QURAN VE SUNNE

@quranvesunne


✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Abdulaziz Sələfidir



Quran və Sünnə işığında səhih faydalar
Bütün paylaşımları linklə birlikdə götürə və paylaşa bilərsiniz.
💎Whatsapp https://whatsapp.com/channel/0029VaiS2kRHFxOw593Wt417

QURAN VE SUNNE

20 Oct, 11:31


Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Ən böyük günahlardan biri də kişinin öz valideynlərini söyməsidir. Dedilər: Ey Allahın rəsulu bir kişi öz valideynini necə söyər?
-Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Bir kişi başqasının atasını söyür və oda bunun atasını söyür.


(Buxari və Muslim)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne

QURAN VE SUNNE

20 Oct, 04:09


Abdullah ibn Amr radıyallahu anhumə demişdir:

Bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir və deyir:- Atam mənim əlimdən malımı almışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Səndə, sənin malında atanındır.

("İbn Macə, şeyx Albani hədisi səhihləşdirmişdir")

TELEGRAM: t.me/Quranvesunne

QURAN VE SUNNE

18 Oct, 04:20


Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Peyğəmbər sallallahu aleyhi və səlləmin haqqındandır ki, ona salavat deməyi artırasan. Onun sənin salavatına və salamına ehtiyacı yoxdur. Lakin sən bu savaba ehtiyaclısan. Çünki sən Peyğəmbər sallallahu aleyhi və səlləmə bir dəfə salavat dediyin zaman uca Allah sənə on dəfə salavat deyər.

("Şərh Riyadıs-Salihin", 5/175)

Qeyd: Uca Allahın qula salavat deməsi, qulu mələkləri yanında tərifləməsidir.

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne

QURAN VE SUNNE

17 Oct, 11:20


SALEHLƏRLƏ YOLDAŞLIQ ETMƏYİN FAYDASI..

Həsənul Basri (Allah ona rəhmət etsin) demişdir:

Möminlərdən olan dostlarınızı çoxaldın. Həqiqətən də onlar qiyamət günü şəfaətçi olacaqlar.

("Təfsirul-Bəğavi", 8/340)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne

QURAN VE SUNNE

16 Oct, 11:04


Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) belə buyurur:

Demə ki, onlar qəbul etmirlər. Sən (haqqı) çatdır, üzərinə düşəni yerinə yetir, uca Allah sənin səbəbin ilə onları islah edəcək, hətta az sayda olsa belə.

("Əl-Cəmiətul-İsləmiyyəh", 28.05.1437)

TELEGRAM: t.me/Quranvesunne

QURAN VE SUNNE

15 Oct, 17:07


🆘 Təcili elandır

QURAN VE SUNNE

13 Oct, 05:07


BÜRCLƏRİ OXUMAĞIN TƏHLÜKƏSİ

Şeyx Saleh Əli Şeyx (Allah onu qorusun) belə buyurur:

Kim bürclər olan bir qəzeti (kitab və ya hansısa saytı) oxuyar və özü də bilərsə ki, onun doğulduğu bürcü də orada var və ya bildiyi halda ona uyğun olan bürc var, oxuyarsa sanki kahindən soruşmuş kimi olar. Onun namazı qırx gün qəbul olunmaz. Əgər orada olanları təsdiqləyərsə artıq Muhəmməd sallallahu aleyhi və səlləmə nazil olana küfr etmişdir.


("Ət-Təmhid şərh kitəbut-tovhid", 349)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne

QURAN VE SUNNE

12 Oct, 13:18


Borcdan qurtarmaq üçün edilən dua



136 - اَللَّهُمَّ اكْفِنِي بِحَلاَلِكَ عَنْ حَرَامِكَ، وَأَغْنِنِي بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ



136. [Allahumməkfiniy bihəlalikə an həramikə və əğniniy bifadlikə ammən si­vakə]



136. «Allahım! Məni Öz halalınla kifayət­ləndirib haramına möhtac etmə! Məni Öz lüt­fünlə Özündən başqasına möhtac etmə!

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne

QURAN VE SUNNE

12 Oct, 06:04


ADƏTLƏRİ İBADƏTƏ ÇEVİRMƏK...

Şeyxulisləm ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

Kim yeməyi ibadətlərə taqət toplamaq niyyəti ilə yeyərsə buna görə ona savab yazılar.

("Məcmu'ul-Fətəva", 32/212)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne

QURAN VE SUNNE

11 Oct, 10:39


Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Həya bütünlüklə xeyirdir.

( "Səhih Muslim", 37)

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Əgər qadından həya gedərsə, onun pis aqibəti haqqında soruşma.

("Məcəllətud-Davəh", 54/1765)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne

QURAN VE SUNNE

09 Oct, 09:59


NAFİLƏ İBADƏTLƏRİN FƏZİLƏTİ

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:- Uca Allah qüdsi hədisdə buyurur:

Qulum nafilə ibadətlərlə mənə yaxınlaşmağa davam etdiyi müddətdə mən onu sevərəm.

("Sahihul-Buxari", 6502)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne

QURAN VE SUNNE

07 Oct, 10:18


Şeyxulisləm ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

Bütün günahları tövbə kimi silib aparan başqa bir əməl yoxdur.

("Məcmu'ul-Fətəva", 12/483)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne

QURAN VE SUNNE

06 Oct, 05:37


Şeyx Sədi (Allah ona rəhmət etsin) demişdir:

Qulun davamiyyətli şəkildə səbirsiz olması, onun imanının zəif olmasına bir işarədir.

("Qasas surəsinin 10-cu ayəsinin təfsiri)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne

QURAN VE SUNNE

05 Oct, 11:24


Şeyx Albani (Allah ona rəhmət etsin) demişdir:

Cümə günü edilən bidətlərdən:

İmamın dua etdiyi zaman əlini qaldırması və camaatın imama baxaraq əllərini qaldırıb duaya əmin deməsidir.

("Əl-Əcvibətun-Nəfiəh", 129)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne

QURAN VE SUNNE

05 Oct, 04:16


Nəsihət!

Heç vaxt namazı tərk etmə! Orada qəbirin altında milyonlarla insan arzu edirlər ki, həyata qayıdıb hətta bir dəfə də olsa belə uca Allah üçün səcdə edərdilər.

Telegram: t.me/Quranvesunne

QURAN VE SUNNE

04 Oct, 10:27


Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) belə buyurur:

Alimlərə və möminlərə dil uzadan elə bir kimsə görmədik ki, uca Allah onu ifşa edib, zəlil edib, alçaltmasın və möminlərin qəlblərinə ona qarşı nifrət qoymasın.

("Muhadaratu fil-Aqidəti vəd-Dəavəh", 3/313)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne

QURAN VE SUNNE

03 Oct, 16:50


Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Sənə yaxşılıq edən hər bir kimsəyə (xüsusən də dini məsələlərdə) istər nəsihət, istərsə də yaxşılığı əmr edib pisliklərdən çəkindirmək olsun, bu kimsəni sevmək sənə vacibdir. Günümüzdə bəzi insanlar bu məsələyə müxalif olublar. Nə zaman ki yaxşılığı əmr edib pislikdən çəkindirsən və ya insanları xeyirə çagırıb, onlara doğru yolu göstərsən, həmin kimsənin qəlbində sənə qarşı nifrət yaranır. Belə bir hal insanın sağlam əqlinə və dininə müxalif olan bir işdir.

("Şərh İqtidau Siratal-Mustəqim" 279)

Gün ərzində müxtəlif faydaların birbaşa telefonunuza gəlməsi üçün: t.me/Quranvesunne

QURAN VE SUNNE

03 Oct, 08:59


Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Ölüyə quran oxumağın və ya qəbr üzərində quran oxumağın heç bir səhih əsli yoxdur. Əksinə o, şəriətdən deyil bidətlərdəndir.

("Məcmu'ul-Fətəva və Ər-Rasəil" 17/216)

QOŞUL, FAYDALAN t.me/Quranvesunne

QURAN VE SUNNE

02 Oct, 13:18


İmam Şafi (Allah ona rəhmət etsin) demişdir:

Bərəkət hər bir işdə Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyinə müvafiq olmaqdadır.

("Əhkəmul-Qur'ən", 281)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne

QURAN VE SUNNE

02 Oct, 04:20


Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) belə buyurur:

Heç bir kimsə günahdan məsum deyil. Lakin Allaha həmd olsun ki, tövbə qapısı açıqdır.

("İğasətul-Ləhfən", 1439)

QOŞUL, FAYDALAN: t.me/Quranvesunne