Papirus (@p_apirus) के नवीनतम पोस्ट टेलीग्राम पर

Papirus टेलीग्राम पोस्ट

Papirus
यह टेलीग्राम चैनल निजी है।
Maraqlı informasiyalar, siyasət, mədəniyyət, ədəbiyyat, idman, Breaking'lər... Bir sözlə qısa məzmunlu və operativ xəbərlərin ünvanı

Kanal yaranıb: 15.04.2019
6,230 सदस्य
42,067 तस्वीरें
9,027 वीडियो
अंतिम अपडेट 09.03.2025 02:42

समान चैनल

Maraqlı.TV
159,093 सदस्य
Carçı
33,475 सदस्य
APA
25,191 सदस्य
Без Тормозов
18,568 सदस्य
Джокер бакинский
6,803 सदस्य
Şərqə Baxış
2,754 सदस्य
Əkinçi
1,497 सदस्य
Tedroid
1,492 सदस्य

Papirus द्वारा टेलीग्राम पर साझा की गई नवीनतम सामग्री

Papirus

24 Feb, 04:39

216

🇪🇺⚡️ Aİ Xarici Əlaqələr Şurası bazar ertəsi Brüsseldə toplanacaq:

🇺🇦 Nazirlər 2025-ci ildə Aİ-nin Ukraynaya hərbi dəstəyini gücləndirmək üçün Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın yeni təşəbbüsünü nəzərdən keçirəcəklər. Müzakirələrdə Kiyevə döyüş sursatlarının və hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılması, həmçinin Ukrayna hərbçilərinin hazırlığının genişləndirilməsi tədbirləri müzakirə olunacaq.

Şura “Ukraynada vəziyyəti sabitliyi pozan Rusiyanın hərəkətlərilə əlaqədar” 16-cı sanksiyalar paketini təsdiq edəcək. Görüşdə həmçinin “Rusiyanın kölgə donanması ilə necə yaxşı mübarizə aparmağı” müzakirə ediləcəyi gözlənilir.

🇮🇱 Nazirlər atəşkəs razılaşmasının icrası fonunda İsrail və Qəzza zolağında baş verən son hadisələri müzakirə edəcəklər. Şura yerlərdə baş verən hadisələr, Aİ və Aİ üzv dövlətlərinin Fələstin Milli Administrasiyasına dəstəyi ilə bağlı fikir mübadiləsi aparacaq.

🇮🇷 Aİ-nin İranla bağlı siyasəti haqda mübadiləsi aparılacaq. Müzakirələrdə aşağıdakı aspektlərin müzakirə olunacağı gözlənilir: Tehran və Moskva arasında hərbi-texniki əməkdaşlıq, Aİ vətəndaşlarının ölkədə özbaşına saxlanması, Avropa İttifaqında hibrid əməliyyatlar, İranın Yaxın Şərqdə sabitliyi pozan rolu, eləcə də İranın nüvə proqramı ilə bağlı vəziyyət.

🇬🇪 Cari beynəlxalq vəziyyət bölməsində Kallas Gürcüstandakı son hadisələr haqqında da danışacaq.
Papirus

15 Feb, 18:59

553

🇺🇸❗️ Kelloq deyib ki, o, ABŞ-ın Ukraynaya hansı təhlükəsizlik zəmanətlərini verə biləcəyini bilmir.

Qərar Donald Trampın ixtiyarındadır.
Papirus

15 Feb, 18:58

557

🇺🇸❗️Kelloq Trampın Putinə zəngi ilə bağlı Qərbin tənqidlərini qəti şəkildə rədd edib, bunu faydalı adlandırıb və bütün tərəflərlə təmasların zəruri olduğunu vurğulayıb.
Papirus

15 Feb, 18:57

565

🇪🇺❗️Sabah Münhendə Avropa ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək, Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb
Papirus

15 Feb, 18:55

1,993

🇫🇷❗️Bazar ertəsi Makron Trampın son açıqlamaları ilə əlaqədar Parisdə təcili "Avropa" sammiti çağırır, – Politico
Papirus

15 Feb, 18:55

573

🇺🇸🇷🇺⚡️ABŞ Dövlət katibi Rubio ilə Lavrov arasında telefon danışığı olub.
Papirus

15 Feb, 17:38

2,323

🇺🇦🇪🇺⚡️Münhen Təhlükəsizlik Konfransında Zelenskinin qarşılanması
Papirus

15 Feb, 17:37

698

🇩🇪❗️Almaniya prezidenti Ştaynmayerin hesabı ələ keçirilib.

"Onun yerinə “Almaniyanı yenidən möhtəşəm edəcəyinə” söz verən “Alman millətinin əsl atası” gəldi", yazılıb.
Papirus

15 Feb, 17:32

647

🇺🇸❗️Bloomberg yazır ki, Putin və Tramp fevralın sonunda Səudiyyə Ərəbistanında görüşə bilərlər.
Papirus

15 Feb, 17:32

652

🇺🇦❗️Mən mineral ehtiyatlar üzrə sazişin imzalanmasına icazə vermədim, çünki o, bizim maraqlarımızı qorumur, - Zelenski

❗️Kelloqun Avropa ilə bağlı bəyanatına cavab: Danışıqlar masasında kimin olması məsələsində liderlik Ukrayna olmalıdır.

❗️Putin yalnız atəşkəsə hazırdır, amma bizim vəzifəmiz müharibəni dayandırmaq, sülhə nail olmaq və dəstəyi itirməməkdir.

❗️Heç kim seçki məsələsini yüksək səviyyədə qaldırmır. Hamı başa düşür ki, bu, qanun pozuntusudur.

❗️Bir nəfər gördüm ki, Səudiyyə Ərəbistanında ABŞ və Rusiya prezidentləri səviyyəsində görüşün olacağını deyir. Bir növ sülh danışıqları. Hətta bayrağımızı da asdılar... Bilmirəm nədir. Bu, ciddi məsələ deyil.

❗️Ukraynadan danışıqlar qrupunda kimlərin olacağı əvvəlcədən açıqlanıb.

❗️Kelloqa dedim ki, hazır olsa onunla cəbhəyə gedəcəyəm. Onun hər şeyi görməsi vacibdir.

❗️Hazırda Ukrayna büdcəsində 40 milyard dollar kəsir var.