أحدث المنشورات من Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA (@smbgovaz) على Telegram

منشورات Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA على Telegram

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi kanalı

- https://smb.gov.az
- https://twitter.com/smbgovaz
- https://facebook.com/smb.gov.az
- https://instagram.com/smb.gov.az
- https://linkedin.com/company/kobia
2,939 مشترك
3,472 صورة
515 فيديو
آخر تحديث 06.03.2025 10:38

قنوات مشابهة

1NEWS.AZ 🇦🇿
12,677 مشترك
Muhasibat
4,008 مشترك

أحدث المحتوى الذي تم مشاركته بواسطة Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA على Telegram

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

03 Mar, 07:23

163

Sosial həssas qrupdan olan qadınların hazırladıqları məhsulların sərgisi təşkil olunub

1-2 mart tarixlərində “Passage 1901”də "Woman Bazaar” Dayanıqlı İnkişaf Festivalı keçirilib. Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunmuş sərgidə Bakıdan və regionlardan 60-a yaxın qadının hazırladığı məhsulların satışı həyata keçirilib.

Bir sıra qurumların, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, “Gender Hub Azerbaijan”ın təşkilatçılığı və “Paşa Holding”in dəstəyi ilə keçirilmiş festivalın məqsədi sosial həssas qrupdan olan qadınların təşəbbüslərini və sahibkarlıq fəaliyyətlərini dəstəkləmək, onların bilik və bacarıqlarını artırmaqla yanaşı, fəaliyyətlərinin davamlılığını təmin edəcək dəstək mexanizmlərinin genişləndirilməsinə töhfə vermək olub.

Ətraflı - https://bit.ly/3Df0vTw
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

01 Mar, 08:09

200

Səudiyyə Ərəbistanında Dəyirmi Masa keçirilib

Səudiyyə Ərəbistanının Məkkə şəhərində iş adamlarının iştirakı ilə Səudiyyə Ərəbistanı-Azərbaycan Dəyirmi Masası təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan tərəfindən kənd təsərrüfatı, qida, sənaye, turizm və xidmət sektorları üzrə sahibkarlar iştirak ediblər.

Tədbirdə biznes və investisiya sahəsində əməkdaşlıq, KOB-lar arasında qarşılıqlı işgüzar əlaqələrin inkişafı, Azərbaycan məhsullarının Səudiyyə Ərəbistanına ixracına dair fikir mübadiləsi aparılıb.

Ətraflı - https://bit.ly/4ifA4fa
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

28 Feb, 14:29

210

Zəngilanda torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılır

Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, müraciətlərin qəbulu Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (eagro.az) saytı vasitəsilə 1-31 mart tarixləri arasında həyata keçiriləcək.

Bununla da işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Ağalı kəndindən start verilir.

Müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 aprel – 31 may tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq. (Vergiler.az)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

28 Feb, 13:01

183

İşğaldan azad edilmiş ərazilərdə sahibkarların kreditlərinə 19 milyon manatdan çox dövlət zəmanəti verilib

Ötən ilin fevral ayından etibarən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb.

Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. ("Trend.az")
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

28 Feb, 12:35

185

Azərbaycanda fermerlərə subsidiya ödənilməsi ilə bağlı qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliklə, Azərbaycanda əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilməsi üçün möhlət iki il artırılaraq 2027-ci il yanvarın 1-nə qədər uzadılıb. ("Oxu.az")
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

28 Feb, 12:10

177

Ticarət nümayəndəlikləri tərəfindən bir sıra tədbirlər keçirilib

Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələri tərəfindən ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması istiqamətində işlər ötən il də davam etdirilib.

Azərbaycan Respublikasının Mərkəzi Avropa ölkələri, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Çindəki ticarət nümayəndəliklərimiz tərəfindən tərəfindən Azərbaycan məhsullarının ixracının stimullaşdırılması, xarici ölkə bazarlarına çıxışın və işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgi, forum və konfranslarda Azərbaycanın investisiya imkanlarına həsr olunmuş “Invest in Azerbaijan” tədbirləri təşkil edilib, “Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində bir sıra işlər görülüb.

Ticarət nümayəndəliklərinin təmsilçiləri forum və konfranslarda iştirak edərək Azərbaycanın əlverişli biznes və investisiya mühiti, xarici investorlar üçün yaradılmış imkanlar, tətbiq edilən fiskal və administrativ güzəştlər barədə məlumat veriblər. Bununla yanaşı, xarici sahibkarlara “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri və bu rayonların iqtisadi potensialı haqqında geniş məlumat verilib, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb istiqamətində yükdaşımalarda tranzit potensialı diqqətə çatdırılıb.

Xarici investorlar ölkəmizdə fəaliyyət göstərən sənaye parkları və məhəllələri, aqroparklar, Ələt Azad İqtisadi Zonası və işğaldan azad edilmiş ərazilərə investisiya yatırmağa dəvət olunublar. ("Vergiler.az")
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

28 Feb, 11:36

153

Könüllülərlə görüş keçirilib

Mediasiya Şurasının İdarə Heyətinin sədri, “Könüllünün öz/əl” kitabının müəllifi Nadir Adilovun “KOB könüllüləri” və könüllü olmuş gənclərlə görüşü təşkil olunub. “Bakı KOB evi”ndə keçirilən görüşdə Nadir Adilov gənclərin karyerasında könüllülük fəaliyyəti, könüllülüyün yaratdığı dəyərlər barədə fikirlərini bölüşüb, gənclərin suallarını cavablandırıb.

Görüş çərçivəsində könüllü fəaliyyətinin təşviqi və gənclərin işgüzar inkişafına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə nəşr olunmuş “Könüllünün öz/əl kitabı” “KOB könüllüləri”nə təqdim olunub.

Qeyd edək ki, 2018-ci ildən bu günə kimi KOBİA-da 770-ə yaxın gənc könüllü fəaliyyətinə cəlb edilib. Onlardan 20-si KOBİA-da işlə təmin olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

28 Feb, 10:25

157

Daxili bazar araşdırması nədir?
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

28 Feb, 06:40

172

Məkkədə Azərbaycan pavilyonu maraqla qarşılanıb

Fevralın 25-27-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində "2-ci Məkkə Halal Forumu" keçirilib. Üç gün davam edən Foruma dünyanın müxtəlif ölkələrindən müvafiq dövlət qurumlarının nümayəndələri, halal sənayesini təmsil edən iş adamları, ekspertlər qatılıblar. Tədbirdə KOBİA, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və yerli şirkətlər də iştirak ediblər.

Forum çərçivəsində sərgi də təşkil olunub. Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, AZPROMO-nun dəstəyi və KOBİA-nın tərəfdaşlığı ilə sərgidə Azərbaycan pavilyonu qurulub. Burada Azərbaycanın kənd təsərrüfatı, sənaye, turizm və xidmət sektorlarını təmsil edən 15 stend fəaliyyət göstərib. Azərbaycan pavilyonu sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Azərbaycan məhsulları, milli mətbəx nümunələrimiz ilə tanış olan xarici qonaqlara ölkəmizdə biznes və investisiya imkanları barədə məlumat verilib.

Ətraflı - https://bit.ly/43epNvC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

27 Feb, 13:52

139

Sahibkarlar Özbəkistanda keçiriləcək beynəlxalq sərgilərə dəvət olunurlar

2025-ci il ərzində Özbəkistanın Daşkənd şəhərində “International Expo Group” şirkəti tərəfindən 11 beynəlxalq sərginin keçirilməsi planlaşdırılır.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, sərgilər mədənçilik, metallurgiya, xüsusi hərbi texnika və nəqliyyat, avtomobil və kimya sənayesi, tikinti texnikası və avadanlıqları, əczaçılıq, enerji, kənd təsərrüfatı texnikası, bitkiçilik, heyvandarlıq, qida sənayesi, ticarət və soyuducu avadanlıqlar, qida məhsulları və içkilər, qablaşdırma istehsalı texnologiyaları və digər sahələrə həsr olunacaq. ("Vergiler.az")