Dövlət Sosial Müdafiə Fondu @dsmfsosialgovaz Channel on Telegram

Dövlət Sosial Müdafiə Fondu

@dsmfsosialgovaz


Əmək və Əhalinin Sosial Müdafiə tabeliyində Dövlət Sosial Müdafiə Fondu

Dövlət Sosial Müdafiə Fondu (Azerbaijani)

Dövlət Sosial Müdafiə Fondu Telegram kanalına xoş gəldiniz! Bu kanal, əmək və əhalinin sosial müdafiəsində aşağıçılanmış Dövlət Sosial Müdafiə Fondu tərəfindən idarə olunur. Kanalımızda iş və əlaqə sahəsində əhalinin sosial müdafiəsi ilə bağlı aktual məlumatlar paylaşılır. Burada həm işçilərə, həm də əməkli və əhalinin digər qruplarına yönəlik faydalı məlumatlar, tədbirlər və xidmətlər barədə ən son yenilikləri tapa bilərsiniz. Dövlət Sosial Müdafiə Fondu, vətəndaşların sosial müdafiəsi və refahı üçün çalışan bir qurumdur. Kanalımızda buğülərə dair son məlumatlar, sosial yardımlar, pensiya və mükafatlar, sosial müdafiə tədbirləri və daha bir çox mövzuda ən son yenilikləri öyrənmək mümkündür. Kanalımıza abunə olaraq, sosial problemlər və məsələlərlə bağlı ən güncəl məlumatlara asanlıqla çatmaq imkanına sahib olacaqsınız. Əmək və əhalinin sosial müdafiəsinə dair mühüm məlumatlar, proqramlar və tədbirlər barədə xəbərlərdən xəbərdar olmaq istəyirsinizsə, Dövlət Sosial Müdafiə Fondu Telegram kanalına daxil olun və bizi izləyin!

Dövlət Sosial Müdafiə Fondu

30 Jan, 06:11


📈 Sığortaedənlərin sayı artır.

2024-cü ilin yanvar-dekabr ayları ərzində fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 5,25% artaraq 2 114 916-ya çatıb.

🔹 Hüquqi şəxslər üzrə artım: 16 812;
🔹 Fiziki şəxslər üzrə artım: 78 566;
🔹 Torpaq mülkiyyətçiləri üzrə artım: 10 129.

Ətraflı: https://dsmf.gov.az/post/yanvar-dekabr-aylarinda-sigortaedenlerin-sayi-525-artib

#Sığorta #Statistika #Məlumat

Dövlət Sosial Müdafiə Fondu

29 Jan, 07:54


❗️❗️ Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

✔️ Beləliklə, bu ay üzrə pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları daxil olmaqla bütün sosial ödənişlərin verilməsi prosesi yekunlaşıb.

➡️ https://sosial.gov.az/media/xeberler/yanvar-ayi-uzre-butun-sosial-odenisler-yekunlasib

#ƏƏSMN #DSMF

Dövlət Sosial Müdafiə Fondu

28 Jan, 14:47


❗️❗️ Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşdırılıb.

ℹ️ Qeyd edək ki, yanvarın 10-da 📍 Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

➡️ https://dsmf.gov.az/post/respublika-uzre-yanvar-ayinin-pensiya-odenisi-yekunlasdi2025

#ƏƏSMN #DSMF #Pensiya

Dövlət Sosial Müdafiə Fondu

28 Jan, 14:08


Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Qanunla əmək, məşğulluq, ünvanlı dövlət sosial yardımı, sosial müavinətlər, əmək pensiyaları, miqrasiya və s. qanunvericilik aktlarında dəyişiklik edilib.
ℹ️ Yeni dəyişikliklərə əsasən, vətəndaşlara göstərilən xidmətlər zamanı müvafiq qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Məqsəd həmin sistemdən istifadənin genişləndirilməsi ilə əhaliyə xidmətlərin, habelə qurumlar arasında məlumat mübadiləsinin çevikliyinin daha da artırılmasıdır.
➡️ https://president.az/az/articles/view/68039

Dövlət Sosial Müdafiə Fondu

28 Jan, 13:13


Hörmətli vətəndaşlar!

29 yanvar tarixində bələdiyyə seçkiləri ilə əlaqədar olaraq DSMF-nin qəbul şöbələrində vətəndaş qəbulu olmayacaq, qeyri-iş günüdür.

30 yanvar tarixindən yenidən xidmətinizdəyik!😊

Dövlət Sosial Müdafiə Fondu

28 Jan, 11:06


Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin əməyin təhlükəsizliyi və sağlamlığı üzrə yeni baş mütəxəssisi Darko Doçinski ilə görüş olub.

ℹ️ Görüşdə əməyin təhlükəsizliyi və sağlamlığının təmin olunması sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

⬇️⬇️⬇️

https://sosial.gov.az/media/xeberler/bet-in-serqi-avropa-ve-merkezi-asiya-olkeleri-uzre-ofisinin-numayendesi-ile-gorus-olub

#ƏƏSMN #ILO #BƏT

Dövlət Sosial Müdafiə Fondu

28 Jan, 07:43


📊 #Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 369 min xidmət göstərilib, o cümlədən:

🟢106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,4 min şəxsə birdəfəlik ödəmə təyin olunub;

🟢 imtiyazlı şəxslərə 6,8 min mənzil və fərdi ev, 567 avtomobil təqdim edilib;

🟢25,3 şəxsin məşğulluğu təmin olunub.

➡️https://sosial.gov.az/media/xeberler/postmuharibe-dovrunde-sehid-aileleri-uzvleri-ve-muharibe-istirakcilari-olan-130-min-sexse-369-min-xidmet-gosterilib

#ƏƏSMN #SosialDəstək

Dövlət Sosial Müdafiə Fondu

28 Jan, 06:39


📢 2024-cü ilin yanvar-dekabr ayları ərzində Dövlət Sosial Müdafiə Fonduna 298 mindən çox vətəndaş müraciəti daxil olub.

📊 Müraciətlər aşağıdakı kanallar vasitəsilə ünvanlanıb və cavablandırılıb:
🔹 266 710 müraciət rəsmi məktublar və telefon zəngləri ilə;
🔹 31 677 müraciət sosial şəbəkə hesabları üzərindən.

Ətraflı: https://dsmf.gov.az/post/yanvar-dekabr-aylarinda-298-387-vetendas-muracieti-unvanlanib-ve-cavablandirilib

#DövlətSosialMüdafiəFondu #Sosial #VətəndaşXidməti #OperativCavab #SosialRifah

Dövlət Sosial Müdafiə Fondu

27 Jan, 16:00


Prezident İlham Əliyevin yeni Fərmanları ilə Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Daxili İşlər Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin və Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının, bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları bu ilin əvvəlindən orta hesabla 10 faiz artırılıb.

Dövlət Sosial Müdafiə Fondu

27 Jan, 11:59


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçiləri və benefisiarlarının ifasında moda nümayişi və konsert proqramını təqdim edirik.

Konsert proqramında Mərkəzin İnklüziv Kamera Orkestri və Ansamblının müşayiəti ilə dünya, eləcə də Azərbaycan musiqisinin sevilən əsərləri ifa edilib. 🎵🎤

Həmçinin Mərkəzin yaradıcılıq studiyalarında hazırlanan geyim nümunələri benefisiarlar və "İnklüziv DOST" könüllüləri tərəfindən nümayiş olunub.

Dövlət Sosial Müdafiə Fondu

27 Jan, 06:15


📊2024-cü ilin dekabr ayında ailə başçısını itirməyə görə 193 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.

Ətraflı:🔗 https://dsmf.gov.az/post/dekabr-ayinda-aile-bascisini-itirmeye-gore-193-min-neferden-cox-sexse-pensiya-ve-muavinet-odenilib

#DSMF #pensiya #sosial

Dövlət Sosial Müdafiə Fondu

24 Jan, 15:22


DSMF-dən sosial ödəniş alan şəxslər partnyorlarımıza aid bütün xidmətlərdən endirimli qiymətlərlə faydalana bilərlər. 🤝

Ətraflı: 🔗 www.sosialterefdash.az

#Sosialtərəfdaş #endirim #sosialödənişkartları #DSMF

Dövlət Sosial Müdafiə Fondu

24 Jan, 14:38


“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı “İnklüziv sosial inkişaf və sosial təminat” üzrə İşçi qrupun növbəti iclası keçirilib.

ℹ️ İclas Strategiyada nəzərdə tutulan “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət” məqsədləri üzrə 2024-cü il ərzində görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabatın müzakirəsinə həsr olunub.

➡️ https://sosial.gov.az/media/xeberler/inkluziv-sosial-inkisaf-ve-sosial-teminat-isci-qrupunun-novbeti-iclasi-kecirilib

#ƏƏSMN

Dövlət Sosial Müdafiə Fondu

20 Jan, 08:53


Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

➡️
https://president.az/az/articles/view/67958

Dövlət Sosial Müdafiə Fondu

20 Jan, 08:10


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

#ƏƏSMN #20Yanvar #20Yanvar1990 #ŞəhidlərUnudulmur

Dövlət Sosial Müdafiə Fondu

20 Jan, 05:20


Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.

➡️
https://www.instagram.com/p/DFBREDngNSX/?igsh=MXdwdHVhYjA0bGpuaQ==

#20Yanvar1990

Dövlət Sosial Müdafiə Fondu

19 Jan, 18:14


20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər sosial təminat sistemi ilə əhatə olunublar.

➡️
https://sosial.gov.az/media/xeberler/20-yanvar-sehidlerinin-aileleri-ve-20-yanvar-hadiseleri-ile-elaqedar-elilliyi-olan-sexsler-sosial-teminat-sistemi-ile-ehate-olunublar

#ƏƏSMN #20Yanvar #20Yanvar1990 #ŞəhidlərUnudulmur

Dövlət Sosial Müdafiə Fondu

19 Jan, 18:09


Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.

➡️
https://www.facebook.com/share/p/1A1WWJUpFN/?mibextid=wwXIfr

#20Yanvar

Dövlət Sosial Müdafiə Fondu

18 Jan, 09:59


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçiləri və benefisiarlarının ifasında ritmik kompozisiyanı təqdim edirik. 🥁🪘

ℹ️ Musiqi nömrəsində Mərkəzin təlimçiləri – xalq artisti, “Natiq” Ritm Qrupunun rəhbəri Natiq Şirinov, Ayxan İsmayılov, Zaur Rzayev, benefisiarlar Kamal Gözəlov, Əbəlfəz İsrafilov, həmçinin Səbinə Əsgərova və Xətai Azayev çıxış ediblər.

Kompozisiya ilk dəfə Mərkəzin səhnəsində ifa olunub.

#ƏƏSMN #DİİYM

Dövlət Sosial Müdafiə Fondu

18 Jan, 07:02


📊 2024-cü il üzrə sosial göstəriciləri təqdim edirik...

#ƏƏSMN #SosialGöstəricilər

Dövlət Sosial Müdafiə Fondu

18 Jan, 04:50


Vətəndaş rifahına xidmət edən sosial islahatlar ardıcıl xarakter alıb.

💬 "Minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaşlarında artıma imkan yaradıb".

Nazir müavini Anar Kərimovun 🗞 "İki sahil" qəzetinə və 🌐 ikisahil.az saytına eksklüziv müsahibəsini təqdim edirik.

➡️ http://ikisahil.az/post/568405-share

Dövlət Sosial Müdafiə Fondu

17 Jan, 11:59


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov regionlarda vətəndaş qəbulunu davam etdirir.

Ətraflı: https://dsmf.gov.az/post/dsmf-sedri-agdas-rayonunda-vetendaslari-qebul-edibb

#DSMF #pensiya #Vətəndaşqəbulu #Ağdaş

Dövlət Sosial Müdafiə Fondu

17 Jan, 06:51


📊2024-cü ilin dekabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 156 min nəfərdən çox olub.

Ətraflı:🔗 https://dsmf.gov.az/post/2024-cu-ilin-dekabr-ayinda-yasa-gore-ayliq-sosial-muavinet-alanlarin-sayi-156-min-neferden-cox-olub

#DSMF #sosial #müavinət

Dövlət Sosial Müdafiə Fondu

16 Jan, 14:23


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan təlimçisi Xaliq Şərifov və Səbinə Əsgərovanın ifasında “Histoire d’un amour” (Sevgi tarixi) romantik balladasını təqdim edirik.

#ƏƏSMN #DİİYM #HistoireDunAmour

Dövlət Sosial Müdafiə Fondu

16 Jan, 12:54


Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş Nazirliyin 12 əməkdaşına vəsiqə və medallar təqdim olunub.

Nazir Sahil Babayev sosial islahatlar prosesində səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşların əməyinin dövlət başçısı tərəfindən yüksək dəyərləndirildiyini, 2018-2024-cü illər ərzində ölkə Prezidenti tərəfindən Nazirliyin 147 əməkdaşının dövlət təltiflərinə layiq görüldüyünü bildirərək əməkdaşları təbrik edib, onlara yeni nailiyyətlər arzu edib.

➡️ https://sosial.gov.az/media/xeberler/dovlet-bascisinin-teltif-etdiyi-nazirlik-emekdaslarina-vesiqe-ve-medallar-teqdim-olunub

#ƏƏSMN #Təltifetmə

Dövlət Sosial Müdafiə Fondu

04 Jan, 10:10


“Sosial Dəstək, Sağlam Gələcək” layihəsi çərçivəsində autizm spektri pozuntusu və daun sindromu olan uşaqlar üçün maarifləndirmə tədbiri keçirilib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “Referans Medical Group”a daxil olan “Leyla Medical Center” tərəfindən autizm spektri pozuntusu və daun sindromu olan uşaqlar üçün “Sosial Dəstək, Sağlam Gələcək” layihəsinin növbəti tədbiri həyata keçirilib.
Budəfəki tədbir həm maarifləndirmə, həm də əyləncə məqsədi daşıyıb. Proqramın maarifləndirmə hissəsində psixoloqlar valideynlərə uşaqlarla sağlam münasibətlərin qurulması mövzusunda müzakirəli seminarlar keçiblər.
İkinci hissədə isə uşaqların sosiallaşmasına xidmət edən maraqlı və əyləncəli tədbir təşkil olunub.
Maraqlı tədbirlər zamanı uşaqlar yeni dostlar qazanıb, müxtəlif oyunlar oynayıb və sosial inteqrasiyanı dəstəkləmək naminə unudulmaz anlar yaşayıblar.

Dövlət Sosial Müdafiə Fondu

31 Dec, 10:03


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edərək kulinariya üzrə təlimə cəlb olunmuş həssas qruplara aid uşaqların əl işləri ilə tanış olublar.

ℹ️ Təlim proseslərini, yaradıcılıq nümunələrini nəzərdən keçirən Leyla Əliyeva və Arzu Əliyeva kapoeyra üzrə təlimçi və benefisiarların çıxışını izləyiblər. Benefisiarlar və “İnklüziv DOST” könüllüləri Mərkəzin studiyalarında hazırlanmış geyim nümunələrini sərgiləyiblər. Sonda konsert proqramı təqdim edilib.

📹
DOST TV-nin videosüjetini təqdim edirik.

#ƏƏSMN #DİİYM #HeydərƏliyevFondu #BakıMediaMərkəzi

Dövlət Sosial Müdafiə Fondu

31 Dec, 10:00


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.

ℹ️ Nazir Sahil Babayev Mərkəzin fəaliyyəti barədə məlumat verib. Əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qrupların yaradıcı potensialının inkişafı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün aparılan işlər diqqətə çatdırılıb.

https://azertag.az/xeber/leyla_eliyeva_ve_baki_media_merkezinin_rehberi_arzu_eliyeva_dost_inkluziv_inkisaf_ve_yaradiciliq_merkezini_ziyaret_edibler-3357523

#ƏƏSMN #DİİYM #HeydərƏliyevFondu #BakıMediaMərkəzi

Dövlət Sosial Müdafiə Fondu

31 Dec, 09:55


Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət ediblər.

ℹ️ Müəssisə sakinləri hazırladıqları səhnəciyi, milli və xarici ölkələrin, o cümlədən vətənpərvərlik ruhunda bir-birindən maraqlı rəqs nümunələrini nümayiş etdiriblər.

https://azertag.az/xeber/baki_media_merkezinin_rehberi_arzu_eliyeva_2_sayli_usaq_evi_sosial_xidmet_muessisesinde_usaqlari_ziyaret_edib-3357327

#ƏƏSMN #SXA #BakıMediaMərkəzi

Dövlət Sosial Müdafiə Fondu

30 Dec, 09:59


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında Nazirliyin 106 illiyinə həsr olunmuş “Breyn Rinq” intellektual yarışı keçirilib.

Nazirlik və qurumları üzrə 78 əməkdaşın iştirak etdiyi yarışda 13 komanda intellektual bacarıqlarını nümayiş etdirib. 👏

Dövlət Sosial Müdafiə Fondunun komandası yarışın qalibi olub. ✌️

➡️ https://sosial.gov.az/media/xeberler/nazirliyin-emekdaslari-arasinda-breyn-rinq-intellektual-yarisi-kecirilib

#ƏƏSMN #DSMF #BreynRinq

Dövlət Sosial Müdafiə Fondu

29 Dec, 19:08


Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

➡️
https://president.az/az/articles/view/67819

Dövlət Sosial Müdafiə Fondu

29 Dec, 19:07


🔷 Prezident İlham Əliyev AzTV-yə müsahibəsində Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı mühüm faktları açıqlayıb.

📹 Müsahibəni təqdim edirik.

Dövlət Sosial Müdafiə Fondu

29 Dec, 12:59


Hörmətli vətəndaşlar!

30 dekabr - 5 yanvar tarixlərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar olaraq DSMF-nin qəbul şöbələrində vətəndaş qəbulu olmayacaq, qeyri-iş günləridir.

6 yanvar tarixindən yenidən xidmətinizdəyik!

Dövlət Sosial Müdafiə Fondu

29 Dec, 12:57


DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Şuranın sədri, nazir Sahil Babayev #DOST xidmətləri şəbəkəsinin genişləndirilməsi işlərinin davam etdirildiyini diqqətə çatdırıb.

ℹ️ İclasda Agentliyin fəaliyyəti ilə bağlı 2024-cü il üzrə hesabat təqdim olunub, bir sıra məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə edilib.

➡️ https://sosial.gov.az/media/xeberler/dost-agentliyinin-musahide-surasinin-iclasi

#ƏƏSMN #DOSTAgentliyi #DOSTxidmətləri

Dövlət Sosial Müdafiə Fondu

29 Dec, 12:55


🔸 Nazir Sahil Babayev AZTV-yə müsahibəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması, habelə onların mənzillə təminatı sahəsində aparılan işləri diqqətə çatdırıb.

#ƏƏSMN #Sosialİslahat #SosialTəminat #SosialDəstək

Dövlət Sosial Müdafiə Fondu

29 Dec, 12:49


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

➡️ https://president.az/az/articles/view/67803

Dövlət Sosial Müdafiə Fondu

25 Dec, 16:39


Baş nazir Əli Əsədovun sədrliyi ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib.

➡️ https://nk.gov.az/az/xeberler/matbuat-xidmatinin-malumati/bas-nazir-eli-esedovun-sedrliyi-ile-teyyare-qezasi-3259

Dövlət Sosial Müdafiə Fondu

25 Dec, 13:11


ℹ️ Prezident İlham Əliyev Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.

➡️ https://president.az/az/articles/view/67691

Dövlət Sosial Müdafiə Fondu

25 Dec, 12:31


Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib.

➡️ https://azertag.az/xeber/prezident_ilham_eliyev_teyyare_qezasi_ile_bagli_musavire_kechirib__yenilenecek-3349027

Dövlət Sosial Müdafiə Fondu

25 Dec, 12:28


Prezident İlham Əliyev təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

➡️ https://president.az/az/articles/view/67690

Dövlət Sosial Müdafiə Fondu

25 Dec, 09:42


Prezident İlham Əliyev Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı paylaşım edib.

Dövlət Sosial Müdafiə Fondu

25 Dec, 09:41


Birinci vitse-prezident Mehriban Əliyeva Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı paylaşım edib.

Dövlət Sosial Müdafiə Fondu

24 Dec, 15:34


Prezident İlham Əliyevin imzaladığı yeni Qanunla 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

➡️ https://president.az/az/articles/view/67658

Dövlət Sosial Müdafiə Fondu

24 Dec, 14:53


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin, eləcə də 1, 2 və 3 saylı Uşaq Evi sosial xidmət müəssisələrinin sakinlərinin də qatıldığı 🎄 yeni il tədbiri keçirilib.

ℹ️ L.Əliyeva öz "Instagram" hesabında tədbirlə bağlı paylaşım edib.

➡️ https://www.instagram.com/reel/DD9hosDIcUF/?igsh=dzhvc2R4NDNqejBw

#ƏƏSMN #SXA #HeydərƏliyevFondu #BakıMediaMərkəzi

Dövlət Sosial Müdafiə Fondu

24 Dec, 14:47


❗️❗️ Dövlət Sosial Müdafiə Fondu respublika üzrə dekabr ayının pensiya ödənişini yekunlaşdırıb.

Ayın 10-da 📍 Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin dekabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

➡️ https://sosial.gov.az/media/xeberler/respublika-uzre-dekabr-ayinin-pensiya-odenisi-yekunlasdi

#ƏƏSMN #DSMF #Pensiya

Dövlət Sosial Müdafiə Fondu

24 Dec, 11:40


Nazirlik tərəfindən bu gün şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 150 mənzil 🏢 təqdim edilib. Mənzillər Bakı, Sumqayıt, Abşeron və digər regionlardakı yeni yaşayış komplekslərində yerləşir.
ℹ️ Həmçinin daha 33 avtomobil 🚗 verilməklə, növbədə dayanan bütün müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı başa çatdırılıb.

➡️ https://t.me/sosialgovaz/20819

#ƏƏSMN #SXA #SosialDəstək #SosialTəminat

Dövlət Sosial Müdafiə Fondu

05 Dec, 10:29


Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) tərəfindən təşkil edilən Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumu çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov ISSA-nın mətbuat orqanına müsahibə verib.

Ətraflı: https://dsmf.gov.az/post/dsmf-sedri-himalay-memisov-issa-nin-metbuat-orqanina-musahibe-verib

#DSMF #sosial #beynəlxalq

Dövlət Sosial Müdafiə Fondu

05 Dec, 07:45


📊2024-cü ilin noyabr ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 978 nəfər olub.📈

Ətraflı:🔗 https://dsmf.gov.az/post/xususi-sertlerle-emek-pensiyasi-alanlarin-sayi-145-978-nefer-olub

#DSMF #sosial #pensiya #xüsusişərtlər

Dövlət Sosial Müdafiə Fondu

04 Dec, 14:45


“Könüllü DOST” proqramının 5 illiyi münasibətilə ADA Universitetində “Sosial sahədə Könüllülük – 2” forumu keçirilib.
ℹ️ “Könüllülük - Bərabər imkanlar, sosial ədalət və inklüzivlik” və “DİM: Davamlı inkişaf naminə tərəfdaşlıq” mövzularını əhatə edən tədbirdə “Sözsüz Harmoniya” adlanan inklüziv kompozisiya təqdim olunub. Hər iki panelin sonunda sual-cavab sessiyası keçirilib.
➡️ https://t.me/sosialgovaz/20526
➡️ https://sosial.gov.az/media/xeberler/sosial-sahede-konulluluk-2-forumu-kecirilib

#ƏƏSMN #DOSTAgentliyi #KönüllüDOST

Dövlət Sosial Müdafiə Fondu

04 Dec, 14:36


🔹 Korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə məqsədilə “Rəqəmsal xidmətlər antikorrupsiya aləti kimi” mövzusunda bukletlər hazırlanaraq Nazirliyin və Nazirlik sisteminə daxil olan qurumların qəbul şöbələrində vətəndaşlara paylanılıb.

#ƏƏSMN #KorrupsiyayaQarşıMübarizə

Dövlət Sosial Müdafiə Fondu

25 Nov, 07:16


Dövlət Sosial Müdafiə Fondu (https://www.facebook.com/dsmf.sosial.gov.az) (DSMF) ABŞ-də yerləşən “World Future Awards” beynəlxalq proqramının “World Future Awards 2024” beynəlxalq müsabiqəsində iştirak edib.

ℹ️ DSMF-nin müsabiqə işi beynəlxalq münsiflər tərəfindən yüksək balla qiymətləndirilərək Fond müsabiqənin “Ən Yaxşı Vətəndaşyönümlü Sosial Təminat Sistemi” ali mükafatına layiq görülüb. 🎉

➡️ https://dsmf.gov.az/post/dsmf-abs-de-yerlesen-world-future-awards-beynelxalq-proqraminin-musabiqesinde-mukafata-layiq-gorulub

#ƏƏSMN #DSMF #BeynəlxalqMükafat #Uğur

Dövlət Sosial Müdafiə Fondu

25 Nov, 05:51


Prezident İlham Əliyev 25 Noyabr - Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib.

➡️ https://www.facebook.com/share/v/14rKtrpijpD/?mibextid=WC7FNe

#25noyabr #KəlbəcərŞəhəriGünü #QarabağAzərbaycandır

Dövlət Sosial Müdafiə Fondu

23 Nov, 14:31


❗️❗️Dövlət Sosial Müdafiə Fondu respublika üzrə bu ayın #pensiya ödənişlərini yekunlaşdırıb.
ℹ️ Noyabrın 7-də 📍 Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
➡️ https://t.me/sosialgovaz/20322
➡️ https://dsmf.gov.az/post/respublika-uzre-noyabr-ayinin-pensiya-odenisi-yekunlasdi1

#ƏƏSMN #DSMF

Dövlət Sosial Müdafiə Fondu

23 Nov, 14:18


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov regionlarda vətəndaş qəbulunu davam etdirir. 
DSMF sədri bu dəfə Yardımlı rayonunda Masallı və Yardımlı sakinlərini qəbul edib. 

Ətraflı: https://dsmf.gov.az/post/dsmf-sedri-yardimli-rayonunda-vetendaslari-qebul-edibb

#DSMF #qəbul #Yardımlı #sosial

Dövlət Sosial Müdafiə Fondu

23 Nov, 11:37


📊 Aparılan islahatlarla ardıcıl xarakter alan pensiya artımları pensiya ödənişlərinə yönəldilən vəsaitlərin də ildən-ilə artması ilə nəticələnir. 📈
#ƏƏSMN #SosialÖdənişlər #Pensiya

Dövlət Sosial Müdafiə Fondu

23 Nov, 07:15


📊2024-cü ilin yanvar-oktyabr ayları ərzində 31 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Ətraflı:🔗 https://dsmf.gov.az/post/31-min-neferden-cox-sexse-proaktiv-qaydada-yasa-elilliye-ve-aile-bascisini-itirmeye-gore-pensiya-teyinati-aparilib

#DSMF #pensiya #sosial

Dövlət Sosial Müdafiə Fondu

22 Nov, 14:54


Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti necə və hansı qurum tərəfindən təyin olunur

Ətraflı linkdə:🔗 https://dsmf.gov.az/az/pensiya/emek-pensiyasi/elilliye-gore-emek-pensiyasi/orqanizmin-funksiyalarinin-pozulmasi-faizi-elilliyin-sebebleri-ve-muddeti-nece-ve-hansi-qurum-terefinden-teyin-olunur

#DSMF #sosial #əlillik

Dövlət Sosial Müdafiə Fondu

22 Nov, 14:52


Mənzil-qərargahı İrlandiya Respublikasında yerləşən “Mason Hayes&Curran” beynəlxalq hüquq şirkətinin təşkilatçılığı ilə “Pensiyaların avtomatik hesablanması – yekun geriyə sayım” mövzusunda vebinar keçirilib. 🌐

Ətraflı:🔗 https://dsmf.gov.az/post/pensiyalarin-avtomatik-hesablanmasi-yekun-geriye-sayim-movzusunda-vebinar-kecirilib

#DSMF #Vebinar #sosial

Dövlət Sosial Müdafiə Fondu

22 Nov, 12:07


“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda hansı yeni dəyişikliklər var ⁉️

Ətraflı: 📎 https://sosial.gov.az/media/xeberler/emek-miqrasiyasi-kvotasinin-mueyyen-edilmesi-qaydasinda-hansi-yeni-deyisiklikler-var

Dövlət Sosial Müdafiə Fondu

22 Nov, 10:54


Bu ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 504 min nəfərə sosial müavinət, 401 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

➡️ https://sosial.gov.az/media/xeberler/muavinetler-uzre-898-mln-manat-prezident-teqaudleri-uzre-574-mln-manat-odenilib

#ƏƏSMN #DSMF #SosialGöstəricilər

Dövlət Sosial Müdafiə Fondu

22 Nov, 05:50


📊2024-cü ilin oktyabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 155 200 nəfərdən çox olub.

Ətraflı:🔗 https://dsmf.gov.az/post/yasa-gore-ayliq-sosial-muavinet-alanlarin-sayi-155-200-neferden-cox-olub

#DSMF #sosial #müavinət

Dövlət Sosial Müdafiə Fondu

21 Nov, 18:19


Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında 2025-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olunub.

ℹ️ Nazir Sahil Babayev 2025-ci ilin dövlət və icmal büdcələrinin sosial çağırışlara cavab verdiyini, burada sosialyönümlü xərclərin prioritet təşkil etdiyini, dövlət büdcəsində növbəti il üçün sosialyönümlü xərclərə 16,9 milyard manat məbləğində vəsait ayrıldığını qeyd edib.

➡️➡️➡️ https://meclis.gov.az/news.php?id=5786&lang=az

Dövlət Sosial Müdafiə Fondu

21 Nov, 16:51


Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) və Birləşmiş Millətlər Təşkilatı Universitetinin Siyasət əsaslı elektron idarəetmə üzrə əməliyyat şöbəsinin (UNU-EGOV) təşkilatçılığı ilə “Xidmətlərin göstərilməsi zamanı istifadə rahatlığından yararlanma – çıxışdan kənar imkanlar” mövzusunda vebinar keçirilib. 🌐

Ətraflı:🔗 https://dsmf.gov.az/post/xidmetlerin-gosterilmesi-zamani-istifade-rahatligindan-yararlanma-cixisdan-kenar-imkanlar-movzusunda-vebinar-kecirilib

#DSMF #Vebinar #sosial

Dövlət Sosial Müdafiə Fondu

21 Nov, 15:29


COP29-un Yaşıl Zonasındakı “Art Pavillion”da DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin və “DOST Evi” filialının benefisiarlarının və təlimçilərinin əl işlərinin nümayiş etdirildiyi sərgi və benefisiarların ifasında konsert proqramı böyük maraqla qarşılanıb.
ℹ️ Tədbirdə iştirak edən Heydər Əliyev Fondunun (Heydar Aliyev Foundation) vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin (Baku Media Center) rəhbəri Arzu Əliyeva benefisiarlarla görüşərək onlarla xatirə şəkilləri çəkdiriblər.
DOST TV-nin süjetini təqdim edirik.
#ƏƏSMN #DİİYM #HeydərƏliyevFondu #BakıMediaMərkəzi #COP29

Dövlət Sosial Müdafiə Fondu

21 Nov, 13:14


DSMF-dən sosial ödəniş alan şəxslər partnyorlarımıza aid bütün xidmətlərdən endirimli qiymətlərlə faydalana bilərlər. 🤝 

Ətraflı: 🔗 https://dsmf.gov.az/az/sosial-terefdas
#Sosialtərəfdaş #endirim #sosialödənişkartları #DSMF

Dövlət Sosial Müdafiə Fondu

21 Nov, 12:30


🇺🇳🇺🇳 COP29 çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiBeynəlxalq Əmək Təşkilatının təşkil etdiyi “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” tədbiri bu gün növbəti panel sessiyalarla işini davam etdirib.

ℹ️ Nazir müavini Anar Kərimov çıxış edərək yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidə nail olmaq üçün ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin xüsusi önəmini diqqətə çatdırıb.

➡️ https://sosial.gov.az/media/xeberler/cop29-yasil-iqtisadiyyata-emek-bazarinda-edaletli-kecidle-bagli-muzakireler-davam-etdirilib

#ƏƏSMN #ILO #COP29 #COP29Azerbaijan

Dövlət Sosial Müdafiə Fondu

21 Nov, 10:41


COP29 çərçivəsində "İnklüzivlik Günü" ilə bağlı Heydər Əliyev Fondunun (Heydar Aliyev Foundation) vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin (Baku Media Center) rəhbəri Arzu Əliyevanın iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil edilən sərgi və konsert proqramı haqqında AZTV-nin süjetini təqdim edirik.
#ƏƏSMN #DİİYM #HeydərƏliyevFondu #BakıMediaMərkəzi #COP29

Dövlət Sosial Müdafiə Fondu

16 Nov, 07:17


📊2024-cü ilin yanvar-oktyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 447 004 nəfər vətəndaş qəbul edilib.🏢

Əraflı:🔗 https://dsmf.gov.az/post/yanvar-oktyabr-aylarinda-447-004-nefer-vetendas-qebul-edilib

#DSMF #Vətəndaşqəbulu #pensiya #müavinət

Dövlət Sosial Müdafiə Fondu

15 Nov, 10:29


Nazirlikdə Sloveniya Respublikasının ölkəmizdəki səfiri Qorazd Rençelye ilə görüş olub.

ℹ️ Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

➡️ https://t.me/sosialgovaz/20089

#ƏƏSMN

Dövlət Sosial Müdafiə Fondu

15 Nov, 07:17


📊2024-cü ilin yanvar-oktyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 90 128 vahid və ya 4,49% artaraq 2 099 537 vahid təşkil edib.📈

Ətraflı:🔗 https://dsmf.gov.az/post/sigortaedenlerin-sayi-449-artib

#DSMF #sığortaedən #sosial

Dövlət Sosial Müdafiə Fondu

14 Nov, 07:42


2024-cü ilin yanvar-oktyabr ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 82 513 elektron arayış alınıb. Bu arayışların 25 173-ü pensiya, 36 158-i müavinət və təqaüd, 11 054-ü fərdi şəxsi hesab, 2 712-si ünvanlı dövlət sosial yardımı, 1 211-i torpaq pay mülkiyyətçisi, 1 828-i sosial sığorta şəhadətnamə nömrəsi, 1 618-i şəhid ailəsi üzvü, 701-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 098-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 906-sı əlilliyi olan şəxslərə qulluq, 54-ü Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.

#DSMF #Elektronarayış #pensiya #müavinət

Dövlət Sosial Müdafiə Fondu

14 Nov, 06:20


Tədbirdə uşaq yazıçısı Gülzar İbrahimova Vətən mövzusunda şeirlər səsləndirib, tədbir iştirakçılarına kitab hədiyyə edib.
Qeyd edək ki, tədbirin məqsədi uşaq hüquqlarının qorunması mexanizminin yaxşılaşdırılması, bu hüquqların müdafiəsinin daha effektiv təmin olunması, məktəblilər arasında hüquqi maarifləndirmənin aparılması olub.
#DSMF #Uşaqhüquqları #əməkdaşlıq

Dövlət Sosial Müdafiə Fondu

14 Nov, 06:15


F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı tədbir keçirilib.
Tədbirdə Vətən müharibəsi iştirakçılarının ailələri və övladları, Fond və kitabxana əməkdaşları, uşaq yazıçısı Gülzar İbrahimova iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçılarına uşaq hüquqları və onların müdafiəsi haqqında məlumat verilib. Qəbul olunmuş qanunlar, konvensiyalar, dövlət tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, uşaqların sağlam mühitdə yetişməsinin əhəmiyyəti haqqında danışılıb, davranış qaydalarına dair hüquqi maarifləndirməni əks etdirən təqdimatlar olunub. “Uşaq hüquqları haqqında” BMT konvensiyası, uşaq hüquqları və azadlıqları, uşaq və ailə, uşaq və cəmiyyət mövzularında maarifləndirici məlumatlar diqqətə çatdırılıb.

Dövlət Sosial Müdafiə Fondu

13 Nov, 17:53


Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb. Görüşdə Azərbaycanla Ruanda arasında ikitərəfli münasibətlər müzakirə olunub.

ℹ️ Həmçinin ASANDOST xidmətləri haqqında məlumat verən dövlətimizin başçısı burada göstərilən xidmətlərin keyfiyyətinin vətəndaşlar tərəfindən maksimum şəkildə müsbət qarşılandığını bildirib.

⬇️⬇️⬇️
https://president.az/az/articles/view/67305

Dövlət Sosial Müdafiə Fondu

13 Nov, 16:35


Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşündə Xankəndidə tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi olub.

Dövlətimizin başçısı deyib: "Mən qardaşım Şavkat Miromonoviçə minnətdarlığımı bildirirəm ki, bizim özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər. Bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır. Özbək qardaşlarımız isə yenə burada birincidirlər. Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular, işğaldan azad edilmiş ərazilərdə belə böyük bir müəssisə yaratmaqda bizə ilk köməyi göstərdilər".

https://azertag.az/xeber/azerbaycan_prezidenti_ilham_eliyev_ozbekistan_prezidenti_savkat_mirziyoyev_ile_gorusubgorusde_xankendide_tikis_fabrikinin_videobaglanti_vasitesile_achilisi_olub__yenilenib-3277280

Dövlət Sosial Müdafiə Fondu

13 Nov, 13:09


Yaşa görə əmək pensiyası və sosial müavinətlərin təyin olunması şərtləri ilə bağlı suallarınıza cavab almaq istəyirsiniz

Dövlət Sosial Müdafiə Fondunun Aparatının şöbə müdirləri Sahil Aslanov və Miralim Abbasov "Azərbaycan Radiosu"nun "Soruşun, cavab verək" verilişində mövzu ilə bağlı sizi maraqlandıran suallara

📻 105 FM dalğası

▶️ "Azərbaycan Radiosu"nun YouTube səhifəsində cavab verəcək.

🗓️ 14 noyabr
🕙 10:00

#DSMF #AzərbaycanRadiosu #əməkdaşlıq #canlıefir

Dövlət Sosial Müdafiə Fondu

01 Nov, 14:25


DSMF-dən sosial ödəniş alan şəxslər partnyorlarımıza aid bütün xidmətlərdən endirimli qiymətlərlə faydalana bilərlər. 🤝

Ətraflı: 🔗 https://dsmf.gov.az/az/sosial-terefdas

#Sosialtərəfdaş #endirim #sosialödənişkartları #DSMF

Dövlət Sosial Müdafiə Fondu

01 Nov, 13:52


İqtisadi Şuranın növbəti iclası keçirilib.
ℹ️ Əmək bazarının inkişafı üzrə mövcud vəziyyət, əmək və məşğulluq sahəsində əsas islahatlar, rəqəmsallaşma və çağırışlar, əmək bazarında demoqrafik meyllər, qeyri-formal məşğulluğun aradan qaldırılması və digər cari məsələlər üzrə nazir Sahil Babayevin məruzəsi dinlənilib.

➡️ https://nk.gov.az/az/xeberler/matbuat-xidmatinin-malumati/iqtisadi-suranin-novbeti-iclasi-kecirilib-3206

Dövlət Sosial Müdafiə Fondu

01 Nov, 12:37


Mənzil-qərargahı ABŞ-də yerləşən “Pensions&Investments” beynəlxalq qurumunun təşkilatçılığı ilə “Pensiya gəlirləri üzrə həllər: ömürlük ödənişlərin verilməsi” mövzusunda vebinar keçirilib. 🌐

Ətraflı:🔗 https://dsmf.gov.az/post/ozunumesgul-sexsler-ucun-real-sosial-teminat-hellerinin-arasdirilmasi-movzusunda-vebinar-kecirilib

#DSMF #Vebinar #sosial

Dövlət Sosial Müdafiə Fondu

01 Nov, 10:34


"Qarabağ həsrəti ən güclü stimulumuz idi" deyən DSMF əməkdaşı, Vətən müharibəsi veteranı Mehman Kərimovun xatirələri...

#DSMF #44günlükmüharibə #Döyüşyolu

Dövlət Sosial Müdafiə Fondu

01 Nov, 06:21


📊Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin yanvar-oktyabr ayları ərzində 27 678 vətəndaş müraciəti cavablandırılıb.

Ətraflı:🔗 https://dsmf.gov.az/post/sosial-sebekeler-vasitesile-27-678-vetendas-muracieti-cavablandirilib

#DSMF #Vətəndaşmüraciəti #Pensiya #ÜDSY

Dövlət Sosial Müdafiə Fondu

31 Oct, 14:16


Mənzil-qərargahı ABŞ-də yerləşən “Pensions&Investments” beynəlxalq qurumunun təşkilatçılığı ilə “Pensiya gəlirləri üzrə həllər: ömürlük ödənişlərin verilməsi” mövzusunda vebinar keçirilib. 🌐

Ətraflı:🔗 https://dsmf.gov.az/post/pensiya-gelirleri-uzre-heller-omurluk-odenislerin-verilmesi-movzusunda-vebinar-kecirilib

#DSMF #Vebinar #sosial

Dövlət Sosial Müdafiə Fondu

31 Oct, 13:09


Nazir Sahil Babayev Ankarada Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan, Türk Dövlətləri Təşkilatının (Türk Devletleri Teşkilatı) Baş katibi Kubanıçbek Ömüralıyev, Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Sadık Gardiyanoğlu ilə görüşüb.
ℹ️ Görüşlər “Türk dövlətlərində sosial müdafiə, əmək və sosial xidmətlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutub.
➡️ https://t.me/sosialgovaz/19863
➡️ https://sosial.gov.az/media/xeberler/ankarada-kecirilen-ikiterefli-goruslerde-sosial-sahede-gelecek-emekdasliga-dair-fikir-mubadileleri-aparilib

#ƏƏSMN #TDT

Dövlət Sosial Müdafiə Fondu

31 Oct, 11:22


📍 Ankarada Türk Dövlətləri Təşkilatına (Türk Devletleri Teşkilatı) üzv dövlətlərin əmək və sosial müdafiə üzrə qurumlarının nümayəndə heyətlərinin iştirakı ilə “Türk dövlətlərində sosial müdafiə, iş həyatı və sosial xidmətlər” mövzusunda beynəlxalq konfrans çərçivəsində dəyirmi masa keçirilib.
ℹ️ Nazir Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyətinin iştirak etdiyi tədbirin məqsədi təşkilata üzv dövlətlərin əmək və sosial müdafiə sahəsində əməkdaşlığının genişləndirilməsi, bu sahədə ümumi çağırışların müzakirəsi, uğurlu təcrübələrin mübadiləsidir.
➡️ https://t.me/sosialgovaz/19859
➡️ https://dsmf.gov.az/post/turk-dovletleri-teskilatina-uzv-olkelerin-emek-ve-sosial-mudafie-uzre-emekdasliginin-genislendirilmesi-meseleleri-muzakire-olunur

#ƏƏSMN #TDT #TürkDevletleriTeşkilatı

Dövlət Sosial Müdafiə Fondu

31 Oct, 10:24


Döyüş yolu Suqovuşan istiqamətindən başlayan DSMF əməkdaşı Murad Ağayarovun Vətən müharibəsindən yaddaqalan xatirələri...

#DSMF #44günlükmüharibə #Döyüşyolu

Dövlət Sosial Müdafiə Fondu

31 Oct, 08:14


“Sosial saat”ın budəfəki qonağı Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılovdur.
Hazırda DOST TV-də canlı yayımlanan verilişdə pensiya hüququndan danışırıq.
Suallarınızı canlı yayımın rəy bölməsinə qeyd edə bilərsiniz.
➡️ https://www.youtube.com/watch?v=s9-miOP3EPw
#ƏƏSMN #DostTV #DSMF #SosialSaat

Dövlət Sosial Müdafiə Fondu

31 Oct, 06:49


📊2024-cü ilin sentyabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 848 min nəfər olub.

Ətraflı:🔗 https://dsmf.gov.az/post/ayliq-sosial-muavinet-ve-teqaud-alanlarin-sayi-848-min-nefer-olub

#DSMF #sosial #təqaüd

Dövlət Sosial Müdafiə Fondu

30 Oct, 14:00


DSMF-dən sosial ödəniş alan şəxslər partnyorlarımıza aid bütün xidmətlərdən endirimli qiymətlərlə faydalana bilərlər. 🤝 

Ətraflı: 🔗 https://dsmf.gov.az/az/sosial-terefdas

#Sosialtərəfdaş #endirim #sosialödənişkartları #DSMF

Dövlət Sosial Müdafiə Fondu

30 Oct, 13:54


Şotlandiya Sosial Təminat Qurumunun təşkilatçılığı ilə “Pensiya yaşına çatmış şəxslərə əlilliyə görə ödəniş” mövzusunda vebinar keçirilib. 🌐 

Ətraflı:🔗 https://dsmf.gov.az/post/pensiya-yasina-catmis-sexslere-elilliye-gore-odenis-movzusunda-vebinar-kecirilib

#DSMF #Vebinar #sosial

Dövlət Sosial Müdafiə Fondu

30 Oct, 11:55


Güzəştli şərtlərlə pensiya hüququ və əlilliyə görə müavinətlərin təyin olunması ilə bağlı suallarınıza cavab almaq istəyirsiniz

Dövlət Sosial Müdafiə Fondunun Aparatının baş mütəxəssisi Ziya Bəşirli və aparıcı mütəxəssisi Taleh Qarayev "Azərbaycan Radiosu"nun "Soruşun, cavab verək" verilişində mövzu ilə bağlı sizi maraqlandıran suallara

📻 105 FM dalğası

▶️ "Azərbaycan Radiosu"nun YouTube səhifəsində cavab verəcək.

🗓️ 31 oktyabr
🕙 10:00

#DSMF #AzərbaycanRadiosu #əməkdaşlıq #canlıefir

Dövlət Sosial Müdafiə Fondu

29 Oct, 14:11


Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət nədir

Ətraflı linkdə:🔗 https://dsmf.gov.az/az/muavinet/muavinetler/dovlet-budcesi-hesabina-verilen/ayliq-muavinetler/ovladliga-goturulen-usaga-o-cumleden-saglamliq-imkanlari-mehdud-18-yasinadek-usaga-gore-muavinet

#DSMF #sosial #pensiya

Dövlət Sosial Müdafiə Fondu

29 Oct, 10:51


DSMF əməkdaşlarından Toğrul Səmədli Suqovuşandan başlayan döyüş yolundan danışdı...

#DSMF #Döyüşyolu #Əməkdaş

Dövlət Sosial Müdafiə Fondu

29 Oct, 08:23


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu regionlarda ictimai dinləmələr keçirməkdə davam edir.

Ətraflı: https://dsmf.gov.az/post/dsmf-saatli-rayonunda-ictimai-dinleme-kecirib2

#DSMF #İctimaidinləmə #region #Saatlı #Sabiarabad

Dövlət Sosial Müdafiə Fondu

29 Oct, 06:38


📊2024-cü ilin yanvar-sentyabr ayları ərzində 112 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Ətraflı:🔗 https://dsmf.gov.az/post/112-minden-cox-sexse-proaktiv-qaydada-sosial-muavinet-ve-teqaud-teyin-olunub

#DSMF #proaktiv #birdəfəlik

Dövlət Sosial Müdafiə Fondu

28 Oct, 15:29


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzinin təşkil etdiyi, 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Ülviyyət” adlı tədbirdə iştirak edib.

➡️ https://azertag.az/xeber/heyder_eliyev_fondunun_vitse_prezidenti_leyla_eliyeva_sumqayitda_ulviyyet_adli_tedbirde_istirak_edib-3249752

#ƏƏSMN #DTSERA #HeydərƏliyevFondu

Dövlət Sosial Müdafiə Fondu

28 Oct, 09:08


Dövlət Sosial Müdafiə Fondu Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Global Business Review Magazine” qurumunun təşkil etdiyi “Global Business Review Magazine Awards 2024” beynəlxalq müsabiqəsində növbəti uğuruna imza atıb. 🎉

ℹ️ Fond “İlin Ən Yaxşı Pensiya Fondu 2024” ali mükafatına layiq görülüb. 👏

➡️ https://t.me/sosialgovaz/19795

#ƏƏSMN #DSMF #BeynəlxalqMükafat #Uğur

Dövlət Sosial Müdafiə Fondu

28 Oct, 07:36


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün şam yeməyi təşkil edib. 💕

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın ahıllarla görüşü ahılların sevincinə səbəb olub.

⬇️⬇️⬇️
https://www.instagram.com/reel/DBpAFiuR6Ll/?igsh=cXN1Nmp3YTVkZHpr

#ƏƏSMN #SXA #HeydərƏliyevFondu #BakıMediaMərkəzi

Dövlət Sosial Müdafiə Fondu

28 Oct, 06:58


2024-cü ilin yanvar-sentyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 221 414 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.

Ətraflı: https://dsmf.gov.az/post/dsmf-ye-221-414-vetendas-muracieti-unvanlanib-ve-cavablandirilib

#DSMF #Vətəndaşmüraciəti #pensiya #müavinət

Dövlət Sosial Müdafiə Fondu

26 Oct, 05:41


📣📣📣 Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Vətəndaşlar ödənişlərini müvafiq bankomatlardan əldə edə bilərlər.

#ƏƏSMN #DSMF #SosialÖdənişlər

Dövlət Sosial Müdafiə Fondu

25 Oct, 14:27


DSMF-dən sosial ödəniş alan şəxslər partnyorlarımıza aid bütün xidmətlərdən endirimli qiymətlərlə faydalana bilərlər. 🤝

Ətraflı: 🔗 https://dsmf.gov.az/az/sosial-terefdas

#Sosialtərəfdaş #endirim #sosialödənişkartları #DSMF

Dövlət Sosial Müdafiə Fondu

25 Oct, 14:24


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov regionlarda vətəndaş qəbulunu davam etdirir.
DSMF sədri bu dəfə Saatlı rayonunda Sabirabad və Saatlı sakinlərini qəbul edib.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub.
Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.
#DSMF #Vətəndaşqəbulu #Saatlı

Dövlət Sosial Müdafiə Fondu

23 Oct, 08:55


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Səfər Mehdiyev Vətən müharibəsində şəhid olmuş baş leytenant Əsgərli Tural Ələmdar oğlunun ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb.

Ətraflı: https://dsmf.gov.az/post/dsmf-nin-sedr-muavini-sefer-mehdiyev-veten-muharibesinde-sehid-olmus-bas-leytenant-esgerli-tural-elemdar-oglunun-ailesi-ile-gorusub-onlarin-sosial-veziyyeti-ile-maraqlanib

#DSMF #Şəhidailəsiziyarəti #44günlükmüharibə

Dövlət Sosial Müdafiə Fondu

23 Oct, 06:32


❗️❗️ Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

➡️ https://dsmf.gov.az/post/dsmf-terefinden-oktyabrin-25-de-butun-muavinet-teqaud-kompensasiya-ve-unvanli-dovlet-sosial-yardimlarinin-odenilmesi-nezerde-tutulub

#ƏƏSMN #DSMF #SosialÖdənişlər

Dövlət Sosial Müdafiə Fondu

22 Oct, 13:56


Əlilliyə görə əmək pensiyasının məbləğini necə hesablamaq olar

Ətraflı linkdə:🔗 https://dsmf.gov.az/az/pensiya/emek-pensiyasi/elilliye-gore-emek-pensiyasi/elilliye-gore-emek-pensiyasinin-meblegini-nece-hesablamaq-olar

#DSMF #sosial #pensiya

Dövlət Sosial Müdafiə Fondu

22 Oct, 13:09


Nazirlikdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı və səfirliyin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Fatih Bilal Alodalı ilə görüş olub.
ℹ️ Görüşdə iki ölkə arasında #əmək, #məşğulluq və #sosial müdafiə sahələrində əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
➡️ https://t.me/sosialgovaz/19738
#ƏƏSMN

Dövlət Sosial Müdafiə Fondu

22 Oct, 06:50


📊2024-cü ilin yanvar-sentyabr ayları ərzində 28 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Ətraflı:🔗 https://dsmf.gov.az/post/28-min-neferden-cox-sexse-proaktiv-qaydada-yasa-elilliye-ve-aile-bascisini-itirmeye-gore-pensiya-teyinati-aparilib

#DSMF #pensiya #sosial

Dövlət Sosial Müdafiə Fondu

21 Oct, 12:51


Dövlət Sosial Müdafiə Fondu mənzil-qərargahı Londonda yerləşən “The Global Economics” beynəlxalq qurumunun “The Global Economics Awards 2024” müsabiqəsində uğur qazanıb. 🎉
ℹ️ Fond “İlin Sosial Təminat Transformasiyası Təşəbbüsü” ali mükafatına layiq görülərək qurumun adı müsabiqənin rəsmi səhifəsindəki qaliblərin siyahısında yer alıb. 👏
➡️ https://t.me/sosialgovaz/19724
➡️ https://dsmf.gov.az/post/dsmf-londonda-yerlesen-beynelxalq-qurumun-musabiqesinde-ilin-sosial-teminat-transformasiyasi-tesebbusu-ali-mukafatina-layiq-gorulub

#ƏƏSMN #DSMF #BeynəlxalqMükafat #Uğur

Dövlət Sosial Müdafiə Fondu

21 Oct, 06:25


📊2024-cü ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 78 417 vahid və ya 3,91% artaraq 2 087 825 vahid təşkil edib.📈

Ətraflı:🔗 https://dsmf.gov.az/post/sigortaedenlerin-sayi-391-artib

#DSMF #sığortaedən #sosial

Dövlət Sosial Müdafiə Fondu

20 Oct, 06:32


20 Oktyabr - Zəngilan Şəhəri Günüdür. 🎉

🗒 4 il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsi zamanı Zəngilan şəhəri və ətraf kəndləri erməni işğalından azad edilib.

Hazırda Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərin məşğulluğunun təminatı istiqamətində Dövlət Məşğulluq Agentliyi tərəfindən ardıcıl işlər aparılır.

➡️
https://sosial.gov.az/media/xeberler/zengilanin-agali-kendine-kocurulen-sakinlerden-artiq-300-den-cox-sexsin-mesgullugu-temin-edilib

🎥
https://www.youtube.com/watch?v=lMjqgnD013o

#ƏƏSMN #QarabağAzərbaycandır #ZəngilanŞəhərGünü

Dövlət Sosial Müdafiə Fondu

20 Oct, 06:22


Prezident İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin 4-cü ildönümü münasibətilə paylaşım edib.

➡️➡️➡️
https://www.facebook.com/share/v/4XG5KUB4j29pZ5sn/?mibextid=WC7FNe

Dövlət Sosial Müdafiə Fondu

19 Oct, 09:33


🌟 Uğur hekayəmizin budəfəki qəhrəmanı Böyük Vətən müharibəsi veteranı, şəhid atası, 28 nəvə-nəticə sahibi Hüsü Şəkəralıyevdir.

Snayper kimi döyüşdüyü müharibədə sağ qalacağına inanmasa da Vətənə qələbə ilə qayıdan qəhrəmanımızın uğur hekayəsini özündən dinləyək...

#ƏƏSMN #UğurHekayəsi

Dövlət Sosial Müdafiə Fondu

19 Oct, 06:42


📊 Bu ilin yanvar-sentyabr aylarında 142 min pensiya, müavinət və təqaüd elektron sistemlər üzərindən proaktiv qaydada təyin olunub.

ℹ️ Onlardan 29 mini pensiya, 113 mini müavinət və təqaüd təyinatları olub.

➡️ https://t.me/sosialgovaz/19713

➡️ https://sosial.gov.az/media/xeberler/yanvar-sentyabr-aylarinda-142-min-pensiya-muavinet-ve-teqaud-proaktiv-qaydada-teyin-olunub

#ƏƏSMN #DSMF #DOSTRİM #RəqəmsalHəllər #SosialGöstəricilər

Dövlət Sosial Müdafiə Fondu

18 Oct, 17:06


📍 Qaxda özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik biznes sahələrinə baxış olub.

ℹ️ Ötən dövrdə rayonda 840 nəfərə aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

➡️ https://t.me/sosialgovaz/19712?single

➡️ https://sosial.gov.az/media/xeberler/qaxda-ozunumesgulluq-proqrami-cercivesinde-yaradilan-kicik-biznes-sahelerine-baxis-olub

#ƏƏSMN #DMA #Özünüməşğulluq

Dövlət Sosial Müdafiə Fondu

18 Oct, 14:30


DSMF-dən sosial ödəniş alan şəxslər partnyorlarımıza aid bütün xidmətlərdən endirimli qiymətlərlə faydalana bilərlər. 🤝

Ətraflı: 🔗 https://dsmf.gov.az/az/sosial-terefdas

#Sosialtərəfdaş #endirim #sosialödənişkartları #DSMF

Dövlət Sosial Müdafiə Fondu

18 Oct, 11:51


Nazir Sahil Babayev 📍 Qax rayonunda Qax və Zaqatala rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl S.Babayev və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Hər bir müraciətin fərdi qaydada araşdırılması və nəticəsinə uyğun tədbirlər görülməsi təmin edilib.

➡️ https://t.me/sosialgovaz/19701

➡️ https://dsmf.gov.az/post/nazir-sahil-babayev-qaxda-vetendaslari-qebul-edib

#ƏƏSMN #VətəndaşQəbulu