Subbakalavrlar

@subbakalavrlar


Kollecdən - Universitetə 🏢
Düzgün ixtisas seçimi 👨🏻‍💻
Əlqə 📞 https://wa.me/+994504307781

Subbakalavrlar

18 Oct, 09:00


COP29-da Bakı sakinlərinə evdən çıxmaqla bağlı hər hansı bir məhdudiyyət olmayacaq. Bu barədə COP29-un baş icraçı direktoru deyib.

Subbakalavrlar

15 Oct, 20:39


Daha 2 kollecə direktor müavini təyin olunub:

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) tabeliyindəki kolleclərə direktor müavinləri təyin olunub. Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, EATDA-nın müvafiq əmri ilə Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Subbakalavrlar

05 Oct, 08:10


Müəllimlər günü münasibəti ilə kanalımızı izləyən müəllimlərimizi canı-könüldən təbrik edirik.

Subbakalavrlar

02 Oct, 07:22


2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdır. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilmişdir.

Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 479, bakalavriat səviyyəsi üzrə isə 1002 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilmişdir. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilmişdir.

Dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış tələbələrin saylarının ali təhsil müəssisələri üzrə paylanması ilə şərhdə yerləşdirilmiş keçiddə tanış ola bilərsiniz.

https://t.ly/l05ny

Subbakalavrlar

30 Sep, 15:24


🔴Bakı Avrasiya Universitetinin yeni rektoru Səyavuş Qasımov oldu.

BDU-nun Tarix fakültəsinin bakalavr və magistr məzunu olan Səyavuş müəllimə uğurlar arzulayırıq.

Subbakalavrlar

30 Sep, 15:18


Kolleclərə direktor müavinləri təyin olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Elza Qurbanova Ağdaş Dövlət Humanitar Kollecinə, Firuzə Fərmanlı isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Subbakalavrlar

26 Sep, 18:26


27 Sentyabr – Vətən müharibəsi bizim Şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.

Bu gün Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı hörmətlə anırıq.

Vətən uğrunda vuruşan hər bir əsgər Qəhrəmandır!

Subbakalavrlar

24 Sep, 11:26


İxtisas seçimi etmiş abituriyentlər müsabiqə nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələr saytımıza da yerləşdirilib.

Qəbul olunan abituriyentlər 27 sentyabr saat 11:00-dan 3 oktyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Subbakalavrlar

23 Sep, 16:16


Tələbələrin köçürülməsi prosesi yekunlaşıb.

Ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.

Subbakalavrlar

23 Sep, 16:13


Bakı-Sumqayıt sürət qatarlarında qiymətlər 10-20 qəpik bahalaşır.

Subbakalavrlar

23 Sep, 11:42


RƏSMİ ‼️

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov və Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov #vəzifələrindən #azad #edilib.

Heydər Əsədov Milli Məclisə Azad Novruzov isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçiliblər.

Subbakalavrlar

23 Sep, 10:33


Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Subbakalavrlar

20 Sep, 07:51


İxtisas seçimi 23 sentyabr saat 23:59-dək davam edəcək.

İxtisas seçimi üçün: https://wa.me/+994504307781

Subbakalavrlar

20 Sep, 07:48


Abituriyyent 9 (Formalaşan keçid balları)

Subbakalavrlar

20 Sep, 07:47


Abituriyyent 11 (Boş qalan yerlər)

Subbakalavrlar

20 Sep, 07:30


11 illik bazadan kolleclərə 2-ci tur üçün ixtisas seçimi başlandı❗️

İxtisas seçimi 23 sentyabr saat 23:59-dək davam edəcək.

İxtisas seçimi üçün: https://wa.me/+994504307781

Subbakalavrlar

18 Sep, 18:45


Xaricdə təhsil almaq üçün hələ də gec deyil. Bunun üçün bizə müraciət edə bilərsiniz:

https://wa.me/+994504307781

Subbakalavrlar

16 Sep, 14:13


🔥🔥🔥Tələbələr üçün ən yaxşı alternativ, rahat və ucuz nəqliyyat sürət qatarlarıdır.

📌📢Yeni tədris ili başlandısa bu avtomobil yollarında tıxacların olması qaçınılmaz edir. #Tələbələrə, müəllimlərə, xüsusilə də bu il qəbul olmuş yeni tələbələrə alternativ nəqliyyat vasitələrindən istifadəni tövsiyə edirik.

🚝🚇 Əsasən ADNSU, ADU, BSU, BMA, və SDU tələbələri Sumqayıt-Xırdalan-Bakı və Sumqayıt-Pirşağı-Bakı xətləri üzrə səfərlərini həyata keçirə bilərlər.

🕣📣Dərslərin saat 08:30, 09:00-da başladığını nəzərə alsaq, saat 07:15, 07:40 və 07:50 reysləri ilə Sumqayıtdan çıxan tələbələr rahat universitetlərinə çata biləcəklər.

Həmçinin Xırdalandan 20 dəqiqəyə, Sabunçudan 15 dəqiqəyə, Biləcəridən isə cəmi 14 dəqiqəyə “28 May” ərazisinə çatmaq mümkündür.

‼️Dərsdən yorğun halda çıxan səhər növbəsinin tələbələri üçün isə saat 15:50 reysi ən uğurlu seçimdir.

🚊Bilik yolunuz açıq olsun!

Subbakalavrlar

16 Sep, 09:34


İlk dərs günü necə keçdi?

Subbakalavrlar

15 Sep, 18:39


Sabahdan etibarən yeni dərs ilinə start verilir. Bu münasibətlə bütün tələbələrə uğurlar arzu edirik.