Müəllim vakansiyaları @muellimvakansiyalari Channel on Telegram

Müəllim vakansiyaları

@muellimvakansiyalari


İşlər, vakansiyalar

Müəllim vakansiyaları (Azerbaijani)

Sizi müəllimlik fərdinə uyğun iş, vakansiya tapmaq üçün "Müəllim vakansiyaları" Telegram kanalına dəvət edirik! Bu kanal ən son işlər və müəllimlik vakansiyaları haqqında ətraflı məlumatları sizinlə paylaşır. Kanalımızda tələb olunan sənədlər və şərtlər barədə məlumatları tapa biləcəyiniz kimi, fərqli təhsil sahələrində fəaliyyət göstərən peşəkar tərəfdaşlarımızdan məsləhət də ala bilərsiniz. "Müəllim vakansiyaları" Telegram kanalı iş axtaranlar üçün də, təcrübəli müəllimlər üçün də ən yaxşı mövqe və imkanları təklif edir. Əgər siz də müəllimlik sahəsində fəaliyyət göstərir və ya bu sahədə kariyerinizi inkişaf etdirmək istəyirsinizsə, bizim kanalımıza qoşulun və ideal işinizə ən yaxın olun! Müəllimlik fəaliyyətinin ən son trendləri, yenilikləri və fırsatları həmişə əlinizin altında olsun! "Müəllim vakansiyaları" Telegram kanalı - müəllimlər üçün ən uyğun iş və kariyer imkanlarını təqdim edir.

Müəllim vakansiyaları

14 Jan, 07:58


"General english" müəllimi tələb olunur

İşəgötürən: ink academy

Əsas tələblərimiz:
1) Əyani şəkildə 17:00 və 19:00 dərslərinin tədrisi
2) İngilis dili müəllimi ixtisası üzrə təhsil və bir illik təcrübə.

Uyğun namizədlər CV-ləri
[email protected] ünvanına "General english" başlığı ilə göndərə bilərlər.

Əmək haqqı bölgüsü tələbə və qruplara müvafiq aparılır, müsahibə zamanı detallı izah edilir.
Qeyd: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən xüsusi yanaşma tətbiq edilir.

Müəllim vakansiyaları

06 Jan, 07:36


Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı vakansiya elan edir.

Vakant olan vəzifələr haqqında məlumatı təqdim edirik:

Riyaziyyat, Filologiya, Fizika, Psixologiya fakültələri üzrə dekan müavinləri

İş barədə məlumat:

• Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir;

• Tədris prosesinə, tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir;

• Müəllimlərin tədris məşğələlərində iştirak edir və onlara metodiki kömək göstərir;

• Semestr imtahanlarının keçirilməsində iştirak edir;

• Fakültədə, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir;

• Tələbələrin tədris, tərbiyə və elmi fəaliyyətini istiqamətləndirir.

İş qrafiki: 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Namizədlərə aid tələblər:

• Profilə uyğun baza təhsili;

• Elmi dərəcə və elmi ad;

• 3 il elmi-pedaqoji staj;

• MS Office (sərbəst işləmə bacarığı);

• Azərbaycan və rus dillərini bilməsi zəruridir.

Riyaziyyat, Fizika, İqtisadiyyat, Kimya fakültələri üzrə dispetçerlər

İş barədə məlumat:

• Ali təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlamaq;

• Hər bir fakültədə mühazirə, seminar, praktik (laborator) məşğələlər və imtahanlar üçün auditoriyaları müəyyənləşdirmək və onları dərs cədvəllərində, imtahan günlərində nəzərə almaq;

• Tələbələrin davamiyyəti, semestr boyu qiymətləri və imtahan nəticələri barədə fakültə dekanını məlumatlandırmaq və tədris-metodiki şöbəyə məlumatları vermək;

İş qrafiki: 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Namizədlərə aid tələblər:

• Ali təhsil (bakalavr və ya magistr)

• Yaş: 21 – 50

• MS Office (sərbəst işləmə bacarığı);

• Azərbaycan və rus dillərini bilməsi zəruridir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər Azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına yanvarın 30-dək göndərə bilərlər.

Müəllim vakansiyaları

24 Dec, 07:51


İngilis dili müəlliməsi tələb olunur

İşəgötürən: Flag Academy

İş barədə məlumat:
Müxtəlif yaş qruplarına tədris mərkəzimizdə ingilis dilinin tədrisi
Dərslərin mərkəzimiz tərəfindən hazırlanmış proqram üzrə tədrisi
Danışıq dərslərinin aparma bacarığı
İş qrafiki: Sərbəst

Namizədə tələblər:
İngilis dilini yüksək səviyyədə bilməli
⁠Minimum 1 il bu sahədə iş təcrübəsi
Sertifikatlara malik olan müəllimlərə üstünlük verilir (IELTS, SAT, TOEFL, TKT və s.)
Ali təhsilli olmalıdır

Maraqlanan şəxslər CV-lərini “İngilis dili müəllimi” başlığı ilə qeyd edilmiş [email protected] elektron poçt ünvanına göndərə bilər.

Müəllim vakansiyaları

23 Dec, 10:31


Rəsm müəllimi tələb olunur

İşəgötürən: ALC - Active Learning Center

İş saatı: Tam və ya yarım günü əhatə edən iş saatı.

Namizədə tələblər:

Rəsm sahəsində ali təhsil və ya uyğun təcrübə
Uşaqlarla işləmək bacarığı
Müxtəlif yaş qruplarına rəsm dərsləri keçmək
Uşaqlarda yaradıcılıq bacarıqlarını inkişaf etdirmək
Yeni rəsm texnikaları öyrətmək
Dərslər üçün materiallar hazırlamaq
İşə ciddi və məsuliyyətli yanaşma;
Komandada işləmə bacarığı;
Masterklasların təşkil olunması

Qeyd: Uyğun namizədlər CV-lərini (PDF formada) qeyd edilmiş [email protected] elektron poçt ünvanına “Rəsm müəllimi” başlığı ilə göndərə bilərlər.

Şirkət haqqında məlumat:

Yeni fəaliyyətə başlayacaq olan “ALC-Active Learning Center” tədris və təlim mərkəzi olaraq məqsədimiz mehriban və həvəsləndirici mühitdə tələbələrin dil biliklərini təkmilləşdirməsidir. Tədris mərkəzimiz bütün səviyyələr və yaşlar üçün xüsusi dil kursları təklif edir. Yeni başlayan olmağınızdan və ya biliklərinizi yeniləmək istəməyinizdən asılı olmayaraq, burada sizə ən uyğun dəstəyi tapacaqsınız.

Ünvan:

AF City, Rəşid Behbudov 55

Müəllim vakansiyaları

14 Dec, 06:55


Dayə tələb olunur

İşəgötürən: NovaX MMC

Maaş: 500-600 AZN

Tələblər:

Yaş həddi: 35-55 yaş aralığında
Təcrübə: Minimum 5 il
İş qrafiki: Həftənin 5 günü, saat 11:00-20:00
Təhsil: Ali təhsil tələb olunur (Pedaqoji ixtisas sahiblərinə üstünlük veriləcək)
Dil biliyi: Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
Sınaq müddəti 3 gün

Vəzifə tələbləri:

9 aylıq körpəyə diqqətli, məsuliyyətli və sevgi dolu yanaşma ilə baxa biləcək, uşaq qayğısında peşəkar dayə axtarılır. Təcrübəsi və peşəkar yanaşması ilə ailənin etibarını qazana biləcək namizədlər dəvət olunur.

Əlaqə üçün zəhmət olmasa müraciət edin!

"DAYƏ" qeyd edib Şəkilli CV-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.
Tel: 0554446424 Fidan.X

Müəllim vakansiyaları

14 Dec, 06:44


Şahmat müəllimi tələb olunur

İşəgötürən: İncəsənət və Bilik Mərkəzi

Tələblər:
• Məsuliyyətli, uşaqları sevən, səbrli,ünsiyyətcil, öyrənmək və öyrətmək bacarığı
• Turnirlərə hazırlıq
• Dərəcə yarışlarına hazırlıq

• Müvafiq sahə üzrə 1 il təcrübə
• Azərbaycan və rus dillərində danışıq bacarığı
• Şagird ehtiyaclarını müəyyənləşdirə və fərdiləşdirə bilmə;
• Uşaqlarla səmərəli ünsiyyət qurma və işləmə;
• Zamanın səmərəli idarəolunması;

Uyğun namizədlər verilən əlaqə nömrəsi və ya mail ilə müraciət edə bilər.
İxtisas üzrə ən azı 1 il iş təcrübəsi.

Email: [email protected]
Telefon : 077 730 02 30

Müəllim vakansiyaları

04 Dec, 06:50


İNGİLİS DİLİ MÜƏLLİMİ tələb olunur

İşəgötürən: Parla Akademiya

- Nizami metrosu yaxınlığında yerləşən tədris mərkəzi üçün ingilis dili müəllimi vakansiyası elan edirik!

İş barədə məlumat

- Müxtəlif yaş qruplarına tədris mərkəzimizdə İngilis dilinin tədrisi
- Dərslərə kreativ yanaşma
- Tələbələrlə rahat ünsiyyət qura bilmək
- Tələbələrin aylıq və proqram üzrə hədəflərinə çatması üçün motivasiya və dəstək verilməsi
- Həftə içi 6 iş günü

Namizədə tələblər

- Yalnız Xanım namizəd
- İşini həqiqətən sevməli, həvəsli, məsuliyyətli olmalı
- İngilis dilini yüksək səviyyədə bilməlidir
- Beynəlxalq sertifikatlara malik olan müəllimlərə üstünlük verilir(IELTS, SAT, TOEFL, və s.)
- Dil və pedaqoji qabiliyyət vacibdir
- Ünsiyyətcilvə pozitiv
- Daim öz biliyi üzərində işləmək və inkişaf etmək
- Tələbəni öyrətməyə və yaxşı nəticəyə çatdırmağa böyük səy göstərmək
- Minimum 3 il müəllim kimi iş təcrübəsi
- Rus dili və digər dil biliklərinin olması arzu olunandır

"İNGİLİS DİLİ MÜƏLLİMİ" qeyd edib Cv-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.

Müəllim vakansiyaları

27 Nov, 05:40


Psixoloq tələb olunur

İşəgötürən: Kaspi International School

İş yeri: “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC

İş saatları: I-V günlər, 08:00-17:00

Minimum vakansiya tələbləri:

Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
Sahə üzrə 2 illik təcrübə.
Tələb olunan bilik və bacarıqlar:

Peşəsinə yüksək motivasiya ilə yanaşma;
Fərdi və komandada işləmək bacarığı;
Yüksək çalışmaq və öyrətmək həvəsi;
Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.
Vəzifə öhdəlikləri:

Şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq və təhlil etmək, müvafiq hərəkət planı hazırlamaq və tədbiqini izləmə;
Təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqları müəyyən edib, sinif rəhbəri və valideyni ilə inkişaf planını hazırlamaq və tətbiqini izləmək;
Liseyin pedaqoji heyətini təhsildə psixologiya mövzusunda mütəmadi marifləndirmək;
Psixodiaqnostik iş zamanı psixi cəhətdən inkişaf edən şagirdləri, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan şagirdləri, habelə ümumi və xüsusi istedadı olan şagirdlərin müəyyən olunması, onlarla müvafiq işin aparılması;
Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında uşaqlarla, valideyn və müəllimlərlə həm fərdi, həm də qrup şəklində aparılacaq korreksiya işinin proqramını hazırlamaq;
Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı müvafiq direktor müavininə, müəllimlərə, valideynlərə məsləhətlər vermək;
Ehtiyac olan mövzularda müəllim kollektivinə və valideynlərə seminarlar təşkil etmək;
Şagirdlər üçün aktiv, tətbiqi və yaradıcı öyrənmə mühiti təşkil etmək, onların fərdi və qrup şəklində öyrənməsini təmin etmək.

"Psixoloq" qeyd edib CV-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Müəllim vakansiyaları

26 Nov, 09:10


Sinif Rəhbəri tələb olunur

İşəgötürən: Türk Dünyası Atatürk Liseyi

Vəzifə öhdəlikləri:

sinifdə şagird şəxsiyyətinin müsbət potensialının inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmaq;
şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət etmək;
şagirdlərin dərsə davamiyyətinə nəzarət etmək;
hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək məqsədilə onların uğur və səhvlərini qeydə almaq və vaxtında kömək göstərmək;
valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə);

Vəzifəyə olan tələblər:

Pedaqoji ixtisas üzrə bakalavr dərəcəsi;
Azərbaycan dilində mükəmməl danışma və yazma bacarığı;
Tələb olunan sahədə ən az 1-3 il müddətində pedaqoji təcrübə;
10-15 yaş qruplarını əhatə edən təhsil alanlarla böyük həvəslə işləmək istəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı.

Vəzifə haqqında məlumat:

İş günləri: 1-5 günlər, bazar günü istirahət;
Əmək haqqı: razılaşma yolu ilə.

Maraqlanan və uyğun namizədlərin CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Sinif Rəhbəri” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Tel: (+994)12 310-39-22

Müəllim vakansiyaları

23 Nov, 07:45


Həm IELTS, həmdə GENERAL ENGLİSH dərslərini tədris edəcək müəllimlər tələb olunur.

İşəgötürən: British Academy (Əhmədli filliali)

Namizəddən tələblər:
4-5 ildən çox peşəkar təcrübə
Məsuliyyətlilik, punktuallıq, operativlik və çeviklik
Yüksək məntiqi təfəkkür
İngilis dili müəllimliyi, tərcümə ixtisasının və ya digər ingilis dilli ixtisasdan məzun olmalı
İngilis dili bilik səviyyəsi minimum Upper-Intermediate
IELTS dərəcəsi minimum 7. (“Speaking” minimum 7.5)
Müxtəlif yaş qruplarına ingilis dilinin tədrisində təcrübəli olmalı
Digər beynəlxalq sertifikatların olması üstünlükdür (TKT, TOEFL, TESOL və s)
Qrup və fərdi qaydada tədris etmə bacarığı
Təyin olunan proqram üzrə maksimum effektivliklə tədris etmək

Şərtlər:
İş qrafiki: Bazarertəsi-Cümə
İş saatı: 09:00-18:00
Şənbə 10:00-18:00
Əmək haqqı:Razilaşma ilə
Rəsmi əmək müqaviləsi ilə əməkdaşlıq.

Əlaqə nömrə: 0503700509
Göstərilən tələb və öhdəliklərə uyğun namizədlər “Müəllim” başlığı altında öz CV-sini
[email protected] e-mail ünvanına göndərə bilərlər.

Müəllim vakansiyaları

22 Nov, 13:06


Azərbaycan dili müəllimi tələb olunur

İşəgötürən: Celt Colleges

İş barədə məlumat:

Qruplar və fərdlərlə işləmək bacarığı;
İnnovativ, interaktiv, nəticəyönümlü metodlarla tədris aparma bacarığı;
Müxtəlif yaş qrupları ilə fərdi və qrup şəklində tədris qabiliyyəti;
Komanda ilə işləmə bacarığı;
Təyin olunan proqram üzrə dərsləri maksimum effektivliklə tədris etmək;
Tələbələrin dərsə davamiyyəti və aktivliyinin qeydiyyatını aparmaq ;
Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək ;
Əcnəbilərə də Azərbaycan dilini öyrətmək üçün İngilis dilini ən azı B1 səviyyəsində bilənlərə üstünlük veriləcək.
Tələblər:

Ali təhsilli olmalıdı.
Pozitiv, işini sevən olmalıdı.
Ixtisasını yüksək səviyyədə bilməlidi.
Yaş: 20 – 35;
İş Təcrübəsi: 2 il müvafiq sahə üzrə;

İş Haqqında qeyd:

Əmək haqqı: Müsahibə zamanı təyin ediləcək;
İş qrafiki: Həftədə 6 gün;
İş saatı: Dərs cədvəlinə əsasən;
ARƏM uyğun işə qəbul;

İş Yeri: Bakı Şəhəri, Xətai rayon, Xocalı pros. 14, Xətai metrosunun yaxınlığı, “Celt Colleges” Xətai filialı

Maraqlanan şəxslər Cv-lərini “Azərbaycan dili müəllimi” başlığı ilə
[email protected] e-mail ünvanına göndərə bilər.

Müəllim vakansiyaları

21 Nov, 07:23


İnglis dili müəllimi tələb olunur

İşəgötürən: Knowledge Academy

Peşəkar müəllim heyətini zəngləşdirmək məqsədilə İngilis dili üzrə aşağıda qeyd olunmuş tələblərə uyğun müsabiqə elan edir:

Namizəddən gözləntilərimiz:

Dillər üzrə səlis danışmaq bacarığı;
Tez öyrənmə, detallara diqqət yetirmə kimi bacarıqlar.
IELTS 7+, TEFOL 90+, TESOL, CELTA və digər dillər üzrə müvafiq sertifikatlara malik olmaq;
3-5 illik xarici dillərin tədrisi sahəsində iş təcrübəsi;
Namizəd işə qəbul olduqdan sonra icra edəcəyi əsas tapşırıqlar:

Proqrama və tələbələrin ehtiyac və istəklərinə uyğun olaraq onlayn və/və ya ənənəvi formada dərsləri tədris etmək.
Tələbələrlə bağlı olan müəyyən məlumatların sistemə daxil edilməsi.
İş qrafiki və digər detallar müsahibə zamanı müzakirə edilərək müəyyənləşdiriləcəkdir.

Axşam saatlarında işləyə biləcək namizədlərə üstünlük verilir.

Müraciət üçün cv və özünüz haqda məlumatı (ingiliscə) [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Müəllim vakansiyaları

15 Nov, 11:07


İnformatika müəllimi (Dövlət Qulluğu üzrə)

İnformatika müəllimi (Dövlət Qulluğu üzrə) tələb olunur

İşəgötürən: Vision Academy

Namizədə tələblər:
• Kompüter elmləri və ya digər müvafiq sahədə ali təhsil;
• Dövlət Qulluğu proqramları üzrə təcrübə mütləqdir;
• Tədris və ya mentorluq sahəsində iş təcrübəsi;
• Ofis proqramlarını (MS Word, MS Excel və MS PowerPoint) mükəmməl səviyyədə bilmək;

Əsas vəzifə öhdəlikləri:
• Rəhbərlik tərəfindən verilən dərs cədvəli proqramına riayət etmək;
• Müəyyən intervalda yoxlama imtahanları həyata keçirmək və nəticələri elan etmək;
• Tələbələrə fərdi və qrup şəklində proqramın tədrisi;
• Tələbələrin inkişafına nəzarət etmək və müntəzəm olaraq yoxlamaq;

İş Haqqında:
• Müsahibə zamanı təyin olunacaqdır;
• İş saatı: Dərs cədvəlinə əsasən;
• ARƏM uyğun işə qəbul;
• İş Yeri: Bakı Şəhəri, Elmlər Metrosu, Zahid Xəlilov 25A;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerinə “İnformatika müəllimi (DQ)” yazaraq [email protected] e-mail ünvanına və yaxud 070-751-51-80 nömrəsinə göndərə bilərlər.

Müəllim vakansiyaları

07 Nov, 10:13


Assistent-müəllim tələb olunur

İşəgötürən: Brave kids uşaq bağçası

Tələblər:

30-45 yaş aralığında uşaqları sevən, hər yaş qrupu ilə işləməyi bacaran təcrübəli pedaqoq xanım;
Pedaqoji təhsilin olması vacibdir;
Rus dilinin yüksək olması vacibdir;
İş haqqında məlumat:

İş qrafiki 1-5 günlər;
İş saatı 08:00 – 18:00;
Əmək haqqı: 500 manat + %

Əlaqə : 012 525 17 18 / 070 478 17 18

E-mail:
[email protected]

Müəllim vakansiyaları

07 Nov, 07:56


Azərbaycan bölməsi üzrə müəllim tələb olunur

İşəgötürən: ABBA Kids uşaq mərkəzi

İş şəraiti

İş saatları 2-4-6-7-ci günlər (2-4-6), saat 10:00-18:00 dır.
Əmək haqqı 500 azn nəzərdə tutulmuşdur. Yaşı 25-dən yuxarı və cinsi qadın olmalıdır.

Tələblər:

İbtifai sinif üzrə təhsil və təcrübə
Azərbaycan dilində səlis yazmaq qabiliyyəti
İngilis dilini bilmək
Kiçik yaşlı uşaqlarla işləmə bacarığı
Səbirli və mehriban olmaq

Öhdəliklər:

Uşaqlara ciddi nəzarət etmək
⁠İbtidai siniflərin ev tapşırıqlarına dəstək
Məktəbəqədər yaşlı uşaqların inkişafını təmin etmək
Ünvan: Bakı şəhəri, Bülbül prospekti 65 c, Sirkin yaxınlığı.

"Azərbaycan bölməsi üzrə müəllim " qeyd edib CV-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.

Müəllim vakansiyaları

29 Oct, 09:54


İbtidai məktəb müəllimi tələb olunur

İşəgötürən: ADA School

ADA İbtidai Məktəb sizə Təlim və Tədris sahəsində karyera qurmaqla yanaşı, zəngin və dəyərli təcrübəni qazanmaq imkanı təqdim edir.

İbtidai məktəb müəllimi vəzifəsinə müraciət etmək üçün əsas tələblər:

İbtidai təhsil, K-12 təhsili, uşaq psixologiyası və ya digər əlaqəli sahələrdə Bakalavr və/və ya Magistr dərəcəsi;
Mükəmməl Azərbaycan dili biliyi;
İbtidai təhsil sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
Orta səviyyədə İngilis dili biliyi olan namizədlərə üstünlük veriləcək;
Məktəb və cəmiyyətə töhfə verməkdə yüksək motivasiyası olan namizədlərə üstünlük verilir.

Namizədlərdən [email protected] e-mail elektron poçt ünvanına aşağıda göstərilən sənədlərin göndərilməsi xahiş olunur. Məktubun “mövzu” sətrində vakansiyanın adı (İbtidai məktəb müəllimi) qeyd edilməlidir;

CV - CV-nin giriş hissəsində vəzifəyə uyğunluğunuz barədə qısa əsaslandırma və uyğun bacarıqların xülasəsi qeyd olunmalıdır;

MİQ imtahan nəticələri;
İki rəyçinin əlaqə məlumatları.
Qeyd: Tədris Azərbaycan dilindədir.

Müraciət üçün son tarix 15 noyabr 2024-cü il. Yalnız ilk seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Müəllim vakansiyaları

28 Oct, 13:41


Təlimçi mühasib tələb olunur

“Fusion Academy” tədris mərkəzi üçün Mühasibatlıq təlimi keçə biləcək mühasibə ehtiyac var.

Ünvan: 28 may s/t yaxınlığı AFF MALL

Tələblər:

🔹Nə zamansa Mühasib və ya təlimçi işləmiş biri
🔹1C proqramını tədris edən biri olsun.
🔹Günorta və axşam dərs keçə bilsin ( ən sonuncu qrup 19:00-21:00 dək)
🔹Foto və video çəkilişlərə razı olsun
🔹Eqolu və kaprizli biri olmasın çünki bizim kollektiv mehriban və şəndir.

İş saatları : sərbəst

Əmək haqqı: hər tələbədən 40%

Əlaqə nömrəsi: 051 494 68 67 CV-nizi qeyd olunan nömrəyə göndərə bilərsiniz

Müəllim vakansiyaları

17 Oct, 06:45


Rəqs müəllimi tələb olunur

İşəgötürən: Grade Academy

Grade Academy Tədris Mərkəzinə uşaqlarla işləmək bacarığı olan Rəqs müəllimi tələb olunur. Dərslər saatları müəllim və tələbəyə uyğun müəyyənləşdirilir.

Namizədə olan tələblər:

Rəqs üzrə müvafiq dərəcə və sertifikat
Rəqs müəllimi kimi 1 il iş stajı
Müxtəlif rəqs növləri və texnikaları üzrə peşəkarlıq
Müxtəlif yaş kateqoriyaları ilə işləmək bacarığı

Maraqlanan şəxslər CV-lərini mövzu yerinə “Rəqs müəllimi” qeyd edib
[email protected] elektron poçt ünvanına göndərə bilər.

Əlaqə nömrəsi: 050 246 76 04

Müəllim vakansiyaları

14 Oct, 10:55


İngilis dili müəllimi tələb olunur

İşəgötürən: FidanLand Academy

Tələblər:

Yaş həddi yoxdu
Namizəd: Qadın

Dil bilikləri : İngilis dili C1 səviyyədə bilməsi .

Vəzifələr:
- Online formada dərslər keçiriləcək

Əmək haqqı: 800 -manatdan başlayır

Əmək müqaviləsi bağlanilacaq

Müraciət qaydası: "İngilis dili müəllimi" qeyd edib Cv-nizi 051-632-14 -02 whatsapp nömrəsinə göndərə bilərsiniz.

Haqqında: fidanland.english rəsmi Instagram səhifəmizdən izləyə bilərsiniz

https://www.instagram.com/fidanland.english/

Müraciət üçün son tarix:  01.11.2024

Müəllim vakansiyaları

11 Oct, 12:03


Bağçaya müəllim tələb olunur (Rus bölməsi)

İşəgötürən: Aynur Kids

Dil bilikləri: Rus dili mütləqdir.

İşlə bağlı müraciətinizi və əlavə suallrınızı 0555037280 nömrənin whatsapp-na yaza bilərsiniz.

İş yeri: Badamdar sossesi 141

Müəllim vakansiyaları

08 Oct, 10:27


Sinif müəllimi tələb olunur

İşəgötürən: Türk Dünyası Atatürk Liseyi

Vəzifə öhdəlikləri:

Tədris proqramını yüksək səviyyədə şagirdlərə çatdırmaq bacarığı olmalı;
Dərslərə ciddi yanaşmaq və dərslərin vaxtında keçirilməsinə diqqət yetirmək;
Şagird nailiyyətləri barədə əhəmiyyətli və vaxtında rəy vermək.
Vəzifəyə olan tələblər:
Ən az 3 il müddətində pedaqoji təcrübə;
Bakalavr və ya magistr dərəcəsi;
Pozitiv, işini sevən, şagirdlərlə rahat ünsiyyət qurma bacarıği olmalı.

Vəzifə haqqında məlumat:
İş günləri: 1-5 günlər, bazar günü istirahət;
Əmək haqqı: razılaşma yolu ilə.

Maraqlanan və uyğun namizədlərin CV-lərini [email protected] ünvanına mövzu hissəsində “Sinif müəllimi” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Tel: 012 310-39-22

Müəllim vakansiyaları

07 Oct, 05:09


Özəl bağçaya Uşaq həkimi tələb olunur

İşəgötürən: Resant Group

Ünvan: Karl Marks dairəsinin yanı, Azadlıq prospekti 154.

Namizədə tələblər:

Uşaqlarla, səbrlə ünsiyyət qurmağı;
Pedaqogika, sosial, yaş və uşaq psixologiyasını;
Gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini;
Uşaq masajını bilmək üstünlükdür.
Rus dili biliyi mütləqdir.
Təcrübə önəmlidir.
Yaş həddi: 25-45 yaş

İş rejimi: 5 gün, 08:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər "HƏKİM" edib CV-ni [email protected] elektron ünvanına və ya 0552109469 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Müəllim vakansiyaları

03 Oct, 13:55


İngilis dili Müəllimi tələb olunur

İşəgötürən: Turan Tədris Mərkəzi

Əmək haqqı: 700 manat +Bonus (Təcrübədən aslı olaraq əmək haqqı müzakirə oluna bilər)

İş qrafiki:
6 gün (İş qrafikini danışıq əsasında razılaşa bilərik )
Nahar fasiləsi
Yaş həddi: 22-45; Namizəd- Qadın və ya kişi
Təcrübə: min 1il

Vəzifəsi:
- DİM proqramı istiqamətində dərsləri təşkil etmək
- General English dilində tədris bacarığı
- Kurs təcrübəsinin olması mütləqdir

Tələblər :

İşə uyğun pedaqoji biliklər
Yüksək ünsiyyət qabiliyyəti
Məsuliyyət ən əsas tələbimizdir
(Tələbələr qəbul edilmir )

Ünvan: Bayıl qəsəbəsi, Bayıldım restoranının yaxınlığı (Əhəd Yaqubov küçəsi 9, Bayıl ərazisi- Yarat incəsənət mərkəzi ilə üzbəüz) Bayıl ərazisində və ya nisbətən yaxın ərazidə yaşayan üstünlük verilir.
(Xahiş edirəm uzaqda yaşayanlar, Həzi Aslanov , Əhmədli , Xırdalan və s. cv atmasın, Çünki müəyyən vaxt işlədikdən sonra yol problemi yaranmağa başlayır)

Müraciət qaydası: "İngilis dili" qeyd edib CV-nizi 051 310 66 62 , 055 445 82 45 nömrələrin WhatsApp-na göndərə bilərsiniz.

Müəllim vakansiyaları

03 Oct, 10:47


Gimnastika müəllimi tələb olunur

İşəgötürən: İncəsənət və Bilik Mərkəzi

Tələblər:

• Fərdi və qrup dərslərini icra etmə bacarığı və dərs zamani usaqlarin təhlukəsizliyinin təmin edilməsi
• Fərqli yaş aralıqlarında olan uşaqlarla işləmə bacarığı
• Şagirdlər ilə peşəkar şəkildə, pozitiv və effektli ünisyyət bacarıqları
• İxtisas üzrə ən azı 2 il iş təcrübəsi
• kollektivlə işləmə bacarığı

Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:
• Rus dili biliyi
• Sahə üzrə iş təcrübəsi

Namizəddən tələblər:

Aidiyatti sahədə 2 il iş təcrübəsi
Müxtəlif yaş və səviyyələrdə olan tələbələrə dərs vermək bacarığı
Kommunikasiya, təşviq, liderlik və yaradıcılıq bacarıqları
Əməkdaşlıq və komanda işi bacarıqları
Cinsi : xanım və bəy

Müraciət qaydası:

Yalnız tələblərə cavab verən namizədlərin başlıqda vakansiya adını "Gimnastika müəllimi" , mətndə əmək haqqı gözləntisini qeyd etməklə CV formalarını
[email protected] ünvanına göndərmələri xahiş olunur.

Müəllim vakansiyaları

02 Oct, 07:57


Bağçaya TİBB BACISI tələb olunur

İşəgötürən: Resant Group

Bağçadaxili tabeçilik

Birbaşa bağçanın direktoruna hesabat verir.
Yardımçı komandanın üzvüdür.

Tələb olunan keyfiyyətlər:

Peşəkar tibb bacısı ixtisası üzrə diplom;
Peşəkar tibb bacısı kimi uşaq tibb müəssisəsində ən azı 3 il iş təcrübəsi;
Kompüter bilikləri (Word, Excel), internet və elektron poçtdan istifadə bacarıqları;
Rus dili biliyi mütləqdir.

Ümumi vəzifələr:

Sağlamlıq vəziyyətinin qiymətləndirilməsi;
Xəstəliklə bağlı vəziyyətə müdaxilə, onun aradan qaldılması və davamlı müşahidəsi;
Sağlamlıq üzrə ümumi məlumatların hazırlanması, saxlanılması və yenilənməsinə görə məsuliyyət;
Bağçanın sağlamlıq üzrə siyasətinin, prosedurların və daxili fəaliyyət qaydalarının hazırlanması/yenidən baxılmasında köməklik;
Bağça üçün ilk yardım çantasının hazırlanması;
Valideynlər tərəfindən peyvənd təqviminin yerinə yetirilməsinə nəzarət.

Müsabiqədə iştirak etmək istəyənlər "Tibb bacısı" qeyd edib CV-lərini [email protected] ünvanına göndərə bilər.

Müəllim vakansiyaları

01 Oct, 07:09


Azərbaycan və rus dili üzrə redaktor və tərcüməçilər tələb olunur

AZƏRTAC Azərbaycan və rus dili üzrə redaktor, tərcüməçi vəzifələrinə vakansiya elan edib.

Vakansiya üzrə aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilərlər.

İş barədə məlumat
- Rus dilindən Azərbaycan dilinə xəbərlərin yazılı tərcümə edilməsi;
- Tərcümənin Azərbaycan dilində yüksək səviyyədə yerinə yetirilməsi;
- Redaktorun tapşırıqlarının operativ həyata keçirilməsi;
- İş vaxtı - növbəli.

Namizədə tələblər
- Ali təhsilli olmalı;
- Azərbaycan və rus dillərini mükəmməl bilməli;
- Tərcüməçi kimi azı 5 il iş təcrübəsi olmalı;
- Xəbər mətnlərinin üslubunu bilməli;
- Kompüterdə mətni sürətli yığa bilmək bacarığına malik olmalı;
- Komandada işləyə bilməli.

Tərcüməçi

İş barədə məlumat
- İngilis dilindən Azərbaycan dilinə xəbərlərin yazılı tərcümə edilməsi;
- Tərcümənin Azərbaycan dilində yüksək səviyyədə yerinə yetirilməsi;
- Redaktorun tapşırıqlarının operativ həyata keçirilməsi;
- İş vaxtı - növbəli.

Namizədə tələblər
- Ali təhsilli olmalı;
- Azərbaycan və ingilis dillərini mükəmməl bilməli;
- Tərcüməçi kimi azı 5 il iş təcrübəsi olmalı;
- Xəbər mətnlərinin üslubunu bilməli;
- Kompüterdə mətni sürətli yığa bilmək bacarığına malik olmalı;
- Komandada işləyə bilməli.

Azərbaycan dili üzrə redaktor

İş barədə məlumat

- Azərbaycan dilində xəbərlərin redaktəsi;
- İnformasiyaların buraxılışa hazırlanması;
- Vacib xəbərlərin operativ dərc edilməsinin təşkili;
- Müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi;
- Aktual mövzuların diqqətdə saxlanılması;
- Mətbuatın monitorinqi;
- Tam iş günü.

Namizədə tələblər

- Ali təhsilli olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli;
- Redaktor kimi mətbuatda azı 5 il iş təcrübəsi olmalı;
- Xəbər mətnlərinin üslubunu bilməli;
- Xəbərləri operativ oxuyub buraxılışa verməyi bacarmalı;
- Təşəbbüskar olmalı;

Rus dili üzrə redaktor

İş barədə məlumat

- Rus dilində xəbərlərin redaktəsi;
- İnformasiyaların buraxılışa hazırlanması;
- Vacib xəbərlərin operativ dərc edilməsinin təşkili;
- Müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi;
- Aktual mövzuların diqqətdə saxlanılması;
- Mətbuatın monitorinqi;
- Tam iş günü.

Namizədə tələblər

- Ali təhsilli olmalı;
- Rus dilini mükəmməl bilməli;
- Redaktor kimi mətbuatda azı 5 il iş təcrübəsi olmalı;
- Xəbər mətnlərinin üslubunu bilməli;
- Xəbərləri operativ oxuyub buraxılışa verməyi bacarmalı;
- Təşəbbüskar olmalı;

Namizədlərdən özləri haqqında məlumatı oktyabrın 15-dək [email protected] ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.

Yalnız qeyd edilən şərtlərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Müəllim vakansiyaları

27 Sep, 07:02


Bakı Mühəndislik Universiteti aşağıdakı fakültə və kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün MÜSABİQƏ ELAN EDİR

Dekan və kafedra müdiri vəzifəsini tutmaq üçün:

Kafedralar - Vəzifələr - Yerlər

İnformasiya və kompüter texnologiyaları - Dekan 1 (1,0 ştat)

Kibertəhlükəsizlik və kompüter mühəndisliyi kafedrası - Kafedra müdiri 1 (1,0 ştat)

İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası - Kafedra müdiri 1 (1,0 ştat)

Biznesin idarə edilməsi kafedrası - Kafedra müdiri - 1 (1,0 ştat)

Maliyyə və mühasibat kafedrası - Kafedra müdiri - 1 (1,0 ştat)

Qida və biotexnologiya kafedrası - Kafedra müdiri - 1 (1,0 ştat)

Kimya mühəndisliyi kafedrası - Kafedra müdiri - 1 (1,0 ştat)

Qeyd: Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq seçkinin elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı:

1. Kadrlar uçotunun şəxsi vərəqəsi;

2. Tərcümeyi-hal;

3. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

4. Elmi və elmi-metodiki işlərin siyahısı;

5. Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Qeyd: Müsabiqə elan olunan müəssisədə çalısan namizədlər isə qeyd olunan siyahıdakı 3, 4, 5-ci bəndlərdəki sənədləri təqdim edir.

Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Xirdalan şəhəri, H.Əliyev küçəsi №120, AZ0101, Abşeron, Azərbaycan

Müraciət qaydası: Uyğun vəzifə üçün başlıq qeyd edib [email protected] emailinə müraciətlərinizi göndərə bilərsiniz

Əlavə məlumat üçün:

Tel: +994(012) 349-99-66/67

Daxili nömrə: (1113, 1115, 1117, 1155, 1504)

Fax: (+99412) 349-99-90/91

Müəllim vakansiyaları

24 Sep, 10:14


General English dili müəllimləri tələb olunur

Əsas tələb əyani 19:00 dərslərini tədris edə bilməsi. Özgüvənli və dinamik olmasıdır.🙂

Biz isə dinamik kollektiv və iş mühiti təklif edirik.😁

Əmək haqqı: 800-1000 manat (özünə güvənib daha çox istəyənlər də ola bilər)

"General English dili " qeyd edib CV-nizi [email protected] e-mail adressinə göndərə bilərsiniz.

Müəllim vakansiyaları

23 Sep, 06:37


Fərdi dəstəkçi müəllim (müəllim - psixoloq) tələb olunur

İşəgötürən: Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Əmək haqqı: 700 Manat NET

Tələblər:

Psixologiya sahəsində ali təhsil.
Minimum 2 il peşəkar təcrübə (Uşaq psixiloqu, bağça yaş qruplarında iş və.s).
İngilis dilində konsultasiya apara bilmə.
Mürəkkəb və ciddi davranış problemləri olan uşaqlarla işləmək təcrübəsi.
Yaxşı ünsiyyət, şəxsiyyətlərarası və vasitəçilik bacarıqları.
Şagird ehtiyaclarını müəyyən etmək və onlara cavab vermək bacarığı.
Əla dinləmə və problem həll etmə bacarığı.
Sosial qəbuledicilik və bədən dilini başa düşmək.

Əsas öhdəliklər:

Davranış problemi olan şagirdə fərdi və vaideyn ilə birgə dəstək işlərinin aparılması.
Dərs zamanı kölgə müəllim funksiyasını yerinə-yetirmək.

Maraqlanan namizədlər şəkilli cari CV-lərini elektron məktubun mövzu hissəsində vəzifənin adı (Müəllim-psixoloq) göstərilməklə [email protected] elektron ünvanına göndərilməlidir. Yalnız seçilmiş namizədlər dəvət olunacaq.

Son müraciət tarixi: 05.10.2024

Müəllim vakansiyaları

19 Sep, 07:37


Moskva Dövlət Universitetinin Bakı filialı dekan müavinləri vəzifələri üzrə müsahibə elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı Psixologiya, Riyaziyyat, Filologiya, Fizika fakültələrində dekan müavinləri vəzifələri üzrə vakant yerlər olduğunu elan edir.

Vakant vəzifələr haqqında məlumat:

1. Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir;

2. Tədris prosesinə, tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir;

3. Müəllimlərin tədris məşğələlərində iştirak edir və onlara metodiki kömək göstərir;

4. Semestr imtahanlarının keçirilməsində iştirak edir;

5. Kafedralarda elmi-tədqiqat işlərinin müzakirə olunmasına və təhvil verilməsinə nəzarət edir;

6. Dekanlıqda, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir;

7. Tələbələrlə bağlı tədris-tərbiyə işlərini və tələbələrin elmi fəaliyyətini istiqamətləndirir.

İş qrafiki: 6 günlük

• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Namizədə aid tələblər:

• Profilə uyğun baza təhsili;

• Elmi dərəcə və elmi ad;

• Üç il elmi-pedaqoji staj;

• MS Office proqramlarında sərbəst işləmə bacarığı;

• Azərbaycan və rus dillərini bilməsi zəruridir.

Vakansiya ilə maraqlanan şəxslər Azərbaycan və ya rus dillərində şəkilli CV-lərini məktubun mövzu hissəsində seçdiyi vəzifənin adını qeyd etməklə
[email protected] ünvanına 20.10.2024-cü il tarixinədək göndərə bilərlər.

Müəllim vakansiyaları

18 Sep, 09:19


Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ixtisas fənn müəllimi üzrə saat hesabı müəllimlər axtarırlır

VƏZİFƏLƏR:

1. Logistika operatoru-410
2. Elektronika və kommunikasiya sistemlərinin istismarı-600
3. Hesablama əməliyyatı (ödənişli)-600
4. İnteryer dizayn (ödənişli)-630
5. Hesablama əməliyyatı-1163
6. Kiber təhlükəsizlik (ödənişli)-1860

Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiz.

Müəllim vakansiyaları

17 Sep, 10:52


İngilis dili Müəllimi tələb olunur

İşəgötürən: Turan Tədris Mərkəzi

Əmək haqqı: Razilasma yolu ilə

Ünvan: Bayıl qəsəbəsi, Bayıldım restoranının yaxınlığı (Əhəd Yaqubov küçəsi 9, Bayıl ərazisi- Yarat incəsənət mərkəzi ilə üzbəüz) Bayıl ərazisində və ya nisbətən yaxın ərazidə yaşayan üstünlük verilir.
(Xahiş edirəm uzaqda yaşayanlar, Həzi Aslanov , Əhmədli , Xırdalan və s. cv atmasın, Çünki müəyyən vaxt işlədikdən sonra yol problemi yaranmağa başlayır)

İş qrafiki: 1, 3, 5 ci günlər, İş saat 14:00-19:00 dək
Nahar fasiləsi
Yaş həddi: 23 +
Təcrübə: min 1il

Tələblər :

İşə uyğun pedaqoji biliklər
Yüksək ünsiyyət qabiliyyəti
Məsuliyyət ən əsas tələbimizdir
(Tələbələr qəbul edilmir )

Müraciət qaydası: "İngilis dili" qeyd edib CV-nizi 051 310 66 62 , 055 445 82 45 nömrələrin WhatsApp-na göndərə bilərsiniz.

Müəllim vakansiyaları

13 Sep, 04:48


Azərbaycan Universitetinə müəllimlər tələb olunur

Azərbaycan Universitetində aşağıda adları qeyd edilmiş fənləri (yaz və payız semestri üzrə - Azərbaycan bölməsində) tədris edə biləcək təcrübəli müəllim tələb olunur


1. Layihələrin idarə edilməsi
2. Biznes layihələrinin idarə edilməsi
3. İnnovasiya menecmenti
4. Menecment

Namizədə əsas tələblər:
1. Minimum magistr dərəcəsi (Elmi dərəcənin olması üstünlükdür)
2. Müvafiq sahə üzrə pedaqoji təcrübə (mütləq şərtdir)

Uyğun namizdələr CV-lərini [email protected] email ünvanına göndərərək müraciət edə bilərlər. Qeyd edim ki, vakansiya qısa müddətdə bağlanacaq.

Müəllim vakansiyaları

12 Sep, 07:26


Təhsil ocağına işçilər axtarılır

İşəgötürən: "MEGA KİDS" Təhsil Ocağı | Bağça | Məktəbəqədər hazırlıq

VƏZİFƏLƏR:

1. SÜRÜCÜ (Sürücülük vəsiqəsi D kateqoriya)
2. Aşbaz

Ünvan: Badamdar 3-cü mas

Sizə uyğun vəzifənin adını qeyd edib (Məs: SÜRÜCÜ) 050 501 8006 whatsapp nömrəsinə ysxs bilərsiniz.

Müəllim vakansiyaları

12 Sep, 06:29


Uşaq Baxıcısı tələb olunur

İşəgötürən: Sabah Residence MTK

İş yeri: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi SABAH RESİDENCE yaşayı kompleksi

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:

İşin təsviri
Uşaq əyləncə zonasında uşaqlarla oyun oynamaq
İş qrafiki həftə içi 6 iş günü
Günlük 6 saat
Həftədə bir dəfə istirahət günü
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi
dil bilikləri və s.):

Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili sərbəst
Uşaqlarla oynamağı, uşaqlara oyunları izah etməyi bacarmalı
Məsuliyyətli, gülərüz, aktiv, səliqəli olmalı

Namizədlərdən şəkilli CV-lərini “Uşaq baxıcısı” mövzusu ilə
[email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.


dayə

Müəllim vakansiyaları

11 Sep, 13:08


Özəl uşaq bağçasına müəllim tələb olunur

İşəgötürən: RESANT GROUP

Namizədə tələblər:

Ali təhsil;

Məsuliyyətli, komanda ilə işləmək bacarığı, uşaqları sevmək;
İngilis və rus dili biliyi mütləqdir.

Əmək haqqı: 600 AZN (artandır)

İş qrafiki: 08:00- 18:00 həftəiçi 5 gün

Ünvan: Karl Marks dairəsinin yanı.

Əlaqə nömrəsi: 055 210 94 69

Tələblərə cavab verən namizədlərdən öz CV-lərini “Müəllim” başlığı altinda [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

bağça baxça

Müəllim vakansiyaları

10 Sep, 09:35


İbtidai siniflər üzrə Azərbaycan dili müəllimi tələb olunur

işəgötürən: Avropa Azərbaycan Məktəbi

Birbaşa rəhbər: İbtidai Məktəb Müdiri

Ümumi təsvir:

Xarici şagirdlərə Azərbaycan dilinin öyrədilməsi, həmçinin Azərbaycan dilinin öyrənilməsində çətinlik çəkən yerli şagirdlərə dilin təkmilləşdirilməsi üzrə kömək etmək, şagirdlərə və məktəbdə tədris edilən proqramlara uyğun planın hazırlanması və tətbiqi.

Təhsil və təcrübə:

Ali təhsil üzrə diplom (ibtidai təhsil üzrə müəllimlik diplomu üstünlükdür);
Bu sahədə ən az iki il iş təcrübəsi;
Dərslərin İbtidai siniflərdə tədris edilən kurrikulum və proqramlara uyğun təşkili;
Şagirdlərin öyrənməsinə dəstək üçün lazımi proqramların tərtibi və tədrisi;

Şəxsi keyfiyyətlər:

Komandada işləmək bacarığı;
İşə vaxtında gəlmək, punktual olmaq, dərs cədvəlinə əməl etmək və yaxşı təşkilatçılıq bacarığına sahib olmaq.
Şagirdlər, valideynlər və məktəb heyəti tərəfindən yönləndirilmiş sorğuları vaxtında cavablandırmaq.
Dil bacarıqları:

Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı
İngilis dili biliyi üstünlükdür

Müraciət:

Bu vəzifəyə müraciətdə maraqlısınızsa mövcud təhsiliniz və təcrübəniz üzrə tərcümeyi-halınızı
[email protected] e-poçt ünvanına göndərin. Tərcümeyi-halınızı göndərərkən e-poçtun başlığında vəzifənin adını qeyd etmək mühümdür.