ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–Tədris Mərkəzi “Özünüdərketmə bacarıqları” adlı təlim təşkil edir.
Təlim zamanı iştirakçılara özünüdərketmə üzrə müxtəlif texnikalar, missiya və vizyon qurma bacarığı, SMART və həyat balansı çarxı texnikaları öyrədiləcək. Təlim çərçivəsində qrup oyunları, keyslər, beyin həmləsi, diskussiya, digər interaktiv metod və simulyasiyalardan istifadə etməklə özünü tanıma və həyatını balanslaşdırma üzrə bacarıqlar formalaşdırılacaq.
Təlim 1-ci dərəcə dövlət qulluqçusu dosent Afaq Hüseyn tərəfindən aparılacaq təlim müəllim və tələbə heyəti üçün nəzərdə tutulub. Sonda iştirakçılar sertifikatla təmin olunacaqlar.
Qeydiyyat: https://docs.google.com/forms/d/1MJjD7weWoDJPNRNbJQxvBzaASqXVh6mlagqWvUW98tg/edit#responses