Bilərsən mən öldüyüm gün!
Ölən ilə ölünürsə,
Ölərsən, mən öldüyüm gün?
Göz yaşları silinirsə,
Silərsən mən öldüyüm gün.
Nə qədir bil,
Nə öl mənim xətrimə.
Göz yaşın sil,
Və gül mənim xətrimə.
Sağkən qədir bilinmir ki,
Ölən ilə ölünmür ki,
Axmayan yaş silinmir ki,
Gülmək qalır.
Sən gül mənim xətrimə.
Gülmək qalır.
Sən gül mənim xətrimə.
#KamranAbdullazadə