Papirus (@p_apirus) के नवीनतम पोस्ट टेलीग्राम पर

Papirus टेलीग्राम पोस्ट

Papirus
यह टेलीग्राम चैनल निजी है।
Maraqlı informasiyalar, siyasət, mədəniyyət, ədəbiyyat, idman, Breaking'lər... Bir sözlə qısa məzmunlu və operativ xəbərlərin ünvanı

Kanal yaranıb: 15.04.2019
6,230 सदस्य
42,067 तस्वीरें
9,027 वीडियो
अंतिम अपडेट 09.03.2025 02:42

समान चैनल

BakuES
213,934 सदस्य
Девичья Башня
38,976 सदस्य
isayevios 🇦🇿
29,154 सदस्य
Şəbəkə
15,900 सदस्य
XALQ
11,086 सदस्य
Джокер бакинский
6,803 सदस्य
BPT Azərbaycan
3,269 सदस्य
AzVision
3,030 सदस्य

Papirus द्वारा टेलीग्राम पर साझा की गई नवीनतम सामग्री

Papirus

10 Feb, 15:08

884

🇦🇿🇷🇺❗️ “Rus Evi” Bakının mərkəzində, Üzeyir Hacıbəyli küçəsində yerləşib. Bu yerin “Rus Evi” üçün təşkil olunması ilə bilavasitə Elçin Həsənov adlı iş adamı məşğul olub. Onun keçmiş gənclər və idman naziri Azad Rəhimovun qaynı olduğu deyilir.

Məsələnin maraqlı tərəfi də budur ki, “Rus Evi” həmin ünvandan çıxdıqdan sonra da Elçin Həsənov əl-ayağa düşərək “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri ilə birlikdə “Rus Evi”ə yeni ofis axtarışına çıxıb. Bir sözlə, E.Həsənov bu problemin həlli üçün bütün imkanlarını səfərbər edib və ciddi cəhdlə çalışır.

Azərbaycanda Rusiya şəbəkəsinə gəldikdə, artıq faktlarla da belə bir şəbəkənin mövcud olduğu təsdiqini tapıb. Şəbəkə üzvlərinin vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışdığı, yeyib-içmək məclislərinin təşkil olunduğu, sağlıqlar deyildiyi məlumdur. Şəbəkə Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunub.
Papirus

10 Feb, 15:08

820

🇦🇿🇷🇺❗️Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub.

Əslində, Rusiyanın Azərbaycanda belə bir şəbəkə qurduğu və onun vasitəsilə ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı bu günün söhbəti deyil. Zaman-zaman bəzi şəxslər Rusiyaya işləməkdə də ittiham olunublar, ən azından buna eyham vurulub.

Qafqazinfo
Papirus

10 Feb, 14:36

836

🇦🇿❗️🇷🇺 Rusiya Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyanın Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı yerli medianın sualına cavabında deyib.

Bildirilib ki, Nikolay Valuyevin Azərbaycan dövləti və xalqının əleyhinə işlətdiyi təhqiramiz ifadələr, təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir.

Qeyd edilən deputatın Azərbaycan əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və ölkəyə girişinə qadağa qoyulub.

* Valuyev Azərbaycanlıları yaramaz və qədirbilməz adlandırmışdı.
Papirus

10 Feb, 14:32

774

🇮🇱⚡️İsrail hökumətinin sözçüsü David Mentzer bildirib ki, Qəzzada tam atəşkəs yalnız HƏMAS-ın ləğvindən sonra mümkündür.

"Biz bu müharibəni bütün məqsədlərinə çatana qədər bitirməyəcəyik... Anklav demilitarizasiya edilməli və deradikallaşdırılmalıdır."
Papirus

10 Feb, 14:31

750

🇺🇸❗️Tramp bildirib ki, onun Qəzzanı yenidən qurmaq planı fələstinlilərin oraya qayıtma ehtimalını istisna edir.

"Onlar üçün yeni bir yer tikəcəyəm."
Papirus

10 Feb, 13:58

740

SpaceX şirkətinin Super Heavy B15 raketi, 24 fevral 2025-ci ildə keçiriləcək Starship Flight Test 8 missiyasında uçuşa çıxacaq. Bu uçuşda B15 raketi, Ship 34 ilə birgə istifadə ediləcək və Super Heavy "booster"inin üçüncü dəfə enişdə tutulması məqsədilə həyata keçiriləcək.

Bu uçuş, SpaceX-in Starship proqramının inkişafında mühüm bir mərhələdir və gələcəkdəki missiyalar üçün əhəmiyyətli təcrübə təmin edəcəkdir.
@ibrahim_nebioglu
Papirus

10 Feb, 13:58

709

Bakıda E2 marşrut xəttinin nömrəsi 72-yə dəyişdirilib

t.me/isayevios
Papirus

10 Feb, 13:57

756

🇷🇴❗️Rumıniya prezidenti Klaus İohannis fevralın 12-də istefa verəcəyini açıqlayıb.
Papirus

10 Feb, 13:56

783

❗️“Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.

“Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq”, – deyə nazir əlavə edib.
Papirus

10 Feb, 13:55

761

❗️Sabahdan fevral ayının pensiyaları ödənməyə başlayacaq