2014-cü ildə başlayan müharibənin ən qaynar fazasına məhz 3 il bundan qabaq başanıldı.
Rusiya ordusu Sum, Çerniqov, Xarkov, Luqansk, Donetsk, Kiyev, Xerson, Nikolayev, Odessa istiqamətlərində quru, hava və sudan hücumlara başladı. Kiyevin 15-16 kilometrliyinə qədər gəlsələr də lazımi uğur qazana bilmədikləri üçün Rusiya ordusu güclü xalq müqaviməti nəticəsində Kiyev, Çerniqov, Sum, Xarkov vilayətlərindən, Xerson şəhərindən geri çəkilməli oldular. Əməliyyatlarda bütün diqqəti Donetsk, Luqansk və Xerson vilayətinin bir hissəsinə yönəltdilər. Ruslar Kiyev vilayətindən çıxarkən Buça qətliamını törətdilər. Xalqın güclü müqaviməti nəticəsiz qalmadı və qərb Ukraynaya hərbi və humanitar yardım etmək barədə qəbul etdilər. Düzdü bu yardım görünür kifayət qədər olmadı ki, müharibə indiyə qədər davam edir, amma yardım indiyə qədər dayanmayıb. Hərbi yardımlarla yanaşı Rusiyaya qarşı tam 15 paket sanksiyalar elan edilib.