MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və Peşə təhsili @miq_musabiqe Channel on Telegram

MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və Peşə təhsili

@miq_musabiqe


MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbuluna və Peşə təhsilinə aid bütün yeniliklər bu kanalda

MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və Peşə təhsili (Azerbaijani)

MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbuluna və Peşə təhsilinə aid bütün yeniliklər bu kanalda. 'miq_musabiqe' adlı Telegram kanalında tərbiyəçi və müəllimlər üçün ən son MİQ, DİQ sertifikasiyası, məktəbəqədər təhsil müəssisələrinin işə qəbul prosesi və peşə təhsili ilə bağlı məlumatlar paylaşılır. Bu kanal, təlim və tədris sahəsində fəaliyyət göstərən hər kəs üçün ən əlverişli mənbədir. Burada təcrübəli tərbiyəçilər və müəllimlər öz bilik və bacarıqlarını artıra bilər, yeni təlim texnologiyaları və metodologiyaları barədə məlumat əldə edə bilər və peşələrinin inkişafına yardım ala bilərlər. 'miq_musabiqe' kanalı, tərbiyə sahəsindəki yeniliklərdən xəbərdar olmaq və peşə təhsilinə dair ən son dəyişiklikləri öyrənmək istəyənlər üçün ən yaxşı seçimdir. MİQ və DİQ sertifikasiyası, məktəbəqədər təhsil müəssisələrinin işə qəbul prosesi və peşə təhsili haqqında ən doğru və aktual məlumatlar üçün 'miq_musabiqe' kanalına abunə olun və təhsil sahəsindəki yeniliklərdən geri qalmayın.

MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və Peşə təhsili

19 Nov, 17:09


Müddətli əmək müqaviləsi ilə II iş yerində müəllim çalışmaq istəyənlər üçün ərizə qəbulu başlayır
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə çalışmaq istəyən müəllimlər üçün ərizə qəbulu elan edilir.

Çalışmaq istəyən müəllimlər 20-23 noyabr 2024-cü il tarixlərində saat 09:00-dan 18:00-a kimi Dağlıq Şirvan Regional Təhsil İdarəsinə (Şamaxı şəhər, Şəhriyar küçəsi 21) yaxınlaşaraq ərizə ilə müraciət edə bilərlər.

Qeyd edək ki, ərizə ilə yalnız həmin rayonlar üzrə ümumi təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər.

Həmçinin 1 vakant yerə 2 və ya daha artıq seçim olduqda müvafiq fənn üzrə ixtisas balı və eyni zamanda ixtisas üzrə əmək stajı nəzərə alınacaqdır.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunmuş vakant yerlər ilk olaraq 2024/2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə elan edilmiş, lakin müvafiq turlarda tutulmayan boş qalmış yerlərdir.

Vakant yerlərlə linkə daxil olaraq tanış ola bilərsiniz:

https://t.ly/CEdTe

#EduAz #DağlıqŞirvanRTİ #Müəllim #Vakansiya

MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və Peşə təhsili

07 Nov, 16:02


Musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə başlanılır.
- - - - -
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir.
Müsabiqədə musiqi ixtisası üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər.

Qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 7 noyabr saat 18:00 tarixindən 17 noyabr saat 23:00 tarixinədək https://forms.gle/aNni8pBn5fDE5f2D8 link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Vakansiyaları sizə təqdim edirik:
https://ref.az/EM2NY5

Qeydiyyatdan keçən zaman tələb olunan sənədlər: şəxsiyyəti təsdiq edən sənədin surəti, təhsil haqqında sənədin (diplomun) surəti və əmək kitabçasının (olduğu halda)surəti;
Müsabiqə 2 mərhələdən (qeydiyyat və müsahibə) ibarətdir.
Müsahibə mərhələsində 2 və daha çox namizəd uğur qazandığı halda, aşağıdakı ardıcıllıqla işə qəbuluna üstünlük veriləcək:
1. Şəhid ailəsi üzvlərinə;
2. Həyat yoldaşı və ya özü Vətən müharibəsi iştirakçısı olanlara;
3. Təhsil pilləsi (səviyyəsi) daha yüksək olanlara;
4. Pedaqoji stajı daha çox olanlara.

#MÜTDA #MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #MusiqiRəhbəri

MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və Peşə təhsili

05 Nov, 17:04


Yardımçı və digər pedaqoji heyət vəzifələri üzrə işə qəbul üçün müsabiqə elan edilir
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan Psixoloq, Kitabxana müdiri, Kitabxanaçı, Uşaq Birliyi Təşkilatı rəhbəri və Laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.

İşə qəbul prosesi test və müsahibə olmaqla iki mərhələdə həyata keçiriləcək.

Namizədlər üçün tələblər: (psixoloq)

- psixoloq ixtisası üzrə ali təhsil;

Tələb edilən sənədlər: (psixoloq)

- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti; (varsa)
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;

Namizədlər üçün tələblər: (Kitabxana müdiri)

-kitabxanaçılıq üzrə orta ixtisas təhsili olduqda 5 ildən az olmayaraq əmək stajı, ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil olduqda 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı

Tələb edilən sənədlər: (Kitabxana müdiri)

- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;

Namizədlər üçün tələblər: (Kitabxanaçı)

-kitabxanaçılıq ixtisası üzrə orta ixtisas və ya ali təhsil

Tələb edilən sənədlər: (Kitabxanaçı)

- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti; (varsa)
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;

Namizədlər üçün tələblər: (Uşaq Birliyi Təşkilatı Rəhbəri)

-orta ixtisas və ya ali təhsil (pedaqoji)

Tələb edilən sənədlər: (Uşaq Birliyi Təşkilatı Rəhbəri)

- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti; (varsa)
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;

Namizədlər üçün tələblər: (laborant)

- orta ixtisas və ya ali təhsil (fizika, kimya və bilologiya fənləri üzrə)
- texniki sahə üzrə orta ixtisas və ya ali təhsil (informatika laborantı)

Tələb edilən sənədlər: (laborant)

- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti; (varsa)
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;

Tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar. Test imtahanı nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Müsabiqədə iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri noyabrın 6-dan 19-dək (8, 9, 10, 11, 12, 13, 17 noyabr tarixləri qeyri iş günləri olduğu üçün sənəd qəbulu aparılmayacaq) Dağlıq Şirvan Regional Təhsil İdarəsinə (Şamaxı şəhəri, Şəhriyar küçəsi, 21) təqdim etməlidirlər.

Aşağıdakı keçid vasitəsilə sözügedən vəzifələr üzrə vakant olan ümumi təhsil müəssisələri ilə tanış ola bilərsiniz:

https://t.ly/IRs8H

#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Vakansiya #SənədQəbulu

MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və Peşə təhsili

04 Nov, 15:44


📢 Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsi keçiriləcək.

Müsabiqənin test mərhələsində 30 baldan yuxarı nəticə göstərmiş namizədlər 04 noyabr tarixindən 07 noyabr 2024-cü il tarixinədək (saat 17:00-dək) aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

🔗 Qeydiyyat linki: https://forms.gle/FsuMaSe9fP9qxhDC8

Qeydiyyat başa çatdıqdan sonra müsabiqənin müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcək.

Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasından ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcək. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət olunacaq.

Müsahibədə 2023-cü ildə keçirilən müsabiqənin test imtahanı mərhələsində uğur qazanan namizədlərlə yanaşı 2022-ci ildə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqədə uğur qazanıb ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər də vakansiya seçimində iştirak edə bilərlər.

🔗 Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı: https://shorturl.at/xHbTM

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #tərbiyəçimüəllim #işəqəbul #müsahibə

MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və Peşə təhsili

20 Oct, 16:49


Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi üzrə yüksək bal toplayanların bir qismini təqdim edirik.

#ElmvəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #EduAzİRM #Məktəbəqədər #DiaqnostikQiymətləndirilmə

MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və Peşə təhsili

16 Oct, 09:58


Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!
- - - -
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayonu üzrə təhsil sektorunun tabeliyində olan ümumi təhsil müəssisələrində hal-hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə əlavə iş yerində çalışmaq istəyən müəllimlər Zaqatala rayonu üzrə təhsil sektoruna ərizə ilə müraciət edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimində müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilməsində iştirak edib ən azı 50% nəticə əldə etmiş və ümumi təhsil müəssisələrində hazırda müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərən müəllimlər iştirak edə bilərlər.

Həmçinin 1 vakant yerə 2 və ya daha artıq seçim olduqda müvafiq fənn üzrə ixtisas balı və əsas iş yerindəki dərs yükü nəzərə alınacaqdır.

Vakansiyalarla bağlı cədvəl aşağıda qeyd olunub.

Link: https://ref.az/DASbzB

#EduAz #ŞəkiZaqatalaRTİ #Müəllim #Vakansiya

MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və Peşə təhsili

16 Oct, 09:56


📢 Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində olan vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.

Sənəd qəbulu 16 oktyabr 2024-cü il tarixindən 30 oktyabr 2024-cü il saat 17:00-dək davam edəcək.

📄 Müraciət etmək istəyən şəxslər zəruri sənədləri iş günləri ərzində saat 10:00-dan 17:00-dək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq rayon təhsil sektorlarına təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
🟦 şəxsiyyəti təsdiq edən sənədin surəti;
🟦 əmək kitabçasının surəti;
🟦 ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

Namizədlər üçün tələblər:
pedaqoji ixtisas üzrə ali təhsil;
3 ildən az olmayaraq pedaqoji staj;
hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi;
sonuncu iştirak etdiyi müsabiqədə qiymətləndirmə nəticəsinin 70%-dən yuxarı olması (MİQ, DQ və ya sertifikatlaşdırma balı).

Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqə yolu ilə aşağıda qeyd olunan mərhələlərdən ibarət olmaqla regional təhsil idarəsi tərəfindən həyata keçiriləcək:
☑️ Qeydiyyat və sənədlərin yoxlanışı;
☑️ Onlayn platformada 30 saatlıq təlim (minimum iştirak tələbi-27 saat);
☑️ Onlayn test imtahanı;
☑️ Əyani test imtahanı;
☑️ Müsahibə.

Müsabiqənin yekun nəticələrinə əsasən namizədlərin vakant yerlərə yerləşdirilməsi aparılacaqdır. Müsabiqə nəticəsində ehtiyat kadrların saxlanılması nəzərdə tutulmur.

🔗 Aşağıdakı keçidlərdən istifadə edərək Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz:
Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə vakant yerlər - https://shorturl.at/E9gxa
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsi üzrə vakant yerlər - https://shorturl.at/UkPSH

Qeyd üçün bildiririk ki, yeni vakansiyalar yarandıqca hazırda təqdim olunan siyahıya əlavələr ediləcək.

#LənkəranAstaraRTİ #MÜTDA #EduAz #müsabiqə #vakansiya

MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və Peşə təhsili

09 Oct, 09:43


Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.

Ətraflı: https://ganja.edu.gov.az/az/page/4972/75890

#EduAz #GəncəDaşkəsənRTİ #Müəllim #Məktəb

MİQ, DİQ, Sertifikasiyası, Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və Peşə təhsili

09 Oct, 06:04


Direktor müavinlərinin işə qəbulu üzrə müsabiqə elan edilir
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

İşə qəbul prosesi test və müsahibə olmaqla iki mərhələdə həyata keçiriləcək.

Namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;
- 3 ildən az olmayaraq pedaqoji staj;
- hazırda ümumi təhsil müəssisələrində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.

Üstünlük veriləcək namizədlər:

- Müəllimlərin işə qəbulu üzrə müsabiqə, sertifikatlaşdırma və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;
- Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ehtiyat kadr siyahısına daxil edilmiş, test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;

Tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar. Test imtahanı nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

- Vəzifə üzrə praktiki biliklər;
- İdarəetmə bacarıqları;
- Şəxsi keyfiyyətlər.

Müsabiqədə iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri oktyabrın 8-dən 16-dək Dağlıq Şirvan Regional Təhsil İdarəsinə (Şamaxı şəhəri, Şəhriyar küçəsi, 21) təqdim etməlidirlər.

Aşağıdakı keçid vasitəsilə sözügedən vəzifələr üzrə vakant olan ümumi təhsil müəssisələri ilə tanış ola bilərsiniz:

https://t.ly/K83Cb

#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #DirektorMüavini #SənədQəbulu

4,034

subscribers

888

photos

13

videos