Últimas Postagens de Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan (@azerbaijan_mod) no Telegram

Postagens do Canal Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan  

Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.

📌 https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc

📌 https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt

📌 https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA
30,550 Inscritos
19,171 Fotos
2,232 Vídeos
Última Atualização 08.03.2025 21:59

Canais Semelhantes

Baku TV
33,806 Inscritos
UDudaka
7,948 Inscritos

O conteúdo mais recente compartilhado por Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan no Telegram

Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

10 Feb, 10:37

1,279

Müdafiə Nazirliyinin komandası növbəti qələbəsini qazanıb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən III minifutbol turnirində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası növbəti qələbəsini qazanıb.
"Azərbaycan Hava Yolları"nın (AZAL) komandası ilə qarşılaşan komandamız rəqibini minimal hesabla üstələyərək 1-0 hesabı ilə qalib gəlib.
Xallarının sayını 19-a çatdıran Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası “C” qrupunun lideridir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

10 Feb, 09:54

1,317

Sarsılmaz güc, əbədi qürur!

#Azərbaycan 🇦🇿
#AzərbaycanOrdusu
#MüdafiəNazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

10 Feb, 09:08

1,634

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.
Toplanışın planına uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara ordumuzun silahlanmasında olan atıcı silahların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilir və atış məşqləri keçirilir.
Təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra edir.

https://mod.gov.az/az/news/herbi-vezifelilerle-kecirilen-telim-toplanisi-davam-edir-53942.html
____

Продолжаются учебные сборы с военнообязанными

Учебные сборы с военнообязанными, проводимые в соответствии с планом подготовки на текущий год, продолжаются практическими занятиями.
Согласно плану сборов, в целях повышения уровня боевой подготовки, знаний и умений военнообязанных, их обучают тактико-техническим характеристикам и правилам применения стрелкового оружия, находящегося на вооружении Азербайджанской Армии, проводятся занятия по огневой подготовке.
Привлеченный к занятиям личный состав успешно выполняет практические стрельбы из стрелкового оружия.

https://mod.gov.az/ru/news/prodolzhayutsya-uchebnye-sbory-s-voennoobyazannymi-53943.html
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

09 Feb, 14:44

2,254

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Əliyev Asiman Vaqif oğlu və İsmayılzadə Zaur Nizami oğlunun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, kursant yoldaşları, döyüş yoldaşları və digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şəhidlərimizin şərəfli həyat və döyüş yoluna nəzər salıb, orta məktəbdə və xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldıqları müddətdə hərb peşəsinə olan marağından, nizam-intizamından və məsuliyyətindən danışıblar.
Mərasimlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlı qələbələrin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Sonra şəhidlərimizin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotolar və videosüjetlər nümayiş etdirilib.
Şəhidlərimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimlərində şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

https://mod.gov.az/az/news/veten-muharibesi-sehidlerinin-xatiresine-hesr-olunan-anim-merasimi-kecirilib-video-53941.html
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

07 Feb, 12:13

32

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.
Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər xalqımızın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Mübariz İbrahimovun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar. Milli Qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulacağı xüsusi vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildiyi diqqətə çatdırılıb.
Daha sonra tədbir iştirakçılarına şəhidimizin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

https://mod.gov.az/az/news/azerbaycanin-milli-qehremani-mubariz-ibrahimovun-xatiresi-yad-edilib-video-53914.html
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

07 Feb, 06:29

1,188

Sədaqətimiz Vətənə, andımız bayrağadır! 🇦🇿

#AliBaşKomandan
#Azərbaycan 🇦🇿
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

06 Feb, 12:43

2,073

#HərbiTerminlər
#HərbiVəzifə
#AzərbaycanOrdusu 🇦🇿
#MüdafiəNazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

06 Feb, 12:19

1,992

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında simpozium keçirilib

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tibbi elmi araşdırmaların təqdimatı və simpozium keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Anar İsmayılov, Baş Klinik Hospitalın və Mərkəzi Hərbi Poliklinikanın nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Simpoziumda Müdafiə Nazirliyində ilk dəfə olaraq Baş Klinik Hospitala və Mərkəzi Hərbi Poliklinikaya müraciət edən xəstələr üzərində aparılan tibbi elmi araşdırmalardan, yeni praktik müalicə yanaşmalarından, Nevrologiya və Dermatologiya bölməsində aparılan elmi tədqiqatın nəticələrinin məqalə olaraq Q1 kvartilli beynəlxalq səviyyəli elmi jurnalda dərc olunaraq "PubMed", "Scopus", "Web of Science" kimi beynəlxalq tibbi elmi platformalarda indekslənməsindən danışılıb.

https://mod.gov.az/az/news/mudafie-nazirliyinin-merkezi-herbi-poliklinikasinda-simpozium-kecirilib-53910.html
____
В Центральной военной поликлинике Министерства обороны состоялся симпозиум

В Центральной военной поликлинике Министерства обороны состоялась презентация научно-медицинских исследований и симпозиум.
В мероприятии принимали участие исполняющий обязанности начальника Медицинского управления Министерства обороны полковник медицинской службы Анар Исмаилов, представители Главного клинического госпиталя и Центральной военной поликлиники.
Сначала минутой молчания была почтена память Общенационального лидера азербайджанского народа Гейдара Алиева и шехидов, отдавших жизнь во имя свободы, независимости и территориальной целостности нашей Родины. Прозвучал Государственный гимн Азербайджанской Республики.
На симпозиуме были представлены результаты научно-медицинских исследований, впервые проведенных на пациентах, обратившихся в Главный клинический госпиталь и Центральную военную поликлинику Министерства обороны, новые практические подходы к лечению, статьи о результатах научных исследований, проведенных в отделении неврологии и дерматологии, опубликованные в международном научном журнале квартиля Q1 и индексированные на таких международных научных медицинских платформах, как «PubMed», «Scopus» и «Web of Science».

https://mod.gov.az/ru/news/v-centralnoj-voennoj-poliklinike-ministerstva-oborony-sostoyalsya-simpozium-53911.html
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

06 Feb, 09:13

1,742

Ümidin və birliyin siması!

#6Fevral
#Türkiyə
#6Şubatdeprem
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

06 Feb, 06:36

1,955

#Tarixdəbugün 🇦🇿

Fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətə başlamasından 19 il ötür.
Komitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə yaradılmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təbrik edir, məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq!

#6Fevral
#AQUPDK
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu