya atılan hipotez 100 il sonra yəhudi əsilli rus riyaziyyatçısı Qriqoriy Perelman tərəfindən isbat edildi. Bu tarixi işə görə Perelman prestijli Fields medalına və ABŞ-dakı Kley (Clay) institutunun 1 milyon dollarlıq pul mükafatına layiq görüldü. Peterburqda bomj həyatı sürüb riyaziyyatla məşğul olan dahi adam hər ikisini almağı rədd etdi...

İbrahim Nebioglu

31 Oct, 03:01


Bir fincan cappuccino istədim, Yupiter gətirdilər..

İbrahim Nebioglu

30 Oct, 17:02


MUSİQİMİZİN ANA DİLİ

Bir kitab oxumuşdum keçən qış.
Uzun müddət təsirindən çıxa bilmədim.
Əsərin bir bölümündə Berlin Filarmoniya Orkestrinin son konsertindən bəhs edir Benjamin Labatut. İngilis və sovet aviasiyası Berlini yerlə yeksan edirdi o günlərdə.

II Dünya savaşının bitməsinə 26 gün qalıb.
Konserti n təşkilatçısı Hitlerin protejelərindən Reyxin Hərbi Sənaye naziri Albert Şpeerdir.
Proqramı da Şpeerin özü tərtib edir.
Nasional-sosialistlər dar macalda nə demək istəyirlər bu vida konserti ilə?
Anlamaq üçün Şpeerin tutduğu proqrama baxdım.
Gözlərimə inanmadım:

1. Rihard Vaqner, “Tanrıların Qürubu” operası (finalı) və Brungildanın ariyası;
2. Anton Brukner, 4-cü simfoniya (La Romantica);
3. Lüdviq van Bethoven, violino üçün re major konserti.

Nasional-sosialistlər tarix səhnəsindən təntənə ilə getmək istəyiblər deyə düşündüm. Vaqnerlə başlayıb Bethovenlə bitirərək, kədərli şahlanışdan oynaq majora keçərək. Dəhşət proqram idi, bir klassik musiqi bilicisi və mesenatı Şpeerin zövqünə söz ola bilməz. Anlam verə bilməyə çətinlik çəkdim.

Uzun illərin dostu, xalq artisti, professor Zəhra Quliyevaya zəng elədim. O da mənim kimi təəccüblənsə də daha çox proqramın sonuncu bölümü haqda düşündü. Məgərsə aspirant ikən gənc Zəhra Bethovenin re major konsertini ifa edib.

Fürsət bilib dedim ki, məqaləmdə skripka yerinə “kaman” deyil, “violino” yazacam. Gülərək, zatən Üzeyir Bəy Hacıbəyli də “Müsiqi Lüğəti” kitabında “skripka”nı “violino” kimi tərcümə edib dedi və əlavə etdi: “Mənim 2011-də çıxmış kitabım da “Violino sənətinin tarixi” adlanır”.

Zəhra xanım virtuoz ifaçı olmaqla bərabər həm də gözəl pedaqoqdur, çox sayıda istedadlı tələbəsi var, özü bir məktəbdir artıq. Ancaq kitabı çoxdan satılıb nadir ekzemplyara çevrilib. Bizim bu telefon danışığımız yanvar ayında olmuşdu. Və budur, 9 ay sonra bu dəyərli kitabının 2-ci nəşri çıxdı nəşriyyatdan. Əslində ona təkrar nəşr demək doğru olmaz, çünki müəllif əsəri yeni materiallarla zənginləşdirib.

Heç şübhəsiz ki, “Violino sənətinin tarixi (Yaradılışdan XX əsrə qədər)” musiqi tarixi və nəzəriyyəsi, musiqi fəlsəfəsi və etnoqrafiyası, ümimilikdə musiqişünaslıq elmi üçün önəmli bir töhvədir. Kitabın Ana dilimizdə olması isə indiki dövrdə daha böyük bir əhəmiyyət və anlam kəsb etməkdədir. Bizdə səhv bir fikir formalaşdırılıb ki, “klassik musiqinin dili” rus dilidir və o dildəki ədəbiyyat da ancaq rus dilində olmalıdır. Azərbaycan türkcəsində isə yalnız aşıq sənəti və muğamdan danışmaq olar.

Zəhra Quliyevə kitabı ilə bu sterotipi yıxdı. Eynilə Dövlət Televiziyasında 7 il fasiləsiz (1983-1990) hazırladığı “Zəriflik” adlı müəllif proqramının tabuları yıxdığı kimi.

İddia edirəm ki, Zəhra xanım Ana dilinə hakimiyyəti ilə bütün müasir musiqiçilərin çoxundan öndə gəlir. Onun qurduğu cümlələr, kağıza tökdüyü mətnlər, bəlağətli danışığı, zəngin söz dağarcığı sadəcə musiqiçilər üçün deyil, bütün aydın və işıqlı insanlar üçün bir örnəkdir.

Təbrik edirəm, əziz və bənzərsiz Zəhra xanım.
Uğurların bol olsun…

İbrahim Nebioglu

28 Oct, 19:33


Dünyada milləti dövlətindən güclü olan tək ölkə Türkiyədir..

İbrahim Nebioglu

28 Oct, 17:55


Benito Mussolini Türkiyədən İzmiri tələb edirdi. Rodos adasına 40 min italyan əsgəri yığmışdı…

İtaliyanın Ankaradakı səfiri Povli Atatürklə görüşmək üçün Çankayaya – prezidentin iqamətgahına gəlir. Özündən razı, təkəbbürlü səfir yekəxana bir tərzdə eyham vurmağa çalışır. Mövzu İzmirə gələndə Atatürk sakitcə ayağa qalxır, "Mənə 10 dəqiqə vaxt verməyinizi xahiş edirəm” deyərək qonşu otağa keçir.

On dəqiqə sonra Mustafa Kemal Paşa marşal formasında, təpədən dırnağadək qurşanmış şəkildə səfirin yanına qayıdır və "Buyurun, indi sizi dinləyirəm" deyir.

İtalyan səfir çaşqın baxışlarla ona baxır. Atatürk səfirin gözlərinin içinə baxaraq bunları söyləyir:
“Get o kaftara de ki, 40 min əsgərlə İzmiri ala bilməz, amma mən 4 min əsgərlə Romaya girərəm”…

Mənbə:
Ergun Candan, Gizli Yönleriyle Atatürk, s.222
Münir Hayri Egeli, Atatürk’ten Bilinmeyen Hatıralar, Ankara, 1959, s.74–75
Hasan Rıza Soyak, Atatürk’ten Hatıralar II, İstanbul, 1973, s.526.

İbrahim Nebioglu

28 Oct, 17:31


Yatan millətlər ya ölür ya da kölə olaraq oyanır…
Atatürk

İbrahim Nebioglu

28 Oct, 15:19


Bu axşam 2024-ün ən böyük sonuncu derbisində Galatasaray evində əzəli rəqibi Beşiktaşı qonaq edəcək.

Maç öncəsində neyro-şəbəkənin hazırladığı və bugünki Galatasaray topçularını 1905-ci llə daşıyan bir videonu paylaşıram...

İbrahim Nebioglu

28 Oct, 14:28


VELOSOFİYA

Niderlandda velosiped sayı insanlardan çoxdur.
180 minlik Groningendə 800 minə yaxın velosiped var – orta hesabla adambaşına 4 (!) dənə. Niderlandlar üçün velosiped sadəcə nəqliyyat vasitəsi deyil, həyat tərzidir, mən deyərdim, həyat fəlsəfəsidir. Yaxşı da bir söz də tapdım buna – Velosofiya.

Uşaqdan böyüyə qədər hər kəs velosipedə minir, işə, alış-verişə, məktəbə, universitetə, axşam məclislərinə - hər yerə velosipedlə gedirlər. Hətta nazirlər və parlament üzvləri belə velosiped sürürlər Hollandiyada.

Velosipedlər üçün xüsusi işarəli, xüsusi örtüklü, qırmızı rəngli ayrıca yollar var. Bu yollar ancaq şəhərlərdə deyil, parklarda və meşələrdə də var. Niderlandda “sfetoforlarda” velosipedçilər üçün ayrıca işıq var. Maraqlıdır ki, velosipeddən enmədən ölkənin bir ucundan o biri başına getmək olar.

Hər kəs mahir velosiped sürücüsüdür. Necə də olmasın – 4 yaşından etibarən velosiped minirlər. Hərəkət halında sms yazmaq, telefonla danışmaq adi haldır. Yeni velosiped görmək isə mümkün deyil, küçələrdə əsasən paslanmış, köhnə-köşküllər şütüyürlər. Buna səbəb də velosiped oğurluğunun həddən çox olmasıdır. Buna görə də çox adam “ikinci əl” velosiped alır. Onların da qiyməti 30-120 avro arasındadır.

Groningendə çox az sayda avtobus matşrutu var. Avtobuslar demək olar ki, bomboş dolaşır, ayaqda duran bir adama da rast gəlmədim. Velosipedin bu qədər yayğın olmasında şübhəsiz ki, Niderland iqliminin də rolu az deyil. Qışda havanın orta temperaturur +3 dərəcədir, qarı da Bakı qarına bənzəyir – axşam yağıb səhərə əriyir.

Niderlandlılar şimal insanlarına xas çox yaraşıqlıdırlar, uzunboylu və qamətli. Kök qadın və kişiyə nadirən rastlayırsan – bu qədər pedal çevirdikdən sonra şişman adammı qalar? Velosofiya insanları sağlam və güclü etməklə bərabər həm də ölkəni ekoloji baxımdan dünyanın ən təmiz ölkəsinə çevirib. Burada bəzi şəhərlərində velosipedə heykəlllər qoyulub. Velosiped üçün mahnı yazılıbmı, bilmirəm, ancaq niderlandlıların bir gün ona himn yazacaqlarına əminəm...

İbrahim Nebioglu

28 Oct, 14:00


Ayın fazaları…
Ay Yer kürəsi ətrafında dönür və Günəş Ayın sadəcə bir tərəfini işıqlandırır.
Bu fazalar da işıqlandırılan hissəsinin görünüşünün dəyişməsidir 🌖

İbrahim Nebioglu

28 Oct, 11:30


Siqarlar arasındakı fərqi bilmək, bununla lovğalanmaq və xüsusi bir elit qrupa aid olduğunu zənn etmək…

Bu fərqləri bilənə də zərərlidir, bilməyənə də…
Siqar siqaretdən daha zərərlidir.
Bu alışqanlıqdan qurtulmaq böyük qələbədir.
O qələbəni yaşayanlar bilir..

İbrahim Nebioglu

28 Oct, 08:02


ATATÜRK

İbrahim Nebioglu

28 Oct, 04:02


Hollandiyanın Groningen universiteti.
1614-cü ildə açılıb, 400 ildən çoxdur insan yetişdirir.

2 Nobel mükafatı laureatı müəllimi var, Mühəndislik və Texniki Elmlər fakultəsi ilə məşhurdur.
Avropanın ən yaxşılarından sayılan öz xəstəxanası və mükəmməl araşdırma mərkəzi var.

Kiçik qızım bu universitetin 3-cü kursunda oxuyurdu o zaman.
Qızımızı ziyarətə gedəndə qədim təhsil ocağının tarixi binasının restavrasiyası bitmək üzrə idi.
Gördüyünüz bu kadrları o vaxt çəkmişəm.

Fəhlələrin inşaat dəmirlərini sökməsinə diqqət edin – bütün ölkə də bax bu nizamla çalışır..

İbrahim Nebioglu

28 Oct, 03:00


Dilimizin gözəlliyi.
Gələcək Ana Dilimizlə Gələcək!!!

İbrahim Nebioglu

27 Oct, 17:30


SUDOKU

2000-ci illərin əvvəli idi.
Bizimkilərdən kimsə üzqabığında “Sudoku” yazılmış bir kitabça almışdı.
Baxdım ki, içində 100 ədəd qəribə “rəqəmli tapmaca” var.

İlk dəfə idi görürdüm.
İstədim birini doldurum, səbrim çatmadı.
Ancaq yoldaşım axşama qədər kitabçanı əlindən yerə qoymadı.
4-5 dənəsini çözüb və başladı tərfiləməyə – elə bil tapmacanı yapon Maki Kadzi yox, onun hansısa rəfiqəsi icad etmişdi.

Maki Kadzi (1951-2021) bu tapmacanın yaradıcısıdır, tarixə "Sudokunun atası" kimi düşüb. Ehtimal ki, bu yapon ixtiraçı “Sudoku” üzərində çalışarkən dahi riyzaiyyatçı Leonard Eylerin “Carré latin” (Latın kvadratı) oyunundan ilham alıb.

Oyun sahəsi 9x9 ölçülü kvadratdan ibarətdir, yəni bütün sahə 81 hüceyrədir. Sudoku oyunçusundan tələb olunan boş xanaları 1-dən 9-a qədər rəqəmlərlə doldurmaqdır. Hər sətir və hər sütunda, eləcə də hər 3x3 kvadratda bir rəqəm yalnız bir dəfə yazıla bilər…

Bir müddət sonra Sudokunun insan beynini çalışdırdığını, paralel olaraq oyun oynayanı rahatladan bir şey olduğunu anladım. Qısa bir zaman içində mən də “Sudoku xəstəliyinə” yoluxdum. O gün bu gündür – 20 ildir ki, mən aya bir Sudoku kitabçası bitirirəm, gündə ən azı bir dənəsini həll etməyə çalışıram. Tam səmimiyyətlə deyirəm, Sudoku olmasa onun yerini nə ilə doldurardım, bilmirəm.

İrəli səviyyədə Sudoku oynayıram, iddialıyam, müxtəlif “fəndlər” bilir, hətta bir dənə də öz kəşfim var. Oyunu özüm üçün, dincəlmək və beynimi sakitləşdirmək, relaks üçün oynayıram. Bir neçə dostum məni çempionatlarda iştirak etmədiyim üçün tənbeh edirlər. Ancaq Praqada keçirilən dünya sudoku çempionatında çinli sudoku ustası Vanq Şiyaonun 9x9 Sudoku “setkasını” 55 saniyəyə həll etdiyini görəndə yaxşı ki, çempionatda iştirak üçün müraciət etməmişəm dedim…

Kiçik qızım da mənim bu Sudoku tiryəkiliyimi bildiyi üçün ad günümdə mənə gözəl bir hədiyyə bağışladı – Sudoku taxtası. Oynaması çətindir taxtada, rəqəmləri tək-tək tapıb yuvasına yerləşdirmək həm vaxt alır, həm də yorur, praktik deyil yəni. Bu səbəbdən də onu suvenir kimi saxlayacam. Sudokunu – Dünyanın ən gözəl zəka oyununu isə yun Dünyanın ən gözəl zəka oyunlarından biridir…

İbrahim Nebioglu

27 Oct, 15:20


Babur İmperatorluğunun şah əsəri Tac Mahal.
Şah Cahan tərəfindən arvadı Mümtaz Mahalın xatirəsinə inşa etdirilib.

Tac Mahalın əzəməti, gözəllik və bənzərsizliyi bu rakursdan baxınca dəyərsizləşir. Qərbdə bu təzad və bərabərsizliyə rast gəlmək bir az çətindir.

İbrahim Nebioglu

27 Oct, 10:01


Magunatip adlı bambuk rəqsi Malayziyada Murut xalqının ənənəvi rəqsidir.

İbrahim Nebioglu

27 Oct, 09:50


Bu gün Azərbaycan Xalq Cumhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, məşhur diplomat, tanınmış ictimai xadim Ramiz Abutalıbovun doğum günüdür.

İbrahim Nebioglu

27 Oct, 05:25


https://modern.az/hadise/492273/korluq-uzerinde-tarixi-zefer/
Korluq üzərində tarixi ZƏFƏR

İbrahim Nebioglu

27 Oct, 04:31


Günaydın

İbrahim Nebioglu

27 Oct, 03:30


Oktyabr ayının son bazar günündə Elçinlə (Şıxlı) Fatmayıya gedirdik...
https://ayna-plus.az/2018/nada-y-pues-nada-hec-ne-ve-yene-de-hec-ne/

İbrahim Nebioglu

22 Oct, 18:32


Raşidüddin Hamedani (1247-1318) tanınmış yazar, ilahiyyatçı və dövlət xadimi olub. Dövrünün ən bilgə adamlarından biri, İlhanilərin vəziri idi.

Bir gün Afrasiyab onun arxasınca “Raşidüddin çox savadsız adamdır” deyir.
Onun bu sözünü vəzirə çatdırırlar.
Bunu eşidən vəzir kisədən 3 akça çıxarıb, bunu Afrasiyaba göndərin deyir.
“Arxanca savadsız deyir, sənsə ona pul göndərirsən” deyə səbəbini soruşurlar.

Raşidüddin belə cavab verir:
“Kül olardı mənim başıma, əgər Afrasiyab kimi mənasız biri mənim elmimə, biliyimə yaxşı qiymət verərdi”.

İbrahim Nebioglu

22 Oct, 15:30


İnsanı
fərqli qılan bağışladıqları;
güclü yapan səbrli olması;
özü edən isə imtina etdikləridir.

İbrahim Nebioglu

22 Oct, 07:01


Çinin Chery şirkəti İtaliyanın əfsanəvi avtomobil markası "Maserati"ni satın alır. Uzun müddətdir ki, yeni Maserati modelinin Chery E0X platformasında qurulacağı ilə bağlı şayiələr gəzirdi. İndi isə çinlilər brendi tamamilə satın almağa qərar verib.

Bundan əlavə, Jeep, Alfa Romeo, Fiat və digər markaların da çinlilər tərəfindən satın alacağı bildirilir.

İbrahim Nebioglu

22 Oct, 06:32


DOKTOR ALİ ÇİNAR

Ali Çinarı əvvəllər TV ekranlarından tanıyırdım.
O, uzun illər Türkiyənin ən böyük media qurumlarından biri olan Ciner Media Group-un (Habertürk TV, Bloomberg HT, Show TV) Amerika Təmsilçisi idi. Onu ancaq tv ekranlarından görürdüm. İndi isə Ali Çinarı həftənin beş günü görürəm. Onunla ünsiyyətdə olmaq, Dünya, Türkiyə və Azərbaycanı müzakirə etmək maraqlıdır.

Ağ Ev Jurnalistlər Dərnəyinin üzvü olan Ali Çinar ABŞ-ın 7 prezidentinə verilən Ellis Adası medalına layiq görülən ən gənc Türk əsilli amerikalı olub. MBA dərəcəsini ABŞ-ın New Haven universitetindən almış Ali, Harvard Business School, Massachusetts Institute of Technology (MIT) və New York Universitetində müxtəlif proqramları uğurla başa vurub.

25 ildir Amerikada yaşayan artıq bir ildir İstanbulda çalışır.
O, bu ilin avqust ayında ABŞ-ın Liberty universitetində (Virciniya ştatı) Kommunikasiya üzrə PhD dərəcəsini aldı. Onun Ənənəvi Mediadan Rəqəmsal Mediaya keçid prosesini və texnoloji inkişafın, o cümlədən Süni İntellektin mediaya təsirini əhatə edən kitabı işıq üzü görüb.

Bu gün kitabını imzalayaraq mənə hədiyyə etdi.
Əziz dostum Ali Çinarın doktorluq dərəcəsi ilə kitabının işıq üzü görməsini ürəkdən təbrik edir, daha böyük uğurlar arzu edirəm…

İbrahim Nebioglu

22 Oct, 04:31


Kainatın gözləri

İbrahim Nebioglu

22 Oct, 03:01


Ünsiyyətdə ən vacib şey söylənməyənləri eşitməkdir...
–Karl Yunq

İbrahim Nebioglu

21 Oct, 17:00


NİYƏ MUTLU DEYİLSƏN?

• Sürəkli fədakarlıq yapırsan;
• Tələb etmirsən;
• Sərhəd qoymursan;
• Hər deyilənlə razılaşırsan;
• “Yox” deməyi bilmirsən;
• İfrat xoşniyyətlisən;
• Hər kəsin sənin kimi olmasını istəyirsən;
• İnsanları yaxşı tanımırsan


Harvard universitetindən Şon Açora (Shawn Achor) görə;
Mutluluğun 10% -i insanın başına gələnlərlə, 90% -i isə insanın başına gələnləri necə analiz etməsi ilə bağlıdır. Bir insan dünyagörüşünü dəyişdirərsə, mutlu və uğurlu ola bilər.

Görkəmli yazıçı Ayzek Azimov isə məsələyə daha sadə baxır. O sanki deyir ki, bəlkə uzağa getməyəsən, bəlkə elə durduğun yerdə, olduğun yerdə nələrisə dəyişəsən və mutluluğa belə tərif verir:

“Bəlkə də mutluluq budur: başqa yerdə olmağın lazım olduğunu hiss etməmək, başqa bir şey etmək, başqası olmaq”..

Dahi Albert Eynşteyn isə mutluluğu mücərrəd bir şey kimi deyil, onu daha konkret bir qəlib olaraq izah etmək istəyir, “mutlu yaşamağa” vurğu yapır:

"Mutlu bir bir həyat yaşamaq istəyirsənsə həyatını insanlara və ya əşyalara deyil, bir məqsədə bağla".

Qədim yunan filosofu Epiktet (Epiktekos) isə Mutluluğun yerini göstərir:
“Mutluluq gedilən yolun üzərindədir, yolun sonunda deyil…”

İbrahim Nebioglu

21 Oct, 12:30


Qala-Mərdəkan-Buzovna elektrik dəmir yolunun açılışı, 1949

İbrahim Nebioglu

21 Oct, 11:45


Adil Əliyev Vankuverdən yazır:

LinkedIn-də paylaşdım, burada da paylaşım.
Təxminən bir ay keçib ki, 1-ci kurs tələbələri ilk mühazirə günlərini geridə qoyub. Xüsusilə kompüter elmləri və əlaqəli sahələrdə təhsil alanlara bəzi tövsiyyələrimi vermək istərdim 🙂

0. "Həyat ədalətsizdir, bunu nə qədər tez anlasanız bir o qədər yaxşıdır". Deyəsən bu sözləri Bill Qeyts hansısa çıxışında qeyd etmişdi.
1. Pul ilə davranmağı və yatırım etməyi öyrənin.
2. Ali məktəb peşənizdə kompetent olmaq üçün çox şey verməyəcək. Onu özünüz haradansa tapıb öyrənməlisiniz.
3. Sizə bəzi gözəl müəllimlər dərs deyəcək. Bəziləri sizə peşəniz üçün nəsə öyrətməyə cəhd edəcək, bəziləri isə heç nə öyrədə bilməyəcək. Amma bu adamlar sizə öz yolunuzu tapmaq üçün işıq saçacaq. Onların qədrini bilin. Onlarla məzun olduqdan sonra da xeyir-dua almaq üçün əlaqə saxlayın.
4. Tətillərdə kəndə nənə-babanın yanına gedib bütün günü yatmağı unudun! 4 ilin sonunda ilk işinizi axtararkən hər kəs sizdən iş təcrübəsi soruşacaq. Bu tətillər həmin təcrübəni toplamaq üçündür.
5. Xüsusi səbəb yoxdursa (magistratura, PhD və s.) "orta bal", "qırmızı diplom" və s. kimi anlayışları unudun. Heç bir şirkətə maraqlı deyil. Mənim hər semestr kəsrlərim olub, qiymətlərimin də çoxu 3 və 4-dür.
6. Kurs işi, diplom işi və s. kimi fəaliyyətlər yazı yazmağı öyrənmək üçün əla fürsətlərdir. Bundan istifadə edin. Normal yazı-pozu işini bilmədən, gələcəkdə rəhbər vəzifələrdə çalışmaq çətin olacaq.
7. Mən də daxil olmaqla, bir çoxları sizə "universitet boş şeydir" deyə bilər. Heç birinə qulaq asmayın. Universitet dərəcəsi olmayanı şirkətlər bəzi vəzifələrə götürür, amma sonra inkişaf çətin olur. Top universitetdə MBA, PhD oxumuş bir rəhbər işçi qarşısında bakalavrı olmayan birini görmək istəmir. Diplom bir sənəd olaraq sizə çox lazım olacaq.
8. Dostlarınızla layihələr edin. Tələbə yoldaşları ən yaxşı iş ortaqları ola bilər. Nə layihə olur olsun edin. Sizdən yaşda böyük təcrübəlilər bunun perspektivsiz olduğunu deyib ağıl öyrədəcək. Layihənin perspektivi barədə böyüklərdən, elə məndən də heç bir məsləhət almayın. Uzaq başı texniki detallar barədə sual verin. Məsləhət verə bilsə idilər özləri milyoner olardılar. Hamısını boş verin. İdeyanın yaxşı və ya pis olduğunu özünüz başa düşəcəksiz və hər iki halda xeyli şey öyrənəcəksiz.
9. İşinizə sahib olmağı bacarın. İşinizin nümayişi üçün yəqin ki, slidelar düzəltməli, video çarx çəkməli, marketinq ilə məşğul olmalı, haradasa gedib proyektor quraşdırmalı, hansısa serverin təhlükəsizliyini təmin etməli və bu kimi zir-zibilli işlər görməli olacaqsınız. Kimsəyə ümidli olmayın. Öz işinizin ağası olun. Şirkətlər bilikdən çox bu cür bacarıqları olanları sevir. Amazon şirkəti "Ownership" adlı liderlik prinsipinə hədsiz dərəcədə önəm verir.
10. Əgər şirkətdə dünya klaslı insanlarla çalışıb onlardan bir şey öyrənməyəcəksinizsə oradakı pulsuz internship təkliflərindən imtina edin. Qiymətinizi bilin.

İbrahim Nebioglu

21 Oct, 07:52


Bu twiti kim yazıbsa ağıllı insandır…Həm də mütaliəli…

İbrahim Nebioglu

21 Oct, 07:51


İlk Laser Printer, 1976

Texnoloji haqda bəzən də “Haralardan haralara kiçildi” deyə heyrət edirik..

İbrahim Nebioglu

21 Oct, 07:05


ep.2
Yaxındakı sabahlardan bir səhnə.
Kosmik gəmi stansiyaya, stansiya isə ulduza geri dönür...

Gələcək Elmlə Gələcək!
Gələcək Çox Tez Gələcək!

İbrahim Nebioglu

21 Oct, 05:43


🇲🇩❗️Moldovada referendumun yenilənən nəticələri:

Leyinə 50% (730 100)
Əleyhinə 50% (730 021)

Sayılan səs sayı: 98,29%

Sayılmayan səslər əsasən xaricdə yaşayan Moldovalıların səsləridir (ABŞ və Avropada)

İbrahim Nebioglu

21 Oct, 05:37


0 (sıfır) ilə 1 arasındaki fərq 1 ilə 2 arasındakından çoxdur

İbrahim Nebioglu

21 Oct, 03:02


🌿 Barnsli ayıdöşəyi (The Barnsley Fern) ingilis riyaziyyatçısı Maykl Barnslinin şərəfinə adlandırılmış fraktaldır. Barnsli fraktalı ilk dəfə özünün “Fractals Everywhere” kitabında təsvir edin. Ayıdöşəyi və ya qıjı özünə bənzəyən çoxluqların əsas nümunələrindən biridir, yəni hər hansı bir artım və ya azalma ilə təkrarlana bilən riyazi olaraq yaradılmış nümunədir. Sierpinski üçbucağı kimi, Barnsley Fern də kompüterlərin köməyi ilə riyazi düsturların təkrar istifadəsi ilə qrafik cəhətdən gözəl strukturların necə qurulacağını göstərir.

İbrahim Nebioglu

20 Oct, 21:32


🇲🇩❗️Maya Sandu lider olsa da ilk turda qələbə qazana bilmədi. İkinci tur olacaq

Maya Sandu 36,17%
Aleksandr Stoianoglo 29,15%

67,91% səslər sayılıb

❗️Moldovada referendum nəticələri Aİ-na üzvülüklə bağlı konstitusiyaya dəyişikliklərə YOX deyir.

Əleyhinə: 55,27 %
Leyhinə: 44,73 %

75,30% səslər sayılıb

İbrahim Nebioglu

20 Oct, 17:30


Dev tenorun olağanüstü sesini, araba dağlardan geçerken, çok yüksek tonda dinlemekten hoşlanırdı. Ölüme yaklaştığımız dakikalarda ise, kasetçalardan süzülüp içimizde bir şeyleri titreten müziğin sözleri kulaklarımdan bir türlü gitmiyor:
“Yine mevsimler geçecek / Yine yapraklar düşecek / Giden sevgililer geri gelmeyecek...”
Nedense bana hiç söylememişti.
Türk bayrağı ile gömülmek istediğini ilk kez dostum Şahin Mengü´ye açmış. O “olamayacağını” ne kadar anlatmaya çalıştıysa da vazgeçmemiş. Başka dostlara da bu “rica”sını iletmiş...
Sevgili Mehmet Açıktan, tabutun bir kenarına bayrak eklemeyi başarmıştı... Nilgün toprağa verilirken, Altınay ile Dolunay, bir bayrağı da kefenin üzerine koymayı başardılar...
Fransız ana-babanın Bordolu Türk kızı şimdi Ankara'da´yatıyor.
Ve de benim kalbimde..."