İSLAM VƏ ELM

@islamveelm


Admin: Mədinə İslam Universitetinin məzunu Emin Hacıyevdir.

"... De ki, Ey Rəbbim elmimi artır" Taha 114

İSLAM VƏ ELM

22 Oct, 07:54


💊 Xəstəlik vaxtı təsəlli...

İmam Həsənul Bəsri (Allah ona rəhmət etsin) demişdir:
«Sədəqə malın zəkatı olduğu kimi, xəstəlik də bədənin zəkatıdır. Xəstələnməyən bədən, zəkatı verilməyən mal kimidir».

📚 İbn Cövzi, "Həsənul Bəsrinin ədəbi, zahidliyi və moizələri" kitabı, 53.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

20 Oct, 18:09


🌳 Qiymətli nəsihət

❇️ Bir şəxs Sufyan Sövriyə (Allah ona rəhmət etsin) deyir: Mənə nəsihət et.
Sufyan Sövri (Allah ona rəhmət etsin) cavabında:
«Dünyada qalacağın miqdarda dünya üçün çalış. Axirətdə qalacağın miqdarda da axirətin üçün çalış. Vəssalam».

📚 Hilyətul övliyə, 7/56.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

18 Oct, 08:01


Əli bin Əbu Talib (Allah ondan razı olsun) demişdir:

"Xeyir əməli riyakarlıqla etməkdən də çəkin, onu utanaraq tərk etməkdən də çəkin."


📚 Mavardi, "Ədəb dunya və din"/ 86.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

16 Oct, 07:55


📌 İmran ibn Huseyn (Allah ondan razı olsun) demişdir:
«Qul üç xislətlə:
Bəla vaxtı səbr etməklə, qəza və qədərə razı qalmaqla və rahatlıq vaxtı dua etməklə- dünya və axirət istəklərinə sahib olar.»

📚 Əbu Davud, "Zühd" kitabı, 392.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

14 Oct, 17:32


https://youtube.com/shorts/zWHZfbTF0-Y?si=9HpwQGBafxGQwDqs

İSLAM VƏ ELM

14 Oct, 01:56


⚡️ Abdullah bin Amr (Allah ondan da atasından da razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir :

"Allah elmi insanların sinələrindən çıxararaq qaldırmayacaq. Lakin, alimləri öldürməklə qaldıracaq. Sonda yer üzündə alim qalmadıqda insanlar özlərinə cahil başçılar seçəcəklər. Onlar da soruşulduqda elmsiz fətva verəcəklər və bununla da həm özləri azacaq, həm də başqalarını azdıracaqlar".

📚 Hədisi Buxari və Muslim rəvayət etmişdir.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

13 Oct, 01:51


Sual: Quran dinləyərkən qəlbində zikr etmək, salavat gətirmək olarmı?

🎙Cavablandırdı: Emin Hacıyev


https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

13 Oct, 01:44


Sual: Mən Quran oxumağı təzə öyrənmişəm, hərifləyirəm, savabı varmı belə oxumağın?

🎙Cavablandırdı: Emin Hacıyev


https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

10 Oct, 19:24


Bir gün Abu İshaq Səbi'i (Allah ona rəhmət etsin) ağlayır, ondan soruşurlar:
-Səni ağladan nədir?
Deyir: "Gücüm qüvvətim qalmayıb, namazım əldən gedir, yalnız Baqara və Əli İmran surələrini oxuyub ayaq üstə qıla bilirəm." (Bundan artıq oxuyanda oturub qılır)


📚 İbn Hibbanın Siqalar kitabı 8/76.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

10 Oct, 05:51


https://youtu.be/KRIy0XvYgCc?si=zF67JRXYqW0YvniN

İSLAM VƏ ELM

08 Oct, 12:21


♦️ Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur:
«Üç sinif insan var ki, Allah onların üzünə baxmayacaq: Valideynlərinin üzünə ağ olan, özünü kişilərə bənzədən qadın və öz namusunu qorumayan kişi (dəyyus).
Üç sinif insan da var ki, onlar cənnətə girməyəcək: Valideynlərinin üzünə ağ olan, əyyaş və verdiyinə görə dili ilə əziyyət verən (başa qaxan).»

📚 Nəsai, 2562, Albani həsən səhih olduğunu bildirmişdir.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

06 Oct, 07:57


♦️ Elmi gizlətməyin cəzası...

İmam İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
«Kim elmi özündə saxlayıb onu başqalarına öyrətməzsə, Allah onu həmin elmi unutmaqla və elmi ondan almaqla imtahan edər. Çünki, cəza əməlin növündəndir.»

📚 Miftəh Dəru səadə, 1/172.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

03 Oct, 17:10


🌴Sələfin elmə verdiyi dəyər

Bir gün Abbasi xəlifəsi Mehdinin övladlarından biri ətbəu tabiinlərin imamlarından olan Şureyk Nəxainin (Allah ona rəhmət etsin) elm məclisinə gəlir, onun məclisində divara söykənərək bir hədis barədə soruşur. İmam Şureyk ona çevrilib belə baxmır. Xəlifənin oğlu sualı təkrar edir, lakin İmam Şureyk yenə də cavab vermir. Bu zaman xəlifənin oğlu qəzəblənərək deyir:
-Sən xəlifələrin övladlarını aşağılayırsan?
İmam Şureyk:
"Xeyr, lakin elm Allah qatında daha qiymətlidir" deyə cavab verir
.


📚 Təzkiratus səmi vəl mutəkəllim, 88.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

03 Oct, 07:18


https://youtu.be/0G40mxZB8K4?si=Tv8-McjNgbhJMGZe

İSLAM VƏ ELM

01 Oct, 13:52


🌴Sələfin öz müəllimlərinə olan ehtiramı

✍️ İmam Şafii (Allah ona rəhmət etsin) demişdir:
"Mən İmam Malikin hüzurunda ona olan hörmətimdən kitabın vərəqələrini çox ehtiyatla çevirirdim ki, onun səsindən narahat olmasın"

✍️ İmam Şafiinin tələbəsi Rabi (Allah hər ikisinə rəhmət etsin) demişdir:
dir:
"Allaha and olsun ki, İmam Şafii mənə baxdığı zaman, ona olan hörmətimdən su içməyə cəsarət etmirdim."

📚 Təzkiratus səmi vəl mutəkəllim, 88.

https://telegram.me/islamveelm