➻İŁꝀ ĦɆꝀȺɎəMSəN @umutsuz_hayaller Channel on Telegram

➻İŁꝀ ĦɆꝀȺɎəMSəN

@umutsuz_hayaller


Kaybedenler klubü...🌚
22.09.2023

➻İŁꝀ ĦɆꝀȺɎəMSəN (Turkish)

Merhaba! Bugün size umutsuz hayallerine terapi yapabileceğiniz mükemmel bir platformdan bahsedeceğim. Evet, doğru duydunuz, ➻İŁꝀ ĦɆꝀȺɎəMSəN adlı Telegram kanalı tam da kaybedenler kulübü için tasarlanmış bir platformdur. Bu kanal, umutsuz hayalleri olan herkes için bir destek ve paylaşım alanı sağlamaktadır. 22 Eylül 2023 tarihinde kurulan kanal, umutsuzluğunuzu paylaşabileceğiniz ve birlikte çözümler arayabileceğiniz bir topluluk oluşturmayı amaçlamaktadır. Kanalın adı da zaten bu amacı yansıtmaktadır: ➻İŁꝀ ĦɆꝀȺɎəMSəN, yani 'İleri HekayeMSen'... Burada hayallerinizi paylaşabilir, destek alabilir ve birlikte umut dolu bir geleceğe doğru adım atabilirsiniz. Eğer siz de umutsuz hayallerinizi terapi yapmak istiyorsanız, hemen ➻İŁꝀ ĦɆꝀȺɎəMSəN kanalına katılın ve kendinizi anlatmaya başlayın!

➻İŁꝀ ĦɆꝀȺɎəMSəN

22 Nov, 20:26


Bir zamanlar aşkla baktığın o insan, gün geliyor göz yaşlarının sebebi oluyor...

➻İŁꝀ ĦɆꝀȺɎəMSəN

18 Oct, 11:09


+ Gəl bir oyun oynayaq səninlə "Sevdinmi sevmədinmi " oyunu.

+ Məsələn qara rəngi sevdinmi sevmədinmi? - Sevdim

+ Bəs məni necə? Sevdinmi sevmədinmi?
- ......

➻İŁꝀ ĦɆꝀȺɎəMSəN

14 Oct, 19:38


"Razı olmadığımız taleyi yaşamağa məhkum olmuşuq. Məcbur etdilər, olmayınca da dözməyə məcbur etdilər. Görmək istədikləri kimi olmağa mecbur etdilər. Amma hər zaman yalnız buraxdılar...
Geriyə baxıb, ömrümüzə təssüfləndiyimiz gecələrdə 'necəsən?' deyə soruşan da olmadı. İçimizdə tükənmiş birini daşıyan bir cism olduq. Hər kəs də yaşayır zənn etdi..."

➻İŁꝀ ĦɆꝀȺɎəMSəN

13 Oct, 20:01


00:00🖤

➻İŁꝀ ĦɆꝀȺɎəMSəN

11 Oct, 12:17


Her kes bir gün evine döner...🫠

➻İŁꝀ ĦɆꝀȺɎəMSəN

09 Oct, 14:00


Oğlanın günahı sevməyiydimi?
Təklik tənhalığa dözməyiydimi?
Hər gecə ümidini üzməyiydimi?
Canan özgənindi aşiq neynəsin?

Tez küsən sevgilim,indi hardasan?
Bu dəfə bu küslülük çox çəkmədimi?
Biz axı küsəndə tez barışardıq,
Ayrılıq sənədə çox gəlmədimi?

Tək qoyan sevgilim sən uzağdasan.
De necə qovuşum həsrətimə mən,
Sən yad bir evdəsən yad ocağdasan,
İncinib küsmüşəm qismətimə mən.

Günəşim sən idin,sən dəki soldun...
Gündüzüm gecəyə qarışıb indi,
Bir biz barışa bilmədik əfsus,
Şeytan mələk belə barışıb indi.

Solmuş lalələrdən olmaz çəmənzar.
Çox ox qəmlər çəkmişəm çox giley güzar,
Bu cavan könlümdə intizarın var.
Ruh qoca cismim gənc qarışıb indi.

Əgər ki,yarıda qoyacağdınsa
Qəlbimin yarasın soyacaqdınsa.
Bu eşqdən belə tez doyacağdınsa,
De, niyə sevdirdin özünü mənə?

Mən bir əsgər idim postda dururdum,
Hər dəfə düşünüb xəyal qururdum,
Eşqi xatırlayıb qürur duyurdum
Sevmirdin demədin düzünü mənə .

Bir ovuc kül idin,ocağın oldum,
Üşüyən ruhunun qucağı oldum,
Ömrünün ən şirin,xoş çağı oldum
Özüm öz qədrimi bilib gedirəm...

Nə kül nə ocağ sən yandırdın getdin,
Xeyli düşündürdün qandırdın getdin,
Nən səni anama demişdim axı
onun yanında da utandırdın getdin.

Arzular böyütdüm,baxıb görmədin,
Başıma tac etdim dəyər bilmədin,
Tanıdım...Utandım...Sənsə ölmədin,
İçimdə min dəfə ölüb gedirəm.

Arzular böyüməz qalıb dağınığ,
Axı biz iki yad biz ayrı canığ,
Ayrı bədənlərdə eyni insanığ,
Saxtakar üzünə gülüb gedirəm.

Günəşim sanmışdım baxışlarını,
Sonradan öyrəndim "naxışlarını",
Ağlayan sevgimin göz yaşlarını,
Peşman qollarıma,silib gedirəm...

➻İŁꝀ ĦɆꝀȺɎəMSəN

05 Oct, 12:03


🥺

➻İŁꝀ ĦɆꝀȺɎəMSəN

04 Oct, 11:23


Storilərinizə özəl 🖤

➻İŁꝀ ĦɆꝀȺɎəMSəN

02 Oct, 09:25


Sevgi.? Nədir ki Sevgi? Sevgi bir qadınla sevgili olub saatlarca yazışmaq və ya danışmaq deyil, Sevgi bir qadına ümidlər verib ümidlərini qirmaq deyil, istədiyin vaxt barışıb istədiyin vaxt küsmək deyil, özünə bağlayıb tərk edib getməy deyil sevgi.Göz yaşlarına səbəb olmaqda deyil. Sevgi xəyallar qurub o xəyalları yaşamaq və yaşatmaqdı.Küsdürəndə könlünü alıb saçlarına sığal çəkməkdi sevgi,hər nə olursa olsun yanında qalmaqdı, Ağlayanda yanağlarından süzülən göz yaşlarını silib gülüşünə səbəb olmaqdı Sevgi..O qədərdə çətin deyil Sevmək Sevilmək o qədərdə çətin deyil bir qadını xoşbəxt etmək. Gör nə qədər sevgidən qəlbi qırılmış qadınlar var dünyada, düşündünüzmü onlar bir rəsm olsa rəssamı kim olar.? Cavabında mən verim)) Şərəfsiz "kişiciklər". Unutmayaq ki, xoşbəxt qadınlarında Rəssamı Əsl Kişilərdir...

➻İŁꝀ ĦɆꝀȺɎəMSəN

30 Sep, 19:15


🥺...

➻İŁꝀ ĦɆꝀȺɎəMSəN

28 Sep, 17:53


İlahi bu necə sevgidir belə,
Qoxusun içimə çəkib qalmışam.
Gəlməyən insanın yoluna hərgün,
Bu yaşlı gözümü dikib qalmışam.

Dur məni qucaqla mənimlə danış,
Sözlərim yığılıb qalıb üst-üstə.
Bilirsən qısqancam burda yataram,
Heçkimi qoymaram məzarın üstə.

Məzarın üstündə çox ağlayıram,
Nə qədər çəkəcək,hələ bilmirəm,
Hər dəfə qəbrinin üstə gəlirəm,
Gedəndə özümə gələ bilmirəm.

Bəlkədə soyuqdu qucaqlayan yox,
Donubdu vücudun tərpənə bilmir.
Sən olan həyata öyrəşən insan,
Sənsiz bu həyata öyrəşə bilmir.

Yoxluğun o qədər yandırır məni,
Bu ağır dərdi mən necə daşıyım?
Dünyaya səninlə bağlandım indi,
Məcburam dünyada sənlə yaşayım...