Aziza İsmailova @azizaismailova1 Channel on Telegram

Aziza İsmailova

@azizaismailova1


Jurnalist, bloqer, influnser.

Aziza İsmailova (Azerbaijani)

Aziza İsmailova Telegram kanalına xoş gəlmisiniz! Bu kanal, Aziza İsmailova adlı jurnalist, bloqer və influnser tərəfindən idarə olunur. Aziza İsmailova Azərbaycanın tanınmış jurnalistlərindən biridir və sosial mediada geniş izləyici kitləsinə malikdir. Bu kanal Aziza İsmailova'nın fikir və məlumatlarını çox daha geniş auditoriya ilə paylaşmaq məqsədilə yaradılmışdır. Burada Aziza İsmailova'nın jurnalistlik fəaliyyəti ilə bağlı məqalələri, bloqları, səfərləri və sosial mediada paylaştığı digər məzmunları tapa bilərsiniz. Əgər siz də Aziza İsmailova ilə əlaqəli son xəbərlərdən və fikirlərindən xəbərdar olmaq istəyirsinizsə, bu Telegram kanalına abunə olmaq sizin üçün ən yaxşı seçim olacaq. Aziza İsmailova ilə daha yaxından tanış olmaq və onun fərqlənərək gözdə olan məqalələrini oxumaq üçün bu kanala abunə olun və yeni məzmunları rahatlıqla əldə edin!

Aziza İsmailova

24 Nov, 07:44


Nəhayət ki, #COP29 Bakıda öz işini uğurla #yekunlaşdırdı. 32 saat vaxt uzansa da sonda #bitdi.

#COP-un işıqlandırılmasında əməyi danılmaz olan #həmkarlarımı ürəkdən təbrik edirəm. Möhtəşəmdiniz!❤️

Sabahdan normal həyata dönürük. Bütün avtobuslar, metro, qatarlar, məktəblər, iş yerləri və s. əvvəlki qaydada işləyəcək.

Bakının kolorit xəttinə çevrilən ənənəvi saatlarla tıxacda qalmaq da öz yerində. Bunun üçün çox darıxan vardı bu iki həftədə. 😘

♦️ Bakı küçələrinin bir çoxunda #COPzolaqları və yazıları silinir. Amma #diqqətli olmaq lazımdır. Zolaqların üstünə çəkilən COP29 yazısının silinməsi sizi yanıltmasın.

Əgər zolaqda #avtobusNİŞANI varsa, demək həmin zolaq ancaq ictimai nəqliyyat üçün ayrılıb -100 manat, 2 cərimə balı qüvvədədir, yəni.

Uğurlu həftə arzusu ilə... 😘

#Budabeləbirtədbirdiyaşadıq

Aziza İsmailova

24 Nov, 06:57


COP29 Bakıda öz işini uğurla yekunlaşdırıb.

Aziza İsmailova

19 Nov, 07:06


Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir.

Bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq.
"Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.

Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1425 manata yüksəlir (5 nəfər X 285 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat- 900 manat) olur".

"Digər tərəfdən, 2025-ci ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olardı. Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur", - deyə o əlavə edib.

Aziza İsmailova

18 Nov, 13:53


Bakıya güclü yağış, bu rayonlara qar yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-16° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə, axşam isə bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı- ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Aziza İsmailova

18 Nov, 10:16


"Dəfn pulu" 140 manat ARTIRILIR
Gələn il dəfn üçün birdəfəlik sosial müavinətin 960 manat olması proqnozlaşdırılır. Bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb.
Qeyd edək ki, 2024-cü ilin 6 ayı üzrə dəfn üçün birdəfəlik sosial müavinətin faktiki orta məbləği 820 manat olub.

Aziza İsmailova

18 Nov, 08:00


2025-ci ilin büdcə xərcləri

📍 Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.

📍 412 mindən çox keçmiş məcburi köçkünə 280,1 milyon manat vəsait ayrılacaq.

📍 Onkoloji xəstələrə xidmətlə bağlı dövlət büdcəsindən 60,4 milyon manat ayrılacaq .

📍 Təhsil xərclərinə 4 milyard 946 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.

📍 Səhiyyə xərcləri üçün 1999,4 milyon manat vəsait nəzərdə tutulub.

📍 İcbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq.

📍 İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə 4 mlrd. manat ayrılacaq.

📍 Azərbaycanda minimum pensiya məbləği 280 manata çatacaq.

📍 Orta aylıq əməkhaqqı 1 080 manata çatacaq.

Aziza İsmailova

18 Nov, 07:59


Noyabrın 19-dan E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

📍 Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı “ASAN Xidmət”, Zərifə Əliyeva küçəsi (“Sahil” metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.

📌 Marşrut üzrə:
🕥 avtobuslar 15 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək;
gediş haqqı 0.50 AZN müəyyən edilib.
#AYNA #E2 #avtobus #marşrut

Aziza İsmailova

18 Nov, 06:01


Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının aylıq vəzifə maaşları artıb.
Yeni çağırış deputatların aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək.

Əvvəllər deputatlar Ali Məclisin qərarı ilə müəyyən edilmiş məbləğdə aylıq vəzifə maaşı alırdılarsa, yeni qaydalara əsasən, artıq onların maaşının məbləği "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu" haqqında qanunda göstəriləcək.
Yeni qanuna əsasən, Naxçıvan Ali Məclisinin sədri 3 min 330 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Ali Məclis sədrinin birinci müavini sədrin aylıq vəzifə maaşının 95 faizini (3 min 163 manat), sədrin müavini 90 faizini (2 min 997), komitə sədri 65 faizini (2 min 164 manat), komitə sədrinin müavini 60 faizi (1998 manat), sıravi deputat isə 50 faizi (1665 manat) miqdarında aylıq vəzifə maaşı alacaq.
Ali Məclisin sədri, onun birinci müavini və müavini hər ay vəzifə maaşlarının 2 misli, Ali Məclisin komitə sədrləri, onların müavinləri və Ali Məclisin deputatları hər ay vəzifə maaşlarının 1,5 misli həcmində vəzifə maaşına əlavə alırlar.
Həmçinin Ali Məclis tətilə buraxıldığı vaxt deputatlara məzuniyyət pulu veriləcək.

Aziza İsmailova

18 Nov, 05:03


Bu gündən Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa edilir.

Söhbət 4, 2, 6, 10, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutlardan gedir.

Aziza İsmailova

15 Nov, 13:10


Sabahdan POS-terminalların quraşdırılmaması halları ilə bağlı yoxlama başlayacaq

"Müşahidələr zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib. Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur".

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb

Aziza İsmailova

14 Nov, 09:30


II HİSSƏ
Dinindən, dilindən, irqindən, millətindən, xalqından asılı olmayaraq
dünyanın ən ali varlığı olan insanlar bir ortamda, bir arada - məmləkətimiz Azərbaycanda! 🇦🇿🇦🇿
#COP29Baku #COP29

Aziza İsmailova

12 Nov, 05:44


Dünən axşam və bu gün Bakıya gələn liderlər:

▪️ Çinin Baş nazirinin müavini
▪️ Maldiv Prezidenti
▪️ Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru
▪️ Sudanın Suverenlik Şurasının sədri
▪️ Ruanda Prezidenti
▪️ Mavritaniya Prezidenti
▪️ Polşa Prezidenti
▪️ Moldova Prezidenti
▪️ Avropa Şurasının Baş katibi
▪️ İspaniya Krallığı Hökumətinin sədri
▪️ Danimarkanın Baş naziri
▪️ Pakistanın Baş naziri
▪️ Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru
▪️ Misirin Baş naziri
▪️ Türkiyə Prezidenti
▪️ Liviya Prezident Şurasının Sədri
▪️ Kipr Respublikasının Prezidenti
▪️ Birləşmiş Krallığın Baş naziri
▪️ Özbəkistan Prezidenti
▪️ Esvatini Baş naziri
▪️ Tacikistan Prezidenti
▪️ Küveyt Dövlətinin Vəliəhdi

Aziza İsmailova

12 Nov, 04:55


Azərbaycanlı nazirlər və rəsmilər COP29-da bir araya gəldilər:

Aziza İsmailova

12 Nov, 04:54


Sahil Babayev açıqadı: Yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq. Bununla bağlı təkliflər hazırlanıb. Müvafiq dövlət büdcəsində nəzərə alınıb. Dövlət büdcəsinin yekununda sonra elan ediləcək

Aziza İsmailova

12 Nov, 04:54


Bu gün Azərbaycan Prezidenti 100-ə yaxın dövlət və hökumət başçılarını salamlayacaq, bundan sonra onlar Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində milli bəyanatlarla çıxış edəcəklər. Sammit saat 09:00-da başlayacaq.

Aziza İsmailova

12 Nov, 04:51


Bu gün COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti baş tutacaq.

🟢 Bakıda olan dünya liderləri tədbirə qatılacaq. Prezident İlham Əliyev Bakıya gələn dövlət və hökumət başçılarını salamlayacaq.

Sözügedən sammit sabah da davam etdiriləcək.

Ona görə də bu gün və sabah COP29-un ən vacib günləri sayılır.

Təhlükəsizlik tədbirləri maksimum gücləndirilib.

Bu günlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifafə etmək tövsiyə olunur.

Aziza İsmailova

10 Nov, 18:10


#SABAH'dan bu yollar #BAĞLI olacaq.

#COP29 Liderləri Sammitinin keçiriləcəyi 11, 12 və 13 noyabrda Bakının aşağıdakı küçə və prospektlərində #məhdudiyyət tətbiq ediləcək.

- Hava Limanı şosesi

- Heydər Əliyev prospekti

- Neftçilər prospekti

- Yusif Səfərov küçəsi

- Niyazi küçəsi

- İstiqlaliyyət küçəsi

- Lermontov küçəsi

- Mikayıl Huseynov küçəsi

- Xəqani Rüstəmov küçəsi

- Teymur Elçin küçəsi

- Mehdi Hüseyn küçəsi.

Aziza İsmailova

10 Nov, 16:51


Noyabrın 13-dək bəzi ərazilərdə leysan və qar yığacaq, çaylardan sel keçəcək.