AZERBAIJANI MILITARY PORTAL @azmilitary Channel on Telegram

AZERBAIJANI MILITARY PORTAL

@azmilitary


Ən yeni hərbi xəbərlər və məlumatlar bu kanalda

AZERBAIJANI MILITARY PORTAL (Azerbaijani)

Azərbaycan Hərbi Portalı kanalına xoş gəlmisiniz! "azmilitary" adlı kanalımızda ən yeni hərbi xəbərlər və məlumatlar yer alır. Bu kanal Azərbaycanın hərbiyyə ilə bağlı ən son məlumatları sizə çatdırmaq məqsədilə yaradılmışdır. Burada Azərbaycanın hərbi gücünə dair son dəyişikliklər, əməliyyatlar və digər hərbi hadisələr barədə ən güncəl xəbərləri tapa bilərsiniz. Hərbiyyə ilə maraqlanan hər kəs üçün ideal olan bu kanalda hər an yenilənən məlumatlarla Azərbaycan hərbiyyəsinin dünyadakı yerini daha yaxından tanımaq mümkündür. Əgər siz də hərbiyyə ilə bağlı son məlumatlardan xəbərdar olmaq istəyirsinizsə, "azmilitary" kanalımıza abunə olaraq ən yeni və ən güncəl xəbərlərdən ilk siz xəbərdar ola bilərsiniz. Hərbiyyəyə və hərbi strategiyalara maraqlı olan bütün oxucuları Azərbaycan Hərbi Portalı kanalına dəvət edirik!

AZERBAIJANI MILITARY PORTAL

28 Jan, 18:14


28 yanvar 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.

Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli və ölkəmizi hədəf alan yazıların dərc olunması və reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.

“Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb.

Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.

AZERBAIJANI MILITARY PORTAL

26 Jan, 13:21


🇦🇿 Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi Daşaltı əməliyyatından 33 il ötür.

Əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

🥀 Daşaltıya daxil olan taqım ermənilərin pusqusuna düşüb. Digər taqımlar da itki verərək geri çəkiliblər.

Azərbaycan Ordusu uğursuz əməliyyatda 100-ə yaxın itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb.

🇦🇿 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub.

2020-ci ilin noyabrın 9-da şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib.

Bununla da "Daşaltı əməliyyatı"nın qisası alınıb.

AZERBAIJANI MILITARY PORTAL

25 Jan, 15:59


Rusiyada AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq təsdiqləyib ki, hava gəmisi Suriyadan gətirilmiş "Pantsir-S1" HHM Sistemi tərəfindən vurulub.

Eyni zamanda, Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə vasitələrinin (REB) tətbiqi təsdiqlənib ki, bu da təyyarənin idarəetmə sisteminin sıradan çıxmasına səbəb olub.

Əgər Rusiya məsuliyyəti qəbul etməsə, Azərbaycan bu məsələni beynəlxalq hüquq müstəvisinə çıxaracaq. Bu da Azərbaycan-Rusiya münasibətlərində dönüş nöqtəsi olacaq.

Bu barədə məlumat "Caliber"ə etibarlı mənbələrdən daxil olub.

AZERBAIJANI MILITARY PORTAL

24 Jan, 15:50


Ukrayna Rusiyanın Ryazan və Bryansk vilayətlərində yerləşən hərbi və digər strateji obyektlərinə zərbələr endirib.

AZERBAIJANI MILITARY PORTAL

23 Jan, 13:37


‼️🆘Ehtiyatda olan hərbçilər yaşayış yerini dəyişərkən aidiyyəti üzrə məlumat vermədikdə cərimə olunmayacaq

🔻Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr 2 dəfə artırılacaq

🔻Qanunun tələblərinin pozulmasına görə toplanan cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə qismində veriləcək

🔻Ehtiyata və istefaya buraxılanların hərbi geyim formasını hansı günlərdə daşıya biləcəyi müəyyənləşir

🔻İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya və çağırış üzrə üzrlü səbəblər olmadan gəlməməyə görə cərimə artırılır

🔻“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanacaq

🔻Səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə 700 manatadək cərimə tətbiq olunacaq

🔻Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və itirilməsinə görə cərimələr 4 dəfə artırılır

🔻İlkin hərbi qeydiyyatla bağlı siyahıların müəyyənləşdirilmiş müddətdə təqdim edilməməsinə görə cərimələr artırılır

AZERBAIJANI MILITARY PORTAL

23 Jan, 07:20


#2025KonstitusiyaSuverenlikİli 🇦🇿
#MüzəffərAliBaşKomandan
#PrezidentİlhamƏliyev
#Azərbaycan 🇦🇿
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu

AZERBAIJANI MILITARY PORTAL

22 Jan, 18:00


ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa çağırıb, əks halda ABŞ-dakı bütün Rusiya mallarına yeni sanksiyalar və tariflər tətbiq edəcəyi ilə hədələyib.

AZERBAIJANI MILITARY PORTAL

20 Jan, 15:14


İranda həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli azadlığa buraxılıb

Fərid Səfərli yanvar ayının 19-u həbsxanadan çıxarılıb.
O, hazırda Azərbaycandadır.

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli 2023-cu il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub. O, istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib.

AZERBAIJANI MILITARY PORTAL

19 Jan, 08:56


Arayik Harutyunyan məhkəmədə bəyanatla çıxış edərək bildirib ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı olub və buna görə təəssüflənir:

“Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”.

AZERBAIJANI MILITARY PORTAL

13 Jan, 09:46


“ANKA III” PUA-sından ilk raket atışı həyata keçirilib

AZERBAIJANI MILITARY PORTAL

13 Jan, 09:02


🇮🇷🇦🇲İran-Ermənistan Dostluq Qrupunun nümayəndə heyəti İrəvanda üçgünlük səfərdədir.

AZERBAIJANI MILITARY PORTAL

13 Jan, 09:02


❗️Ermənistan Silahlı Qüvvələri dini abidələri hərbi məqsədlər üçün istifadə edir.

Bu barədə “GSSR44” Teleqram kanalı məxfi görüntülər əldə edib.

Bildirilir ki, Ermənistan tərəfi hərbi birləşmələrini şərti sərhəd istiqamətindəki dini abidələrin yanında yerləşdirir.

Bu yolla həm kamuflyaj olunmaq, həm də ehtimal cavab zərbəsi zamanı qarşı tərəfi dini abidələri vurmaqda ittiham etmək məqsədi güdülür.

AZERBAIJANI MILITARY PORTAL

12 Jan, 17:21


⚡️⚡️Tokio yaxınlığında 9 ölkənin iştirakı ilə hərbi təlim

Təlimlərdə ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, Filippin, Niderland və Avstraliya kimi aparıcı NATO ölkələri iştirak edib.

AZERBAIJANI MILITARY PORTAL

12 Jan, 13:22


🇷🇸 🇦🇿Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib

Bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.

“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib.

AZERBAIJANI MILITARY PORTAL

12 Jan, 13:02


A. Vuçiç: Azərbaycandan Serbiyaya qaz nəqli dayandırılmayacaq.

AZERBAIJANI MILITARY PORTAL

12 Jan, 11:12


❗️🇹🇷🇺🇸ABŞ Türkiyədə PUA sınaq obyekti yaradır

ABŞ-nin “ZenaTech” şirkəti Türkiyədə “ZenaDrone 1000” Pilotsuz Uçuş Aparatları (PUA) üçün görmə xəttindən kənar (BVLOS) PUA sınaq obyekti yaradır.

AZERBAIJANI MILITARY PORTAL

12 Jan, 08:27


HIMARS MLRS Rusiyanın Buk hava hücumundan müdafiə sistemin Svatovski istiqamətində vurur

AZERBAIJANI MILITARY PORTAL

11 Jan, 16:14


Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur.
50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər.

Tələb olunan sənədlər:
- C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi;
- şəxsiyyət vəsiqəsinin surəti;
- hərbi biletin surəti;
- tərcümeyi-hal;
- rəngli fotoşəkil (2 ədəd 3x4 və 2 ədəd 4.5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış.

#Azərbaycan
#AzərbaycanOrdusu
#MüdafiəNazirliyi
#vakansiya

AZERBAIJANI MILITARY PORTAL

11 Jan, 13:21


🇺🇦⚡️Zelenski Ukrayna silahlı qüvvələrinin Kursk bölgəsində iki Şimali Koreya əsgərini əsir götürdüyünü təsdiqləyib. Onların dindirilmək üçün Kiyevə aparıldığı bildirilir.

AZERBAIJANI MILITARY PORTAL

30 Nov, 13:49


Qaraheybətdə helikopter qəzasından 3 il ötür

2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb.

AZERBAIJANI MILITARY PORTAL

27 Nov, 14:33


#20N5
#Azərbaycan
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu
#HərbiBilik

AZERBAIJANI MILITARY PORTAL

27 Nov, 01:30


Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub.

Rusiya Silahlı Qüvvələrinin tərkibinə könüllü qoşulan,Goranboy rayonu Nadirkənd sakini Cəlilov Şəhriyar Əjdər oğlu həlak olub.
O, əvvəl Azərbaycan Silahlı Qüvvələrində Daxili Qoşunlarda baş-leytenant kimi xidmət edib,sonra ordudan tərxis olaraq Rusiya ordusunun sıralarına qoşulub.
Xarkov istiqamətində gedən döyüşlərdə 17 noyabrda həlak olub,hal-hazırda meyidi Ukrayna tərəfin nəzarət etdiyi ərazidə qaldığı üçün çıxarmaq mümkün olmuyub.

AZERBAIJANI MILITARY PORTAL

26 Nov, 13:53


"SAT-SAS-2024" təlimi davam edir

Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimi davam edir.
Plana əsasən, təlimin növbəti günündə dəniz xüsusi təyinatlı bölmələri quru ərazidə şərti düşmən arxasına helikopterdən enmə zamanı dairəvi mühafizə və müdafiənin təşkili üzrə tapşırıqları praktiki yerinə yetiriblər.
Təlim zamanı hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdiriblər.

AZERBAIJANI MILITARY PORTAL

26 Nov, 12:13


NATO Ukraynanı orta mənzilli raketlərlə təmin etməyə çağıran qətnamə qəbul edib.

Söhbət 1000 - 5500 km məsafədəki hədəfləri vura bilən raketlərdən gedir.

Siyahıda Zelenskinin bir müddət əvvəl ABŞ-dən istədiyi “Tomahawk” raketləri də yer alır.

AZERBAIJANI MILITARY PORTAL

26 Nov, 03:01


İstanbulda 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-da həbs edilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. (APA)

AZERBAIJANI MILITARY PORTAL

25 Nov, 15:19


Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi-ekspert həbs edilib

Prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə birgə dövlət sirri təşkil edən məlumatların, habelə paylaşılması qanunvericiliklə qadağan edilən informasiyaların media subyektləri və internet resurslarında yayılması hallarına qarşı mütəmadi olaraq tədbirlər görülür.

Bu tədbirlərin davamı kimi, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı cari il noyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.

Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İstintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə iş üzrə ibtidai istintaq davam etdirilir, iş üzrə təqsiri müəyyən edilmiş şəxslərin məsuliyyətə cəlb edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaqdır.

AZERBAIJANI MILITARY PORTAL

25 Nov, 14:09


⚡️ Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi-ekspert Ədalət Verdiyev həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

📍 Baş Prokurorluq

AZERBAIJANI MILITARY PORTAL

25 Nov, 12:33


Ermənistan Astanada keçiriləcək növbəti KTMT sammitində də iştirak etməyəcək.

AZERBAIJANI MILITARY PORTAL

25 Nov, 12:09


Hindistanın müdafiə mənbələrinin məlumatına görə, Ermənistana çoxlüləli “Pinaka” reaktiv yaylım atəş sistemlərini tədarük etməyə başlayıb.

AZERBAIJANI MILITARY PORTAL

25 Nov, 12:09


Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir

İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilir.
Təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb.
Daha sonra "Araz - 2024" birgə taktiki təliminin açılış mərasimi keçirilib. Mərasim başa çatdıqdan sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar

AZERBAIJANI MILITARY PORTAL

24 Nov, 19:09


Xüsusi təyinatlı Polis alayı!

AZERBAIJANI MILITARY PORTAL

21 Nov, 15:23


#TİP-63
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu
#HərbiBilik

AZERBAIJANI MILITARY PORTAL

21 Nov, 10:24


Ermənistan Hindistandan 78 ədəd ATAGS artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır.

✍️ "Indian Defence Research Wing”

AZERBAIJANI MILITARY PORTAL

21 Nov, 10:24


Dəniz xüsusi təyinatlılarımız "SAT-SAS-2024" təlimində iştirak edir

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə "SAT-SAS-2024" birgə təlimi keçirilir.
Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.
Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Qeyd edək ki, birgə təlim noyabrın 29-dək davam edəcək.

AZERBAIJANI MILITARY PORTAL

20 Nov, 18:52


❗️MN:

Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlunun səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat etməsi ilə bağlı faktı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

AZERBAIJANI MILITARY PORTAL

20 Nov, 12:40


❗️Ukraynada həlak olan Azərbaycan əsilli Teymur Eminov Kiyevdə dəfn olunub

AZERBAIJANI MILITARY PORTAL

19 Nov, 17:06


"Reuters": Yaxın günlərdə Rusiyanın dərinliklərinə daha şiddətli zərbələr endirilə bilər

AZERBAIJANI MILITARY PORTAL

19 Nov, 13:31


Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda səfərdədir

AZERBAIJANI MILITARY PORTAL

19 Nov, 13:31


❗️Ukrayna ilk dəfə Rusiyaya ATACMS raket hücumu həyata keçirib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Karaçev şəhərindəki obyektə hücum edib.

AZERBAIJANI MILITARY PORTAL

19 Nov, 07:55


Donald Tramap:

"Putin və Zelenskini mənimlə görüşməyə və Rusiya ilə Ukrayna arasındakı bu dəhşətli müharibəni həll etməyə çağırıram. Biz heç vaxt III Dünya Müharibəsinə indi olduğumuz qədər yaxın olmamışıq. Biz qətli dayandırmalı və III Dünya Müharibəsinin qarşısını almalıyıq".

AZERBAIJANI MILITARY PORTAL

18 Nov, 13:56


Qüdrətli və cəsarətli... 🇦🇿💪

#Azərbaycan
#HDQ
#AzərbaycanOrdusu 🇦🇿
#MüdafiəNazirliyi

AZERBAIJANI MILITARY PORTAL

17 Nov, 20:22


Ukraynanın Rusiya ərazisinə yüksək dəqiqlikli Qərb silahları ilə zərbələr endirməsi, Putin tərəfindən bildirildiyi kimi, NATO ölkələrinin müharibədə birbaşa iştirak etməsi anlamına gələcək. (RF XİN)

AZERBAIJANI MILITARY PORTAL

17 Nov, 19:47


🇫🇷🇬🇧❗️❗️❗️Fransa və Britaniya da SCALP və Storm Shadow uzaqmənzilli raketləri ilə Rusiya ərazisini vurmağa Ukraynaya icazə verdilər.

❗️🇩🇪 TAURUS raketləri üçün Almaniyadan icazə gözlənilir...

AZERBAIJANI MILITARY PORTAL

17 Nov, 18:32


❗️Ukraynaya uzaqmənzilli raketlər ilə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verildi…

Ukrayna yaxın günlərdə Kursk vilayətinə "ATACMS" uzaqmənzilli raketləri ilə ilk zərbələrini endirməyi planlaşdırır.

AZERBAIJANI MILITARY PORTAL

17 Nov, 17:32


Rusiya və İran Azərbaycandan Fars körfəzindəki Bəndər-Abbas limanına dəmir yolunun çəkilməsini müzakirə edir.

Bunu İran prezidenti Pezeşkian deyib.

Ölçmə Rusiya standartına uyğun olacaq və Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərindən İranın ən böyük limanına qədər uzanacaq.
Dəmir yolunun şimaldan cənuba doğru genişlənməsi xalqa və iqtisadiyyata fayda verir və Rusiya və İranın ehtiyaclarını ödəyə bilər.

AZERBAIJANI MILITARY PORTAL

17 Nov, 08:39


#Tarixdəbugün🇦🇿

17 Noyabr - Milli Dirçəliş Günü🇦🇿

Həmrəyliyimiz və dövlət müstəqilliyimiz əbədi olsun! 🇦🇿

#17Noyabr
#MilliDirçəlişGünü🇦🇿
#Azərbaycan
#QarabağAzərbaycandır
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu

AZERBAIJANI MILITARY PORTAL

16 Nov, 20:46


Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

AZERBAIJANI MILITARY PORTAL

16 Nov, 20:45


❗️Hikmət Hacıyev Ermənistanın 30 illik işğal dövründə Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb.

AZERBAIJANI MILITARY PORTAL

16 Nov, 15:05


ZƏFƏR TAĞI 🇦🇿
Vətənpərvərlik duyğusunun parlaq təcəssümü...

44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı paytaxtın 8 Noyabr prospektində salınan Zəfər parkının girişində
inşa edilib.

#ZƏFƏRTAĞI
#ZəfərParkı
#MüzəffərAliBaşKomandan
#QarabağAzərbaycandır 🇦🇿
#ŞəhidlərÖlməz
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu

AZERBAIJANI MILITARY PORTAL

15 Nov, 18:10


Lefkoşada Şimali Kipr Türk Cumhuriyyətinin quruluşunun 41-ci ildönümü münasibətilə tədbir keçirilib, Azərbaycan hərbçiləri iştirak edib.

AZERBAIJANI MILITARY PORTAL

15 Nov, 14:09


Hərbi hissədə komanda-qərargah təlimi keçirilib

2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.
Təlimin ilkin mərhələsində bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb, tapşırıqlar dəqiqləşdirildikdən sonra döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.
Sonra bölmələrin ərazidə maskalanması, eləcə də müdafiə və mühafizənin təşkilinə dair fəaliyyətlər icra edilib.
Qarşıya qoyulan tapşırıqlar təlimə cəlb olunan bölmələr tərəfindən dəqiq və vaxtında yerinə yetirilib.

https://mod.gov.az/az/news/herbi-hissede-komanda-qerargah-telimi-kecirilib-53357.html
____

В воинской части состоялись командно-штабные учения

В соответствии с планом подготовки на 2024 год, в Н-ской воинской части были проведены командно-штабные учения.
На начальном этапе учений подразделения были выведены в районы проведения учений по сигналу тревоги. После получения уточнённых задач были выполнены действия по приведению войск в различные степени боевой готовности.
Затем были осуществлены мероприятия по маскировке подразделений, а также организованы оборона и охрана.
Все поставленные задачи подразделениями были выполнены точно и в установленный срок.

https://mod.gov.az/ru/news/v-voinskoj-chasti-sostoyalis-komandno-shtabnye-ucheniya-53358.html

AZERBAIJANI MILITARY PORTAL

15 Nov, 14:09


Hər addımımız sülh və əmin-amanlığın rəmzidir 🇦🇿

#Azərbaycan
#AzərbaycanOrdusu 🇦🇿
#MüdafiəNazirliyi

AZERBAIJANI MILITARY PORTAL

15 Nov, 14:01


🇺🇦❗️🇷🇺 Kurskda əks-hücuma keçən Rusiya ordusu ağır itkilər verib

AZERBAIJANI MILITARY PORTAL

14 Nov, 15:13


15-ci Çin Beynəlxalq Aviasiya və Aerokosmik Sərgisi

#MüdafiəNazirliyi
#HHQ
#AIRSHOWCHINA
#AviasiyaAerokosmikSərgi

AZERBAIJANI MILITARY PORTAL

14 Nov, 14:19


Azərbaycan HHQ komandanı Çində keçirilən beynəlxalq sərgidə iştirak edib

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Cuhai şəhərində keçirilən 15-ci Çin Beynəlxalq Aviasiya və Aerokosmik Sərgisində iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib.
Dünyanın 100-dən çox ölkəsinin Hərbi Hava Qüvvələri (HHQ) komandanları və digər səviyyədə rəsmiləri, region və beynəlxalq təşkilatlardan rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi sərgi zamanı general-leytenant N.İslamzadə Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri komandanı general-polkovnik Çan Dinqyu ilə görüşüb.
Görüşdə Azərbaycan və Çin HHQ arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. General-leytenant N.İslamzadə sərgiyə dəvətə görə çinli həmkarına minnətdarlığını bildirib.
Çinə işgüzar səfər çərçivəsində Belarus və İran HHQ komandanları, Rusiya Federasiyasının HHQ komandanının müavini, həmçinin Çinin Dövlət Müdafiə Sənayesi Kompleksinə daxil olan bir sıra şirkət rəhbərləri ilə görüşlər keçirilib.
Keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, beynəlxalq sərgidə Çin Müdafiə Sənayesi Korporasiyalarının ümumilikdə 260 növ döyüş təyyarəsi, helikopter, pilotsuz uçuş aparatı, HQ-9BE zenit-raket kompleksi, YJ-12E markalı gəmi əleyhinə qanadlı hipersonik raketlər, dron əleyhinə sistemlər, texnikalar və digər avadanlıqlar nümayiş etdirilib.

AZERBAIJANI MILITARY PORTAL

02 Nov, 18:39


❗️🇰🇵 Ukrayna müharibəsində Kurak istiqamətində Şimali Koreya orsusuna aid bir bölmə məhv edilib

AZERBAIJANI MILITARY PORTAL

01 Nov, 12:18


#AliBaşKomandan
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu
#ZəfərGünü
#8Noyabr
#VictoryDay
#AZEMoD

AZERBAIJANI MILITARY PORTAL

29 Oct, 11:26


Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atışlar icra ediblər

AZERBAIJANI MILITARY PORTAL

28 Oct, 15:08


Ukrayna həftələrdir ki, Rusiyanın Şimali Koreya qoşunlarını yerləşdirməyə hazırlaşdığı barədə xəbərdarlıq edir.

Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” platrformasındakı paylaşımında bildirib.

“Biz bununla bağlı güclü reaksiya görmədik. NATO-nun Baş katibi də bunu təsdiqləyib. Ukraynaya qulaq asın. Bunun həll yolu Rusiyaya qarşı uzaqmənzilli zərbələrimizə qoyulan məhdudiyyətləri aradan qaldırmaqdır”, - Sibiqa paylaşımında bildirib.

AZERBAIJANI MILITARY PORTAL

28 Oct, 13:53


Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib

Oktyabrın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələrini ehtiramla anıblar.
Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir ölkələrimiz arasında hərbi əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Azərbaycan, Pakistan və Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Pakistan nümayəndə heyətini məlumatlandırıb.
General S.Ş.Mirza səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb. Qonaq 8 Noyabr - Zəfər Günü münasibətilə müdafiə nazirini təbrik edib.
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlığın yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb.
Baş Qərargahda keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Pakistan-Türkiyə ikitərəfli və üçtərəfli birgə təlimlərinin intensivliyinin artırılmasının zəruriliyi qeyd edilib, eləcə də qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

https://mod.gov.az/az/news/azerbaycan-pakistan-herbi-emekdasliginin-yeni-perspektivleri-muzakire-edilib-video-53240.html
____

Обсуждены перспективы военного сотрудничества между Азербайджаном и Пакистаном

AZERBAIJANI MILITARY PORTAL

28 Oct, 10:29


Azərbaycan Ordusunda “Motoatıcı” və “Komando” (Quru Qoşunları üzrə) ixtisasları üzrə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 29 oktyabr - 7 noyabr, 25 noyabr - 30 noyabr 2024-cü il tarixlərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamal rayonu, Eldar Ağayev küçəsi 126 (Bakı Hərbi Məhkəməsinin yanı).

Müraciət etmə vaxtı: Qeyd olunmuş tarixlərdə, saat 09:00-dan 17:00-dək (bazar günləri istisna olmaqla).

Qeyd:
1. Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
2. “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Quru Qoşunlarının ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.

AZERBAIJANI MILITARY PORTAL

28 Oct, 10:28


#Tarixdəbugün

Zəfər qazandıran 44 gün 🇦🇿


28 oktyabr 2020-ci il - Vətən müharibəsinin 32-ci günü


#AliBaşKomandan
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu 🇦🇿
#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan
#VətənMüharibəsi

AZERBAIJANI MILITARY PORTAL

25 Oct, 14:26


HHQ-nin helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib

2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.
Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.
Daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər.
Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar təlim-məşq uçuşlarının planına uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.
Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər.

https://mod.gov.az/az/news/hhq-nin-helikopter-bolmeleri-ile-telim-mesq-ucuslari-kecirilib-video-53214.html
____

Проведены учебно-тренировочные полеты с вертолетными подразделениями ВВС

В соответствии с планом подготовки на 2024 год, проведены учебно-тренировочные полеты с вертолетными подразделениями ВВС.
После того, как были приняты доклады летных экипажей о подготовке, были проверены теоретические знания пилотов об условиях учебного полета и правилах техники безопасности.
Затем пилоты провели контрольный осмотр вертолетов.
В соответствии с планом учебно-тренировочных полетов, вертолеты выполнили полеты по установленным маршрутам, совершив вылеты с аэродромов базирования. Были выполнены задачи по взлету и посадке, ведению воздушной разведки, обнаружению воздушных и наземных целей, установлению связи с пунктами командного штаба, а также по другим видам деятельности.
В ходе учебно-тренировочных полетов, проводимых в целях повышения боевой подготовки и практических навыков, пилоты продемонстрировали высокий профессионализм.

https://mod.gov.az/ru/news/provedeny-uchebno-trenirovochnye-polety-s-vertoletnymi-podrazdeleniyami-vvs-video-53215.html

AZERBAIJANI MILITARY PORTAL

25 Oct, 14:26


#Tarixdəbugün

Zəfər qazandıran 44 gün 🇦🇿

25 oktyabr 2020-ci il - Vətən müharibəsinin 29-cu günü

#AliBaşKomandan
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu 🇦🇿
#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan
#VətənMüharibəsi

AZERBAIJANI MILITARY PORTAL

25 Oct, 14:25


#Tarixdəbugün🇦🇿

25 oktyabr - Qubadlı şəhəri günü 🇦🇿


#DəmirYumruq
#AliBaşKomandan
#VətənMüharibəsi
#QarabağAzərbaycandır! 🇦🇿
#ŞəhidlərÖlməz
#VətənVarOlsun
#Qubadlıazaddır 🇦🇿
#KarabakhisAzerbaijan #freeKarabakh
#ŞəhərGünü
#ZəfərTarixi
#BöyükQayıdış

AZERBAIJANI MILITARY PORTAL

25 Oct, 14:25


❗️🇹🇷 TUSAŞ terroruna görə məsuliyyəti PKK üzərinə götürüb.

Terror təşkilatından verilən açıqlamada: “Uzun müddət əvvəl planlaşdırılan və uğurla həyata keçirilən bu hücumun son bir ayda Türkiyədə müzakirə olunan siyasi gündəmlə heç bir əlaqəsi yoxdur” , - deyə bildirilib.

AZERBAIJANI MILITARY PORTAL

24 Oct, 15:05


Hərbi vəzifəlilərin növbəti təlim toplanışı davam edir

AZERBAIJANI MILITARY PORTAL

22 Oct, 13:49


Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi təsdiqlənib

AZERBAIJANI MILITARY PORTAL

22 Oct, 13:25


#Tarixdəbugün

Zəfər qazandıran 44 gün
🇦🇿

22 oktyabr 2020-ci il - Vətən müharibəsinin 26-cı günü

#AliBaşKomandan
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu 🇦🇿
#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan
#VətənMüharibəsi

AZERBAIJANI MILITARY PORTAL

21 Oct, 08:19


⚡️⚡️⚡️FETÖ terror təşkilatının lideri Fəthullah Gülən öldü.

Ölüm xəbərini FETÖ-nün mətbuat xidməti olan “Herkül Nağme” saytı yayımlayıb.

AZERBAIJANI MILITARY PORTAL

20 Oct, 18:50


Azərbaycan Ordusunun hərbçisi vəfat edib.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, mayor Famil Əliyev bu gün ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki F Əliyev Şuşada yerləşən N saylı hərbi hissələrin birində çalışırmış. Mərhum sabah Gəncədə dəfn ediləcək.

AZERBAIJANI MILITARY PORTAL

20 Oct, 12:18


#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu
#MühəndisQoşunları

AZERBAIJANI MILITARY PORTAL

20 Oct, 12:18


#Tarixdəbugün

Zəfər qazandıran 44 gün 🇦🇿


20 oktyabr 2020-ci il - Vətən müharibəsinin 24-cü günü

#AliBaşKomandan
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu 🇦🇿
#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan
#VətənMüharibəsi

AZERBAIJANI MILITARY PORTAL

19 Oct, 11:08


⚡️Şimali Koreya hərbçilərinin Rusiyada olmasına dair daha bir görüntü yayılıb.

AZERBAIJANI MILITARY PORTAL

19 Oct, 02:05


🇦🇿 Azadlığın 4-cü ilində: Xudafərin!

#18oktyabr
#XudafərinKörpüsü
#VətənMüharibəsi
#MüzəffərAliBaşKomandan
#AzərbaycanSilahlıQüvvələri
#DövlətSərhədXidməti

AZERBAIJANI MILITARY PORTAL

17 Oct, 16:01


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Livandakı Səfirliyimiz öz fəaliyyətini davam etdirir.

“Livandakı Səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub”.

AZERBAIJANI MILITARY PORTAL

17 Oct, 09:08


#Tarixdəbugün

Zəfər qazandıran 44 gün 🇦🇿

17 oktyabr 2020-ci il - Vətən müharibəsinin 21-ci günü

AZERBAIJANI MILITARY PORTAL

17 Oct, 03:26


‼️Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür

Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.

Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb.

Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.

İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

AZERBAIJANI MILITARY PORTAL

16 Oct, 19:09


🆘🇹🇷Türkiyənin Kilis rayonuna iki minaatan mərmisi atılıb.

💥Mərminin düşdüyü ərazidə yanğın baş verib. Mərminin Suriyanın Azez şəhərindən gəldiyi iddia olunur.

AZERBAIJANI MILITARY PORTAL

16 Oct, 14:07


Hindistan Ermənistana “Pralay” tipli kvaziballistik raketlər satacaq.

Bu barədə “Alpha Defense” portalı yazıb.


150 kilometrdən 500 kilometrədək məsafədəki obyektlərə zərbə endirə bilən bu raketlər hədəfə çatmazdan əvvəl havada manevr edərək raket hücumundan müdafiə qüvvələrinin hədəfindən yayınmaq qabiliyyətinə malikdir.

Qeyd edək ki, “Pralay” raketlərinin istehsalına 2023-cü ildən başlanılıb və hazırda onların bir qismi Çinlə sərhəddə yerləşdirilir.

AZERBAIJANI MILITARY PORTAL

16 Oct, 02:16


В рамках реформ, проводимых в области армейского строительства под руководством Верховного Главнокомандующего Вооруженными Силами, Президента Азербайджанской Республики Ильхама Алиева, в Азербайджанской Армии сформированы подразделения из интеллектуально одаренных военнослужащих.
В целях более эффективного применения знаний и навыков талантливой молодежи, отличившейся в области образования, а также содействия их карьерному росту, в Министерстве обороны внедряется новая концепция прохождения военной службы.
Согласно новой концепции обучения и практики, талантливые призывники, обладающие большими интеллектуальными способностями, проходящие военную службу, после завершения программы подготовки новобранцев продолжат военную службу в специальных условиях в подразделениях, созданных в составе Национального университета обороны, с целью их привлечения к различным проектам и деятельности, соответствующим их специальностям.
В новосозданных подразделениях из интеллектуально одаренных военнослужащих будут служить призывники, набравшие 600 и более баллов на вступительных экзаменах в высшие учебные заведения, проводимых Государственным экзаменационным центром, победители, соответствующие условиям «Перечня международных и республиканских предметных олимпиад, международных конкурсов и соревнований и порядка внеконкурсного приема их победителей в высшие учебные заведения», утвержденного постановлением Кабинета Министров Азербайджанской Республики № 229 от 20 мая 2019 года, а также выпускники программ бакалавриата или магистратуры иностранных вузов, которые в международных рейтингах («Times Higher Education (THE) World University Rankings») или «Academic Ranking of World Universities (Shanghai)» по итогам календарного года, предшествующего текущему календарному году, занимают места не ниже 500-го.
Молодежь, призванная на срочную действительную военную службу в данной категории с квалификацией в области информационных технологий, внесет значительный вклад в развитие цифровых навыков и создание новых возможностей в Армии.
Учитывая важность формирования для нашей страны человеческого капитала с навыками применения современных технологий и подходов, будет обеспечено, что особо одаренная молодежь приобрела полезный опыт работы в профессиональной сфере во время прохождения срочной военной службы
Учитывая важность для нашей страны формирования человеческого капитала, обладающего навыками применения современных технологий и подходов, будет обеспечено, чтобы особо одаренная молодежь обрела полезный опыт работы в своей профессиональной сфере во время прохождения действительной военной службы.

https://mod.gov.az/ru/news/v-azerbajdzhanskoj-armii-sformirovany-podrazdeleniya-iz-intellektualno-odarennyh-voennosluzhashih-53130.html

AZERBAIJANI MILITARY PORTAL

16 Oct, 02:16


#RM-70
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu
#HərbiBilik

AZERBAIJANI MILITARY PORTAL

15 Oct, 14:45


Ordumuzda yeni bölmələr yaradıldı

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb.
Təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə nazirlikdə hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir.
Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.
Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.
Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcək.
Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcək.

AZERBAIJANI MILITARY PORTAL

14 Oct, 17:30


#Tarixdəbugün

Zəfər qazandıran 44 gün 🇦🇿

14 oktyabr 2020-ci il - Vətən müharibəsinin 18-ci günü

#AliBaşKomandan
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu 🇦🇿
#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan
#VətənMüharibəsi

AZERBAIJANI MILITARY PORTAL

13 Oct, 15:31


⚡️Biz müharibə vəziyyətinə hazırıq, amma sülh axtarırıq.

Tehran genişmiqyaslı müharibənin qarşısını almaq üçün çox işlər görür.

ABŞ İsrailə rekord sayda silah göndərib və raket sistemlərini idarə etmək üçün yəhudi dövlətinə Amerika əsgərlərini göndərməyi planlaşdırır. (İran XİN)

AZERBAIJANI MILITARY PORTAL

13 Oct, 12:50


#Tarixdəbugün

Zəfər qazandıran 44 gün 🇦🇿


13 oktyabr 2020-ci il - Vətən müharibəsinin 17-ci günü

#AliBaşKomandan
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu 🇦🇿
#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan
#VətənMüharibəsi