Nəhcül Bəlağə @nehcul_belageden_mesajlar Channel on Telegram

Nəhcül Bəlağə

@nehcul_belageden_mesajlar


İnsanlarla elə rəftar edin ki, əgər ölsəniz, sizin üçün ağlasınlar, əgər yaşasanız, sizinlə ünsiyyətdə olmağa can atsınlar. [Həzrət Əli]

Nəhcül Bəlağə (Azerbaijani)

Nəhcül Bəlağə Telegram kanalı, insanların birbirleri ilə əlaqə qurmasına və tərbiyələnməsinə kömək edən dəyərlər və məsajlar paylaşan bir platformdur. Kanalın adı "Nəhcül Bəlağə", yani 'İfade Etiği' deməkdir. Burada İslam ədəbiyyatından məqalələr, münajatlar, məqamlar və hər tür dini məzmun paylaşılır. Bu sayədə izləyicilər öz mənəvi tərbiyələrini inkişaf etdirmək və iç dünyalarını zənginləşdirmək imkanı tapırlar. Kanalın məqsədi insanların bir-biri ilə daha münasib əlaqələr qurmasına kömək etməkdir. nnHəzrət Əli'nin ən məşhur ifadələrindən biri olan "İnsanlarla elə rəftar edin ki, əgər ölsəniz, sizin üçün ağlasınlar, əgər yaşasanız, sizinlə ünsiyyətdə olmağa can atsınlar." sözlərində olduğu kimi, Nəhcül Bəlağə kanalı da insanların bir-biri ilə daha münasib əlaqələr qurmasına və bir-birinə dəyər verməsinə töhfə verir. İzləyicilər bu kanal vasitəsilə özünü inkişaf etdirərək daha mürəffəq və əlaqəli insanlar olmağa nail olurlar. nnƏgər siz də mənəvi dünyanızı zənginləşdirmək və daha mürəffəq bir insan olmaq istəyirsinizsə, "Nəhcül Bəlağə" Telegram kanalına qoşulun və dini məzmunla bəzədilmiş məsajları ilə ruhunuzu təzələyin.

Nəhcül Bəlağə

30 Sep, 04:57




Ən şərəfli ölüm (Allah yolunda) öldürülməkdir. And olsun Əbu Talibin oğlunun canı əlində olana ki, min qılınc zərbəsi mənə Allaha asi olaraq yataqda ölməkdən asandır.

إِنَّ أَكْرَمَ اَلْمَوْتِ اَلْقَتْلُ وَ اَلَّذِي نَفْسُ اِبْنِ أَبِي طَالِبٍ بِيَدِهِ لَأَلْفُ ضَرْبَةٍ بِالسَّيْفِ أَهْوَنُ عَلَيَّ مِنْ مِيتَةٍ عَلَى اَلْفِرَاشِ فِي غَيْرِ طَاعَةِ اَللَّهِ

📘 "Nəhcül-bəlağə", 123-cü xütbədən

https://t.me/nehcul_belageden_mesajlar

Nəhcül Bəlağə

04 Aug, 19:26




İmamdan (ə) əsl xeyir və yaxşılığın nə olduğu haqda soruşulduqda həzrət buyurdu:

Xeyir o deyil ki, sərvətin və övladın çox olsun. Bəlkə xeyir odur ki, elmin artsın, həlimlik və səbrliliyin böyüsün və Rəbbinə itaət və bəndəlik etməyin nəticəsində xalq arasında başuca olasan. Beləliklə, yaxşılıq edəndə Allaha şükr edəsən, pis iş görəndə isə Allahdan bağışlanma diləyəsən.

سُئِلَ عَنِ الْخَيْرِ مَا هُوَ؟ فَقَالَ لَيْسَ الْخَيْرُ أَنْ يَكْثُرَ مَالُكَ وَ وَلَدُكَ، وَ لَكِنَّ الْخَيْرَ أَنْ يَكْثُرَ عِلْمُكَ وَ أَنْ يَعْظُمَ حِلْمُكَ وَ أَنْ تُبَاهِيَ النَّاسَ بِعِبَادَةِ رَبِّكَ؛ فَإِنْ أَحْسَنْتَ حَمِدْتَ اللَّهَ وَ إِنْ أَسَأْتَ اسْتَغْفَرْتَ اللَّهَ

📘“Nəhcül-bəlağə”, 94-cü hikmətdən


#xeyir #yaxşılıq #itaət #bəndəlik #başıucalıq #həlimlik #səbr #şükür #bağışlanma #nəhculbəlağə #hikmət

https://t.me/nehcul_belageden_mesajlar

Nəhcül Bəlağə

01 Jul, 16:07




Allaha and olsun ki, təqvalı bəndə dilini qorumayınca təqvalılığının ona bir xeyir verəcəyinə inanmıram.

وَ اَللَّهِ مَا أَرَى عَبْداً يَتَّقِي تَقْوَى تَنْفَعُهُ حَتَّى يَخْزُنَ لِسَانَهُ

📘"Nəhcül-bəlağə", 176-cı xütbədən


https://t.me/nehcul_belageden_mesajlar

Nəhcül Bəlağə

28 Jun, 10:58




And olsun Allaha ki, əgər sizlərdən hər birinizin haradan gəlib hara gedəcəyini — bütün hallarını bəyan etmək istəsəm, bunu edə bilərəm. Amma mənim barəmdə Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) kafir olmağınızdan (məni ondan üstün hesab etməyinizdən) qorxuram.

وَ اَللَّهِ لَوْ شِئْتُ أَنْ أُخْبِرَ كُلَّ رَجُلٍ مِنْكُمْ بِمَخْرَجِهِ وَ مَوْلِجِهِ وَ جَمِيعِ شَأْنِهِ لَفَعَلْتُ وَ لَكِنْ أَخَافُ أَنْ تَكْفُرُوا فِيَّ بِرَسُولِ اَللَّهِ صلى‌الله‌عليه‌وآله


📘"Nəhcül-bəlağə", 175-cı xütbədən

https://t.me/nehcul_belageden_mesajlar

Nəhcül Bəlağə

25 Jun, 15:56




Möminin dili qəlbinin arxasında, münafiqin isə qəlbi dilinin arxasındadır. Çünki mömin bir söz demək istəyəndə düşünər. Əgər yaxşı və məsləhət olsa, onu deyər, əgər pis olsa, onu gizlədər. Münafiq isə dilinə gələni deyər və hansı sözün ona xeyirli və hansının ziyanlı olmasını bilməz.

إِنَّ لِسَانَ اَلْمُؤْمِنِ مِنْ وَرَاءِ قَلْبِهِ وَ إِنَّ قَلْبَ اَلْمُنَافِقِ مِنْ وَرَاءِ لِسَانِهِ لِأَنَّ اَلْمُؤْمِنَ إِذَا أَرَادَ أَنْ يَتَكَلَّمَ بِكَلاَمٍ تَدَبَّرَهُ فِي نَفْسِهِ فَإِنْ كَانَ خَيْراً أَبْدَاهُ وَ إِنْ كَانَ شَرّاً وَارَاهُ وَ إِنَّ اَلْمُنَافِقَ يَتَكَلَّمُ بِمَا أَتَى عَلَى لِسَانِهِ لاَ يَدْرِي مَا ذَا لَهُ وَ مَا ذَا عَلَيْهِ

📘"Nəhcül-bəlağə", 176-cı xütbədən

https://t.me/nehcul_belageden_mesajlar

Nəhcül Bəlağə

24 Jun, 18:55




Allah imaməti ümmətin nizam-intizamı üçün, (imamdan) itaəti isə imamət məqamının ehtiramının qorunması üçün vacib edib.

فَرَضَ اللهُ ...اَلْإِمَامَةَ نِظَاماً لِلْأُمَّةِ، وَ اَلطَّاعَةَ تَعْظِيماً لِلْإِمَامَةِ

📘"Nəhcül-bəlağə", 252-ci hikmətdən

https://t.me/nehcul_belageden_mesajlar

Nəhcül Bəlağə

03 May, 10:38




Allahım, əgər nə istəyəcəyimi bilməsəm və öz istəyimdə çaş-baş qalsam, məni xeyrim olan şeyə yönəlt və qəlbimi xeyir və yaxşılığım olan şeyə tərəf döndər.

اَللَّهُمَّ إِنْ فَهِهْتُ عَنْ مَسْأَلَتِي أَوْ عَمِيتُ عَنْ طِلْبَتِي فَدُلَّنِي عَلَى مَصَالِحِي وَ خُذْ بِقَلْبِي إِلَى مَرَاشِدِي

📘“Nəhcül-bəlağə”, 227-ci xütbədən


https://t.me/nehcul_belageden_mesajlar

Nəhcül Bəlağə

31 Mar, 19:28


Həzrət Zəhranı(ə) dərk edən Qədr gecəsini dərk edər dedilər, bu nə siridir Əli(ə) Qədr gecəsi Zəhraya(ə) qonaq gedir...🥀

Ya Mövla...

https://t.me/nehcul_belageden_mesajlar

Nəhcül Bəlağə

31 Mar, 12:50


Əli(ə) can!

https://t.me/nehcul_belageden_mesajlar

Nəhcül Bəlağə

28 Mar, 11:29


Şahın qəm günləri başlanır❤️‍🔥

فزتُ و رَبّ الكعبة
"And olsun Kəbənin Allahına qurtuldum"

https://t.me/nehcul_belageden_mesajlar

Nəhcül Bəlağə

25 Mar, 09:57


Ənə Mövla Əli(ə)....❣️

https://t.me/nehcul_belageden_mesajlar

Nəhcül Bəlağə

23 Mar, 19:50


Ya Muqəllibəl Qulub....

https://t.me/nehcul_belageden_mesajlar