AIESECAZE @aiesecaze Channel on Telegram

AIESECAZE

@aiesecaze


Hey,
Biz 🗺️AIESEC Azərbaycan🇦🇿
#gənclərüçün çalışırıq!

AIESECAZE (Azerbaijani)

Salam dostlar,

Əgər geniş bir dünya görüşünüz varsa və dünyadakı dəyişikliklərə şahid olmaq istəyirsinizsə, o zaman '@aiesecaze' Telegram kanalı tam sizə görədir. Bu kanal Azərbaycanın AIESEC təşkilatından ən son xəbərləri, təlimlər və gənc liderlər üçün vacib məqalələri sizlərlə paylaşır. AIESEC dünyanın ən böyük təşkilatlarından biri olaraq, genclərə liderlik bacarıqlarını inkişaf etdirməkdə kömək edir. İşdən təşkilat içində münasibətlərə qədər, AIESEC genclərə beynəlxalq təcrübələr təklif edir və onları dünyanın müxtəlif regionlarına səyahət etməyə dəvət edir. Bu kanal, gənclər üçün fırsatlar yaradaraq, onları dünya ilə daha yaxından tanış etməyə çalışır. Siz də AIESEC Azərbaycan kanalına qoşulun və dünyanın ən maraqlı hadisələri barədə ən son xəbərlərdən anında xəbərdar olun! 🌍🇦🇿 #gənclərüçün çalışırıq!

AIESECAZE

19 Feb, 15:29


🇹🇷 Türkiyədə Global Volunteer Layihəsi 🚀

Bu layihə Dayanıqlı İnkişaf Məqsədi 8 – Layiqli Əmək və İqtisadi Artım çərçivəsində gənclərə peşəkar bacarıqlar qazandırmaq və onları iş dünyasına hazırlamaq məqsədi daşıyır.

📅 Tarixlər: 7 İyul – 18 Avqust 2025

🏡 Təminolunanlar: Layihə boyunca yaşayış yeri, gündə 1 dəfə yemək və kompüterlə təmin edilir

🕘 Fəaliyyət saatları: Həftədə 5 gün, 11:00 - 17:00

📍 Məkan: Denizli, Türkiyə

💡 Bu layihədə sən:

Məktəblərldə gənclərə yumşaq və sərt bacarıqlarla bağlı təlimlər keçəcəksən

Sahibkarlıq bacarıqlarını inkişaf etdirəcəksən

Beynəlxalq mühitdə təcrübə qazanaraq yeni şəbəkə formalaşdıracaqsan

📌 Ətraflı məlumat və qeydiyyat üçün:
https://forms.gle/L6HvRjFBbSqQxi6q9

Qeydiyyatdan keçdikdən sonra layihə koordinatorları səninlə əlaqə saxlayacaq! 💙

AIESECAZE

18 Feb, 19:51


🇮🇹 İtaliyada “Green Leaders” Global Volunteer Layihəsi! 🌍🌱

AIESEC-in Global Volunteer proqramı çərçivəsində İtaliyada iqlim dəyişikliyi ilə mübarizəyə qoşul! 💚
Bu layihə Dayanıqlı İnkişaf Məqsədi 13 – İqlim Dəyişikliyi Fəaliyyəti çərçivəsində icmaları maarifləndirmək və onları ətraf mühitin qorunmasına təşviq etmək məqsədi daşıyır.

📅 Tarixlər: 21 İyun – 2 Avqust 2025
🏡 Təminatlar: Layihə boyunca yaşayış və gündə 1 dəfə yemək
🕘 Fəaliyyət saatları: Həftədə 5 gün, 09:00 - 16:00
📍 Məkan: İtaliya

💡 Bu layihədə sən:
Yerli icmalara iqlim dəyişikliyi və ekoloji maarifləndirmə təlimləri keçəcəksən
Beynəlxalq komanda ilə işləyərək qlobal şəbəkəni genişləndirəcəksən
Liderlik bacarıqlarını inkişaf etdirəcəksən

🌿 Sən də ekoloji fəaliyyətin bir hissəsi olub, dünyada fərq yaratmaq istəyirsənsə, indi qoşul!

📌 Ətraflı məlumat və qeydiyyat üçün:

https://forms.gle/L6HvRjFBbSqQxi6q9

Qeydiyyatdan keçdikdən sonra layihə koordinatorları səninlə əlaqə saxlayacaq! 💙

AIESECAZE

18 Feb, 16:29


Birinci gün hər zaman ən çətini olur, amma unutma, hər yeni başlanğıcda böyük dəyişikliklər gizlidir ...

Seçim sənindir :
Bir gün, yoxsa birinci gün?

#aiesec #aiesecilə #gənclərüçün #onedayordayone

AIESECAZE

14 Feb, 15:40


Xəzər Universiteti məzunu Özgül Nağızadənin Qlobal Könüllülük layihəsindən əsrarəngiz anlar ✨️

🌍 6 həftəlik təcrübə müddətində Özgül "Dayanıqlı İnkişaf Məqsədləri" üzrə əvəzolunmaz təcrübə qazanmış, həmçinin beynəlxalq dostluqlar quraraq öz inkişafını daha da zənginləşdirmişdir. Özgülün Rumıniya, Buxarest şəhərində yaşadığı əvəzolunmaz anlar, onun yeni bacarıqlara yiyələnməsinə və eyni zamanda sahib olduğu yumuşaq bacarıqlarının inkişafına böyük təkan vermişdir.

#aiesec #aiesecilə #globalvolunteer

AIESECAZE

27 Jan, 15:52


“Youth to Business Forum”-un növbəti tədbirinin sponsorları ilə tanış olun

Təşkilatımızın baş sponsoru olan ABB-yə, qızıl tərəfdaşlarımız olan “Lucebra”, “ERP Systems” və tərəfdaşımız “Simic”-ə bizə bu forumda dəstək olduqları üçün təşəkkür edirik!

AIESECAZE

23 Jan, 14:05


10 manata nə ala bilərik?🤔

Bu sualın çox cavabı ola bilər, lakin biz ən möhtəşəm cavab ilə qarşınızdayıq!

"Youth to Business" tədbiri üçün qeydiyyatın son günü yaxınlaşır!

📍Biletlər məhdud saydadır. Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdjzJaRzoczkM3R-8wu6807LnarBb8G55P3RCu4sBIhKeneBg/viewform?usp=header


🗓️Tarix: 26 Yanvar

Saat: 11.00

📍Məkan: Azərbaycan Memarlıq və İnşaat Universiteti

AIESECAZE

21 Jan, 16:32


Hörmətli izləyicilər, "Youth to Business" tədbiri ilə yenidən qarşınızdayıq!

Kifayət qədər təcrübəsi olan spikerlərimizdən gün keçdikcə həyatımıza daha sürətlə daxil olan süni intellekt və texnologiya haqqında biliklərinizi artırmaq və suallarınıza cavab tapmaq istəyirsinizsə, sizi "Youth To Business" tədbirində gözləyirik!

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdjzJaRzoczkM3R-8wu6807LnarBb8G55P3RCu4sBIhKeneBg/viewform?usp=header

🗓️Tarix: 26 Yanvar

Saat: 11.00

📍Məkan: Azərbaycan Memarlıq və İnşaat Universiteti

AIESECAZE

12 Jan, 14:05


Hörmətli izləyicilər, "Youth to Business Forum" üçün qeydiyyat açıqdır! 📣

26 Yanvar tarixində baş tutacaq tədbirimizdə Süni İntellekt və Texnologiya mövzusunda, peşəkar mütəxəssislərlə bir yerdə yenidən qarşınızda olacağıq. 🤖💡
Tədbirimizdə süni intellekt və texnologiyanın həyatımıza necə böyük təsiri olduğunu mütəxəssisləri tərəfindən öyrənmə şansı əldə edəcəksiniz. Həmçinin, sahəsində uğurlu olan spikerlərimiz innovasiya və texnologiyanıngələcəyini müzakirə edəcək, Süni İntellektin real dünya tətbiqlərindən danışacaq və sizə öz biliklərinizi genişləndirmək imkanı verəcəklər. 🧠🌟

Tədbirdə iştirak etməklə: Süni intellektin müxtəlif sahələrdə tətbiqi haqqında öyrənəcəksiniz.  Tədbir zamanı keçiriləcək müsabiqədə qalib olan 2 nəfər AIESEC layihələrində ödənişsiz iştirak şansı əldə edəcək.
Şəbəkələşmə imkanlarından yararlanacaqsınız.
 Sonda onlayn sertifikatla təltif oluncaqsınız.

🗓️Tarix: 26 Yanvar Saat: 11:00-17:30 📍Məkan: Azərbaycan Memarlıq və İnşaat Universiteti

İndi qeydiyyatdan keçin və gələcəyin texnologiyaları haqqında daha çox məlumat əldə edin! 🌐

📌 Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdjzJaRzoczkM3R-8wu6807LnarBb8G55P3RCu4sBIhKeneBg/viewform?usp=header

AIESECAZE

07 Jan, 13:58


🌍 Dünya dəyişir, sən də dəyişməyə hazırsan?
Texnologiya və süni intellekt həyatımızın hər sahəsini dəyişdirir. Biz isə bu dəyişimin bir parçası olmaq istəyən gəncləri bir araya gətiririk!

📅 26 Yanvar tarixində “Youth to Business Forum” başlığı altında növbəti tədbirimizdə sizi, süni intellektin və texnologiyanın dünyamıza necə təsir etdiyini müzakirə edəcəyimiz möhtəşəm bir tədbir gözləyir🚀

📲 Qeydiyyatın açılmasına sayılı günlər qalıb. Bizi izləməyə davam edin və bu fürsəti qaçırmayın!

#Youth2Business #Technology #ArtificialIntelligence #youth #aiesec #aiesecaze #aiesecazerbaijan

AIESECAZE

21 Dec, 14:03


Sumqayıt Dövlət Universiteti tələbələrinin nəzərinə!
AIESEC-in parçası olmaq və liderlik bacarıqlarını inkişaf etdirmək fürsəti indi sizlər üçün açıqdır! 🌍🚀

💡 Nə üçün AIESEC?
- Beynəlxalq təcrübələr
- Qlobal şəbəkələr
- ⁠Şəxsi və peşəkar inkişaf
- Yeni dostlar və unudulmaz xatirələr

📌 Qeydiyyat linki: https://fidvzqb7w4l.typeform.com/to/Y6zY44oh
Tələs, yerlər məhduddur!

➡️ Bu postu Sumqayıt Dövlət Universitetində oxuyan dostlarınızla və tanışlarınızla paylaşmağı unutmayın!

AIESECAZE

20 Dec, 15:38


Hörmətli izləyicilər, “Youth to Business Forum” spikerləri ilə qarşınızdayıq!🔥

Təcrübəli spikerlərimiz sizləri Maliyyə və investisiya mövzularında- bankçılıq, startup, investisiya, fintech və bir çox bu sahələrlə əlaqəli mövzular haqqında məlumatlandıracaq və müzakirələr aparacaq! 🚀

📌Tədbirdə görüşənədək!

📆Tarix: 21 dekabr
Saat: 10:30
📍Məkan: Bakı Dövlət Universiteti

#aiesecaze #investisiya #youthtobusiness

AIESECAZE

19 Dec, 16:17


Əziz izləyicilər, 2024-cü ilin son tədbiri olan "Youth to Business Forum"-na sayılı günlər qaldı. Qeydiyyatdan keçməyə tələsin!🔥

Siz də formumuzda iştirak edərək peşəkar spikerlərimizin çıxışında maliyyə və investisiyanın müxtəlif sahələrinə dair biliklər əldə edə, innovativ inkişaf strategiyaları və yeni trendləriylə yaxından tanış ola, vörkşopda praktiki biliklərinizi genişləndirə və panel müzakirəmizdə açıq mikrofondan istifadə edərək bütün suallarınıza cavab tapa bilərsiniz.

🌍Bundan əlavə, tədbir iştirakçılarından seçilən bir şəxs AIESEC-in xaricdə təcrübə proqramlarından birində pulsuz iştirak haqqı əldə edəcək!🛫

"Youth to Business Forum" ABB, N'Joy, Bakı Dövlət Universitetinin baş sponsorlugu, Bakı Dövlət Könüllüləri, Azerbaijan Youth Network-ün tərəfdaşlığı ilə hayata keçiriləcək.

📌 Tədbir istirakçıları sonda AlESEC Azərbaycan tərəfindən təsdiq olunmuş sertifikatla təmin olunacaqlar.

Qeydiyyat üçün link: https://u1nvmrvap7t.typeform.com/to/mgauOrOW

AIESECAZE

17 Dec, 16:02


📣 Onların tələsməsinin səbəbi nə ola bilər?! 📣

Hörmətli izləyicilər, investisiya və maliyyə əsaslı “Youth to Business” Forumumuzun qeydiyyatının bitməsinə çox az qalıb!

Və siz hələ də qeydiyyatdan keçməmisiniz? 🤨 Bu fürsəti qaçırmayın!

🔹 Nə əldə edəcəksiniz?
•Maliyyə və investisiya sahəsində peşəkarlar tərədindən dəyərli biliklər 💡
•Praktiki vərdişlərinizi inkişaf etdirmək üçün vörkşoplar💸
•Şəxsi və peşəkar inkişafınıza töhfə verəcək təcrübələr 🚀
•Yeni əlaqələr və çay fasiləsində şəbəkələşmə imkanları 🤝
•Biznes, Maliyyə və başqa sahələrdə AIESEC-in xaricdə könüllülük və maaşlı təcrübə proqramları haqda məlumat əldə etmək🌍
•AIESEC Azərbaycan tərəfindən təsdiqlənmiş sertifikat📑
•Pulsuz xaricdə təcrübə proqramına seçilmək şansı🛫

👉 Elə isə vaxt itirmə, çünki biletlər eynilə videodakı gənclərimiz kimi sürətlə "qaçıb gedir".

Ətraflı məlumat üçün @youth2businessaze hesabımıza keçid edə bilərsiniz!

📅 Tarix: 21 Dekabr, 10:30
📍 Məkan: Bakı Dövlət Universiteti

Gələcəyinizə investisiya qoymaq üçün indi qeydiyyatdan keçin!

P.S. Sən də onlar kimi sürətli ola bilərsənmi? 😉

Qeydiyyat üçün link: https://u1nvmrvap7t.typeform.com/to/mgauOrOW

AIESECAZE

10 Dec, 16:47


🎯 Başlayanlar qazanır – Bəs sən buna hazırsan?

📢 21 dekabr tarixində Bakı Dövlət Universitetində baş tutacaq “Youth to Business Forum”-a dəvətlisən! 💼

Tədbirin əsas mövzuları:
• Şəxsi büdcənin idarə edilməsi
• İnvestisiya strategiyaları
• Biznesə başlamağın yolları
• Səhm və investisiya bazarları
• Startupların maliyyələşdirilməsi

Peşəkar spikerlərdən öyrənmək və şəbəkə qurmaq imkanını qaçırma!

📅 Tarix: 21 dekabr
📍 Məkan: Bakı Dövlət Universiteti
🕒 Vaxt: 10:30

Özünüzə investisiya edən ilk şəxs elə siz özünüz olun. ⚡️

Daha ətraflı məlumat üçün bizi izləmədə qal!

🎟️ https://u1nvmrvap7t.typeform.com/to/mgauOrOW

AIESECAZE

07 Dec, 15:01


🎬 Sənin də maliyyə və investisiya mövzularına marağın var?

Elə isə bu tədbir tam sənlikdir! 💼

21 Dekabr Bakı Dövlət Universitetində baş tutacaq forumumuzda maraqlı mövzular, vörkşoplar, peşəkar çıxışlar və unudulmaz təcrübələr səni gözləyir:

📊 Maliyyə
📈 İnvestisiya
👥 Startup
💸 FinTech
🏦 Səhm alış-verişi
💰 Biznes

və daha çoxu haqqında öyrənmək istəyirsənsə, sən də bizə qoşul! 🚀

📅 Tarix: 21 Dekabr
Saat: 10:30
📍 Məkan: Bakı Dövlət Universiteti

Biodakı linkə keçid edərək forumumuzun bir parçası olmağa tələs! 🔥

AIESECAZE

06 Dec, 15:42


Hörmətli izləyicilər, hazırsınız? Çünki bu dəfə pul sayacağıq!💰

DİM 8 əsaslı “Youth to Business Forum” növbəti buraxılışı üçün qeydiyyatı açıq elan edir!🔥

Bu dəfə tədbirimizin diqqət mərkəzində maliyyə və investisiya mövzuları var. Əgər biznesə necə başlanmalı, startap, şəxsi gəlir artımı, FinTech, büdcənin idarə olunması, investisiya və bu kimi aktual sahələr sənin maraq dairəndədirsə, onda qeydiyyatdan keçməyə tələs! 💵

📅 Tarix: 21 Dekabr
🕚 Saat: 10:30
📍 Məkan: Bakı Dövlət Universiteti

🌐 Forum ərzində AIESEC-in həm mövzu ilə əlaqədar, həm də başqa sahələri üzrə xaricdə maaşlı təcrübə və könüllük proqramları haqqında ətraflı məlumat əldə etmək şansı qazanacaqsan.

☕️ Çay fasiləsi zamanı şəbəkələşmə imkanlarını genişləndirmək və həmfikir insanlarla əlaqə yaratmaq şansını qaçırma!

Qeyd edək ki, tədbirimizdə iştirakçılar üçün maraqlı vörkşoplar və panel müzakirəsi nəzərdə tutulmuşdur.

📌 İştirakçılar online sertifikat ilə təmin olunacaqdır.

🔗 Qeydiyyat linki: https://u1nvmrvap7t.typeform.com/to/mgauOrOW

AIESECAZE

04 Dec, 16:33


🌟Niyə AIESEC?🌟

AIESEC sənə liderlik bacarıqları qazanmaq, beynəlxalq təcrübələr əldə etmək və özünü inkişaf etdirmək imkanı təqdim edir! 💡🌍

📢 Qeydiyyat artıq açıqdır – fürsəti qaçırma, müraciət et!

AIESECAZE

04 Dec, 15:05


Sən də AIESEC ailəmizin bir parçası olmaq istəyirsən?

AIESEC-də üzv olaraq:

💡 Liderlik bacarıqlarını inkişaf etdirə bilər, komandalara rəhbərlik etməyi və strateji düşünməyi öyrənə bilərsən.
🌍 Beynəlxalq mühitin bir parçası ola bilər və yeni mədəniyyətlər kəşf edə bilərsən.
📈 Karyeranın təməlini formalaşdıraraq marketinq, satış, insan resursları kimi sahələrdə dəyərli təcrübələr qazana bilərsən.
🎉 Yeni dostlar qazanıb unudulmaz xatirələr yaradaraq həyatının ən rəngarəng anlarını burada yaşaya bilərsən!

💙 Gənclərin inkişafını dəstəkləyən bu ailənin bir hissəsi olmaq istəyirsənsə, elə indi qoşul!

📢 Qeydiyyat Linki: https://tr.ee/OXRRFJ5XCG

AIESECAZE

30 Nov, 17:21


Sən də AIESEC-in bir parçası olmaq istəyirsən?

AIESEC sənə özünü kəşf etmək, liderlik bacarıqlarını inkişaf etdirmək və beynəlxalq mühitdə dəyərli təcrübələr qazanmaq fürsəti təqdim edir! 🌍💡

Çox az qaldı – üzvlük üçün qeydiyyatlar tezliklə açılacaq! 🤩

Özünü bu unikal təcrübəyə hazırlamaq üçün bizi izləməyə davam et! 💙

AIESECAZE

27 Nov, 16:49


Növbəti milli əməkdaşımız -Simic.Appi təqdim edirik!🤝🏻

Simic.App alıcıların həm vaxtında, həm də puluna qənaət etmələrinə kömək edən platformadır. Bununla yanaşı, platforma kiçik və orta bizneslərin süni intellekt və data əsaslı həllərlə daha geniş müştəri kütləsinə çatmalarına vasitəçi olur. Çox qısa müddətdə bir çox partnyor qazanan Simic.App, yerli bazarda onlayn alış-verişə yenilik gətirərək sektorda fərq yaradır.

AIESECAZE

26 Nov, 14:07


Xatirələr və təsir dolu təcrübəyə hazırsınız?🔥

“Global Volunteer” proqramımız ilə Türkiyənin İstanbul şəhərində təcrübə keçirən Dünyaxanımın xatirələri ilə tanış olun. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi olan Dünyaxanım Türkiyədə “Dayanıqlı İnkişaf Məqsdələri”-dən dördüncü məqsəd, yəni “Keyfiyyətli Təhsil” məqsədi əsasında olan altı həftəlik layihə ilə dünyaya pozitiv təsir bağışlayıb. 🌍

#aiesecaze #aiesec

AIESECAZE

25 Nov, 16:17


Səncə, dünyanı dəyişməyə başlamaq üçün daha yaxşı səbəblər varmı? 🌟

Biz artıq 5 səbəb sadaladıq: şəxsi inkişaf, yeni dostlar, unudulmaz təcrübələr və daha nələr! 🤩

Üstəlik, 10 dekabra qədər Global Volunteer də daxil olmaqla müraciət etdiyin bütün proqramlarda 30% endirim əldə edəcəksən!

Sən də Global Volunteer ol və dünyanı dəyişməyə başla! 🌍

📌Qeydiyyat linki biodadır, bu fürsəti qaçırma!

#AIESEC #aiesecilə #globalvolunteer

AIESECAZE

24 Nov, 16:52


Bakı Slavyan Universitetinin (BSU) tələbəsi Elşanə Ağakərimova Türkiyənin İstanbul şəhərində Qlobal Könüllülük layihəsində iştirak etmişdir. “Dayanıqlı İnkişaf Məqsədləri” ilə layihə ərzində beynəlxalq dostluqlar qazanmış və iş sahəsində öz bacarıqlarını inkişaf etdirmişdir. İndi isə yaşadığı unudulmaz anları sizinlə bölüşmək istəyir!💚


Elshana Aghakerimova, a student of Baku Slavic University (BSU) participated in the “Global Volunteer” project in Istanbul, Türkiye. In her project with "Sustainable Development Goals", she gained international friendships and developed her skills in the field of work. And now she wants to share her unforgettable moments with you!💚

#aiesec #aiesecaze

AIESECAZE

22 Nov, 17:44


Gözlənilən an nəhayət gəlib çatdı! 💙

22 noyabr - 10 dekabr tarixləri arasında AIESEC layihələrinə qoşul və 30% endirim fürsətindən yararlan! 🌍 Yeni təcrübələrə bir addım daha yaxın olmaq üçün indi müraciət et!

📌 Müraciət linki: https://auth.aiesec.org/users/sign_in#login

Sürprizlər səni gözləyir – bu yalnız başlanğıcdır!

AIESECAZE

20 Nov, 16:10


📚 Xaricdə təhsil xəyalını gerçəkləşdirmək istəyirsən? O zaman bu fürsəti qaçırma!

🌍 Azərbaycanın ən geniş miqyaslı Akare Xaricdə Təhsil Sərgisi 30 Noyabr və 1 Dekabr tarixlərində Bakıda, Hilton Oteldə baş tutacaq!
- Universitet, Magistr, Doktorantura, MBA və daha bir çox təhsil imkanları səni gözləyir!
- Sertifikat proqramları, yay məktəbləri, dil kursları və Work & Study imkanları ilə gələcəyini qur!

🎁 Sərgidə iştirak edənlərə xüsusi hədiyyələr:
- İngiltərədə dil kursu və qonaqlama,
- TOEFL və IELTS endirimləri,
- Bakı və İstanbuldakı dil kurslarına dəvətlər və daha çox!

💡 Giriş tamamilə ödənişsizdir
📆 Tarix: 30 Noyabr – 1 Dekabr
📍 Məkan: Bakı Hilton Otel
Saat: 14:00 – 18:00

Qeydiyyat Linki: https://bit.ly/AkareTəhsilSərgisi

AIESECAZE

18 Nov, 18:40


Murad Əliyevin Qlobal Könüllülük layihəsindəki təcrübəsindən maraqlı anlar

Altı həftəlik bu təcrübə zamanı o, "Dayanıqlı İnkişaf Məqsədləri" üzərində çalışaraq həm beynəlxalq dostluqlar qazanmış, həm də yeni bacarıqlar əldə etmişdir. 🌍 Muradın Türkiyənin Konya şəhərində yaşadığı unudulmaz təcrübə onun şəxsi inkişafına böyük töhfə vermişdir.

#aiesec #aiesecilə #globalvolunteer

AIESECAZE

17 Nov, 17:20


Yeni təcrübələrə bir addım daha yaxın olmağa hazırsan? 👀

Gözünü bizdən ayırma! 😉

#AIESEC #aiesecaze #bluefriday

AIESECAZE

14 Nov, 11:06


🇷🇸Serbiyada 8-ci Dayanıqlı İnkişaf Məqsədi (SDG) əsaslı Skill Up- “Global Volunteer” proqramına IT sahəsi və Startaplarla maraqlanan 4 azərbaycanlı namizəd tələb olunur.🧑🏻‍💻👩🏻‍💻

📈Qlobal Könüllülər, yerli gənclərə təlimlər keçməklə onların sahibkarlıq bacarıqlarının inkişafına və karyera yönləndirilməsinə töhfə verəcəklər💡

20 Yanvar, 2025- 3 Mart, 2025 tarixlərini əhatə edir.

Layihədə yaşayış yeri təmin edilir.

Fəaliyyət saatları: Həftədə 3 dəfə, 18:00- 20:00

Qeydiyyat linki:https://auth.aiesec.org/users/sign_in#login
Qeydiyyatdan keçdikdən sonra layihə koordinatorları sizinlə əlaqə saxlayacaq.💙

AIESECAZE

13 Nov, 17:44


🚀 Qeydiyyat Açıqdır! 11-ci "Youth Speak Forum"-da Sən də Ol! 🌍

1 dekabrda AIESEC Azərbaycan tərəfindən keçiriləcək 11-ci "Youth Speak Forum"-da iştirak edərək, dünya və gələcəyimiz üçün vacib mövzuları birlikdə müzakirə edəcəyik! 🚀

Forum "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 çərçivəsində, Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.🍀

💡 Nə gözləyirsən? İnteraktiv müzakirələr, praktiki sessiyalar və qlobal təsir yaratmaq üçün yeni fürsətlər burada səni gözləyir!

Sən də dəyişiklik yaratmaq istəyirsənsə, elə indi qeydiyyatdan keç: https://bit.ly/11thYouthSpeakForum (Link həmçinin səhifəmizin bio hissəsində də mövcuddur.)

Gələcəyimizi birlikdə formalaşdıraq!🌟

AIESECAZE

12 Nov, 17:47


🇮🇳Hindistanda Rəsm müəllimi üzrə - "Global Teacher" Proqramına azərbaycanlı namizədlər tələb olunur.

Aylıq ödəniş: 15000 INR

1 fevral, 2025 - 25 aprel, 2025 tarixlərini əhatə edir

Layihədə yaşayış yeri, gündə 3 dəfə qidalanma və şəhərdaxili nəqliyyat xərcləri təmin edilir.

Fəaliyyət saatları: Həftədə 6 gün, 08:00-15:00

Qeydiyyat Linki: https://auth.aiesec.org/users/sign_in#login
Qeydiyyatdan keçdikdən sonra layihə kordinatorları sizinlə əlaqə saxlayacaq💙

#aiesec #aiesecaze

AIESECAZE

12 Nov, 15:39


🇮🇳Hindistanda 13-cü Dayanıqlı İnkişaf Məqsədi ( SDG ) əsaslı Youth 4 Impact - "Global Volunteer" Proqramına azərbaycanlı namizədlər tələb olunur.

1 iyul, 2025 - 12 avqust, 2025 tarixlərini əhatə edir

Layihədə yaşayış yeri, gündə 2 dəfə qidalanma təmin edilir.

Fəaliyyət saatları: Həftədə 5 gün, 09:00-17:00

Qeydiyyat Linki: https://auth.aiesec.org/users/sign_in#login
Qeydiyyatdan keçdikdən sonra layihə kordinatorları sizinlə əlaqə saxlayacaq💙

#aiesec #aiesecaze

AIESECAZE

12 Nov, 13:33


🇮🇳Hindistanda 13-cü Dayanıqlı İnkişaf Məqsədi ( SDG ) əsaslı Happy Bus - "Global Volunteer" Proqramına azərbaycanlı namizədlər tələb olunur.

1 iyul, 2025 - 12 avqust, 2025 tarixlərini əhatə edir

Layihədə yaşayış yeri, gündə 3 dəfə qidalanma və şəhərdaxili nəqliyyat xərcləri ilə təmin edilir.

Fəaliyyət saatları: Həftədə 5 gün, 09:00-17:00

Qeydiyyat Linki: https://auth.aiesec.org/users/sign_in#login
Qeydiyyatdan keçdikdən sonra layihə kordinatorları sizinlə əlaqə saxlayacaq💙

#aiesec #aiesecaze

AIESECAZE

09 Nov, 15:42


Bəli, bura Rumıniyadır! 🇷🇴

Drakula🧛🏻
Bran qalası, Drakula əfsanəsinin doğulduğu yerdir. Qorxulu və eyni zamanda cazibədar olan bu əfsanə, sizi mistik bir səyahətə aparacaq!

Dağlar🏔️
Karpat dağları Rumıniyanın təbii gözəlliklərini tamamlayır. Geniş meşələri və möhtəşəm mənzərələri ilə sizi öz sehrinə salacaq bu dağlar, ölkənin simvollarından biridir.

Qalalar🏰
Bran və Peles qalaları ölkənin qədim irsini yaşadan möhtəşəm qalalardır. Bu yerlərdə siz Rumıniyanın zəngin mədəniyyətinin izlərini tapacaqsınız.

Tarix, təbiət və macəra – hamısını Rumıniyada yaşayın!

AIESECAZE

05 Nov, 07:57


🇪🇸 İngilis dili müəllimliyi üzrə İspaniyada maaşlı "Global Teacher" layihəsi

Maaş: 1400 EUR (aylıq)
Yaşayış yeri və gündə 3 dəfə yemək təmin olunacaq

İştirakçılar 7 və 16 yaş arası ispan uşaqlara oyunlar, sənətkarlıq, elmi seminarlar, rol oyunları və interaktiv dərslərlə ingilis dilini öyrədəcəklər.

Namizəd 20 Yanvar-31 Avqust, 10 Fevral-18 Avqust , 24 Mart-29 Sentyabr tarixlərindən ona uyğun bir vaxt aralığını seçə bilər

📌Qeyd edək ki, Global Teacher layihəsi, gənclər üçün xaricdə müəllimlik sahəsi üzrə iş təcrübəsi imkanı yaradan AIESEC proqramıdır. Bu layihə, iştirakçılara beynəlxalq məktəblərdə pedaqoji bacarıqlarını inkişaf etdirmə və mədəniyyətlərarası təcrübə qazanma fürsəti təqdim edir.

Qeydiyyat Linki: https://auth.aiesec.org/users/sign_in#login
Qeydiyyatdan keçdikdən sonra layihə koordinatorları sizinlə əlaqə saxlayacaq💙

#AIESEC #GlobalTeacher #InternationalTeaching #TeachingAbroad #CareerGrowth #ProfessionalDevelopment

AIESECAZE

04 Nov, 17:06


Dostlarınızla birgə unudulmaz təcrübə yaşamağa hazırsınızmı? 🤩

15 noyabr tarixinədək AIESEC-in mübadilə layihələrinə qoşulun, hər biriniz 20% endirim əldə edin! 🤩🎉

Ətraflı məlumat üçün şərhlərə + yazmağı və bu postu birlikdə layihəyə qoşulmaq istədiyiniz dostlarınıza göndərməyi unutmayın!

#aiesec #aiesecaze

AIESECAZE

03 Nov, 14:34


🇷🇴 Rumıniyada Təcrübə İmkanı
Rumıniyada *Sales Business Development Intern* mövqeyində təcrübə proqramı mövcuddur!

Vəzifələr:
- Bazar analizi aparmaq
- Potensial müştərilərlə əlaqə qurmaq
- Görüşlərin təşkil olunması

📌Qeyd edək ki, Global Talent, gənclərə beynəlxalq iş mühitində təcrübə qazandırmaq üçün hazırlanmış bir AIESEC proqramıdır. Hal-hazırda qeyd olunan layihə qısamüddətlidir, yaşayış yeri təmin olunur və iki müxtəlif vaxtda (13 yanvar- 7 mart və 6 yanvar-28) fevral iştirak etmək mümkündür. Namizəd ona uyğun istənilən vaxt aralığında iştirak edə bilər. Həmçinin layihə qısamüddətli və gənclərin təcrübə qazanması yönümündə olduğundan müvafiq sahədə 1 il təcrübə olması kifayət edir.

Proqramın Avantajları:

Beynəlxalq iş təcrübəsi və qlobal perspektiv
Şəbəkə yaratmaq imkanı
Mədəniyyətlərarası bacarıqların inkişafı
Təcrübə müddətində şəxsi və peşəkar bacarıqların təkmilləşdirilməsi

Qeydiyyat Linki: https://auth.aiesec.org/users/sign_in#login

AIESECAZE

03 Nov, 10:11


☘️Portuqaliyada 15-ci Dayanıqlı İnkişaf Məqsədinə (Yer ekosistemlərini mühafizə ) əsaslanan "Global Volunteer" layihəsi🇵🇹

🗓️15 Yanvar - 26 Fevral tarixlərini əhatə edir

📣Layihədə yaşayış yeri və gündə 1 dəfə yemək təmin edilir.

📌Fəaliyyət saatları: Həftə içi hər gün 09:00-16:00

Qeydiyyat Linki: https://auth.aiesec.org/users/sign_in#login
Qeydiyyatdan keçdikdən sonra layihə koordinatorları sizinlə əlaqə saxlayacaq💙

AIESECAZE

02 Nov, 20:28


Rumıniyada "Global Volunteer" Proqramına azərbaycanlı namizədlər tələb olunur.

21 iyul, 2025 - 1 sentyabr, 2025 tarixlərini əhatə edir

Layihə yaşayış yeri, gündə 3 dəfə qidalanma və şəhərdaxili nəqliyyat xərcləri ilə təmin edir

Fəaliyyət saatları: Həftə içi hər gün 09:00-17:00

Link: https://auth.aiesec.org/users/sign_in#login

AIESECAZE

01 Nov, 18:14


Yeni mədəniyyətləri kəşf etmək, dünyagörüşünü genişləndirmək və qlobal təsir yaratmaq istəyirsən?

🌍 AIESEC-in Global Volunteer proqramı sənə Rumıniyanı fərqli bir baxışla tanıma imkanı yaradır.

Həm özünü inkişaf etdir, həm də dünyada müsbət dəyişiklik yarat. Gənc lider olaraq təsir gücünü artır və gələcəyə töhfə ver!

#aiesecaze #aiesec #romania

AIESECAZE

31 Oct, 16:54


Bakı Biznes Universitetinin tələbəsi Sadiq Hacıyev Türkiyənin Gaziantep şəhərində Qlobal Könüllülük layihəsində iştirak etmişdir. Layihə ərzində beynəlxalq dostluqlar qazanmış və iş sahəsində özünü inkişaf etdirmişdir. İndi isə yaşadığı unudulmaz anları sizinlə bölüşmək istəyir!🔥

Sadig Hajiyev, a student of Baku Business University, participated in the Global Volunteer project in Gaziantep, Türkiye. Within the framework of the project, he gained international friendships and developed himself in the field of work. Now he wants to share with you the unforgettable moments he experienced!🔥

#aiesec #aiesecaze

AIESECAZE

29 Oct, 09:43


İtaliyada "Global Volunteer" Proqramına azərbaycanlı namizədlər tələb olunur.
21 İyul, 2025 - 1 Sentyabr, 2025 tarixlərini əhatə edir

Layihə yaşayış yeri və kompüter ilə təmin edir

Fəaliyyət saatları: Həftə içi hər gün 09:00-16:00
Qeydiyyat Linki: https://forms.gle/oWFDDr3Zru4vuYvt8

AIESECAZE

28 Oct, 11:47


İtaliyada "Global Volunteer" Proqramına azərbaycanlı namizədlər tələb olunur.
2 İyun, 2025 - 21 İyul, 2025 tarixlərini əhatə edir

Layihə yaşayış yeri və kompüter ilə təmin edir

Fəaliyyət saatları: Həftə içi hər gün 09:00-16:00
Qeydiyyat Linki: https://forms.gle/oWFDDr3Zru4vuYvt8

AIESECAZE

27 Oct, 11:33


“Youth to Business Forum”-un ilk tədbiri bugün baş tutur!🚀

Təşkilatımızın qızıl sponsoru olan Star Colleges-i və təsisçisi Hüseyn Məhərrəmovu tanıyaq. Star Colleges-ə bu forumda bizə göstərdikləri dəstək üçün təşəkkür edirik və gənclərin inkişafı üçün etdiyimiz əməkdaşlıqdan məmnunluq duyuruq!💙

#aiesec #aiesecaze #youthtobusiness #event

AIESECAZE

27 Oct, 06:59


“Youth to Business Forum”-un ilk tədbiri bugün baş tutur!🚀

Təşkilatımızın baş sponsoru olan Barattson-u və İdarə Heyətinin sədri Elşən Rəhimovu tanıyaq. Barattson-a bu forumda bizə göstərdikləri dəstək üçün təşəkkür edirik və gənclərin inkişafı üçün etdiyimiz əməkdaşlıqdan məmnunluq duyuruq!💙

#aiesec #aiesecaze #youthtobusiness #event

AIESECAZE

26 Oct, 12:22


“Youth to Business Forum”-un ilk eventi üçün son bir gün qaldı!🚀

Təşkilatımızın baş sponsoru olan ABB-ni və spikerlərimizdən olan Orxan İsgəndərlini tanıyaq. ABB-yə bu forumda da bizə dəstək olduğu üçün təşəkkür edirik!💙

#aiesec #aiesecaze #youttobusiness #event

AIESECAZE

25 Oct, 09:08


İngilis Dili Müəllimi üzrə Braziliyada "Global Teacher" Proqramı
24 Mart, 2025 - 15 May, 2025 aralığını əhatə edir

Layihə yaşayış yeri, ölkədaxili nəqliyyat, gündə 3 dəfə qidalanma ilə təmin edir

Maaş: 1380 BRL
İş vaxtı: 1,2,3-cü günlər saat 10:00-15:00
4,5-ci günlər saat 15:00-21:00
6-cı gün 09:00-12:00
Qeydiyyat Linki: https://forms.gle/27cBiQAQ6JWoUu4n6

AIESECAZE

24 Oct, 17:56


İnnovasiya dolu tədbirimizin müsabiqəsi ilə tanış olun!

“Youth to Business Forum”-un UFAZ-da keçiriləcək ilk tədbirinin baş sponsorlarından “Barattson” MMC-nin dəstəyi ilə şanslı bir iştirakçı AIESEC-in qlobal mübadilə proqramlarından istifadə edərkən müqavilə qiymətinə 100% endirim qazanacaq!😍

Sən də bu fürsəti qaçırma, tədbirdə özünə yer ayır!🔥

🔗Qeydiyyat linki: https://forms.gle/LYSS9yVLvkQvVyoQ6

#aiesecaze #aiesec #youthtobusiness #event

AIESECAZE

21 Oct, 15:04


AIESEC Azərbaycan ADU-da!

11 oktyabr 2024-cü il tarixində AIESEC Azərbaycan və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə Məlumatlandırıcı Sessiya baş tutmuşdur.

Sessiya zamanı universitetin müxtəlif ixtisaslarından olan bir çox tələbə AIESEC-in mübadilə proqramları: xaricdə qlobal könüllülük, maaşlı təcrübə proqramı və qonaq ailə layihəsi ilə tanış oldular.

Bu proqramlardan istifadə edərək onlar xaricdə təcrübə qazanmağın, qabiliyyətlərini inkişaf etdirməyin yollarını və karyera üstünlükləri barədə ətraflı informasiya əldə etdilər.

AIESECAZE

19 Oct, 11:02


Slovakiyada Qlobal Könüllülük Proqramı
18 Yanvar, 2025 - 1 Mart, 2025 tarixlərini əhatə edir

Layihə yaşayış yeri, nəqliyyat və gündə 1 dəfə qidalanma ilə təmin edir

Fəaliyyət saatları: Həftə içi hər gün 08:00-13:00
Qeydiyyat Linki: https://forms.gle/oWFDDr3Zru4vuYvt8

AIESECAZE

14 Oct, 12:25


İtaliyada Qlobal Könüllülük Proqramı
25 Yanvar, 2025 - 8 Mart, 2025

Layihə yaşayış yeri, nəqliyyat və gündə 2 dəfə qidalanma ilə təmin edir

Fəaliyyət saatları: Həftə içi hər gün 08:00-16:00

Qeydiyyat Linki: https://tr.ee/wBsS0sNcOw

AIESECAZE

13 Oct, 16:28


Əziz izləyicilər,🤩

"Youth to Business" layihəmizin ilk forumu üçün qeydiyyat artıq açıqdır!❤️

Mövzumuz "Karyera və Startup" olacaq. Tədbirdə iştirak edərək karyera inkişafı və startup quruluşu ilə bağlı dəyərli biliklər əldə edəcək və ideyalarınızı reallaşdırmaq yollarını öyrənəcəksiniz. 🚀

Forum çərçivəsində təcrübə yönümlü workshop və maraqlı panel müzakirə keçiriləcək.
Həmçinin, tədbir zamanı keçiriləcək kofe fasiləsi ərzində tərəfdaşlarımızla tanış olaraq, peşəkar şəbəkənizi genişləndirmək imkanı əldə edəcəksiniz. Tədbir iştirakçıları online sertifikat ilə təmin olunacaq!📄

📌Qeydiyyat linki: https://forms.gle/LYSS9yVLvkQvVyoQ6
Yerlər məhdud olduğuna görə, qeydiyyatdan keçməyə tələsin!

📅 Tarix: 27 oktyabr
🕒 Saat: 10:30
📍 Məkan: UFAZ

AIESECAZE

12 Oct, 17:59


Əziz izləyicilər, AlESEC Azərbaycan olaraq yeni mərhələyə keçid edirik!🤩

Bu dəyişiklikdə siz “Youth to Business” Formatı ilə tanış olacaqsınız. Yerli tədbirlərimiz Dayanıqlı İnkişaf Məqsədi 8 - Layiqli əmək və İqtisadi artım mövzularında baş tutacaq.🤝🏻

Həmçinin "Youth to Business" layihəmizin ilk forumu üçün qeydiyyat artıq açıqdır!❤️

Mövzumuz "Karyera və Startup" olacaq. Tədbirdə iştirak edərək karyera inkişafı və startup quruluşu ilə bağlı dəyərli biliklər əldə edəcək və ideyalarınızı reallaşdırmaq yollarını öyrənəcəksiniz. 🚀

Forum çərçivəsində təcrübə yönümlü workshop və maraqlı panel müzakirə keçiriləcək.
Həmçinin, tədbir zamanı keçiriləcək kofe fasiləsi ərzində tərəfdaşlarımızla tanış olaraq, peşəkar şəbəkənizi genişləndirmək imkanı əldə edəcəksiniz. Tədbir iştirakçıları online sertifikat ilə təmin olunacaq!📄

📌Qeydiyyat linki: https://forms.gle/LYSS9yVLvkQvVyoQ6

📅 Tarix: 27 oktyabr
🕒 Saat: 10:30
📍 Məkan: UFAZ

AIESECAZE

09 Oct, 12:14


AIESEC Azərbaycan Bakı Slavyan Universitetində!

Əziz izəyicilərimiz,

3 Oktyabr 2024-cü il tarixində Bakı Slavyan Universiteti və AIESEC Azərbaycanın birgə təşkilatçılığı nəticəsində Məlumatlandırıcı Sessiyamız baş tutmuşdur.

Məlumatlandırıcı Sessiyanın əsas məqsədi tələbələrə AIESEC haqqında və onun mübadilə proqramları: xaricdə qlobal könüllülük, maaşlı təcrübə proqramları və qonaq ailə layihəsi haqqında məlumatları təqdim etmək idi.

Bunun üçün Bakı Slavyan Universiteti heyətinə və Karyera şöbəsi xidmətinin müdiri Günel Nəzərovaya dərin təşəkkürlərimizi bildiririk!

#aiesec #aiesecaze

AIESECAZE

08 Oct, 14:15


AIESEC Azərbaycan AzTU-da!

Əziz izləyicilərimiz,

2 Oktyabr 2024-cü il tarixində Azərbaycan Texniki Universiteti və AIESEC Azərbaycanın birgə təşkilatçılığı ilə məlumatlandırıcı stend baş tutmuşdur.

Bu müddət ərzində universitetin bir çox tələbələri AIESEC-in mübadilə proqramları: xaricdə qlobal könüllülük, maaşlı təcrübə proqramı və qonaq ailə layihəsi ilə yaxından tanış oldular.

Bu proqramlar çərçivəsində tələbələr öz bacarıqlarını inkişaf etdirməyin yolları, daha çox təcrübə qazanmaq və proqramların üstünlükləri haqqında ətraflı məlumat əldə etdilər.

#aiesec #aiesecaze

AIESECAZE

05 Oct, 12:11


Müəllimlər günü münasibətilə bütün dəyərli müəllimlərimizi ürəkdən təbrik edirik 🎉 Onların əvəzsiz dəstəyi nəticəsində gələcəyin liderləri formalaşır.

📚 5-15 oktyabr tarixləri arasında Global Teacher layihələrinə qeydiyyatdan keçən hər kəs 30% endirim əldə edəcək!

Beynəlxalq təcrübələrdən yararlanaraq özünü inkişaf etdirmək fürsətini qaçırma! 🌍💼

#aiesec #aiesecaze

AIESECAZE

04 Oct, 17:26


29 avqust- 1 sentyabr 2024-cü il tarixində, AIESEC Azərbaycan tərəfindən təşkil olunan və baş sponsoru @abb_bank olan 28-ci Milli Konfrans uğurla həyata keçirildi.

Hər il iki dəfə, hər 6 aydan bir keçirilən bu konfransın əsas məqsədi, yeni qəbul edilmiş üzvlərimizə təşkilatımız haqqında daha ətraflı məlumat vermək və AIESEC mədəniyyətini yaşatmaqdır. Konfrans müddətində iştirakçılar, müxtəlif departamentlər üzrə seminarlar və workshoplarda iştirak edərək təşkilatın iş prinsiplərini daha dərindən öyrənmişlər. Eyni zamanda, 4 gün ərzində üzvlər üçün liderlik, effektiv ünsiyyət, inandırma bacarıqları kimi qeyri-texniki sahələrdə inkişaf imkanları təqdim edilərək onların fərdi bacarıqları artırılmışdır.💙

Gənclərimiz bu fərqli sessiyalardan faydalı bilik və bacarıqlar əldə etmiş, həmçinin suallarını mütəxəssislərə ünvanlayaraq daha geniş məlumat almışlar.⭐️

AIESECAZE

01 Oct, 13:34


AIESEC Azərbaycan AzTU tələbələri ilə görüşə gəlir!

Azərbaycan Texniki Universiteti və AIESEC Azərbaycanın birgə təşəbbüsü ilə məlumatlandırıcı stend baş tutacaqdır.

İnfo Stend ərzində siz AIESEC-in xarici ölkələrdə beynəlxalq könüllülük, maaşlı təcrübə və qonaq ailə proqramları ilə yaxından tanış olacaqsınız.

📌 Əziz AzTU tələbələri, hər birinizi gözləyirik!

🗓️ : 2 oktyabr
⏱️ : 13:00
📌 : Azərbaycan Texniki Universiteti

AIESECAZE

28 Sep, 16:40


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Xəyal Əliyev bu yay AIESEC-in “Global Volunteer” proqramı ilə Türkiyənin Adana şəhərində olub. Altı həftəlik təcrübə boyunca “Dayanıqlı İnkişaf Məqsədləri” ilə dünyaya pozitiv təsir verən Xəyal, eyni zamanda öz bacarıqlarını inkişaf etdirərək yeni dostlar da qazanıb. Global Lens müsabiqəsinə qoşulan könüllümüzün təcrübəsinə birlikdə baxaq!

——

Khayal Aliyev, a student of the Azerbaijan State Oil and Industry University (ASOIU), visited Adana, Turkey, this summer with AIESEC's Global Volunteer product. Khayal made a positive impact on the world with the "Sustainable Development Goals" during the six-week internship, while improving his skills and making new friends. Let's see together the experience of our volunteer who joined the Global Lens competition!

#aiesec #aiesecaze