آخرین پست‌های 🌱İslamda Uşaq Tərbiyəsi🌱 (@islamdaterbiye) در تلگرام

پست‌های تلگرام 🌱İslamda Uşaq Tərbiyəsi🌱

🌱İslamda Uşaq Tərbiyəsi🌱
✍️ Mədinə İslam universitetinin məzunu Vüqar Qurbanov Paylaşılan materialların və məqalələrin səhihliyinə nəzarət edir.

🌱Öldükdən sonra əməl dəftərimizi açıq saxlayacaq salih övladlar yetişdirmək niyyəti ilə...

Instagram.com/islamda_terbiye
2,129 مشترک
528 عکس
96 ویدیو
آخرین به‌روزرسانی 09.03.2025 00:21

آخرین محتوای به اشتراک گذاشته شده توسط 🌱İslamda Uşaq Tərbiyəsi🌱 در تلگرام

🌱İslamda Uşaq Tərbiyəsi🌱

25 Jan, 07:28

447

👆🏻 1 nəfərlik yer qaldı.
🌱İslamda Uşaq Tərbiyəsi🌱

24 Jan, 17:14

495

📣📣📣🇸🇦 Ərəb dili.(Quran deyil)

Birinci gün gənc qız tələbələrlə Mədinə 2 kitabına başlayırıq. Dərslər həftədə 3 gün (1,3,5) axşam saat 9-un yarısında başlayır. Aylıq ödəniş 50 AZN təşkil edir. Cəmi iki yer var. Hər dərs yeni dərsə paralel olaraq 1-ci kitabı da təkrar edəcəyik inşəAllah.

Müəllimə: Təhminə Umm Muhəmməd
@kerime571
🌱İslamda Uşaq Tərbiyəsi🌱

24 Jan, 17:08

495

A1 (başlanğıc) səviyyə Ərəb dili dərsləri!

🎨 Rəngarəng dərs materialları və şəkillərlə öyrənmə
🗣 Danışıq, dinləmə, anlama bacarıqlarının inkişafı
📆🎁 Hər ay sonu imtahan keçirilir və yaxşı nəticə göstərən uşaqlar mükafatlandırılır.
🌸 Dərslər qrup şəklindədir.
Həftənin 2 və 4-cü günləri saat 12.00-13.00
• Müəllimə: Nazan Bayramova
💰 Aylıq ödəniş sadəcə 30 AZN
Əlaqə üçün: @B_Nazan (yalnız bacılar)
🌱İslamda Uşaq Tərbiyəsi🌱

24 Jan, 08:55

1,936

اِذَا اَحَبَّ اللهُ عَبْدًا نَادَى جِبْرِيلَ قَدْ اَحْبَبْتُ فُلَانًا فَاَحِبُّوهُ فَيُنَادِى جِبْرِيلُ عَلَيْهِ السَّلَامُ بِذٰلِكَ فِى السَّمَاءِ وَ الْاَرْضِ وَ اِذَا اَبْغَضَ عَبْدًا فَمِثْلُ ذٰلِكَ

"Allah bir qulu sevdiyində, Cəbrailə: 'Mən filan şəxsi sevdim, siz də onu sevin' deyə nida edər. Bunun üzərinə Cəbrail də bunu göylərə və yerə bildirər. Allah bir qula buğz etdiyində də bunun eynisi olar." ¹

Bu rəvayətə əsaslanaraq sağlam düşüncəyə və əqidəyə sahib alimlər belə deyir:

"Allahın səni sevib-sevmədiyini bilmək istəyirsənsə, bax gör səni nə ilə məşğul edir."

¹-Buxari, ədəb, 41; Müslim, birr, 157.

Əziz valideynlər! Quran əzbərləməkdə olan övladlarınızı dünyəvi elmlərdə uğur qazananlarla müqayisə etməyin. Onları sanki boş və mənasız işlərlə məşğul olurlar kimi dəyərləndirməkdən çəkinin. Allahın sevdiyi bu əməlin qədrini bilin və onları bu yoldan uzaqlaşdıracaq fikirlər söyləməyin. Əksinə, övladlarınıza dəstək olun və bunun vacibliyini yalnız sözlərinizlə deyil, əməllərinizlə də göstərin.

Dünyəvi savad əlbəttə ki, önəmlidir və bunu mən də tələbələrimə tövsiyə edirəm: həm dünyəvi, həm də üxrəvi elmlərə yiyələnin.

Lakin əsas məqsəd Allaha yaxınlaşmaq və Onun razılığını qazandıran əməllərə yönəlməkdir.

Unutmayın ki, Quran əhli Allahın əhlidir və bu, ən böyük şərəfdir. Sizin dəstəyiniz onların bu yolda daha da irəliləməsinə səbəb olacaq.

"Bəlkə sənin də övladın haqqında Uca Allah Cəbrailə səslənəcək..."

Yunus Ali.
🌱İslamda Uşaq Tərbiyəsi🌱

06 Jan, 09:53

2,081

Deyirlər ki, uşaq tərbiyəsi əldə quş tutmağa bənzəyir. Çox sıxsan zərər verərsən, açıb-buraxsan uçar gedər. Ona görə də hər bir işdə orta yolu gözləmək lazımdır. Nə ifrat, nə təfrit.

@islamdaterbiye
🌱İslamda Uşaq Tərbiyəsi🌱

02 Jan, 09:55

2,164

🌿Allaha ibadət edən, əməlisaleh bir nəsil üçün Qurandan müstəcəb bir dua:

"Ey Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et! Ey Rəbbimiz, duamı qəbul et!
Ey Rəbbimiz, haqq-hesab günü məni, ata-anamı və möminləri bağışla!”

{İbrahim surəsi, 40-41}
@islamdaterbiye
#GazaGenocide453day
🌱İslamda Uşaq Tərbiyəsi🌱

31 Dec, 11:47

1,960

Christmas, Halloween, birthday party ve s...
🌱İslamda Uşaq Tərbiyəsi🌱

30 Dec, 12:50

1,824

👆🏼ardıcıl oxuyun son iki paylaşımı.
🌱İslamda Uşaq Tərbiyəsi🌱

30 Dec, 12:49

1,962

🌾SubhanAllah belə övladlar yetişdirə bilərikmi? Qəlbi Allah kəlamının əzəmətinə tab gətirmədi...

Namazda ikən dünyasını dəyişən - Əli ibni Fudeyl İbn İyəd!

O böyük alim Fudeyl ibn İyədin (rahiməhullah) oğlu idi.

Muhəmməd ibn Nəcə (rahiməhullah) buyurur:

"Bir dəfə Fudeyl ibni İyəd bizə sübh namazını qıldırırdı. Mənim yanımda isə onun oğlu Əli ibni Fudeyl dayanmışdır. Fudeyl ibn İyəd,
“Mələklərə deyiləcək: "Onu yaxalayıb zəncirləyin! Sonra da Cəhənnəmə atın!” (Həqqa surəsi, 30-31) ayələrini oxuduqda ağlamağa başladı, onun oğlu Əli də ağladı və huşunu itirərək yerə yıxıldı."

Sələflərimizdən, böyük muhəddislərindən sayılan Muhəmməd ibnul Bəşşər (rahiməhullah) buyurur:

"Əli ibni Fudeylin ölümünə bu ayə səbəb olmuşdur. Uca Allah buyurur:

"Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi (dünyaya) qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq” – dediklərini görəydin!" (Ənam surəsi, 27)

Əli ibni Fudeyl bu ayəni oxuyub hönkürtü ilə ağlamağa başlayır, huşunu itirir və bir daha özünə gəlmir. Həmin gün onun cənazəsində mən də iştirak etdim."

[ ‘əs-Siyər’ kitabı ]
______________

Telegram.me/islamdaterbiye
Insta.com/islamda_terbiye

@tovbezamani kanalına istinadən
🌱İslamda Uşaq Tərbiyəsi🌱

30 Dec, 12:49

1,168

🌾Fudeyl inb İyad övlad tərbiyəsində aciz qalıbsa, bizim halımız daha acınacaqlıdır...

🎯Lakin duanın gücü möhtəşəmdir. Çünki hər şeyə Qadir Olandan ,hər şeyi İdarə Edəndən istəyirsən...

✍🏼 @islamdaterbiye