Motivasyon krallığı @motivasiyaniz Channel on Telegram

Motivasyon krallığı

@motivasiyaniz


🎯Bol Motivasiya
🏅lider olmanın sirləri
💎Biznes Yönümlü Paylaşımlar
⚜️Zəngin insanların sirrləri və məsləhətləri
🔱Uğur hekayələri
🔊səsli kitablar
📚kitablar aləmi

Motivasyon krallığı (Azerbaijani)

Motivasiyanın gücüyle dolu bir dünyaya hoş geldiniz! Motivasyon krallığı Telegram kanalı, lider olmanın sırlarını, iş dünyasındaki paylaşımları, zengin insanların sırlarını ve tavsiyelerini, başarı hikayelerini, sesli kitapları ve kitapların büyülü dünyasını sunmaktadır. Bu kanalda, kendinizi geliştirmek, daha başarılı olmak ve hayallerinize ulaşmak için ihtiyacınız olan ilhamı bulabilirsiniz. Eğer siz de hayatınızı değiştirmek ve daha motivasyonlu bir yaşam sürmek istiyorsanız, Motivasyon krallığı kanalına katılın ve farkı hissedin! 🎯🏅💎⚜️🔱🔊📚

Motivasyon krallığı

10 Oct, 12:02


Məsləhət deyil sadəcə təcrübəmdən:

Sənə ilk dəfədən "şirin və enerjili" gələn
insan və qidalara iki dəfə diqqət et,

əvvəl xoşbəxt olursan, sonra bədbəxt.

#ZİDD


Orxan Şahbaz

👉🏻 @Motivasiyaniz

Motivasyon krallığı

20 Aug, 08:10


Yarım saat metodu.

Reallıq budur ki, uğur zaman tələb edir. Böyük uğur böyük zaman tələb edir.

Riçard Brenson bir gecə milyoner olmayıb, yaxud David Beckham bir neçə məşqdən sonra futbol üzrə dünya ulduzuna çevrilməyib.

Bununla yanaşı, istənilən vəziyyətdə və istənilən insan üçün keçərli olan bir üsul mövcuddur. İnsanların əksəriyyəti bu üsulu yaxşı bilsələr də ondan istifadə
etmirlər.
Nəyə görə?

Axı dünyaların ayaqlarınızın altına səriləcəyinizi gözləmək daha asandır! Lakin aydındır ki, dünya istəklərimizə cavab verməyə tələsmir.

Buna görə də, sizi tez bir zamanda uğura gətirib çıxaracaq üsuldan istifadə edin.

Bu üsul “yarım saat nəzəriyyəsi” adlanır. Bu metodun özünəməxsus və üstün cəhəti ondan ibarətdir ki, bu üsul hər kəs üçün əlçatandır və istənilən qrafikə uyğunlaşdırmaq mümkündür.

Ümumi ideya isə belədir ki, hər gün yarım saat
ərzində kiçik fəaliyyət ilə məşğul olur, daha sonradan isə onu təkmilləşdirmək
istiqamətində çətinləşdirirsiniz.

Hər şey çox sadədir, elə deyilmi? Lakin nə qədər
çox insanın bu üsulun bayağı olduğunu düşündüyündə təəccüblənəksiniz.

Bu o deməkdir ki, hər gün oxumaq üçün yarım saat ayırmalı olacaqsınız.

Boş şeydir?! Lakin bu şəkildə bir il ərzində 24 kitab oxumuş olacaqsınız ki, buda
əksər insanların 10 il ərzində oxuduqları kitab sayından çoxdur!

Gün ərzində bu 30 dəqiqəni hər hansı bir xarici dilin öyrənilməsinə və yaxud
faydalı bir vərdişin mənimsənilməsinə sərf edə bilərsiniz.

Bəs uğura nail olmaq üçün bu nəzəriyyədən necə istifadə edə bilərsiniz?

Sizi maraqlandıran məsələ ilə bağlı yeni biliklər əldə edə, ixtisasınız ilə əlaqəli
yeni bacarıqlar qazana bilərsiniz.

Cəmi yarım ildən sonra seçdiyiniz istiqamət
üzrə çoxlu sayda yeni biliklər qazanmış, 1 ildən sonra mütəxəssis ola
biləcəksiniz.

Gündəlik 30 dəqiqənizi seçdiyiniz fəaliyyətə ayırmaqla 1 il sonra nə qədər çox
yol qət etdiyinizdən özünüz heyrətə gələcəksiniz.
Səbrli olun.

Ani nəticələr gözləməyin. Bunun üçün zaman lazımdır və məqsədiniz nə qədər böyükdürsə, bir o qədər də çox addım tələb olunacaq.


Bu gündən bu metoda başlasaz, hansi işiniz üçün başlayarsız ??

Motivasyon krallığı

22 Jul, 16:53


Səhərləri durmaqda çətinlik çəkənlər üçün səsli motivasiya səhər alarmı edib günə motivasiya dolu başlaya bilərsiniz🔥

👉🏻 @Motivasiyaniz

Motivasyon krallığı

25 Jun, 10:59


Sigmund Freud hepimize soruyor;

"Karşınızdakı kişiyi dinliyor musunuz yoksa, konuşmak için sıra mı bekliyorsunuz ?"

https://t.me/+ZYU8qzbHTPMwOGJi

Motivasyon krallığı

21 Jun, 06:37


Başarının bedelini bir dönem için ödemeyenler, başaramamanın bedelini bir ömür boyu öderler

Motivasyon krallığı

19 Jun, 17:00


Motivasyon krallığı pinned Deleted message

Motivasyon krallığı

19 Jun, 17:00


Bir dəfə bir müdrik dedi:

✔️ Üç şey heç vaxt geri qayıtmır: zaman, söz, fürsət.
✔️ Üç şeyi əldən vermək olmaz: sakitlik, ümid, namus.
✔️ Həyatda üç şey ən dəyərlidir: sevgi, inam, güvən.
✔️ Həyatda üç şey etibarsızdır: güc, şans, bəxt.
✔️ Üç şey insanı müəyyənləşdirir: zəhmətkeşlik, dürüstlük, nailiyyətlər.
✔️ Üç şey insanı məhv edir: şərab, qürur, qəzəb.
✔️ Üç şeyi demək ən çətindir: Mən səni sevirəm, üzr istəyirəm, mənə kömək et.💫

Motivasyon krallığı

17 Jun, 19:13


3 reallıq deyim:

1. İnsan ömür boyu evində həsrət qaldığı şeyləri axtarır,

2. Nə qədər çox insan sevsən, o qədər çox zəifləyərsən,

3. Tək adamın səsi, çoxluğun hay-küyündən daha çox eşidilir.

▫️Orxan Şahbaz

💎 https://t.me/motivasiyaniz 💎

Motivasyon krallığı

19 May, 13:34


Mum olmak kolay değildir. Işık saçmak için önce yanmak gerekir.
~Mevlana

Motivasyon krallığı

17 May, 12:37


Bu gün xüsusi gündür. Etdiyin bütün arzu dilək ritual və texnikalar gerçəkləşə bilər. İstəyirəm bu gün səni keçmişinlə- uşaqlığınla üzləşdirim. Çünki onunla barışıb bağ qurduğun zaman həyatın sözün əsl mənasında yağ kimi gedəcək. Son qədər oxu və əməl et 🙏👇

Uşaqlığına məktub yazmaq keçmiş travmatik vəziyyəti həll etmək, özünü yaxşılaşdıraraq hüzurlu hiss etmek üçün güclü bir yol ola bilər.
Keçmişinlə üzləşib duyğularını qəbul edib barışdıqdan sonra indiki anda daha yaxşı hiss edəcəksən. Çünki indi yaşadığın bütün mənfi vəziyyətlərin kök səbəbi uşaqlığındır.

Necə başlamaq lazımdır:

Təhlükəsiz və Rahat Məkan tap: Narahat olmayacağın və tək qala biləcəyin bir yer tap. Özünü rahat hiss etdirən musiqi qoşa və ya şam yandıra bilərsən.

Lazım olan ləvazimatları topla: Yazı üçün qələm, kağız, karandaş və ya hər hansı digər əşyanı hazırla.

Başla və ağlına gələn hər şeyi yaz. Özünü senzura etmə, yazmağa davam et.

Duyğularıı araşdır: Keçmişdə yaşadığın hadisələri və hissləri yaz. Nə hiss etdiyini, nə düşündüyünü və nə istədiyini səmimi şəkildə ifadə et.

Qəzəbini və kədərini etiraf et: Əgər özünü qəzəbli, kədərli və ya qorxulu hiss edirsənsə, onları boğmadan hisslərini yaz. Bu hissləri etiraf etmək sağalmağın vacib hissəsidir.

Özünü və valideynlərini bağışla: Keçmişdə etdiyin və ya valideynlərinin etdiyi səhvləri bağışla. Hər kəs səhv edir və əsas odur ki, səhvlərindən dərs alıb irəliyə doğru addımla.

Gələcəyə Ümidlə Bax: Keçmişi dəyişdirə bilməzsən, ancaq gələcəyini formalaşdıra bilərsən Gələcəklə bağlı ümidlərini və arzularını yaz.

Nümunə

Əziz Kiçik Mən, Bu gün sənə gələcəkdən, yetkinliyimdən yazıram. Bəzən uşaqlıqda yaşadığımız şeylərin hələ də bizə necə təsir etdiyini anlayıram. (Burada yaşadığın konkret hadisə və ya ümumi hiss haqqında yaza bilərsən. Məsələn: "Məktəbdən kənarlaşdırıldığın zaman özünü necə tənha hiss etdin" və ya "Ailənlə apardığın davalar səni necə qorxutdu"). Bilirəm ki, bu sənin üçün çox çətin olub. O vaxt hər şeyi başa düşmək və nəzarət etmək sənin üçün çox çətin idi. (Burada yaşadıqlarının yaşın üçün nə qədər çətin olduğunu vurğulayın.) İstəyirəm ki, bunu biləsən, o zaman etdiyin heç bir işdə özünü qınama. Sən sadəcə sağ qalmağa və bacardığın qədər xoşbəxt olmağa çalışırdın. (Burada ona özünü günahlandırmağı dayandırmağı təklif et.) İndi mən böyümüşəm və keçmişi dəyişdirə bilməsək də, gələcəyimi formalaşdıra bilirəm. Sənə bunu demək istəyirəm: (Burada gələcəyə dair ümid və arzularını yaza bilərsən. Məsələn: "Bundan sonra özümü daha çox sevəcəyəm və dəyər verəcəyəm" və ya "Arzularımın ardınca gedəcəyəm və yanında olacağım insanları tapacağam. xoşbəxt".)
Səni bərk qucaqlayiram.
Sənin böyümüş halın ♥️

Motivasyon krallığı

01 May, 12:06


Bir Afrika atasözünde der ki:

Her sabah bir ceylan uyanır Afrika’da,
Kafasında bir tek düşünce vardır.
En hızlı koşan aslandan daha hızlı koşabilmek,
Yoksa aslana yem olur.

Her sabah bir aslan uyanır Afrika’da.
Kafasında bir tek düşünce vardır.
En yavaş koşan ceylandan daha hızlı koşabilmek,
Yoksa açlıktan ölecektir.

İster aslan olun,
İster ceylan olun hiç önemli yok.
Yeter ki güneş doğduğunda koşuyor olmanız gerektiğini,
Hem de bir önceki günden daha hızlı koşuyor olmanız gerektiğini bilin.

Yasam adlı koşuyu ne kadar güzel anlatmış Afrika atasözü,
Bir önceki günden daha hızlı koşmak gerekmektedir.

Çünkü eğer aslansanız,
Ve en yavaş koşan ceylanı bir önceki gün yakalamışsanız
Ve bugün bir ceylan yakalamak niyetindeyseniz,
Artık bilmelisiniz ki en yavaş ceylan sizden daha hızlıdır,
O halde düne göre hızınızı artırmanız gerekmektedir.

Yok eğer ceylansanız,
Ve henüz aslana yem olmamışsanız;
Hızınızı düne göre mutlaka artırmalısınız,
Çünkü sıra size gelmiş olabilir.

Yani…
Hayat koşusunda, devam edebilmenin tek şartı var…
Dünden daha hızlı olabilmek…
Bakin bakalım simdi kendinize…
Ondan, şundan, bundan değil “Dünden” hızlı mısınız?

Başarı bu hıza bağlıdır, kişisel başarı hız kazandırır, yol gösterir.

Motivasyon krallığı

13 Apr, 17:37


Baxımlı olub olmamaq qoxudan bilinir. Hər gün təmiz və təravətli qoxu üçün aşağıdakıları etdiyinizdən əmin olun 🙏🏻
Həm bəylər həm xanımlar üçün 👇

1. Dişlərinizi gündə iki dəfə fırçalayın

2. Özünüzlə nanəli konfet və ya saqqız gəzdirin

3. Dil təmizliyicidən istifadə edin.

4. Gündəlik duş qəbul edin.

5. Duşda skrab və ətirli duş gelindən istifadə edin.

6. Ağız qoxusunun qarşısını almaq üçün bol su için

7. Pambıq alt paltarı seçin.

8. Gün ərzində dezodorantınızı yeniləyin.

9. Ətirinizi boyun, dirsək daxili və qulağın arxasına püskürtün ki, qoxu qalıcı olsun

10. Soğan, sarımsaq və ədviyyatlı yeməklərdən uzaq durun.

Sevgi ilə 🤍

Motivasyon krallığı

20 Feb, 07:24


Qərar verməklə bağlı bilməniz gərəkənlər:

1. Gün ərzində müxtəlif qərarlar qəbul etdikcə zehni enerjimiz azalır və düşünmə qabiliyyətimiz zəifləyir. Fikrinizin aydın olduğu günün ilk saatlarında mühüm qərarlar verməyə diqqətli olun.

2. Çox ac, yorğun və ya üzgün olduğumuz zaman qəfil qərarlar verməyə meyl edirik. Bu qərarlar impulsivdir. Yaxşı qərarlar vermək üçün özünüzü yaxşı hiss etdiyiniz vaxtları seçin.

3. Həddindən artıq seçiminiz olduqda, ilk növbədə seçimləri 3-ə endirin. Sonra bu 3 variantı müqayisə edərək seçiminizi edin.

4. Qərarlarınızı dünyanın sonu kimi düşünməyin. Əksər qərarlardan geri qayıtmaq əslində olduqca asandır. Qərar verərkən ilk növbədə qazanacağınız təcrübəyə diqqət yetirməyə çalışın.

5. Əgər iki variant arasında ilişib qalmısınızsa, hər iki variantın müsbət və mənfi cəhətlərini sadalayın və onları müqayisə edin.


Bu proseslər nəinki daha yaxşı qərarlar qəbul etməyimizə kömək edir, həm də bizi daha şüurlu və özünə güvənən fərdlər edir. Qərar vermə prosesində bu maneələri aradan qaldırmaq şəxsi inkişafımız üçün mühüm addım ola bilər və həyatımızı müsbətə çevirə bilər.

Motivasyon krallığı

29 Jan, 07:58


Almaniyada motosikl pərəstişkarı olan 6 yaşlı uşağa xərçəng diaqnozu qoyulub. Anası facebookdakı bayker qrupundan motivasiya üçün xəstəxananın qarşısından keçə biləcək birinin olub olmadığını soruşur.
Çağırışa isə düz 20 min bayker xəstəxananın qarşısından keçərək dəstək göstərirlər.
Uşağın reaksiyası isə sözlə ifadə edilməzdir.
@imuellim

Motivasyon krallığı

23 Jan, 15:54


Həyat dərsləri

1. Bir insana çox güvəndiyində belə bəzi şeyləri sadəcə özündə saxla.
2. Əgər dəyərli bir şey inşa etmək istəyirsənsə, bütün tənqidlərə hazır ol.
3. Zehni sağlamlığın karyerandan çox daha önəmlidir.
4. Bir şeyi tək başına edə biləcəyini anladığın zaman, durdurula bilməyəcək güç halına gələrsən.
5. Səni sevməyən insanların çox olmaması vacib deyil. Zatən çox insan özünü belə sevmir.
6. Həyat hər zaman istədiyin kimi getməyəcək. Hər şəraitə uyğunlaşmağa hazır ol.
7. Hər nə olur olsun xoşbəxt olmağı seçə bilərsən. Qəmgin olmaq məcburiyyət deyil sadəcə bir seçimdir. (c)

Motivasyon krallığı

12 Jan, 19:31


🤯🏗 13 yaşlı Uillis Gibson yaranandan tam 34 il sonra Tetrisi məğlub edən ilk şəxs oldu! 

Rus kompüter mühəndisi Aleksey Pajitnov tərəfindən dizayn edilmiş və ilk dəfə 1984-cü ildə Nintendo tərəfindən buraxılan Tetris 90-cı illərdən bəri ən populyar oyunlardan birinə çevrilib. Bu oyunu daha əvvəl yalnız süni intellekt bitirməyi bacarmışdı. 
Belə ki, Tetris ilk dəfə 2022-ci ildə süni intellektə meydan oxumuşdu. 29-cu səviyyədən sonra oyun o qədər sürətlənir ki, insan barmaqları sürətə çata bilmirdi. StackRabbit adlı süni intellekt isə asanlıqla oyunu bitirə bilmişdi. Beləliklə, "Tetris oyununun sonu varmı?" sualına cavab tapılsa da, insanın buna nail ola bilməyəcəyinə inanılmışdı. 
2 ildir bu oyunu oynayan Gibson 157-ci səviyyəyə çatmağı bacarır. 38 dəqiqəlik oyundan sonra o, Tetrisi məğlub edən ilk şəxs kimi tarixə düşür.
Oyun başa çatdıqda ekran donur və xallar 99999999 göstərdi. Gibson öncə oyunda problem olduğunu düşünsə də, daha sonra qələbəsini anladı.
@imuellim

Motivasyon krallığı

22 Dec, 15:51


Asılı olduğunuz və davamlı yemək istədiyiniz çətin anlarda sığındığınız o qida bəzi duyğularınızı boğmağınızla əlaqədardır, bilirdiniz?💡 Məsələn:

Şokolad 🍫: Sevgi ehtiyacınızı boğduğunuz və ona ehtiyacınız olduğunu ifadə edir.Ola bilsin ki, siz heç vaxt əsl sevgi və qarşılıqlı hisslər yaşamamısınız və ya bu mövzuda hər zaman əskiyiniz olmuş ola bilər.

Çörək 🥖: Uşaqlığınız, keçmişiniz uşaqlıqda edə bilmədikləriniz üçün həsrət çəkirsiniz, güvənsizliyinizi, qorxu və qayğılarınızı bu cür basdırırsınız.

Çipslər 🍿: Qəzəbinizi çıxarmaq istəyirsiniz. Anlaşılmaq , eşitmək, dəstəklənmək ehtiyacınız ola bilər.

Xəmir yeməkləri və ya tort 🧁: Rədd edilmə və yalnız qalma hisslərinizi basdırırsınız, istirahət etməli və xoşbəxt hadisələr yaşamalısınız.

Qəhvə ☕️: Siz tükənmişlik, cansıxıcılıq, etdiyiniz hər şeyə həddindən artıq qəzəblənmə və anlıq sinir durumu yaşamış ola bilərsiniz. Bəzi şeyləri zorlamadan özbaşına baş verməsi lazımdır.

İsti və ədviyyatlı yeməklər 🌶: Həyatınızda həyəcan əskikliyi var, sərbəst yaşamaq, əylənmək bu hissləri boğar və həyatınızı istədiyiniz kimi yaşamır ola bilərsiniz.

Bəs sizdə bunlardan hansıları var? Və hansıları ilə razılaşdınız?