𝐇Ə𝕯İ𝕾

@hedis_oxu


✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Nail Paşayev

𝐇Ə𝕯İ𝕾

22 Oct, 11:12


🌿 Səmimi tövbə

✍️ İbn Qeyyim (رحمه الله) demişdir:

🔸 «Əgər bəndə səmimi, sadiq, ixlaslı bir tövbə ilə tövbə edərsə; bundan əvvəlki günahları yanıb silinər və əvvəlki yaxşı əməllərinin mükafatını ona qaytarar»

📔〖Əl-Vabilus-Sayyib: s.35〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

21 Oct, 09:05


💥 Günümüzün münafiqləri

✍️ Huzeyfə ibn Yəmən (رضي الله عنه) demişdir:

🔸 «Bu gün sizin içinizdə olan münafiqlər, Peyğəmbərin ﷺ zamanında olan münafiqlərdən daha şərlidirlər.
Biz dedik: "Nə üçün ey Abdullahın atası?"
Dedi: "Çünki, onlar öz nifaqlarını gizlədərdilər, bunlar isə aşkara çıxarırlar»

📔〖Buxari: 7113〗

📌 Bəs görəsən səhabə bizim zamanımızı görsəydi nə deyərdi..
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

20 Oct, 11:12


🍂 Tərk olunmuş sünnələrdən: yaşayış olmayan evə daxil olarkən salam vermək

📚 Abdullah ibn Ömərdən (رضي الله عنهما) rəvayət edilir ki, o, belə demişdir:

🔸 «Yaşayış olmayan evə daxil olduğun zaman de: "Əs-sələmu aleynə va alə ibə'dillə'his-sa'lihin"»

📔〖Ədəbul-Mufrad: 1055 〗

📌 Duanın ərəbcəsi:
السلام علينا و على عباد الله الصالحين

📌 Duanın tərcüməsi:
Bizə və Allahın əməlisaleh qullarına salam olsun!
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

19 Oct, 13:29


🕯️Dua ibadətlərdən ən asanıdır ki, lakin, bir çox müsəlmanlar bundan acizdirlər

✍️ Bəkr əbu Zeyd (رحمه الله) demişdir:

🔸 «Yoxsul kəs dua etməyə tənbəllik edəndir ki, artıq o, öz nəfsinə xeyir və ehsan qapılarını bağlamışdır.

Əbu Hureyradan rəvayət olunur ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: «İnsanların ən acizi dua etməkdən aciz olanıdır. Ən paxılı isə salam verməkdən paxıl olanıdır» [Tabarani, İbn Hibban].

📔〖Təshihud-Duə: s.61〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

18 Oct, 22:30


📜 Amr ibn Abdu Qeys (رحمه الله) sabahladığı zaman belə deyərdi:

🔸 «Allahım! Həqiqətən insanlar öz ehtiyacları üçün çıxmışlar. Mənim ehtiyacım isə Sənin məni bağışlamağındır»

📔〖Kitəbuz-Zuhd/İbn Əbi Asim: s.225〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

17 Oct, 16:33


https://youtube.com/shorts/XUOVUIMOUas

𝐇Ə𝕯İ𝕾

17 Oct, 08:52


🌱 Quran şəfadır

✍️ İbn Qeyyim (رحمه الله) demişdir:

🔸 «Quran tam şəkildə bütün qəlbi və cismani xəstəliklərin, eləcə də dünya və axirət dərdlərinin şəfasıdır. Quran kimə şəfa verməzsə, Allah o kimsəyə şəfa verməz»

📔〖Zədul-Məad: 4/323〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

16 Oct, 11:09


✍️ İmam Şafi (رحمه الله) demişdir:

🔸 «Xeyir beş şeydədir:

Nəfsin zənginliyində
Zərərdən çəkinməkdə
Halal qazancda
Allah qorxusunda
Allah ilə doğru olmaqda»

📔〖Siyər Əaləm ən-Nubələ: 10/97〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

15 Oct, 10:35


🌱 Kasıbın verdiyi sədəqə

✍️ Müaviyyə (رضي الله عنهما) demişdir:

🔸 «Sədəqə verin! Sizdən biriniz: "Mən kasıbam" deməsin! Çünki, kasıbın verdiyi sədəqə varlının verdiyi sədəqədən daha əfzəldir»

📔〖Siyər Əaləm ən-Nubələ: 3/151〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

14 Oct, 10:45


🍂 İstiğfar

✍️ Bəkr əl-Muzəni (رحمه الله) demişdir:

🔸 «Həqiqətən siz çoxlu günahlar edirsiniz, elə isə, istiğfarı çoxaldın! Çünki, bəndə Qiyamət günü (əməl dəftərində) hər iki sətrin arasında istiğfar tapdığı zaman buna sevinəcəkdir»

📔〖Ət-Tövbə/İbn Əbid-Dunyə〗

📌 İstiğfarın qısa forması: "Əstəğfirullah"
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

13 Oct, 09:49


✍️ İmam Şatibi (رحمه الله) demişdir:

🔸 «Namaz qılmağın məqsədlərindən də biri dünya çətinlikləri, sıxıntılarından dinlənməkdir»

📔〖Əl-Muva'fiqat: 3/143〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

12 Oct, 14:00


✍️ Şeyxülislam ibn Teymiyyə (رحمه الله) demişdir:

🔸 «Qəlbin daşlaşması günahların nəticəsidir»

📔〖İqtidaus-Sirat əl-Mustəqim: s.290〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

12 Oct, 11:02


✍️ Vahb ibn Munəbbih (رحمه الله) demişdir:

🔸 «Allah qatında şirkdən sonra ən böyük günah insanları məsxərəyə qoymaqdır»

📔〖Hilyətul-Əvliyə: 4/51〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

11 Oct, 10:43


🍁 Günahlardan dönməyin müalicəsi

✍️ Şeyxülislam ibn Teymiyyə (رحمه الله) demişdir:

🔸 «Həqiqətən bəndə özündə olan iki səbəbə görə günaha qayıdar. Nə zaman ki, qəlbindən şübhə və şəhvəti çıxarsa, günaha qayıtmaz»

📔〖Cəmiul-Məsəil: 7/280〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

10 Oct, 11:07


🪷 Duanın əvvəlində və sonunda salavat demək

✍️ Əbu Suleyman əd-Dərani (رحمه الله) demişdir:

🔸 «Kim Allahdan ehtiyacını istəyərsə; Peyğəmbərə ﷺ salavat deməklə başlasın və ehtiyacını istəsin, sonra isə (yenə) Peyğəmbərə ﷺ salavat deməklə sonlandırsın; (belə etsə) istədiyi qəbul olunar»

📔〖Həşiyətur-Roud/İbn Qa'sim: 2/195〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

09 Oct, 13:10


✍️ Şəqiq əl-Bəlxi (رحمه الله) demişdir:

🔸 «Kim başına gələn müsibəti Allahdan qeyrisinə şikayət edərsə, itaətin şirinliyini tapmaz»

📔〖Siyər Əaləm ən-Nubələ: 9/315〗

•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

07 Oct, 16:20


💥 Qeybət: Qiyamət günü alınacaq haqq..

✍️ İmam Əuzəi (رحمه الله) demişdir:

🔸 «Mənə çatana görə Qiyamət günü qula deyiləcək ki, "qalx və filankəsdən haqqını al!"
O belə deyəcək: "Mənim ondan alacaq haqqım yoxdur"
Ona deyiləcək: "Xeyr, əksinə, vardır; filan günü sənin haqqında belə-belə sözlər danışırdı

📔〖Şuəbul-İmən/Beyhəqi: 6313〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

06 Oct, 11:26


📚 Bəzi sələfilər belə dua edərdi:

🔸 «Allahummə əizzəni bi ta'atikə, va lə tuzilləni bi məasiyətikə»

📔〖Əd-Dəu vəd-Dəva: s.94〗

📌 Duanın tərcüməsi: {Allahım! Məni Sənə itaətlə ucalt, Sənə qarşı asiliklə alçaltma}

📌 Duanın ərəbcəsi:
اللهُمَّ أَعِزَّنِي بِطَاعَتِكَ وَلَا تُذِلَّنِي بِمَعْصِيَتِك
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu

𝐇Ə𝕯İ𝕾

05 Oct, 11:31


💥 Cəhənnəmə daxil olmağa maneə olan səbəblər ondur:

Tövbə
İstiğfar (Allahdan bağışlanma istəmək)
Xətaları silən yaxşılıqlar
Günahlara kəffarə olan müsibətlər
Peyğəmbərin ﷺ şəfaəti
Digər şəfaətçilərin şəfaəti
Möminlərin etdiyi dua
Ölü üçün savabı hədiyyə etmək (sədəqə kimi)
Qəbirdə çəkilən əzab
❶⓿ Qiyamət gününün şiddətli halları

📔〖Cə'miul-Məsə'il: 7/27〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu