أحدث المنشورات من Yaşar Qurbanov (@yasharqurbanov) على Telegram

منشورات Yaşar Qurbanov على Telegram

Yaşar Qurbanov
İslam Evi - Bizi Birləşdirən Ev
3,136 مشترك
2,986 صورة
5,341 فيديو
آخر تحديث 06.03.2025 09:47

أحدث المحتوى الذي تم مشاركته بواسطة Yaşar Qurbanov على Telegram

Yaşar Qurbanov

06 Mar, 07:57

82

Fudayl ibn İyad oğlunu tərbiyə etməsi və etdiyi dua!

Fudayl ibn İyad oğlunun tərbiyəsi üçün böyük səy göstərmişdi. O, oğlunun saleh, təqvalı və zahid bir insan olmasını arzulayırdı. Lakin bu iş onun üçün asan olmadı. Çətinlik çəkdiyi bir anda, Allaha belə dua etdi:

“Ey Allahım! Mən Əlini tərbiyə etmək üçün çox çalışdım, amma bacarmadım. Onu Sən özün tərbiyə et”

Bu, bu gün bir çox valideynlərin yaşadığı problemdir. Ata-ana övladını düzgün tərbiyə etmək üçün əlindən gələni edir, lakin bəzən müvəffəqiyyət qazana bilmir. Fudayl burada ümidsizliyə qapılmadı, əksinə, əl açıb Allah-Təalaya yalvardı. Və Allah-Təala onun duasını qəbul etdi.
————————-
Övladı olmayanlar bu duaya sarılsın!

“Allah verdiyi zaman heyrətə salır”

Bir qadın nəql edir ki, onun qardaşı və həyat yoldaşı evləndikləri gündən etibarən on il boyunca övlad sahibi ola bilməmişdilər. Lakin onlar heç vaxt Allahdan ümidlərini üzmədilər. Davamlı olaraq Ona yalvarıb dua etdilər və duaların qəbul olunduğu vaxtları gözlədilər.

Onların ən çox oxuduğu dua bu idi:

“Rəbbim! Mənə Öz tərəfindən saleh bir övlad bəxş et.” (Ali-İmran, surəsi)

Allah onların duasını cavabsız qoymadı və onlara bir qız və bir oğlan olmaqla əkiz övladlar verdi. Daha sonra isə bir qızları da dünyaya gəldi.
Bu, Allahın lütfüdür, O, istədiyinə nemət bəxş edər.

——————————-
Yaşar Qurbanov

05 Mar, 18:50

258

https://youtu.be/HTVHp8TUYnM?si=n1GzdkBV0cb9kb6s
Yaşar Qurbanov

04 Mar, 17:38

349

https://metbuat.az/news/1520089/yola-cixan-sexs-oruc-tutmalidir.html
Yaşar Qurbanov

04 Mar, 11:15

274

Çox əzəmətli bir zikr.
Belə gözəl zikrə qarşı əfsuslar olsun laqeyidik!
Rəsulullah sallaılahu aleyhi vasəlləm hər kəsə öyrənməyi və başqalarına öyrətməyi buyurmuşdur.

Əbu Uməmənin (radıyəllahu ənhu) belə dediyi rəvayət olunur:
‌‏- Dodaqlarımı tərpədərkən Peyğəmbər (salləllahu əleyhi və səlləm) məni gördü və dedi:
‌‏- Ey Əbu Uməmə, nə deyirsən?
‌‏Dedim:
‌‏- Allahı zikr edirəm.
‌‏Dedi:
‌‏- Səni, sənin gecə və gündüz Allahı zikr etməyindən də savabı daha çox olanına yönəldinmi?
‌‏De:

الحمد لله عدد ما خلق
و الحمد لله ملء ما خلق
و الحمد لله عدد ما فى السماوات و ما فى الأرض
و الحمد لله ملء ما في السموات وما في الارض
و الحمد لله عدد ما احصى كتابه
و الحمد لله ملء ما احصى كتابه
و الحمد لله عدد كل شيء
و الحمد لله ملء كل شيء

Əlhəmdulilləhi adədə mə xaləq.
Əlhəmdulilləhi mil'ə mə xaləq.
Əlhəmdulilləhi adədə mə fis-səməvati va mə fil ard.
Əlhəmdulilləhi mil'ə mə fis-səməvati va mə fil ard.
Əlhəmdulilləhi adədə mə əhsa kitəbuhu.
Əlhəmdulilləhi mil'ə mə əhsa kitəbuhu.
Əlhəmdulilləhi adədə kulli şey.
Əlhəmdulilləhi mil'ə kulli
şey.

Tərcüməsi:
Həmd olsun Allaha, yaratdığı şeylərin sayı qədər. Həmd olsun Allaha, yaratdıqlarını dolduracaq qədər. Həmd olsun Allaha, göylərdə və yerdə olanların sayı qədər. Həmd olsun Allaha, göylərdə və yerdə olanları dolduracaq qədər. Həmd olsun Allaha, Kitabında saydıqlarının sayı qədər. Həmd olsun Allaha, Kitabında saydıqlarını dolduracaq qədər. Həmd olsun Allaha, hər şeyin sayı qədər. Həmd olsun Allaha, hər şeyi dolduracaq qədər.”

و تسبح الله مثلهن
Həmçinin əvvəlki kimi,Subhanallah deyərək Uca Allaha zikr et.

سبحان الله عدد ما خلق
سبحان الله ملء ما خلق
سبحان الله عدد ما فى السماوات و ما فى الأرض
‎سبحان الله ملء ما في السموات وما في الارض
‎سبحان الله عدد ما احصى كتابه
‎سبحان الله ملء ما احصى كتابه
‎سبحان الله عدد كل شيء
‎سبحان الله ملء كل شيء

(Subhanallahi adədə mə xaləq.
Subhanallahi mil'ə mə xaləq.
Subhanallahi ‏adədə mə fis-səməvati va mə fil ard.
Subhanallahi mil'ə mə fis-səməvati va mə fil ard.
Subhanallahi‏ adədə mə əhsa kitəbuhu.
Subhanallahi ‏mil'ə mə əhsa kitəbuhu.
Subhanallahi ‏adədə kulli şey.
Subhanallahi ‏mil'ə kulli
şey.)

Allahın yaratdıqlarının sayı qədər Subhanallah deyirəm. Allahın yaratdıqlarını dolduracaq qədər Subhanallah deyirəm. Göylərdə və yerdə olanların sayı qədər Subhanallah deyirəm.
Göylərdə və yerdə olanları dolduracaq qədər Subhanallah deyirəm.
Allahın Kitabında saydıqlarının sayı qədər Subhanallah deyirəm. Allahın Kitabında saydıqlarını dolduracaq qədər Subhanallah deyirəm. Allaha hər şeyin sayı qədər Subhanallah deyirəm. Allaha hər şeyi dolduracaq qədər Subhanallah deyirəm.

Sonra isə peyğəmbər (salləllahu əleyhi və səlləm) dedi:

‌‏- Özündən sonra bunları başqalarına da öyrət.

‌‏[Silsilə əs-Sahihəh,2615))

—————————-

Əzəmətli , tərəzidə ağır gələn ZİKR..

—————————-

BÖYÜK SAVAB QAZANDIRAN ZİKR!

İbn Abbas (رضي الله عنه) Cuveyriyyənin (رضي الله عنها) belə dediyini rəvayət edir: Peyğəmbər (صلى الله عليه وسلم) sübh namazını qılmağa gedəndə mənim evimdən çıxdı. Günəş çıxıb ətrafı qızdırdıqdan sonra evə qayıtdı və mənim hələ də (namaz qıldığım yerdə) oturduğumu görüb dedi: "Mən gedəndən elə bu vəziyyətdə oturub qalmısan?!"

Mən: "Bəli."

Peyğəmbər (صلى الله عليه وسلم): "Mən səndən sonra üç dəfə dörd kəlmə söz demişəm. Bu sözləri sənin bu vaxt ərzində dediklərinlə müqayisə etsək bunlar ağır gələr.

‎سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ عَدَدَ خَلْقِهِ ، وَرِضَا نَفْسِهِ ، وَزِنَةَ عَرْشِهِ ، وَمِدَادَ كَلِمَاتِهِ"

“Subhanə-l-lahi va bihəmdihi adədə xalqihi, va rıda nəfsihi, va zinətə arşihi va midədə kəlimətihi”

“Yaratdıqlarının sayı, Özünün razı ol­duğu, Ərşinin ağırlığı və kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik”

Muslim 4/2090

Hədisdə Peyğəmbər (صلى الله عليه وسلم) böyük savaba səbəb olan sözləri deməyi tövsiyə edir.

Hədisdə adı çəkilən Cuveyriyyə (رضي الله عنها) adlı qadın Peyğəmbərin (صلى الله عليه وسلم) həyat yoldaşlarından biridir. O, Bənu Mustəliq qəbiləsindən idi. İsmi isə Bərra idi. Peyğəmbər (صلى الله عليه وسلم) onun adını Cuveyriyyə qoydu və onunla evləndi. O, hicrətin əllinci ilində vəfat etmişdir.
Yaşar Qurbanov

04 Mar, 11:15

298

Möminlərin anası Cuveyriyyəyə (رضي الله عنها) tövsiyə olunan duanın mənası belə açıqlanır:

“yaratdıqlarının sayı," Yaradılmış hər məxluqun sayı qədər Ona həmd olsun.

“Özünün razı olacağı," Allah təala Özü nə qədər razıdırsa o qədər Ona həmd olsun.

“Ərşinin ağırlığı" Ağırlığını Allahdan başqa heç kəsin bilmədiyi ərş ağırlığında Ona həmd olsun.

“və kəlmələrinin çoxluğu qədər." Allahın kəlmələrinin sayı-hesabı olmadığı kimi, Ona saysız-hesabsız həmd olsun.

Dahi alim İzzəddin ibn Əbdüssalam fətvalarında deyir: "Zikrlər ümumiliyinə, şamilliyinə, zatı və feli sifətləri ehtiva etdiyinə görə bir-birindən üstün ola bilər. Bu növ az saylı zikrlər, başqa çox saylı zikrlərdən üstündür. Bu hədisdəki kimi: "Nöqsansız, pak Olan Allahdır və həmd Ona məxsusdur:

yaratdıqlarının sayı... Bunu isə Allahdan basqa hec kim bilmir".
Yaşar Qurbanov

04 Mar, 07:48

316

Subhənallahi və bihəmdihi!

Çünki bu, hər şeyin duasıdır( zikridir) və bununla məxluqat ruziləndirilir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
“Subhənallahi və bihəmdihi, fəinnəhə salatə kulli şey’”

(Allahı nöqsansız bilir və Ona həmd edirəm, çünki bu, hər şeyin duasıdır.”)

Bu hədisin mənası Qurani-Kərimdəki bu ayəyə uyğundur:

Elə bir şey yoxdur ki, Allahı həmd ilə təsbih etməsin. Lakin siz onların təsbihini anlamazsınız.”
📖 (İsra, 44)

Bu, hər bir məxluqun Allahı həmd və təsbih etdiyini bildirir.

📖 İbn Kəsir (rahiməhullah) bu ayə haqqında deyir:
“Elə bir yaradılmış varlıq yoxdur ki, Allahı həmd ilə təsbih etməsin. Lakin siz onların təsbihini anlamazsınız, çünki onların dili sizin dillərinizdən fərqlidir. Bu, heyvanlara, cansız varlıqlara və bitkilərə şamil olan ümumi bir qaydadır.”
📖 (Təfsir ibn Kəsir, 5/73)

📖 Səadi (rahiməhullah) isə bu ayəni belə izah edir:
“İstər danışan, istər danışmayan heyvanlar, ağaclar, bitkilər, cansız varlıqlar, diri və ya ölü hər bir şey Allahı həmd ilə təsbih edir – istər dillə, istərsə də hal dili ilə. Siz isə onların dilini başa düşmürsünüz, ancaq Allah hər şeyin təsbihini bilir.”
📖 (Təfsir Səadi, səh. 459)

Buna görə də alimlər bu hədisi bu ayənin izahı zamanı qeyd edirlər.

“Bununla məxluqat ruziləndirilir” ifadəsinin mənası nədir?

Yəni, təsbih etmək( Sunhanallah kəliməsi) ruzinin açarlarından biridir. Allahı təsbih edənlər, Onun rəhmətini və bərəkətini əldə edirlər. Allahın yaratdıqları Onu təsbih etdikcə, Allah da onlara ruzi verir.

Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Allahın peyğəmbəri Nuh (aleyhissalam) vəfatı yaxınlaşdıqda oğluna dedi:
Sənə bir vəsiyyət edirəm:
sənə iki şeyi əmr edirəm və iki şeydən səni çəkindirirəm. Sənə “Lə iləhə illəllah”ı (Allahdan başqa ibadətə layiq heç bir haqq məbud yoxdur) əmr edirəm. Çünki yeddi göy və yeddi yer bir tərəzinin bir gözünə, “Lə iləhə illəllah” isə digər gözünə qoyulsa, O, daha ağır gələrdi. Əgər yeddi göy və yeddi yer qapalı bir halqa olsaydı, “Lə iləhə illəllah” onu qırardı.

Və sənə “Subhənallahi və bihəmdihi” (Allahı hər cür nöqsandan uzaq tuturam və Ona həmd edirəm) deməyi əmr edirəm. Çünki bu, hər şeyin duasıdır və bununla hər şey ruziləndirilir.

Səni isə iki şeydən çəkindirirəm: şirk və təkəbbür.’”

Soruşdum (və ya soruşuldu): “Ey Allahın Rəsulu, şirk bizə məlumdur. Bəs təkəbbür nədir? O, birimizin geydiyi gözəl bir libasdırmı?”
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Xeyr.”

Soruşdu: “Bəs gözəl bağları olan ayaqqabıdırmı?”
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Xeyr.”

Soruşdu: “Bəs birimizin mindiyi gözəl bir minik heyvanıdırmı?”
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Xeyr.”

Soruşdu: “Bəs birimizin yanında oturan dostları olmasıdırmı?”
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Xeyr.”

Sonra soruşdu: “Ey Allahın Rəsulu, bəs təkəbbür nədir?”
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Haqqı inkar etmək və insanlara yuxarıdan baxmaqdır.”
(Səhih əl-Ədəb əl-Müfrəd)
Yaşar Qurbanov

06 Feb, 23:13

184

Allah haqqında pis zənn necə olur ? | Yaşar Qurbanov
Yaşar Qurbanov

06 Feb, 11:32

268

Uca Allahın "əl-Muti, əl-Cavad adı" 3

#yaşarqurbanov
Yaşar Qurbanov

06 Feb, 07:34

277

Uca Allahın "əl-Muti, əl-Cavad adı" 2

#yaşarqurbanov
Yaşar Qurbanov

05 Feb, 21:33

302

Uca Allahın "əl-Muti, əl-Cavad adı" 1

#yaşarqurbanov