•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊 @seirqoxulum Channel on Telegram

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

@seirqoxulum


Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı — elə sevgi deməkdir.
Sevgisini şeirlərlə ifadə edənlərin kanalı.♡

📅 𝓓𝓪𝓽𝓪: 13.10.2020

𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊 (Azerbaijani)

𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊 kanalı, sevgiyi şeirlərlə ifadə etməyi sevenlər üçün yaradılmış bir platformadır. Kanal, sevgi dolu sözlər və ifadələrlə doludur, çünki sevgi Tanrıdır və onun qəlbində yaşayan her kəsə aiddir. Bu kanal sevgisini ifadə etmək istəyənlər üçün mükəmməl bir məkandır. Burada sevginin gücünü və əhəmiyyətini anlamış digər istifadəçilərlə bir araya gələcəksiniz. Sevginin və qəlbin gücünü hiss etmək üçün 𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊 kanalına qoşulun! Kanalın açılış tarixi: 13.10.2020.

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

13 Jan, 10:59


‼️ Aşağıdaki posta seçim edərək imtahanlara sürətli hazırlaşın, İxtisaslar və Keçid balları haqda məlumatları, lazımlı vəsaitləri, vacib qeyidlər, sınaqların cavablı PDF-lərini və izahlarını əldə edin 🔻

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

13 Jan, 08:50


♨️ Əvvəlki illərdə imtahanlarda istifadə olunmuş sualların paylaşıldığı kanallarımıza üzv olaraq imtahanlarınıza ödənişsiz hazırlaşın, yeni sınaqları və daha çoxunu əldə edin.

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

13 Jan, 05:01


⭐️⭐️Aşağıdakı mavi tik almış kanallara abone olmaqla pulsuz giriş əldə edə bilərsiz✍️🔐

❤️‍🩹||Yarım qalan xəyalları olanlara özəl

💗||Prenseslər üçün fake şəkillər

🇬🇧||İngilis dilini öyrənməyin yolları

💘||Profillər üçün 3D və 4D şəkillər

💸||Asan yolla pul qazanmağın yolu

🎭||İzləyə biləcəyiniz Netflix filmləri

🎞️||Uşaqlar üçün 4D Netflix cizgifilmləri

🩵||BMW sevənlər üçün logolar

💌||Eyfel qülləsi divar kağızları

🇷🇺||Rus dilində danışıq dərsləri

💋||Şəkilləriniz üçün poz ideyaları

||Instagram üçün filter şəkillər

💅🏻||Qızlar üçün Nail art ideyaları

📖||Coğrafiyaya dair test bankları

❤️‍🔥||Cütlüklər üçün love videoları

🐆||Rich vibe verən wallpaperlər

💔||Qəlbi qırıqlar üçün videolar

🥀||Retro musiqilərdən qruz yazılar

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

12 Jan, 16:59


‼️İmtahan tarixləri açıqlandı. Fənni seç və imtahana hazırlaş⤵️

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

12 Jan, 14:11


Kanalımın əziz premium izləyiciləri, sizdən bir xahişim olacaq. Zəhmət olmasa, linkə daxil olub kanalı güçləndirərdiniz

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

11 Jan, 20:42


"Və əgər birini sevirsənsə, onu sənin istədiyin kimi deyil, olduğu kimi qəbul edib bütünlüklə sevirsən."

Lev Tolstoy , Anna Karenina

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

09 Jan, 19:02


Çürütdük ömrümüzü bivəfalər eşqində,
Girişmək, qəmzə satan məhliqalər eşqində.

Sədaqət ilə vəfa aləmində can qoyduq,
Vəfadan əl götürən aşinalər eşqində.

Xəyali-vəsl ilə zənciri-zülfə bağlandıq,
Rəqibə naz eləyən dilguşalər eşqində.

Büküldü bel, baş ağardı, qocaltdı qüssə bizi,
Bu sərv boylu, by zülfi qəralər eşqində.

Bizim nəvayə gələn neydən eşqimiz çoxdur,
Biz indi də gəzirik binəvalər eşqində.

Bəlayi-eşqlə hər çövrə dözmüşük, Vahid,
Bu daş ürəkli olan dilrubalər eşqində.

Əliağa Vahid.

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

08 Jan, 04:57


Əziz izləyicilərim, sizdən bir xahişim olacaq. Əgər Temu proqramını yükləməyibsizsə, linkə daxil olub yükləyərdiniz. Mənim üçün önəmlidir. Öncədən təşəkkür edirəm🙏🏻
Yükləyən olsa + göndərsin yoruma🫶🏻


https://temu.to/m/eg6m69zi5ni

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

07 Jan, 19:27


Əliağa Vahid'dən qəzəllər çox olacaq🫠

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

07 Jan, 13:42


Qaçdı səhralərə Məcnun demə Leylayə görə,
Eşqə düşmüş o da bir başqa müəmmayə görə.

Hərə bir dərd ilə aludədir, eylər nalə,
Mən sənin hüsnünə, bülbül güli-rənayə görə.

Bu təmənnadə idim vəslinə, ey gül, yetərəm,
Sındı məndən ürəyin tez bu təmənnayə görə.

Yusifin eşqi Züleyxanı şərəfdən saldı,
O da zindana düçar oldu Züleyxayə görə.

Başqa mehparələr eşqində gözümdən düşdü,
Qətrə gözdən düşər, əlbəttə ki, dəryayə görə.

Gül üçün bülbüli-şeyda keçir öz canından,
Gül nəyindən keçəcək bülbüli-şeydayə görə.

Ömrümüz indi ki, Vahid, belə sürətlə keçir,
Mümkün olduqca bu gün gör işi fərdayə görə.

Əliağa Vahid

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

07 Jan, 13:27


Əliağa Vahid qəzəllərindən paylaşımmı?
Məndə 1964-cü ilə aid kirilcə olan kitabı var. Bəs sizdə?

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

05 Jan, 17:01


‼️Hazırlaşdığın qrupu seç və kanallara daxil ol⤵️

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

04 Jan, 13:03


Gəl, əyləş qarşımda, oturaq bir az,
Sən danış, mən bir az gülüm, sevinim.
Viranə qalmış bu qəlbimi dindir,
Sevincim doğmadır, özgədir qəmim.

İki dəmli çay demişəm gələcək,
Görən tale nə vaxt bizə güləcək?
Mənim bəxtim əzəlindən belədir,
Bilirəm ki, közərməmiş sönəcək..

• Nail Zeyniyev
#izləyicimizdən
@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

04 Jan, 10:59


Sizlərə lazım olacaq kanallardan faydalanmaq üçün seçim edin və abunə olun, imtahanlara ödənişsiz hazırlaşın ⤵️

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

04 Jan, 08:50


☑️ Yeni tədris ilinə ödənişsiz şəkildə hazirlaşmaq sizə lazım olacaq qaydalar, sınaqlar, testlər, PDFlər
və video izahları üçün seçim edin və abunə olun ⤵️

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

01 Jan, 19:37


Bircə baxışınla, bircə sözünlə,
Səni hiss edirəm, səni duyuram
Nə qədər sən mənim həyatımdasan,
Özümü ən şanslı adam sayıram.

Mənim düşündüyüm, mənim andığım
Könlümü verdiyim bircə qadın var
Ən gözəl anlarda, xatirələrdə,
Sənin izlərin var, sənin adın var.

Sən mənim gecələr yuxularımsan,
Gündüzlər könlümün səcdəgah yeri
Sən mənə sevməyi öyrədən adam,
Sən əvəzolunmaz, əvəzsiz biri…

Mən sənə aşiqəm, sən mənə aşiq
Sən də bu hisslərin divanəsisən
Mən sənin eşqinlə əriyən şəməm
Sən eşqin fədakar pərvanəsisən…


Müəllif: Sənani

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

01 Jan, 18:33


Axşamınız xeyir olsun
Necəsiniz?

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

31 Dec, 20:57


Və 12 il sonra gözlənilən, gözlədiyim il gəldiBu ilin mənim olmasının anlamını yaşadıqca daha yaxşı görəcəm. Möhtəşəm keçsin😍 Gözəl xatirələr, xoş anlar, nailiyyətlər, bolluq-bərəkət, uğurlar, sevinclər və sevgi gətirsin🙏🏻
Sizin iliniz nədir?

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

31 Dec, 20:02


Yeni iliniz mübarək, əzizlər

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

31 Dec, 05:24


Gününüz aydın olsun, əziz izləyicilərimiz
31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə hər birinizi təbrik edirəm. Allah millətimizi qorusun, xoş günlər qismət etsin🙏🏻

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

28 Dec, 17:01


Hazırlaşdığın qrupu seç və kanallara daxil ol⤵️

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

27 Dec, 13:43


https://t.me/+C5lloRuqbUY5M2My

Kanal satılır. İstəyən olarsa, yazsın

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

25 Dec, 13:39


Allah qəzada vəfat edənlərə rəhmət eləsin. Xəstələrə tez zamanda şəfa versin🙏🏻
Rəbbim millətimizi, xalqımızı, bütün insanlığı xəta-bəladan qorusun
Başımız sağ olsun!

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

25 Dec, 13:34


Channel photo updated

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

23 Dec, 21:24


Sevgin varsa | Mədinə Gülgün

Bir çiçəkdim, günəşimdin sən mənim,
Bir ürəkdim, atəşimdin sən mənim.
Yarpaqlarım günəşsizdir, sevgilim.
Qəlbim yaman atəşsizdir, sevgilim.
Qanadları kövrək quşam elə bil,
Həsrətinçin doğulmuşam elə bil.
İtirmişəm dincliyimi, yuxumu.
Necə deyim… heç insafın yoxdumu.
Bir ömürəm rəva görmə donum mən.
İstəyirəm atəşində yanım mən.
Paltarımı şəfəqlərdən biçib gəl,
Sevgin varsa, dumanları keçib gəl...

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

23 Dec, 21:24


Şeir: Mədinə Gülgün "Sevgin varsa"
Səsləndirən: Səma Rəhimzadə


Bəyənməyiniz diləyiylə
@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

17 Dec, 19:27


..Həsrətin asılıb kirpiklərimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən…
Gəzmək istəyirəm… sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.

Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.
Yox, dözə bilmirəm,
dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
..

Bəxtiyar Vahabzadə

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

14 Dec, 13:01


Səsləndirmə profesional şəkildə deyil, sadəcə izləyicilərim üçün etmişəm.

Şeir: Asim bəy Kazımsoy

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

13 Dec, 20:00


Səsləndirir🎙: Cəlal Bəy
✍🏼Şeirin adı və müəllifi: Gedən ömürdən gedir- Cəlal Nağıyev
#izləyicimizdən

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

12 Dec, 16:30


Elə istəyirəm qayıdam hərdən,
Gah qəhər, gah qürur didir bağrımı,
Sənsiz dolu vurmuş çinar kimiyəm,
Hirsim qopub-düşən yarpaqlarımdı.

Söz var:”Ağlayanda ürək boşalar”,
Səninçün hönkürmək,ağlamaq asan,
Sənin heç olmasa-təskinliyin var,
Yaxşı ki,sən mənə oxşamamısan.

Tərsliyim başıma bir bəla olub,
Təpədən-dırnağa günaham,şərəm,
Eh… bu qürur da bir bəhanə olub,
Nən ki,körpəlikdən dəymədüşərəm…


Vahid Əziz

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

10 Dec, 12:59


Nə qədər böyüsəm də, içimdəki uşaq böyümür. Və düşünəndə ki özümü tanıyandan, dərk edəndən olduğum kimiyəm, demək nələrisə doğru etmək budur..🫠
İçinizdəki məsumluğu, uşaqlığı heç itirməməyiniz diləyiylə🤍


@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

08 Dec, 19:33


Bir ötən sevgini unuda bilsəm,
Könlümü sevginlə ovuda bilsəm,
Bir axşam yanına, qayıda bilsəm
Bağışla, bağışla, məni bağışla…

Bağışla qapını döyə bilmirəm,
Bağışla sevirəm, deyə bilmirəm.
Özüm də bilmirəm, ah niyə bilmirəm,
Bağışla, bağışla, məni bağışla…

Bir sönən ocağın külünə yanma
Ömrümün ayına, ilinə yanma
Desəm ki sevmirəm gəl mənə inanma ,
Bağışla, bağışla, məni bağışla…
Bağışla məni…


Ramiz Rövşən

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

06 Dec, 20:00


Ayrılıq

Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən - Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla! "Ölmədim" deyirəm, nə bilim axı, Bəlkə də, mən sənsiz ölmüşəm elə, ölmüşəm elə?!.

Bəlkə də biz onda ayrılmasaydıq, Nə mən indikiydim, nə sən indiki.

~Ramiz Rövşən

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

05 Dec, 15:44


https://www.facebook.com/share/p/1HZxjFLq2x/


https://edebiyyatveincesenet.az/ru/life/item/18605-kolledz-taelaebaelaerinin-hekayaelaeri-ulduzlar-aras-nda-galan-sevzhi?fbclid=IwZXh0bgNhZW0CMTEAAR1VjzVZRtwkOWZdJyD_3ntP8Yi5ZvgD3wBZEe4M4WjDDvhqjNZSQb5Uemg_aem_XPyJkJZLghKAI3GIjToUfg


Zəhmət olmasa, bu linklərə keçid edib dəstək olaq.🙏🏻🙏🏻

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

05 Dec, 06:47


Oturaq gəl dərtlərimizi bölü‌şək
Gəl vaxtımız olmadığı ‌ı bir gü‌ndə görüşək

Unut getsin sevə bilmədik onsuz eşqim
Ola bilmədi heç kimin heç kim
İnan hər kəsin öz yolu var

Ürəyi deşdik elə bir qarmağa biz ilişdik
ikimizdə bir anda dəyiş‌dik
Gözəl hər şeyin bir sonu var.

Gedən ömrümü saç‌larında düzərəm
Mən sənsizliyimlə ölmərəm ki dözərəm

Şahı gəlsin bu ürək səni heç vaxt unutmaz
Əlim başqa ‌ bir əli daha tutmaz
Sevən adamın bir yolu var.. #Miro 🖤

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

04 Dec, 20:46


Mironun yepyeni mahnısı🫠

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

04 Dec, 20:45


https://youtu.be/hj2Z4PV6aFo?si=yAlzss0tndpkp6F-

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

03 Dec, 20:39


Əvvəllər xəyala inanmırdın heç
İndi möcüzəmə olmusan şərik.
Gəl mənim arzumdan birini sən seç
Bəlkə qismət olar, biz görüşərik.

Ruhum ilahidən ilham alanda
Hiss edəm saçının ətrini, gülüm.
Axı nə fərqi var, sən olmayanda
Ya gəlsin yaşamaq, ya gəlsin ölüm.

Axtarma, xəyalım sənlə əl-ələ,
Hər səhər şeh düşən göy çəməndədir.
Daha istəmirəm ev bundan belə,
Sən mənim evimsən, evim səndədir.

Girib ürəyimin gül baxçasına,
Eşqimin çiçəyin sənmi dərmisən?
Baxmayım dünyada bir başqasına,
Mənə bir rəsmini göndərərmisən?

Orda nəfəsimlə nəfəs alırsan
Salıb ürəyinə şairin adın.
Sən məndən uzaqda necə qalırsan,
Məni möcüzəylə gözləyən qadın?…

Asim bəy Kazımsoy

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

03 Dec, 16:00


Yoxdur ki, Səndən ayrı mənə doğma adamım,
Hardasansa səs eylə, ay uzaqda olanım.

Gəl bir “darıxmışam” de, qollarımı qucaqla,
Ay mənim qollarıma indi həsrət qalanım.

Bilirəm, elə Sən də darıxırsan mən kimi
Üz-gözündən görünür, rəngi-ruhu solanım.

Qürur çarə deyil ki, özün yaxşı bilirsən,
Ay məni qüruruyla dərdə-qəmə salanım.

İndi Sənsiz bahar da mənə qış kimi gəlir
Gəl, sənin nəfəsinlə eşq oduna qalanım.

Gəl, əllərindən öpüm, gəl, bitsin bu uzaqlıq,
Ay çiynimi başına Ana Vətən sananım

Əziz Yaqubzadə

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

03 Dec, 14:45


Almaxanımın sevilən mahnılarından

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

28 Nov, 08:50


✴️ 2024-2025 tədris ilinə ödənişsiz hazırlaşmaq, buraxılış və blok imtahanına kimi ödənişsiz qaydalar, qızıl qeyidlər, sınaqlar və video izahlar üçün seçim edin ⬇️

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

28 Nov, 05:00


Premim kanallara girişi pulsuz əldə etmək üçün toxun👌

❤️‍🩹➥Statuslar üçün qruzluq yazılar

📲➥Oğurlanan telefonu blokla

😋➥Şokolad sevənlər burdasız?

💗➥Müxtəlif dillərdə sitat yazılar

➥Dünyada baş verən xəbərlər

😍➥Brilok balaca toxunma oyuncaqlar

🫂➥Sevgililər üçün divar kağızları

🧐➥Bilim sevənlər üçün filmlər

🏹➥Yazılı,logolu tik tok videoları

🤍➥Sizi motivasiya edəcək videolar

🩶➥Ramiz Rövşən sevənlər üçün

🎶➥Ağlama dəyməz o gözyaşına

🙏➥Dini videolar və kəlamlar

🐟➥Ev üsulu balıq konservi

💅➥Loqosuz 15saniyəlik videolar

🫀➥Videolar üçün altyazılı sözlər

🤩➥Şəkillərini istədiyin kimi düzənlə

❤️‍🔥➥Sevgililər üçün ideal kanal

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

27 Nov, 13:25


Bəzən ayrılıqlar bizim könlümüzə ağır yük kimi gəlir, ürəyimiz sızlayır sevdiyimizi itirdik deyə.. amma Allah'ın bizim qismətimizə yazdığını görsək heç də elə üzülməyib şükür edərik. Əgər biri bizdən gedirsə, şükür etməyi bacarmalıyıq. Bizim olan əvvəl-axır bizə dönər, dönməzsə daha xeyirlisi olacaq demək..🤍 (Səma Rəhimzadə)

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

25 Nov, 14:12


"Ulduzlar Arasında Qalan Sevgi"

Mən Tuğra. Adım bəlkə adi səslənir, amma ürəyimdə fırtınalar qopar. Sevginin verdiyi gücü də, aldığı nəfəsi də eyni anda hiss edən bir adamam. Həyatımdakı ən böyük fırtına isə Ayla ilə başladı. Onun adı belə bir şeir kimi səslənir, sanki səma öz işığını yalnız onun adında toplamışdı. Amma bu hekayədə şeir sonluq deyil, yalnız ağrının başqa bir adı oldu.

Ayla ilə ilk dəfə qızılgül bağına bənzər bir parkda qarşılaşmışdıq. Yazın əvvəlində ağaclar çiçək açırdı, amma o gün bütün gözəlliklərin şahı yalnız Ayla idi. Gözləri dərin mavi dəniz, saçları isə sanki gün batımının son şüaları idi. O anda başa düşdüm ki, bu qız yalnız mənim deyil, bütün aləmin ürəyini oğurlaya bilərdi. Amma mənim ona baxışım yalnız heyranlıq deyildi. Bu, hələ bilmədiyim, amma məni dəyişdirəcək bir sevginin toxumu idi.

Hər dəfə onunla rastlaşanda dünya bir anlıq dayanırdı. Mənim isə sözlərim dilimdən yox, gözlərimdən tökülürdü. Onun hər gülüşü qəlbimdə bir səs qoyurdu – “Sən sevgi üçün yaranmısan, Tuğra.” Amma bu sevgini dilə gətirmək mənim üçün ən böyük çətinlik idi. Çünki aramızda yalnız məsafə yox, iki ailənin, iki dünyanın sərt divarları vardı. Onun ailəsi bizim kimi sadə, adi insanlarla eyni cərgədə olmaqdan qürur duymayan zəngin bir sülalədən idi. Mənim ailəm isə gündəlik çörəyini zəhmətlə qazanan, sadə insanlardan ibarət idi.

Axır ki, bir gün cəsarətimi toplayıb ona hisslərimi demək istədim. Gün batımı vaxtı sahildə görüşdük. Günəşin son şüaları onun üzünə vurmuşdu, mən isə gözümü ondan çəkə bilmirdim. Elə bilirdim ki, indi hər şey dəyişəcək, həyatımız yeni bir yol alacaq. Amma mən danışmağa başlamadan, o sözə başladı.

“Tuğra...” deyib susdu. Səsi titrəyirdi, amma gözləri qərarlı idi. “Bilirəm ki, mənimlə bağlı ürəyində çox şey var. Mən də sənin hisslərini duyuram. Amma bil ki, bu dünya bizə yer ayırmayıb. Ailəm mənim seçimlərimə heç vaxt hörmət etməz. Onların gözündə mənim sevgi üçün yox, soyadı üçün yaşamağım daha önəmlidir. Amma bu, mənim sevgimə kölgə sala bilməz. Bil ki, səni hər şeydən çox sevdim.”

Sözləri məni elə bir qaranlığa qərq etdi ki, o anda dünyanın bütün səsləri batdı. Nəfəsim daraldı, amma heç nə deyə bilmədim. O, geri çevrildi və getdi. Mən isə yalnız arxasınca baxa bildim. Onun addımları dəniz qumu üzərində iz buraxırdı, amma o izlər sanki mənim ürəyimdən keçir, qəlbimi hər addımda əzirdi.

Bu gün illər keçsə də, o gün hələ də mənim üçün dünən kimidir. Ayla mənim həyatımdan uzaqlaşdı, amma ruhumdan heç vaxt getmədi. Hər gecə göyə baxıram. Ayı izləyirəm, ulduzları sayıram. Çünki bilirəm ki, o da haradasa həmin səmalara baxır. Qovuşa bilmədik, amma sevgimiz ulduzlar qədər əbədi qaldı.

Dünya bizi ayırdı, amma ruhumuzu qıra bilmədi. Sevgi qəfəsdə məhkum olsa da, ürək hələ də onun azadlığına inanar. Mən hələ də səni gözləyirəm, Ayla. Bir gün sevginin sərhədsiz olduğu yerdə görüşəcəyimizə inanıram....

M.Toğrul
@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

24 Nov, 14:08


Yuxumu gözümdən oğurlayan qız,
Ağ günə çıxdımı qara gözlərin?
Elə ağladım ki, arxanca sənin
Yuyuldu yollardan ayaq izlərin…

Daha tükənmişəm, daha bitmişəm,
Sənin nə vecinə, rahat yatırsan…
Mən sənə haqqımı halal etmişəm,
Sən niyə yuxuma haram qatırsan?

Xəzər Süleymanlı

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

21 Nov, 16:31


📍Lankon, Xanbulan
Şeiri səsləndirən: Vüqar Biləcəri

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

21 Nov, 13:02


Mənim səndən uzaqlarda,
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan,
Cahi-cəlalım, necəsən?

İbrahim İlyaslı

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

21 Nov, 10:59


‼️ Aşağıdaki posta seçim edərək imtahanlara sürətli hazırlaşın, İxtisaslar və Keçid balları haqda məlumatları, lazımlı vəsaitləri, vacib qeyidlər, sınaqların cavablı PDF-lərini və izahlarını əldə edin 🔻

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

20 Nov, 20:36


Ey coşqun gəncliyim, ey havalı quş,
Oxuduğum şərqi dinlənməz olmuş.
Ey şeir yazmaqla keçən günlərim,
Siz ki ən vəfalı günlərimsiniz…
Baxıb buludlara gülümsəməkçin,
Sevgi nəğmələri bəstələməkçin
Mənə müsaidə verərmisiniz?

Mikayıl Müşfiq

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

19 Nov, 20:50


Uzak olana aşk zalimdir
Bu nasıl sevda..?

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

19 Nov, 20:01


𝐒ə𝐧𝐢 𝐬𝐞𝐯𝐢𝐫ə𝐦
𝐒ə𝐧𝐢 𝐬𝐞𝐯𝐢𝐫ə𝐦, 𝐬ö𝐲𝐥ə𝐦ə𝐤 𝐚𝐳𝐝ı𝐫,
𝐐ə𝐥𝐛𝐢𝐦𝐝ə 𝐚𝐝ı𝐧 𝐛𝐚𝐡𝐚𝐫 𝐲𝐚𝐳𝐚𝐪𝐝ı.
𝐇ə𝐫 𝐬ə𝐭𝐢𝐫𝐝ə 𝐬ə𝐧, 𝐡ə𝐫 𝐛𝐢𝐫 𝐚𝐧ı𝐦𝐝𝐚,
𝐒ə𝐧𝐢 𝐬𝐞𝐯𝐢𝐫ə𝐦, 𝐪𝐚𝐥 𝐡ə𝐦𝐢şə 𝐲𝐚𝐧ı𝐦𝐝𝐚.

— Xəlil Rza Ulutürk

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

18 Nov, 20:00


Aramızda nə qalır ki,
Bir keçilməz dərya var.
Yadımızda nə qalır ki,
Bir yozulmaz röya var.

Səni məndən kim alar ki?
Qismətinə kim qalar ki?
Mənim olsan nə olar ki?
Dağılmaz ki bu dünya.

Bu çalınan nə kamandır?
Ürəyimin telləri...
Görüşmürük nə zamandır,
Saymaq olmur illəri...

Bilməz idim sinəmdəsən,
Bu kimsəsiz aləmdəsən.
Qarşılaşsan mənimlə sən,
Dağılmaz ki bu dünya...

Vahid Əziz

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

17 Nov, 20:20


Mənə maraqlıdır xəyala dalıb,
Sən də heç divara, tinə baxdınmı?
Uduzub içində maraq hissinə,
Uzaqdan-uzaqdan mənə baxdınmı?

Unutdum dediyin yada düşəndə,
Dedinmi bu qədər sevərmi bəndə?
Köhnə şəkillərə görəsən sən də
Hər axşam götürüb yenə baxdınmı?

Belə ayrılığa sən verdin qərar.
Ağlına gəlməzdi fələk nə sayar.
“Nə var unutmağa” deməyə nə var?!
Gözləri açıqkən günə baxdınmı?

Sənin də gözlərin batdımı qəmə?
Alışa bildimi yanağın nəmə?
“Nəyimi unuda bilmirsən?” demə!
Heç mənim gözümdən sənə baxdınmı???


Nüsrət Həsən

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

16 Nov, 19:03


Ramiz Rövşən

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

15 Nov, 21:42


Nə fərqi var, indiyədək nə olub, əsas indi olandır..

Elçin Səfərli. "Mən qayıdanda evdə ol" kitabından

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

15 Nov, 20:46


Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan,
Mənəm, xəyalındır, bir də kədərdir.
Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.

Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca..

Rəsul Rza

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

15 Nov, 13:51


Ömrünü gününü mənə pay verib,
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
Səsimə hamıdan öncə hay verib
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
Gəlibdir ömrümə mələk donunda,
Tanişlıq veribdir sənin yanında,
Vüsal olmalıykən eşqin sonunda
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
Gecə uzanıram yatagımda o,
Səhər oyanıram otagımda o
Küçəyə çıxıram qabağımda o,
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
Heç aşiq məşuqu sevməyib belə,
Səadət gəzirik verib əl-ələ.
Dünya belə sevgi görməyib hələ,
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…

Yetim Qacar

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

14 Nov, 19:00


Mən səni bir musiqi,
Şeir kimi sevirəm.
Allahdan gələn səda,
Xeyir kimi sevirəm.

Sevirəm gözündəki,
Oğrun-oğrun baxışı.
Vurğunam gülüşünə,
Mənim tale naxışım.

Bil, səni qucaqlamaq,
Dünyanı sarmaq kimi.
Başqa xoşbəxtlik yoxdur,
Qoynunda yatmaq kimi.


Təhminə Mübariz

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

14 Nov, 15:41


və bunu eşitdim "𝐤𝐞𝐜𝐦𝐢𝐬𝐢𝐧𝐢 𝐮𝐧𝐮𝐝𝐚 𝐛𝐢𝐥𝐦𝐞𝐝𝐢𝐲𝐢𝐧 𝐮𝐜𝐮𝐧 𝐦𝐮 𝐠𝐞𝐥𝐞𝐜𝐞𝐤 𝐲𝐚𝐳𝐦ı𝐫𝐬𝐚𝐧, 𝐲𝐨𝐱𝐬𝐚 𝐠𝐞𝐥𝐞𝐜𝐞𝐤 𝐨𝐥𝐚𝐫𝐚𝐪 𝐠𝐨𝐫𝐝𝐮𝐲𝐮𝐧 𝐚𝐝𝐚𝐦ı 𝐤𝐞𝐜𝐦𝐢𝐬𝐢𝐧𝐝𝐞 𝐛𝐮𝐫𝐚𝐱𝐝ı𝐠ı𝐧 𝐮𝐜𝐮𝐧 𝐦𝐮"və mən bu sözün altında hələ də əzilirəm...


@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

13 Nov, 21:21


Hər bir dərdə dözən adam
Heç bir şeydən dəli olur.
Özü də xəbər tutmadan
Qəflətən gülməli olur.

Düz yolda çaşır ayağı,
Qarışdırır solu-sağı,
Və bu işdə nə Allahın,
Nə bəndənin əli olur.

Beynini gəmirən zəli
Deyir ki, dəlisən, dəli!..
Hər yandan üzülür əli
Və adam ölməli olur…


Ramiz Rövşən

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

11 Nov, 20:54


Günəşi görmək üçün gecə baxırsan göyə…
Hamı sənə kor deyir, necə baxırsan göyə?
Çox qarışıq adamsan.

Biz isə ağıllıyıq, hər şeyi “düz” bilirik,
Ürəyin dünya boyda olsa da, biz bilirik
Bir qarışlıq adamsan.

Saçında ağ tellərin qaralarla yarışır,
Belə də davam elə, sənə də bu yaraşır,
Tam yarışlıq adamsan.

Gözlərindən axanlar gözünə bir də baxmır,
Axı niyə baxanlar üzünə bir də baxmır?
Bir baxışlıq adamsan?

Ahın yerdən göylərə heç çatmasın, əzizim,
Səni qara buludlar aldatmasın, əzizim,
Bir yağışlıq adamsan.

Səddam Laçın

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

10 Nov, 16:51


𝐎𝐥𝐮𝐦 𝐤𝐢𝐦𝐢 𝐛𝐢𝐫 𝐬𝐞𝐲 𝐨𝐥𝐝𝐮, 𝐚𝐦𝐦𝐚 𝐡𝐞𝐜𝐤𝐢𝐦 𝐨𝐥𝐦𝐞𝐝𝐢...


@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

10 Nov, 10:59


‼️ Aşağıdaki posta seçim edərək imtahanlara sürətli hazırlaşın, İxtisaslar və Keçid balları haqda məlumatları, lazımlı vəsaitləri, vacib qeyidlər, sınaqların cavablı PDF-lərini və izahlarını əldə edin 🔻

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

10 Nov, 08:50


☑️ Yeni tədris ilinə ödənişsiz şəkildə hazirlaşmaq sizə lazım olacaq qaydalar, sınaqlar, testlər, PDFlər
və video izahları üçün seçim edin və abunə olun ⤵️

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

08 Nov, 13:50


Müharibənin ilk vaxtları idi bu videonu gördüyüm. Çoxunuz şəhidimiz Elvin Abdurəhmanovu xatırlayırsınız. Gözlərindəki hüzn, ağrı, acısı ürəyimizi dağlamışdı. Onda özümə söz vermişdim ki, hər il ad günü-01.10 və şəhadət günündə-02.10 onu anıb hər zaman yad edəcəm. Hər il Elvini yad edib dualar edirəm. İnşallah bir gün qismət olar məzarını ziyarət etmək də borcumdur. Bütün şəhidlərimizin adını,doğum gününü, şəhadətini əzbərləyə bilməsək də, hər birimizin borcu ki şəhidlərimizin birini yad edərək ruhuna minnətdarlığımızı bildirə bilərik. Ruhun şad olsun, şəhidim. Zəfər Günümüz sizlərin əsəridir. Elə bir tarix yazdınız ki, əsrlər, min illər keçsə də, heç vaxt unudulmaz. Allah şəhid ailələrinə səbr versin🇦🇿🙏🏻

Səma Rəhimzadə @seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

08 Nov, 08:37


Zəfər Günümüz mübarək olsun🇦🇿
Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa və can sağlığı versin🙏🏻

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

07 Nov, 13:35


Düşmüşdüm dünyaya bəxt arayırdım
Səni görməyimdən incimədin ki?
Sənsiz bu dünyada bir belə, yarım,
Ömür sürməyimdən incimədin ki?

Öpdüm,nəfəsimdə mehdən incidin,
Ləçək dodağımda şehdən incidin,
Qəlbimdə dillənən neydən incidin,
Səni sevməyimdən incimədin ki?

Bilmirəm, küsürsən mənim nəyimdən?
Bihuşam ərkindən,naz etməyindən,
Sənə ulduzlardan,dağ çiçəyindən
Çələng hörməyimdən incimədin ki?

Özüm də bilmirəm,gəzirəm nəyi,
Əlimin telinə müşkül yetməyi,
Sənə öz ömrümü qurban etməyi
Rəva bilməyimdən incimədin ki?

Əgər ölməliyəm, gəl məni öldür!
Deyib-gülməliyəm, qəlbimi güldür,
Bütün savaşların sonluğu sülhdür!
Qalib gəlməyimdən incimədin ki?...

Vahid Əziz

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

06 Nov, 19:08


𝐁𝐢𝐫 𝐬𝐞𝐡𝐞𝐫 𝐞𝐬𝐡𝐢𝐭𝐬𝐞𝐧 𝐨𝐥𝐮𝐛 𝐠𝐞𝐭𝐦𝐢𝐬𝐡𝐞𝐦, 𝐯𝐞𝐬𝐢𝐲𝐲𝐞𝐭 𝐞𝐝𝐢𝐫𝐞𝐦 𝐲𝐞𝐫𝐢𝐧𝐞 𝐲𝐞𝐭𝐢𝐫, 𝐪𝐞𝐛𝐫𝐢𝐦𝐢 𝐭𝐞𝐤𝐥𝐢𝐲𝐢𝐧 𝐪𝐞𝐳𝐞𝐛𝐢 𝐢𝐥𝐞 𝐪𝐚𝐳, 𝐮𝐬𝐭𝐮𝐦𝐞 𝐛𝐞𝐱𝐭𝐢𝐦𝐢𝐧 𝐫𝐞𝐧𝐠𝐢𝐧𝐝𝐞 𝐛𝐢𝐫 𝐝𝐚𝐬𝐡 𝐚𝐭, 𝐨 𝐝𝐚𝐬𝐡𝐢𝐧 𝐮𝐬𝐭𝐮𝐧𝐞 𝐛𝐢𝐫𝐜𝐞 𝐤𝐞𝐥𝐢𝐦𝐞 𝐲𝐚𝐳, 𝐨𝐥𝐬𝐞𝐦𝐝ə 𝐬𝐞𝐯𝐠𝐢𝐦𝐢 𝐫𝐮𝐡𝐮𝐧𝐥𝐚 𝐲𝐚𝐬𝐚𝐭.....


~Orxan Lökbatanlı


@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

05 Nov, 16:30


𝐎𝐥𝐚𝐫 𝐬𝐞𝐧𝐢 𝐐𝐮𝐜𝐚𝐪𝐥𝐚𝐲𝐢𝐦 ? 𝐒𝐞𝐧 𝐠𝐮𝐥𝐮𝐦𝐬𝐞 𝐡𝐞𝐜𝐧𝐞 𝐝𝐞𝐦𝐞, 𝐦𝐞𝐧 𝐨𝐳 𝐡𝐚𝐥𝐢𝐦𝐚 𝐚𝐠𝐥𝐚𝐲𝐢𝐦...


@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

04 Nov, 21:02


Günler gitgide kısalıyor,
Yağmurlar başlamak üzere.
Kapım ardına kadar açık bekledi seni.
Niye böyle geç kaldın?


Nazım Hikmet

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

02 Nov, 20:43


Səsləndirən: Xəzər Süleymanlı

Bil yaman gündə də, yaxşı gündə də
İstərəm qovuşam, mən yetəm sənə
Gözlərim gözlərinə dikiləndə də
Həsrətəm, həsrətəm, həsrətəm sənə..

Bəxtiyar Vahabzadə

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

01 Nov, 19:27


Səninlə küsülü qala bilmirəm🤍
Şeir və səsləndirmə: Vahid Əziz

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

01 Nov, 19:19


Günəşsən göylərdən enməyəcəksən
Sənsiz nə çəkirəm bilməyəcəksən
Bilirəm bir daha dönməyəcəksən
Hələ də sevirəm, sevirəm səni.

Bu bahar könlümə gətirdi qəmi,
Mən oldum dəryada yelkənsiz gəmi,
Çiçəklər baharı sevdiyi kimi
Hələdə sevirəm, sevirəm səni.

Gedişin nə yaman agırmış, ağır
Qulağıma səsdir, adımı çağır
Üstümə qəm dolu yağışlar yağır
Hələdə sevirəm, sevirəm səni.

Gözlərim yoldadır qulağım səsdə
Ümidim çırpınır bir daş qəfəsdə,
Baş qoyub həsrətin qolları üstə,
Hələdə sevirəm, sevirəm səni.

Nüsrət Kəsəmənli

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

25 Oct, 20:13


🪐
@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

25 Oct, 08:50


☑️ Yeni tədris ilinə ödənişsiz şəkildə hazirlaşmaq sizə lazım olacaq qaydalar, sınaqlar, testlər, PDFlər
və video izahları üçün seçim edin və abunə olun ⤵️

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

24 Oct, 19:54


Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Sərpildi alev ruhuma süzgün baxışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.
Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?


Hüseyn Cavid

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

22 Oct, 06:50


Və "Şeir qoxulum" ailəsi getdikcə böyüyür🤍

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

17 Oct, 08:37


Günler gitgide kısalıyor,
Yağmurlar başlamak üzere.
Kapım ardına kadar açık bekledi seni.
Niye böyle geç kaldın?


Nazım Hikmet

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

13 Oct, 14:09


Başımı qoyaram gündə yüz kərə,
Bir yol ayağını qoyduğun yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.

Sevgiyə həd qoymaq düzü günahdı,
Cahilin hər işi, sözü günahdı,
Eşqi günah saymaq özü günahdı,
Kim deyir eşqimdə günahkaram mən?!

Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm,
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada BƏXTİYARam mən.

Bəxtiyar Vahabzadə

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

07 Oct, 20:31


Sənsiz qaldım, qəlbimin
Artdı qəmi - darıxdım.
Yanına qayıtmağın
Yetdi dəmi - darıxdım.

İnsafı yox gecənin,
Qərib, soyuq gecənin.
Oyanaraq gecənin
Bir aləmi - darıxdım.

Yer sıxdı birdən-birə,
Dərd axdı birdən-birə
Darıxdım birdən-birə,
Vəhşi kimi darıxdım.

Rəşad Məcid

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

06 Oct, 19:24


Mən cəhənnəmdə də baş yastığa qoysam sənlə,
Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim.
Nənə qarnında da sənlə əkiz olsaydım əgər,
İstəməzdim doğulub bir də bu dünyayə gəlim.
Sən yatıb cənnəti röyada görəndə gecələr,
Mən də cənnətdə quş ollam ki, o röyayə gəlim.

✓Məhəmmədhüseyn Şəhriyar

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

30 Sep, 19:01


Çəksin səri kuyində sənin qüssə qəm aşiq
Məftun eliyib huriləri möhtərəm aşiq

O qaşı hilal zulfi siyah ləbləri püstə
Təsvir edərək axtarıram möhtəşəm aşiq

Göz yaşi ilə ərsəyə gəlmiş bu dənizlər
Batsın gəmilər məndə içində oləm aşiq

Ta aləmi zərrdən, gözəlim, mən səni seçdim
Yoxsa seçərəm gör nə qədər istəsəm aşiq

Mən istəmərəm tək elə bu dəhridə olsun
Sən daimi ol ol mənə sən müntəzəm aşiq

Rauf eliyib eşqini bu dilbərə təsdiq
Eşqində yanıb döndü külə ol qələm aşiq

#izləyicimizdən Rauf Kərrar

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

28 Sep, 20:30


Çox gözlərə baxdım
səmavi, siyah,
qonur gözlərindən qəşəng
görmədim.
Bağlarda gül azdı,
dağlarda lalə,
dodaqların kimi çiçək
görmədim.
Hərcayi insanlar çox vədə verdi,
onlarda saf ürək, dilək
görmədim.
Çox qumaşa baxdım,
atlaza baxdım,
qumral sazın kimi ipək
görmədim.
Ürəklərə baxdım,
bir sərraf oldum,
qəlbin kimi böyük ürək,
görmədim.


Rəsul Rza

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

26 Sep, 13:15


Məndən daha umma mədət,
Ölməlidir bu məhəbbət,
Mənə unutmağı öyrət
Sonra özün, unut məni.

🖊 ms.magnoliya

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

20 Sep, 15:42


Seni düşünmek güzel şey,
ümitli şey,
dünyanın en güzel sesinden
en güzel şarkıyı dinlemek gibi birşey...
Fakat artık ümit yetmiyor bana,
ben artık şarkı dinlemek değil,
şarkı söylemek istiyorum...

NAZIM HİKMET

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

19 Sep, 16:54


Eşqin baharında itirib məni,
Qışında fərqinə varan adamsan.
Bu soyuq hələ çox üşüdər səni,
Sən ürək sındıran, qıran adamsan.


Ziya Fədai

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

13 Sep, 16:23


Həyatın qarışıqlığında sözsüz ki, hər birimizin dincəlməyə ehtiyacı var. Ruhunuzu dincəltmək məqsədi güdərək, sizə tam təmənnasız bir gün təklif edirik. Birlikdə şeirlər səsləndirəcək, dinləyəcək, həmçinin musiqi sədası altında söhbətlər edəcək, şirniyyat saatında yeni dostlar tanıyacayıq. Sizi inandırıram ki, ifadə edə bilməyəcəyim qədər gözəl bir şey planlaşdırırıq. Hər şeyi açıqlamırıq.

•Yerlər məhduddur..♥️

Ünvan qeydiyyatdan keçənlərə göndəriləcək. Məkan Binəqədidə yerləşən tədris mərkəzi olacaq.

Qeydiyyat üçün @ms.magnoliya Instagram hesabına yazmağınız mütləqdir.

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

08 Sep, 19:25


Sevənlərin taleyi amansız olar
Məhəbbətin heykəli baxılmaz qalar
Aylar, illər keçər,
Zaman dəyişər,
Ürəklərin yarası sağalmaz qalar..

@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

06 Sep, 11:17


Dostlar, zəhmət olmasa bu botu başladardınız🙏🏻

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

06 Sep, 11:16


https://t.me/hamstEr_kombat_bot/start?startapp=kentId1124868791
Play with me, become cryptoexchange CEO and get a token AirDrop!
💸 2k Coins as a first-time gift
🔥 25k Coins if you have Telegram Premium

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

06 Sep, 04:56


Ayrılıq | Vasif Zöhraboğlu

Kölgəsi ayrılıq, özü ayrılıq,
Bir ümüd sükutda, səsdə yatıram.
Nəğməsi ayrılıq, sözü ayrılıq,
Dilimdə bir həzin bəstə, yatıram.

Bu ömrü yarıtmaq, yaramaq üçün,
Yoxammı bir zənglə aramaq üçün?
Bir qaçaq sevgini qorumaq üçün,
Her gecə ürəyim üstə yatıram.


@seirqoxulum

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

04 Sep, 06:04


Və həyatının baharında biz onu itirdik😔
Allah səni rəhmət eləsin, Amid.🙏🏻 Kaş belə olmazdı..

•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊

02 Sep, 20:22


🖤
@seirqoxulum