İşə tələsirsən dayan, nə olar.
Elə bu küçədə aç gözlərini,
Otuz il yatmısan, oyan, nə olar.
Bu şeiri də yazdım əlvida kimi,
Bax elə bu sətrim son vida kimi.
Mən ölsəm misratək, sən nida kimi,
Başımın üstündə dayan, nə olar.
Canım, bundan sonra "yaşa", "öl" kimi,
Qanatdın qəlbimi saritel kimi.
Qoşa əllərini qoşa gül kimi,
Sinəmin üstünə qoyam, nə olar.
Ah çəkim, ahımdan dağ-dağ olum mən,
Səni gəzə-gəzə çıraq olum mən.
Çürüyüm bir ovuc torpaq olum mən,
Sən də çıx üstümdə dayan, nə olar.
Bəlkə onda səndən doyam, nə olar!
#QəşəmNəcəfzadə