أحدث المنشورات من Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA (@smbgovaz) على Telegram

منشورات Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA على Telegram

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı

- https://smb.gov.az
- https://twitter.com/smbgovaz
- https://facebook.com/smb.gov.az
- https://instagram.com/smb.gov.az
- https://linkedin.com/company/kobia
2,939 مشترك
3,472 صورة
515 فيديو
آخر تحديث 06.03.2025 10:38

أحدث المحتوى الذي تم مشاركته بواسطة Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA على Telegram

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

27 Feb, 13:51

124

Azərbaycan iqtisadiyyatına investisiya edən ölkələrin adları açıqlanıb

2024-cü il ərzində xarici maliyyə mənbələrindən əsas kapitala 3,3 milyard manat investisiya olunub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
Qeyd edilir ki, xarici mənbələrdən əsas kapitala yönəldilən investisiya ümumi investisiyanın dəyərinin 15,3 faizini təşkil edib.

Dövr ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 94,7 faizi Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran, BƏƏ, Hindistan, Fransa, Qırğızıstan və Macarıstan sərmayədarlarına məxsus olub.

Azərbaycan iqtisadiyyatına investisiya yatıran ölkələr sırasında həm ənənəvi xarici tərəfdaşları, həm də qlobal arenada müxtəlif regionlardan olan investorlar iştirak edir. Bu da ölkə iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasının dərinliyini və qlobal investorlar tərəfindən ölkəyə olan marağı əks etdirir. ("Vergiler.az")
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

27 Feb, 13:17

124

Biznesin rəqəmsallaşmasına dair maarifləndirici görüş keçirilib

Müasir dövrün çağırışlarından olan rəqəmsallaşma bizneslər üçün də aktualdır. Sahibkarlıq fəaliyyətinin rəqəmsallaşdırılması biznesin işini asanlaşdırmaqla, daha effektiv və səmərəli idarəetməni təmin edir, rəqabət qabiliyyətini, müştəri məmnuniyyətini və satışı artırır, xərcləri azaldır. Bununla belə, rəqəmsal bacarıqlar mütəmadi olaraq inkişaf etdirilməli, tətbiq olunan alətlər yeniləri ilə əvəz edilməlidir. Rəqəmsallaşma ilə bağlı ən vacib məsələlərdən biri isə təhlükəsizlikdir. Şirkət və müştəri məlumatlarının, eləcə də digər informasiyaların qorunması üçün bizneslər lazımi tədbirlər görməlidir.

Bu barədə bizneslərin rəqəmsallaşmasının önəmi və təşviqi, bu sahədə mövcud dəstək alətləri barədə sahibkarların məlumatlandırılması üçün təşkil olunmuş tədbirdə məlumat verilib. KOBİA-nın təşkilatçılığı ilə onlayn formatda keçirilən maarifləndirici görüşdə 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.

Ətraflı - https://bit.ly/3DcByIq
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

26 Feb, 10:20

150

Xocalı soyqırımı abidəsi ziyarət olunub

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Ətraflı - https://bit.ly/4gTRg9a
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

26 Feb, 06:40

155

ESG üzrə 2025-ci il üçün Yol Xəritəsində ESG üzrə milli standart və rəqəmsal platformanın effektiv istifadə edilməsi və onlardan mümkün qədər faydalanmaq, ESG üzr potensialın artırılması, təlim və məlumatlandırma tədbirləri nəzərdə tutulur.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

25 Feb, 15:16

157

Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə Yol Xəritəsinin icrasına başlanılıb

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə” altqrupunun 2025-ci il üzrə ilk iclası keçirilib.

İclasda “ESGhub.az” platforması və milli ESG standartına, SOCAR-ın ESG reytinqi üzrə aparılmış tədqiqatın nəticələrinə, eləcə də 2025-ci il üzrə Yol Xəritəsinə dair təqdimatlar keçirilib.

Ətraflı - https://bit.ly/4bcUWS9
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

25 Feb, 13:07

148

Vüsal Şıxəliyev: Özəl sektorun ESG Yol xəritəsinin qəbul edilməsi ilə bağlı təklifləri maraqlıdır

Ölkəmizdə milli Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartlarının qəbul edilməsini, ESG platformasının istifadəyə verilməsini fəaliyyətimizin yeni bir başlanğıcı kimi qəbul etmək olar.

Bu barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev ESG alt-qrupun iclasında deyib.

O bildirib ki, bundan sonra əldə olunmuş nailiyyətlər yeni üfüqlər üzrə inkişaf etdirilməlidir: “Özəl sektorun ESG Yol xəritəsinin qəbul edilməsi ilə bağlı təklifləri maraqlıdır. ESG alt-qrupunun əsas mandatı dövlət-biznes dialoqunun daha da inkişaf etdirilməsidir”. ("Azertag.az")
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

25 Feb, 13:07

141

KOBİA: ESG üzrə milli standart və rəqəmsal platformadan effektiv istifadə etmək vacibdir

Ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə milli standart və rəqəmsal platformanın hazırlanması mühüm bir nəticə olduğu kimi, onlardan effektiv istifadə edilməsi və mümkün qədər faydalanmaq vacibdir.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ESG alt-qrupun iclasında deyib.

“Əminəm ki, doğru planlamanın edilməsi, effektiv rol bölgüsünün aparılması, funksional vəzifələrin düzgün paylaşılması, bütün maraqlı tərəflərin təşəbbüskarlığı və məsuliyyətli yanaşması ilə qarşıya qoyulan hədəflərə nail ola biləcəyik. Eyni zamanda, cari ildə ESG üzrə potensialın artırılması, təlim və məlumatlandırma tədbirləri də davam etdiriləcək”, - deyə KOBİA-nın İdarə Heyətinin sədri vurğulayıb.

O.Məmmədov qeyd edib ki, ESG-hub platforması isə dövlət və özəl sektor tərəfdaşlığının effektiv nəticəsinin nümunəsidir: “Vahid rəqəmsal platforma faydalı dəstək aləti rolunu oyanmaqla ESG prinsiplərinin biznes proseslərində necə tətbiq edilə bildiyi barədə biznesləri istiqamətləndirəcək, onlara hansı addımlar atmalı olduğunu göstərəcək və yardımçı olacaq. Bu resursların mühüm xüsusiyyəti onların məhz bizneslərin rəyi və ehtiyacları əsasında hazırlanmasıdır. Belə ki, 2023-cü ildə KOBİA tərəfindən peşəkar şirkət cəlb edilməklə ölkə üzrə ESG sahəsində təfərrüatlı sorğu aparılıb”. ("Azertag.az")
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

25 Feb, 07:43

161

Enerji səmərəliliyi sahəsində yeni dövlət standartı qəbul edilib

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən AZS IEC 62512:2025 “Məişət qurutma funksiyalı elektrik paltaryuyan maşınlar - Effektivliyin ölçülməsi üsulları” dövlət standartı qəbul edilib.

İnstitutun məlumatına görə, sözügedən standart tekstil məmulatlarının yuyulması və qurudulması funksiyasına malik məişət kombinə edilmiş paltaryuma-qurutma maşınlarının sınaqdan keçirilməsi üsullarını müəyyən edir.

Bu standartın tətbiqi məişət paltaryuma-qurutma avadanlıqlarında enerji istehlakı ilə bağlı xərclərin azaldılması və daha rəqabətqabiliyyətli qiymətlərin təklif edilməsinə imkan yaradacaq.

Yeni dövlət standartı Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. ("Vergiler.az")
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

25 Feb, 07:15

178

Qeydiyyata alınmış aqroparklarda ümumilikdə 8500-dən çox iş yeri yaradılıb

İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb, 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb.

Agentliyin məlumatına görə, proses 2024-cü ildə də uğurla davam etdirilib. Respublikanın 22 rayonu üzrə 66,3 min ha ərazidə yaradılmış bu 24 aqroparkdan hazırda 23-ü fəaliyyətə başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 milyard manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb.

Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib.

Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. ("Vergiler.az")
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

24 Feb, 13:54

209

AQEM yanında Biznes Şuranın iclası keçirilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) yanında Biznes Şuranın İdarə Heyətinin Azərbaycanın sədrliyi ilə ilk iclası keçirilib. Onlayn formatda təşkil olunan tədbirdə AQEM-ə üzv dövlətlərdən Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan və Tailand nümayəndələri iştirak ediblər.

İclasda 2025-ci ilin mayında AQEM-ə üzv dövlətlərin iştirakı ilə Biznes Şuranın 8-ci Plenar Sessiyasının və 10-cu Biznes Forumun təşkili, eyni zamanda forum çərçivəsində KOB-ların məhsul və xidmətlərinin nümayiş olunacağı sərgi barədə müzakirələr aparılıb.

Ətraflı - https://bit.ly/41bdkq2