Neueste Beiträge von Şeirlər aləmi🎶📝 (@seiralemii) auf Telegram

Şeirlər aləmi🎶📝 Telegram-Beiträge

Şeirlər aləmi🎶📝
Məcnuna lağ etməzdin, Leyla sənin olsaydı...
Dünyanı dağıtmışdın, dünya sənin olsaydı...🖤)
24,211 Abonnenten
898 Fotos
350 Videos
Zuletzt aktualisiert 06.03.2025 14:18

Ähnliche Kanäle

Retro1hiss 📻
25,166 Abonnenten
N1 Bürclər🔮
24,573 Abonnenten
MANPASI
10,058 Abonnenten

Der neueste Inhalt, der von Şeirlər aləmi🎶📝 auf Telegram geteilt wurde.

Şeirlər aləmi🎶📝

06 Mar, 13:59

19

📌 Aşağıdakılardan seçim edib imtahanlarınıza pulsuz hazırlaşmaq üçün ən faydalı kanallara nəzər yetirə bilərsiz 👇
Şeirlər aləmi🎶📝

06 Mar, 11:57

88

Mən səni ağlatmaq üçün gəlmədim,
Göz yaşını silmək üçün gəlmişəm.
Qəlbini ovcumda tutub hər səhər
Göylərə yüksəlmək üçün gəlmişəm.

Min günah içrə boğulan qəlbinə
Bir də nəfəs vermək üçün gəlmişəm,
Bu qatı zülmətdə xilas yolların
Mən qapına sərmək üçün gəlmişəm.

Ruhunu tutmuş bu qara pərdənin
Rəngini soldurmaq üçün gəlmişəm.
Bəsdi daha, taleyə diz çökmə, QALX...
Mən səni qaldırmaq üçün gəlmişəm.

#İlqarFəhmi
Şeirlər aləmi🎶📝

06 Mar, 04:57

152

Sizlərə lazım olacaq kanallardan faydalanmaq üçün seçim edin və abunə olun, imtahanlara ödənişsiz hazırlaşın ⤵️
Şeirlər aləmi🎶📝

05 Mar, 13:14

283

Yüzlərlə cəfa etsən, unutmaz səni könlüm
Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda.

Biganə əgər olmasa, tez vəslə yetərdik,
Kim xeyr görüb düşməni kəmfürsət olanda?

Zülfün ki, tutub ruyini, çox qorxuram ondan,
Aləm toxunar bir-birinə zülmət olanda.

Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun,
Bülbül dayanarmı gülünə həsrət olanda?

Vahid, hələ qarşında böyük bir gələcək var,
Dünya bizə ləzzət verəcək cənnət olanda!

#ƏliağaVahid
Şeirlər aləmi🎶📝

05 Mar, 11:57

291

...Yenidən dünyaya doğula bilsəm,
Anam öz bətnindən ayırsa məni.
Bu ilk ayrılığa dayana bilsəm,
Çətin son ayrılıq qorxuda məni,
Məzar dibindəki bənövşə kimi
Bir bahar təzədən oyana bilsəm
...

#ZülfüqarRüfətoğlu
Şeirlər aləmi🎶📝

04 Mar, 13:47

401

#musiqi 🫠
Şeirlər aləmi🎶📝

04 Mar, 11:57

434

Daha mələklərin tikişi tutmur
Sökülür bu ömür, can üstündəyəm
Halal et, sevgili ən çətini də,
Şeirlər yazdıran həsrətini də
Sən atəş mən isə zərli kəpənək...
Tanrı qulağıma pıçıldayırdı:
"Qorxma! Atıl oda, yan! Üstündəyəm..."

#BaharZamanova
Şeirlər aləmi🎶📝

04 Mar, 04:57

164

📚 İmtahanlara ödənişsiz hazırlaşmaq üçün sizə lazım olacaq kanallardan yararlanmaq istəyirsinizsə seçim edin və abunə olun 🔻
Şeirlər aləmi🎶📝

03 Mar, 14:44

540

#musiqi 🥰
Şeirlər aləmi🎶📝

03 Mar, 11:57

585

Bir çiçəkdim, günəşimdin sən mənim,
Bir ürəkdim, atəşimdin sən mənim.
Yarpaqlarım günəşsizdir, sevgilim.
Qəlbim yaman atəşsizdir, sevgilim.
Qanadları kövrək quşam elə bil,
Həsrətinçin doğulmuşam elə bil.
İtirmişəm dincliyimi, yuxumu.
Necə deyim… heç insafın yoxdumu.
Bir ömürəm rəva görmə donum mən.
İstəyirəm atəşində yanım mən.
Paltarımı şəfəqlərdən biçib gəl,
Sevgin varsa, dumanları keçib gəl..

#MədinəGülgün