Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən III minifutbol turnirində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası məğlubiyyətsizlik seriyasını davam etdirir.
Turnirin növbəti görüşündə Azərbaycan Beynəlxalq Bankının (ABB) komandası ilə qarşılaşan komandamız rəqibini 3-0 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə “C” qrupunda mübarizə aparan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası xallarının sayını 22-yə çatdıraraq liderliyini qoruyub saxlayır.