Təcrübə proqramları @tecrubeproqrami Channel on Telegram

Təcrübə proqramları

@tecrubeproqrami


Təcrübə proqramı, iş elanaları, vakansiyalar

Təcrübə proqramları (Azerbaijani)

Təcrübə proqramları telegram kanalı iş axtaran və kariyerini inkişaf etdirmək istəyən insanlar üçün mükəmməl bir resursdur. Bu kanalda fərqli sahələrdə iş elanları, təcrübə proqramları və vakansiyalar paylaşılır. Təcrübə proqramları geniş fəaliyyət sahələri ilə maraqlı olan hər bir şəxsin marağını cəzb edəcək çeşidliliyə malikdir. İş axtaranlar və kariyerini daha da inkişaf etdirmək istəyənlər üçün bu kanal ən yaxşı mövqeyi təqdim edir. Əgər siz də öz potensialınızı artırmaq və yeni işlər əldə etmək istəyirsinizsə, "Təcrübə proqramları" kanalına qoşulun və fırsatları əlindən qaçırmayın!

Təcrübə proqramları

22 Jan, 10:41


Satınalma Üzrə Kiçik Mütəxəssis TƏCRÜBƏ PROQRAMI

İşəgötürən: Lunchef Catering Sevices

İş haqqında məlumat:

İş saatı: 08:30 – 17:00
İş günləri: 1-5 günlər, şənbə günləri isə yarı iş günü
Nahar şirkət tərəfindən verilir.
Təcrübə müddəti - 1 ay
Təcrübə müddətini uğurla bitirənlər işlə təmin olunacaqdır.

Tələblər:

Yaş həddi: (IV kurs və magistr təhsili alan tələbələr)
Təhsil: Ali ( Uyğun ixtisaslarda təhsil alanlara üstünlük verilir)
Kompüter bilikləri MS Office (1C və ya digər proqramlar)

Vəzifə Öhdəlikləri:

Yeni təchizatçılarla əlaqələrin qurulması
Mövcüd təchizatçılarla əlaqənin idarə edilməsi
Malların keyfiyyətinə, çatdırılmasına nəzarət edilməsi
Satınalma şərtləri və müqavilə öhdəlikləri üzrə danışıqlar aparmaq
Qiymətlər, çatdırılma müddətləri və malların keyfiyyəti üzrə danışıqların aparmaq

[email protected] mail adresinə “Satınalma Üzrə Kiçik Mütəxəssis təcrübə programı” başlığı altında cv-ləri göndərə bilərsiniz.

Təcrübə proqramları

22 Jan, 05:45


AZERA Holding MMC Mühasib-təcrübəçi vakansiyasını elan edir.

Tələblər:
Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir)
Azərbaycan dilində səlis. (rus dili, ingilis dili arzuolunandır);
MS Office proqramlarında və 1C proqramında işləmək bacarığı;
Vergi qanunvericilikləri üzrə biliklərə sahib olmalı;
Komanda daxilində işləmək bacarığı
Müvafiq sahədə sertifikatlara malik namizədlərə üstünlük veriləcək.

İş şərtləri
ƏM Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
5 günlük iş qrafiki

Uyğun olan namizədlərdən cv formalarını mövzu hissəsinə şirkətin və vakant yerin adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş edilir.

Təcrübə proqramları

17 Jan, 11:39


Kiçik maliyyə mütəxəssisi tələb olunur

Maliyyə dünyasına ilk addımlarını atmaq istəyən, gənc, istedadlı və işgüzar bəy namizədlərin axtarışına start veririk!

İş yeri : Bakı, Green Plant MMC (Çinar park Plaza)
İş rejimi : Həftənin 5 günü

Qeyd : Nahar yeməyi və nömrə şirkət tərəfindən təmin ediləcəkdir.

Tələblər :

- Maliyyə, iqtisadiyyat və ya müvafiq sahədə ali təhsil
- Riyazi biliklər və analitik düşünmə qabiliyyəti
- MS Office (xüsusilə Excel) ilə işləmə bacarığı
- 1C proqram təminatı üzrə məlumatların olması və ACCA F3 sertifikatı arzu olunandır.
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və rus dillərini bilmək əlavə üstünlükdür)
- Komandada işləmək bacarığı, peşəkar inkişafa meyllilik
- Müəyyən dövrlərdə ezamiyyətə gedə bilmək

İş barəsində məlumatlar :
- Bank və kassa əməliyyatlarının həyata keçirilməsi
- Elektron qaimələrin təqdim edilməsi, həmçinin qəbul olunan elektron qaimə məlumatlarının proqrama işlənilməsi
- Debitor və kreditor məlumatlarının izlənilməsi.
- Digər əməliyyatların proqrama işlənilməsi və s.

Sizə nə təklif edirik?
Gənc komandada işləmək imkanı
Peşəkar inkişaflar və təlimlər
Karyera yüksəlişi üçün real perspektivlər

"Kiçik maliyyə mütəxəssisi" qeyd edib CV-sini [email protected] mail ünvanına təqdim etməsini xahiş edirəm.

Təcrübə proqramları

17 Jan, 11:18


Şirkətlər qrupu MÜHƏNDİS olmaq istəyənlər üçün şans yaradır

Gənc mühəndis olmaq istəyən ambisialı tələbələr və məzunlar, STP Şirkətlər Qrupu mühəndislik yolunda inkişafınız üçün mükəmməl bir şans yaratmağa davam edir 👷‍♂️ 👷‍♀️

"Sabahın Gücü" - STP Şirkətlər Qrupunun İnkişaf Platforması STP-nin zavodlarında, həmçinin Türkiyə və İsrailin istehsalat müəssisələrində müvafiq sahələr üzrə təcrübə qazanmaq, ixtisasınıza aid texniki təlimlərdə iştirak etmək, sənayedə iş prosesini dərindən müşahidə etmək imkanını sizə təklif edir!

Bu fürsəti qaçırmayın! 😊

Tələb olunan ixtisaslar:

🎓 1. Mexanika mühəndisliyi
🎓2. Elektrik, elektronika, energetika mühəndisliyi
🎓3. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
🎓4. Kimya mühəndisliyi
🎓 5. Universal dəzgahların idarəolunması
🎓 6. Qaynaq

Əlavə məlumat:

✔️ Təqaüdün verilməsi
✔️ Şirkət tərəfindən nəqliyyat və qidalanma
✔️ Təcrübə saatları: 09:00-17:00

Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi [email protected] email ünvanına göndərin və "Sabahın Gücü" İnkişaf Proqramının təcrübəçilərindən biri olun!

qaynaqçı

Təcrübə proqramları

17 Jan, 08:23


Hüquq üzrə maaşlı TƏCRÜBƏ PROQRAMI

İşəgötürən: Abşeron Logistika Mərkəzi

Sizə nə təklif edirik?

Regionun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
Yüksək komanda ruhunda əməkdaşlıq;
Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
Hüquq sahəsində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək;
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

Hüquq sahəsində ali təhsil;
Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli, İngilis dili arzuolunandır;
MS Offise proqramlarında, xüsusilə Word -də yüksək səviyyədə iş bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, hüquqi ekspertiza etmək bacarıqları;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
Yüksək araşdırma və tədqiqat bacarığı;
Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
Məntiqi təfəkkür və hüquqi təhlil, tətbiq bacarığı;
Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumağı öyrənmək;
Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;
Müştərilər ilə rəsmiləşdirmə üzrə görüşlərdə iştirak;
Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək;
Dövri hesabatların hazırlanması və təqdim edilməsini öyrənmək;

Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu hissəsində “Təcrübə proqramı – Hüquq” yazmaqla göndərməyiniz xahiş olunur. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)

Təcrübə proqramları

16 Jan, 14:15


“Shahbulag Mining” MMC "Mühasibatlıq" üzrə ödənişsiz təcrübə proqramı elan edir 💡

Proqram 2 ay müddətində davam edəcək.
Saat: Namizədə uyğun təyin ediləcək.
Ünvan: Bayıl Plaza

Əsas tələblər:

Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan, eyni zamanda yeni bitirən namizədlərə üstünlük verilir);
Azərbaycan dilində səlis (rus dili arzuolunandır);
MS Office (xüsusilə Excel);
Komanda ilə işləmək bacarığı və məsuliyyətli yanaşma;
Analitik düşünmə qabiliyyəti və detal fokuslu olmaq;
Yüksək ünsiyyət bacarıqları;

Biz nə təklif edirik:

Yaxşı əmək şəraiti və komandada inkişaf imkanları;
Təcrübə qazanmaq və mühasibatlıq sahəsində peşəkar bacarıqları inkişaf etdirmək imkanı;
Elektron qaimələrin təqdim olunması;
Ödəniş tapşırıqlarının hazırlanması ( e-banking);
Üzləşmə aktları, təhtəl şəxslərlə hesablaşmaların hazırlanması;
Debitor-kreditor hesablara nəzarət olunma;
Elektron sistemlərdə və 1C proqram təminatında işləmə.

Müraciət etmək üçün CV-lərinizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində "Təcrübəçi Mühasib" başlığı yazmaqla göndərin.

Təcrübə proqramları

14 Jan, 05:24


HR Təcrübə Proqramı

"PORT Education Center" MMC tərəfindən təşkil olunan növbəti 0-dan “HR Təcrübə Proqramı” nın qeydiyyatı başladı.

Proqramda iştirak edərək siz, İnsan Resursları sahəsini Əmək qanunvericiliyinə əsasən idarə olunmasını,İşə qəbul prosesini ətraflı öyrənərək istənilən müəssisələrdə (qida sektoru, turizm sahəsi,təhsil, dövlət və özəl idarələr daxil) sərbəst işləyə biləcəksiniz.

Proqram tam praktiki olaraq,real sənəd nümunələri əsasında keçirilməsi sizin üçün daha əlverişli olmaqla yanaşı bu sahəni, asan yollarla öyrənmiş olacaqsınız.

Proqrama 10 modul daxildir. Bitirəndən sonra fərqli müəssisələrdə sərbəst olaraq İnsan Resursları şöbəsində qeyd olunan vəzifələrdə çalışa biləcəksiniz.

HR Assistant
ƏMAS üzrə mütəxəssis
Əmək haqqı üzrə mütəxəssis
İşə qəbul (Recruiter)
İR mütəxəssis
Təcrübə Proqramında keçirilən mövzuları sizə təqdim edirik:

Real şirkətlərin sənədləri üzrə praktiki iş,
Əmək Qanunvericiliyi,
0-dan İşə qəbul sistemi,
ƏMAS elektron sistemdə işçilərin qəbul edilməsi,
Müştəri Bank,
Əmək haqqı kart sifarişlərinin verilməsi,
Əmək müqavilələrinin bağlanılması,
İşçilərin xitam verilməsi,
Əmrlərin hazırlanması,
Əmək haqqı hesablanması,
Məzuniyyət və ezamiyyə ödənişləri,
Gecə vaxtı və çoxnövbəli əmək haqqı,
Overtime hesablanması,
İşçilərin mükafatlandırılması,
Ştat cədvəlinin hazırlanması,
Xəstəlik vərəqələrinin yazılması, e-gov portalında işlənilməsi,
Məzuniyyətlərin verilməsi və rəsmiləşdirilməsi,
E-gov.az saytla praktiki iş,
İSB.AZ saytda işçilərin sığortalanması,
İşçilərin attestasiyası qaydaları,
Şirkətin strukturunun qurulması,
Tabel cədvəlinin hazırlanması,
Əmək kitabçalarının doldurulması,
Şəxsi hesab vərəqələrinin doldurulması,
Kargüzarlıq sənədlərlə praktiki işlər və kadrlara aid digər sənədlərin öyrənilməsi,
İşçi haqqlarının hesablanması,
Mükafatlandırılmanın əsasnaməsi,
Performans dəyərləndirilməsi
CV analizi
İşçilərin mükafatlandırılması
HR-lar üçün Excel

Təcrübə proqramında iştirak üçün tələblər:
Təhsil orta və ya ali ixtisas,
Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirilməli,
Yaş məhdudiyyəti yoxdur,
Proqrama 0-dan qoşula bilərsiniz.

HR Təcrübə Proqramının Yanvar ayından başlayacaq qrup saatları:
6-cı günlər 17:00-20:0
2,4 günlər 15:00-16:30


Fevral ayından başlayacaq qrup saatları:
1,3 günlər 19:00-20:30
2,4 günlər 12:00-13:30
6-cı günlər 14:00-17:00
Bazar günlər 16:00-19:00


Mart ayından başlayacaq qrup saatları:
1,3 günlər 12:00-13:30
2,4 günlər 19:00-20:30
Bazar günlər 13:00-16:00


Təcrübə proqramı 4 ay, mövzulardan fərqli olaraq 48-50 saat aralığında olacaq.

İştirak etmədiyiniz dərslər digər qruplarla əvəz olunacaq,nəticədə heç bir dərs buraxmış olmayacaqsınız.

Dərslərdə keyfiyyəti qorumaq məqsədi ilə qrup sayı 6-8 nəfər olur.Əlavə tələbə götürülmür.

Dərslər AF Mall (Heydər Əliyev sarayın yanı) və Caspian Plaza Lütfizadə Mərkəzində keçirilir.

Sonda imtahan nəticəsinə uyğun Təcrübə Proqramında iştirak etdiyinizə dair iştirakçı və ya müvəffəqiyyət sertifikatı ilə təmin olunacaqsınız!

Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz:

https://bit.ly/4drQcrR

Bizimlə əlaqə: 055 6480005
[email protected]

Təcrübə proqramları

08 Jan, 07:21


Satış sahəsində Karyera Qurmaq Üçün Fürsət!

İşəgötürən: "ASADZADE SANAN" MMC

Biz dinamik, yaradıcı və müştəri məmnuniyyətinə yönəlmiş karyera qurmaq istəyən gənc kadrlar axtarırıq.

Əgər siz avtomobillərə maraq göstərirsinizsə və satış sahəsində karyera qurmaq istəyirsinizsə, bu iş məhz sizin üçündür!

İş öyrədilir. Tək tələbimiz B2 və ya C1 səviyyədə Rus və İngilis dili biliyi

Əgər siz bu işdə maraqlısınızsa, xahiş edirik, CV-nizi [email protected] e-mail ünvanına yaxud 070 882 78 38 whatsApp nömrəsinə göndərəsiniz.

"ASADZADE SANAN" MMC, müştərilərinə geniş avtomobil seçimi təqdim edən aparıcı maşın idxalı və satışı şirkətidir.

Təcrübə proqramları

08 Jan, 05:51


"İnsan Resursları üzrə mütəxəssis" TƏCRÜBƏ PROQRAMI

İşəgötürən: Hünər-İnşaat firması

İnsan Resursları sahəsində həm nəzəri həmdə praktiki cəhətdən inkişaf etmək üçün əla bir fürsətdir.

(Əlavə olaraq nahar şirkət tərəfindən təmin olunur)

Təcrübə proqramı ilə maraqlanan şəxslər CV-nizi [email protected] / [email protected] e-mail adreslərinə göndərə bilərsiniz.

Əlaqə: 055 515 03 59

Təcrübə proqramları

06 Jan, 12:25


Paşa-Həyat Sığorta şirkəti tam-ştat, ödənişli Təcrübəçi vakansiyasını elan edir

UNEC magistrantlarının və məzunlarının diqqətinə!

İşəgötürən: PAŞA Həyat (PASHA Life)

Paşa-Həyat Sığorta şirkətinin İstedadların cəlbi və Əməkdaşlarla münasibətlərin tənzimlənməsi şöbəsi magistratura pilləsində təhsil alan və ya yeni məzun olanlar üçün tam-ştat, ödənişli Təcrübəçi vakansiyası elan edir.

Tələblər:
📚 Təhsil: Hər hansı bir sahədə bakalavr dərəcəsi.
🗣 Dil bacarıqları: Azərbaycan dili: mükəmməl, İngilis dili: orta, Rus dili: orta
🌟 Biz işinə və şəxsi inkişafına həvəsli, dinamik, bacarıqlı və səlis danışıq qabiliyyətinə sahib şəxsləri axtarırıq.

Vəzifə öhdəlikləri:

• İş tələblərinə uyğun gələn CV-lərin axtarılması və seçilməsinə kömək etmək;
• Namizədlərlə müsahibə vaxtlarının təyin edilməsi;
• Müsahibələr üçün materialların hazırlanması və iştirakçılara məlumatın verilməsi;
• Namizəd məlumat bazasının gündəlik olaraq yenilənməsini təmin edilməsi;
• Müsahibə nəticələrinin və geribildirimlərin sənədləşdirilməsi;
• İş yarmarkalarında iştirakda dəstək

Müraciət etmək üçün namizədlər öz CV-ni subject/mövzu hissəsində: Recruitment Intern UNEC qeyd etməklə, [email protected] mail ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 15 yanvar 2025-ci il.

Təcrübə proqramları

26 Dec, 06:33


İDEA-da TƏCRÜBƏ İMKANI

İDEA MMC aşağıdakı xüsusiyyətlərə malik şəxslər üçün iş və ya təcrübə imkanları təklif edir:

Təcrübəniz olmaya bilər, lakin təcrübə toplamaq və inkişaf etmək istəyi mütləqdir! 🚀

💡 Tələblər:

➡️ 1. Memarlıq və Dizayn sahəsində təhsil almış olmalı;
➡️ 2. Videografiya ilə bağlı bacarıqlara malik olmalı;


Bizim komandaya qoşularaq öz potensialınızı kəşf edin! 💼

CV-nizi [email protected] ünvanına göndərin. Biz sizin üçün uyğun imkanlar yarada bilərik! 🌟

Təcrübə proqramları

20 Dec, 10:32


İnzibati işlər üzrə təcrübəçi tələb olunur (KİŞİ Namizədlər)

İşəgötürən: Avant Group

- Təcrübə müddəti: 3 ay.

Tələblər:

- Ali təhsilli (iqtisadiyyat, menecment, insan resursları və s. ixtisası üzrə) məzunlar;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı arzuolunandır;

Vəzifəsi:
- Şirkətə daxil olan sənədlərin ilkin qəbulu;
- Yüksək qiymətli və ya məxfi əşyalar üçün məsuliyyət daşımaq;
- Daxil olan sənədlərin təhvil olunmasına dair işçilərdən gələn zənglərə və sorğulara cavab vermək;
- Göndərmə formasının tamlığını göndərici tərəfindən yoxlamaq;
- Qəbuledici tərəfindən ötürülmə formasını düzgün doldurmaq;
- Çatdırılmadan sonra ötürülmə formasını qaytarmaq və sonradan düzgün arxivləşdirmək
- Görülən işləri prosedur və təlimatlara uyğun görmək;

- İş qrafiki: 5/2, 10:00-17:00
- Nahar şirkət tərəfindən
- İş yeri- A.M.Şərifzadə küç 241
Əlaqə wsp : CV-nizi 055-205-52-96 qeyd olunan nömrəyə göndərə bilərsiniz.

Təcrübə proqramları

16 Dec, 11:18


Son kurs TƏLƏBƏLƏR üçün Ödənişli təcrübə proqramı

İşəgötürən: GPS Solutions

İş yeri: Bakı şəhəri

GPS Solutions MMC sənaye avtomatlaşdırılması, radioelektronika, İT və proqramlaşdırma üzrə təhsil alan son kurs tələbələri üçün ödənişli təcrübə proqramı elan edir.

Namizədə tələblər:

Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (arzuolunandır)
MS Office proqramlarını bilməli
Kollektivdə işləmə bacarığı
İşində diqqətli, məsuliyyətli, tələbkar olması
İş barədə məlumat:

İş rejimi: I-V – 09.00-18.00, VI – 10.00-16.00

"Təcrübə proqramı" və vəzifənin adını qeyd edib CV-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.

Şirkət haqqında
2013-cü ildə başlayan fəaliyyəti ərzində özünü etibarlı tərəfdaş və geniş spektrli xidmətlərin təchizatçısı kimi tanıtmış şirkətimiz Azərbaycanın dinamik surətdə inkişaf edən informasiya texnologiyaları sektorunda Nəqliyyatın İntellektual GPS Nəzarət sistemlərin inteqrasiyası, avadanlıq və proqram təminatının təchizatı və quraşdırılması üzrə xidmətlər göstərir.

Təcrübə proqramları

12 Dec, 06:07


İnşaat mühəndisliyi və mühasibatlıq üzrə TƏCRÜBƏ PROQRAMI

“Kristal Abşeron” inşaat mühəndisliyi və mühasibatlıq sahəsində təhsil alan tələbə və məzunlara təcrübə qazanmaq imkanı yaradır.

Tələblər:

- Qeyd olunan sahələr üzrə IV kurs bakalavr və ya magistratura pilləsində təhsil alan tələbə və ya məzunlar;
- yüksək təhsil göstəriciləri;
- MS Office proqramlarında işləmə bacarığı;
- analitik düşüncə və təhlil bacarığı;
- peşəsinə yüksək motivasiya ilə yanaşma;
- fərdi və komandada işləmə bacarığı;
- ünsiyyət qurma və səlis danışıq qabilliyyəti.

İş şəraiti:
- minimum əmək haqqı: 345 AZN
- 5 günlük iş qrafiki
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə

Tələblərə cavab verən namizədlər CV formalarını və qiymət kitabçasının (transkript) skan versiyasını
[email protected] elektron ünvanına müvafiq təcrübə proqramının adını qeyd etməklə müraciət edə bilər.

Son müraciət tarixi:23.12.2023

Hər birinizə uğurlar arzu edirik! 💙

Təcrübə proqramları

10 Dec, 13:37


Texnik üzrə Təcrübə proqramı

İşəgötürən: Konsis

Məlumat:

Audio və video avadanlıqlarla iş,habelə peşəkar təlim və inkişaf imkanı əldə etmə;
Tədbirlərdə video, proyeksiya avadanlığının quraşdırılması və idarə edilməsi;
Tədbirlər zamanı texniki dəstəyin təmin edilməsi.
Şərait:

Təcrübə 2 ay davam edir,sonda sertifikat,yeni sahəyə yiyələnmə.
Yol pulu 100 AZN,nahar, uniforma şirkət tərəfdən təmin edilir.
Təcrübə əsasən 5 ulduzlu otellərdə keçirilir
İş qrafiki: 09.00-18.00,5 günlük
Tələblər:

Bəy namizəd, yaş 21-30
Magistr və ya məzun olmuş şəxslər müraciət etsin

Namizədlərin öz CV-lərini
[email protected] elektron poçt ünvanına və ya bu nömrənin Whatsappı-na yaza bilərlər 0512068571.

Təcrübə proqramları

09 Dec, 11:14


4 vəzifə TƏCRÜBƏ PROQRAMI

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi tərəfindən təcrübə proqramı elan edilir.


Aşağıda qeyd edilən ixtisaslar üzrə bakalavr və magistr səviyyəsindən məzun olmuş şəxslər müraciət edə bilər:

VƏZİFƏLƏR:

1.Elektrik mühəndisliyi
2. Mexanika mühəndisliyi
3. İnşaat mühəndisliyi
4. Meliorasiya mühəndisliyi

Müraciət etmək istəyən şəxslərdən mövzu hissəsində "müraciət etmək istədikləri ixtisası" qeyd edərək [email protected] e-mail ünvanına CV göndərmələri xahiş olunur.

Təcrübə proqramları

06 Dec, 09:07


Hüquq üzrə təcrübəçi tələb olunur

İşəgötürən: MFX-Trading

Fəaliyyət istiqamətləri:

Prosedurların hazırlanmasında iştirak;
Hüquqi baza və normativ aktlar əsasında təhlillərin aparılması;
Hüquqi proseslərin idarə edilməsində istifadə edilən daxili sistemlərdə işləmək.
Namizədə tələblər:

Ali təhsil Huquqi təhsil (DİM İmtahanından yüksək keçid balı üstünlükdür);
İngilis və rus dili biliyi üstünlükdür;
Diqqətli, çalışqan, həvəsli.
İş şəraiti:

İş qrafiki: Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək.
İş yeri ünvanı: Xətai Plaza.

"Hüquq üzrə təcrübəçi" qeyd edib CV-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təcrübə proqramları

03 Dec, 07:04


Kredit mütəxəssisi / Təcrübəçi tələb olunur

İşəgötürən: Caspian Invest BOKT

Qısa məzmun

BOKT “Caspian İnvest” MMC Baş ofisinə Kredit sahəsi üzrə təcrübə proqramı vakansiyası elan edir.

Elanın təsviri

Ərazi: Nərimanov rayonu, Əhməd Rəcəbli 2 küç 15
Yaş: 18 — 35 yaş
Karyeranı kredit sahəsində görürsüzsə və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsizsə, Sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Öhdəliklər:
Təlimlərdə aktiv iştirak etmək
Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
Təlimçi və mentorla interaktiv işləmək
Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək

Tələblər:
Öyrənməyə açıq olmaq
Hədəflərlə işləməyi bacarmaq
Pozitiv ünsiyyət bacarığı
Komandada işləməyə meyilli olmaq

Sizə nə vəd edirik:

Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı
Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək.

Maraqlanan namizədlər qeyd edilmiş [email protected] elektron poçt ünvanına “Baş ofis - təcrübə proqramı” yazaraq cv-lərini göndərə bilərlər

Elan tarixi: 03.12.2024
Son tarix: 03.01.2025

Təcrübə proqramları

29 Nov, 12:21


Elektromobil şarj cihazları və günəş enerjisi sistemləri ilə bağlı təcrübəçilər tələb olunur

İşəgötürən: “Sigma Systems” MMC

• Yaş aralığı: 21-25 yaş
• Müddət: 3 ay
• İş Qrafiki: Tam 10:00-19:00 (Sonuncu kurs (bakalavriat) tələbələri və magistrantlar üçün iş saatlarında güzəştlər ediləcək).

Təcrübə proqramın tələbləri və təlim detalları aşağıdakı kimidir:

Tələblər:

• Təhsil: Energetika, Elektrik Mühəndisliyi, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələrdə bakalavr və ya magistr təhsil almış yeni məzunlar.
• Dil Bilikləri: Azərbaycan, İngilis yaxşı səviyyədə (Rus dili üstünlükdür) yazılı və şifahi ünsiyyət bacarıqları.
• Motivasiya: Yeni texnologiyaları öyrənməyə həvəsli və komanda ilə işləmək bacarığı.

Təlim Proqramı:

Təcrübə müddətində iştirakçılar aşağıdakı sahələr üzrə təlim və praktiki təcrübə əldə edəcəklər:
1. Elektromobil Şarj Cihazlarının Proqramlaşdırılması və Quraşdırılması: Müxtəlif şarj cihazlarının hazırlanması və quraşdırılması prosesləri ilə tanışlıq.
2. Günəş Enerjisi Sistemləri: Günəş panellərinin qurulması, sistemlərin inteqrasiyası və enerji istehsalı üzrə təlimlər.
3. Layihə İdarəetməsi: Enerji layihələrinin planlaşdırılması, icrası və monitorinqi.
4. Sistem İnteqrasiyası: Müxtəlif enerji sistemlərinin inteqrasiyası və uyğunlaşdırılması prosesləri.
5. Keyfiyyət Təminatı: Şarj cihazları və enerji sistemlərinin test edilməsi və keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması.

• Müraciət Prosesi: CV və motivasiya məktubunuzu [email protected] ünvanına göndərin.

• İşə qəbul: Təlim prosesinin uğurla bitirən namizədlər işə qəbul olunacaqlar.

Əlaqə:
• Telefon: 012 311 01 96; 055 411 26 32
• Ünvan: Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 129/25, Poçt Kodu AZ1133, Bakı, Azərbaycan

Təcrübə proqramları

28 Nov, 06:23


Təchizat üzrə təcrübəçi tələb olunur

İşəgötürən: KM Services MMC

Təchizat sahəsində dərin biliklərə sahib olmaq və öyrəndiklərini tətbiq etmək istəyən gənc, çevik və enerjili gəncləri komandamıza dəvət edirik.

Tələblər:

Təhsil: Bakalavr dərəcəsi (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması arzu olunandır);
Kompüter bilikləri: MS Office proqramları;
Dil bilgisi: Azərbaycan və İngilis dillərini səlis, Rus dilini orta səviyyədə bilmək.
İş şəraiti:

İş saatları: Həftədə 5 gün 09:00 – 18:00
Əmək haqqı: 400 manat

İşin təsviri:

Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək;
Potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi;
Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
Cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərilməsi;
Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması;
Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə təmin edilməsi;
Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
Hesabatların hazırlanması və analiz olunması.

"Təchizat üzrə təcrübəçi" qeyd edib [email protected] e-mail adresinə göndərə bilərsiniz.

Təcrübə proqramları

28 Nov, 05:29


Risklərin idarə edilməsi üzrə təcrübəçi tələb olunur - MAAŞLI TƏCRÜBƏ PROQRAMI

Şirkət: "HOME FİNANCE BOKT" MMC

Ali təhsilli: Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil

Yaş həddi: 22-30

Namizəd: Qadın və kişi

Təcrübə müddəti 2 aydır, ödənişlidir. ( bu müddəti uğurla keçən namizədlər tam ştat işlə təmin olunacaq, əmək haqqı+bonus veriləcək.)

Nahar şirkət tərəfindən təmin olunur.

İş qrafiki: 6 gün

Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi

"Risklərin idarə edilməsi üzrə təcrübəçi " qeyd edib Şəkilli CV-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.

Təcrübə proqramları

26 Nov, 13:47


Texnik vəzifəsi üzrə Təcrübəçi tələb olunur

İşəgötürən: Baku Servis Kompani

Elektron, ev-məişət avadanlıqlarla iş sahəsində Texnik vəzifəsi üzrə uğurlu karyera qurmaq istəyən və peşəkar iş mühitində çalışaraq biliklərini artırmaq və real iş təcrübəsi qazanmaq istəyən gəncləri “Təcrübəçi texnik” vəzifəsinə dəvət edirik.

Vəzifə öhdəlikləri:

Böyük və kiçik məişət texnikasının (soyuducu, paltaryuyan, qabyuyan, ət çəkən, ütü, mətbəxt sobası və.s) diaqnostikasını və təmirini öyrənir;
Məişət texnikasının istifadə qaydalarını, quraşdırma, tənzimləmə işlərini, ehtiyat hissələrin kodlar vasitəsilə təyin etməyi və sifariş etməyi öyrənir;
Müştərilərlə ünsiyyət qurmağı və məişət texnikasının funksiyaları haqqında təlimatlandırılması qaydalarını öyrənir.

Tələblər:

Ali və ya orta təhsil;
MS Office proqram biliyi;
Səlis Azəzrbaycan dili (rus dili arzu olunandır);
Aktivlik, operativlik və problemləri tez həll etmə bacarığı;
Gərgin iş şəraitində işləmə bacarığı, vaxtın düzgün idarə edilməsi və komanda ilə işləmək qabiliyyəti;
Yaş həddi: 20-35.

Nə təklif edirik:

Müsahibədən keçən şəxslərə teorik və proaktiv təlimin keçirilməsi;
Təlimi uğurla başa vuran ən yaxşı namizədlərə isə müvafiq sahədə karyera qurmaq imkanı;
Peşəkar inkişaf üçün geniş imkanlar;
Yaradıcı və dinamik komanda ilə əmakdaşlıq imkanı;
6 ay müddətində şirkət tərəfindən ödəniş edilməklə təlim;
Təlim müddəti ərzində nahar və uniforma şirkət tərəfindən təmin edilir;
5 günlük iş həftəsi, saat 09:00-17:00-dək;
İstirahət günləri – şənbə və bazar günləri.

"Texnik vəzifəsi üzrə Təcrübəçi" qeyd edib Cv-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.

Təcrübə proqramları

25 Nov, 07:08


BANKDA İT ÜZRƏ TƏCRÜBƏ PROQRAMI

Karyeranızı İT sahəsində qurmağa hazırsınız?

AFB Bank olaraq, Proqram Təminatına Dəstək üzrə Təcrübəçi axtarırıq!

Bu, İT sahəsində biliklərinizi artırmaq, peşəkar komanda ilə işləmək və real iş təcrübəsi qazanmaq üçün əla fürsətdir.

🎯 Biz kimləri axtarırıq?

• Təhsil: İT, Kompüter elmləri və ya əlaqəli sahədə məzun;
• Dil bilikləri : Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Bacarıqlar: Analitik zəkaya malik olmaq, komanda ilə işləmə və öyrənməyə maraq;
• Arzu olunandır: SQL və ya digər proqramlaşdırma dilləri üzrə ilkin biliklər.

Siz də bu fürsəti dəyərləndirərərək, CV-lərinizi [email protected] elektron ünvanına mövzu hissəsinə “Proqram Təminatına Dəstək üzrə Təcrübəçi” yazmaqla yönləndirə bilərsiniz.

Təcrübə proqramları

21 Nov, 11:25


12 vəzifə üzrə TƏCRÜBƏ PROQRAMI

İşəgötürən: ENGİN

Tələblər: motivasiyalı, əla ünsiyyət qabiliyyəti, təşəbbüskar, kəşf etməyi sevən bakalavr pilləsinin 4-cü kurs, magistr pilləsinin 1 və 2-ci kurs tələbələri

Proqramın müddəti: 3-6 ay

VƏZİFƏLƏR:

1. İnsan resursları

2. Daxili nəzarət

3. İT və İnnovasiyalar

4.Ticari marketinq

5. Satınalma və planlama

6. Daxili satınalma

7. Mühasibatlıq

8. SƏTƏM və Keyfiyyətə nəzarət

9. Satış və satış əməliyyatları

10. Təminat əməliyyatları

11. Anbar əməliyyatları

12. Maliyyə

CV-nizi 30 noyabr 2024-cü il tarixinədək [email protected] elektron poçt ünvanına "Mövzu" hissəsində müraciət etdiyiniz sahənin adını qeyd etməklə göndərin.

[email protected]

Təcrübə proqramları

31 Oct, 07:31


Kredit mütəxəssisi üzrə MAAŞLI TƏCRÜBƏ PROQRAMI

Təcrübə proqramını uğurla başa vuranlar təşkilatımızda işlə təmin olunacaqlar.

“Güvənli” MMC kredit təşkilatı kredit departamentində kredit mütəxəssisi vakansiyası üçün ödənişli Təcrübə Proqramını açıq elan edir.

2021-ci ilin aprel ayından etibarən “Güvənli” MMC ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib.

İş haqqında məlumat :

1. Təşkilatın kredit məhsullarını təbliğ edir,müştəriləri cəlb edir,birbaşa marketinq və satış funksiyasını həyata keçirir;
2. Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
3. Kredit portfelinin keyfiyyətinə nəzarət edir;
4. Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
5. AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
6. İş qrafiki: 6 günlük Bazar istirahət.​
7.Əmək haqqı + bonus.

Tələblər :

- Cins: Xanım və Kişi namizədlər;
- Şəhər : Bakı və regionlar;
- Ali təhsil müəssisəsini yeni bitirməli;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Satış bacarığına malik olmaq.

Qeyd olunan tələblərə uyğun olan namizədlər CVlərini [email protected] ünvanına “Təcrübə proqramı” başlığı ilə göndərə bilərlər.
Əlaqə nömrəsi: +994 51 201 50 68 Aysel Quliyeva.

Təcrübə proqramları

31 Oct, 06:11


3 vəzifə üzrə MAAŞLI TƏCRÜBƏ PROQRAMI

İşəgötürən: Grand-Agro Invitro LLC

Şirkətimiz təhsilini yeni başa vurmuş gənclər üçün iş təcrübəsi qazanmaq və karyerasını qurmaq şansı yaradır.
Bu məqsədlə aşağıda qeyd edilən sahələr üzrə ödənişli (maaşlı) təcrübə proqramı elan edir:

Vəzifələr:

1. Mühasibatlıq
2. İnsan Resursları
3. Aqronomluq

Karyerasına bizimlə birlikdə gənc və dinamik bir komandanın üzvü olaraq başlamaq istəyən gənclər cv-lərini mövzu hissəsinə vəzifənin adını qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.

Təcrübə proqramları

29 Oct, 06:50


Kredit təşkilatında MAAŞLI TƏCRÜBƏ PROQRAMI

İşəgötürən: Home Finance BOKT

İş şəraiti

Təcrübə proqramı ödənişlidir və gənclərimizə "Risklərin idarə edilməsi üzrə iş" üzrə fəaliyyət göstərən şöbəmizdə real iş mühitində təcrübə qazanmaq imkanı verir.

Tələblər

Motivasiyalı,
Ünsiyyət qabiliyyətli,
Komandada işləmə bacarığı
Ali təhsil müəssisələrindən yeni məzun olmuş gəncləri təcrübə proqramında iştirak etməyə dəvət edirik!

Maraqlanan namizədlər "TƏCRÜBƏÇİ" qeyd edib [email protected] elektron poçt ünvanına şəkilli CV-nizi göndərə bilərsiz.

Təcrübə proqramları

25 Oct, 13:52


Təcrübəçi (1C üzrə Administrator) tələb olunur

Sinteks Şirkətlər qrupuna şirkətinə hal-hazırda Təcrübəçi (1C üzrə Administrator) tələb olunur.

Təhsil:

- Müvafiq sahə üzrə (Kompyuter mühəndisliyi, İT, Riyaziyyat və İnformatika, Kompyuter elmləri,Tətbiqi riyaziyyat və kompyuter kibernetikası) cari ilin bakalavr məzunları və ya magistr tələbələri.

İşəgötürən: Sinteks Şirkətlər qrupu

Tələblər:

- MS Office
- Rus dili - yüksək səviyyədə
- İstənilən proqramlaşdırılma dili üzrə baza biliyi

Yaş: minimum 20 yaş
İş yerinin ünvanı: Bakı

Müraciət qaydası: "Təcrübəçi (1C üzrə Administrator)" qeyd edib Cv-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.

Şirkət haqıqnda qısa məlumat: 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir.

Təcrübə proqramları

22 Oct, 08:32


Aqronomiya, kimya, biologiya, biotexnologiya və ekologiya üzrə TƏCRÜBƏ PROQRAMI

“AGRİCO” MMC aqronomiya, kimya, biologiya, biotexnologiya və ekologiya üzrə təhsilini yeni başa vurmuş və bu sahə üzrə təcrübə qazanmaq istəyən gənclərimiz üçün əla fürsət təklif edir! 👨‍🌾

Təcrübə proqramı rəsmidir və əmək haqqı ödənilir.

6 ay müddətində sahənin peşakarları ilə birgə çalışmaq, onların zəngin təcrübələrini öyrənməkdən daha yaxşı nə ola bilər?

Təcrübə proqramı ərzində nə əldə edəcəksiniz:

⭐️ Yerli və xarici mütəxəssislərdən öyrənmək imkanı;
⭐️ Aqronomiya sahəsi üzrə əvəzolunmaz praktiki biliklər və təcrübə;
⭐️ Təhsil aldığınız dövrdə əldə etdiyiniz bilikləri tətbiq etmə imkanı;
⭐️ Mövcud və yeni texnologiyaların tətbiqi ilə yaxından tanış olmaq.


Təcrübə proqramı müddətində fərqlənmiş iştirakçılara komandamızın daimi üzvü olmaq təklif olunacaq və Türkiyədə müvafiq sahə üzrə təlimdən faydalanmaq imkanı yaradılacaq.
İndi isə, istərdim sizinlə, proqramımıza qatılmaq üçün namizədlərə dair gözləntilərimizi bölüşüm:
Təhsil: Ali təhsil (aqronomiya, kimya, biologiya, biotexnologiya və ya ekologiya üzrə);
Dil bilikləri: İngilis dili üstünlükdür.

Bu fürsətdən faydalanmaq istəyən gənclərimizdən [email protected] elektron ünvanına mövzu hissəsinə “Təcrübəçi” yazaraq öz CV-lərini göndərmələrini xahiş edirik.

“AGRICO” MMC – Azərbaycanda 2016-cı ildən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən və sürətlə inkişaf edən şirkətdir. Hal-hazırda şirkət mineral gübrələrin, toxumların, bitki qoruma vasitələrinin (pestisidlərin), torpaq test avadanlıqlarının və torpaq analizlərinin ən böyük distribütorlarından biridir. Bütün sahələrdə olduğu kimi, bizim üçün də güclü mütəxəssislərin rolu əvəzsizdir. Cəmiyyətimizə faydalı olmaq üçün, komandamızda yerli və xarici aqronomlar çiyin-çiyinə çalışır və onların bilik və bacarıqlarını, təcrübələrini yeni nəsilə ötürməyi qarşımıza məqsəd qoymuşuq.

Təcrübə proqramları

22 Oct, 05:54


TƏLƏBƏLƏR ÜÇÜN İŞ İMKANI ARAZ SUPERMARKETDƏ!

İş rejimi dərs qrafiklərə görə tənzimlənir

Şəhərin Mərkəzi 28 may və Tarqovuda olan mağazalara işçilər tələb olunur.

İmkanlar:

Tələbələr üçün təqaüd alma fürsəti

Dəyişkən iş qrafiki(dərs saatlarına uyğun tənzimləmə)

Karyera və inkişaf imkanları

Nahar və çay


Tələblər:

Yaş Həddi:18+

İş Təcrübəsi:0-3 ay

Fiiziki baxımdan tam sağlam

Vəzifə Öhdəlikləri

Müştərilərin istəyinə uyğun məhsul seçimində dəstək olmaq

Vitrin səliqəsinə nəzarət

Rəhbərliyin digər tapşırıqlaırını icra etmək

Əmək Haqqı: 400-450 Manat

İş Ünvanları:28 May ;Tarqovu; Zabitlər Parkı

Müraciət üçün

İşlə bağlı əlavə suallarınızı 055 255 69 67 nömrənin whatsapp -na yaza bilərsiniz.

Təcrübə proqramları

22 Oct, 05:28


UX/UI Dizayner, BackEnd Developer və FrontEnd Developer üzrə TƏCRÜBƏ PROQRAMI

🚀 Əla Fürsət! Təcrübə Proqramı ilə Real Layihə Təcrübəsi Qazanın!

"MOBIL GROUP" Gömrük Brokeri və Logistika sahəsində fəaliyyət göstərən aparıcı şirkətimiz, sizə öz sahəsində ən önəmli texnoloji həllərin hazırlanmasında iştirak etmə fürsəti təqdim edir! Şirkətimizin innovativ həllərə olan ehtiyacını qarşılamaq və CRM sistemini sıfırdan qurmaq üçün UX/UI Dizayner, BackEnd Developer və FrontEnd Developer üzrə təcrübəçilər axtarırıq!

Bu Təcrübə Proqramı Sizə Nə Təklif Edir?

Real Layihə Təcrübəsi – Sıfırdan bir CRM sisteminin qurulmasında iştirak edin və dəyərli təcrübə qazanın.

Mentorluq və Təlim – Peşəkar mentorluq dəstəyi ilə biliklərinizi artırın və texnoloji biliklərinizi inkişaf etdirin.

CV-də Dəyərli Təcrübə – Bu real dünya layihəsi CV-nizi zənginləşdirəcək və gələcək karyeranızda əhəmiyyətli rol oynayacaq.

Gələcək Əməkdaşlıq İmkanları – Təcrübəni uğurla tamamlayan iştirakçılarla əməkdaşlıq imkanı!

Axtardığımız Şəxslər:

🔹 UX/UI Dizayner: İstifadəçi interfeysinin yaradılması və istifadəçi təcrübəsinin optimallaşdırılması.

🔹 BackEnd Developer: CRM sisteminin məlumat bazasının qurulması və API-lərin hazırlanması.

🔹 FrontEnd Developer: Gözoxşayan və funksional istifadəçi interfeyslərinin hazırlanması.


Niyə Bizimlə?

💡 İnnovativ Yanaşma – Biz texnologiya və müştəri təcrübəsi sahəsində yenilikləri dəstəkləyirik.

🎯 Strateji Layihələr – Bu təcrübə proqramı sizə böyük bir layihədə iştirak etmə imkanı verəcək.

🤝 Peşəkar İnkişaf – Sizi professional inkişaf yolunda dəstəkləyəcək dinamik və təcrübəli bir komanda ilə işləyəcəksiniz.

Kimlər Müraciət Edə Bilər?
● IT sahəsində təhsil alan və ya yeni məzun olmuş gənclər
● Kodlaşdırma, dizayn və texnoloji inkişaf sahəsində həvəsli olan şəxslər
● Karyerasında praktik təcrübə qazanmaq istəyənlər

Proqram Mərhələləri:

1. Planlaşdırma və Layihənin Təyinatı
2. UX/UI Dizaynı və Prototiplər
3. Backend və Frontend İnkişafı
4. Test və Yekun Təslim

🔗 Əgər texnoloji layihələrdə iştirak etmək, peşəkar inkişafınıza töhfə vermək istəyirsinizsə, bu fürsəti qaçırmayın! Qeyd edək ki, təcrübə proqramının müddəti 3 aydır.

📧 Müraciət etmək üçün: CV-lərinizi və portfolio-larınızı [email protected] email adresinə göndərin.

Şirkət haqqında

MOBIL GROUP gömrük təmsilçiliyi və beynəlxalq yük daşıma xidmətləri də daxil olmaqla müxtəlif sahələri özündə birləşdirən şirkətlər qrupudur.

Təcrübə proqramları

18 Oct, 15:25


Dataline şirkətində TƏCRÜBƏ PROQRAMI

Şirkət Helpdesk üzrə 1 aylıq təcrübə proqramı təşkil edib.
Təcrübə proqramı həm ofisdə həm də ərazidə keçirilir.
Təcrübə proqramı saat 09:00-dan 18:00-a kimi keçirilir.

Hal hazırda təcrübə proqramı böyük bir lahiyyədə COP 29-da davam etdirilir.

Təcrübənin sonunda sertifkatla təmin olunursunuz və ən aktiv təcrübəçilər şirkətimizdə və ya əmakdaşlıq etdiyimiz şirkətlərdə uyğun vakansiyalara dəvət edilir.

Təcrübə proqramı ödənişlidir, 1 ay üçün ödənişi 100 azn təşkil edir.

Təcrübə proqramında iştirak etmək istəyənlər, 0997902000 bu nömrəyə şəxsidə yaza bilərlər.

Təcrübə proqramları

17 Oct, 04:37


Təchizat üzrə təcrübəçi tələb olunur

Veysəloğlu Şirkətlər Qrupu Təchizat üzrə təcrübəçi vakansiyasını elan edir.

Tələblər:

-Ali təhsil;
-MS Office bilikləri;
-Məsuliyyətli, öyrənmə və inkişafa həvəsli, kommunikasiya bacarığı;

Təminatlar:

-Rəsmi formada sənədləşmə;
-5 günlük iş qrafiki;
- Nahar təminatı;

Qeyd: Təcrübə proqramı müddəti 3 aydır, ödənişli (maaşlı) əsaslarla və rəsmi formada təşkil olunur.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Təchizat üzrə təcrübəçi” yazmaqla, öz CV-lərini
[email protected]job.veyseloglu.az ünvanına göndərə bilərlər.

Təcrübə proqramları

16 Oct, 13:52


Hüquq sahəsi üzrə Təcrübə Proqramı

İşəgötürən: Melissa Group

Karyerasını vəkillik sahəsində inkişaf etdirmək və hüquqi biliklərini təkmilləşdirmək istəyən hüquqşünasların nəzərinə!

“Performance Center” və “Melissa Group” şirkətləri Hüquq sahəsi üzrə 3 aylıq Təcrübə Proqramını elan edir.

Proqramın Detalları: Müsahibə əsasında seçilmiş təcrübəçilər, proqramın ilk günündən etibarən təcrübəli vəkillərin rəhbərliyi altında nəzəri və praktiki biliklər qazanmaq imkanı əldə edəcəklər. Təcrübə dövründə, qanunvericiliyə uyğun olaraq, onlarla əmək müqaviləsi bağlanacaq. Proqramı uğurla tamamlayan və daxili qiymətləndirmədən müvəffəqiyyətlə keçən namizədlər isə Hüquq şöbəsində ən azı 2 illik işlə təmin ediləcəklər.

Tələblər:

Təhsil: Hüquq üzrə ali təhsil;
Bilik: MC Office proqramları (xüsusilə MS Word yüksək səviyyədə);
Dil bacarıqları: Azərbaycan dilini yazılı və şifahi olaraq mükəmməl bilməlidir;
Təcrübə tələb olunmur;
Vəzifə Öhdəlikləri:

İddia ərizələrinin tərtib olunması;
Sənədlərin təhlili və elektron məhkəmə informasiya sisteminə yüklənməsi;
Məhkəmə və icra işlərinin təqib olunması;
Hüquqi məsələlərlə bağlı müqavilələrin, məktubların, ərizələrin, şikayətlərin və digər sənədlərin hazırlanmasında iştirak.

İş Şəraiti:

İş qrafiki: Həftədə 5 gün, saat 09:00-dan 18:00-dək;
Əmək haqqı: 400 manat

Əgər siz bu tələblərə uyğun gəlirsinizsə və hüquq sahəsində özünüzü inkişaf etdirmək istəyirsinizsə, CV-nizi məktubun mövzu hissəsində “Təcrübəçi hüquqşünas” qeyd edərək,
[email protected] ünvanına göndərin.

[email protected]

Təcrübə proqramları

16 Oct, 07:45


İctimai Televiziya və Radio Yayımları Şirkətində TƏCRÜBƏ PROQRAMI

Şirkətimiz təhsilini yeni başa vurmuş gənclər üçün iş təcrübəsi qazanmaq və karyerasını qurmaq şansı yaradır. Bu məqsədlə aşağıda qeyd edilən sahələr üzrə təcrübə proqramı elan edir:


İşəgötürən: İctimai Televiziya və Radio Yayımları Şirkəti (Azerbaijan Public Broadcaster)

1. Kommersiya
2. İnsan resursları
3. Maliyyə və mühasibatlıq
4. Efir koordinatoru

Karyerasına bizim şirkətdə başlamaq istəyən gənclər CV-lərini mövzu hissəsində vəzifənin adını ( Məs: İnsan resursları) qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

hr ir

Təcrübə proqramları

15 Oct, 05:38


Kredit təşkilatına TƏCRÜBƏÇİLƏR tələb olunur

İşəgötürən: MJ FINANCIAL SERVICES BOKT ASC

Təşkilatda TƏCRÜBƏ PROQRAMI ödənişlidir (maaşlı) və gənclərə "Problemli kreditlər və Məhkəmələrlə iş" üzrə fəaliyyət göstərən şöbədə real iş mühitində təcrübə qazanmaq imkanı verilir.

Motivasiyalı, ünsiyyət qabiliyyətli, komandada işləmə bacarığı olan ali təhsil müəssisələrindən yeni məzun olmuş gəncləri təcrübə proqramında iştirak etməyə dəvət edirik.

Müraciət etmək üçün CV-lərinizi [email protected] mail ünvanına mövzü yerində "Təcrübəçi" qeyd edərək göndərə bilərsiniz.

Təcrübə proqramları

09 Oct, 11:48


Şirkətin maliyyə,mühasibatlıq şöbəsində MAAŞLI TƏCRÜBƏ PROQRAMI

İşəgötürən: Baku Holiday Travel şirkəti

Təcrübə proqramına universiteti yeni bitirmiş,magistr təhsili alan,sahəyə marağı olan və öyrənməyə həvəsli,karyerasını bu sahədə qurmağı planlayan gənclər müraciət edə bilər

Müraciət üçün CV-lərinizi [email protected] mail ünvanına başlıq hissədə "Təcrübəçi" qeyd edərək göndərməyi unutmayın 🤗

müraciətlərin qəbulu üçün son tarix 20.10.2024 tarixidir

Təcrübə proqramları

09 Oct, 06:33


HR sahəsində karyera qurmaq istəyən gənclər axtarılır

HR sahəsində karyera qurmaq istəyən gənc entrylevel kadrlar varsa, CV-lərini [email protected] e-mail adresinə göndərməklərini xahiş edirəm:

İşəgötürən: MisterTum

Əsas tələblər:

Namizəd: Qadın
əlavə dil biliyi
texniki bakalavr təhsili
magistr MBA təhsili arzuolunandır.
İş yeri Binəqədi qəsəbəsində yerləşir.

Təcrübə proqramları

08 Oct, 08:12


«Atəşgah» sığorta şirkətinin «Sığorta Akademiyası» layihəsi üzrə yeni seçim mərhələsinə start verilir!

Bu dəfə, karyerasını Sığorta istiqamətində qurmağı planlaşdıran potensial gənclər öz başlanğıc texniki biliklərini «Atəşgah Sığorta Akademiyası» da daha da inkişaf etdirərək, aktiv layihələrimizdə iştirak etmək şansı qazanacaqlar. Gələcək karyerasını «Atəşgah» ilə davam etdirmək istəyən və peşəkarlığına güvənən hər bir gənc layihəmizə qatıla bilər. Proqramı uğurla bitirən namizədlər «Atəşgah» komandasına qoşulmaq imkanı əldə edəcək!

Namizədə tələblər

• Cinsi: Bəy və Xanım
• Təhsil: Natamam Ali və Ali
• İş təcrübəsi: Satış sahəsi üzrə təcrübə arzuolunandır
• Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus dili və İngilis dili (arzuolunandır)
• MS Office proqramları ilə işləmək bacarığı
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
• Yenilikləri tətbiq etmək bacarığı


Əsas vəzifə öhdəlikləri:

• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
• Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək,müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
• Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri şirkətlə əməkdaşlıq etməyə dəvət etmək

İş şərtləri
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
İş yeri Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 16

Biz sizə nə təklif edirik?

• Karyera və inkişaf üçün əla fürsətlər
• Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
• İşlə təmin olunma imkanı
• Müasir idarəetmə sistemi və mehriban kollektiv
• Satışlara əsasən artan gəlir

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] mail ünvanına göndərmələri xahiş olunur.

Təcrübə proqramları

01 Oct, 12:14


MAAŞLI TƏCRÜBƏ PROQRAMI - Universiteti yeni bitirmiş tələbələr müraciət edə bilərlər

Abşeron Logistika Mərkəzi araşdırma aparmağı sevən, özünəgüvənən, beynəlxalq və yerli yükdaşıma
əməliyyatları sahəsində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş, dinamik, vaxtını idarə etməyi
bacaran gənclər üçün ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI elan edir.


Bu proqramda iştirak etməklə, Siz logistika sahəsində yeni bilik və bacarıqlara yiyələnərək proqramın
sonunda işəqəbul şansı əldə edəcəksiniz.

Sizə nə təklif edirik?

• Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq
imkanı;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
• Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
• Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

• Ali təhsil;
• Azərbaycan dili əla səviyyədə, Rus dili mütləqdir;
• MS Office proqramlarında iş bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
• Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

• Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
• Müştəri yüklərinin, vaqon məlumatlarının yerində yoxlanılmasında iştirak;
• Müştəri yüklərinin, vaqon məlumatlarının proqrama işlənməsində iştirak;
• Sənədlərin sistem üzrə arxivləşdirilməsi.

Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə əldə etmək
istəyirsinizsə CV-nizi 18 oktyabr 2024-cü il tarixinədək
[email protected] ünvanına, mövzu
hissəsində “Ödənişli təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.

Təcrübə proqramları

27 Sep, 07:24


Aqronomiya sahəsi üzrə Təcrübəçi tələb olunur

İşəgötürən: Agrico

Namizədə olan tələblər:

Ali təhsil (aqronomiya, kimya, biologiya, biotexnologiya və ya ekologiya üzrə);
Sürücülük vəsiqəsinin olması üstünlükdür;
İngilis dili biliyi üstünlükdür.

Vəzifə öhdəlikləri:

Yeni müştərilərin tapılması, müştəri bazasının genişləndirilməsi, mövcud müştərilərin əldə saxlanılmasına köməklik göstərilməsi;
Yeni gübrə və bitki mühafizə vasitərinin araşdırılması, texniki tərkib və ekoloji cəhətdən daha məqsədəuyğun məhsulların təklif olunmasında dəstək verilməsi;
Əsas müştərilərlə (key account) mütamadi görüşlərin keçirilməsi və çarpaz satışın təşkilinə dəstək verilməsi;
Satışın həyata keçirilməsi və müqavilə şərtlərinə əsasən sifarişlərin təmin olunmasına dəstək verilməsi;
Müştərilərin satış prosesi və satış sonrasında məhsullar, gübrələmə, bitki mühafizə vasitələrinin istifadəsi ilə əlaqədar konsultasiya verilməsində lazımi köməklik göstərilməsi;
Satış komandası tərəfindən yönləndirilən sualları cavablandırılması;
İllik və aylıq satış planının yerinə yetirilməsində dəstək verilməsi;
Aylıq və illik hesabatlarının hazırlanmasında köməklik edilməsi;
Ödənişin edilməsi ilə bağlı problemlərin həlli və müvafiq şöbəyə yönləndirilməsində dəstək verilməsi;
Satış komandasının bilik və bacarıqlarının inkişaf etdirilməsində lazımi dəstək verilməsi;
Tenderlərin izlənilməsi və uyğun tenderlər barədə məlumatı bildirilməsi

İş şərtlərimiz:

İş qrafiki : Həftə içi 5 gün;
İş saatları: 08:30-17:30;
Proqram rəsmidir, əmək haqqı ödənilir;
Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 5-ci mərtəbə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təcrübəçi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Təcrübə proqramları

25 Sep, 15:06


İnsan Resursları Departamentində “İşə qəbul üzrə təcrübəçi” axtarışındayıq👇

İşəgötürən: Şam-Fi

Tələblər:
Ali təhsil;
İnsan Resursları üzrə kursu bitirmiş və ya təhsil almış şəxslər üstünlükdür;
Excel, Word proqramları ilə işləmək qabiliyyəti;
Yüksək sosial-kommunikasiya qabiyyəti və analiz bacarığı;
Operativ, dinamik;
Yüksək motivasiyalı və öyrənməyə açıq.

Təminatlar:
• Gənc və dinamik komanda da təcrübə qazanmaq şansı;
• Təcrübə proqramı ödənişlidir;
• Nahar yeməyi.

Vakansiya haqqında əlavə məlumat
• 5 günlük iş qrafiki (10:00-18:00)
• İş yeri: Baş ofis Ağ şəhər, 8 Noyabr prospekti ( AFFA-nın yaxınlığı)

Uyğun namizədlərdən mövzu hissəsində “İşə qəbul üzrə təcrübəçi’’ qeyd edərək, [email protected] e-mail ünvanına müraciət etmələrini xahiş edirik.

Təcrübə proqramları

24 Sep, 13:16


Logistika sahəsində Təcrübə Proqramı

"Azərbaycan Dəmir Yolları" QSC -nin fraxt agenti olan "AGT CARGO" MMC özünəgüvənən və logistika sahəsində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş məzunlar, dinamik gənclər üçün TƏCRÜBƏ PROQRAMI elan edir.

Bu proqramda iştirak etməklə, Siz logistika sahəsi üzrə yeni bilik və bacarıqlara yiyələnmək şansı əldə edəcəksiniz.
Peşəkar komandamıza qoşulmaq üçün tələblər:

Ali təhsil

Azərbaycan və Rus dilləri əla səviyyədə
Fikrini dəqiq, dolğun və özünə əminliklə izah etmək
Gülərüzlülük, səliqəlilik və xoş görkəm
Təhlil aparmaq, analitik düşünmə bacarığı
Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı
Yüksək araşdırma və tədqiqat bacarığı
Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu
Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq
Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı

Bizim komandamıza qoşulmaq və karyeranızın inkişafına dəstək olmağımızı istəyirsinizsə CV-nizi [email protected] ünvanına, mövzu hissəsində “Təcrübə proqramı – logistika” yazmaqla göndərməyiniz xahiş olunur.

Təcrübə proqramları

24 Sep, 10:08


Satınalma üzrə TƏCRÜBƏ PROQRAMI

İş Yeri: Azərpambıq ASK MMC

Məkan: İzmir 14

Gözləntilər:

Təhsil səviyyəsi: Ali (Maliyyə sahəsində təhsili arzuolunandı, 4-cü kursu bitirmiş namizədlərə üstünlük veriləcək)
İş təcrübəsi: Tələb olunmur
Dil bilikləri: Azərbaycan (əla), ingilis (orta),
Microsoft Office (Orta)
Məsuliyyətli, inkişafa meyilli
Yüksək araşdırma qabiliyyətli

Aşağıdakı fəaliyyətlərdə iştirak edərək satınalma üzrə biliklərə yiyələnəcək:

Daxili satınalma prosesləri
Tədarük şirkətləri ilə ünsiyyət qurmaq
Hesabatlar hazırlamaq

Təkliflərimiz:
İş rejimi: 5 gün (həftəiçi)

Maraqlananlar emaildə “Satınalma üzrə təcrübə proqramı” yazaraq cv-lərini [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Təcrübə proqramları

19 Sep, 08:04


3 VƏZİFƏ ÜZRƏ TƏCRÜBƏÇİLƏR TƏLƏB OLUNUR

İşəgötürən: BUTA Group

VƏZİFƏLƏR:

1) Satınalma üzrə təcrübəçi
2) İxrac üzrə təcrübəçi
3) Mühasib təcrübəçi

İş öyrədilir
Ə/h : təcrübənin 3-cü ayından başlayaraq
Vəzifə və əmək haqqı artandır
İş yeri : Nəsimi rayonu, Rəşid Behbudov küç

Sİzə uyğun vəzifənin adını ( Məs: İxrac üzrə təcrübəçi) qeyd edib [email protected] e-mail adresinə göndərə bilərsiniz.

Təcrübə proqramları

13 Sep, 11:36


MÜHASİB (TƏCRÜBƏÇİ) tələb olunur

İşəgötürən: Grabstar

Yaş həddi: 21-30

İş barədə məlumat

- Şirkətin gündəlik maliyyə əməliyyatlarını icra etmək
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Baş mühasib tərəfindən tapşırılan digər gündəlik işlərin yerinə yetirilməsi
- Elektron qaimə fakturaları hazırlamaq və göndərmək
- Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq
- Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək
- Bank əməliyyatlarını həyata keçirmək
- İşgüzar yazışmaları aparmaq
- Əmək haqqı hesablanmasını və ödənişini həyata keçirmək.

Namizədə tələblər

- Ali təhsil (iqtisadiyyat və idarəetmə ixtisas qrupu, riyaziyyat və mexanika ixtisasları üzrə ali təhsil)
- Ofis proqramlarından istifadə etmə bacarığı
- İşgüzar və məsuliyyətli olmalı
- Problemləri həll etmə bacarığı

MÜHASİB (TƏCRÜBƏÇİ) qeyd edib müraciətinizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.

Təcrübə proqramları

13 Sep, 09:20


Təcrübəçi dərzi tələb olunur - İŞ ÖYRƏDİLƏCƏK

İşəgötürən: "Mətanət A"

İş yeri: Masazır

- Servis mövcuddur: Sumqayıt, 20 Yanvar istiqamətindən

- Təcrübə vacib deyil, iş öyrədiləcək
- Şirkət hesabına nahar yeməyi
- Əmək haqqı: 350 AZN
- İş qrafiki: 6 günlük iş qrafiki

"Təcrübəçi dərzi" qeyd edib işlə bağlı müraciətinizi 050 208 66 95 nömrənin Whatsapp-na yaza bilərsiniz.

Təcrübə proqramları

12 Sep, 09:58


MÜHASİBATLIQ ÜZRƏ TƏCRÜBƏÇİ TƏLƏB OLUNUR

İşəgötürən: “Agro-West DC MMC”

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİ

· Şirkətin gündəlik maliyyə əməliyyatlarını icra etmək;
· Mühasibatlığa aid sənədləşmə işlərinin görülməsi;
· Baş mühasib tərəfindən tapşırılan digər gündəlik işlərin yerinə yetirilməsi;
· Elektron qaimə fakturaları hazırlamaq və göndərmək;
· Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
· Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək;
· Bank əməliyyatlarını həyata keçirmək;

BİLİK VƏ BACARIQLAR

· 21-25 yaş arası, karyerasını bu sahə üzrə qurmağa həvəsli olan gənclər axtarırıq;
· Ali təhsil (Maliyyə, Mühasibat uçotu);
· Microsoft Ofiice proqramları ilə işləmə bacarığı;
· Mühasibatlıq sahəsi üzrə nəzəri və praktiki biliklər;

İŞ ŞƏRAİTİ

· Təcrübə proqramının müddəti - 3 ay;
· İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 10:00 - 17:00;
· Qeyd: Təcrübə proqramı ödənişlidir (maaşlı).
· Nahar şirkət tərəfindən qarşılanır.
· İş yeri ünvanı: Bakıxanov.Bəşir Bünyadov küç.

Maraqlanan namizədlər öz CV formalarını mövzu hissəsinə “ Mühasibatlıq üzrə təcrübəçi” yazaraq [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.