Ədəbiyyat🤍🕊️ @edebiyyaat Channel on Telegram

Ədəbiyyat🤍🕊️

@edebiyyaat


Azərbaycan dili və ədəbiyyatdan onlayn dərslərlə bağlı müraciət edə bilərsiniz.📚

İncə zövqlülərin məkanı.🤍🕊️
Ədəbiyyata aid hər növ paylaşımlar;
Azərbaycan dili və ədəbiyyatdan testlər.

Əlaqə(Kanal sahibi): @Mahir01

Ədəbiyyat🤍🕊️ (Azerbaijani)

Ədəbiyyat kanalında Azərbaycan dili və ədəbiyyatdan onlayn dərslərə dair məlumatlar əldə edə bilərsiniz. İncə zövqlülərin məkanı olan bu kanalda ədəbiyyata aid hər növ paylaşımları tapa bilərsiniz. Ayrıca Azərbaycan dili və ədəbiyyatından testlərə də müraciət edə bilərsiniz. Ədəbiyyat sevgisinə sahib olanlar üçün ideal bir məkandır. Kanal sahibi ilə əlaqə saxlamaq üçün: @Mahir01

Ədəbiyyat🤍🕊️

08 Jan, 10:59


☑️ Yeni tədris ilinə ödənişsiz şəkildə hazirlaşmaq sizə lazım olacaq qaydalar, sınaqlar, testlər, PDFlər
və video izahları üçün seçim edin və abunə olun ⤵️

Ədəbiyyat🤍🕊️

25 Dec, 20:15


26.12.2024 – Yaddaşlarda əbədi iz qoyacaq faciəvi tarix!
Həlak olan hər bir şəxsin ruhu şad olsun, yaralılara isə şəfalar diləyirik!🥀

Ədəbiyyat🤍🕊️

24 Dec, 10:59


♨️ Aşağıdakılardan seçim edib yeni tədris ilində imtahanlarınıza pulsuz hazırlaşmaq üçün, təhsil haqqında ən faydalı kanallara nəzər yetirə bilərsiz 👇

Ədəbiyyat🤍🕊️

24 Dec, 08:50


📊 Aşağıdakılardan seçim edib ödənişsiz şəkildə sınaqlar, qaydalar və video izahları üçün ən faydalı kanallara nəzər yetirə bilərsiz 👇

Ədəbiyyat🤍🕊️

24 Dec, 04:50


‼️Telaqramda bir nömrəli sınaq kanalları🤩. 📝Sınaqlar, cavablar və video izahları seçim edin qoşulun.

Ədəbiyyat🤍🕊️

15 Dec, 13:31


Bu gün ustad şairimiz Ramiz Rövşənin doğum günüdür. Ramiz Rövşən 78 yaşını tamam edir. Ondan öyrənməli olduğumuz hələ çox şeylər var. Gəlin sağlığında qiymət verək şairimizə! Şeirlərini sevək, sevdirək, yaşadaq!🤍

BİR SƏHƏR YUXUDAN DURUB...


Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.

Qorxasan qaçıb gedələr,
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən.

Görəsən ki, qapqaradı
o qonaq başdan ayağa.
Ondan başqa hamısının
üst-başını ağ görəsən.

Pəncərədən içəriyə
dola, dola gün işığı.
İçəridə boş-boşuna
yanan bir çıraq görəsən.

Söndürəsən o çırağı -
hamı birdən yoxa çıxa
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən.

Ramiz Rövşən.🤍

Ədəbiyyat🤍🕊️

09 Dec, 10:52


Sizlər hansı "sizif əməyi"nə məruz qalmısınız?🤍

Ədəbiyyat🤍🕊️

01 Dec, 18:59


➪ Bütün qruplar üzrə keçid ballarının statistikası. Yeni tədris ilinə ödənişsiz şəkildə hazirlaşmaq, Universetlər haqqında məlumat. Ən son Təhsil xəbərləri bizim kanallarda ⬇️

Ədəbiyyat🤍🕊️

21 Nov, 10:59


‼️ Aşağıdaki posta seçim edərək imtahanlara sürətli hazırlaşın, İxtisaslar və Keçid balları haqda məlumatları, lazımlı vəsaitləri, vacib qeyidlər, sınaqların cavablı PDF-lərini və izahlarını əldə edin 🔻

Ədəbiyyat🤍🕊️

15 Nov, 08:50


☑️ Yeni tədris ilinə ödənişsiz şəkildə hazirlaşmaq sizə lazım olacaq qaydalar, sınaqlar, testlər, PDFlər
və video izahları üçün seçim edin və abunə olun ⤵️

Ədəbiyyat🤍🕊️

28 Oct, 18:13


Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb...

• Vaqif Səmədoğlu.

Ədəbiyyat🤍🕊️

22 Oct, 18:59


‼️ Aşağıdaki posta seçim edərək imtahanlara sürətli hazırlaşın, İxtisaslar və Keçid balları haqda məlumatları, lazımlı vəsaitləri, vacib qeyidlər, sınaqların cavablı PDF-lərini və izahlarını əldə edin 🔻

Ədəbiyyat🤍🕊️

19 Oct, 17:06


Qurd quzu ilə otlayacaq...

Sülh, əmin-amanlıq, sakitliyin olacağına işarə.
Qədim yəhudilərin müqəddəs kitabı Tövratda (“Qanun” deməkdir) göstərilirdi ki, bir zaman dünyaya ədalətli bir şah gələcək, yer üzündən bütün zülmətlərin kökünü kəsəcək, qurd quzu ilə otlamağa başlayacaqdır.
Bu vasitə ilə din xadimləri zəhmətkeşləri yaxşı gün uğrunda mübarizədən çəkindirməyə çalışırdılar.

Ədəbiyyat🤍🕊️

12 Oct, 04:01


Həsrətəm Sənə

Yağış dayandımı? Qalın buluddan
Sıyrılıb yenidən təzə gün doğur.
Hər uzun ayrılıq, hər qısa hicran
Səni mənim üçün təzədən doğur.

Ayrılıq dəmləri düşürkən yada
Təzədən sevirəm təzədən səni
Elə bilirəm ki, bu gen dünyada
İlk dəfə görürəm, gülüm, mən səni.

Ayrılıq günləri düzülür səfə,
Hər gün gözləyirik, hər gün bir günü,
Ayrı bir adamsan, gülüm, hər dəfə
Vüsalın əvvəli, hicranın sonu.

Teleqraf kağızı... kiçik bir varaq.
Alışan könlümə su səpir yenə
Səndən ayrıldığım on gündür, ancaq
Milyon illərdir ki, həsrətəm sənə.

On gündə əzabla neçə-neçə min,
Dəqiqə, saniyə yola saldıq biz.
Bu uzun anların, dəqiqələrin
Hansını yaşadıq bir-birimizsiz?

Sənin də yerinə danışıram mən,
Qoy olsun, qəlbimiz ayrı deyildir!
Biz iki olsaq da vüsal günləri,
Ayrılıq günləri bir oluruq, bir!

Həsrət ürəyimdə qaladan möhkəm,
Hicran çöplərindən bir yuva qurmuş.
Sənin yanında da sənə həsrətəm,
Həsrət ayrılıqdan uzun olunmuş...

Görüş qışdan sonra gələn bahardır,
Ayrılıq görüşlə bitir... tez olur.
Eh! Ona nə var ki, müddəti vardır,
Həsrətsə ölçüsüz, müddətsiz olur

Bil, yaman gündə də, yaxşı gündə də,
İstərəm qovuşam, mən yetəm sənə.
Gözüm gözlərinə dikiləndə də
Həsrətəm, həsrətəm, həsrətəm sənə!

• Bəxtiyar Vahabzadə.

Ədəbiyyat🤍🕊️

06 Oct, 13:01


Məni candan usandırdı...( "Füzuli" kantatası)

Məni candan usandırdı, cəfadan yar usanmazmı
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, ol bivəfa bilməm, inanarmı inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmi?

Güli-rüxsarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?

Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görəcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadir,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Müəllif: Məhəmməd Füzuli
İfa: Şövkət Ələkbərova

Ədəbiyyat🤍🕊️

05 Oct, 06:13


Günümüz mübarək!❤️

Ədəbiyyat🤍🕊️

27 Sep, 03:30


Ruhunuz şad olsun!💔

Ədəbiyyat🤍🕊️

20 Sep, 04:02


Əsdi xəzan yeli payız yetişdi,
Bağların əhvalı tamam dəyişdi.
Küləklər taladı bağçanı, bağı,
Soldu al güllərin yanar çırağı.
Arxlar kənarında otlar sapsarı,
Töküldü reyhanın şux yarpaqları.
Sankı ağaclıqda odlar qalandı,
Əlvan yarpaqları alışdı, yandı.

• Nizami Gəncəvi.

Ədəbiyyat🤍🕊️

15 Sep, 10:23


O, yalnızlıqdan öldü. Yalnızlıq soyuqdan daha soyuqdur. İndi, həqiqətən, bəzi kəlmələrin onu isidə biləcəyinimi düşünürsən?

• Nikolay Qoqol – "Bir Dəlinin Xatirə Dəftəri".

Ədəbiyyat🤍🕊️

12 Sep, 13:01


Zülfi Livaneli deyir ki, "Unutmaq... Əgər unutmaq deyə bir şey olmasaydı, yaşamaq da olmazdı. İnsan unutmadan həyatını davam elətdirə bilməz".

Ədəbiyyat🤍🕊️

11 Sep, 12:17


• Bəs siz kimləri "yazıq" sanırsınız?


Bəxtiyar Vahabzadə deyir ki:
Yazıq o kəsə ki, yoxdur bir şeyə
Nə sonsuz nifrəti, nə məhəbbəti!

Mikayıl Müşfiq deyir:
Yazıq o şəxsə ki qaraqabaqdır
Nə qədər yaraşır insana gülmək

Viktor Hüqo deyir:
Sadəcə bədənləri, şəkilləri, görüntüləri sevənlərə nə yazıq. Ölüm hər şeyi məhv edəcək. Ruhları sevməyi sınayın.

Herman Hesse isə deyir:
Əgər nədənsə zövq almaq üçün sənə başqasının icazəsi lazımdırsa, deməli, doğrudan da, yazıq adamsan!

Ədəbiyyat🤍🕊️

09 Sep, 16:36


Nazim Hikmət deyir ki:
"Alt tarafı bir çiçek toplayıp, bir hayvan sahiplenip, birkaç insan tanıyıp, sevip gidecektik bu dünyadan. Nasıl kötü bir zamana denk geldi ömrümüz".

Bəxtiyar Vahabzadə deyir:
Qorxuram, dünyada bir zaman gələ
İnsanlar yaşaya, insanlıq ölə...

Yaşar Kamal isə deyir ki:
“İnsanlık öldü mü? Yok, ölmedi, ölmedi ama bir şey oldu, başka bir yerlerde sıkıştı kaldı herhalde”.

Ədəbiyyat🤍🕊️

08 Sep, 03:01


Tut ağacı

Dünən hələ körpə idim,
Puçurlayıb yarpaq açdım.
Ucalaraq budaqlarım
Göy üzünə şəfəq saçdı.

Dünən hələ körpə idim
Böyüməyə tələsirdim.
Bir günə qocaltdı məni
Bu, taleyin tələsiydi.

Dünən hələ körpə idim
Kaş elə körpə qalardım.
Böyüdüm, dərd-sər böyüdü
Yarpaqlar vaxtsız saraldı.

Əgər yoxdursa bəhərin
Gərək deyilsən heç kimə.
Böyümək bunu öyrətdi,
Kölgəm olmasa, heç kiməm.

Kimsə yada salmayacaq
Büzüşsəm də, budaq-budaq.
Quruyandan sonra yalnız
Hamı tutdan dəm vuracaq.

• Mahir Quliyev.

Ədəbiyyat🤍🕊️

06 Sep, 11:59


Şəklə diqqətlə baxın! Tanıdınızmı?

Digərləri kimi ondan da repressiya təsirsiz ötüşməmişdir. Ədəbiyyatşünas alim, tədqiqatçı, Mollanəsrəddinçi şair, publisist, mətnşünas, naşir, biblioqraf və s. adlarla tanınan bu şəxs millətçi repressiya qurbanı kimi 1937-ci ildə sürgün edilir və Oryol şəhərində güllələnir.
Böyük Vətən müharibəsi başlanan zaman Stalinin əmri ilə siyasi məhbusların güllələnməsi qərarı qəbul edilir. Ən acınacaqlısı da o idi ki, dustaqlar üçün qəbirləri məhz özlərinə qazdırılırdı və hamısı güllələnib qazdıqları məzarda dəfn olunurdu.
Ədəbi fəaliyyətindən danışsaq, zamanımız yetməyəcək qədər böyük işlər görmüşdür.
Qonşuların elmə həvəskar ola,
Tibb oxuya, fənnə xəbərdar ola,
Leyk müsürman gedə cindar ola
Dinmə, danışma, bu da yahu, keçər.
Onun saysız-hesabsız əlyazmaları məhv edilmişdir. Klassik ənənə, aşıq poeziyası, folklor nümunələrinin toplanması onun ədəbiyyat üçün nə qədər dəyərli, silinməz biri olduğunun sübutudur. Tənqidi məqalələri, felyetonları ilə də ədəbiyyatımızda çox böyük izlər qoymuşdur. Faciəvi ölümü 1941-ci ilin bu günü kimi qeyd olunan, ədəbiyyatımız üçün böyük töhfələri olan bu şəxsiyyət Salman Mümtazdır. Ruhu şad olsun!

İnstaqram hesabımız:
https://www.instagram.com/reel/C_kyActtLfu/?igsh=bG9pbzgxcmZ4NDg4

Ədəbiyyat🤍🕊️

05 Sep, 13:01


Ölümdən də küsmüşəm...

Bəxtim məndən küsübdü,
Elə mən də küsmüşəm.
Bu dünyanın göyündən-
Yerindən də küsmüşəm.

Anam, sən də gen dayan,
Get, dərdimə gendə yan!
Başımı tumarlayan
Əlindən də küsmüşəm.

Batmışam min günaha,
İşim qalıb Allaha.
Ölərdim, amma daha
Ölümdən də küsmüşəm...

• Ramiz Rövşən.