Subhənallahi və bihəmdihi!
Çünki bu, hər şeyin duasıdır( zikridir) və bununla məxluqat ruziləndirilir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
“Subhənallahi və bihəmdihi, fəinnəhə salatə kulli şey’”
(Allahı nöqsansız bilir və Ona həmd edirəm, çünki bu, hər şeyin duasıdır.”)
Bu hədisin mənası Qurani-Kərimdəki bu ayəyə uyğundur:
Elə bir şey yoxdur ki, Allahı həmd ilə təsbih etməsin. Lakin siz onların təsbihini anlamazsınız.”
📖 (İsra, 44)
Bu, hər bir məxluqun Allahı həmd və təsbih etdiyini bildirir.
📖 İbn Kəsir (rahiməhullah) bu ayə haqqında deyir:
“Elə bir yaradılmış varlıq yoxdur ki, Allahı həmd ilə təsbih etməsin. Lakin siz onların təsbihini anlamazsınız, çünki onların dili sizin dillərinizdən fərqlidir. Bu, heyvanlara, cansız varlıqlara və bitkilərə şamil olan ümumi bir qaydadır.”
📖 (Təfsir ibn Kəsir, 5/73)
📖 Səadi (rahiməhullah) isə bu ayəni belə izah edir:
“İstər danışan, istər danışmayan heyvanlar, ağaclar, bitkilər, cansız varlıqlar, diri və ya ölü hər bir şey Allahı həmd ilə təsbih edir – istər dillə, istərsə də hal dili ilə. Siz isə onların dilini başa düşmürsünüz, ancaq Allah hər şeyin təsbihini bilir.”
📖 (Təfsir Səadi, səh. 459)
Buna görə də alimlər bu hədisi bu ayənin izahı zamanı qeyd edirlər.
“Bununla məxluqat ruziləndirilir” ifadəsinin mənası nədir?
Yəni, təsbih etmək( Sunhanallah kəliməsi) ruzinin açarlarından biridir. Allahı təsbih edənlər, Onun rəhmətini və bərəkətini əldə edirlər. Allahın yaratdıqları Onu təsbih etdikcə, Allah da onlara ruzi verir.
Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:
“Həqiqətən, Allahın peyğəmbəri Nuh (aleyhissalam) vəfatı yaxınlaşdıqda oğluna dedi:
Sənə bir vəsiyyət edirəm:
sənə iki şeyi əmr edirəm və iki şeydən səni çəkindirirəm. Sənə “Lə iləhə illəllah”ı (Allahdan başqa ibadətə layiq heç bir haqq məbud yoxdur) əmr edirəm. Çünki yeddi göy və yeddi yer bir tərəzinin bir gözünə, “Lə iləhə illəllah” isə digər gözünə qoyulsa, O, daha ağır gələrdi. Əgər yeddi göy və yeddi yer qapalı bir halqa olsaydı, “Lə iləhə illəllah” onu qırardı.
Və sənə “Subhənallahi və bihəmdihi” (Allahı hər cür nöqsandan uzaq tuturam və Ona həmd edirəm) deməyi əmr edirəm. Çünki bu, hər şeyin duasıdır və bununla hər şey ruziləndirilir.
Səni isə iki şeydən çəkindirirəm: şirk və təkəbbür.’”
Soruşdum (və ya soruşuldu): “Ey Allahın Rəsulu, şirk bizə məlumdur. Bəs təkəbbür nədir? O, birimizin geydiyi gözəl bir libasdırmı?”
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Xeyr.”
Soruşdu: “Bəs gözəl bağları olan ayaqqabıdırmı?”
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Xeyr.”
Soruşdu: “Bəs birimizin mindiyi gözəl bir minik heyvanıdırmı?”
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Xeyr.”
Soruşdu: “Bəs birimizin yanında oturan dostları olmasıdırmı?”
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Xeyr.”
Sonra soruşdu: “Ey Allahın Rəsulu, bəs təkəbbür nədir?”
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Haqqı inkar etmək və insanlara yuxarıdan baxmaqdır.”
(Səhih əl-Ədəb əl-Müfrəd)