آخرین پست‌های Şeirlər aləmi🎶📝 (@seiralemii) در تلگرام

پست‌های تلگرام Şeirlər aləmi🎶📝

Şeirlər aləmi🎶📝
Məcnuna lağ etməzdin, Leyla sənin olsaydı...
Dünyanı dağıtmışdın, dünya sənin olsaydı...🖤)
24,211 مشترک
898 عکس
350 ویدیو
آخرین به‌روزرسانی 06.03.2025 14:18

کانال‌های مشابه

Kitabçı Gənc
20,413 مشترک
Solita Style'🫀
3,433 مشترک

آخرین محتوای به اشتراک گذاشته شده توسط Şeirlər aləmi🎶📝 در تلگرام

Şeirlər aləmi🎶📝

15 Feb, 11:57

426

Mənə də yer verin... ən son sırada...
Mən də bu kinonu görüm, nə olar.
Görüm, nəyə gülür bu qədər adam?
Mən də hamı kimi gülüm, nə olar.

Hava da soyuqdu... kefim də yoxdu...
Canım qoy bu zalda qızınsın bir az.
Kino da köhnədi... lent də qırıqdı...
Qırıla-qırıla uzansın bir az.

Bir küncdə səssizcə oturub baxım,
Baxdıqca açılsın qoy qaşqabağım.
İlahi, bu kino necə tanışdı,
Bu filmi deyəsən görmüşəm axı.

Ekranda görünən sifətlər tanış,
Öpüşlər, gülüşlər, söhbətlər tanış.
O kimdi? Ekiztək mənə oxşayan?
Mən onun özüyəm? Ya qardaşıyam?

Bu kinoya necə çəkiblər məni?
Deyəsən, gizlicə çəkiblər məni.
Yox, tək mən deyiləm... demə bu zalda
Hamı mən gündəymiş, hamı mən halda.

Hamı otursa da burda yan-yana,
Hər kəs öz filminə baxırmış demə.
Hər kəs bu ekranda öz həyatına,
Hər kəs öz ömrünə baxırmış demə.

Mənsə, baxa-baxa yatdım, yuxladım,
Heyif, öz filmimi görmədim... heyif!
Filmin ortasından xəbər tutmadım,
Axırı nə oldu? Bilmədim... heyif!..


#RamizRövşən
Şeirlər aləmi🎶📝

14 Feb, 11:57

508

Hərləndi, fırlandı başıma düşdü,
Yaman ağır idi daşı bəxtimin.
Dərdi-qəm əlindən elə qocalıb,
Özümdən də çoxdu yaşı bəxtimin.

Gözünü açandan yaşı çağladı,
Əlini, qolunu fələk bağladı.
Düşmən də halına baxıb ağladı,
Nə bəlalar çəkdi başı bəxtimin.

Taleyi, qisməti baxıb güldülər,
Necə tor qurulur ona bildilər.
Bəxtinə düşəni belə böldülər,
Dolu başqasının, boşu bəxtimin.

Dərd, qəm yetişəndə mənə gülmüşəm,
Dözmüşəm bəlaya sinə gərmişəm.
Mən yazıq, mən fağır elə bilmişəm,
Yəqin dərddən gəlir xoşu bəxtimin.

#AxundAzər
Şeirlər aləmi🎶📝

14 Feb, 04:56

519

"Beynəlxalq Kitab Bağışlama Günü" və "Sevgililər Günü" 14 fevralı xüsusi günə çevirir 😍 ''Şeirlər aləmi" olaraq bu gün münasibətilə həm kitabqurdlarını, həm də sevənləri təbrik edirik 🫠

Sevin,sevilin!
Oxuyun, oxutdurun!
Şeirlər aləmi🎶📝

13 Feb, 13:34

662

Mən itirdim, mən araram, yar mənimdir, kimə nə?
Gah gedərəm öz bağıma, gül dərərəm, kimə nə?
Gah gedərəm mədrəsəyə, dərs oxuram haqq üçün,
Gah gedərəm meyxanəyə, dəm çəkərəm, kimə nə?
Sofilər haram demişlər bu eşqin şərabına
Mən doldurar, mən içərəm, şərab mənimdir, kimə nə?
Mən məlamət xirqəsini kəndim geydim əynimə
Arü namus şişəsini daşa çaldım, kimə nə?
Sofilər səcdə edərlər məscidin mehrabına
Yar eşiyi səcdəgahım, üz sürərəm kimə nə?
Gah çıxaram göy üzünə, hökmdaram kaf-bə-kaf
Gah enərəm yer üzünə, yar sevərəm, kimə nə?
Dedilər ki: Ya Nəsimi, yarın ilə xoşmusan?
Xoş olayım, olmayayım, yar mənimdir, kimə nə?

#Nəsimi
Şeirlər aləmi🎶📝

13 Feb, 11:57

665

Nə yaxşı ki, sən var idin yer üzündə,
Nə yaxşı ki, ulduzumuz qoşa yandı.
Mənası var gecənin də, gündüzün də,
Biz yandıqca yollarımız işıqlandı.

Nə yaxşı ki, ürəyimiz birgə vurdu,
Nə yaxşı ki, el dərdini qoşa çəkdik.
Nə yaxşı ki, yer üzündə sevgi vardı.
Bu sevgisiz biz xəyala dönəcəkdik.

Nə yaxşı ki, sənin nəğmən, mənim nəğməm
Qoşa uçdu bağça-bağça, çəmən-çəmən.
Nə yaxşı ki sənin sinən, mənim sinəm
Gah kədərə, gah sevincə olur məskən.

Nə yaxşı ki, yer üzündə biz də varıq,
Nə yaxşı ki, haq yolunda əsgərik biz.
Zərrələrik, dalğalarıq, ümmanlarıq,
Torpaq üstdə qoşa qalır izlərimiz...

#MədinəGülgün
Şeirlər aləmi🎶📝

12 Feb, 13:54

739

Bu gecə bir rəsmdən boylandın mənə tərəf,
Sən susdun...
Mən də susdum...
Xatirələr danışdı.
İkimiz də itirdik;
Sən məni... mən hər şeyi...
Qürurumuz sevgimizdən ağır gəldi, heyif ki....
Nə sən dedin,
Nə mən dedim "bağışla."

#MəlikCahan
Şeirlər aləmi🎶📝

12 Feb, 11:58

730

Gecə gördüm səni, ey afəti-dövran, yuxuda –
Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.

Görmüşəm ləlüvi, lazımdı tökülsün qanım,
Etibar olmaz əgərçi görələr qan yuxuda.

Zahirən abi-bəqayə yetəcək xəstə könül
Kim, bilibdir dəhənin sirrini pinhan yuxuda.

Nola ləlin görübən zövq ilə xəndan olsam,
Rəsmdir: - şad olu hər kim ola giryan yuxuda.

Var ümidim ola cəmiyyəti-vəslin məqdur
Ki, qara zülfüvi göz gördü pərişan yuxuda.

Gecə gördükdə səfayi-rüxün, ey Kəbeyi-hüsn.
Kaş olaydım, dolanıb başuva, qurban yuxuda.

Seyyidi-zar görüb vəslüvi bidar olmuş,
Bir gədadır ki, görüb özünü sultan yuxuda.

#SeyidƏzimŞirvani
Şeirlər aləmi🎶📝

11 Feb, 14:33

769

Mən xəyalpərəstəm; Mənim real həyatım o qədər azdır ki, indiki kimi belə anları o qədər nadir hesab edirəm ki, yuxularımda bu dəqiqələri təkrarlamaya bilmirəm. Bütün gecəni, bütün həftəni, bütün... Daha çox səni xəyal edəcəm.

📖Bəyaz Gecələr
✍🏼 Fyodor Dostoyevski
Şeirlər aləmi🎶📝

11 Feb, 11:57

805

Təki qayıt evimizə, fərq eləmir, nə cür, necə?
Ya mən gəlim görüşünə günü bu gün, lap indicə.
Xoşlamırdım içib evə gəlməyini gecə-gecə
indi xoşum gəlir, ata.
Sənin rahat ölməyinə dua edən dilim yanır,
məzarına su tökürəm, əlim yanır.
Ağlamıram, sən gedəndə gözlərimi silib getdin,
sənə nə var, üç gün əzab çəkib,
sonra birdəfəlik ölüb getdin.
Oğlun hər gün ölür, ata.
Qoşuluram sinədaşı təmizləyən uşaqlara,
sanki bütün düşüncələr gedir-gəlir qabaqlara.
Bəlkə, elə məzarının yanındasan,
getməmisən uzaqlara
Bəlkə də, kim bilir, ata?
Saxlayıram yanağımda ayrılığın göz yaşını,
olan olub, keçən keçib, indi sənin başdaşını
görmədiyin nəvələrin silir, ata.
Mən harasa tələsirəm, ömür necə yaman ötür,
biri qoca-qoca gedir, biri cavan-cavan ötür.
İnsanoğlu cavab kimi doğulsa da, zaman ötür
suala çevrilir, ata.
Mən elə də ağlamıram axı nə aldadım səni,
körpələrin hesabına hərdən üzüm gülür, ata.

#PünhanƏzim
Şeirlər aləmi🎶📝

10 Feb, 14:39

828

Elə bilirdim ki, bütün dərdlərin
Dərmanı şeirdir!

#BəxtiyarVahabzadə