UNEC @uneceduaz Channel on Telegram

UNEC

@uneceduaz


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi telegram kanalı

🔗 Sosial media hesablarımız: https://linktr.ee/uneceduaz

UNEC Telegram Channel Promotion (Azerbaijani)

Əksər insanlar gələcəklə bağlı planlar qurmağa başlayarkən, doğru təhsil seçimi həyatlarında əhəmiyyətli bir rol oynayır. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu mövzuda təcrübəli və seçkin bir təhsil müəssisəsidir. UNEC-in rəsmi telegram kanalı olan "@uneceduaz" tələbələrə, tələbə olmaq istəyənlərə və digər təhsil məqsədilə maraqlanan şəxslərə ən son informasiyaları çatdırmaq məqsədi ilə yaradılmışdır. Bu kanal vasitəsilə, tələbələr universitetdə baş verən fəaliyyətlər, tələbə klubları, təhsil proqramları və digər təhsil məsələləri barədə ən son xəbərləri almaq imkanına malik olacaqlar. Həmçinin, tələbə olmaq istəyənlər universitetin proqramları, qəbul mövzuları və digər mühüm məlumatlar barədə aydınlaşmaq üçün bu kanaldan istifadə edə bilərlər. UNEC-in fəaliyyətləri, təşkilatları və muvafiq sahələrdə oxuyan tələbələrin nailiyyətləri haqqında ətraflı məlumat almaq istəyən hər kəs üçün bu telegram kanalı ən uyğun mənbədir. Sosial media istifadəçilərinin də diqqət yetirməmiş olduğu xidmətləri, fırsatları və yenilikləri ən tez və rahat bir şəkildə öyrənmək üçün "@uneceduaz" kanalına abunə olmağı unutmayın. Təhsil sahəsində mövzulara maraqlı olan hər bir şəxs bu kanaldan istifadə edərək öz bilik və təcrübələrini artıra bilər, həm də yeni əlaqələr qura bilər. Ən son təhsil xəbərləri və universitetin fəaliyyətləri barədə məlumatlar üçün "@uneceduaz" telegram kanalına abunə olun və tələbələrin dünyasında yeni bir səyahətə başlayın.

UNEC

11 Feb, 13:55


Hörmətli tələbələr!

Yanvar ayı üçün nəzərdə tutulmuş təqaüdlər ödənilmişdir. Gün ərzində kart hesablarınıza yüklənəcəkdir. 

Xeyirli olsun!

@uneceduaz

UNEC

08 Feb, 12:50


UNEC-i rəsmi sosial media platformalarında izləyin və yeniliklərdən ilk siz xəbərdar olun!

📌 Facebook: https://www.facebook.com/unecedu
📌 Instagram: https://www.instagram.com/uneceduaz
📌 Telegram: https://t.me/uneceduaz
📌 X (Twitter): https://x.com/uneceduaz
📌 LinkedIn: https://www.linkedin.com/school/azerbaijan-state-university-of-economics/
📌 WhatsApp: https://whatsapp.com/channel/0029VaDhd4dAO7RNKDQVCp2M

UNEC

05 Feb, 15:23


UNEC-in 95 illik yubileyinə həsr olunmuş TEDxUNEC səhnəsində olacaq növbəti spikerimiz – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov!

@uneceduaz

UNEC

04 Feb, 16:10


Azərbaycan Mərkəzi Bankının sədr müavini Gülər Paşayeva TEDxUNEC səhnəsində bizimlə olacaq! ⚡️

Gülər Paşayeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

2022-ci ilin iyun ayında Azərbaycan Mərkəzi Bankında sədrin müşaviri vəzifəsinə başlayıb. Daha sonra Baş direktor vəzifəsinə təyin edilib.

2024-cü ilin avqustunda Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsinə təyin olunub.

Maliyyə dünyasının incəliklərini və gələcəyin trendlərini onun dilindən eşidin! 🚀

@uneceduaz

UNEC

02 Feb, 07:45


UNEC-DƏ İLİN ƏN YAXŞI TƏLƏBƏLƏRİ SEÇİLDİ!

“UNEC 95” çərçivəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə UNEC-də ilk dəfə olaraq “İlin Ən Yaxşı Tələbəsi” müsabiqəsi keçirilib.

Müxtəlif kateqoriyalar üzrə unuversitetin və ölkənin sosial-ictimai həyatında fəal iştirak edən hər fakültə üzrə bir tələbə UNEC rektorunun əmri ilə Fəxri Fərmanla təltif olunub.

Universitetin ictimai-sosial həyatında fəallığı ilə fərqlənən UNEC-in tələbə təşkilat sədrləri və Tələbə-Rektor da Gənclər Günü münasibətilə təltif ediliblər.

Layihənin məqsədi tələbələr arasında ictimai-sosial fəallığın artırılması, onların elmə, təhsilə marağının artırılması və fərqlənən tələbələrin fəaliyyətinin stimullaşdırılmasıdır.

@uneceduaz

UNEC

01 Feb, 18:58


Əziz gənclər,

Siz cəmiyyətimizin inkişafında mühüm rol oynayan, bilik və bacarıqlarınızla uğurlu gələcəyimizi formalaşdıran qüvvəsiniz. Sizin əzminiz, yenilikçi ideyalarınız və biliyə olan sevginiz ölkəmizin sabahını daha parlaq edəcək.

UNEC olaraq, qazandığınız uğurlarla qürur duyuruq.

Gənclər Günü münasibətilə hər birinizi təbrik edirik, uğurlar arzulayırıq!

@uneceduaz

UNEC

31 Jan, 20:16


Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “2 Fevral – Gənclər Günü” münasibətilə tədbir təşkil olunub.

Sonda İnnovativ Gənclər Təşkilatının sədr müavini İlham Qulamhüseynov və idarə heyətinin üzvləri - Zəhra Səfərəliyeva və Fidan Nuriyeva ictimai fəaliyyətlərdəki fəallığlarına görə Nərimanov Rayon Gənclər və İdman sektorunun müdiri Bahəddin Hüseynov tərəfindən təltif edilib.

Gənclərimizin uğurları ilə fəxr edir, onlara daha böyük nailiyyətlər arzulayırıq! Gününüz mübarək!

https://www.instagram.com/p/DFgLAgWqe9p/?igsh=YTduMnliY2FlYWJk

UNEC

31 Jan, 09:01


UNEC-in təşkilatçılığı ilə Makroekonometrik Modellər üzrə təlim proqramına qeydiyyat başlayıb!

🔹 Təlim müddəti: 62 saat
🔹 Təlimçilər: Yerli mütəxəssislərlə yanaşı, 10 xarici tədqiqatçı (ekonometrik, statistik, riyaziyyatçı və iqtisadçılar oımaqla) təlim prosesinə cəlb olunub.

❗️Bilik və bacarıqlarınızı inkişaf etdirmək, real datalardan istifadə etməklə, makroekonometrik modellərə tətbiq etmək, xarici mütəxəssislərlə birlikdə tədqiqatlar və elmi araşdırmalar aparmaq istəyirsinizsə, bu təlim sizin üçün yaxşı imkandır!
Qeydiyyatdan keçməyə tələsin!

📩 Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın!

E-mail: [email protected]
[email protected]
Əlaqə: +994 50 729 19 15

#UNEC #makroekonometrika #UNEC95

UNEC

28 Jan, 19:28


Əziz tələbələr! 🚀

Karyeranızda əhəmiyyətli bir dönüş yaratmaq istəyirsiniz? O zaman bu fürsəti qaçırmayın!

Təcrübə proqramımız artıq açıqdır və ödənişsizdir!

İş qrafiki tamamilə çevikdir, dərslərinizə mane olmayacaq şəkildə təşkil olunub.

Bu proqramla əldə edəcəyiniz imkanlar:
Real iş mühitində təcrübə qazanmaq,
Bacarıqlarınızı inkişaf etdirərək özünüzü peşəkar sahədə göstərmək,
Karyeranız üçün möhkəm bir təməl qurmaq!

🔗 Müraciət üçün CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.

Karyeranıza doğru atacağınız ilk addımı bizimlə atın! 💼

UNEC

28 Jan, 19:12


❗️ Tələbələrin nəzərinə!

Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq 29 yanvar saat 00:00-dan 30 yanvar saat 07:59-dək UNEC KİM-in 24/7 Kitabxanası fəaliyyət göstərməyəcək.

Kitabxana 30 yanvar saat 08:00-dan etibarən 24/7 rejimdə fəaliyyətinə davam edəcək.

@uneceduaz

UNEC

28 Jan, 16:10


Dünyanın ən nüfuzlu universitet reytinqlərindən biri olan #Webometrics (Ranking Web of Universities 2025 ) növbəti reytinq siyahısını açıqlayıb.

200-dən çox ölkədən, 32.000-dən çox ali təhsil müəssisəsinin reytinqini müəyyən edən Webometrics-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkə üzrə birinciliyini qorumaqla yanaşı, dünya sıralamasında 120 pillə irəliləyərək, 2840-cı yerə yüksəlib.

#UNEC

UNEC

25 Jan, 13:18


Bilirsinizmi?

Azərbaycanın ali təhsil sistemində ilk dəfə UNEC tələbələrə 24 saat və 7 gün fasiləsiz xidmət göstərən kitabxana təqdim edib!

📚 Tələbələr istədikləri vaxt dərslərinə və imtahanlara hazırlaşaraq, davamlı öyrənmək imkanı qazanırlar.

🌐 Kitabxanada tələbə və müəllimlər üçün dünyanın zəngin elektron resurslarına çıxış imkanı yaradılıb.

⏱️ Tələbələr öz rejimlərinə uyğun olaraq, günün istənilən saatlarında çalışıb, vaxtlarını səmərəli idarə edə bilirlər.

🤫 Kitabxana sakit və rahat atmosferi ilə dərs oxumaq üçün ideal məkandır.

🤝 Tələbələrin birgə işləməsi, müzakirələr aparması və layihələr hazırlaması üçün rahat və akademik mühit yaradır.

💻 Elektron resursların mövcudluğu və kitabxananın fasiləsiz fəaliyyəti tələbələrin təhsildə müasir yanaşmalardan daha effektiv və rahat şəkildə faydalanmasını təmin edir.

UNEC tələbələrinin inkişafına hər zaman dəstək olmaq üçün yeniliklərə davam edir!

@uneceduaz

UNEC

25 Jan, 10:32


”Elmin Populyarlaşdırılması layihəsi elmin təbliği istiqamətində görülən işlərin, həyata keçirilən layihələrin davamı hesab oluna bilər”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu:
“Hazırda gənclər arasında populyar olan və elmi faydalılıq əmsalı az olan sahələr üzrə istiqamətlər mövcuddur. Ona görə də gənclərdə yeni təffəkür formalaşdırmaq üçün elmi populyar şəkildə yenidən təqdim etmək lazımdır. Akademik kontekstdə hər hansı bir sahəni öyrənən zaman müəyyən çətinliklər yaranır. Amma populyar kontekstə eyni məzmun təqdim olunanda burada pedaqoji ustalıqdan istifadə olunur.

Hesab edirəm ki, gəncləri elmə cəlb etmək üçün yeni və səmərəli metodlardan istifadənin UNEC-də tətbiqi tamamilə yeni bir məlhələdir. Bu, gənclərin elmə marağının artmasına və eyni zamanda Azərbaycanda elmin inkişafına öz töhfəsini verəcəkdir".

Ətraflı: https://525.az/news/285735-azerbaycanda-elmin-populyarlasdirilmasi-intellektual-inkisafa-xususi-tekan

UNEC

24 Jan, 11:44


UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana rəsmi səfəri davam edir.

Səfər çərçivəsində növbəti görüş 50 minə yaxın tələbə heyəti ilə Özbəkistanın ən nüfuzlu və perspektivli ali təhsil ocaqlarından biri olan Daşkənd Dövlət İqtisad Universitetində (DDİU) keçirilib.

İşgüzar görüşdə Daşkənd Dövlət İqtisad Universitetinin rektoru professor Tulkin Teşabayev ilə UNEC rektoru professor Ədalət Muradov arasında universitetlərarası əməkdaşlıq istiqamətləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq, hər iki universitet arasında əməkdaşlıq sahələrini daha da genişləndirmək və inkişaf etdirmək məqsədilə memorandum imzalanıb.

Memoranduma əsasən, UNEC ilə DDİU arasında ilk növbədə MBA proqramları üzrə ikili diplom proqramı həyata keçiriləcək.

#UNEC #TashkentStateUniversityofEconomics #UNEC95

UNEC

19 Jan, 17:07


Qanlı yanvar faciəsinin 35-ci ildönümüdür.

20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bu, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan millətin tarixində şərəfli bir səhifədir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

UNEC

19 Jan, 09:36


❗️Hörmətli tələbələr,

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq, UNEC KİM-in 24/7 Kitabxanası 19 yanvar saat 23:59-dan 21 yanvar saat 07:59-dək fəaliyyət göstərməyəcək.

Kitabxana, 21 yanvar saat 08:00-dan etibarən yenidən fəaliyyətinə davam edəcək.

Nəzərə almağınızı xahiş edirik.

@uneceduaz

UNEC

17 Jan, 19:49


UNEC olaraq, ölkəmizdə biznes ekosisteminin inkişafına töhfə vermək və tələbələrimizi ilhamlandırmaq məqsədilə yeni “CEOTalks” layihəsinə start veririk.

Bu unikal forum formatında keçiriləcək tədbirdə müxtəlif sahələrdən olan tanınmış şirkətlərin CEO-ları bir araya gələcək. Tədbir zamanı rəhbər şəxslər öz peşəkar təcrübələrini paylaşacaq, biznes idarəçiliyi, liderlik, strateji qərarların qəbulu və uğurun əsasları ilə bağlı dərin məlumatlar verəcəklər. Forumda hər görüş üçün iki rəhbər şəxs və bir moderator iştirak edəcək, bu da müzakirələri daha dinamik və maraqlı edəcək.

“CEOTalks” platforması iştirakçılara biznes və idarəçilik sahəsində ən son trendlərlə, innovativ yanaşmalarla və real iş dünyasının qarşılaşdığı çətinliklərlə tanış olmaq üçün unikal imkan təqdim edəcək.

Layihə barədə ətraflı məlumat UNEC İnnovativ Gənclər Təşkilatının və UNEC-in rəsmi sosial media səhifələrində paylaşılacaq.

Qeyd edək ki, “CEOTalks” tədbirlərinin hər bir görüşü tam versiyada UNEC-in rəsmi YouTube kanalında yayımlanacaq.

Gələcək liderləri “#CEOTalks”-da gözləyirik!

@uneceduaz

UNEC

14 Jan, 10:31


Türkiyədə doktorantura və tədqiqat sahəsi üzrə təhsil imkanı

Türkiyənin ali təhsil müəssisələrində 2025-2026-cı tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb. Son müraciət tarixi 20.02.2025-ci ildir. Qeyd edək ki, sözügedən təqaüd proqramına müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycan tərəfinə müraciət üçün son tarix isə 01.03.2025-ci il təyin edilib.

Proqrama müraciətlə bağlı ətraflı məlumat üçün elan mətninə nəzər yetirə bilərsiniz.

Elan: https://eatda.edu.az/elanlar/turkiyede-teqaudle-tehsil-imkani

#EATDA #XaricdəTəhsil

UNEC

07 Jan, 12:33


📢 Dəyərli UNEC məzunları!

UNEC ilə məzunlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə sorğu keçiririk!

🎯 Məqsədimiz sizlərlə daha sıx əməkdaşlıq əlaqələri qurmaq, məşğulluq göstəricilərinizi öyrənmək, sizə uyğun vakansiyaları yönləndirmək, təhsilalanlara uğurlu karyera məsləhətləri vermək və birgə innovativ əməkdaşlığı inkişaf etdirməkdir.

Bunun üçün hazırladığımız sorğunu cavablandırmağınızı xahiş edirik. Sizin fikirləriniz və təklifləriniz bizim üçün çox dəyərlidir və birgə fəaliyyətimizin daha effektiv qurulmasına dəstək olacaqdır.✅️

🔗 Sorğunu cavablandırmaq üçün linkə keçid edin:
https://forms.gle/cWeTKXfBbEDCKKnV6

UNEC

05 Jan, 07:58


Dünyada olduqca məhşur eyni zamanda Azərbaycanda yalnız UNEC-də keçirilən bir yarışmaya qatılaraq təcrübə qazanmaq istərdinizmi?

📢 O zaman bunun ən doğru ünvanı Science Slam müsabiqəsidir!

Elm və yaradıcılığı birləşdirən Science Slam-da iştirak edərək fərqli elm sahələrindəki maraqlı mövzular, qısa və əyləncəli təqdimatlar hazırlaya,araşdıra və öyrənə bilərsiniz. Elmi biliklərinizi paylaşaraq həm izləyicilərinizi heyran edə,həm də elmi ünsiyyətinizi inkişaf etdirə bilərsiniz!💡

📍Bunun üçün qeydiyyatdan keçməyə tələsin!

https://docs.google.com/forms/d/e/1FAIpQLSeQI2thxKX1sosXBytwYvhTat8pKQorGB2s-42i7GJOUAcAIA/viewform?usp=dialog

📆Son qeydiyyat tarixi 19 yanvar.

UNEC

02 Jan, 17:35


UNEC İnnovativ Gənclər Təşkilatının İdarə Heyətinə qeydiyyat başladı! 🚀

Liderlik bacarıqlarınızı inkişaf etdirmək, real layihələr üzərində təcrübə qazanmaq və karyeranıza güclü təməl qoymaq istəyirsiniz? UNEC İnnovativ Gənclər Təşkilatının idarə heyətinə qoşulun, innovasiya sahəsində yeni imkanlar əldə edin!

🔗 Qeydiyyat linki: https://forms.gle/pKagQ9F7i4wZMnmi8

İnnovasiya #bizdən başlayır! 💡

UNEC

31 Dec, 14:40


Əziz UNEC ailəsi,

Yeni İliniz Mübarək! 2025-ci il hər birinizə xoşbəxtlik, uğur və sevinc dolu günlər gətirsin!

@uneceduaz

UNEC

30 Dec, 17:29


Əziz UNEC ailəsi,

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İliniz Mübarək!

@uneceduaz

UNEC

28 Dec, 05:01


Bu gündən 2024/2025-ci tədris ilinin Payız semestrinin sessiya imtahanları başlayır!

Bütün tələbələrimizə uğurlar və yüksək nəticələr arzu edirik!

@uneceduaz

UNEC

26 Dec, 05:33


"Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik.

@uneceduaz

UNEC

24 Dec, 15:13


SABAH qrupları yaz semestri üçün müəllimlərin işə qəbulunu elan edir

SABAH qrupları layihəsinin bakalavriat və magistratura səviyyəsində 2024-2025-ci tədris ilinin yaz semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.

Müsabiqədə iştirak üçün son müraciət tarixi 26.12.2024-cü il, 23:59-dur.

Müsabiqə barədə ətraflı məlumatı https://sabah.edu.az/ ünvanına daxil olaraq xəbərlər bölməsindən əldə edə bilərsiniz.

UNEC

24 Dec, 04:42


Doğum gününüz mübarək, Cənab Prezident!

UNEC

23 Dec, 14:58


UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda qış imtahan sessiyasına hazırlığın vəziyyəti, “Yaşıl UNEC” ili çərçivəsində görülmüş işlər, Dissertasiya şuralarının illik fəaliyyəti, Elmi Şura qərarlarının icra vəziyyəti haqqında hesabatlar dinlənilib.

🔗Elmi Şurada qəbul edilən qərarlarla bağlı ətraflı: https://news.unec.edu.az/xeber/125-universitet/12696-elmi-shura

UNEC

21 Dec, 07:51


UNEC-də “Yüksəlİş” mentorluq proqramına start verildi!

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Yüksəlİş” müsabiqəsi qalibləri tərəfindən tələbələr üçün mentorluq proqramı haqqında infossesiya keçiriləcək. İnfossesiya mentorluq proqramının ilk mərhələsi olaraq tələbələrə proqram barədə ətraflı məlumat verməyi və onları “Yüksəliş” müsabiqəsi qalibləri ilə əlaqələndirməyi hədəfləyir.

Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Proqramın sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tələbələrə müxtəlif təltiflər təqdim edəcəklər.

📅 Tarix: 24 dekabr, saat 10:00
📍 Məkan: UNEC əsas tədris binası
🔗 Qeydiyyat linki: https://forms.gle/gXiAgNUKv3K28ufj9

Mentorluq proqramında UNEC-də bakalavriat səviyyəsində III və IV kurslarda təhsil alan tələbələr iştirak edə bilərlər.

UNEC

19 Dec, 17:31


UNEC Tədqiqat Fondunun əməkdaşları ölkə Prezidenti tərəfindən təltif olunublar

2024-cü il noyabrın 11-12-də Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə UNEC Tədqiqat Fondunun 12 əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

UNEC Tədqiqat Fondunun prezidenti Fərhad Əmirbəyov, UNEC-in rektoru professor Ədalət Muradov, fondun və universitetin əməkdaşlarının iştirakı ilə “Təşəkkürnamə”lərin təqdimolunma mərasimi keçirilib.

Daha ətraflı: https://news.unec.edu.az/xeber/125-universitet/12676-bold-red-unec-tedgigat-fondunun-emekdashlari-olke-prezidenti-terefinden-teltif-olunublar-bold-red

@uneceduaz

UNEC

19 Dec, 10:05


UNEC XV Karyera Yarmarkasının günün birinci yarısı üzrə statistik göstəricilərini sizlərlə bölüşürük!

@uneceduaz

UNEC

19 Dec, 06:01


UNEC XV Virtual Karyera Yarmarkası birazdan başlayır!

19-20 dekabr tarixlərində keçiriləcək Karyera Yarmarkası onlayn platforma üzərindən təşkil olunacaq.

Aşağıdakı linkdən qeydiyyatdan keçdikdən sonra qoşula bilərsiniz: https://karyerayarmarkasi.unec.edu.az

Əlavə məlumat üçün: 012 492 59 03 (daxili 1132)

UNEC

12 Dec, 03:14


Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq! 🇦🇿

@uneceduaz

UNEC

11 Dec, 04:44


Təlimlər, seminarlar, layihələr və daha çoxunu əhatə edən fəaliyyətlərimizlə tanış olmaq üçün səhifəmizi izləyə bilərsiniz.

Siz də bizim ailənin bir parçası olun. 🌟

Bizi Instagramda izləyin: https://www.instagram.com/unecigt

UNEC

09 Dec, 20:15


Artıq UNEC İnnovativ Gənclər Təşkilatı (İGT) və Google Developers Group (GDG) tərəfdaşdır! 💜

Bu tərəfdaşlıq çərçivəsində UNEC tələbələri GDG Azərbaycan tərəfindən ölkədə keçirilən bütün tədbirlərdə iştirak imkanı qazanacaq. Bu, texnologiya və innovasiya sahəsində bilik və təcrübələrinizi artırmaq üçün böyük fürsətdir.

Yeni imkanlar, yeni perspektivlər və daha çox uğurlar sizi gözləyir! 🚀

UNEC

25 Nov, 13:45


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qərbi Makedoniya Universitetinin birgə magistr proqramını bitirən növbəti məzunlar üçün təntənəli Məzun Günü keçirilib.
Yunanıstanda keçirilən Məzun Günündə UNEC rektoru professor Ədalət Muradov, Qərbi Makedoniya Universitetinin rektoru professor Theodoros Theodoulidis, Azərbaycanın Yunanıstanda fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Yunanıstan Parlamentinin üzvü Theofanis Papas, Qərbi Makedoniya qubernatorunun müavini Dimitrious Savvopulos, Kastoria şəhərinin meri İoannis Korentsidis və digər rəsmi şəxslər iştirak ediblər.


Ətraflı: https://news.unec.edu.az/xeber/125-universitet/12551-bold-red-unec-ile-gerbi-makedoniya-universitetinin-birge-magistr-programinin-mezunlarina-diplomlar-tegdim-edilib-bold-red

UNEC

24 Nov, 16:52


📢 Məzunların diqqətinə!

Dövlət Məşğulluq Agentliyi və UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə 28 noyabr saat 10:00-17:00 aralığında universitetimizin məzunları üçün fərdi karyera konsultasiyası keçiriləcəkdir.

Karyera konsultasiyasının məqsədi:
✔️ Məzunların əmək bazarına uğurlu inteqrasiyasını təmin etmək;
✔️ Karyera inkişafı üçün fərdi strategiyaların qurulmasına dəstək olmaq;
✔️ Peşəkar şəbəkələşməni gücləndirmək;
✔️ Praktiki müsahibə bacarıqlarını təkmilləşdirməkdir.

Mütəxəssislər məzunlara öz bilik və bacarıqlarını işəgötürənlərə düzgün təqdim etmək, əmək bazarının tələblərinə uyğunlaşmaq və uzunmüddətli karyera hədəflərini müəyyənləşdirmək üçün tövsiyələr verəcəklər.

🔗 Qeydiyyat linki: https://forms.gle/qLguFAqpGmAu5CtZ6

Yerlər məhduddur! İştirak etmək istəyən məzunlar öncədən qeydiyyatdan keçməlidirlər.

UNEC

21 Nov, 16:40


Təlimlər, seminarlar, layihələr və daha çoxunu əhatə edən fəaliyyətlərimizlə tanış olmaq üçün səhifəmizi izləyə bilərsiniz.

Siz də bizim ailənin bir parçası olun. 🌟

Bizi Instagramda izləyin: https://www.instagram.com/unecigt

@uneceduaz

UNEC

21 Nov, 10:43


UNEC İnnovativ Gənclər Təşkilatı Azərbaycan İnnovasiya Mərkəzinin dəvəti ilə COP29 beynəlxalq tədbirində iştirak edib. 
Tədbir çərçivəsində gənclər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin pavilyonunda təşkil olunan “İnnovasiya ekosistemində texnoparkların rolu” adlı sessiyada iştirak ediblər. Sessiyada texnoparkların gənclərin ideyalarını reallaşdırmaq, startap mühitini inkişaf etdirmək və yeni texnologiyaların tətbiqi sahəsindəki önəmindən bəhs olunub. 
Sərgi ilə tanış olan tələbələr qlobal innovasiya həlləri, ekoloji layihələr və yeni texnologiyalar barədə məlumatlar əldə ediblər. 
İnnovativ Gənclər Təşkilatı bir sıra texnoloji şirkətlərlə ortaq layihələrin həyata keçirilməsi, eyni zamanda əməkdaşlıq istiqamətləri üzrə razılıq əldə ediblər.
UNEC İnnovativ Gənclər Təşkilatı olaraq, innovasiya və rəqəmsal inkişaf sahəsində əməkdaşlıqların genişləndirilməsi və gənclərin bu sahədə daha da inkişafı üçün fəaliyyətlərimizi davam etdirəcək.

UNEC

20 Nov, 07:48


UNEC-də yeni rubrika: “Tələbə və məzunlar yazır”📖🖋

UNEC yeni təşəbbüsə imza ataraq, UNECNews saytında tələbə və məzunlar üçün “Tələbə və məzunlar yazır” adlı xüsusi rubrika açıb. Yeni rubrika tələbə və məzunlara müxtəlif sahələrdəki təcrübələrini, ekspert rəylərini, təhlillərini, maraqlı və aktual mövzularla bağlı yazılarını geniş auditoriya ilə paylaşmaq imkanı yaradır.

Tələbə və məzunlar yazılarını [email protected] e-ünvanına göndərə bilərlər. Təqdim edilən yazılar aktuallığına və məzmununa görə dəyərləndirilərək, oxucuların diqqətinə çatdırılacaq.

Əziz tələbələr və məzunlar, əgər siz aktual və maraqlı mövzularda yazılarınızı, ekspert rəylərinizi geniş auditoriyaya çatdırmaq istəyirsinizsə, bu fürsəti dəyərləndirin!

#UNEC #tələbə #məzun

UNEC

20 Nov, 05:09


Bu gün Ağdam Şəhəri Günüdür.

Noyabrın 20-də Ağdam şəhərinin erməni işğalçılarından azad edilməsindən 4 il ötür.

@uneceduaz

UNEC

18 Nov, 19:31


Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds”  tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib.
Reytinqdə ölkəmizin 7 universiteti yer alıb:
1. Bakı Dövlət Universiteti - 941-950
2. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - 1081-1100
3. Azərbaycan Dövlət Neft və Sənaye Unuversiteti - 1351-1400
4. Bakı Mühəndislik Universiteti (BMU) -1451-1500
5. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti - 1501+
6. Azərbaycan Texniki Unuversiteti - 1501+
7. Xəzər Universiteti - 1501+

UNEC

17 Nov, 06:06


17 noyabr - Azərbaycanda Milli Dirçəliş Günü günüdür.

@uneceduaz

UNEC

14 Nov, 07:33


📢 Əziz UNEC tələbələri!

“ALCO” MMC UNEC tələbə və məzunları üçün "Rəqəmsal marketinq üzrə mütəxəssis" vakansiyasını elan edir.

Tələblər:
📌 Təhsil: Ali bakalavr (biznesin təşkili və idarə edilməsi, menecment, marketinq və digər əlaqəli sahələrdə)
📌 Dil biliyi: Azərbaycan, türk, rus və ingilis dilləri - səlis (şifahi və yazılı), digər dillər - arzuolunandır.
📌 Yaş həddi: 22-35 Texniki biliklər və bacarıqlar: 📌 Axtarış sistemlərinin alqoritmləri və axtarış optimizasıyasına dair biliklər;
📌 “Google Analytics”, “Google Tag Manager”, “Google Data Studio” və digər analitik vasitələrdən, eyni zamanda “MS Office” proqramlar toplusundan sərbəst istifadə

ℹ️ Müraciət etmək üçün CV-nizi 31 oktyabr tarixinədək [email protected] ünvanına"Rəqəmsal marketinq üzrə mütəxəssis" başlığı ilə göndərin.

UNEC

12 Nov, 06:27


12 Noyabr - Azərbaycan Respublikasının Əsas Qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.

@uneceduaz

UNEC

11 Nov, 17:19


UNEC İnnovativ Gənclər Təşkilatının İdarə Heyəti COP29 - da iştirak edib.

Gənclər, Azərbaycan İnnovasiya Mərkəzinin təşkil etdiyi “İnnovasiya ekosistemində texnoparkların rolu” mövzusunda olan sessiyada iştirak edib, yerli və xarici şirkətlərin innovativ layihələri ilə yaxından tanış olublar.

@uneceduaz

UNEC

09 Nov, 13:46


📢UNEC-in təşkilatçılığı ilə 9 müxtəlif mövzuda sertifikatlı təlimlər keçiriləcək!

Təlimlər UNEC-in və Türkiyənin aparıcı universitetlərinin professorları tərəfindən aparılacaq.

⬇️Təlimlərin mövzuları:

▪️Tədris prosesində istifadə olunan müasir təlim texnologiyaları
▪️Tədqiqat və analiz bacarıqları
▪️Dərin öyrənmə (Deep learning) və Neyron şəbəkələr
▪️Süni intellekt alətləri ilə dərslərin dizaynı
▪️Kompetensiya əsaslı tədris prosesinin təşkili
▪️Riyaziyyat-Statistika-Ekonometrika Ali makroiqtisadiyyat
▪️Layihələrin yazılması və idarə edilməsi
▪️E-views əsaslı ekonometrika - l, ll
▪️Maşın öyrənmə əsaslı adaptiv tədrisin təşkili

#unec

UNEC

09 Nov, 06:33


Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim 🇦🇿

@uneceduaz

UNEC

07 Nov, 19:35


Zəfər Günümüz mübarək! 🇦🇿

@uneceduaz

UNEC

04 Nov, 08:53


Əziz tələbələr, oktyabr ayı üçün nəzərdə tutulmuş təqaüdlər ödənildi. Ən qısa zamanda kart hesabınıza yüklənəcək.

Xeyirli olsun!

UNEC

01 Nov, 10:51


❗️Hörmətli tələbələr,

COP29 ilə əlaqədar təqaüdlərin 2 ay müddətinə dayandırılması haqqında yayılan məlumatlar dezinformasiyadır və reallığı əks etdirmir. Zəhmət olmasa, yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar edin.

UNEC

01 Nov, 08:08


Dərin kədər hissi ilə bildiririk ki, Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə II kurs tələbəmiz Günel İlyaszadə dəm qazından zəhərlənərək vəfat edib.

Günel İlyaszadənin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı veririk, səbr diləyirik!

Gənc yaşda aramızdan ayrılan tələbəmizin əziz xatirəsi UNEC ailəsinin qəlbində daima yaşayacaq!

Allah rəhmət eləsin!

UNEC

01 Nov, 07:27


📢 Əziz UNEC tələbələri!

“ALCO” MMC UNEC tələbə və məzunları üçün "Logistika mütəxəssisi" vakansiyasını elan edir.

Tələblər:
📌 Təhsil: Ali bakalavr (iqtisadiyyat, logistika, biznesin təşkili və idarə edilməsi, menecment və digər əlaqəli sahələrdə)
📌 Dil biliyi: Azərbaycan, türk, rus və ingilis dilləri - səlis (şifahi və yazılı), digər dillər -arzuolunandır.
📌 Kompüter bacarıqları: MS Office – Excel, Word, əsas biliklər.
“Incoterms” qaydaları
📌 Yaş həddi: 22-35

✅️ Əsas vəzifə öhdəlikləri:
• Beynəlxalq və yerli yük daşımalarının təşkili və koordinasiyasını həyata keçirmək;
• Şirkətin logistika fəaliyyətinin müvafiq qanunvericilik aktlarının (yerli və beynəlxalq) tələblərinə uyğunluğunu təmin etmək;
• Logistika əməliyyatları ilə bağlı potensial riskləri müəyyənləşdirmək və risklərinminimallaşdırılması üçün tədbirlər görmək;
• Daşımaların optimal marşrutlarını müəyyənləşdirmək;
• Nəqliyyat şirkətləri ilə danışıqlar apararaq müəyyənləşdirilmiş marşrutlar üzrə qiyməttəklifləri almaq və həmin şirkətlərlə müqavilə şərtlərini razılaşdırmaq;
• Yol-nəqliyyat sənədlərini hazırlamaq;
• Daşınmaların statusu ilə bağlı sorğuları cavablandırmaq;
• Daşınan yükləri izlənmək və yaranan problemlərin vaxtında aradan qaldırmaq;
• Daşınan yüklərin çatdırılma ünvanında aktla təhvil verilməsi təmin etmək;
• Görülən işlərlə bağlı dövri hesabatlar hazırlamaq.

🎯 Davranış səriştələri: Riyazi düşüncə və analitik təhlil; Ünsiyyət və komanda ilə işləmə; Problem həlletmə və detallara diqqətlə yanaşma; Dəqiqlik, operativlik və nəticəyönümlülük; Məsuliyyət və təşəbbüskarlıq.

Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.

ℹ️ Müraciət etmək üçün CV-nizi 31 oktyabr tarixinədək [email protected] ünvanına "Logistika mütəxəssisi" başlığı ilə göndərin.

UNEC

31 Oct, 16:15


📢Əziz UNEC tələbələri !😇

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 18 oktyabr 2024 cü il tarixindən etibarən elan edilən "Rəqəmsal" mövzulu layihələrə dair qrant müsabiqəsinin məlumatlandırma görüşü keçiriləcək.📲🖥️

Qrant müsabiqə Gənclər Fondu tərəfindən həyata keçirilən və gənclərin fərdi layihələrinin qrant şəklində maliyyələşməsi üzrə baş tutan müsabiqədir.

Qrantların maksimum məbləğləri : 💵 🏅
👤 Gənclərin (fiziki şəxslərin) fərdi layihələri üzrə - 5 000 AZN;
👥 Gənclər təşkilatlarının yerli layihələri üzrə - 10 000 AZN;
🌍 Gənclər təşkilatlarının beynəlxalq layihələri üzrə - 15 000 AZN.


Görüşdə iştirak edərək aşağıdakı suallarınıza cavab tapa bilərsiniz🤩

✔️Qrant müsabiqə nədir ?
✔️Qrant müsabiqə bizə nə qazandırlr ?

Qeydiyyatdan keçməyə tələsin !

Qeydiyyat linki🔽

https://forms.gle/RBFxbDypZcgskPWD6

🗓Tarix: 6 noyabr
Saat: 11:45
📍Məkan: UNEC II tədris binası böyük akt zalı

UNEC

30 Oct, 19:13


UNEC rektoru professor Ədalət Muradovun iştirakı ilə Dekanlar Şurasının növbəti iclası keçirilib.
Dekanlarla yanaşı, aidiyyatı strukturların rəhbərlərinin də iştirak etdiyi görüşdə UNEC-in İnkişaf Strategiyasında 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə olunub.

Ətraflı:https://news.unec.edu.az/xeber/125-universitet/12391-bold-tedbi-r-bold

UNEC

30 Oct, 04:53


Əziz tələbələr,

UNEC-də keçirilən imtahan prosesinin keyfiyyətini daha da artırmaq məqsədilə tələbələr arasında anonim sorğu keçirilir.

İmtahan prosesi ilə bağlı sizin irad və təkliflərinizi öyrənmək imtahanların daha da təkmilləşdiriıməsi baxımından bizim üçün çox önəmlidir.

Hər birinizi sorğuda fəal olmağa dəvət edirik!


🔗 Sorğu üçün: https://forms.gle/B4tFkkPBBSJU3W1v6

UNEC

29 Oct, 05:27


Bu gün Türkiyə Cümhuriyyətinin 101 illik qürur dolu tarixi qeyd olunur!

Cümhuriyyət Bayramınız mübarək!

@uneceduaz

UNEC

28 Oct, 17:24


UNEC İnnovativ Gənclər Təşkilatının keçirdiyi İnnovasiya Həftəsi uğurla başa çatıb.

Tələbələrin maraqla qarşıladıqları və böyük həvəslə iştirak etdikləri İnnovasiya Həftəsi gənclərin yaradıcılıq potensialını ortaya çıxarmaq üçün möhtəşəm bir platforma oldu.

Daha ətraflı: https://news.unec.edu.az/xeber/105-telebe/12368-bold-regemsal-tegdimatlarla-zengin-olan-unec-i-nnovasiya-heftesi-ugurla-basha-chatdi-bold

UNEC

26 Oct, 07:35


“Clarivate”: UNEC dünyada liderdir!

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) elmi uğurlarını ildən-ilə artıraraq, tədqiqat sahəsində də mövqeyini gücləndirir. Son illərdə yüksək keyfiyyətli beynəlxalq bazalarda #UNEC tədqiqatçılarının məqalələrinin sürətli artımı bunun bariz nümunəsidir. Belə ki, UNEC-in “Web of Science”də çap olunan məqalələrinin sayı cari ilin keçən dövründə 2015-ci illə müqayisədə 226 dəfə, həmin məqalələrə edilən istinadların sayı isə 360 dəfə artıb. Bununla yanaşı, ən yüksək keyfiyyətli Q1-də çap olunmuş məqalələrin sayında isə son yeddi ildə 63 dəfə artım qeydə alınıb.

“Clarivate” şirkətinin nümayəndəsi Valentin Bogorov UNEC-in bu uğurunu xüsusi vurğulayaraq, dünyada belə bir uğura imza atmış ikinci bir universitetin olmadığını və UNEC-in dünyada lider olduğunu bildirib.

UNEC

25 Oct, 11:28


Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə tərəflər arasında universitetlərdə Karyera Mərkəzinin işinin müasir tələblər səviyyəsində qurulması, karyera yarmarkalarının əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sertifikat təqdim edən təsisatların akkreditasiyası və tanınması, eləcə də yumşaq bacarıqların formalaşdırılması istiqamətində birgə fəaliyyət imkanları müzakirə olunub. Əməkdaşlığın effektivliyinin artırılması məqsədilə İşçi Qrupunun yaradılması qərara alınıb.

Sonda Agentliyin nümayəndələri UNEC-in Karyera Mərkəzi ilə tanış olublar.

#UNEC #DövlətMəşğulluqAgentliyi #məzun

UNEC

25 Oct, 06:01


Paşa Holdinq və Paşa Sığortanın “Əlaçı” təqaüdünü qazanmış tələbə sayına görə UNEC liderdir!🤩

Ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin qatıldığı müsabiqədə qalib seçilən 110 tələbədən 45 nəfəri #UNEC tələbəsi olub.

Tələbələrdən 29 nəfəri Beynəlxalq İqtisadiyyat Məktəbinin (#ISE), 12 nəfəri UNEC #SABAH qruplarının, 2 nəfər Maliyyə və mühasibat fakültəsinin, 2 nəfər isə digər fakültələrin tələbələridir.

Təqaüd qazanmış bütün tələbələrimizi təbrik edirik, uğurlarının davamlı olmasını arzulayırıq!🎉

#Paşaholdinq #PaşaSığorta #Əlaçıtəqaüdü #unectələbəsi

UNEC

22 Oct, 18:05


A
UNEC-də iki prorektor vəzifəsinə təyinat olub.
UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müdiri professor Rövnəq Rzayev Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunub. Keyfiyyət təminat şöbəsinin müdiri Hüseyn Həsənova isə Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsini icra etmək həvalə edilib.
UNEC rektoru professor Ədalət Muradov hər iki prorektoru kollektvə təqdim edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Ədalət Muradov, prorektorların təyinatları ilə yanaşı, universitetin strateji hədəflərindən və qarşıda duran məsələlərdən də söz açıb. O, beynəlxalq reytinqlərdə TOP 500-lüyə düşməyin universitetin əsas hədəflərindən olduğunu vurğulayaraq, bu istiqamətdə elmi fəaliyyətin daha da gücləndirilməsinin və beynəlxalq əməkdaşlığın artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Ətraflı:https://news.unec.edu.az/xeber/125-universitet/12323-bold-red-unec-in-yeni-prorektorlari-kollektive-tegdim-olunub-bold-red

UNEC

22 Oct, 18:02


A
UNEC-in tələbələrlə iş üzrə prorektoru, Əməkdar müəllim, dosent Səadət Qəndilovanın və Əməkdar elm xadimi, UNEC-in professoru, “Şöhrət” ordenli Arif Şəkərəliyevin 75 illik yubileylərinə həsr olunan tədbir keçirilib.
Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov həyatını UNEC-lə bağlayan hər iki yubilyarın səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb.
Sonra UNEC-in Elmi Şurasının qərarı ilə universitetin tələbələrlə iş üzrə prorektoru, Əməkdar müəllim, iqtisad elmləri namizədi, dosent Səadət Qəndilovaya uzunmüddətli və səmərəli elmi-pedaqoji fəaliyyətinin 53 illiyi münasibəti ilə "UNEC-in Fəxri Professoru" diplomunu tədqim edib.

Ətraflı:https://news.unec.edu.az/xeber/125-universitet/12324-bold-red-unec-de-seadet-gendilova-ve-arif-shekereliyevin-yubiley-tedbiri-kechirilib-bold-red

UNEC

22 Oct, 17:18


🚀"BootSTART-3" PROQRAMINA QEYDİYYAT TARİXİ UZADILDI‼️📢

🌟 İstəkləri nəzərə alaraq “BootSTART-3” üçün qeydiyyat 30 oktyabr tarixində, saat 00:00-da başa çatacaq 📆

🔗QEYDİYYAT ÜÇÜN TELEGRAM KANALIMIZA KEÇİD EDİN👇🏻
https://t.me/unecincubator

Ətraflı məlumat üçün sayta daxil olun👇🏻😊
http://inc.unec.edu.az/

İndi qeydiyyatdan keçin, ideyanızı birlikdə reallaşdıraq 💫

UNEC

22 Oct, 11:24


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi və Kapital Bankın birgə təşkilatçılığı ilə “Emosional zəka” və ”Karyeraya doğru yol” adlı interaktiv təlim və vorkşop keçirilib.
Təlim zamanı tələbələrə təlimçlər Nərgiz Əzimova və Nərmin Əhmədzadə tərəfindən düzgün karyera planlamasının aparılması, işə qəbul prossesi, müsahibə zamanı diqqət olunmalı məqamlar və emosiyaların idarə edilməsi, onların düzgün yönləndirilməsi və istifadəsi kimi mövzularda geniş məlumat verilib. Həmçinin tələbələrlə birlikdə vorkşop və komanda oyunları keçirilib. 
“Auditoriyada məzun var” layihəsi çərçivəsində isə UNEC məzunu olan Kapital Bankın İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova öz bilik və təcrübələrini tələbələrlə bölüşüb.
Sonda aktiv iştirak edən tələbələrə hədiyyə və sertifikatlar təqdim olunub.