Azərbaycan xəbərləri @azerbaycan_xeberleri Channel on Telegram

Azərbaycan xəbərləri

@azerbaycan_xeberleri


Azərbaycan xəbərləri, region xəbərləri, eksklüziv xəbərlər, ən son xəbərlər, Qarabağ və dünya xəbərləri, müharibədən ən son və eksklüziv videolar.

Söhbət qrupumuz: https://t.me/azerbaycan_xeberleri_chat

Azərbaycan xəbərləri (Azerbaijani)

Əgər Azərbaycan xəbərləri, region xəbərləri, eksklüziv xəbərlər, ən son xəbərlər, Qarabağ və dünya xəbərləri ilə əlaqəliysəniz, "@azerbaycan_xeberleri" telegram kanalı tam sizin üçün! Bu kanal vasitəsilə ən son və eksklüziv xəbərlərə çatmaq mümkündür. Sizə dünyanın fərqli bölgələrində baş verən hadisələr haqqında ən son məlumatları əhatə edir. Ən maraqlı məqamları, digər kanallardan əvvəlcədən duyurulan xəbərləri burada tapa bilərsiniz. Həmçinin kanalın söhbət qrupuna daxil olub fikir mübadiləsi etmək mümkündür. Azərbaycan xəbərləri ilə əlaqənizi gücləndirmək və daha geniş məlumat əldə etmək istəyirsinizsə, "@azerbaycan_xeberleri" kanalını izləməyə başlayın. Sürətlə məlumatlandırılmaq və ən maraqlı hadisələri əhatə etmək üçün bu kanalı seçin!

Azərbaycan xəbərləri

19 Jan, 11:06


DİN: İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.

DİN-nin məlumatına görə, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin olunmuş, istintaqın obyektiv aparılması üçün qanunamüvafiq tədbirlər görülür.

Azərbaycan xəbərləri

19 Jan, 10:13


Bakıda avtoşluq edən sürücü həbs edilib.

İbrahim Şükürov məhkəmənin qərarı 15 sutka inzibati qaydada həbs edilib və bir illik sürücülük hüququ məhdudlaşdırılıb.

Azərbaycan xəbərləri

19 Jan, 06:36


İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının Rəfah şəhərindən texnikasını geri çəkməyə başlayıb

Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

“İsrail hərbçiləri öz texnikasını cənubdakı Rəfah şəhərinin mərkəzindən çıxarmağa başlayıblar”, - nəşr yazıb.

Geri çəkilmənin Misirlə cənub sərhədi boyunca Filadelfiya dəhlizi adlanan ərazidə həyata keçirildiyi bildirilib.

Azərbaycan xəbərləri

19 Jan, 06:17


ABŞ-də “TikTok”un fəaliyyəti qadağan olunub.

Proqram “Apple App Store”dan çıxarılıb. Onu “Google Play” proqramlar mağazasında yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra proqram işləmir.

Bildirilir ki, Çin platformasının ABŞ-dəkı auditoriyası 170 milyon nəfərdir.

Azərbaycan xəbərləri

18 Jan, 17:57


Milli Qəhrəman Hökümə Əliyevanın  atasının bank kartından pul vəsaitini oğurlayan 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu həbs edilib

Azərbaycan xəbərləri

18 Jan, 15:12


🇦🇿🦠 Azərbaycanda meymunçiçəyi virusuna yoluxma ilə bağlı ilk hal aşkarlanıb.

22 yaşlı Azərbaycan vətəndaşı bu il yanvarın 2-dən 11-dək xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub. Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.

Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.

Xəstə və onun təmasda olduğu şəxslər üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək, məlumatda deyilir

Azərbaycan xəbərləri

18 Jan, 15:09


⚡️DİN: İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər.

Xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Azərbaycan xəbərləri

18 Jan, 15:08


TƏBİB İmişlidə baş verən qəza barədə məlumat yaydı:

• 1 uşaq hadisə yerində dünyasını dəyişib.

• Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

• 1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

• Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb

Azərbaycan xəbərləri

18 Jan, 15:07


AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökümə Əliyevanın ailəsi dələduzların qurbanı olub.

Dələduzlar Hökümə Əliyevanın atasının kartından 80 507 manat pul çəkib.

Kartdan oğurlanan vəsait Hökümə Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan olub.

Kapitalbankdan bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb.

Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək

Azərbaycan xəbərləri

18 Jan, 15:05


DİN İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.

Görüntüdə hərəkətdə olan xidməti avtomobilin qarşısına “Mersedes” markalı avtomobil çıxaraq qəza şəraiti yaradır.

Azərbaycan xəbərləri

17 Jan, 19:06


Erməni separatçılarının məhkəməsi başlayıb

Azərbaycan xəbərləri

17 Jan, 19:04


Arayik Arutunyan: "Verdiyim bəyanata görə üzrxahlıq edirəm"

Azərbaycan xəbərləri

17 Jan, 19:03


Ruben Vardanyanın məhkəməsi başlayıb

Azərbaycan xəbərləri

17 Jan, 15:22


⚡️🇷🇺🇮🇷 Putin və Pezeşkian Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar

Azərbaycan xəbərləri

17 Jan, 09:42


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb

Azərbaycan xəbərləri

17 Jan, 08:47


Pakistanın keçmiş Baş naziri İmran Xan korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib.

Azərbaycan xəbərləri

17 Jan, 07:12


Hövsanda Bakı Məhkəmə Kompleksində hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesləri başlayır

Bu gün hərbi cinayətlərdə təqsirləndirilən 15 erməniəsilli şəxsin və separatçı qurumda “baş nazir” olmuş Ruben Vardanyanın cinayət işləri üzrə məhkəmə prosesləri başlayır.

Proses Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni inşa edilmiş Bakı Məhkəmə Kompleksində baş tutacaq.

Azərbaycan xəbərləri

17 Jan, 06:02


⚡️Bakıda çəkisi 6 kq, boyu 58 sm olan qadın cinsli uşaq dünyaya gəlib

Azərbaycan xəbərləri

17 Jan, 05:15


Qarslı Fatma xala yenə gündəmdə. Türkiyə azərbaycanlıları ləhcələrini unutmayıblar.

Azərbaycan xəbərləri

16 Jan, 14:40


Britaniya və Ukrayna arasında 100 illik əməkdaşlığa dair saziş imzalanıb.

Britaniya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 3 milyard dollar ayıracaq.

Bundan başqa, London Kiyevə 150 ədəd ağır artilleriya verəcək, Ukrayna hərbçilərinin hazırlığı genişləndiriləcək, uzaqmənzilli silahların hazırlanması da inkişaf etdiriləcək.

Britaniya Ukraynanın enerji sektoru, əsas faydalı qazıntıların çıxarılması strategiyasının işlənib hazırlanması və “yaşıl polad” istehsalı üçün əsas tərəfdaş olacaq.

Azərbaycan xəbərləri

14 Jan, 13:48


Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb.

Azərbaycan xəbərləri

14 Jan, 11:26


Ermənistanın xarici işlər naziri Rusiyaya dəvət edilib.

Azərbaycan xəbərləri

14 Jan, 11:25


Rəsmi Moskva yenə AZAL-ın təyyarəsinin vurulmasını boynuna almır.

Azərbaycan xəbərləri

14 Jan, 11:10


Əməliyyat zamanı ad günü qeyd edilən cərra İŞDƏN ÇIXARILDI

Azərbaycan xəbərləri

14 Jan, 10:35


NİİM: “Qələbə”dairəsindən üzü Tbilisi prospekti istiqamətində avtomobillərin yolun hərəkət hissəsində park edilməsi yolun hər iki istiqamətində sıxlıq yaradıb

Azərbaycan xəbərləri

14 Jan, 10:34


Baş prokuror: "Bakıda həbsdə olan erməni hərbi cinayətkarların cinayət işləri üzrə istintaq yekunlaşıb.Bu həftənin sonunda Bakı Hərbi Məhkəməsində həmin işlərə baxılmasına başlanılacaq".

Azərbaycan xəbərləri

14 Jan, 10:33


🇦🇿⚡️ Səhiyyə Nazirliyi plastik cərrahlara müraciət edib:

Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini 2025-ci il yanvarın 31-dək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Azərbaycan xəbərləri

14 Jan, 09:58


Rusiyanın paytaxtı Moskvada tiktokerlərin trendə düşən videosu ilə bağlı cinayət işi açılıb.

iki məktəbli qız balaca qardaşları ilə video çəkiblər. Çəkiliş zamanı azyaşlı oğlana qarşı şiddət əks olunub. Qızlardan biri uşağı möhkəm təpiklə vuraraq, çarpayıya atıblar.

Məlumata görə, uşağı vuran qızın 17 yaşı var. Uşağın vəziyyətinin necə olduğu bilinmir. İstintaq Komitəsi bu faktla bağlı cinayət işi açıb.

Azərbaycan xəbərləri

14 Jan, 09:20


Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

Azərbaycan xəbərləri

14 Jan, 07:47


Bakı-Qazax yolunda 6 avtomobil toqquşub, xəsarət alan var

Azərbaycan xəbərləri

14 Jan, 07:38


Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan xəbərləri

14 Jan, 06:51


⚡️Azərbaycan neftinin qiyməti 3,26 % artaraq 84,53 ABŞ dollarına çatıb.

Azərbaycan xəbərləri

14 Jan, 05:40


DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlayanlar HƏBS OLUNDULAR

Azərbaycan xəbərləri

14 Jan, 05:24


AZAL-ın İstanbul-Bakı, Moskva-Bakı və Təl-Əviv-Bakı reysləri qatı duman səbəbindən Gəncə şəhər hava limanına eniş edib.

Azərbaycan xəbərləri

13 Jan, 11:23


“ANKA III” gövdə içindən sursat atışını uğurla həyata keçirilib

Azərbaycan xəbərləri

13 Jan, 09:00


İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirlikl

Azərbaycan xəbərləri

13 Jan, 09:00


‼️ Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub.

Azərbaycan xəbərləri

13 Jan, 08:59


❗️Bakıda Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru , Binəqədidən keçməklə "28 may" metrostansiyasına qədər tramvay xətti çəkilə bilər.

Azərbaycan xəbərləri

13 Jan, 08:58


📸 ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərindəki yanğınların peykdən görüntüləri

Azərbaycan xəbərləri

08 Jan, 12:42


❗️Su çərşənbəsi fevralın 25-i, İlaxır çərşənbə-Torpaq çərşənbəsi isə martın 18-i olacaq

Belə ki, fevralın 25-də ilk - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu il üçün Azərbaycanda martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı kimi müəyyən olunub. Martın 23-ü və 24-ü şənbə, bazar gününə təsadüf etdiyindən ardıcıl olaraq 20, 21, 22, 23, 24, 25, 26 mart qeyri-iş günləri olacaq.

Azərbaycan xəbərləri

08 Jan, 10:51


Vüqar Həşimovun partlayışda xəsarət alan atası vəfat etdi

Azərbaycan xəbərləri

08 Jan, 08:33


Eritreyadakı gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır.

Gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir. (XİN)

Azərbaycan xəbərləri

08 Jan, 07:59


Azərbaycanda 15 yaşlı qız "dostu"nun üzərinə bıçaq çəkib, evlərindən 4 min dollar oğurlayıb

Azərbaycan xəbərləri

08 Jan, 06:49


Təyyarə qəzasında həlak olanların bank borcları silinib

"Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları adından, ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik" - açıqlamada bildirilib.

Azərbaycan xəbərləri

08 Jan, 06:32


Azərbaycan Prezidenti İLHAM ƏLİYEV: "Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın".

Azərbaycan xəbərləri

08 Jan, 06:11


Bakı-Kazan-Bakı aviareysi ləğv edilib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu günə planlaşdırdığı Bakı-Kazan-Bakı reysini ləğv edib.

Azərbaycan xəbərləri

08 Jan, 06:10


🇦🇿 KİV: Azərbaycana məxsus 3 gəmi Afrikada Eritreya dövlətinə aid sularda həbs edilib.

Uzaq səfərlər kapitanı Səyyar Quliyevin sözlərinə görə heyət 2 aya yaxındır Eritreyada saxlanılır.

Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamətinə yönəldiyi bildirilir.

Azərbaycan xəbərləri

08 Jan, 05:27


Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsinin TAM MƏTNİ

Azərbaycan xəbərləri

08 Jan, 03:12


🇦🇿Prezident: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq !

Azərbaycan xəbərləri

07 Jan, 19:00


🇮🇷 Prezident İlham Əliyev:

“(Ermənistanın) Yaxın Şərqdəki ən yaxın müttəfiqi Əsəd diktaturası tarixin zibilliyinə atıldı!”

Azərbaycan xəbərləri

07 Jan, 18:59


❗️🇮🇷🇦🇿Prezident Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktından danışıb: Hadisədən iki il keçir, bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb

Azərbaycan xəbərləri

07 Jan, 18:57


⚡️🇦🇿🇪🇺 Azərbaycan Prezidenti İlham Əliyev Avropaya qaz nəqli ilə bağlı:

• 2022-ci ildən etibarən qaz ixracımızın coğrafiyasında ciddi dəyişikliklər baş verib. O zaman qazımızı 4 ölkə alırdı, bu gün onların sayı 12-yə çatıb

• Biz bir sıra digər Avropa ölkələri ilə qaz tədarükü ilə bağlı danışıqlar aparırıq. Bunlar artıq qazımızı alanlara yaxın ölkələrdir. Hesab edirəm ki, bu (yeni ölkələrə qaz tədarükü) yaxın illərdə mümkün olacaq

• Azərbaycanın kifayət qədər qaz ehtiyatları var. Əgər bir neçə il əvvəl qaz ehtiyatlarımız 2,6 trilyon kubmetr qiymətləndirilirdisə, bu gün yeni kəşflər və gələcək layihələr hesabına daha çox ehtiyat olacaq.

• 2025-ci ildə Azərbaycan "Azəri-Çıraq-Günəşli" yatağından ölkənin ümumi qaz hasilatına mühüm töhfə verəcək ilk dərin qazı almağa ümid edir.

• "Abşeron" yatağından qaz hasilatını ildə 1,5 milyard kubmetrdən 5 milyard kubmetrə çatdırmaq üçün tərəfdaşlarla işləməyi planlaşdırırıq, lakin əsas qaz mənbəyi bundan sonra da "Şahdəniz" yatağı olacaq.

• Azərbaycanda Qarabağ, Babək, Asiman və digər perspektivli layihələr var, bu layihələrin həyata keçirilməsi Azərbaycanın potensialını artıracaq

• Azərbaycan öz öhdəliklərinə ciddi yanaşır və Avropaya qaz tədarükünü artırmağa hazırdır. Bunun üçün Avropada mövcud interkonnektorları genişləndirmək və ya bəlkə də yenilərini tikmək üçün əlavə investisiyalara ehtiyac var

• Eyni zamanda nəzərə alınmalı olan bir məsələni də nəzərdən qaçıra bilmərəm. Biz Aİ-yə qaz çatışmazlığının öhdəsindən gəlməyə kömək etməyə çalışırıq. Amma eyni zamanda, Avropa banklarının artıq qazıntı yanacağı layihələrini maliyyələşdirmədiyi bir vəziyyətlə qarşılaşırıq. Belə çıxır ki, bir tərəfdən bizdən əlavə tədarük istəyirlər, digər tərəfdən də bizi maliyyə imkanlarından məhrum edirlər.

• Təchizat qrafiki ilə bağlı problem də həll edilməlidir, çünki yaşıl enerjiyə keçidlə Aİ-də qalıq yanacaqların payı azalacaq. Ona görə də çoxlu açıq suallar var və biz onları Avropa rəsmiləri ilə müntəzəm məsləhətləşmələr yolu ilə həll edirik. Əgər Avropa Birliyi bizdən daha çox qaz istəyirsə, onlar da öz tapşırıqlarını yerinə yetirməlidirlər. Biz öz işimizi görürük, onlar da öz işlərini görməlidirlər

Azərbaycan xəbərləri

07 Jan, 18:56


🇦🇿 Prezident İlham Əliyev:

"Ölkəmiz faşist dövləti ilə qonşudur və faşizm təhlükəsi hələ də aradan qalxmayıb. Ona görə də faşizmi məhv etmək lazımdır. Faşizmi ya Ermənistan rəhbərliyi, ya da biz məhv edəcəyik. Bizim ikinci çıxış yolumuz yoxdur".

Azərbaycan xəbərləri

07 Jan, 18:53


Prezident: Əyalət mollası cəzalandırılmalıdır

Azərbaycan xəbərləri

07 Jan, 12:21


Prezident İlham Əliyevin Sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu ilin yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb:

1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;

1.2. Heydər Əliyev Mərkəzi;

1.3. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

1.4. Azərbaycanda Atatürk Mərkəzi;

1.5. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

1.6. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;

1.7. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu;

1.8. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

1.9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;

1.10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi;

1.11. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi;

1.12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

1.13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;

1.14. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;

1.15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

1.16. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;

1.17. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;

1.18. icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar.

Azərbaycan xəbərləri

07 Jan, 12:12


Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələri bunker və beton tipli hücum xarakterli istehkamlar inşa edir.


Şərti sərhəd istiqamətində mühəndis istehkam işləri aparan düşmən eyni prosesi Naxçıvan istiqamətində də həyata keçirir. Digərlərindən fərqli olaraq, fotolarda gördüyünüz çoxməqsədli istehkamların ikisidə yeni çəkilmiş bir təminat yolu və bir istiqamət üzərində tikilib. İstehkamların bir-biri ilə əlaqəsi var. İstehkamlar Naxçıvanın bir neçə kilometrliyində yerləşir. Naxçıvan istiqamətində də Ermənistanın bu kimi addımları, Ermənistanın sülhdə maraqlı olmadığını və Azərbaycana qarşı revanşist, məkrli planlarının olduğunu bir daha sübut edir.

Azərbaycan xəbərləri

03 Jan, 10:00


Hacıqabulda üç nəfərin ölümünə səbəb olan qəzanın anbaan görüntüləri

Azərbaycan xəbərləri

02 Jan, 17:14


İranın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Bu gün İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Azərbaycan XİN-nin rəsmi internet saytı xəbər verir.

Məlumata görə, görüşdə 2024-cü il dekabrın 29-da Ərdəbildə İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi, Ərdəbilin cümə imamı Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər” kanalında yayımlanan tədbirdə Azərbaycana və Prezident İlham Əliyevə qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib. 

Eyni zamanda, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb. Xarici İşlər Nazirliyi belə təxribatlara son qoyulmasını tələb edib.

Azərbaycan xəbərləri

02 Jan, 12:53


Xəbər Təsdiqlənib.❗️

⚡️⚡️⚡️ Aktyor Azər Baxşəliyev vəfat edib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsində koma vəziyyətində olan aktyor vəfat edib.

Azərbaycan xəbərləri

02 Jan, 12:15


"Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda komadadır".

Bu barədə onun həmkarı İlkin Həsəni məlumat verib.

O bildirib ki, hazırda Azər Baxşəliyev dövlət xəstəxanalarından birindədir.

Azərbaycan xəbərləri

02 Jan, 11:55


Aktyor Azər Baxşəliyev vəfat edib.

O uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi və uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı. 

A.Baxşəliyev daha çox "Ağsaqqal" obrazı ilə sevilib.

Azərbaycan xəbərləri

02 Jan, 10:39


Təbii qaz üzrə yeni tariflər:

1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;

1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;

2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.

Azərbaycan xəbərləri

02 Jan, 08:26


Elektrik enerjisinin ölkədaxili tarifləri dəyişib.
B
u barədə Tarif Şurası qərar verib.

Qərara əsasən, əhali üçün aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8,4 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 10,0 qəpik, 3 aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 15 qəpik olacaq.

Azərbaycan xəbərləri

02 Jan, 06:56


Bu gün Natiq Qasımovun doğum günüdür.

Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımov beş gün ac-susuz qalsa da bayrağımızı əlindən düşürməyib.

Azərbaycan xəbərləri

02 Jan, 06:24


ABŞ-nin Las Veqas şəhərində “Trump Tower” binasının önündə “Tesla Cybertruck” avtomobili partlayıb.

Hadisə nəticəsində sürücü ölüb, 7 nəfər isə yaralanıb.

Azərbaycan xəbərləri

02 Jan, 06:07


Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun dünyaya gəlişindən 50 il ötür.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Azərbaycan xəbərləri

01 Jan, 05:02


🇦🇿 Prezident İlham Əliyev bayramla bağlı xalqa müraciətindən:

• Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır

• Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb.

• Cənubi Qafqazda yeni reallıqları biz yaratmışıq. Bütün dünya yeni reallıqları qəbul edib. Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası bölgə üçün təhlükədir.

• Ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. 

• Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz

• Biz Ermənistanın silahlanma məsələsində müşahidəçi kimi qalmayacağıq".

Azərbaycan xəbərləri

31 Dec, 08:09


Dəyərli dostlar, kanalımızın izləyiciləri!
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibəti ilə təbrik edir, arzu edirik ki, həmrəyliyimiz, bərabərliyimiz daimi olsun və hədəflərimizə çataq. Hədəfimiz isə o taylı, bu taylı Azərbaycanın birliyi bərabərliyi, həmrəyliyidir. Bu bayram da məhz Azərbaycanın bütövlüyü ilə bağlıdır. Bilirsiniz ki, sövetlər birliyinin süqutunun son günlərində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması rus-fars rejiminin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək çağırşları azərbaycanlıların bir millət və vaxtilə bir dövlət olduğunu dünyaya çatdırdı. O gündən də dünyanın bir çox ölkəsində azərbaycanlılar 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edirlər və hər gün birliyimizə doğru daha da yaxınlaşırıq. Qrabağı işğaldan azad etməklə müasir Azərbaycan dövlətinin suverenliyini bərpa etdfik. Növbəti hədəf Zəngəzur dəhlizi və Naxçıvanla Azərbaycan Respublikasının quru əlaqələrini bərpa etməkdir. Daha sonrakı hədəfimiz isə fars molola rejiminin əsarətində olan soydaşlarımızı və torpaqlarımızı azad etməkdir. Biz buna inanırıq və gün gələcək bu bayram 50 milyonluq Azərbaycan dövlətində qeyd olunacaq.
Qoy həmrəyliyimiz daimi, Yeni İİlimiz bizlərə uğur gətirsin!

Azərbaycan xəbərləri

31 Dec, 07:16


❗️Xəzər dənizində bu gün ikinci dəfə zəlzələ olub

Yerli vaxtla saat 6:46-da Xəzər dənizində 3 maqnitudalı ikinci zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, bu, dekabr ayında dənizdə qeydə alınan 7-ci təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb.

Azərbaycan xəbərləri

31 Dec, 06:40


Müğənni Tural Gəncəli yol hərəkəti qaydalarını pozaraq bir neçə avtomobilə ziyan vurub.
Lent.az-ın məlumatına görə, görüntülərdə onun Prius markalı maşını bir neçə dəfə qəsdlə vuraraq, ərazidən uzaqlaşdığı, polis əməkdaşlarının tələbinə məhəl qoymadığı görünür.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, idarənin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında olan, hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, "Mercedes" markalı 99-MM-276 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural Abdullayev tabesizlik göstərsə də, görülən tədbirlər nəticəsində saxlanılıb və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Abdullayevin sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.

Azərbaycan xəbərləri

31 Dec, 03:42


Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib

Azərbaycan xəbərləri

31 Dec, 03:40


❗️Qazaxıstan AZAL təyyarəsi ilə bağlı araşdırman ilkin nəticələrini 30 gün ərzində təqdim edəcək.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi rəhbərinin müavini Lastaev bildirib.

Azərbaycan xəbərləri

30 Dec, 13:01


Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvada saxlanılıb.

Ermənistan CM-nin bir neçə maddəsi ilə onu axtarışa vermişdi.

Onun artıq sərbəst buraxıldığı bildirilir

Azərbaycan xəbərləri

30 Dec, 09:39


Tanınmış aktyor Həsənağa Məmmədov Azərbaycana İstanbul-Bakı reysi ilə külli miqdarda narkotik gətirməkdə şübhəli bilinir

Azərbaycan xəbərləri

30 Dec, 09:38


Baş Prokurorluq: Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq davam etdirilir

Azərbaycan xəbərləri

30 Dec, 09:38


Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliya Hava Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə göndərəcək

Azərbaycan xəbərləri

28 Dec, 06:26


“ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlanıb

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 30-dan yanvarın 3-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, yanvarın 4-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Azərbaycan xəbərləri

28 Dec, 05:57


AzTV-nın hazırladığı süjet

Azərbaycan xəbərləri

28 Dec, 05:56


Türkiyə təyyarənin vurulmasını araşdırmaq məqsədilə Azərbaycana 8 nəfərlik istintaq qrupu göndərir. Ankaranın da araşdırmalara qoşulması təkcə türkiyəli mütəxəssislərin təcrübə və bacarıqlarından istifadə etmək məqsədi daşımır, bu həm də təyyarənin vurulduğunu gizlətməyə, istintaqın gedişinə təsir etməyə çalışan Rusiyaya Azərbaycanın yalnız olmadığı, eyni zamanda, Bakının geri çəkilməyəcəyi mesajının verilməsidir.

Azərbaycan xəbərləri

27 Dec, 17:29


Ukrayna Prezidenti Volodimir Zelenski təyyarə qəzası ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycan xəbərləri

27 Dec, 17:28


Azərbaycan xəbərləri pinned «"Mafiya Oyununa qoşulmaq istəyirsiniz? Əyləncəli və gərgin mübarizəyə hazırsınızsa, bizim qrupumuza dəvət edirik! Taktikalarınızı sınayın, dostlarınızla strateji oyunlar oynayın və  mafiyanı tapın. Gəlin, birlikdə əylənək!" https://t.me/empiresmafiaa»

Azərbaycan xəbərləri

27 Dec, 17:18


"Mafiya Oyununa qoşulmaq istəyirsiniz? Əyləncəli və gərgin mübarizəyə hazırsınızsa, bizim qrupumuza dəvət edirik! Taktikalarınızı sınayın, dostlarınızla strateji oyunlar oynayın və  mafiyanı tapın. Gəlin, birlikdə əylənək!"
https://t.me/empiresmafiaa

Azərbaycan xəbərləri

27 Dec, 15:41


❗️İsrail aviaşirkəti Moskvaya bütün uçuşları ləğv edib

İsrailin “El Al” aviakompaniyası Rusiyanın hava məkanında yaranan vəziyyətlə əlaqədar həftə ərzində Təl-Əviv və Moskva arasında bütün uçuşları dayandırıb.

Aviakompaniya gələn həftə uçuşların bərpa edilib-edilməyəcəyinə dair qərar vermək üçün vəziyyəti yenidən qiymətləndirəcək.

Azərbaycan xəbərləri

27 Dec, 13:41


Bakı-Qroznı reysi ilə uçan təyyarə bələdçisi Aydan Rəhimli təyyarənin başına gələnlərdən danışıb.

Azərbaycan xəbərləri

27 Dec, 13:39


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev:: Mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq

Azərbaycan xəbərləri

27 Dec, 13:12


AZAL: Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Azərbaycan xəbərləri

27 Dec, 12:39


RƏSMİ❗️AZAL Rusiyanın daha 3 şəhərinə - Saratov, Nijni Novqoroq və Vladiqafqaza`sabahdan uçuşları dayandırılır.

Azərbaycan xəbərləri

27 Dec, 10:56


“Embraer” nümayəndələri Braziliyadan Aktau şəhərinə gəliblər.

Azərbaycan xəbərləri

27 Dec, 10:49


"Salona çıxanda 3-cü zərbə oldu" - Ekipaj üzvündən müsahibə buarada

Azərbaycan xəbərləri

27 Dec, 10:34


Qəza yeri və AZAL-ın qəzaya uğramış təyyarəsi.

Azərbaycan xəbərləri

27 Dec, 10:32


AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb - SİYAHI

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın bəzi hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılır.

Bu barədə RePost.Az-a AZAL-dan bildirilib.

Uçular dayandırılan şəhərlər bunlardır:

• Mineralnıye Vodı

• Soçi

• Volqoqrad

• Ufa

• Samara

Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar verib.

Təhlükəsizlik səbəbindən Qroznı və Mahaçqala da daxil olmaqla, yuxarıda qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib.

Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Azərbaycan xəbərləri

27 Dec, 10:09


"Suya eniş etsəydik, təyyarə parça-parça olardı..." - Təyyarədən sağ qurtulan Zülfüqar Əsədov

Azərbaycan xəbərləri

27 Dec, 09:31


🇰🇿 Qazaxıstan FHN AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğradığı yerin görüntülərini paylaşdı

Azərbaycan xəbərləri

27 Dec, 08:42


AZAL: “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.

Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.

Azərbaycan xəbərləri

27 Dec, 08:33


🇦🇿❗️Kadırovun yardımından imtina edən Azərbaycan Prezident administrasiyası qəza ilə bağlı tələblərini irəli sürüb:

🔴 Fakt tanınsın
🔴 Hadisəyə görə üzr istənilsin
🔴 Müvafiq kompensasiya ödənilsin

Azərbaycan xəbərləri

27 Dec, 08:09


📣🥀 AZAL-ın qəzaya uğramış təyyarəsinin pilotları və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan xəbərləri

26 Dec, 16:06


Live stream finished (551 days)

Azərbaycan xəbərləri

26 Dec, 16:04


Prokuror: AZAL-ın qəzaya uğrayan təyyarəsinin daha bir "qara qutu"su tapılıb

Azərbaycan xəbərləri

26 Dec, 16:02


Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev:

Aktaudakı havalimanının qəza xidmətləri təyyarəni qəbul etməyə hazır idi. Ekipaj ölkəmizin hüdudlarına daxil olduqdan sonra şəhərdəki Dispetçer Qülləsinin dispetçeri ilə əlaqə yaradıb. Bundan sonra isə təyyarənin enişini təmin etmək üçün bütün zəruri tədbirlər görülüb.
Uçuş heyətinin yerlə vizual əlaqəsini təmin etmək üçün uçuş-enmə zolağının xəbərdarlıq işıqları işə salınıb: “Heyət iki dəfə zolağa daxil olmağa cəhd edib. Onların hər birində təyyarənin hündürlüyündə xaotik dəyişikliklər müşahidə olunub. Sonra isə hava gəmisi sahil xəttinə istiqamətlənib. Yerli vaxtla saat 11:28-də ekipajla əlaqə itib və təyyarə yerə çırpılıb. Əraziyə ilk olaraq Aktau hava limanının xilasediciləri gələrək, dərhal təxliyə işlərinə başlayıb.

Azərbaycan xəbərləri

26 Dec, 15:56


Qəza zamanı yaxınlarını itirənlər gömrükdən şikayətlənir.

Azərbaycan xəbərləri

26 Dec, 15:54


Rusiyanın məşhur Teleqram kanalının yazısı:

Azərbaycan Hava Yolları - AZAL, hansı ki, Embraer 190 təyyarəsi Aktau şəhərində qəzaya uğramışdır, nəqliyyat prokurorluğu tərəfindən yoxlanılır. Uçuş qaydalarının pozulması şübhəsi ilə bağlı - xilasetmə jiletlərinin yırtılmış olması, bələdçilərin xarici dilləri bilməməsi və digər məsələlər araşdırılır.

Mash-ın xəbərinə görə, qəzadan sağ çıxanlardan biri bildirib ki, sərt enişdən əvvəl təyyarə üç dövrə vurmuş, lakin enə bilməmişdir. Bəzi sərnişinlər artıq təlaş içində dualar edirdi, bir neçə nəfər yaralanmışdı. Digərləri onlara kömək etməyə çalışırdı.

Daha sonra stüardessa nəsə Azərbaycan dilində danışmağa başladı. Biz heç nə başa düşmürdük. Onda göstərdi ki, jiletləri çıxarmaq lazımdır.
— Qəza zamanı sağ qalan sərnişin.

Jiletlər isə çox yırtıq idi. Buna görə heç kim onlardan istifadə etmədi. İnsanlar dua edir və ağlayırdı. Bakının Nəqliyyat Prokurorluğu qayda pozuntuları və səbəbləri araşdırır. Qəzada sağ qalan 10 nəfəri müəyyənləşdirmək mümkün olub. Onların arasında üçü Rusiya vətəndaşı, üçü Qazaxıstan vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

Azərbaycan xəbərləri

26 Dec, 15:38


⚡️Qazaxıstan təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Azərbaycan və Rusiya orqanlarına icazə verəcəyini açıqlayıb

Azərbaycan xəbərləri

26 Dec, 14:56


HHM sistemlərini təyyarələri vuranda üzərindəki izlər necə yaranır? Bəzi raketlər mühərriki və ya quyruq hissəni, bəzi raketlər isə pilot kabinəsini hədəf alır.

Azərbaycan xəbərləri

26 Dec, 14:50


Qazaxıstan Baş nazirinin müavini: Sabah “Embraer” şirkətinin nümayəndələrinin Aktauya gəlməsi gözlənilir

Azərbaycan xəbərləri

26 Dec, 13:24


Azərbaycan hökumət mənbələri “Euronews”a təsdiq edib ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau şəhərində qəzaya uğramasının səbəbi Rusiyanın zenit raketidir.

Həmin mənbələrə əsasən, raket Qroznı üzərində pilotsuz uçuş aparatlarının aktivliyi zamanı 8432 saylı reysi yerinə yetirən təyyarəyə atılıb və onun qəlpələri təyyarənin yaxınlığında havada partlayaraq sərnişinlərə və ekipaj üzvlərinə zərər yetirib.

Hökumət mənbələri həmçinin bildirib ki, zərər görmüş təyyarənin pilotlarının məcburi eniş üçün etdiyi sorğulara baxmayaraq, Rusiya hava limanlarında təyyarəyə eniş icazəsi verilməyib. Əksinə, ekipaja Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaları əmr olunub.

Məlumata görə, təyyarənin GPS naviqasiyası dəniz üzərindəki bütün marşrut boyunca bloklanıb.

Qeyd edək ki, təyyarə qəzasının baş verdiyi gün Qroznıya dron hücumu olub.

Azərbaycan xəbərləri

26 Dec, 13:13


Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qalıb.

Qeyd olunur ki, Rusiya tərəfindən elektron sistemlərdə məhdudiyyətlərin tətbiq edilməsi təyyarənin rabitə sistemini iflic edib.

Məlumata görə, Rusiya HHM-ləri Ukrayna PUA-larını vurmağa çalışırmış. (Caliber)

Azərbaycan xəbərləri

26 Dec, 12:31


⚡️⚡️⚡️⚡️⚡️ Təyyarə qəzasında yaralananlar Aktaudan Bakıya göndərilir

Azərbaycan xəbərləri

26 Dec, 10:38


Təyyarə qəzasında vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin SİYAHISI

Azərbaycan xəbərləri

26 Dec, 07:53


Qazaxıstan Fövqəladə Hallar Nazirliyi 3 ekipaj üzvünün cəsədinin tapıldığını bildirib.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Meyiti tapılanlar aşağıdakılardır:
1. Kşnyakin İqor (pilot)
2. Kalyaninov Aleksandr (pilot)
3. Əliyeva Hökumə (stüardessa)

Azərbaycan xəbərləri

26 Dec, 07:49


Bakıdan Qroznıya uçan təyyarənin hansı səbəbdən qəzaya uğraması hələlik rəsmi olaraq açıqlanmasa da, müxtəlif versiyalar səsləndirilir.

Bəs AZAL-ın təyyarəsini kim vurub? - Ehtimallar və faktlar...

Azərbaycan xəbərləri

26 Dec, 05:35


Afrika kərkəsləri ən yüksəkdən uçan quşlardır. Hətta 1973-cü ilin noyabrın 29-da Kot-d’İvuarda 11277 m hündürlükdə bir təyyarə ilə Afrika kərkəsi toqquşub. Rusiyada Qırmızı Kitaba düşmüş Dağ Qazları da 10 min metr yüksəkliyə qədər qalxa bilir.

Azərbaycan xəbərləri

26 Dec, 05:25


Bayraqlar endirildi

Azərbaycan xəbərləri

26 Dec, 05:24


Azərbaycanlı həkim və psixoloqlar yaralılara xidmət edir

Azərbaycan xəbərləri

25 Dec, 20:11


📢🔴Bu gün Azərbaycanda matəm günüdür

Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Azərbaycan xəbərləri

25 Dec, 19:29


⚠️Hökümənin atası danışdı

Azərbaycan xəbərləri

01 Dec, 07:42


Bu günü tarixə həkk edən ZƏFƏR ÇIXIŞI

Laçının işğaldan azad olunmasından 4 il ötür

Azərbaycan xəbərləri

01 Dec, 06:34


Suriya müxalifəti SE*AH-ın bazasını ələ keçirdi

SE*AH-ın Xan Şeyxundakı hərbi bazası suriyalı müxalifətçilər tərəfindən tutulub. Oradakı İran bayrağı və atributları məhv edilib.

Azərbaycan xəbərləri

01 Dec, 05:39


📹 Rusiya qırıcıları Hələbdə etirazçıları bombaladı

Rusiya döyüş təyyarələri Hələbdə etirazçıların Hafiz Əsədin heykəlini sökdüyü meydanı bombalayıb.

Azərbaycan xəbərləri

30 Nov, 06:46


Tesla şirkətinin telefonları 299 dollara satışa çıxarılıb. Telefon günəş enerjisi ilə qidalanır və peyk bağlantılı pulsuz internet üstünlüklərinə sahibdir.

Azərbaycan xəbərləri

29 Nov, 22:48


📹 Suriyanın Bəşər Əsədin nəzarətindən çıxan ərazilərdində Xameneinin şəkilləri sökülüb

Azərbaycan xəbərləri

29 Nov, 08:29


Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.

Azərbaycan xəbərləri

29 Nov, 08:00


Milyarder Castin San hərracda 6,2 milyon dollara aldığı divara yapışdırılmış bananı yeyib.

Azərbaycan xəbərləri

29 Nov, 07:21


Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.

Onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Orucov Həbib İlham oğlunun ölümü ilə bağlıdır.

Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq O.Rzalının digər tükürpədici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, H.Orucov noyabrın 9-da dünyasını dəyişib. Rəsmi məlumatda onun odlu silahdan açılmış atəş nəticəsində öldüyü qeyd edilib.

Azərbaycan xəbərləri

28 Nov, 19:34


🇦🇿 "Qarabağ" 1 - 4 "Lyon" 🇫🇷

Azərbaycan xəbərləri

28 Nov, 19:25


🇦🇿 "Qarabağ" 0 - 4 "Lyon" 🇫🇷

Azərbaycan xəbərləri

28 Nov, 19:14


🇦🇿 "Qarabağ" 0 - 3 "Lyon" 🇫🇷

Azərbaycan xəbərləri

28 Nov, 19:10


🇦🇿 "Qarabağ" 0 - 2 "Lyon" 🇫🇷

Azərbaycan xəbərləri

28 Nov, 13:38


"Qarabağ" - "Lion" görüşünə görə yollar bağlanacaq

Azərbaycan xəbərləri

28 Nov, 13:15


Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib

Azərbaycan xəbərləri

28 Nov, 08:06


İş və istirahət günlərinin yerləri dəyişdirilib

Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Azərbaycan xəbərləri

28 Nov, 06:42


❄️❄️❄️ Sarıbaşda qar örtüyünün hündürlüyü 18 santimetrə çatıb - FAKTİKİ HAVA

💧 Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı hava şəraiti hökm sürür. Əvvəlcədən xəbər verildiyi kimi, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur.

🌧 Belə ki, Balakən-Şəki zonasında 13-26 mm, Naxçıvan MR-də 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb.

❄️ Dağlıq ərazilərə qar yağıb, yağan qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.

🌦 Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-də 6, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta qeydə alınıb.