Şəhidlərimizi Tanıyaq @can_sehidim Channel on Telegram

Şəhidlərimizi Tanıyaq

@can_sehidim


Bu kanal İkinci Vətən müharibəsi və ondan öncə şəhid olmuş hərbi qulluqçularımızı tanıtmaq məqsədi daşıyır.... Unutmadıq, unutdurmayacağıq!🇦🇿

Əlaqə- @Fati_ova7

Youtube səhifə- https://youtube.com/channel/UC6XW0EF23wNpUjBkcDKWm-w

Şəhidlərimizi Tanıyaq (Azerbaijani)

Bu kanal "Şəhidlərimizi Tanıyaq", yani "Let's Get to Know Our Martyrs" adı ilə məşhur "can_sehidim" adlı Telegram kanalı, İkinci Vətən müharibəsi və ondan öncə şəhid olmuş hərbi qulluqçularımızı tanıtmaq məqsədi daşıyan özəl bir kanaldır. Burada Azərbaycanın qəhrəman şəhidləri haqqında məlumatlar, tarixlər, həyat yolları və hər birinin Azərbaycan vətənə xidməti ilə bağlı hər şeyə rast gələcəksiniz. Bu kanal, şəhidlərimizin qəhrəmanlığını və özverilərini anmaq, onlar haqqında ətraflı məlumatlar paylaşmaq və onların xatirəsini yaşatmaq məqsədi ilə açılmışdır. Şəhidlərimizi sevgi, minnətdarlıq və hörmətlə yad edirik, və onların mövqeyini unutmadıq, unutdurmayacağıq! Kanalda daha ətraflı məlumat əldə etmək və şəhidlərimiz barədə daha çox öyrənmək üçün "@Fati_ova7" ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin, kanalın Youtube səhifəsində daha geniş və interaktiv videoları izləmək istəyirsinizsə, https://youtube.com/channel/UC6XW0EF23wNpUjBkcDKWm-w linkindəki səhifəyə daxil olaraq məzmunları baxa bilərsiniz. Şəhidlərimizin xatirəsini yaşatmaq və onların qəhrəmanlıqlarını dünyaya tanıtmaq üçün "Şəhidlərimizi Tanıyaq" kanalına qoşulun! 🇦🇿

Şəhidlərimizi Tanıyaq

08 Nov, 04:52


30 ilin yarası 44 günə sağaldı!🇦🇿

Biz Azərbaycan millətiyik. 1000 illərdir yol gəlirik. Ölkəmiz odlar yurdudur. Sınaqlardan əzmlə keçən günəşli bir ölkəyik. Libasımız müharibədən biçilib. Döyüşlərdə bərkimişik. Bizim sinəmiz bu vətənin ən mökəm qalasıdır. Müharibədən qorxmaq yaddır bizə. Təyarələrimiz günəşə qanadlanır. Tanklarımız dağlardan ağırdı. Silahımız yağıya susmaz dostlara güvən yeri olar. Bizim uğurumuz rəşadətimizdir. Əsgərimiz, əzmimiz ən böyük sevgimiz vətənə olan məhəbbətimizdir. Biz güclü bir ordunun əsgərləriyik! Vətənimizdən güc alar, sərkədəmizə güvənər, bayrağımızla qürur duyar, hünərimizlə ad qazanarıq. Bu 44 gündə də bunu sübut etdik! Bizim yolumuz haqq yoludur, haqq savaşıdır! Biz keçmişimizin şərəfini gələcəyimizin ləyaqətini qorumaq üçün bir sırada dayanıb silaha sarılmağa hər an hazırıq necə ki 44 gündə bütün dünya birliyimizin şahid oldu Dəmir yumruq olub düşmənin başına endik
Bu gün zəfər günüdür! Bu gün bizim günümüzdür!

Allah şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandı🇦🇿
💙

Şəhidlərimizi Tanıyaq

29 Oct, 20:12


Məmmədov Samir Aqil oğlu 15 iyun1988-ci ildə anadan olub. Əslən Ağdamın Mərzili kəndindəndir. Hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarında müddətdən artıq xidmətə qayıtmışdı. O, kiçik çavuş kimi 2020-ci ilin 44 günlük Zəfər döyüşlərindən keçmişdi. 2023-cü ilin sentyabrın 20-də isə Ağdərənin və ətraf ərazilərin düşməndən təmizlənməsi əməliyyatı zamanı «Qara mərmər» zavodu uğrunda gedən döyüşlərdə şəhid olub. Samir Aqil oğlu Məmmədovun Ağcabədidəki şəhid məzarlığında dəfn edilib.🥀

Şəhidlərimizi Tanıyaq

26 Sep, 20:56


🇦🇿Biz əvvəllər möcüzələrə inanmırdıq, öz canınızla ölən inamımıza can verdiniz, öz qanınızla zəfər səhifəsini  yazdınız. Sizi qürur dolu ağrılı göz yaşları ilə yola salsaq da hər qələbə xəbərində yenidən doğuldunuz. İndi bayrağımızda Xudayarın gülən üzünü görürük. İllərdiz kədərdən başqa rəngi olmayan, indi qələbə ətri gələn xarıbülbüllə yad edirik sizi.

Şəhidlərimizi Tanıyaq

21 Sep, 04:32


🇦🇿Şəhid Leytenant Rəhimov Tural 1993-cü ilin 1 yanvar tarixində Cəlilabad rayonunda anadan olub. 2010-cu ildə orta məktəbi bitirdikdən sonra həmin ildə Lənkəran Dövlət Universitetinin kimya biologiya müəllimliyi ixtisasına qəbul olmuşdur. 2014-cü ildə LDU-nu bitirir və universiteti bitirdikdən sonra əsgərliyə gedir bakıya. 3 ay sonra Leytenant rütbəsinə yüksəlir. 2 il leytenant rütbəsində hərbi xidmətdə vəzifəsin davam etdirir. Leytenant rütbəsində olduğu zaman Aprel döyüşlərində fəal iştirak edir. Hərbi xidməti başa vurduqdan sonra Cəlilabad rayonun Fərzili kəndində kimya biologiya müəllimi kimi fəaliyyətə başlayır. ikinci iş yeri olaraq Hamarqışlaq tam orta məktəbində kimya biologiya müəllimi kimi fəaliyyətə başlayır. 2019-cu ildə ailə həyatı qurur. 2020-ci ildə qız atası olur. Qızı Yağmur 4 aylıqkən 2020-ci ildə sentyabrın 28-i ehtiyatda olan zabit kimi müharibəyə çağırılır. 44-günlük müharibədə iştirak edir və Cəbrayılın, Qubadlının azad olunmasında bir komandir kimi 200 əsgəri ilə birlikdə qəhramancasına döyüşür. Oktyabrın 22-si şəhid olur. Noyabrın 4-ü nəşi Cəlilabad rayonun Söyüdlü kəndinə gətirilir və dəfn olunur.🥀 Cəbrayılın və Qubadlının azad olunmasında fəal iştirakına görə medallarla təltif olunur. Vətən uğrunda medalı ilə təltif olunur. Döyüşdə fərqlənməyə görə medalı, 3-cü dərəcəli Vətənə xidmətə görə Ordenlə təltif olunur.

Şəhidlərimizi Tanıyaq

08 Sep, 13:52


🇦🇿Şəhidlərimiz:
Aprel Döyüşləri 2016-Kiçik Gizir Seymur Baxışov;
Vətən Müharibəsi 2020-Polkovnik Ramiz Cəfərov.

Şəhidlərimizi Tanıyaq

02 Aug, 11:03


🇦🇿Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqmətində hücuma keçmişdi Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını hətta onlarla canlı qüvvəsini məhv edə bildi. 1992-ci il 11 may Şıxarx uğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər lakin özləri mühasirəyə düşdülər Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir burada tələbələrdən ikisi həlak olur digərləri isə mühasirədən çıxa bildilər, pulemyotu ilə erməni faşistlərinin xeyi hissəsini məhv edən Rövşən qəhrəmancasına şəhid oldu.🥀

#Ağdam

Şəhidlərimizi Tanıyaq

02 Aug, 06:01


🇦🇿Rövşən Hüseynov 21 avqust 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Bakı şəhəri 115 nömrəli tam orta məktəbində 1-ci sinifə getmişdir. 2012-ci ildə Bakı şəhəri 202 nömrəli tam orta məktəbi bitirmişdir. 2013-cü ildə "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Rövşən Hüseynov 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda ön xəttdə Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissədə düşmənlə üz-üzə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rövşən Hüseynov İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Döyüşlərdən birində döyüş tapşırığının yerinə yetirilməsi zamanı Füzuli rayonu, Kürdlər kəndi ərazisində şəhid olmuşdur. 25 oktyabr 2020-ci ildə Bakı şəhərində dəfn olunmuşdur.🥀

Şəhidlərimizi Tanıyaq

01 Aug, 17:00


🇦🇿Samir Fərzəliyev 8 dekabr 1996-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində Vaqif Fərzəliyevin üçuşaqlı ailəsində anadan olmuşdur. Əslən Ağdam rayonunun Qiyaslı kəndindəndir. 2002–2011-ci illərdə Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Samir Fərzəliyev İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Samir Fərzəliyev 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Bir müddət sonra tapılan nəşi 15 oktyabr 2020-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.🥀

Şəhidlərimizi Tanıyaq

01 Aug, 14:02


Mərdin baxışı namərdin qılıcından kəsgindir!

Şəhidlərimizi Tanıyaq

01 Aug, 13:39


Arxiv

Şəhidlərimizi Tanıyaq

31 Jul, 17:18


🇦🇿Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Donesk vilayətinin Makeyevka şəhərində anadan olub. 1981–1985-ci illərdə Sumqayıt şəhərində 17 nömrəli tam orta məktəbdə, 1985–1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəbdə, 1989–1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Ramiz Cəfərov, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ramiz Cəfərov İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramiz Cəfərov noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.🥀

Şəhidlərimizi Tanıyaq

19 Jul, 13:59


🇦🇿Şəhidlərimizi yalnız 1 dəqiqə deyil, bir ömür dərin hüzn və hörmətlə anırıq!

Şəhidlərimizi Tanıyaq

18 Jul, 20:59


Qəlbimizin ən gözəl yerində yaşayacaqsınız!
Əbədiyyətə qovuşan Şəhidlər.. Tarix yazan, tarix olan qəhrəman qardaşlarımız.
🥀