أحدث المنشورات من Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan (@azerbaijan_mod) على Telegram

منشورات Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan على Telegram  

Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.

📌 https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc

📌 https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt

📌 https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA
30,572 مشترك
19,099 صورة
2,241 فيديو
آخر تحديث 06.03.2025 20:13

قنوات مشابهة

Bizim.Media
7,610 مشترك
MOUZE
3,552 مشترك

أحدث المحتوى الذي تم مشاركته بواسطة Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan على Telegram

Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

06 Mar, 14:48

1,111

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının müdafiə nazirinin təbriki

Hörmətli xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.

Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə ən parlaq səhifələr yazmışdır. Respublikamızın ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq, istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə cəsarət və qorxmazlığı ilə seçilmişdir.
Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri olan qadınlara seçmək və seçilmək hüququnun verilməsi cəmiyyətdə onların yerini, xüsusi hörmətə və nüfuza malik olduqlarını bir daha əks etdirir. Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolu bir daha təsdiqləndi. Milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı Azərbaycan qadınının dünyagörüşünün zənginliyinin, intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə qadınlar fəal iştirak edib, qəhrəmanlıq, fədakarlıq nümunələri göstəriblər. Azərbaycan qadını gənc nəslin Vətənə, dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verib və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında əsl vətəndaş, ana kimi əməyini əsirgəməyib.
Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında bərpa-quruculuq işlərində Azərbaycan qadını bu gün də yaxından iştirak edir, Böyük Qayıdışa öz layiqli töhfələrini bəxş edir.
Mərhəməti, humanistliyi, xeyirxahlığı və vətənpərvərliyi ilə fərqlənən Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından iştirak edir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən, həmçinin mülki işlərdə çalışan qadınlarımızın əməyi, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirmələri yüksək qiymətləndirilir.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, şəhid analarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm.
İnanıram ki, bütün sahələrdə olduğu kimi, ordu sıralarında xidmət edən və mülki işlərdə çalışan qadınlarımız bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət göstərəcəklər. Sizə cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək, əziz xanımlar!
Hörmətlə,

Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov

https://mod.gov.az/az/news/8-mart-beynelxalq-qadinlar-gunu-munasibetile-azerbaycan-respublikasinin-mudafie-nazirinin-tebriki-54132.html
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

06 Mar, 13:10

1,294

#HərbiHavaQüvvələri
#AzerbaijanAirForce
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

06 Mar, 12:32

1,328

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

🇦🇿 https://mod.gov.az/az/news/herbi-vezifelilerle-novbeti-telim-toplanisi-baslayib-54128.html
____

Начались очередные учебные сборы с военнообязанными


В соответствии с планом подготовки на 2025 год, в рамках совместных мероприятий с Государственной службой по мобилизации и призыву на военную службу, в воинских частях начались очередные учебные сборы с привлечением группы военнообязанных, призванных из запаса.
После прохождения соответствующей регистрации в штабе сборного пункта и врачебного осмотра военнообязанные были обеспечены военной формой и другими видами обеспечения.
С военнообязанными проводятся просветительские беседы, им разъясняются правила техники безопасности, проводятся занятия по строевой подготовке.
В рамках сборов будут выполнены различные задачи, направленные на повышение уровня боевой подготовки военнообязанных, совершенствование их практических навыков, повышение знаний и умений.

🇷🇺 https://mod.gov.az/en/news/next-training-session-with-reservists-begins-54130.html
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

06 Mar, 06:58

1,638

#HərbiTerminlər
#HərbiUçotİxtisası
#AzərbaycanOrdusu
#MüdafiəNazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

05 Mar, 14:35

2,147

ƏÜO-da "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

https://mod.gov.az/az/news/euo-da-komando-baslangic-kursu-nun-buraxilis-merasimi-kecirilib-video-54121.html
____

В Отдельной общевойсковой армии состоялась церемония выпуска «Начального курса коммандос»

https://mod.gov.az/ru/news/v-otdelnoj-obshevojskovoj-armii-sostoyalas-ceremoniya-vypuska-nachalnogo-kursa-kommandos-video-54122.html
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

05 Mar, 13:12

2,070

#2025KonstitusiyaSuverenlikİli 🇦🇿
#Azərbaycan 🇦🇿
#HeydərƏliyev
#AliBaşKomandan
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

05 Mar, 10:02

2,102

Mövqelərimiz atəşə tutulub

Martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

https://mod.gov.az/az/news/movqelerimiz-atese-tutulub-54125.html
____

Позиции Азербайджанской Армии подверглись обстрелу

4 марта примерно в 22:05 подразделения вооруженных сил Армении с позиций, расположенных в направлении населенного пункта Ханазах Горисского района, подвергли обстрелу из стрелкового оружия позиции Азербайджанской Армии.

https://mod.gov.az/ru/news/pozicii-azerbajdzhanskoj-armii-podverglis-obstrelu-54126.html
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

05 Mar, 08:35

1,819

Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu elan edir

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 30 may tarixinədək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi liseylərinə elektron sənəd qəbulu elan edir.
İlk dəfə olaraq, Milli Müdafiə Universiteti tərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir. Ölkə üzrə əhatəliliyi özündə əks etdirən bu yenilik əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılıb.
Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən müraciət etməklə seçdiyi təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı “Sənədlər” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər.
Tibbi müayinələrin keçirilməsi 01 aprel – 30 iyun, seçimlərin aparılması isə 01 iyul – 31 avqust tarixlərində nəzərdə tutulur.
Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin çağrı mərkəzi – *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.
Fəxr edəcəyin gələcəyi seç!

https://mod.gov.az/az/news/milli-mudafie-universiteti-xususi-teyinatli-tehsil-muessiselerine-sened-qebulu-elan-edir-video-54124.html
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

04 Mar, 05:17

2,940

Od çərşənbəniz mübarək! 🔥
Süfrəniz bərəkətli, ocağınız daim isti olsun!

#Novruz2025
#Odçərşənbəsi
#AzərbaycanOrdusu
#MüdafiəNazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

03 Mar, 12:52

2,793

Müdafiə Nazirliyinin komandası III minifutbol turnirində növbəti qrup mərhələsinə vəsiqə qazanıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən III minifutbol turnirində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin komandası növbəti oyununu keçirib.
Play-off mərhələsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin komandası ilə qarşılaşan komandamız 5-1 hesabı ilə qələbə qazanıb.
Bu qələbədən sonra play-off mərhələsini keçən komandamız növbəti qrup mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, turnir Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilir.